SƏbuhi ƏHMƏdov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/34
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#15173
1   ...   14   15   16   17   18   19   20   21   ...   34

Cəlil Məmmədquluzadə 
          (1869-1932) 
 
Cəlil Məmmədquluzadə 1869-cu ildə Naxçıvanda anadan olmuşdur. Cəlil 
ilk təhsilini mollaxanada alır. 13 yaşında o, üçillik Naxçıvan şəhər məktəbinə daxil 
olur.  Bu  məktəbdə  o,  rus  dilini  öyrənir,  məktəb  kitabxanasındakı  bütün  kitabları 
oxuyur.  Elm  və  biliklərə  onda  böyük  maraq  oyanır.  Çox  çəkmir, 
C.Məmmədquluzadə Qoriyə yola düşür və 1882-ci ildə müəllimlər seminariyasına 
daxil  olur.  Nəhayət,  1887-ci  ildə  İrəvan  quberniyasının  Uluxanlı  kənd  məktəbinə 
müəllim  göndərilir.  1887  -  1897-ci  illərdə  C.Məmmədquluzadə  kənd  müəllimi 
kimi çalışır. Bu illərdə o, Azərbaycanın bir çox ziyalıları ilə əlaqə yaratmış, ölkədə 
mədəni-maarif  işlərinin  aparılması  istiqamətində  işlərin  vacibliyi  qənaətinə 
gəlmişdir.  Müəllim  işlədiyi  dövrdə  C.Məmmədquluzadə  "Çay  dəstgahı"  adlı 
alleqorik  mənzum  dramını,  "Kişmiş  oyunu"  komediyasını  və  "Danabaş  kəndinin 
əhvalatları" adlı dahiyanə povestini yazmışdır. Bu əsərlər illər keçdikdən sonra çap 
edilmişdir; o cümlədən "Danabaş kəndinin əhvalatları" yalnız 1936-cı ildə işıq üzü 
görmüşdür. 
Azərbaycanda  baş  verən  haqsızlıqları  görən,  məmurların  özbaşınalığı  ilə 
addımbaşı üzləşən Mirzə  Cəlil 1897-ci  ildən etibarən hüquqşünas kimi fəaliyyətə 
başlayır.  0,1901-ci  ildə  İrəvana  köçərək  1903-cü  ilədək  burada  vəkil  işləyir. 

184 
 
Vaxtaşırı  qəzetlərdə  məqalələr  çap  etdirən  C.  Məmmədquluzadə  1903-cü  ildə 
"Şərqi-Rus" qəzetindən dəvət alır. Tiflisdə Məhəmmədağa Şahtaxtlı tərəfindən çap 
edilən  bu  qəzet  ilk  gündən  demokratik  ruhu  ilə  seçilmişdir.  Demokratik  fıkirləri 
satirik  dildə  çatdırmaq  ənənəsini  Cəlil  Məmmədquluzadə  məhz  bu  qəzetdə 
işləyərkən  mənimsəmişdir.  "Poçt  qutusu"  hekayəsini  də  məhz  bu  qəzetdə 
çalışarkən yazıb çap etdirmişdir. 
C.Məmmədquluzadə jurnalist Ö.F.Nemanzadə və tacir M.Ə.Bağırzadə ilə 
birlikdə şərikli mətbəə almaq qərarına gəlir. "Qeyrət" mətbəəsində o, ilk kitablarını 
çap etdirir. "Poçt qutusu", "Usta Zeynal", "Qurbanəli bəy", "İranda hürriyyət" adlı 
kitabları  ona  bütün  Azərbaycanda  şöhrət  qazandırır.  Elə  o  zaman  Tiflisdə  rus 
dilində  çıxan  "Qafqaz  fəhlə  vərəqəsi"  qəzetində  Mirzə  Cəlil  "Binəsiblər"  və 
"Xeyir-dua"  felyetonlarını  çap  etdirir  və  fəhlələrin  ağır  vəziyyətini  kəskin  tənqid 
atəşinə  tutur.  "Xeyir-dua"  sonradan  M.Ə.Rəsulzadə  tərəfindən  Azərbaycan  dilinə 
tərcümə edilərək "Həyat" qəzetində nəşr olunmuşdur. 
Xeyriyyəçiliyi  ilə  seçilən  Cəlil  Məmmədquluzadə  Tiflisdə  uşaqlar  üçün 
məktəb  və  pansion  (internat)  açmışdır.  C.Məmmədquluzadə  o  dövrdə 
Azərbaycanda  kifayət  qədər  tanınsa  da,  "Molla  Nəsrəddin"  jurnalının  nəşri  ilə 
sözün əsl mənasında geniş şöhrət qazanır. İlk nömrəsi 1906-cı il aprelin 7-də çıxan 
jurnal  Azərbaycanda,  eləcə  də  türk-müsəlman  dünyasında  satirik  jurnalistikanın 
əsasını qoydu. Jurnalda dövrün on mütərəqqi şəxsləri  - M.Ə.Sabir, N.Nərimanov, 
Ə.Haqverdiyev,  M.S.Ordubadi,  Ö.F.Nemanzadə,  Ə.Nəzmi,  Ə.Qəmküsar  şeir, 
məqalə  və  felyetonlarını  çap  etdirirdilər.  Jurnalın  təbliğ  etdiyi  demokratiya  və 
azadlıq  ideyaları  ona  ümumxalq  məhəbbəti,  beynəlxalq  aləmdə  böyük  nüfuz 
qazandırdı. Jurnalın ilk nömrələri çap edilən kimi həm çar hökumətinin məmurları, 
həm  də  mürtəce  din  xadimləri  ona  qarşı  kampaniyaya  başlamışlar. 
C.Məmmədquluzadə  onu  "Allahsız"  adlandıranlara  cavab  verirdi  ki,  "əksinə,  mən 
Allahdan  qorxmağa  çağırıram,  lakin  eyni  zamanda  zalım  və  savadsız  mollaların 
hərəkətlərinə göz yuma bilmirəm". 
Cəlil Məmmədquluzadə "Molla Nəsrəddin" jurnalında ölkədə konstitusiya 
qəbul  olunması  və  insan  hüquqlarının  qorunması  ideyaları  ilə  çıxış  etmişdir. 
Jurnalda Azərbaycan dilinin dövlət dili səviyyəsinə qaldırılması, qadın bərabərliyi 
kimi məsələlər də əksini tapmışdır. Onun rəhbərliyi ilə jurnalda fəaliyyət göstərən 
müəlliflər faktik olaraq "Molla Nəsrəddin məktəbi" adlanan mətbuat və ədəbiyyat 
məktəbi yaratmışlar. 
C.Məmmədquluzadə  daim  irtica  qüvvələrin  təqib  və  təzyiqinə  məruz 
qalmışdır. Çar hökumətinə sədaqətlə işləyən məmurlar onu dəfələrlə məhkəmələrə 
vermiş,  mətbəədə  axtarışlar  aparmış,  jurnalın  nömrələrini  müsadirə  etmiş,  hətta 
bəzən  jurnalın  nəşrini  müəyyən  müddət  ümumiyyətlə  dayandırmışlar  da.  Jurnal 

185 
 
fasilələrlə  1931-ci  ilədək  çap  edilmişdir.  Onun  340  nömrəsi  Tiflisdə,  8  nömrəsi 
Təbrizdə, 400 nömrəsi isə Bakıda işıq üzü görmüşdür. 
1918-ci  ilin  hadisələri  zamanı  ailəsi  ilə  birlikdə  Qarabağın  Kəhrizli 
kəndinə köçmüşdür. 
Cəlil  Məmmədquluzadə  Azərbaycan  Cümhuriyyətinin  yaradılmasını 
dəstəkləmişdir.  Hələ  1917-ci  ilin  fevral  inqilabından  sonra  o,  "Cümhuriyyət"  adlı 
məqaləsində  yazırdı: "Padşahlıq taxtından  yıxılan Nikolayın zalım  və  xain idarəsi 
dağılandan  sonra  Rusiya  məmləkətində  yaşayan  millətləri,  o  cümlədən  də  biz 
müsəlmanları  məşğul  edən  tək  bir  məsələdir:  həmin  məsələ  cümhuriyyət 
məsələsidir".  Məqalədə  o,  sadə  dillə  cümhuriyyət  anlayışını  izah  edir,  tarixdən 
misallar göstərirdi. 
Ədib  Qarabağda  erməni  işğalçılarına  qarşı  mübarizə  aparanlar  sırasında 
olmuş,  qaçqın  və  köçkünlərə  əlindən  gələn  köməkliyi  göstərmiş,  hətta  Əsgəran 
döyüşlərində  əlində  silah  iştirak  etmişdir.  Azərbaycançılıq  məfkurəsi  və 
cümhuriyyət  ideyaları  onun  "Anamın  kitabı"  pyesində  özünü  çox  dolğun  şəkildə 
göstərmişdir. Burada bütöv və müstəqil Azərbaycan ideyası dəstəklənir. Başqa bir 
əsərində  -  "Kamança"  pyesində  Azərbaycan  xalqının  yüksək  humanizmindən 
istifadə  edən  ermənilərin  və  onların  havadarlarının  cinayətkar  məqsədləri 
aşkarlanır. 
Sovet  dövründə  Bakıya  köçən  C.Məmmədquluzadə  burada  "Molla 
Nəsrəddin”  jurnalının  və  "Yeni  yol"  qəzetinin  baş  redaktoru  olmuş,  Ümumittifaq 
Mərkəzi  Yeni  Əlifba  Komitəsinin  üzvü,  Bakı  Tənqid-Təbliğ  Teatrının 
təşkilatçılarından  olmuşdur.  Onun  fəaliyyəti  ciddi  nəzarətə  götürülmüşdü,  hər 
addımı, yazdığı hər sətri araşdırılır, ona iradlar tutulurdu. Buna etirazını bildirdikdə 
isə  ədibi  "Molla  Nəsrəddin"  jurnalından  uzaqlaşdırmışlar,  jurnalı  Mübariz 
Allahsızlar Cəmiyyətinin orqanına çevirmişlər. C.Məmmədquluzadəyə qarşı sovet 
mətbuatında  çoxlu  sayda  qərəzli  məqalələr  çap  edilmiş  və  bütün  bunlar  onun 
səhhətinə pis təsir göstərmişdir. Nəticədə o, ağır xəstələnmişdir. 
"Azərbaycan"  və  "Haradadı  Azərbaycan?"  felyetonlarında  Cəlil 
Məmmədquluzadə  vahid  Azərbaycan  ideyasını  hər  şeydən  yüksək  tutur.  O,  ürək 
yanğısı  ilə  yazır:  "Ah,  gözəl  Azərbaycan  vətənim!  Harada  qalmısan?  Ay  torpaq 
çörəyi yeyən təbrizli qardaşım, ay keçəpapaq meşkinli, sərablı, goruslu və moruslu 
qardaşlarım... Gəlin biz də bir dəfə oturaq və keçə papaqlarımızı ortalığa qoyub bir 
fikirləşək: hardadır bizim vətənimiz?". 

186 
 
Azərbaycan 
rəssamlıq 
tarixində  Əzim 
Əzimzadənin  yaradıcılığı  xüsusi  yer  tutur.  Satirik 
qrafika,  karikatura  janrının  bu  mahir  ustası  bir  çox 
satirik  jurnallar,  ilk  növbədə  “Molla  Nəsrəddin”lə 
əməkdaşlıq  etmişdir.  Bədii  əsərlərə  illüstrasiyalar 
çəkən, teatr tamaşalarına bədii tərtibat verən, portret və 
mənzərə 
janrlarında  əsərlər  yaradan  rəssamın 
Azərbaycanda  peşəkar  rəssamların  hazırlanmasında  da 
böyük rolu olmuşdur. 
Azərbaycan  tarixinə  Əzim  Əzimzadə  xalq  rəssamı, 
Azərbaycan  realist  qrafika  sənətinin  banisi,  satirik 
qrafika,  illüstrasiya,  siyasi  plakat,  tarixi  və  məişət 
janrlarında,  teatr  dekorasiya  sənəti  sahəsində  fəaliyyət 
göstərmiş  rəssam,  Azərbaycanda  ilk  rəssamlıq 
məktəbinin  yaradıcısı,  pedaqoq,  teatr  və  rəssamlıq 
emalatxanalarının  təşkilində  yaxından  iştirak  etmiş 
təşkilatçı kimi daxil olmuşdur.
 
Əzim Əzimzadə 
    (1865-1943) 
 
Əzim  Aslan  oğlu  Əzimzadə  1880-ci  ildə  Bakının  Novxanı  kəndində 
anadan olub. Uşaqlıqdan rəsm çəkməyə maraq göstərən balaca Əzimin bu həvəsinə 
ötəri  əyləncə  kimi  baxmışlar.  İlk  təhsilini  o,  1888  -  1891-ci  illərdə  mollaxanada 
almış,  1891  -  1894-cü  illərdə  isə  rus-müsəlman  məktəbinə  daxil  olaraq  təhsilini 
davam etdirmişdir. Artıq burada müəllimləri onun rəsmə marağını görmüş, böyük 
fitri  istedada  malik  olmasının  şahidi  olmuşdular.  Ona  bu  sahədə  təhsilini  davam 
etdirmək məsləhət görülmüşdür. 
Kiyev şəhərinə göndərilən Əzim Əzimzadə burada rəssamlıq məktəbində 
oxumuşdur.  Onun  ilk  karikaturası  ("İrşad"ın  müştərisi")  "Molla  Nəsrəddin" 
jurnalında  dərc  olunmuşdur.  Satirik  qrafika  sahəsində  rəssamlıq  fəaliyyətinə 
başlayan  Əzim  Əzimzadə  bununçün  lazım  olan  keyfiyyətlərə  malik  idi.  O  hər 
hansısa  bir  hadisə  və  eybəcərliyin  mahiyyətini  dərhal  anlayır  və  onun  satirik, 
hamıya  aydın  olan  ümumiləşdirilmiş  obrazını  tapırdı.  Çox  vaxt  onun  çəkdiyi 
karikaturalara şəkilaltı yazılar da tələb olunmurdu. 
1906-cı  ildə  "Molla  Nəsrəddin"  jurnalında  satirik  rəsmləri  və 
karikaturaları  ilə  çıxış  etməyə  başlayan  Əzim  Əzimzadə  qısa  müddət  ərzində 
populyarlıq  qazanır.  "Molla  Nəsrəddin"in  bütün  Şərqdə  geniş  yayılmasının, 
rəğbətlə  qarşılanmasının  əsas  səbəblərindən  biri  də  Əzim  Əzimzadənin  hər  biri 
sənət  əsəri  olan  karikatura  və  şarjları  olmuşdur.  Onun  çəkdiyi  "Cənab  Vitte", 

187 
 
"Millət  dərdi  çəkməkdən  əriyib  çöpə  dönmüş  müsəlman  dövlətlisi"  karikaturaları 
indiyənədək  janrın  klassik  nümunələri  hesab  edilir. "Cənab  Vitte"  karikaturasında 
Rusiyanın  baş  naziri  yaraqlı-yasaqlı  halda  İran  sərhədini  keçərək  Cənubi 
Azərbaycanda  inqilabi  hərəkatı  boğmağa  tələsən  şəkildə  göstərilib.  Bu  karikatura 
çar məmurlarının qəzəbinə səbəb olsa da, Rusiya imperiyasının siyasətini dəqiq əks 
etdirdiyinə  görə  çox  populyar  idi.  Ölkədə  baş  verən  ictimai-siyasi  olaylarla 
dərindən  maraqlanan  rəssam  "Hümmət"  təşkilatının,  "Nicat",  "Nəşri-maarif” 
cəmiyyətlərinin mədəni-maarif tədbirlərinin fəal iştirakçısı olmuşdur. 
1909-cu  ildə  nəşrə  başlayan  "Zənbur"  jurnalında  redaktor  vəzifəsində 
çalışarkən  Ə.Əzimzadə  imkan  olan  kimi  məqalə  məmlərini  satirik  rəsmlərlə 
tamamlayırdı. "Ziyalıya ikiüzlülük yaraşmır". "Qumarbazlar" karikaturaları dövrün 
ən iyrənc cəhətlərini qamçılayırdı. 
1910-cu  illərdə  Əzim  Əzimzadə  Rusiya  və  Şərq  ölkələrinə  səyahətlər 
etmişdir.  Bu  səyahətlər  onu  yeni-yeni  təəssüratlarla  zənginləşdirmiş,  həyat 
təcrübəsini və düyagörüşünü artırmışdı. Vətənə qayıdandan sonra Əzim Əzimzadə 
bir  müddət  müəllimlik  etmiş,  məktəblərdə  rəsm  müəllimi  işləmişdir.  Bununla 
bərabər, o, Bakıda çıxan satirik jurnallar üçün karikatura və yumoristik rəsmlər də 
çəkmişdir. "Molla Nəsrəddin"in şöhrəti Azərbaycanda yeni-yeni satirik jurnalların 
yaranmasına  səbəb  olur,  bu  isə  öz  növbəsində  ölkədə  gedən  ictimai-siyasi 
mübarizəyə  müəyyən təsir  göstərirdi.  Rəssam bu dövrdə  ən çox "Zənbur", "Bic", 
"Kəlniyyət",  "Baraban",  "Məzəli",  "Tuti",  "Babayi-Əmir"  kimi  satirik  jurnallarla 
əməkdaşlıq  etmişdir.  "Avropa  diplomatiyasının  qələbəsi",  "Balkan  məsələlərində 
biz bitərəfik" kimi karikaturaları böyük siyasətdə Avropa ölkələrinin ikiüzlülüyünü 
tam şəkildə göstərirdi. 
Əzim  Əzimzadə  1918-ci  ildə  Azərbaycan  Xalq  Cümhuriyyətinin 
yaranmasını  ürəkdən  alqışlamışdır.  Şərqdə  yaradılan  ilk  respublikanın  fəaliyyəti 
dövründə  "türk  məktəbi"  adını  almış  köhnə  "rus-müsəlman"  məktəblərində  Əzim 
Əzimzadə  rəsm  müəllimi  işləmişdir.  Bununla  yanaşı,  o,  satirik  qrafika  və 
illüstrasiya  janrlarında  fəaliyyətini  də  davam  etdirmişdir.  1919-cu  ildə  rəssam 
"Türk nəşriyyat cəmiyyəti" tərəfindən nəşr edilən "Zənbur" jurnalı ilə əməkdaşlığa 
başlamış  və  orada  siyasi-ictimai  mövzularda  100-dən  artıq  karikatura  dərc 
etdirmişdir. 
Bu  dövrdə  Əzim  Əzimzadənin  yaradıcılığında  milli  istiqlal  mövzusu 
mühüm  yer  tutmuşdur.  Rəssamın  dövri  mətbuat  səhifələrində  zamanın  ictimai-
siyasi  problemləri  ilə  səsləşən  çoxlu  sayda  karikaturaları  çap  olunmuşdur.  Dövlət 
quruculuğu sahəsində bəzi mənfur insanlar tərəfindən yaradılan süni maneələri öz 
rəsmlərində kəskin tənqid edən rəssam belə maneələrin son nəticədə Azərbaycanın 
müstəqilliyinə  xələl  gətirəcəyini,  onu  təhlükə  altında  qoyacağını  bildirirdi.  Bu 
dövrdə  Azərbaycan  Avropa  dövlətlərinin  ikiüzlü  siyasəti  ilə  qarşılaşırdı. 

188 
 
Müstəqilliyinə  hər  tərəfdən  təcavüz  edilən  Azərbaycan  təhlükələri  aradan 
qaldırdıqca aparıcı Avropa dövlətləri onun müstəqilliyini tanımamaq üçün müxtəlif 
bəhanələr  axtarırdılar.  Azərbaycana  təcavüz  edən  işğalçılar,  xarici  müdaxiləçilər 
əleyhinə  yönəlmiş  karikaturalarından  birində  Əzim  Əzimzadə  ağqvardiyaçı 
generallar Denikini, Kolçakı və erməni quldur dəstələrinin başçısı cəllad Andraniki 
ciblərində  gəzdirən  ingilis  qəsbkarlarını  təsvir  etmişdi.  Bununla  o,  işğalçıların 
hansı  havadarların  köməyindən  istifadə  etməsini  göstərmişdi.  Əzim  Əzimzadə 
rəsmlərində vətən və xalq təəssübkeşliyini ön plana çəkir, cəhaləti, nadanlığı, milli 
ədavəti, erməni millətçilərinin - daşnakların vəhşi və iyrənc əməllərini ifşa edirdi. 
Əzim  Əzimzadənin  yaradıcılığı  orijinal  və  çoxcəhətlidir.  O,  satirik 
qrafika,  illüstrasiya,  siyasi  plakat,  tarixi  və  məişət  janrlarında,  teatr-dekorasiya 
sənəti sahəsində fəaliyyət  göstərmişdir. Onun təsvir üslubunda xalq  yaradıcılığına 
xas yığcamlıq, obrazlılıq, səlislik kimi cəhətlər üstündür. O öz rəsmlərində tənqid 
hədəflərini  gah  öldürücü  satira,  gah  kəsərli  yumor,  gah  yumşaq  kinayə  atəşinə 
tuturdu.  Rəssam  Mirzə  Ələkbər  Sabirin  "Hophopnamə"sinə  son  dərəcə  gözəl 
illüstrasiyalar  çəkmiş,  bir  çox  teatr  tamaşalarına  tərtibat  və  geyim  eskizləri 
vermişdir. Üzeyir Hacıbəylinin "Leyli və Məcnun", "Əsli və Kərəm" operalarının, 
"Arşın mal alan”, "O olmasın, bu olsun" musiqili komediyalarının, Z.Hacıbəylinin 
"Aşıq  Qərib"  operasının  və  bir  çox  digər  tamaşaların  bədii  tərtibatını  Əzim 
Əzimzadə vermişdir. 
1920-ci  ildə  Azərbaycanda  Xalq  Cümhuriyyəti  devrilib,  əvəzində  sovet 
hakimiyyəti  qurulduqdan  sonra  rəssam  Azərbaycan  Xalq  Maarif  Komissarlığının 
incəsənət şöbəsinə rəhbər təyin edilmişdir. Onun fəaliyyəti nəticəsində 1920-ci ildə 
vətənimizin  incəsənət  tarixində  mühüm  hadisə  baş  verrnişdir:  Bakıda  rəssamlıq 
məktəbi fəaliyyətə başlamışdır. 
Əzim  Əzimzadə  Azərbaycanda  teatr  və  rəssamlıq  emalatxanalarının 
təşkilində  səmərəli  işlər  görməklə  bərabər,  bir  çox  əsərlərə  özü  bədii  tərtibat 
vermişdir.  Mirzə  Ələkbər  Sabir,  Əbdürrəhimbəy  Haqverdiyev,  Nəriman 
Nərimanov, Cəlil Məmmədquluzadə, Abdulla Şaiq, Yusif Vəzir Çəmənzəminli və 
başqalarının  əsərlərinə  illüstrasiyalar,  tamaşalarına  dekorasiya  və  geyim  eskizləri 
çəkmişdir. M.F.Axundzadənin "Hacı Qara", "Müsyö Jordan və dərviş Məstəli şah", 
"Mürafiə  vəkillərinin  hekayəti",  Cəlil  Məmmədquluzadənin  "Ölülər",  Cəfər 
Cabbarlının  "1905-ci  ildə'"  pyesləri  əsasında  hazırlanan  tamaşaların  da  geyim 
eskizləri onundur. 
Əzim  Əzimzadənin  yaratdığı  əsərlər  içərisində  "Köhnə  Bakı  tipləri"  adlı 
satirik  portretlər  silsiləsi  dərinliyi  və  səlis  işlənməsi  ilə  seçilir.  "Hacı"  karikatura 
portreti  janrın  klassik  əsərlərindən  biri  hesab  edilir.  Bədii  əsərlərə  illüstrasiyalar 
çəkən  rəssam  Nizami  Gəncəvinin  "Yeddi  gözəl",  "Xosrov  və  Şirin"  poemaları 
mövzusunda yüksəksəviyyəli bədii əsərlər yaratmışdır. 

189 
 
Bütün  bunlardan  əlavə,  Əzim  Əzimzadə  çox  koloritli  mənzərələr  də 
çəkmişdir.  ünun  "Görədil",  "Tut  ağacı",  "Qürub",  "Bakı  bağlarında"  və  s.  rəsm 
əsərləri Abşeronun gözəlliklərini tərənnüm etməklə  yanaşı, Azərbaycan rəssamlıq 
tarixində mühüm yer tutur. 
1940-cı  ildə  Bakıda  Əzim  Əzimzadənin  fərdi  sərgisi  açılmış,  burada 
rəssamın 1200-dən artıq əsəri göstərilmişdir. 
Əzim Əzimzadə 1943-cü ildə Bakıda vəfat etmişdir. 
 

190 
 
1905  -  1911-ci  illər  İran  inqilabının 
mərkəzi  Cənubi  Azərbaycan,  onun  lideri  isə 
Azərbaycanın qəhrəman oğlu Səttarxan sayılır. 
Bütün  ömrünü  xalqın  əsarətdən  qurtulmasına 
sərf  etmiş  Səttarxan  fəaliyyəti  Azərbaycan 
xalqının  gələcək  ictimai-siyasi  və  milli 
şüurunun  inkişafına  güclü  təkan  vermişdir. 
İnqilab  yatırılsa  da,  o  bir  daha  sübut  etdi  ki, 
mütləqiyyətə,  ictimai  və  milli  zülmə  qarşı 
mübarizədə  Azərbaycan  xalqı  yekdil  hərəkət 
etməyə qadirdi. 
Azərbaycan tarixinə Səttarxan 1905  – 1911-ci 
illər  İran  inqilabının  liderlərindən  biri, 
görkəmli  sərkərdə  və  xalq  qəhrəmanı  kimi 
daxil olmuşdur.
 
Səttarxan 
             (1867-1914) 
Səttarxan  (əsl  adı  Səttardır)  Hacı  Həsən  oğlu  1867-ci  ildə  Cənubi 
Azərbaycanın  Qaradağ  vilayətinin  Məmmədxanlı  (indiki  Mincəvan)  mahalında 
anadan  olub.  Xırda  ticarətçi  olan  atası  Hacı  Həsən  hökumətə  qarşı  tədbirlərdə 
həmişə  iştirak  edib.  Böyük  qardaşı  İsmayıl  inqilabi  hərəkatda  iştirak  etmiş  və 
mürtəce qüvvələr tərəfindən öldürülmüşdür. 
XX  əsrin  başlanğıcında  İran  dövlətinin  tərkibində  olan  Cənubi 
Azərbaycanda şah rejiminin daxili və xarici siyasətinə qarşı narazı qüvvələrin sayı 
günü-gündən artırdı. Belə ki, vergilərin çoxalması, ölkənin Rusiya və İngiltərənin 
yarımmüstəmləkəsinə  çevrilməsi  ilə  əlaqədar  sosial  tarazlığın  pozulması  xalqın 
narazılığına  səbəb  olurdu.  Rüşvətxorluq,  dövlət  pullarının  mənimsənilməsi, 
möhtəkirlik dövləti getdikcə daha artıq tənəzzülə uğradırdı. 
Haqsızlıqları görən Səttar gənc yaşlarından ayrı-ayrı nümayişlərdə iştirak 
edir və bu səbəbdən hətta 1882 - 1883-cü illərdə həbsxanada cəza da çəkməli olur. 
Gənc  Səttar  zəhmətkeş  kütlələri  daim  müdafiə  etdiyinə  görə  xalq  onu  hörmətlə 
"Səttarxan"  adlandırırdı.  O  dövrdə  şah  rejiminə  qarşı  xalq  müxtəlif  mübarizə 
üsulları tətbiq edirdi. Onlardan biri də qaçaqçılıq hərəkatı idi. Belə ki, bəzi narazı 
adamlar  dağlara  qaçır,  silah  əldə  edir,  mürtəce  qüvvələrə,  zalımlara  hücumlar 
edirdilər.  Qaçaq  kimi  fəaliyyətə  başlayan  Səttarxan  da  tədricən  tərəfdaşlarının 
sayını artırmış və silahlı partizan dəstəsi yaratmışdı. 

191 
 
1905-ci  ildə  Səttarxan  ümumən  İranda,  o  cümlədən  də  Cənubi 
Azərbaycanda  genişlənən  inqilabi  hərəkata  qoşulur.  İlk  əvvəl  inqilabçılar 
konstitusiya  (məşrutə)  tələb  edir,  nümayişlər,  müqəddəs  yerlərdə  etiraz  aksiyaları 
keçirirlər.  Yerlərdə  demokratik  idarəetmə  orqanları  -  əncümənlər  seçilir. 
Azərbaycan şəhərlərinin əncümənləri birləşərək "Azərbaycan Əyalət Şurası" təşkil 
edirlər.  "İctima-iyyune-amiyyun"  sosial-demokrat  qrupunun  üzvlərindən  seçilən 
"Gizli  mərkəz"  adlı  qurum  onun  idarəetmə  orqanı  olur.  Xalq  arasında  böyük 
nüfuza  malik  olan  Səttarxan  1906-cı  ildə  Təbrizin  Əmirəxız
 
məhəlləsi 
mücahidlərinin başçısı və  "Həqiqət"  əncüməninin  üzvü olmuşdur. Səttarxan fədai 
dəstələrinin  sayını  artırmağa  çağırır  və  onlara  daim  hərbi  təlimlər  keçir.  1906-cı 
ildə  Müzəffərəddin  şahın  konstitusiya  haqqında  qəbul  etdiyi  qanun  xalqı 
sakitləşdirsə də, onun  vəfatından sonra Məhəmmədəli  şahın bu qərarı ləğv etməsi 
xalqı yenidən mübarizəyə qaldırır. 
1907-ci  il  fevralın  8-də  Təbrizdə  ilk  silahlı  üsyan  baş  verir.  Şəhərdə  real 
hakimiyyət  Azərbaycan  Əyalət  Şurasının  əlinə  keçir.  İranda  parlament  (məclis) 
yaradılanda Azərbaycandan seçilmiş nümayəndələr onun işində fəal iştirak edirlər. 
Təbriz şəhəri İran inqilabının mərkəzinə çevrilir. Azərbaycan Əyalət Şurası sosial-
iqtisadi  tədbirlər  həyata  keçirir,  insanların  vəziyyəti  nisbətən  yaxşılaşır.  İri 
şəhərlərdə dünyəvi elmləri tədris edən yeni məktəblər açılır. 1907-ci ilin sonunda 
şah konstitusiyanı imzalamaq məcburiyyətində qalır. Lakin o, gizli şəkildə Rusiya 
və İngiltərədən köməklik alaraq əksinqilabi çevrilişə hazırlaşır. 
1908-ci  il  iyunun  23-də  şah  qoşunları  İran  məclisinə  hücum  edir, 
inqilabçılara  divan  tutulur.  Onlar  İran  vilayətlərində  inqilabı  boğduqdan  sonra 
Azərbaycana  üz  tuturlar.  Onların  əsas  hədəfi  Təbriz  şəhəri  idi.  Şəhərdə  inqilabı 
boğmağa  cəhd  göstərən  40  minlik  şah  qoşunu  və  irticaçı  qüvvələrlə  inqilabçılar 
arasında ağır döyüşlər başlayır. Artıq iyulun 1-də şəhər mühasirəyə alınır, şəhərdə 
aclıq  başlayır.  İyulun  18-də  Səttarxan  gözlənilmədən  hücuma  keçir  və  düşmənə 
güclü zərbə vurur. Bu xəbər inqilabçıları ruhlandırır, bütün Azərbaycandan fədailər 
Təbrizə  axışmağa  başlayır,  müxtəlif  üsullarla  mühasirədən  keçib  Səttarxanla 
birləşirlər.  Qüvvələri  bir  mərkəzdən  idarə  etmək  məqsədi  ilə  Səttarxan,  Bağırxan, 
Əli Müsyö, Hacı Əli Davafuruş və Mir Haşım xandan ibarət "Hərbi şura" yaradılır. 
Təbrizin  Əmirəxız  məhəlləsində  küçə  vuruşmaları  zamanı  Səttarxanın 
rəhbərliyi  altında  fədai  dəstələri  əksinqilabi  qüvvələrə  ağır  zərbələr  endirir,  onları 
geri  çəkilməyə  məcbur  edirlər.  Avqustda  şah  qoşunlan  geri  çəkilir  və  İranın 
mərkəzi əyalətlərindən köməyə yeni qüvvələrin gəlməsini gözləməyə başlayır. Öz 
qüvvələrini səfərbər edən Səttarxan 20 min döyüşçü toplayaraq geniş əks-hücuma 
başlayır. Oktyabrın 12-dək döyüşlər davam edir. Oktyabrın ortalarında Təbriz azad 
olunur. 

192 
 
Xalq  və  vətən  qarşısında  xidmətlərinə  görə  Azərbaycan  Əyalət  Şurası 
Səttarxana  "Sərdari-milli"  (millətin  sərkərdəsi)  adı  verir,  döyüşdə  fərqlənənləri 
təltif  etmək  üçün  Səttarxan  medalı  təsis  edir.  Dünya  mətbuatında  həmin  illərdə 
Səttarxan "İnqilabçı İran qoşununun başçısı", "İranın Hannibalı" adlandırılır. 
1908-ci  ilin  noyabrından  1909-cu  ilin  yanvarına  qədər  gedən  döyüşlərdə 
Səttarxanın dəstələri tədricən bütün Cənubi Azərbaycanı şah qoşunları və mürtəce 
qüvvələrdən  təmizləyir.  Şimali  Azərbaycandan,  Volqaboyu  ərazilərdən,  Orta 
Asiyadan,  Türkiyədən  inqilabçılara  kömək  göstərirdilər.  Kömək  qeyri-rəsmi 
xarakter  daşıyırdı,  buna  baxmayaraq  bu  ölkələrdən  silah,  ərzaq,  pul  gətirilir, 
yüzlərcə könüllü Azərbaycan inqilabçılarına qoşulurdu. Təbriz döyüşlərində Şimali 
Azərbaycandan gəlmiş 800 döyüşçü vuruşurdu. Milli ziyalılarımız mətbuatda, milli 
burjuaziya isə maliyyə vəsaiti ilə inqilabçıları dəstəkləyirdilər. 
Səttarxanın qələbələri İran inqilabını yenidən canlandırır, lakin Rusiya və 
İngiltərənin  böyük  narahatlığına  səbəb  olur.  Onlar  şah  rejiminə  güclü  kömək 
göstərirlər.  1909-cu  ilin  aprelində  Rusiya  qoşunları  Təbrizə  girir.  Azərbaycan 
Əyalət Şurası fədailərə vuruşu dayandırmaq və silahları gizlətmək əmri verir. Buna 
baxmayaraq 1909-cu ilin iyulunda şah devrilir, Tehranda mülkədar-burjua dairələri 
öz  hökumətlərini  yaradırlar.  1910-cu  ilin  aprelində  yeni  liberal  mülkədar-burjua 
hökumətinin  dəvəti  ilə  başda  Səttarxan  və  Bağırxan  olmaqla  100  nəfərlik  fədai 
dəstəsi Tehrana gedir. Tehran əhalisi Səttarxanı böyük təntənə ilə qarşılayır. Lakin 
irtica qüvvələri Təbriz üsyanının qəhrəmanlarına qəsd hazırlayıbmışlar. 1910-cu il 
avqustun  7-də  yeni  hökumətin  qoşunları,  Tehran  polisi  və  İran  ermənilərindən 
təşkil edilmiş dəstələr Səttarxanın fədai dəstəsinə qəfil hücum edir. Fədailər 6 min 
nəfərlik düşmənlə döyüşdə məğlub olur, atışma zamanı Səttarxan ağır yaralanır və 
uzunsürən xəstəlikdən sonra vəfat edir. 

193 
 
Azərbaycan  peşəkar  teatr  sənətinin  banilərindən 
söhbət açılanda ilk yada düşənlərdən biri də Hüseyn Ərəblinski 
olur.  Bu  da  təsadüfi  deyil.  Görkəmli  Azərbaycan  aktyoru  və 
rejissoru 
olmuş 
Ərəblinskinin 
Azərbaycan 
teatrının 
təşəkkülündə, 
milli 
aktyor 
və 
rejissor 
kadrlarının 
hazırlanmasında  rolu  əvəzsizdir.  XX  əsrin  əvvəllərində 
Azərbaycan teatr və kino sənətinin bütün nailiyyətləri bu və ya 
digər  dərəcədə  həm  də  Ərəblinskinin  adı  ilə  bağlıdır.  Dünya 
klassiklərinin  əsərlərini  Azərbaycanda  tamaşaya  qoymaqla 
milli teatr ənənələri ilə klassik Avropa teatr mədəniyyətini üzvi 
şəkildə  birləşdirən,  Azərbaycan  tarixini  və  milli  dəyərlərini 
təbliğ  edən  əsərləri  səhnələşdirən,  ilk  Azərbaycan  opera  və 
operettalarının  quruluşçu 
rejissoru 
olan, 
Azərbaycan 
səhnəsində  faciəvi  rolların  mahir  ifaçısı  sayılan,  ilk 
Azərbaycan  kinofilmində  baş  rolu  ifa  edən,  Azərbaycanda 
onlarca  teatr  truppaları  və  dərnəkləri  yaradan,  özfəsliyyəti  ilə 
Azərbaycanın  milli  müstəqilliyi  uğrunda  mübarizə  aparan 
Ərəblinski bir nadanın xain gülləsinin qurbanı olmuşdur. 
Hüseyn Məmməd oğlu Ərəblinskinin adı Azərbaycan tarixində 
görkəmli aktyor və rejissor, Azərbaycan peşəkar teatr sənətinin 
banilərindən biri kimi hörmət və ehtiramla xatırlanır.
 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin