Yasamaq
-
qurmaq, düzəltmək, yaratmaq:
Anın eşqinə oldı cümlə kövneyn,
Yasadı
qapusın çün qabi-qövseyn.
Bu qədim türk sözünün eyni mənada Kül-Tegin abidəsində
işlənməsi qeydə alınmışdır.
“Yasamaq”
sözü orta yüzilliklərə
aid türkcə mətnlərdə də eyni mənada işlənmişdir. V.Radlov da
bu sözün eyni mənada işlənməsini qeydə almışdır.
“Əsrarnamə”nin
hər iki əlyazmasında
olan və abidənin
tədqiqatçılarının diqqətindən yayınmış əski türk sözləri isə aşa-
ğıdakılardır:
Assı
- fayda, qazanc, mənfəət:
Bu ləşkəri görərsən sən ki çokdur,
Üç akçalıq sana
assısı
yokdur
.
171
Bu söz orta əsrlərə aid Azərbaycan yazılı abidələrinin ço-
xunda, o sıradan Nəsimi “Divan”ında, Mustafa Zəririn “Yusif və
Züleyxa” məsnəvisində
1
, “Şühədanamə”də və başqa klassik
mətnlərdə işlənmişdir. Qütbün “Xosrov və Şirin” tərcüməsində
bu sözün daha qədim forması olan
“asığ”
ismi və ondan düzəl-
miş
“asığsız”
(faydasız) sifəti də qeydə alınmışdır
2
.
Bilgilü
-
bilikli, ağıllı:
Dedi İskəndər həkimə, ey ulu,
Əql içində qamumuzdan
bilgilü
.
“Bilmək” feilinin kökü “bil” burada, göründüyü kimi, iki
şəkilçi qəbul etmişdir: bil+gi+lü. Birinci düzəltmə söz
“bilgi”
çağdaş türk dilində “bilik”, “məlumat” məfhumlarını bildirsə də,
onun XIV əsr yazılı abidəsi “Qisəsi-ənbiya”da “bilici”, “kahin”
anlamında işləndiyi qeydə alınmışdır . Bundan əlavə
“bilgi”
sö-
züniin
“bilgə”
fonetik variantının istər qədim türk abidələrində,
istərsə də XIV-XVI əsrdə qələmə alınmış türkdilli əlyazmalarda
“ağıllı”, “müdrik”, “alim”
mənalarında bol-bol işləndiyi mə-
lumdur. Bütün bu faktlara baxmayaraq, “Əsrarnamə”dəki
“bil-
gi
”nin bu tərkibdə “bilik” anlamında işləndiyi göz qabağındadır.
Çünki belə olmasaydı, onda
“bilgi”
düzəltmə sifətinə (“ağıllı”
mənasında) daha bir sifət düzəldən şəkilçinin (-lü) artırılmasına
ehtiyac olmazdı. Xatırladaq ki, “Kitabi-Dədə Qorqud”da
“bilgi”
sözünün sinonimi
“bilig”
də elə bugünkü mənasında işlənmiş-
dir:
“Ağlı şaşmış, biligi yetmiş qoca babam var”
. Bunu nəzərə
aldıqda aydındır ki, “bilgilü” sözünü “biliklü” kimi də oxumaq
olar. Professor C.Qəhrəmanov onu lüğətdə elə bu şəkildə də ver-
mişdir: “biliklü”. Fikrimizcə, beytin birinci misrasındakı “ulu”
qafiyəsi tələb edir ki, bu söz məhz “bilgilü” (əslində qafiyəyə
1
Qəhrəmanov C.,
Xəlilov Ş
.
Mustafa Zərir. Yusif və Züleyxa. Bakı, 1991,
səh.156.
2
Наджип Э.Н. Историко-сравнительный словарь тюркских языков XVI
века. М., 1989.
с
.199-201.
172
görə “bilgülu” daha düzgün olardı) şəklində oxunsun. Qeyd
edək ki, birinci əlyazmanın katibi də bu sözün oxunuşunda anla-
şılmazlıq olacağını qabaqcadan duymuş və ona görə də oxucuya
kömək etmək məqsədilə onu hərəkələmişdir: Deməli o, “bilgilü”
şəklində oxunmalıdır. Ş.Xəlilov isə bu sözü
“böyüklü”
kimi
oxuyaraq buradakı
“lü”
şəkilçisinin
“böyük”
sifətinə artırıldığı-
nı qeyd etmişdir. Xatırladaq ki, orta əsrlərə aid türkdilli yazılı
abidələrdə
“bilgilü”
sözünün daha bir sinonimi -
“bilülü”
də iş-
lənmişdir.
Dostları ilə paylaş: |