173
nəzadəyə görə isə, o, türkmənşəlidir.Lakin istər bütövlükdə beyt
olan hekayətin, istərsə də ayrılıqda beytin məzmunundan aydın
olur ki,
“çav”
sözü burada tamam başqa mənada - “şan”, “şöh-
rət” anlamında (“qılma çav” - “şöhrət bilmə”, “şan-şöhrət say-
ma”, “minnət qoyma”) işlənmişdir və Keyxatunun buraxdığı ka-
ğız pulla heç bir əlaqəsi yoxdur.
“Çav”
qədim türk sözlərindən-
dir. Orxon-Yenisey abidələrində o, eyni mənada
“çab”
şəklində,
“Kutadğu bilig”də və Mahmud Kaşğari “Divan”ında isə
“çav”
fonetik variantında işlənmişdir.
Bu söz eyni mənada XIV əsr
Azərbaycan yazılı abidələrindən Yusif Məddahın “Vərqa və
Gülşah”, Suli Fəqih və Mustafa Zəririn “Yusif və Züleyxa” məs-
nəvilərində, “Dastani- Əhməd Hərami”də qeydə alınmışdır.
“Çav”
sözü Həzininin “Hədisi-ərbəin” tərcüməsində də
aşağıdakı beytdə “səs” mənasında işlənmişdir:
Həm sənin
çavın
dəxi çıxdı qəvi,
Dedilər ki, çıxdı şahi-mənəvi.
Orxon-Yenisey abidələrində
bu sözdən düzəlmiş
“çavlı” -
şöhrətli sifəti də işlənmişdir.
“Çav”
sözü çağdaş türk dilində
“səs”, “xəbər” mənasında işlənir. Sözün “şöhrət” mənası çağdaş
türk
dilində işlənən
“çavlanmaq”
feilinin daşıdığı mənalardan
birində (dilə düşmək, şöhrət qazanmaq) qorunub saxlanmışdır
1
.
Dostları ilə paylaş: