72
yaranmışdır. Nişati “Şühədanamə”də həmçinin fars mənşəli
“rahban” (yol gözətçisi) mürəkkəb sözünün qarşılığı olaraq
“yolsaxlayıcı” sözünü, ərəb mənşəli “hami” sözünün qarşılığı
kimi isə “qayırıcı” düzəltmə sözünü işlətmişdir. Qeyd edək ki,
sonuncu söz
qayırıcı arxaizmdir, onun kökü olan “
qayırmaq
”
feili türkcə əski mətnlərdə “qayğısına qalmaq”, “hamilik etmək”
anlamlarında işlənmişdir. Nişatinin ərəb mənşəli “qatil” sözünü
bir neçə yerdə “qanlu” kimi tərcümə etməsi də diqqətçəkici mə-
qamlar sırasındadır. Ümumiyyətlə, Nişati “Şühədanamə”də söz
yaradıcılığına üz tutarkən daha çox morfoloji üsula üstünlük
vermiş və əsasən, dördvariantlı şəkilçilərdən:
-lı
4
, -çı
4
və
-ıcı
4
morfemlərindən yararlanmışdır.
Nişati ilə müqayisədə Bəvazicinin “Kəvamilüt-təbir” tərcü-
məsində söz yaradıcılığı sahəsindəki xidmətləri daha çox nəzərə
çarpır və xüsusi maraq doğurur. Belə ki, istedadlı mütərcim XII
əsrdə yaşamış soydaşı Tiflisinin fars dilndə yazdığı “Kəvamilüt-
təbir” kitabını ana dilinə çevirərkən söz yaradıcılığı sahəsində öz
əməyinin məhsulu olaraq bir sıra düzəltmə və mürəkkəb sözləri
yazılı ədəbi dilə gətirmişdir. Əvvəlcə Bəvazicinin “Kəvamilüt-
təbir” tərcüməsində morfoloji üsulla yaranmış bir neçə düzəltmə
sözə və onların farsca mətndəki orijinallarına nəzər salaq:
Dostları ilə paylaş: