Sayali sadiqova



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə126/208
tarix25.12.2023
ölçüsü3,57 Mb.
#194908
1   ...   122   123   124   125   126   127   128   129   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son (2)

 
Varmaq 
- getmək: 
 
Varuban
 durdum qapudə ol zəman,
Ta anıŋ əhvalini biləm əyan. 
"Varmaq" feili Azərbaycan yazılı abidələrinin çoxunda eyni 
mənada işlənmişdir. Bu söz dilimizin qərb qrupu şivələrində öz 
varlığını qoruyub saxlamışdır
2

 
Yarlığamaq
 - bağışlamaq, günahından keçmək: 
 
Yarlığaram
 cürmini, əfv eylərəm,
Rəhmətin xanında anı toylərəm. 
Nümunədə "yarlığaram" sözü ilə yanaşı, onun sinonimi 
olan "əfv eylərəm" lekseminin də işlənməsi diqqəti çəkir. Qədim 
türk abidələrində bu felin eyni mənada işlənməsi qeyd olunmuş-
dur. Həmin abidələrdə "yarlıq" ismi də "buyruq", "əmr", "göstə-
riş” mənalannda işlənmişdir. "Yarlığamaq" feilinin XIII-XVI 
əsrlərə aid türkcə mətnlərdə də işləməsi qeydə alınmışdır
3

 
Yaşurmaq
-gizlətmək

 
Gəl bizə eylə əyan əhvalını, 
Gəl 
yaşurmə
 şimdi bizdən halını. 
1
Древнетюркский словарь. Л., 1969, с.84
2
Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı, 1964, səh.97
3
XIII asirdan günümüze kadar kitaplardan toplanmiş taniklariyle Tarama 
sözlügü I-VI s. Ankara, 1941 -1945, səh.4352-4356


220 
"Yaşurmaq" sözü eyni mənada "Kitabi-Dədə Qorqud"da və 
Molla Vəli Vidadi şeirlərində işlənmişdir. Bununla belə, bu lek-
sem müasir ədəbi dilimiz üçün ümumişlək sayılmır və arxaik sə-
ciyyə daşıyır. 
 
Yayax
 - piyada: 
 
Yügürük atlartək kimisi səgirdə,
Kimisi 
yayaxlartək
 asta gedə. 
"Yayax" sözünə eyni mənada "yadaq" və "yağaq" şəklində 
əski türk mətnlərində rast gəlirik. Orta əsrlərin türkdilli, o sıra-
dan Azərbaycan əlyazmalarında isə bu söz "yayak" və "yayan" 
şəklində də işlənmişdir Dilimizin qərb qrupu şivələrində bu söz 
"yəyax" şəklində qorunub saxlanmışdır
1


Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin