290
“Kalka sözalmanın xüsusi bir növüdür. Bu, müvafiq əcnəbi
sözlərin quruluşu kimi formalaşan, lakin onların maddi əsasını
almayan sözlərdir
1
”.
“...Kalkaetmə,
daha doğrusu, terminin başqa dillərdən və
birinci növbədə rus dilindən süni surətdə tərcümə olunması nəti-
cəsində müəyyən bir termin. yaxud termin birləşməsi əvvəl dildə
mövcud olmamış yeni
məna kəsb edir
2
.”
“Kalkaetmə başqa bir dilin, yaxud başqa dillərin leksik-se-
mantik modelinin alınması, onları nəzərdə tutulan dilin morfem-
ləri ilə tamamlamaqla yeni sözlər yaradılması, yaxud dilə yeni
sintaktik üsulların gətirilməsidir
3
”.
Başqa bir mənbədə isə kalkaetmə anlayışı doğru olaraq bu
cür izah edilir: “Hər hansı bir dilin elementlərindən istifadə et-
məklə başqa bir dilin leksik-frazeoloji
və sintaktik modeli əsa-
sında yeni söz və ifadələrin yaradılmasıdır
4
”.
Bu fikirlərdən aydın olur ki, kalkalar başqa bir dilə məxsus
sözlərin, yaxud söz birləşmələrinin tərkib hissələrini ana dilinin
müvafiq sözləri və söz birləşmələri ilə dəqiq tərcümə etmək
üçün həmin sözlərin modeli üzrə qurulmuş sözlər, yaxud ifadə-
lərdir.
Azərbaycan dilində kalka yolu ilə terminlər yaradılarkən
həm dilimizin sözlərindən, həm də sözdüzəldici şəkilçilərindən
geniş istifadə olunur. Məsələn, ingilis dilində "differential equa-
tion", rus dilində “дифференциальное уравнение”,
Azərbay-
can dilində "differensial tənlik", eləcə də ingilis dilində “internal
sort”, rus dilində “внутренная сортировка”, Azərbaycan dilin-
də “daxili çeşidləmə” dedikləri zaman onlardan hər biri bu riyazi
1
Баскаков Н.А. «Предложение и словосочетание в тюркских языках».
Вопросы составления списательных грамматик. М., 1961, cтр. 61
2
Budaqov R.A. Dilçiliyə dair oçerklər. Bakı, Azərnəşr, 1956, səh.88
3
Ахманова О.С. Словарь лингвистических терминов. Москва, 1966, cтр.
188.
4
Развитие терминологии на языков союзных Республик СССР, Москва,
Наука, 1986, cтр. 142
291
anlayışı öz dilinin söz ehtiyatı ilə ifadə edir. Ona görə də burada
dilin daxili inkişaf qanunları həlledici rol oynayır.
Bu yolla yeni termin yaradılarkən tərcümə olunan bu və ya
digər söz, termin həmin dildə eyni mənanı verən sözlərlə, sözdü-
zəldici şəkilçilərlə ifadə olunmalıdır. Buna görə də kalka olunan
terminin, termin-söz birləşmələrinin tam qarşılığı göstərilməli-
dir. Əks halda onu kalka adlandırmaq olmaz.
Təbiidir ki, hərfi
tərcümə /kalka üsulu bəzən hərfi tərcümə də adlandırılmışdır/
prosesində qarşılıqlı təsirdə olan dillərin quruluşunun yaxınlıq
dərəcəsi, dilin lüğət tərkibinin, kalka edilən dildəki söz yaradıcı-
lığı yollarının inkişaf dərəcəsi, kalkaetmənin
baş verdiyi tarixi
şərait və s. amillər mühüm rol oynayır.
Kalkalarda fikir ayrılığı yaradan məsələlərdən biri də onlara
münasibət məsələsidir. “Kalka” fransız dilinə mənsub olub
“üzünü köçürmək” mənasını ifadə edir, yəni,
Dostları ilə paylaş: