Sayali sadiqova


ivərdi  bu zəman.   Bildı munca neməti ki, ol hümam Kim, ana Allah  ivərmişdir



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə93/208
tarix25.12.2023
ölçüsü3,57 Mb.
#194908
1   ...   89   90   91   92   93   94   95   96   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son (2)

ivərdi
 bu zəman.
 
Bildı munca neməti ki, ol hümam
Kim, ana Allah 
ivərmişdir
 təmam. 
Bütün bu faktlara baxmayaraq, “Qədim türk sözlüyü”ndə, 
“Tarama sözlüyü”ndə və başqa əski lüğətlərdə 
“ivərmək”
sözü 
qeydə alınmamışdır. Türkdilli yazılı abidələrdən Seyf Sərainin 
“Gülüstan” tərcüməsində isə 
“ivərmək”
felinin daha əski forma-
sı - 
“iyə bermək”
eyni mənada işlənmişdir: 
“Məni munla əshab 
müalicəsi içün iyə berdilər”
“Ağır işə sınamış ər iyə ber”
. Bu 
barədə məlumat verən profesor Əmir Nəcib yazır ki, 
“iyə ber-
mək”
mürəkkəb feili iki tərkibdən - 
“iyə”
(yiyə) ismindən və 
“bermək”
(vermək) feilindən ibarətdir. Görkəmli türkoloq çağ-
daş uyğur dilində işlənən eyni mənalı 
“evərmək”, “ebermək
”, 
“evetmək”,
türkməncədəki 
“ibermək”,
özbəkcədəki 
“yubor-


170 
mak”,
tatar və qazax dillərindəki 
“jiberu”
feillərinin mənşəcə 
“iyə bermək”lə bağlı olduğunu qeyd edir. 
“İvərmək”
sözü eyni 
mənada 
“əvətmək”, “əvərtmək”
və 
“yibərmək”
şəkillərində 
Radlovun lüğətində də qeydə alınmışdır. 
 
Yalanac
- çılpaq, yoxsul: 
 
Dürlü-dürlü imtahan eylər məni,
Gah ac qor, gah 
yalanac
 ol qəni. 
 
Bu söz eyni mənada XIV-XVI yüzilliklərə aid türkcə mətn-
lərdə işlənmişdir. Orta əsrlərə aid türkcə mətnlərdə bu sözün si-
nonimi kimi 
“yalancaq” 
leksemi də işlənmişdir. 
Yalanac
sözü 
V.Radlovun lüğətində də eyni mənada qeydə alınmışdır. Qeyd 
edək ki, qədim türk mətnlərində eyni mənada 
“yalan”
sözü də 
işlənmişdir. Onu da əlavə edək ki, bu söz “Əsrarnamə” tərcümə-
sinin lüğətində səhvən 
“yalanç
ı” kimi qeydə alınmışdır. 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin