Sayali sadiqova


ikinci  Bakı nüsxəsində olan aşağı- dakı əski türk sözlərini nəzərdən keçirək



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə91/208
tarix25.12.2023
ölçüsü3,57 Mb.
#194908
1   ...   87   88   89   90   91   92   93   94   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son (2)

ikinci 
Bakı nüsxəsində olan aşağı-
dakı əski türk sözlərini nəzərdən keçirək: 
 
 Anara
 
- o tərəf, o yan: 
 
Əql pozdı etiqadın düzgünin,
Düşdi 
anara
, qodı əldin dinin.
Qədim türk abidələrində 
“anaru”
şəklində qeydə alınmış 
bu sözün “ol” işarə əvəzliyindən düzəldiyi göstərilir. “Kitabi-
Dədə Qorqud”da da eynilə bu şəkildə işlənmişdir: 
“...yönin ana-
ru, sağrısın ərinə döndərür”
. Qazı Bürhanəddin “Divan”ında isə 
“anaru-bəri” 
birləşməsi “elə-belə” mənasında işlənmişdir: 
 
1
 
Qəhrəmanov C. Əsrarnamə (əlyazmasınm fotofaksimilesi, sözlük və iza-
hatı). Bakı, 1964. səh.20-37 


167 
Eşqin sənin, ey dilbər, qancərü,
Sevmək kibi sevməzlər səni 
anaru-bərü.
1
 
 
Maraqlıdır ki, hazırda ədəbi dilimizdə işlənməyən 
“anara”
sözü bir çox şivələrimizdə müxtəlif fonetik variantlarda qorunub 
saxlanmışdır: 
anara, anaru, anarı, anrı, anırı
. Bu söz dilimizin 
izahlı lüğətində də 
“anrı”
şəklində qeydə alınaraq, onun danışıq 
dilində və Divanbəyoğlunun əsərində işlənməsinə aid nümunələr 
verilmişdir
2

 
Bunalmaq 
-
bərk sıxılmaq, ürəyi getmək: 
 
Bir əcəb şuridə şəxsi-biqərar,
İrdi gördi kim
bunalmış
 şəhriyar
.
 
“Bunalmaq”
 
feili qədim türk abidələrində “dərd”, “qəm”, 
“sıxıntı” mənalarında işlənmiş
 
“bun”
 
ismindən
 
düzəlmişdir. “Ki-
tabi-Dədə Qorqud”da işlənmiş
 
“bun”, “bunlu oldu”, “bunaldı”
 
ifadələrinin izahını verən prof. Süleyman Əliyarov yazır

“Bun” 
sözü “Dədə-Qorqud” boylarını qədim türk kitab dili ənənəsi ilə 
bağlayan tutarlı dəlillərdən biridir”.
 
Qeyd edək ki, dastanda
 
“bu-
nalmaq”
 
feli
 
“basılmaq”, “darda
 
qalmaq” mənalarında da işlən-
mişdir.
 
Bununla bağlı S.Əliyarov onu da əlavə edir:
 

Dədə-Qor-
qud” kitabında işlənən “Uruz kafırin ucunu basdı, dağıtdı... ka-
fır bunaldı, oxa girdi” cümlə, elmi baxımdan çox dəyərlidir
çünki run yazılarında “bunalmaq” məsdəri yağının basılması, 
yenilməsi, əzilməsi mənasında qeydə alınmamışdır.” 
“Kitabi-Dədə Qorqud”dakı 
“bunlu oldu”,

bunaldı
” sözləri 
göstərir ki, 
“bunalmaq”
məsdərinin ilkin şəkli 
“bunlu olmaq”
imiş, sonra o, fonetik dəyişikliyə uğrayaraq bu şəklə düşmüşdür, 
dastanda isə hər iki variant paralel işlənirmiş. 
“Bunalmaq”
feili 
1
XIII asırdan günümüze kadar kitaplardan toplanmış tanıklariyle Tarama 
sözlüğü, I-IV c., Ankara, 1941-1945, səh.125
2
Azərbaycan dilinin izahlı lüğəti, I-IV c., Bakı, 1967-1987, səh.110


168 
Suli Fəqihin “Yusif və Züleyxa” məsnəvisində də “bərk sıxıl-
maq” mənasında işlənmişdir
1


Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin