ŞƏBƏKƏ TEXNOLOGİYALARI
1. Kompüter şəbəkələri hansı topologiyalara bölünür?
1) şinli (ümumşinli)
2) budaqvari
3) ulduzvari
4) halqavari (dairəvi)
5) bir ranqlı və ayrılmış serverli
A) 1,3,5; B) 2,4; C) 1,3,4; D) 2,3,4; E) Hamısı
2. Informasiyaların ötürülmə sürəti hansı vahidlə ölçülür?
A) bayt; B) san; C) m/san; D) Mbit/san; E) bayt/san.
3. Ethernet şəbəkəsində hansı topologiyadan istifadə olunur?
A) Şin; B) Halqavari; C) Ulduzvari; D)Aktiv ağac; E) Üzükvari.
4. Şin topologiyalı lokal şəbəkələr hansı standartlar üzrə qurulmuşdur?
A) IEEE 802.2;
B) IEEE 802.3;
C) IEEE 802.4;
D) IEEE 802.5;
E) Heç biri.
5. Halqavari topologiyalı lokal şəbəkələr hansı standartlar üzrə qurulmuşdur?
A) IEEE 802.2;
B) IEEE 802.3;
C) IEEE 802.4;
D) IEEE 802.5;
E) Heç biri.
6. Token Ring şəbəkəsi hansı topologiyaya aiddir?
A) Şin; B) Halqavari; C) Ulduzvari; D)Aktiv ağac; E) Üzükvari.
7. Mərkəzi qovşaq (Server) kompüteri hansı şəbəkə topologiyasında olur?
A) Şin; B) Halqavari; C) Ulduzvari; D)Aktiv ağac; E) Üzükvari.
8. Frame Relay texnologiyalı şəbəkələr hansı şəbəkələrə aiddir?
A) Lokal; B) Qlobal; C) Ethernet; D) Intranet.
9. Telefon şəbəkəsi vasitəsilə başqa kompüterlərlə informasiyaların mübadiləsi qurğusu nədir?
A) Telefon; B) Şəbəkə; C) Kabel; D) Modem; E) Heç biri
10. Şlüz (Gateway) nədir?
A) Kompüter serveri;
B) Periferik qurğuları idarə edən proqram;
C) Şəbəkədə kompüterlərin bir-biri ilə ünsiyyət dili;
D) Lokal şəbəkəni qlobal şəbəkə ilə birləşdirən kompüter;
E) Heç biri.
11. Hansı qlobal şəbəkəni ifadə edir?
A) ROM; B) RAM; C) LAN; D) WAN; E)Heç biri.
12. Hansı lokal şəbəkəni ifadə edir?
A) ROM; B) RAM; C) LAN; D) WAN; E)Heç biri.
13. İnternet hansı tipli şəbəkəyə aiddir?
A) Lokal; B) Qlobal; C) Ethernet; D) Token Ring; E) Frame Relay.
14. İnternetdə baza protokolu hansıdır?
A) FTP; B) HTML; C)İSP; D) HTTP; E) TCP/ IP.
15. Protokol nədir?
A) Kompüterin qurğularını əlaqələndirən proqram;
B) Periferik qurğuları idarə edən proqram;
C) Şəbəkədə kompüterlərin bir-biri ilə ünsiyyət dili;
D) Kompüter serveri ;
E) Heç biri.
-
Web səhifəni bərk diskdə saxlayarkən hansı səhv buraxılmışdır?
A) 1, 3 və 5; B) 1 və 4; C) 3; D) 4; E) heç biri.
17. Modem nə üçündür?
A) rəqəmli siqnalı analoq siqnala çevirir;
B) analoq siqnalı rəqəmli siqnala çevirir;
C) rəqəmli siqnalı analoq siqnalına və əksinə çevirir;
D) siqnalı çevirmədən gücləndirir;
E) siqnalın filtrləşdirir.
18. Elektron poçt aşağıdakılardan hansını ötürməyə imkan verir?
A) Yalnız məlumatları;
B) yalnız faylları;
C) videotəsvirləri;
D) məlumatları və əlavə edilmiş faylları.
19. Modem nədir?
A) Poçt proqramı;
B) Şəbəkə protokolu;
C) İnternet serveri;
D) Texniki qurğu.
20. Web səhifələr hansı formatda (genişlənmədə) olur?
A) .txt; B) .htm; C) .doc; D) .exe; E) .com.
21. Aşağıdakı terminlərdən hansı kompüterə şəbəkə kommunikasiyalarında iştirak etməyə imkan verən xüsusiləşdirilmiş proqram təminatını təsvir edir?
A) Ethernet
B) CPU
C) Şəbəkə Əməliyyat Sistemi (ŞƏS)
D) ISA
E) ISO
22. Verilmiş qurğulardan hansı şəbəkədə birgə istifadə üçün təqdim oluna bilər?
A) Faks-modem
B) Sərt disk
C) Printer
D) CD ROM
E) Hamısı
23. OSI modelinin neçə səviyyəsi var?
A) 1
B) 2
C) 3
D) 5
E) 7
24. OSI modelinin hansı səviyyəsi şəbəkədə verilənləri ötürmək üçün ümumi formata çevirir?
A) Nəqliyyat (Transport layer);
B) Seans səviyyəsi (Session layer);
C) Nümayiş səviyyəsi (Presentation layer);
D) Tətbiq səviyyəsi (Application layer);
E) Kanal səviyyəsi (Data link);
25. OSI modelinin hansı səviyyəsi verilənlər axınının idarə olunmasını və səhvlərin düzəldilməsini dəstəkləyir?
A) Nümayiş səviyyəsi (Presentation layer);
B) Fiziki səviyyə (Physical layer);
C) Nəqliyyat (Transport layer);
D) Şəbəkə səviyyəsi (Network layer);
E) Seans səviyyəsi (Session layer);
26. OSI modelinin hansı səviyyəsi informasiyanı göndərən və alan kompüterlər arasında matşurutu müəyyən edir?
A) Seans səviyyəsi (Session layer);
B) Fiziki səviyyə (Physical layer);
C) Kanal səviyyəsi (Data link);
D) Şəbəkə səviyyəsi (Network layer);
E) Nəqliyyat (Transport layer);
27. OSI modelinin hansı səviyyəsində verilənlər şəbəkədə kadrlar şəklində qruplaşdırılır?
A) Fiziki səviyyə (Physical layer);
B) Kanal səviyyəsi (Data link);
C) Seans səviyyəsi (Session layer);
D) Nəqliyyat (Transport layer);
E) Şəbəkə səviyyəsi (Network layer);
28. OSI modelinin hansı səviyyəsində verilənlər şəbəkədə baytlar ardıcıllığı şəklində ötürülürlər?
A) Seans səviyyəsi (Session layer);
B) Fiziki səviyyə (Physical layer);
C) Kanal səviyyəsi (Data link);
D) Şəbəkə səviyyəsi (Network layer);
E) Nəqliyyat (Transport layer);
29. Aşağıdakı protokollardan hansı nəqliyyat protokoludur?
A) TCP
B) SMTP
C) FTP
D) IPX
E) SMNP
30. Birgə iş prosesində öz resurslarını digər kompüretlərə təklif edən kompüter necə adlanır?
A) Modem
B) İşçi stansiya
C) Kommutator
D) Adapter
E) Server
31. Aşağıdakı standartlardan hansı Ethernet şəbəkəsinin işini təsvir edir?
A) IEEE 802.2
B) IEEE 802.3
C) IEEE 802.4
D) IEEE 802.5
E) Heç biri.
32. Faylların e_mail - lə ötürülməsi prosesində IP paketlərinə bölünməsi və bu paketlərin alınması zamanı bir yerə yığılması proseslərini hansı protokol təmin edir?
A) HTTP
B) SMTP
C) FTP
D) IP
E) TCP
33. Aşağıdakı qurğulardan hansı OSI modelinin şəbəkə səviyyəsində funksional fəaliyyət göstərir?
A) Marşrutlayıcı
B) Körpü
C) Təkrarlayıcı
D) Şlüz
E) Adapter
34. Universitetin müxtəlif protokollarla işləyən 2 lokal şəbəkəsi vardır. Lokal şəbəkələrin heç birində əlavə protokollar quraşdırmadan onları birləşdirmək lazımdır. Məsələnin həlli üçün hansı qurğudan istifadə etmək olar?
A) Adapter
B) Körpü
C) Körpü-marşrutlayıcı
D) Şlüz
E) HOST
35. Printerlərin və kataloqların istifadəçilər arasında bölünməsi nədir?
A) Şəbəkə protokolu
B) Şəbəkə xidməti
C) Qrup proqram təminatı
D) Şəbəkə proqramı
E) Şəbəkə adapteri
36. Aşağıdakı qurğulardan hansı şəbəkə trafikini seqmentləşdirir?
A) Adapter
B) Körpü və ya Marşrutlayıcı
C) Modem
D) Şlüz
E) Printer
37. Şəbəkə əməliyyat sistemi quraşdırılan zaman hansı amillər nəzərə alınmalıdır?
A) Serverin vəzifələri
B) Adlara görə razılaşmalar
C) Kliyent proqramları
D) İnformasiyanın arxiv qurğularında saxlanmasının təşkili
E) Variantların hamısı
38. Arxitekturasına görə lokal şəbəkələr hansı tipdə olur?
A) Dairəvi və ulduzvari
B) Şinli və halqavari
C) Bir ranqlı və ayrılmış serverli
D) Regional və qlobal
E) Şinli, halqavari və ulduzvari
39. Lokal şəbəkələrdə kompüterlərin birləşdirilməsinin ümumi sxemi nə adlanır?
A) Arxitektura
B) Protokol
C) Topologiya
D) Domen
E) Tipologiya
40. Hardware və Software –nin birgəliyini təmin etmək üçün bütün şəbəkə şirkətinin qəbul etdiyi qaydalar toplusu nə adlanır?
A) Brauzer
B) Protokol
C) Topologiya
D) Arxitektura
E) Server
41. Aşağıdakı şəbəkələrdən hansında rabitə xətti olaraq telefon xətlərindən daha az istifadə olunur?
A) Qlobal
B) İnternet
C) Regional
D) Lokal
E) Korporativ
42. “Əgər kompüter ..... o, lokal şəbəkənin ayrılmış serveri adlanır” cümləsini düzgün variantla tamamlayın.
A) şəbəkədə ən sürətli kompüterdirsə
B) modem qurğusuna malikdirsə
C) printer qurğusuna malikdirsə
D) ən böyük ölçülü ekranlıdırsa
E) maqnit diskindən digər kompüter istifadəçilərinə istifadəyə imkan verirsə
43. Verilmiş mövzu üzrə müəyyən zaman müddətində şəbəkə abonentləri arasında informasiya mübadiləsi sistemi necə adlanır?
A) Telekonferensiya
B) Elektron poçt
C) Axtarış sistemi
D) Wikipedia
E) WWW xidməti
44. Aşağıdakı hökmlərdən hansı doğrudur?
A) İnternetdə ünvanlamanın və verilənlərin ötürülməsinin vahid standartı yoxdur
B) İnternetdə yerləşdirilmiş bütün məlumatlar xüsusi Beynəlxalq Təşkilatın senzurasından keçir
C) İnternet şəbəkəsi BMT-yə məxsusdur
D) İnternet şəbəkəsinə IBM şirkəti nəzarət edir
E) Bütövlükdə İnternetə sahib olan və onu idarə edən təşkilat mövcud deyildir
45. IP – ünvandakı ədədlər necə adlanır?
A) Kvartet
B) Kvintet
C) Oktant
D) Okted
E) Protokol
46. Aşağıdakı protokollardan hansı İnternet üçün baza protokoludur?
A) HTTP
B) HTML
C) TCP
D) TCP/IP
E) FTP
47. İnternetə birləşdirilmiş kompüter aşağıdakılardan hansına hökmən malik olmalıdır?
A) IP ünvana
B) Web serverə
C) Web səhifəyə
D) Domen adına
E) Şlüzə
48. Verilmiş 211.129.200.165 IP ünvanında 200 ədədi nəyi bildirir?
A) I serverin ünvanını
B) II serverin ünvanını
C) Kompüterin aid olduğu şəbəkənin ünvanını
D) Kompüterin ünvanını
E) Kompüterə qoşulmuş modemin seriya nömrəsini
49. Brauzer nə üçündür?
A) İnternet serveri
B) Antivirus proqramı
C) Proqramlaşdırma dilinin translyatoru
D) Sistem proqramı
E) Web-səhifələrə baxış vasitəsi
50. Aşağıdakı protokollardan hansı marşrutlaşdırma protokoludur?
A) FTP; B) TCP; C) IP; D) EGP; E) POP;
51. IP – ünvanların verilməsini hansı orqan həyata keçirir?
A) Microsoft
B) İnterNİC
C) DNS
D) İRC
E) ICANN
52. Web - səhifə nədir?
A) Txt və ya doc genişlənməsinə malik mətn faylı;
B) Com və ya exe genişlənməsinə malik ikilik fayl;
C) Qif və ya jpq genişlənməsinə malik qrafiki fayl;
D) Htm və ya html genişlənməsi olan mətn faylları.
E) Elektron poçt xidmətidir
53. IP –ünvanlar hansı istiqamətdə oxunur?
A) Sağdan sola
B) Soldan sağa
C) Yuxarıdan aşağıya
D) Aşağıdan yuxarıya
E) İstənilən istiqamətdə
54. Hansı sıra İnternet brauzeridir?
A) Yahoo, Rambler, Google, Yandex;
B) Safari, Mozaic, Opera, Firefox;
C) İnternet Explorer, Yandex, Netscape Navigator;
D) Wikipedia, Google, İnternet Explorer;
E) Heç biri.
55. Web – sayt dedikdə nə başa düşülür?
A) Xüsusi simvol istifadə olunan mətn;
B) Visual Basic-də yazılmış proqram;
C) Hiperistinadlarla brləşdirilmiş web-səhifələr toplusu;
D) Elektron təqdimat
E) Elektron cədvəl
56. Proqramlardan hansıları İnternetdə web - səhifələrə baxış üçundür7
A) Microsoft Word və ya Word Pad
B) Microsoft Access və ya Microsoft Publisher
C) HTML Explorer və ya Front Page
D) Command Prompt və ya Fine Reader
E) Netscape Navigator və ya Firefox
57. İnternet – ünvanda “www” işarəsi hansı məna daşıyır?
A) Word Wide Web;
B) Web Wide World;
C) World Wide Web;
D) World Wide Word
E) World Wide Wikipediya
58. İnternet-də aşağıdakı proqramlardan hansı reklam yerləşdirmək məqsədi ilə istifadə olunur?
A) Flash; B) Photoshop; C) Access; D) Paint; E) Multimediya.
59. Web-səhifələrin əsas fərqli xüsusiyyəti nədir?
A) Şəkillər
B) Mətnlər
C) Əlfəcinlər
D) Hiperistinadlar
E) Makroslar
60. Klient – …
A) konkret istifadəçinin şəbəkədə işlədiyi kompüter;
B) şəbəkəyə birləşdirilmiş kompüter;
C) şəbəkənin birgə ehtiyatlarından istifadə edən kompüter;
D) kompüterlərarası əlaqəni təmin edən proqram;
E) kompüterin şəbəkəyə birləşdirilməsi üçün lazım olan qurğu.
61. HTML dilində teq dedikdə nə başa düşülür?
A) Xüsusi simvol istifadə olunan mətn
B) Başqa fayl və ya obyektə keçid simvolu
C) Başlanğıc və son marker elementləri
D) Web - səhifələrə daxil olan proqram fraqmenti
E) Saytın səhifələri
62. Domen adlar hansı istiqamətdə oxunur?
A) Sağdan sola
B) Soldan sağa
C) Yuxarıdan aşağıya
D) Aşağıdan yuxarıya
E) İstənilən istiqamətdə
63. İstifadəçi fərdi kömpüterlərinin İNTERNET-ə birləşdirilməsi üçün xidmətlər təklif edən təşkilat nə adlanır ?
A) Brauzer; B) İşçi stansiya; C) Server; D) Provayder E) Kommutator
64. Aşağıdakı adlardan hansı saytın adı ola bilməz?
A) www.sum.com
B) www.trt.net
C) www.sara.ru
D) www.fest.org
E) www.ml.ru.astra
65. Web - səhifələri yaratmaq üçün aşağıdakı proqramların hansından istifadə edilə bilər?
A) Visual Basic və Access proqramlarından
B) Turbo Pascal və QVasic roqramlarından
C) ScanDisk və Defraq proqramlarından
D) Word Pad və Note Pad proqramlarından
E) Delphi və C+ proqramlarından
66. Fiziki quruluşuna görə kanallar hansı növdə olurlar?
A) Naqilli, optik və radiokanalar
B) Ayrılmış və kommutatorlu
C) Tranzistorlu, lampalı və inteqral sxemli
D) Rəqəmli və analoq
E) Paralel və ardıcıl
67. Domen adlar sistemi hansı prinsip əsasında qurulmuşdur?
A) Ardıcıllıq;
B) Uyğunluq;
C) Şəbəkə;
D) İerarxik
E) İnduktiv
68. Hipermətn ideyası ilk dəfə kim tərəfindən deyilmişdir?
A) Robertson
B) Fon Neyman
C) Nelson Ted
D) Tim Berners Li
E) Alan Kalmerol
69. @ simvolu ilk dəfə kim tərəfindən və neçənci ildə istifadə olunmuşdur?
A) Tim Berners Li, 1989
B) Larri Vall, 1986
C) Mark Andreesen, 1993
D) Devid Filo, 1994
E) Rey Tomlison, 1971
70. Elektron poçt xidmətlərindən istifadə aşağıdakı protokolların hansından istifadəyə əsaslanır?
A) SMTR3
B) SMTP və POR3
C) POP3 və HTTP
D) POP
E) HTTP və HTML
71. Şəbəkə kartı (şəbəkə adapteri) nədir?
A) Hərf-rəqəm və qrafik informasiyanın çıxış qurğusu
B) Səs siqnallarını ikilik kodlara çevirən qurğu
C) Müxtəlif protokollarla işləyən şəbəkələrin əlaqələndiriməsi qurğusu
D) Konsentrator
E) İnformasiyanın şəbəkədən alınması və ötürülməsi qurğusu
72. Aşağıdakı proqramlardan hansı İnternet brauzeridir?
A) MS Power Point
B) MS Publisher
C) Opera
D) Adobe Photoshop
E) Rambler
73. Microsoft Outlook proqramı nəyə xidmət edir?
A) Elektron poçtla işləməyə
B) Elektron təqdimatların hazırlanmasına
C) Verilənlər bazasının hazırlanmasına
D) Web səhifələr yaratmağa
E) Proqramlaşdırma dilidir.
74. Elektron poçt ünvanı user_name@int.glosnet.ru olarsa, bu ünvanın sahibinin adı nədir?
A) int.glosnet.ru
B) glosnet.ru
C) user_name
D) ru
E) int
75. Aşağıdakı qurğu və vasitələrdən hansı şəbəkənin qurulmasında vacib deyildir?
A) Ethernet kabel
B) Marşrutlayıcı
C) Şlüz
D) Körpü
E) Plotter
76. Aşağıda verilmiş mülahizələrdən hansı doğrudur?
A) Qlobal şəbəkə bir ranqlı şəbəkədir
B) İlk kömpüter şəbəkəsi 1969-cu ildə ABŞ-da yaranmışdır
C) Modem şəbəkədə yalnız rəqəmli informasiyalarla iş aparır
D) www - Başqa kompüterlərdəki fayllara müraciətdir
E) İnternet ulduzvari lokal şəbəkə topologiyasıdır
77. Aşağıdakılardan hansı Web-sayt termininin sinonimidir?
A) Web-server
B) Web-səhifə
C) Web-uzel
D) Brauzer
E) Telnet
78. Aşağıdakı cədvəldə ardıcıl olaraq verilmiş anlayışlara müvafiq təriflərin uyğun gəldiyi variantı tapın:
Anlayış
|
Hansı №
|
№
|
Tərif
|
İnformasiya
|
|
1
|
İnternet əhatəsində mətnli məlumatların ötürülmə sistemi
|
Semantika
|
|
2
|
Ətraf aləmin obyektləri və hadisələri haqqında məlumatlar
|
Elektron poçt
|
|
3
|
Dil konstruksiyalarının düzəlmə qaydaları
|
A) 3, 1, 2; B) 2, 1, 3; C) 1, 3, 2; D) 3, 2, 1; E) 2, 3, 1.
79. Aşağıdakı funksiyalardan hansını axtarış serveri həyata keçirmir?
A) Müəyyən bir dildə yazılmış səhifələr arasında informasiya axtarışını
B) Müəyyən nöqtə üzrə informasiya axtarışını
C) İnformasiyanın forma üzrə axtarışı
D) Bir neçə açar sözünə görə informasiya axtarışını
E) Cümlədəki hər bir sözə görə axtarışı
80. Elektron poçt ünvanı budapesht@turk.az olarsa? Bu ünvan hansı coğrafi domendə qeydiyyatdan keçirilmişdir?
A) Rusiyada
B) Türkiyədə
C) Azərbaycanda
D) Macarıctanda
E) BMT-də
81. Domen adları harada saxlanılır?
A) Hər bir veb saytın fayllarının yerləşdiyi diskdə
B) DNS serverdə
C) CERN mərkəzində
D) Hər bir ölkənin paytaxtındakı mərkəzi serverdə
E) HTTP xidmətində
82. Aşağıdakılardan hansı internet browser deyil ?
A) Firefox
B) Opera
C) Chrome
D) Onenote
E) Safari
83. WWW proyektinin müəllifi kimdir?
A) Tim Berners-Lee
B) Robert Viner
C) Bill Gates
D) Larry Page
E) Rey Tomilson
84. Hansı ölkələrin transatlantik telefon kabeliylə ARPANET şəbəkəsinə qoşulması ilə ARPANET beynəlxalq şəbəkəyə çevrildi?
A) Böyük Britaniya və Norveç
B) Yaponiya və İran
C) SSSR və Koreya
D) Fransa və Ruminiya
E) AFR və Kanada
85. İlk web browser aşağıdakılardan hansı hesab olunur?
A) İnternet Explorer
B) Apple Safari
C) Mozilla
D) NCSA Mosaic
E) Netscape Navigator
86. ARPANET şəbəkəsi ilk dəfə Amerikanın hansı ştatları arasında qurulmuşdur?
A) Kaliforniya vı Texas
B) Texas və Nyu york
C) Vaşinqton və İllinois
D) İllinois və Yuta
E) Yuta və Kaliforniya
87. İlk internet axtarış saytı hansıdır?
A) Google
B) Altavista
C) Yandex
D) Aliweb
E) Yahoo
-
Beynəlxalq İnternet günü?
A) 2 yanvar.
B) 30 sentyabr
C) 31 iyul
D) 8 noyabr
E) 3 dekabr
89. http:// yazılışı nəyi bildirir?
A) Serverin ünvanını
B) Uzaq məsafədəki kompüterlə terminal müraciəti
C) Web–səhifələrə çıxış protokolunu
D) Başqa kompüterdəki fayllara müraciəti
E) Serverin domen adını
90. FTP- protokolu nə üçün istifadə olunur?
A) Elektron məlumatları qəbul etmək üçün
B) Kompüterlərarası elektron poçt ötürülməsi üçün
C) Telekommunikasiyaların təşkili üçün
D) Kompüterlərarası ikilik və mətn fayllarının mübadiləsi üçün
E) Real zaman rejimində ikitərəfli informasiya mübadiləsini təşkil etmək üçün
91. "Dünya hörümçək toru"-WWW ilə İnternet anlayışları hansı ildən etibarən demək olar ki, eyniləşdi?
A) 1969
B) 1983
C) 1988
D) 2000
E) 1996
92. Aşağıda göstərilənlərdən hansı İnternet-də elektron poçt ünvanı olaraq götürülə bilər?
1.
A) www.sara@yahoo.com
B) nT@@mgpu.nisk.ni
C) victor@
D) ?xizOI23@bakililar.az
E) www.rambler.ru
2.
A) www.yahoo.com
B)xiz0123@DDOHRZ21@bitnet
C)rrr@@mgpu.msk.ru
D)mgpu.msk.ru@
E) JOHN@ACCTG.ABC.Compuservs.com
3.
A) user@simvol.spb.ru
B)user@simvol@spb.ru
C) @simvol.spb@ru
D) user@@simvol.spb.ru
E) user.simvol.spb.ru
93. Aşağıda göstərilənlərdən hansı İnternet-də Web sayt ünvanı olaraq götürülə bilər?
1.
A) www.sara@yahoo.com
B) nT@@mgpu.nisk.ni
C) www.victor@rambler.ru
D) ?xizOI23@bakililar.az
E) www.rambler.ru
2.
A) www. sport. yahoo.com
B)www.mamed@bitnet
C)www.adu.edu.az
D)www.edu
E) cavid@yahoo.com
94. Sizi işə dəvət edən firmaya web interfeysdən istifadə edərək məktub yazırsınız. Sonra aşkar etdiniz ki, məktubun mətnində “iş” sözü tez-tez istifadə olunub. Qərara aldınız ki, həmin sözü sinonimlərlə əvəz edəsiniz. Sözün sinonimini axtarmaq üçün “Internet Explorer”in şəkildə göstərilən hansı düyməsini basmaq lazımdır? (İnternet)
A) 1; B) 2; C) 3; D) 4; E) Heç biri.
95. Hansı formatlı (genişlənməli) qrafik fayllar Web səhifələrdə təsvirlərin yerləşdirilməsi üçün istifadə olunmur?
A) bmp B) jpeg C) gif D) png E) Heç biri.
-
Internet Explorerdə HTML səhifəni hansı fayl tipi ilə bütöv (mətn+ şəkillər) formada, amma cəmi bircə fayl şəklində yaddaşa vermək olur?
A) htm
B) html
C) mht
D) exe
E) ie
-
Səfər zamanı Noutbuk-la İnternetə birləşmək üçün hansı birləşmə üsulu məqsədəuyğundur?
A) Peyk kanalından istifadə
B) Optik lifli rabitə kanalından istifadə
C) Wi-Fi –dan istifadə
D) ADSL-dən istifadə
E) GPRS-dən istifadə
98. Elektron poçt hesabına daxil olmaq üçün nə tələb olunur?
A) Parolu bilmək
B) İstifadəçının loginin bilmək
C) İstifadəçının adını bilmək
D) İstifadəçının logini və parolunu bilmək
E) Saytı bilmək
-
İnternet şəbəkəsində olan ən populyar onlayn pulsuz ensiklopediya hansıdır?
A) Microsoft Encarta
B) Wikipedia
C) Google Maps
D) Britannica
E) Almanac
100. İnternet Explorer browseri hansı şirkətin məhsuludur?
A) Microsoft
B) Windows
C) Google
D) Adobe
E) Sun Microsystems
101. İlk elektron poçt proqramı neçənci ildə işlənib hazırlanmışdır?
A) 1958
B) 1969
C) 1971
D) 1983
E) 1991
102. Dünya internet şəbəkəsinin vahid idarəetmə mərkəzi harada yerləşir?
A) Vaşinqtonda
B) Cenevrədə
C) Berndə
D) Los Ancelesdə
E) İnternetdə vahid idarəetmə mərkəzi yoxdur
103. Müasir elektron poçtlar nəyi qəbul edə bilir?
A) Ancaq mətn
B) Ancaq fayl
C) Ancaq video
D) Məktub və fayl
E) Şəkil və musiqi
-
Elektron məktub göndərmək üçün nəyi bilmək lazımdır?
A) Alanın ev ünvanını
B) Alanın və göndərənin e_mail ünvanını
C) Alanın kompüterinin IP ünvanını
D) Alanın DNS serverini
E) Alanın e_mail ünvanını
-
Elektron poçt abonentinin poçt qutusu nədir?
A) Serverdə xarici yaddaşın bir hissəsi
B) Serverdə əməli yaddaşın bir hissəsi
C) İşçi stansiyanın xarici yaddaşının bir hissəsi
D) Modemin birləşdirildiyi telefonun nömrəsi
E) Provayderin yerləşdiyi ünvan
106. Microsoft Outlook Express proqramı ilə elektron məktub göndərildik-dən sonra onun surəti hansı qovluqda yerləşdirilir?
A) Inbox (Входящие)
B) Sent (Отправленные)
C) Address Book (Адресная книга)
D) Drafts (Чернавики)
E) Outbox (Исходящие)
107. Hansı İnternet ehtiyatı üçün FTP protokolundan istifadə olunur?
A) Web səhifələr
B) Telekonfranslar
C) Fayl arxivlərində saxlanılan fayllar
D) Web saytlar
108. Müxtəlif protokollarla işləyən bir neçə lokal şəbəkəni birləşdirən qurğu necə adlanır?
A) Adapter
B) Şlüz
C) Kommutator (Switch)
D) Körpü (Bridge)
E) Kontroller
109. Dünya üzrə birinci səviyyəli domenlərin verilməsini və idarə olunmasını hansı təşkilat yerinə yetirir?
A) Microsoft şirkəti
B) Usenet
C) ANSI
D) Intel şirkəti
E) ICANN
110. On-line nədir?
A) İnformasiya şəbəkəsi
B) Əmr
C) Telekommunikasiya şəbəkəsi
D) Real zaman rejimi
E) Utilit (Texniki xidmət proqramı)
111. Off- line nədir?
A) Əmr
B) İnformasiya paket mübadiləsi rejimi
C) Passiv zaman rejimi
D) Əməliyyat sistemi
E) Telekommunikasiya şəbəkəsi
112. Dünyəvi telekonferensiya sistemi hansıdır?
A) Eunet
B) Opera
C) Usenet
D) Fidonet
E) Relcom
113. Qlobal şəbəkədə rabitə xətlərinin əsasını nə təşkil edir?
A) Burulmuş cütlər
B) Koaksal kabellər
C) Telefon və teleqraf
D) Telefon xətləri, optic lifli kabellər və peyk kanalları
E) Wi-Fi
114. “İnternetin FTP xidməti ....üçündür” cümləsini düzgün variantla tamamlayın.
A) electron poçt funksiyasını təmin etmək
B) Web səhifələri yaratmaq, qəbul və ötürmək
C) istənilən formatlı faylların qəbulu və ötürülməsi
D) real zaman rejimində ünsiyyət
E) verilənləri porsiyalara bölmək
115. “Brauzerin jurnalı(history) ..... üçün istifadə olunur” cümləsini tamamlayın.
A) Web səhifələrin çapını təmin etmək
B) lazımı Web səhifələrin ünvanlarının əlfəcinlərini yaratmaq
C) Web səhifələrin məzmununu sərt diskdə saxlamaq
D) hiperkeçidləri təmin etmək
E) əvvəlki baxılmış Web səhifələrin siyahısını yadda saxlamaq
116. Tətbiqi protokollar nəyə cavab verir?
A) verilənlər paketinin təşkilinə
B) verilənlərin ötürülməsinə və şəbəkə ehtiyatlarına çıxışa
C) host-maşınların işinə nəzarətə
D) verilənlərin porsiyalara bölünməsinə
E) şəbəkənin işinin düzgünlüyünün testləşməsinə
117. Şəbəkə qurğuları arasında bütöv şəkildə ötürülən informasiya vahidi necə adlandırılır?
A) paket
B) məktub
C) bod
D) protokol
E) bayt
118. Marşrutlaşdırma protokolu (IP) nəyi təmin edir?
A) verilənlərin ötürülmə prosesində IP- paketlərə bölünməsini
B) şəbəkədə fiziki rabitənin parametrlərinin saxlanmasını
C) informasiyanın göndərən kompüterdən alan kompüterə çatdırılmasını
D) verilənlərin istifadəçi səviyyəsində hazırlanmasını
E) verilənlərin fayllar və məktub şəklində göndərilməsini
119. 32 bitli IP-ünvanların maksimal sayı nə qədərdir?
A) 32
B) 232
C) 322
D) 1032
E) 3210
120. DNS - server nəyi təmin edir?
A) informasiyanın kodlaşdırılmasını
B) ədədi ünvanların axtarışını
C) IP ünvanların axtarışını
D) domen adlarla IP ünvanların arasındakı uyğunluğun müəyyənləşdirilməsini
E) domen adların yerini
121. İnformasiyanın ötürülmə sürəti nə ilə ölçülür?
A) bit
B) bayt
C) bod
D) hers (hz)
E) dyum (inches)
122. Saniyədə 28800 bit informasiya ötürə bilən modem 5400 bayt informasiyanı hansı vaxta ötürə bilər?
A) 1 san
B) 1 saat
C) 1 dəq
D) 1,5 san
E) 1,5 dəq
123. Aşağıdakılardan hansı lokal şəbəkə üçün xarakterik deyildir?
A) İnformasiyanın böyük sürətlə ötürülməsi
B) Böyük məsafələrdə informasiya mübadiləsinin mümkünlüyü
C) Qrafik informasiyanın ötürülməsi
D) Rəqəmli informasiyanın işlənməsi
E) Digər kompüterlərdən informasiyaların alınması
124. Məktubların kodlaşdırılması nə üçün tətbiq olunur?
A) informasiyanın ötürülməsini sürətləndirmək üçün
B) gizli informasiyaları ötürmək üçün
C) binar faylların və bir sıra mətn fayllarının ötürülməsi üçün
D) elektron poçtun tarixi “oyun qaydaları“dır
E) informasiyaları yaddaşda tez saxlamaq üçün
125. Hostinq nədir?
A) Sayt yaratma xidməti
B) Kompüterlər arasında əlaqə xidməti
C) Kompüteri İnternetə birləşdirmə xidməti
D) İnternetə pulsuz giriş
E) Saytı İnternetdə yerləşdirmə xidməti
126. WWW – də iş zamanı klient-server qarşılıqlı təsiri hansı protokol üzrə baş verir?
A) URL
B) HTTP
C) Location
D) Uniform
E) FTP
127. Aşağıdakılardan hansı WWW brauzeri deyildir?
A) Mozaic
B) İnternet Explorer
C) Netscape Navigator
D) Outlook Express
E) Firefox
128. Firefox nədir?
A) Şəbəkə serveri
B) İnternetə birləşmək üçün müasir simsiz texnologiya
C) Geniş zolaqlı rabitə kanalından istifadəyə imkan verən texnologiya
D) İstifadəçiləri casus- proqramlardan, xakerlərdən qoruyan brauzer
E) Proqramlaşdırma dili
129. WPAN-nın ən geniş yayılmış standartı hansıdır?
A) Firefox
B) Windows NT
C) Bluetooth
D) Wi-Fi
E) Opera
130. Bir otaq və ya bir bina daxilində fəaliyyət göstərən kompüter şəbəkəsi hansı tipə aiddir?
A) regional
B) lokal
C) qlobal
D) korporativ
E) İnternet
131. HTML – nədir?
A) Web səhifələrə baxış proqramı
B) Faylların və məktubların ötürülmə protokolu
C) Kliyent-server əlaqəsini həyata keçirən protokol
D) Web səhifələrin yaradılmasında istifadə olunan hipermətnlərin nişanlanma dili
E) Biliklər bazasının işlənməsində istifadə olunan yüksək səviyyəli
proqramlaşdırma dili
132. Fire Wall (şəbəkələrarası ekran) nədir?
A) simsiz şəbəkə texnologiyası
B) simsiz şəbəkənin ən çox yayılmış standartı
C) casus- proqramlar kompleksi
D) şəbəkə proqramlaşdırma dili
E) şəbəkə trafikini nəzarətdə saxlamaqla, təhlükəsizlik səviyyəsini artırmağa imkan verən xüsusi proqram
133. Rabitə kanallarının ən əsas xüsusiyyəti nədir?
A) Yaddaş tutumu
B) Fiziki quruluşu
C) İnformasiyaları buraxıcılıq qabiliyyəti
D) Takt tezliyi
E) İnformasiyanın növü
134. 57600 bit/san sürəti ilə internetə qoşulan modem 1 saniyədə ən çox nə qədər informasiya yükləyə(ötürə) bilər?
A) 7200 bayt
B) 57.6 kilobayt
C) 3600 bayt
D) 57600 bayt
E) 576 bayt
135. Bir web- səhifə üçün hansı informasiya tutumu ayrılır?
A) 100 Kb
B) 50 Kb
C) 5 Kb
D) 10 Kb
E) 25 Kb
136. MP3 formatlı səs fayllarınin real zaman rejimində ötürülməsi və dinlənilməsi üçün rabitə kanalının buraxıcılıq qabiliyyətinin nə qədər olması kifayətdir?
A) 56 Kbit/san
B) 72 Kbit/san
C) 64 Kbit/san
D) 128 Kbit/san
E) 256 Kbit/san
137. IP-paketin tutumu nə qədər olur?
A) 1000 bayt; B) 1500 bayt; C) 2000 bayt; D) 2500 bayt; E) 3000 bayt.
138. Aşağıdakı proqramlardan hansı real vaxt zamanında mesajların
mübadiləsi üçün nəzərdə tutulub? (İnternet)
A) Outlook Expres
B) Microsoft Office
C) Photoshop
D) Chat proqramı
E) Windows
-
Web səhifədə qeydiyyat zamanı şəkildə göstərilən kodu müvafiq pəncərəyə yazmaq tələb olunur. Bu nə üçün edilir?
A) İstifadəçının adını bilmək;
B) İstifadəçının loginin bilmək;
C) Parolu bilmək;
D) İstifadəçının logini və parolunu bilmək;
E) İstifadəçinin e-mailinin “xakerlər” tərəfindən açılma ehtimalını azaltmaq üçün.
-
MAC ünvanlar nə qədər tutuma malik olur?
A) 3 bayt
B) 4 bayt
C) 5 bayt
D) 6 bayt
E) 1 Kb
-
Hansı vasitələr istifadəçilərə həqiqi (real) zaman şəraitində
ünsityəttdə olmaq imkanı verir?
1) Çat
2) Web-konfrans
3) Elektron poçt
4) ISQ
5) MSN Messenger
A) 1, 3, 5 B) 1, 2, 4, 5 C) 1, 3, 4, 5 D) 1, 3, 4, 5 E) Hamısı
-
Outlook Express proqramı İnternetdə elektron poçt qutusuna sazlanmışdır. İnternetə qoşulmadan bu proqramda hansı əməliyyatları icra etmək olar?
1) Yeni məlumat hazırlamaq
2) Əvvəllər qəbul olunmuş məlumata cavab hazırlamaq
3) Əvvələr qəbul olunmuş məlumatı oxumaq
4) Yeni məlumatları qəbul etmək
5) Məlumat göndərmək
6) Elektron ünvanı ünvan kitabına (address book) daxil etmək
A) 1, 2, 5, 6 B) 1, 2, 4, 5 C) 1, 2, 3, 6 D) 3, 4, 6 E) Hamısı
-
Web-səhifəni yaddaşda saxlayarkən «Web Page, HTML only» tipi qeyd olunmuşsa faylda hansı informasiya saxlanır?
1) Mətn
2) Mətnin tərtibatı (formatı)
3) Şəkillər
4) Cədvəllər
5) Verilmiş Web-səhifənin internet ünvanı
A) 1, 5 B) 1, 2, 5 C) 1, 2, 4, 5 D) 1, 2, 3, 4 E) 5
-
Şəkildə göstərilən düymə hansı əməliyyatları yerinə yetirmək imkanı verir?
A) Ana səhifənin ünvanını vermək
B) Baxılan İnternet brauzer pəncərəsində birinci (ilkin) səhifəyə keçmək
C) İnternetdə ana səhifə ünvanına keçid
D) Cari səhifənin ünvanını kompüterin yaddaşinda saxlamaq
E) Cari səhifəni tam şəkildə kompüterin yaddaşında saxlamaq
-
Web-səhifədə olan şəkli hansı üsullarla kompüterin yaddaşında saxlamaq olar?
A) 1
B) 1, 2
C) 3
D) 1, 3, 4
E) 1, 3
-
Fayl intertnetdən yükləmə zamanı aşağıda göstərilən pəncərə açılmışdır. Bu fayl virusludursa hansı halda kompüterimizin virusa yoluxma ehtimalı daha çoxdur?
A) 1
B) 2
C) 3
D) 4
E) Heç biri
-
Yandex axtarış sistemi aşağıdakı sorğuya əsasən hansı Web-səhifəni tapacaq?
A) Qeyd olunmuş forma və ardıcıllıqla məzmununda bu sözlər olan
B) İxtiyari formada və qeyd olunmuş ardıcıllıqla məzmununda bu sözlər olan
C) Qeyd olunmuş forma və ixtiyari ardıcılllıqla məzmununda bu sözlər olan
D) İxtiyari forma və ardıcıllıqla məzmununda bu sözlər olan
E) İxtiyari forma və ixtiyari ardıcıllıqla məzmununda bu sözlər olan
-
Internet Explorer-də «History»(«Журнал»)hansı məlumat saxlayır?
A) Tez-tez istifadə olunana Web-səhifələrə istinad
B) Jurnal və qəzetlər dərc olunana Web-səhifələrə istinad
C) İstifadəçinin müəyyən vaxt ərzində daxil olduğu Web-səhifələrə istinad
D) İstifadəçinin kompüterin yaddaşında saxladığı Web-səhifələrə istinad
E) Web-səhifələrə baxış zamanı yaranan səhvlər haqqında məlumat
-
Göstərilmış düymə hansı informasiyanı axtarmaq imkanı verir?
A) Elektron poçt ünvanının yaddan çıxmış şifrəsini
B) Bələdçi jurnalında Web-səhifəni
C) İnternetdə Web-səhifəni
D) Açıq Web-səifə daxilində mətn hissəsinin
E) Elektron poçt ünvanını
-
Web-interfeysdən elektron poçtuna daxil olmaq üçün hansı məlumatlar tələb olunur?
1) İstifadəçi adı
2) POP3-server ünvanı
3) SMTP-server ünvanı
4) Şifrə
5) İstifadəçinin soyadı
A) 1, 5 B) 1, 2, 5 C) 1, 3, 5 D) 2, 3 E) 1, 4
-
Web-səhifə açildıqda mətn oxuna bilməyən vəziyyətdədir. Səbəbi nə ola bilər?
A) Tələb olunan şrift yoxdur
B) Web-səhifədə məlumatların şifrələnməsi tətbiq edilib
C) İnternet bağlantısının keyfiyyəti aşagı olduğundan məlumatların itkisi baş verib
D) İnternet bələdçi proqramında dilin kodlaşdırılması düz qeyd olunmayıb
E) Web-səhifədə mətn yoxdur
-
İnternet xidmətlərini təklif edən müəssisə necə adlanır?
A) Web-server
B) Provayder
C) Kommutator
D) World Wide Web
E) Sistem administrator
-
Hansı yolla İnternetə qoşulma informasiya ötürülməsinin ən yüksək sürətini təmin edir?
A) Telefon xətti ilə modem bağlantısı
B) Mobil telefonla (GPRS-xidməti) qoşulma
C) Ayrılmış xətt ilə qoşulma
D) Simsiz Wi-Fi interfeyslə qoşulma
E) CDMA rabitə xidməti ilə qoşulma
-
Hansı üsulla ünvan kitabında (address book) olan ünvanı yeni məlumata daxil etmək olar?
A) 1
B) 2
C) 3
D) 4
E) 3, 4
-
Ünvan (Address) sətrində açılan siyahı nəyi bildirir?
A) Baxılmış Web-səhifələrin ünvanları
B) Yüklənməmiş Web-səhifələrin ünvanları
C) Seçilmişlər siyahısına əlavə olunmuş ünvanlar
D) Jurnalda saxlanılan Web-səhifələrin ünvanları
E) Klaviaturadan daxil edilmiş və baxılmış Web-səhifələrin ünvanları
-
Hansı sorğuya əsasən Google axtarış sistemi ən az Web-səhifə tapacaq?
A) Kompüter mərkəzi
B) Kompüter mərkəzi
C) Kompüter Mərkəzi
D) Kompüter && Mərkəzi
E) Kompüter Mərkəzi
-
Baxdığımız Web-səhifənin hər dəfə İnternet Explorer yüklənərkən
açılmasına necə nail ola bilərik?
A) Alətlər panelində 1 düyməsini basmaqla
B) «Internet Options» pəncərəsinin «General» bölməsində 3 düyməsini basmaqla
C) Menyunun (Favorites – Add to Favorites) əmri ilə
D) Alt+Home düymələrinin kombinasiyası ilə
E) «Internet Options» pəncərəsinin «General» bölməsində 2 düyməsini basmaqla
-
Internet Explorer proqramında ünvan sətrində açilan siyahıda ünvanlar hansı müddətdə saxlanılır?
A) Yalnız 20 gün
B) Bələdçinin xüsusiyyətlərində qeyd olunmuş müddətdə
C) Qeyri-müəyyən vaxt ərzində. Ünvanlar yığıldıqca silinir.
D) Qeyri-müəyyən vaxt ərzində. İstifadəçi tərəfindən silinənə qədər.
C) Heç vaxt silinmir
-
Aşağıdakı sorğuda && işarələri nəyi bildirir?
A) Qeyd olunmuş sözlərdən heç olmazsa birini özundə əks etdirən Web-səhifə axtarışı
B) Qeyd olunmuş sözlərdən heç birini özundə əks etdirməyən Web-səhifə axtarışı
C) Bütün səhifə tərkibində eynu zamanda hər iki sözü özündə əks etdirən Web-səhifə axtarışı
D) Eyni zamanda hər iki sözü qeyd olunan ardıcıllıqla özündə əks etdirən Web-səhifə axtarışı
E) Cümlə tərkibində eyni zamanda hər iki sözü özündə əks etdirən Web-səhifə axtarışı
Dostları ilə paylaş: |