Sayali sadiqova



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə49/208
tarix25.12.2023
ölçüsü3,57 Mb.
#194908
1   ...   45   46   47   48   49   50   51   52   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son (2)

-gəc:
 süzgəc; 
-ğu
:
 bıçğu; 
-ğən,
 
-gən
:
 inrəğən, dökülgən; 
-acaq:
 baqacaq; 
-id:
 keçid; 
-unc
:
 qor-
qunc; 
-kin
:
 kəskin; 
-cək
:
 bürüncək, təkyəcək 
və s. Bu sözlərdən 
inrəğən
arxaik səciyyə daşıyır və farsca 
jiyan
(
vəhşi, qəzəbli
) sö-
zünün qarşılığı kimi işlənmişdir. 
Təkyəcəq
sözü isə ərəbmənşəli 
təkyə
(arxa, hami) sözündən düzəlmişdir və himayəçi anlamını 
daşıyır. 
Dökülgən
(tökülən) və 
baqacaq
(müşahidə yeri) sözləri-
nin farsca orijinalına əsasən onların Naxçıvani tərəfindən kalka 
şəklində tərcümə edilərək ədəbi dilə gətirildiyini düşünürük. 
H.Naxçıvaninin “Sihahül-əcəm” lüğətində söz yaradıcılığ 
sahəsində səmərəli fəaliyyəti mürəkkəb quruluşlu bir sıra sözlə-
rin nümunəsində daha qabarıq şəkildə özünü göstərir. Bu qəbil-
dən olan sözlərin çoxu fars dilindən kalka şəklində tərcümə 
olunmuşdur. Onlar sırasında ikinci tərəfində 
-ıcı
şəkilçisi işlən-
miş sözlər üstünlük təşkil edir. Həmin sözlər aşağıdakılardır: 
Artcagedici, boyunçəkici, biləolucı, buyruqdutucı, cançəkici, ça-
naqbağlayıcı, dəgirməndeşici, diləkdiləyici, diləkyetürici, dilkü-
likedici, dinsaqlayıcı, ədledici, gecədurucı, ipdəoynayıcı, işbuy-
rucı, işdutucı, işdüzüci, karedici, kərpickəsici, kəndingörici, kü-
lahedici, qanalıcı, qiymətbilici, qılıcoynadıcı, muradsürüci, oqa-
tıcı, öncəgedici, tasoynadıcı, tonyuyucu, sığırgüdüci, sinqazıcı, 
üzəngidutucı, yükçəkici
və s. 
İndi isə bu sözlərdən bir neçəsini ayrı-ayrılıqda nəzərdən 
keçirək. Onlardan üçünün birinci tərəfində 

sözü işlənmişdir. 
Bu sözlərdən 
işbuyrucı
xüsusilə diqqəti çəkir. H.Naxçıvani bu 
sözü farsca 
karfərmay
mürəkkəb sözünün tərcüməsi kimi işlət-
mişdir. 
Buyrucı
bu farsmənşəli mürəkkəb sözünün tam qarşılığı-
dır: 
kar-iş, fərmay-buyuran, əmr edən
deməkdir. Maraqlıdır ki, 
Hinduşah Naxçıvaninin sələfi Hüsaməddin Xoyi də bir müddət 
öncə tərtib etdiyi “Töhfeyi-Hüsam” adlı mənzum lüğətində 
kar-
fərmay
fars sözünün türkcə qarşılığını 
işə buyruqedici
şəklində 
işlətmişdir. Bu faktın özü hər iki müəllifin bu məəsləyə fərdi ya-


107 
naşdığını və sözügedən farsmənşəli mürəkkəb sözü bir qədər 
fərqli şəkildə dilimizə çevirdiyini sübut edir. Qeyd edək ki, 
H.Xoyinin 
karfərmay
sözünü qafiyə xatirinə bu cür tərcümə et-
məsi də istisna olunmur. Ümumiyyətlə götürdükdə H.Naxçıva-
ninin variantını (işbuyrucı) daha uğurlu hesab etmək olar. Bu-
nunla belə, bu variantların heç birinə bizə məlum tarixi qaynaq-
larda bu şəkildə rast gəlmirik. Deməli, istər 
işbuyrucı
, istərsə də 
işə
buyruqedici
hər iki lüğət müəllifinin söz yaradıcılığı sahəsin-
dəki fəaliyyətinin nəticəsidir. 
Lüğətdəki 
işdutucı
və 
işdüzüci
sözləri də fars dilindən kalka 
yolu ilə tərcümə edilərək ilk dəfə ədəbi dilə gətirilmişdir. Bu iki 
sözün farscası 
kardar
və 
saxtkar 
sözləridir. Onların lüğəvi mə-
naları elə H. Naxçıvaninin işlətdiyi mürəkkəb sözlərə tam uyğun 
gəlir, deməli, hər iki söz lüğət müəllifinin söz yaradıcılığı sahə-
sindəki fəaliyyətinin məhsuludur. Bununla belə, bu sözlər yazılı 
ədəbi dilimizdə vətəndaşlıq hüququ qazanmamış və zaman keç-
dikcə unudulmuşdur. 
H.Naxçıvaninin tərcüməçilik fəaliyyətinin nəticəsi olan di-
gər mürəkkəb sözlər də eynilə bu tiplidir, fars dilindən kalka yo-
lu ilə dilimizə tərcümə olunmuşdur. Bu baxımdan 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin