98
(dal)
vav
kimi getmişdir.
1
Lüğətdə
ədik
(çəkmə) sözü də işlən-
mişdir.
Toğancı
– şahin ovlayan,
quyumcı
– zərgər,
cövşənci
isə
zirehli deməkdir. Yuxarıdakı sözlər sırasında
yaycı
da arxaik sə-
ciyyə daşıyır. Bu söz lüğətdə fars mənşəli
kəmangər
lekseminin
qarşılığı olaraq işlənmişdir, qədim silah növü olan
yay
hazırla-
yan usta anlamındadır.
Xəbərci
sözünə gəldikdə isə, o, burada
peyğəmbər
mənasında işlənmişdir. Qeyd edək ki,
peyğəmbər
fars mənşəli sözdür –
xəbəraparan
deməkdir.
Xəbərci
sözü də
məhz bu anlamda işlənmişdir. H.Naxçıvani lüğətdə eyni mənada
elçi
sözünü də işlətmişdir. Yuxarıdakı sözlərdən
aşcı
müasir
ədəbi dilimizdəki
aşpaz
mənasında işlənmişdir.
Gürəşci
isə
gü-
ləşci
sözünün əski formasıdır.
Lüğətdə yer almış
-çı (-çi)
şəkilçili sözlərdən biri isə feildən
düzəlmişdir. Bu,
dilənci
sözüdür. Maraqlıdır ki, müasir ədəbi di-
limizdə də
-cı, -çi, -çu, -çü
şəkilçisi yalnız isimlərə qoşulur və
dilənçi
sözü bu baxımdan istisnadır.
Dostları ilə paylaş: