“...Müəllimlik – bu çox çətin , böyük fədakarlıq istəyən və
hətta “ öz – özünü məhrum etmək “ bacarığıdır . Belə ki , özün
üçün qoruyub saxladığının çoxunu ləyaqətli şagirdinə ötürürsən.
Çünki sinifdə “ xəsislik “ mümkün olan şey deyil . Bu
xeyirxahlığın nəticəsi sonralar sənin yetirmələrinin uğurları ilə
yetərincə ödənilir .” Dahı bəstəkar Qara Qarayevin müəllim
əməyi , fəaliyyəti haqqında dediyi bu qiymətli kəlamlar
həqiqətən də Fərhad Bədəlbəylinin bir pedaqoq kimi
fəaliyyətinin və yaradıcı mövqeyinin dəqiq və gözəl
xasiyyətnaməsidir .
Sevimli müəllimimlə illər boyu qurduğum təmasım həyatımın
nəinki müəyyən bir mərhələsi olmuşdur , eyni zamanda , günəş
tək peşə yoluma şəfəqlərini əsirgəməyib məni sehirli musiqi
aləminin yolçusu etmişdir . Həyatda , sənətdə atdığım hər bir
addım , hər bir taleyüklü qərarlarım məni Fərhad Bədəlbəyli
məktəbinin yetişdirməsi kimi daha böyük , ciddi məsuliyyət
yükü daşımağıma vadar edir . Hər dəqiqə ,hər an öz üzərimdə
yaradıcı iş əsirgənməyərək , məni Bədəlbəyli sinifinin yetirməsi
kimi özünə daha əmin , güvənli olmaqda yardımçım olur .
Fərhad Bədəlbəyli Azərbaycan peşəkar musiqisinin , ifaçılıq
sənətinin yanar ürəyi , döyünən qəlbi , vuran nəbzi olub musiqi
sənətimizə neçə nəsil gözəl musiqiçilər ,ixtisasçılar , pedaqoqlar
bəxş etmiş və edəcəkdir .
Dostları ilə paylaş: |