təbliğ etmək, millətə xəyanət. Bir sözlə, “müanid”!
1
)
Nə deyim, hardan başlayım? Bədənim əsirdi. Razi-
yəsə möhkəm və sakit oturmuşdu. Sanki yerimizi də-
yişmişdilər. Kaş elə dəyişərdilər də! Mən Raziyəyə iş-
gəncə verib, söz ala bilməyəcəkdim, bunu hiss eləyir-
dim!
1
“müanid”! - dinə qarşı çıxan
19
– Kimə işləyirsən?
– Nə?
– Dedim, kimə işləyirsən?
– Heç kimə. Özümə.
Dik cavab verirdi.
– Özündən başqa?
– Əlimnən gəlsə, millətimə!
– Pah! Sən millətə işdiyrsənsə, biz kimə işdiyirik?
– Nə bilim? Ərbablara!
Heç inanılan deyildi. O sakit Raziyə belə dilli-di-
lavər olmuşdu! Onun belənçik olmağı xoşuma gəlirdi.
– Deməli, hərə bir ərbaba qulluğ eliyir da, hə?
Onda sənin ərbabın kimdi?
– Mənim ərbabım yoxdu!
– Adam adı de...kimə işliyirsən?
– Sənə kim lazımdı?
– Mənə həqiqət lazımdı! Səni bu yola çəkənin adı
lazımdı.
– Hansı həqiqət? Mənim kimilərin həqiqəti? Yoxsa
ərbablarıyın istədiyi həqiqət?
Bir söz deyə bilmədim!
– Sən uşaqlıqda da belə hazırcavab idin? Diluzun-
luq eləmə görüm!
– Məndən nə istiyirsiz axı? Ailəm nigarandı. Mən-
dən xəbərsizdilər. Dostların qoymadı zəng eliyəm ola-
ra. Diluzunluq eləmirəm... özün də bilirsən mənim
günahım yoxdu...
Səsi titrədi bir az.
– Yaxcı, yaxçı! Zırıldama görüm! Bülbül kimi da-
nışacaqsan... Hələ bir az döz.... Bizim səbrimiz çoxdu...
20
İndi xanım Feyziyə diyərəm, gələr səni başa salar ney-
niyibsən... Evlisən?
– Yox!
Sevindim!
– Niyə?
– Nə bilim!
– Necə nə bilim? Evlənsəydin, qeyri-qanuni işlər
görməzdin. Elə bilirsən həyat da “Qonaq bacı”dı?
– Nəəə!? Nə qonaq bacısı? Nədən danışırsız?
O kəlmə ağzımdan qaçdı. Acığım tuturdu özümə.
İçimdə nəsə bir dəyişiklik baş verirdi. Hiss elədim, əgər
uşaqlığa qayıtsaydıq, heç vaxt Raziyədən ayrılmazdım.
Bütün bu uzun illər həmişə yadımda olub. Onunla ke-
çirtdiyim günlər mənim həyatımın ən gözəl günləriydi.
Bağlı-bağçalı həyətimizin bir qırağına kiçik bir xalça
salıb, özümüzə ev qurardıq. O günlərin ən pis xatırələri
də mənimçün şirindi. Amma indiki qonaq bacının, heç
də o qonaq bacıya bənzərliyi yoxdu. Ayrılıq, itirmək
qədər acı deyil. Xəyanət, söyülüb-döyülmək kimi tez
unudulmur!
– Heç nə? Deyirəm yəni elə bilirsən qonaq bacı
oynuyursan? Bura gələn oyuna yox, ölümə gəlir... Çalış
həmkarlıq eliyəsən... Həm sən rahat olarsan, həm də
mən!
– Siz niyə?
– Sən elə bilirsən sizləri buralara gətirəndə mən
kef eliyirəm? Xahiş eliyirəm, həmkarlıq elə. Onlar
mənim kimi davranmayacaqlar ha sənnən! Nə istəyirlər
elə...
– Məndən nə istəyirlər?
21
– Pərvəndəndə yazdıqları bütün günahları kamera
qabağında etiraf eləməyi...
– Sora?
– Sorasın daa mən bilmirəm! Sadəcə, mən istə-
mirəm bir qadının işkəncə olmasını görəm. And iç-
mişəm!
– Elə bilirsiz sora məni buraxacaqlar? Mən uşaq
deyiləm... Otuz yeddi yaşım var... Olar məni öldürə-
cəklər...
– Allah kərimdi... Öldürməzlər... Hələ işgəncədən
canıyı qurtar... Mən sənə görə deyirəm..
Yerindən bir az tərpənib dedi:
– Hansı günahı etiraf eləməliyəm?
Pərvəndəni açdım üzündən oxudum:
– Ümumi təhlükəsizliyə qarşı çıxmaq, ərazi bütöv-
lüyə qarşı çıxmaq, nizamın əleyhinə olan qruplarla əla-
qədə olmaq, pantürkizmi təbliğ etmək. Millətə xəya-
nət... Burda belə yazıblar...
– Amma mən xain deyiləm! Mən fəqət öz dilimdə
yazıb oxumaq istəmişəm... Milli haqlarımı istəmişəm...
Bunun harası xəyanətdi, hansı qanunda günahdı? Val-
lah, Quranda da millətlərin haqlarından bəhs olunub.
Günah olsaydı, Allah onu azad və lazım bilməzdi!
– Azadlıq indi oturduğun yerdə yoxdu, Raziyə xa-
nım! Azadlıq burdan eşikdədi... Küçələrdə... Mən Qu-
randan danışmadım, nizamın əleyhinə çıxmağından
danışdım!
– Azad insan burda da azaddı, olmayansa, elə o siz
dediyiniz küçələrdə də azad deyil. Azadlığı qandalnan
ölçməzlər! Milləti dilindən öldürərlər... cismindən yox!
22
Tısbağanı ya beli üstə çevir, ya öldür, fərq eləməz... hər
ikisində də ölür.
Ağzımı əyə-əyə dedim:
– Bəs nəynən ölçəllər?
– Sizin ərbablarıyızın bizim əlimizdən aldığı həqi-
qətnən... milli kimliknən...
Bilirdim nədən danışır. Çox rast gəlmişdim Raziyə
kiminlərinə. Amma, doğrusu, bura qədər mənə “milli
kimlik” deyilən şey lazım olmamışdı.
– Sənin hesabınnan heç mən də azad deyiləm ki..
həəə? Halbuki, sən əliqandallı, üzübağlı oturmusan, mən-
sə rahat öz mizimin arxasında oturmuşam və azadam!
– Heç inanmıram!
– Nəyə?
Yenə bir az yerində tərpənib, səsini yavaşıdıb dedi:
– Sizin azadlığınıza!
– İnanmırsan, həəə? Eybi yox, inanarsan... inanar-
san... Burada çox şeyləri adama inandırarlar. Hələ üstə-
lik iman da gətirərsən. Millətçi gəlib, milçək gedənlər
çox olub, ay Raziyə!
Yerimdə otura bilmirdim. Çox gərgin idim. Get-
dikcə itə dönürdüm. Ayağa qalxdım. O bilmirdi onu nə
gözləyir, amma mən bilirdim. Necə olur olsun, bu eti-
rafı ondan çıxaracaqlar. Allah lənət eləsin mənə. Vax-
tında adam olsaydım, nə bilim, bir mühəndisdən, hə-
kimdən-zaddan olmuşdum və indi bu zibillikdə quylan-
mamışdım. Heç bilmirəm nə oldu, burdan baş çıxart-
dım. Dindar bir ailədə böyümüşdüm. Xannənəm Xo-
meynidən ötrü ölərdi. Cümə günləri onların evlərində
olsaydıq, bizi cümə namazına televiziyadan baxmağa
çağırıb deyərdi :
23
– Bala, gəlin oturun, qulaq asın, görün “ağa” nə
deyir! Axı siz niyə belə dinsiz olduz? Namaz niyə qıl-
mırsız?
Sora da dizini döyüb mərsiyə deyib ağlayardı! Mən
ki, heç vaxt bilmədim hansı mərsiyəni və niyə dilinin
altında mızıldayardı. Axı tam savadsız və təhsil gör-
məmiş bir qadın idi. Biz uşaqlar da məcbur oturub onu
dinliyərdik. O da oturub Xomeyninin namazdan qabaq
söhbətlərinə diqqətlə qulaq asardı.
Özüm də bilirdim, həmişəki kimi əclafliq eləyirəm.
Kaş kim olduğumu ona deyə biləydim. Kaş ona yardım
eləyə biləydim. Kaş o burda olmazdı. Kaş mənim işim
bu olmazdı. Nə bilim! Bir çox “kaşlar” ürəyimdən ke-
çirdi. Kaş bu “kaşlar” olmayaydı. “Ümid çarəsizlərin
çörəyidir” deyən düz deyib. Mənim indi o ümid çörə-
yinə çox ehtiyacım varııydı. Ürəyimdə böyük bir boş-
luq yaranmışdı. Zindanda olmamaq güclü olmaq demək
deyil. Mən guya “azad” idim, amma ölmək zəif və ça-
rəsiz yaşamaqdan daha yaxşıdı. Güclü olmaqla hansısa
bir gücə güvənib danışmağın da çox fərqi var. Fikir-
lərimi ürəyimin alovundan törənən bir vulkan alt-üst
etmişdi. Heç vaxt bu qədər özümü kimsəsiz hiss eləmə-
mişdim. Kimsəsizlik dost və ya ailənin olmamağıyla
ölçülmür, başa düşülmədiyin zamanlar özünü tənha
hiss eləyirsən. İnsanlar dağlar kimidirlər, bir-birinin ya-
nında yaşayırlar, amma hərəsi öz tənhalığını və yükünü
çiynində çəkir, hərəsinin öz dünyası var.
Nəfəsim çıxmırdı. Dünya böyda bir nisgilim var
idi. Damla-damla tənhalaşdırırdı məni, damcı-damcı
əridirdi... Ahh Raziyə, Raziyə! Axı sən burada ney-
nirsən!?
24
xşam gec işdən çıxdım. Hardasa saat səkkiz
tamam olardı. Evə getməyim gəlmirdi, ona
görə də yolüstü kafeyə gedərək bir çay içib, sulu qəlyan
çəkib, fikrimi dağıtmaq qərarına gəldim. “Savalan”
kafesi şəhərin ən məşhur kafesiydi. Təzədəm çayları və
Xunsar
1
qəlyanlarının tərəfdarı çox idi. Gecənin yarısı
da getsəydin müştərilərin çoxluğu səni təəccübləndirə
bilərdi. O gün də ora qələbəlik idi. Səssizcə girib bir
küncdə oturdum. İnsanlardan utanırdım. Onlarla həm-
söhbət olmaqdan qaçırdım. Atam sağ olsaydı, qoymaz-
dı müstəntiq olam. Atasızlıq adamı min yola çəkər. Kaş
atam sağ olaydı.
– Salam. Xoş gəlibsən!
Qəhvəçi Məmmədin səsiydi.
– Sağ ol, ağa Məmməd.
Məmməd bir istəkan çay qabağıma qoyub dedi:
– Qəlyan verim?
Çayı qabağıma çəkib dedim:
1
Xunsar - bir növ tənbəki adıdır
A
25
– Hə, Məmməd ağa. Xunsar olsun.
Məmməd qəlyanı gətirməyə getdi. Qəndqabıdan
bir qənd götürüb, ağzıma qoyub, istəkanı əlimə aldım.
Çayın gözəl ətri gəlirdi. Gözümü yumub bir qurtum iç-
dim. Beynimdə fikirlər inqilab eləyirdi. Çıxış yolu ax-
tarırdım. Düz bilmədiyin yolu getməsən yaxşıdı, çünki,
heç bir yolu geriyə qayıtmaq olmur. Zaman heç vaxt
geriyə işləmir. Vaxtında düz bir fikir və qərara gəlmə-
lisən. Yoxsa elə tez gec olur ki, etiraz eləməyə belə
imkanın olmur.
– Bu gün bir xanım yoxa çıxıb. Deyirlər, Ettelaat
tutub, aparıb, amma mən deyirəm bəlkə kürdlər qaçır-
dıblar. Xəbərin var sənin?
Məmməd idi. Qəlyanı mizin üstünə qoya-qoya da-
nışırdı. Qəlyanın şlanqını əlimə alıb qəlyanın arxasında
gizləndim.
– Yox, ağa Məmmməd. Xəbərim yoxdu. Kimin qı-
zıydı?
Barmağıyla üzünü qaşıya-qaşıya dedi:
– Qız ki, demək olmaz... qırxa yaxın yaşı olardı...
Qəhrəman Vəlipurun qızıdı. Evləri Top Meydanı tərəf-
dədi. Yazıxlar səhərdən min dəfə ölüb-diriliblər. Yeri-
göyü axtarıblar... Deyirlər, qızın birinci dəfəsi deyil yo-
xa çıxır. Allah axırın xeyir eləsin!
Sanki heç nədən xəbərim yoxdu, dedim:
– İnşallah tapılar, Məmməd ağa. Nigaran olmu-
yun...
Məmməd ağa gedə-gedə dedi:
– Tapılsın da... nə deyirəm ki! Gündə mini itir, biri
tapılır. Bəlkə o bir nəfər bu qız oldu!
26
Məmməd çox xoşbəxt adam idi. Sadə və səmimi
bir həyat sürürdü. Ona paxıllığım gəlirdi. Arzu elədim,
kaş onun yeridə olardım. Öz şəhərdaşlarının içində otu-
rub tülkücəsinə özünü pak göstərmək xoşbəxtlik sayıla
bilərmi?
O gün yeddi baş qəlyan çəkdim. Qəlyanın suyu
mənim rəngim kimi sapsarı olmuşdu. Ayağa durub pu-
lu mizin üstünə qoydum. Qapıya tərəf getdim, Qapıdan
çıxanda Məmməd dedi:
– Darıxma ha... tapılar... hər itiməyin bir tapılması
da olur.
Gülümsəyib sallana-sallana evə tərəf getdim.
Uşaqlıqda bu küçələrdən keçəndə elə bilərdim bulud-
ların üzərində yeriyirəm. O qədər özümü yüngül və
xoşbəxt sayırdım ki, elə bilirdim istədiyim zaman göyə
uça bilərəm, elə bilirdim istəsəm lap uzaqlara tullana
bilərəm. Oxuya-oxuya, atıla-atıla buralardan keçərdim.
Amma indi elə bil toprağın altında yeriyirəm. Özümü o
qədər ağır və yorğun hiss eləyirəm ki, hər addımıma
sanki bir ilimin enerjisi sərf olunur. Həvəssiz, ümidsiz
və sevgisiz yaşayıram. Elə bilirəm indi küçələr ağız
açıb məni udacaq. Küçələrdən qorxuram. Divarlardan
qorxuram, hər şeydən qorxuram... Çox qorxaq olmu-
şam!
27
ələ on yaşıma çatmamışdım. Atam köhnə sol-
çulardan idi. Onun dediyinə görə, adamı
uşaqlıqdan
əziyyət çəkib, işləməyə
öyrətməlidilər. Ona görə də uşaqlıqdan atamın
mağazasında işləyirdim. Boş vaxtlarımı şəhərin ən gur
meydanı – “Jandarmeri” meydanında kitab satmaqla
məşğul olardım. “Jandarmeri” meydanının yuxarı
hissəsini, yəni Xana
1
şəhərinə gedən küçələri kürdlər
vaxtilə işğal eləmişdilər. Atam mənə kiçik bir qırmızı
rəngli əl-arabası düzəltmişdi. Arabanın qabaq
hissəsində yazılmışdı: “Səyyar kitabxana”. Hər gün
arabanı min müsibətlə sürərək özümü “Jandarmeri”
meydanına çatdırıb, kitabları yerə düzərdim. Uşaqlığı-
ma baxmayaraq kitabları yaxşı tanıyırdım. Şəhərin ən
gizli və siyasi kitabları demək olar ki, məndən alınardı.
Onları kiçik bir qutuya yığıb üstündə oturardım. İstə-
yən olanda cəld durub kitabı götürər və yenidən qutu-
1
Xana -Sulduza yaxın bir şəhərin adıdır
H
28
nun ağzını bağlayıb üstündə oturardım. Öz müştərilə-
rimi tanıyırdım. Qıraq adama kitab satmazdim. Ya özü
tanış, ya da tanış adam göndərmiş müştəri olmalıydı.
Yoxsa risk eliyib o kitabları satmazdım. Həmin dövrdə
mənim satdığım kitbları kimin əlində tutsaydılar özünü
də, ailəsini də məhv eləyərdilər.
– Marksın “Kapital”ı var?
Bu, Həjirin səsiydi. O zaman 16 -17 yaşı olardı.
Kürd idi. Bunu ləhcəsindən və geyindiyi paltarlardan
da çox rahat bilmək olardı. Hər cürə müştərim var idi.
Müxtəlif səviyyələrdə olan oxucular mənə müraciət
edirdilər. Dini kitabların alıcılarından tutmuş siyası və
kriminal kitabların alıcısına qədər. Uşaqlıq günlərim
İran inqilabı dövründə olduğu üçün, müştərilərimin ço-
xu dini kitabları almağa üstünlük verirdilər. Çünki sol-
çuların hamısını ya güllələmişdilər, ya zindandaydılar,
ya da müharibə bölgəsinə göndərmişdilər. Yadıma gəlir
ki, hardasa 20-25 yaşında bir oğlan gəlib həmişə
Xomeyninin şəkilini məndən istəyərdi. Mən demək olar
ki, məhz onun üçün gedib, İmamın şəkilini tapıb gə-
tirib, satışa qoyardım. Hətta İmam ölən günü həmin oğ-
lanı küçənin ortasında atası ölübmüş kimi zar-zar ağla-
yan gördüm. Az qalırdı özünü öldürsün. Biz ona gülüb,
doluyardıq. Amma bizim bu işimiz heç nəyi dəyişmir-
di. Həmişə özümdən soruşardım: “Axı niyə türk oxucu-
ları İmamın
1
şəkilini və risaləsini
2
almağa gəlirlər,
amma bunlar qadağan olunmuş kitabların alıcısıdılar?”
Həjir qabaqlar bizim məhəllədə yaşayırdı, ona görə
də ona etibar eliyə bilirdim.
1
İmamın - İran inqilabının rəhbəri
2
risaləsini - müctəhidlərin şəriətlə bağlı kitabları
29
– Var.
– Neçəyədi?
– Yüz əlli tümən.
– Əlli tümənim çatmır!
– Canın sağ olsun. Sora gətirərsən!
Ən siyasi kitabları alardı. Yaşının azlığına baxma-
yaraq, bu kitabları çox rahatlıqla oxuyub başa düşə
bilirdi. Kürd millətçisiydi. Kürdüstanın müxtariyyətini
arzu eləyirdi. Atası “Peşmərgə” deyilən bir qrupun üz-
vü olduğu üçün tutuqlanıb asılmışdı. Özünü atasının
yolunun davamçısı bilirdi. Mən onda bu işləri anlaya-
caq qədər böyük deyildim. Hələ bu şeyləri yaxşı başa
düşmürdüm. Mənə atasından və arzularından danışmış-
dı. Mən ona – “Müharibəylə nəyəsə çatmaq olmaz.” –
sözünü deyəndə, o cavab verərdi:
– Müharibə azadlığa aparıb çatdırmasa da, azad
insan yarada bilər!
Bu sözün mənasını atamdan soruşmuşdum. Atamın
fikrincə: “Müharibə hansısa bir yerə aparıb-çatdıra bi-
lər, amma hər hansı bir azadlığın yolu müharibədən ke-
çirsə, o yolun sonu elə diktaturaya gəlib çıxacaq. Yəni
kimlərsə də səndən qurtulmaq üçün səninlə müharibə
aparacaqlar. Güclü olmaqla haqlı olmağın fərqi
çoxdur!”
Doğrusu, atamı haqlı bilirdim. Nəsə ürəyim “Həjir
düz eləmir” deyirdi. Məncə, nə qədər ki, əlindəki ağac-
la iti döyməmisən, o ağacın nə qədər təhlükəli oldu-
ğunu bilmədiyi üçün səndən qorxacaq. Amma döyən-
dən sonra ağacın nə qədər ağrıdacağını bilib səndən
qorxmayacaq! İnsan itdən yox, onun bilib başa düşmə-
yindən qorxmalıdır! Cahil özünə ziyan vurur, ağıllı
düşməninə! Müharibədən zəhləm gedirdi. Nəyisə itir-
30
məklə nəyəsə çatmağı qəbul eləmirdim. Müharibə
“ölüm” və “itirmək” deməkdi. Ayrılıq ölüm deyil, am-
ma ölüm həm ölümdür, həm də ayrılıq.
Saat heç səhər beş olmazdı. Həyətimizin qapısı çox
şiddətlə döyülürdü. Hamımız yuxudan diksinib həyətə
qaçdıq. Qapını mən açdım və çox təəccübləndim. Həjirin
anasıydı. Çox gərgin görünürdü. Bütün bədəni əsirdi.
Tələsdiyindən çadrasını başayaq örtmüşdü. Dedi:
– Babıt limala? Karım həyə?
1
Səsində qorxu və kədərin qarışığı olan bir hiss var
idi. Atamı istəyirdi.
– Hə... burdadı... indi gələr... ataaa!
Atam evə girən pillələrin üstündən dedi:
– Gəldiiim. Kimdi?
– Həjirin anası.
– Kim?
Atam sanki bu sözü eşidəndə bir az şok oldu.
Gecənin bu vaxtı, Həjirin anası! Sürətlə özünü qapıya
yetirdi.
– Salam əleyküm. Bə qapıda niyə? Buyurun içə-
riyə. Nə olub gecənin bu vaxtı buraya gəlibsiz?
Atam əliylə şalvarını düzəldə-düzəldə danışırdı. O
qədər tələsmişdi ki, şalvarının kəmərini bağlamağa
vaxtı olmamışdı.
Həjirin anası özünəməxsus ləhcəsiylə dedi:
– Həjiri tutublar... qorxdim evimizi axtaralar... ona
görə kitablari buraya gətirdim...
1
Babıt limala? Karım həyə? - kürdcə bu mənanı verir: “Atan
evdədi? Ona sözüm var.”
31
Qadın başıyla bir az o tərəfdə yerə qoyduğu qutuya
işarə eləyib sızıldıya-sızıldıya davam elədi:
– Ərimi də bucürnəsi şeylərə görə öldürüblər... bu
kitablari sənin oğlundan alib... özi buni dedi.
Atam bir kitablara baxdı, bir mənə.
– Yaxşı narahat olmayın... çəkilin o yana... icazə
verin...
Gedib qutunu götürüb içəriyə gətirdi. Qoydu həyət
qapısının arxasına. Sonra da Həjirin anasından soruşdu:
– İndi nə olacaq? Haçan tutublar?
Qadın gözünün yaşını astaca sildi. Çalışırdı ki, səsi
titrəməsin.
– Axşamüstü mənə xəbərin verdilər. Xiyabandan
tutub apariblar. Siz onun atasının başına gələni bilirsiz.
Qorxuram onu da asalar...
Davam eləyə bilmədi. Ürəyinin döyüntüsünü sinə-
sinin üstündən hiss eləmək olurdu. Meyid kimi ağar-
mışdı. Atam onun bu vəziyyətini görüb mənə dedi ki,
su gətirim. Tələsik qaçıb bir istəkan su gətiridim. Qadın
suyu içib durub getdi. Biz qaldıq, bir də bir qutu yasaq
kitab. Həmin gecə o kitabları həyətimizdəki kiçik bağ-
çada quyladıq. Mən sonralar da həmin bağçaya müqəd-
dəs yer kimi baxırdım. Elə bilirdim orada nəsə olacaq,
nəsə qeyri-adi bir şey göyərəcək. Atam həmişə deyərdi:
– “Kitabın quylandığı yerdən inqilab göyərər!” Mən
ondan inqilabın nə olduğunu soruşanda cavab verərdi:
– “ Oğlum, inqilab millətin dirçəlişə doğru üsyanının
kor-koranə formasıdı. Həmişə də millətin könlüncə ol-
mur. Yüz il inqilab etdik, üsyan etdik, amma xalqın
inqilabını xalqdan alıb onun öz başına çaldılar. Bunun
32
səbəblərini sənin kimi uşaqlar böyüyüb araşdırmalı-
dılar.”
Bir neçə ay sonra bildik ki, Həjir asılacaq. Göz-
ləyirdilər onun 18 yaşı tamam olsun və sonra assınlar.
Onun cürmü ölkənin bütölüyünə qarşı silahlı mübarizə
aparmaq idi. Həjir “müharib”
1
elan olunmuşdu. O, ası-
lan günü heç unutmaram. İnsan beynində və ürəyində
iz buraxan heç nəyi unuda bilmir. Məktəbdəydik. Mək-
təbin bütün uşaqlarını həyətdə bir sıraya yığıb dedilər
ki, bir məhbusun məktubunu sizə oxuyacağıq. Guya
Həjir tövbənamə yazıb göndərmişdi. Bizlərsə onu eşi-
dib dərs almalıydıq. Məktubu məktəbin direktoru biz-
lərə oxudu. İndi də qulağımdadı. Həjir səhv elədiyini
etiraf etmişdi. Bütün məktub boyu peşmançılıq hissylə
dolu cümlələr var idi.
Mən Həjiri yaxından tanıyırdım. Bu cümlələr onun
deyildi. Yalnız bir neçə cümlə o məktubun içində
diqqətimi çəkdi, bildim ki, yalnız bu sözlər onun söz-
ləri ola bilər: “Ata, ən yaxın zamanda sənə qovuşacam.
Anamın təkliyinə and olsun, əlimdən gələni elədim!”
Həjirin o məsum gözləri gözümün önundə canlandı.
İnqilabçıdan çox bir sülhsevər filosof kimi danışardı.
Yaman kövrəlmişdim. Direktor məktubu oxuya-oxuya
ətrafımdakı uşaqların sıxıla-sıxıla ağladıqlarını görür-
düm. Demək olar ki, hamı ağlayırdı. “Uşaqlar, mən
azadlıq üçün döyüşdüm və indi də zindanda ölüm gü-
nümü gözləyirəm. Mən indi bilirəm ki, insan oxuduğu
1
“müharib” - din və Allaha qarşı silahlı mübarizə aparanlara “mü-
harib” deyirlər
33
kitablar qədər azad, ideologiyasının böyüklüyü qədər
böyükdü. Mən bu gün dar ağacından asılacam, amma
kitablar və ideologiyalar həmişə olacaq.”
O gün nə qədər ağladığımı bir Allah bilir. Gö-
zümdən sel kimi yaş gedirdi. Onun o yaralı və mənalı
məktubu hamını ağlatmışdı. Ən dəhşətlisi odur ki, mək-
tubu oxuyandan sonra bizi avtobuslara yığıb onun və
iki başqa adamın asılma mərasiminə baxmağa apar-
dılar. Sulduzun “Serahi” deyilən bir yerində, daha doğ-
rusu şəhərdən bir az qıraqda, açıq bir meydanda asıla-
caqdılar. Çox adam o edama baxmağa gəlmişdi. Edam
mərasimində dəfələrlə olmuşdum. O adamları görəndə
özümdə fikirləşirdim ki, “axı niyə insanların ölümünə
baxmağa hamı gəlir, amma ehtiyac olanda biri də tapıl-
mır!?” Meydanın ortasında üç dar ağacı düzətmişdilər.
Elə bil dünən idi. O üç nəfəri gətirəndə bütün camaat
vəlvələyə gəldi. Bir çoxları onların asılmağından sevi-
nirdi. Axı dolayı yolla baxanda, onlar İranın parçalan-
masına deyil, Azərbaycanın ərazisinə iddialı adamlar
kimi tanınırdılar. Ona görə də camaat Həjiri və dost-
larını hoya basırdı.
Həjir sakit görünürdü, amma dostlarının biri
demək olar ki, asılmaqdan öncə ölmüşdü. Leşini gətirib
dar halqasını boynuna saldılar. İkincisininsə tükləri biz-
biz durmuşdu. Məlum idi ki, ölüm qorxusundan ölüm
halına düşüb! Üzü mənə tanış gəldi. Bir az da diqqətlə
baxdım. Aha! Yadıma düşdü. Bir neçə ay qabaq Sul-
duzun kürdlər məhəlləsi deyilən bir yerində dondurma
yeməyə getmişdim. Axşam vaxtlarıydı. Bir neçə kürd
də “paludə” deyilən bir desert yeyirdi. Fikrim uşaqlıq
34
aləmində gəzirdi. Ancaq o kişilər qabağımdaki mizdə
oturmuşdular deyə, gözüm onlara sataşırdı. Kürdlərə
məxsus olan və olduqca gen bir paltar geyinmişdilər.
Paltarın altındaki silahları hiss olunurdu. Deserti yeyib,
pulu vermədən getmək istədilər. Mağaza sahibi onlara
etiraz edib – “pulumu verin” – dedi. Onlarsa çox
Dostları ilə paylaş: |