166
onların öyrənilməsi üzərində qurmuşdur
1
. Tədqiqatçı abidədəki
türkmənşəli sözlər sırasında çağdaş ədəbi dilimiz üçün arxaik-
ləşmiş əski türk sözlərinə xüsusi diqqət yetirərək onlar üzərində
ətraflı dayanmışdır. C.Qəhrəmanov kitaba ayrıca arxaik sözlər
lüğəti də daxil edərək burada həmin sözlərin klassik ədəbiyya-
tımızın başqa nümunələrində də işlənməsinə dair nümunələr
vermişdir.
Kitabda verilmiş nümunələrdən göründüyü kimi, “Əsrarna-
mə”də işlənmiş və hazırda ədəbi dilimizdən çıxmış həmin sözlər
“Kitabi-Dədə Qorqud”un, Nəsimi, Kişvəri, Xətai və Qövsi əsər-
lərinin dili üçün də səciyyəvidir. Ş.Xəlilovun “Əsrarnamə”nin
dili” adlı monoqrafiyasında da abidədəki qədim türk sözlərinin
lüğəti verilmişdir. Bununla belə, “Əsrarnamə”də işlənmiş və ha-
zırda ədəbi dilimizdə istifadədən qalmış bəzi qədim türk sözləri
bu lüğətlərin heç birinə düşməmişdir. Həmin sözlərdən bir neçə-
si “Əsrarnamə”nin yalnız ikinci Bakı nüsxəsindədir (C.Qəhrə-
manov və Ş.Xəlilov öz tədqiqatları üçün tərcümənin birinci Bakı
nüsxəsini əsas götürmüşlər), bəziləri isə hər iki əlyazmada var-
dır. Öncə tərcümənin yalnız
Dostları ilə paylaş: