268
ritmə, cərəyankəsmə, neftayırma, dəzgahqurma, yivaçma, təbə-
qəyayma, termosürətçıxarma, yunəyirmə, metalkəsmə və s. Belə
terminlərin yaranmasında bəzən
öz
əvəzliyi daha fəal mövqe tu-
tur. Məsələn: özünətəsirlənmə, özünüfırlama, özüitiləmə, özütə-
mizləmə, özükökləmə, özünüyükləmə, özüyerləşmə və s.
2. Texnikanın müxtəlif sahələrində baş verən hərəkət və ya
prosesləri ifadə edən fellərə - ma
2
şəkilçisi artırmaqla bu hərəkət
və ya prosesləri adlandıran, nominativlik qazandıran yeni ter-
minlər yaranır. Məsələn: presləmə, elektrikləmə, kodlama, azot-
lama, metallama, frezləmə və s.
Bəzən -ma
2
şəkilçi -laş
2
, -dır
4
və s. şəkilçili feillərə artırılır.
Məsələn: yerləşdirmə, qatılaşma, əhəngləşmə, yuvarlaqlaşdırma,
sıxlaşma, ixtisaslaşma, dəyişdirilmə, cingiltiləşmə, turşulaşma,
avtomatlaşdırma, aktivləşmə, maqnitləşmə, leksikləşmə, vulkan-
laşdırma və s.
Bu şəkilçidən terminlərin yaranmasında daha çox istifadə
olunmasının əsas səbəbi də elmdə hərəkət və proseslə bağlı anla-
yışların daha zəngin olmasıdır.
Dostları ilə paylaş: