Sayali sadiqova



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə19/208
tarix25.12.2023
ölçüsü3,57 Mb.
#194908
1   ...   15   16   17   18   19   20   21   22   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son (2)

Dedilər əgri otur doğru söylə... 
7. Kişi tutmaz sözüni yad kişinin,
Tutar sözin həmişə bilişinin...
8. Ağə düşmiş görərsən kəndözini,
Toğancılar tutar, dikər gözini.
Dilinin sadəliyi və axıcılığı, yüksək bədiiliyi ilə seçilən bu 
şeir parçaları həm də dərin məna tutumu ilə yadda qalır. Birinci 
üç beytdə Şirazinin cinas qafiyələrdən uğurla istifadə etməsi də 
diqqəti çəkir. Belə ki, şair-mütərcüm ilk nümunədə 
“taş”
sözü-
nü iki mənada: 
bərk cisim
və 
bayır, dışarı, xaric
anlamlarında 
işlətmişdir. İkinci beytdə qafiyə yerində işlənmiş “gecə” sözü də 
müxtəlif anlamlardadır: Birinci misradakı 
gecə
sözü 
gec
zərfinin 
yönlük hal şəkilçisi qəbul etmiş formasıdır, ikinci misradakı 
ge-

sözü isə 
axşam
anlamını daşıyır. Üçüncü beytdəki cinaslı qa-
fiyənin – tamlar sözünün birincisi 
damcılamaq
anlamında, ikin-
cisi isə 
damlar,
evlər
mənasında işlənmişdir.
Nümunələrdə obrazlı ifadələrin, frazeoloji birləşmələrin
xalq deyimlərinin bir qədər fərqli biçimdə olan atalar sözlərinin 
işlənməsi də diqqətçəkicidir. Belə ki, Şirazi dördüncü nümunədə 
iki frazeoloji birləşmədən çox uğurla istifadə etmişdir: “gecə ilə 
gündüz qarışdı” və “od ilə su barışdı”. Qeyd edək ki, bu frazem-
lər müasir ədəbi dilimizdə işlənməsə də, onların mənası aydın-
dır: birincisi 
alatoranlığın düşməsi
, ikincisi isə 
mümkün olma-
yan bir işin baş tutması
anlamına uyğun gəlir. Bu frazeoloji bir-


64 
ləşmələrə digər ortaçağ türk yazılı abidələrində rast gəlməmişik. 
Buna əsasən güman etmək olar ki, hər iki birləşmə Şirazinin öz 
qələminin məhsuludur və bu faktı şair-tərcüməçinin söz yaradı-
cılığı sahəsindəki uğurlu fəaliyyətinin nəticəsi kimi dəyərləndir-
mək olar. Yuxarıdakı beşinci nümunədəki “
Tavuq yumurdasın-
dan toğmaz ördək
” misrasında, göründüyü kimi, müdrik və hik-
mətli xalq kəlamı ifadə olunmuşdur. Beytin ikinci misrası “
Nə 
diksən anı bitürür çəgirdək
” isə məşhur atalar sözünü xatırladır: 
“Nə əkərsən, onu biçərsən”. Eyni sözləri sonrakı – altıncı nümu-
nəyə də aid etmək olar. Beytdəki “
Əgri otur, doğru söylə
” atalar 
sözü müasir ədəbi dilimizdə kiçicik fərqlə işlənir: “
Əyri otur, 
düz danış
”. Yeri gəlmişkən qeyd edək ki, Şirazinin işlətdiyi bu 
atalar sözü professor Samət Əlizadənin nəşrə hazırladığı “Oğuz-
namə” kitabında da eynilə bu şəkildə işlənmişdir
1
.
 
Sonrakı – yeddinci nümunə hikmətli məzmunu ilə yadda 
qalır. Şiraziyə görə insan qeybətdən uzaq olmalı, başqasının sö-
zünü danışmaqdan çəkinməlidir. Qeyd edək ki, bu beytdəki “ki-
şi” sözü “insan” anlamındadır və müasir Azərbaycan dili baxı-
mından qismən də olsa, semantik arxaizmlər sırasına daxil edi-
lir. Beytin ikinci misrasındakı “biliş” sözü də semantik arxaizm-
dir; göründüyü kimi, burada “tanış”, “dost” anlamında işlənmiş-
dir. Bəlli olduğu kimi, “biliş” sözü müasir Azərbaycan dilində 
yalnız “tanış-biliş” qoşa sözünün tərkibində işlənir.
Sonuncu – səkkizinci nümunə isə tərkibində leksik-seman-
tik arxaizmlərin işlənməsi baxımından diqqəti çəkir. Belə ki, 
beytdəki “ağ” və “toğancı” sözləri müasir ədəbi dilimiz üçün ar-
xaik səciyyə daşıyır. Qədim türk sözlərindən olan “ağ” leksemi 
(ovçu, hörümçək) toru anlamındadır və ilk dəfə olaraq Yusif Ba-
lasaqulunun “Kutadqu biliq” məsnəvisində qeydə alınmışdır
2

Bu sözə eyni mənada Azərbaycan yazılı abidələrindən yalnız 
Bəvazicinin “Kəvamilüt-təbir” tərcüməsində rast gəlirik
3
. Məş-
1
“Oğuznamə”. Çapa hazırlayan: S. Əlizadə. Bakı, Yazıçı 1987, səh.33. 
2
Древнетюркский словарь. “Издательство” “Наука”, Л., 1969, s.16.
3
Nağısoylu M. XVI əsr Azərbaycan tərcümə əsəri “Kəvamilüt-təbir”. (filo-
loji-tekstiloji araşdırma, əsərdən parçalar) Bakı, Elm və təhsil, 2011. 


65 
hur türkoloq alim V.Radlov “ağ” sözünün eyni mənada Osman-
lıcada və Azərbaycan-türk dilində işləndiyini qeyd etmişdir. Bu-
nunla belə, bu söz Azərbaycanda zaman keçdikcə unudulmuş
Türkiyə türkcəsində isə olduğu kimi işlənir. Beytdəki “toğancı” 
(ovçu, şahin ovçusu) düzəltmə sözünün kökü olan “toğan” (şa-
hin, qızılquş) da qədim türk sözlərindəndir və ana abidəmiz “Ki-
tabi-Dədə Qorqud” dastanlarında da işlənmişdir. Maraqlıdır ki, 
“toğan” sözü fars dilində də işlənir. Görkəmli İran alimi Mə-
həmməd Müin bu sözün həm də türk şəxs adı kimi işləndiyini 
diqqətə çatdırmışdır
1
. Şirazi “Gülşəni-raz” tərcüməsində “

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin