380
onun yeni ifadə üsulu arasında əlaqə başa düşüldükdə əcnəbi söz
resipientin passiv ehtiyatının vahidi hesab edilir və yalnız bun-
dan sonra aktiv ehtiyata keçərək tam mənimsənilmiş sayılır .
Beləliklə də, alınma sözlər dilin öz sözləri kimi dəqiqləşir,
aydınlaşır. Dil daşıyıcıları arasında yayılır. Alınma söz yeni di-
lin leksik-semantik və qrammatik sisteminə uyğunlaşır. Söz
müxtəlif leksik, frazeoloji sintaktik birləşmələrdə istifadə olu-
nur, sözdüzəldici morfemlərlə işlənmə imkanları artır, determin-
ləşmə və terminləşmə prosesində iştirak edir. Azərbaycan dilinə
keçən belə terminlərin çoxu ümumişlək leksik vahidlər cərgəsin-
də yer almış, mənimsənilmiş, dilimizin müxtəlif sözdüzəldici şə-
kilçilərini qəbul edərək, yeni sözlər yaratmışdır.
N.Məmmədli yazır ki, alınma terminin söz yaradıcılıq məh-
suldarlığı, müntəzəm işlənməsi, məna anlamının genişlənməsi
və s. əlavə əlamətləri törəmə kimi qəbul edilməlidir. A.R.Mayo-
rovun fikrincə, alınma söz təkcə yeni mənalarını və ya söz yara-
dıcılığı məhsuldarlığını genişləndirməsi ilə deyil, dil sisteminə
daxil olduğu üçün bu keyfiyyətləri qazanması yaxud qazana bil-
məsi ilə dildə möhkəmlənir. Y.R. Krısin isə qeyd edir ki, sözün
funksional aktivliyini semantik müstəqillik təyin edir. Azərbay-
can dilində də alınmaların müstəqillik qazanması, dildə sabitləş-
məsinin ən mühüm səbəbləri dubletlik yaratmaması, mənaca dif-
ferensiallaşmasıdır. Son dövrlərdə kompüterin insan məişətinə
daxil olması hesablama texnikasının sürətli inkişafı bu sahədə
alınmaların sayının günbəgün artmasına zəmin yaradır. Kompü-
terin məişət texnikasına çevrilməsi alınma sözlərin də hesablama
texnikası terminləri olmasına baxmayaraq ümumişlək leksik qat-
da yer alması ilə şərtlənir. Məsələn,
Dostları ilə paylaş: