O, düz deyirdi. Mənə gərək öz millətimizin Allahı
kömək eləsin. Hər millətin öz Allahı olur. Allah insan-
ların düşüncə, həyat tərzi və istəklərindən doğan bir
məfhumdu. Sənin Allahının gücünü sənin zəifliyinin
dərəcəsi bəlli edər. İstəkanın dolu yeri Allah və boş
tərəfi sənsən. Gözləyirsən kimsə gəlib o boş yeri də dol-
dursun. Hər millətin də özünəməxsus tarixi və yaşam tərzi
var. Özünəməxsus gücü və zəifliyi var. Amerikalı nə bilir
mən bu xarabada nə çəkirəm? Nə bilir ürəyimdən nə
keçir. Heç onun Allahı da bilə bilməz. Amerikalının
Allahı amerikalı kimi düşünür. Şərqin İran adlı bir xara-
bası, hələ onun da başıbəlalı Azərbaycanında, kim nə bilir
biz nə çəkirik. Şərqin, ümumiyyətlə, Allahı ölüb. Yerdə
qalan mənim kimi bəndələrdi…!
Səhər azanına yaxın olardı. Zindanın arxa həyə-
tində uca bir dar ağacı hazırlamışdılar. Günəş bulud-
ların arxasında gizlənmişdi. Hava sanki işıqlanmaq
istəmirdi. Raziyənin kamerasında bir molla və bir
100
doktor var idi. Molla guya ona “Quran” oxuyub All-
ahdan bağışlanmasını istəyirdi, doktor da onun sağlam-
lığını yoxlayırdı. Mollaya ürəyimdə dedim: “Allah sə-
nin kimi şərəfsizlərin günahından gərək keçə, ay əclaf!
Raziyənin ən böyük günahı onun azad yaşamaq istə-
yiydi. Amma sənin kimi mollaların günahı lap çoxdu,
çox, çox!”
Gözümün yaşı sözümə baxmırdı. Hamı mənə ba-
xırdı. Molla və doktordan xahiş elədim kameradan çıx-
sınlar.
– Güclü ol, Raziyə!
Mənə baxmadı. Acı gülümsədi.
– Dünən yadımdan çıxdı sənə bir söz deyəm!
– Nə?
Üzünü mənə tərəf çevirib düz gözlərimin dərin-
liyinə baxdıb dedi:
– Azadlığa çatmaya bilərsən, amma onu dadmaq
da böyük işdi. Mən onu daddım!
Əllərini ikiəlli tutub sıxdım.
– Mən də daddım, Raziyə. Mən azadlığı gördüm,
hiss elədim.
Gözümə göz dikib dedi:
– Səndən bir xahişim var!
– De…
Üzüyü barmağından çıxarıb mənə tərəf uzatdı.
– Al… saxla…
Çox təəccüb elədim!
– Niyə? Nə oldu ki? Qaytarırsan?
101
– Yox. Qorxma… bilirsən, bir gün bu millət də
azadlığı görəcək, hiss eliyəcək. Azadlıq gələndə barma-
ğına taxarsan!
O güldü, mən ağladım! O uddu, mən uduzdum!
Üzüyü titrək əllərimə alıb yumruğumda sıxdım. Bu is-
təyin müqabilində nə edəcəyimi bilmirdim. Vaxt yox
idi. Raziyənin o yaralı əl-ayağını qandalladım. İstəmir-
dim kimsənin əli ona toxunsun. Mən onun əriydim!
Dedilər Hacı gəlir. Tələsik gözümü sildim və Ra-
ziyənin başına qara torba keçirtdim.
– Hazırsan?
– Hazıram!
Əlindən yapışıb yavaş-yavaş kameradan dəhlizə
çıxartdım. Yeriyə bilmirdi. Barmaqları şişmişdi deyə,
addım ata bilmirdi. Sağ-solumda iki əsgər gəlirdi.
– Mübarək olsun, Seyid!
Hacıydı. Dəhlizdə üz-üzə gəldik. Cavab vermədim.
Gülümsədim. Özümü möhkəm saxladım. İstəmirdim
sınmağımı görsün. Bunu Raziyədən öyrənmişdim. Asta
addımlarla dəhlizdən həyətə tərəf yola düşdük. Azan
səsi gəlirdi. Ölüm dəhlizindən kölgə kimi irəliləyirdik.
Hər addımımız bir uzun yolçuluğa bənzəyirdi. Sanki
hər bir addımımızda böyük sirlər, dəhşətli keçmişlər,
ağrılı hadisələr söylənilirdi. Hər addımımız kitabın bir
vərəqi kimi açılırdı həyata. Bir-bir, tələsmədən addım
atırdıq. Ölüm dəhlizini fəth eləyib həyətə çatdıq. Hə-
yətin o başında dar ağacı görünürdü. Raziyəyə baxdım.
Qoluna girib inamla irəli getdik. İnanmırdım ki, bir
neçə dəqiqədən sonra Raziyə bu dünyada olmayacaq.
Axı Raziyə kimilər olmasa, bu dünyanın nə mənası
102
var? Şərəfli insanlar olmasa, dünya üstü açılmış bir ya-
lana bənzəyər – nə dadı qalar, nə duzu!
Dar ağacının yanına çatanda Raziyə dayandı.
– Olar bu torbanı başımdan çıxarasız?
Hacıya baxdım. Heç nə demədi. Torbanı Raziyənin
başından çıxartdım. Dərindən nəfəs aldı. Gözünü dikdi
göyə. Günəş hələ çıxmamışdı. Bəlkə də Raziyənin
gözünə baxmaqdan utanırdı. Raziyə günəşin üzünə
baxmaq istəyirdi, onun bir səhər cağı xalqının üzünə
doğacağına inanırdı. Mən halqanı onun boynuna sal-
dım. Raziyə dilinin altında nəsə deyirdi. Sözlərindən
“ana” kəlməsini seçə bildim. Gözü yol çəkirdi. Son
dəfə qucaqlaşıb vidalaşdıq. Qulağıma dedi:
– O dünyaya inanırsan?
Astaca dedim:
– Hə…
– Onda orda görüşərik!
Ağladım, gülümsədi. Gözünü məndən alıb yumdu.
Hacı başıyla əsgərə işarə elədi. Əsgər Raziyənin aya-
ğına yaxınlaşdı. Ayağının altı boşaldı…
Hacı salavat çevirib, əlindəki şirniyyat qutusunun
ağzını açıb, ordakılara paylamağa başladı. Hamı salavat
çevirib bir-birini təbrik eləyirdi. Azadlığın ölümü mü-
nasibətiylə şadyanalıq edirdilər! Yadıma gələndə ki,
mən də onlardan biri olmuşam, özümə tüpürməyim gə-
lirdi. Raziyəyə baxdım. Alma kimi asılmışdı ağacdan.
Dar ağacı bar vermişdi. Özü də Raziyə kimi ağır və də-
yərli bir bar. Gözləri açıq idi. Uzaq bir yerə göz dikmişdi.
Bilmirəm bu uzaqda nə var ki, hamının gözü ordadı?
Bəlkə azadlıq həmişə uzaqda olur deyə, insanlar uzağa
baxırlar! Ölüm halındaydım. Bir azdan Raziyəni yerə
103
endirib, müayinə edib, ölümündən əmin olandan sonra
ölüxanaya aparacaqdılar. Mən o səhnəni görə bilməzdim,
yəni gücüm çatmazdı. Artıq orada qala bilmirdim, ona
görə də ağır addımlarla otağıma tərəf getdim.
Bilirdim bundan başqa yolum oxdu. Otağıma qa-
yıtdım. Artıq ağlamırdım. Ürəyim sakit idi. Raziyə də
artıq rahat idi. Həqiqətlə üz-üzə gələndə, onun mürdar
iyini hiss eliyəndə, burnunu dəsmalınla tutma, o mürdar
iyin hamısını çək içinə. Başa düş ki, bu iy dünyanın
pisliyi deyil, ədalətsizliyin iyidir dünyanı götürüb. Kaş
ki, ölülərin də bir yubiley günü olardı. Mizimin arxa-
sında oturdum. Siyirməmi açıb tapançamı götürdüm,
Raziyənin üzüyünü öpüb onun yerinə qoydum. Dara-
ğında güllənin olmasını yoxlayıb otaqdan çıxdım. Razi-
yəsiz bu dəhliz məni qəbir kimi sıxırdı. Feyzinin ota-
ğına çatanda qapını döymədən içəri gırdım. Qapısında
dayanan əsgər bəxtimdən orada deyildi. İmkan tapmadı
başını qaldırsın.
Qəzəblə dedim:
– Öl, fahişə!
Gülləni sıxdım ürəyinə və çıxdım. Fikirləşdim ki,
indi Feyzinin ərinin ruhu şad olub. Hacının otağına
tərəf getdim. Güzgüyə baxmayana qədər güzgü güzgü-
lüyünü başa düşməz. Güzgüyə dəyər verən ona baxan
insandı. Kifir və səviyyəsiz olsa, güzgü də kifir və sə-
viyyəsiz görünəcək. Qətiyyən həyəcanım yox idi. Qa-
pını ayağımla açıb içəriyə girdim. Doktor və molla da
ordaydılar. Yəqin Raziyəm barədə danışırdılar. Tapan-
çanı Hacıya tərəf tuşladım. Hacı yaman qorxmuşdu. İlk
dəfəydi gözlərində belə qorxu görürdüm.
– Neynirsən, Seyid? Qoy yerə onu!
Bir addım da irəli gedib dedim:
104
– Yox, Hacı, yox… hara qoyuram?! Hələ təzə ta-
pança tutmağı öyrənirəm!
Tapançanı çevirib mollanın başına bir güllə sıx-
dım. Molla o ərəb paltarlarının içində itdi. Sanki bir
topa ət çoxlu parçaya bürünüb yerə düşdü. Doktor
üstümə cumdu, amma nəsə eləməyə imkan tapmadı.
Bir güllə də onun sinəsinə sıxdım. Hacı yerində don-
muşdu. Əlini tülkücəsinə siyirməsinə tərəf aparırdı. Ha-
cıya yaxınlaşdım.
– Hacı, dünən sən mənə yeni həyat verdin. Mən bu
gün dünənki Seyid deyiləm. Raziyənin əriyəm!
Danışmağa macal tapmadı. Gülləni ürəyinə sıxdım.
Hacı təsbehiylə birlikdə yerə səpələndi. Kimsə gəlmə-
mişdən öncə oradan çıxıb getməliydim. Sürətlə otağıma
qayıtdım. Dəhlizdən qaçhaqaç səslərii gəlirdi. Bu dün-
yadan dörd alçağı azaltdığım üçün sevinirdim. Ayaq
səsləri otağıma tərəf yaxınlaşırdı. Günəş çıxmışdı. Xo-
meyninin də şəkilini divardan çıxarıb arxası üstə mizi-
min üstünə atdım. Pəncərənin qabağında dayanıb “Sul-
tan Yaqub” dağına göz dikdim və tapançanı gicgahıma
tərəf apardım!
Dostları ilə paylaş: |