gips sarğı, texno-
gen qəza, sərbəst vektor, transgen orqanizmlər, kvadrat tənlik,
texnoloji işsizlik, transmissiv xəstəliklər, aşağı, limit, ifrat keçiri-
cilik
kimi göstərilən birləşmələrdə terminlərin bir-birinə bağlan-
ması üçün heç bir morfoloji əlamətdən istifadə edilməmişdir,
müstəqil mənalı, həm də yalnız sadə kökdən ibarət olan iki ter-
min mənanın tələbinə uyğun şəkildə sintaktik əlaqəyə girmiş və
mürəkkəb prosesi bildirən anlayışı ifadə etmişdir.
1
Ярцева В.Н. Развитие национального литературного английского язы-
ка, Москва, Наука, 1969, с.450.
283
Terminologiyada elə termin-söz birləşmələri də var ki, on-
ların birinci tərəfi yalnız sadə terminlərlə yox, düzəltmə termin-
lərdən də ibarət ola bilər. Məsələn, istilik tutumu, köməkçi proq-
ram, kəsilməz funksiya, cilalayıcı lent və s.
Qeyd etmək lazımdır ki, terminoloji sistemdə birinci tərəfi
mürəkkəb söz şəklində olan I növ təyini söz birləşmələrinə də
rast gəlinir. Məsələn, nüfuzedici radiasiya, qarındaxili qanax-
ma, oxadüşən yük, stolüstü dəzgah, kəsibatıcı ştamp, əyriqol
kəsgi və s.
Əvvəl qeyd olunduğu kimi, bu növ birləşmələrdə tərəflər
şəkilçisiz işlənməlidir. Burada semantik və qrammatik yolla ter-
min-söz birləşmələrinin yaranmasında morfoloji əlamət dedikdə,
sözdüzəldici şəkilçi yox, sözdəyişdirici şəkilçi nəzərdə tutulur.
Yanaşma əlaqəsi ilə yaranan terminlər bir-birinə mənaca bağlan-
malıdır. Yəni, mənaca bağlı olmayan və heç bir formal-qramma-
tik əlamət qəbul etməyən birləşməni yanaşma əlaqəli TSB hesab
etmək olmaz. Məsələn, "gips akustika" və ya “molekulyar sarğı”
birləşməsində terminlər heç bir qrammatik əlamət qəbul etmə-
mişdir. Lakin bunları yanaşma əlaqəli TSB-i hesab etmək ol-
maz. Ona görə ki, bunlar arasında məna əlaqəsi yoxdur, çünki
"gips" termini "sarğı" termini ilə, "akustika” termini isə "mole-
kulyar” termini ilə bağlıdır: gips sarğı, molekulyar akustika. De-
məli, yanaşma əlaqəsi ilə yaranan bu TSB-i arasında terminlərin
mənaca və formaca bağlanmasını əsas götürmək lazımdır.
Dilçilik tarixində yanaşma əlaqələr sırasına sonralar daxil
olmuşdur. Bu əlaqəni uzlaşma əlaqəsindən ilk dəfə ayıran
F.İ.Buslayev olmuşdur. Lakin ona ad verməmişdir. Bundan son-
ra A.A.Potebnya, onun ardınca isə D.N. Ovsyaniko-Kulikovski
və A.M.Peşkovski onu "yanaşma" adı ilə qeyd etmişdir.
Sonralar Azərbaycan dilçiliyində bu əlaqə ətraflı işlənmiş-
dir. Termin-söz birləşmələri arasında da bu əlaqə tədqiq edilmiş-
dir. Yanaşma əlaqəsi əsasında yaranmış birinci növ termin-söz
birləşmələrində tabe olan tərəf yanaşan, tabe edən tərəfi isə ya-
naşılan termindir. Belə birləşmələrdə yanaşan termin əvvəlcə,
yanaşılan termin isə sonra gəlir. Bu növ TSB-i müxtəlif nitq his-
284
sələrindən olan terminlər arasında özünü göstərir. Bir nitq hissə-
sinə aid olan termin başqa nitq hissəsinə münasibətdə yerinə gö-
rə həm yanaşan, həm də yanaşılan termin kimi çıxış edə bilir.
Nitq hissələri ilə ifadəsinə görə I növ termin- söz birləşmələrini
aşağıdakı qruplara ayırmaq olar:
1.
Hər iki tərəfi isimlə ifadə olunan birinci növ termin-söz
birləşmələri:
elektromaqnit cihazlar, ayna çuqun, ağac bənd,
kəsr vahid, alətçi mühəndis, törəmə ədəd və s. İsmin ismə yanaş-
ması ilə düzələn TSB-də isim öz xarakterik xüsusiyyətinə görə
diqqəti cəlb edir. Belə ki, belə TSB-nin birinci komponentindəki
isim atributivləşir, yəni burada yanaşan isim anlayışı təyin edir.
İsimlərin belə yanaşması sintaktik cəhətdən təyinlə təyin olunan
arasındakı əlaqə kimi meydana çıxır.
Qoşmaların köməyi ilə də isimlər isimlərə yanaşıb termin-
söz birləşməsi əmələ gətirə bilir. Burada qoşma termin-isimlər
arasında əlaqə yaradır. Məsələn, "xətaları düzəltmək üçün proq-
ram" birləşməsində "xətaları düzəltmək" sözü ilə "proqram" ter-
mini "üçün" qoşması vasitəsilə bir-birinə yanaşıb TSB-si əmələ
gətirmişdir. Bu birləşmədən "üçün" qoşmasını atsaq, xətaları dü-
zəltmək, proqram kimi əlaqəsiz terminlər qalacaqdır və yaxud
"sapmaya görə təsir" birləşməsində "sapma" termini ilə "təsir"
termini "görə" qoşması vasitəsilə bir-birinə yanaşıb yeni anlayışı
bildirən TSB-si yaratmışdır. Eləcə də "bir parametrə görə təsni-
fat", "ən kiçik kvadratlar metoduna görə ortoqonal xətt", "ən ki-
çik kvadratlar metodu ilə qızma", "əyrini nöqtələrə görə cızma"
və s. misallar göstərmək olar. Deməli, terminologiyada birləş-
mələrin bir qismi ilə, üçün, görə, tək qoşmaları ilə yaranır.
2
.
Birinci tərəfi sifət, ikinci tərəfi isimlə ifadə olunan birinci
növ termin-söz birləşmələri.
Belə birləşmələr terminologiyada
üstünlük təşkil edir. Bu isə birləşmələrdə sifətin isimlərdən əv-
vəl gələrək onları müəyyən cəhətlərdən izah etməsindən irəli gə-
lir. Burada ismin əvvəlində işlənən sifət tam sabitləşir, yəni heç
bir əlavə şəkilçi qəbul etmir, ismin növündən, kəmiyyətindən,
halından asılı olmayaraq sifət öz vəziyyətini dəyişmir. Yanaşma
əlaqəsi ilə yaranan bu tip birləşmələrdə sifətlər öz xüsusiyyətlə-
285
rini olduğu kimi saxlayır və tam sifət kimi çıxış edir. Məsələn,
terrigen çöküntülər, ifrat keçiricilik, aşkar funksiya, adaptiv sis-
tem, mənfi ədəd, çökük güzgü, abstrakt fəza, sərbəst rəqslər, sa-
bit cərəyan, radioaktiv sahə, normal məhlul və s.
Bu növ birləşmələrdə ismin ismə yanaşmasına nisbətən si-
fətin ismə yanaşması bir qədər zəifdir. İsmin əvvəlində onunla
yanaşma əlaqəsində olan həm isim, həm də sifət artırdıqda bunu
aydın görərik. Məsələn, "böyük inteqral sxem" termin-söz bir-
ləşməsində "böyük" sözü həm “inteqral”, həm də "sxem" termini
ilə yanaşma əlaqəsindədir. Lakin “böyük” sözü “sxem” termi-
nindən "inteqral" termininə nisbətən uzaqda yerləşmişdir. Bu
göstərir ki, "inteqral” termininin "sxem” termininə yanaşması"
"böyük" sözünün yanaşma dərəcəsinə nisbətən qüvvətlidir. Və
yaxud da "interaktiv rəqəmli mühit” birləşməsində "rəqəmli"
termininin "mühit" termininə yanaşması "interaktiv" terminin
yanaşma dərəcəsinə nisbətən qüvvətlidir.
Dostları ilə paylaş: |