SƏbuhi ƏHMƏdov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/34
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#15173
1   ...   22   23   24   25   26   27   28   29   ...   34

Vəli bəy Yadigarov 
    (1898-1971) 
Vəli  bəy  Sadıq  bəy  oğlu  Yadigarov  1898-ci  ildə  Borçalının  Təkəli 
kəndində  zadəgan  ailəsində  anadan  olmuşdur.  Məşhur  Azərbaycan  şərqşünası 
Mirzə  Cəfər  Topçubaşova  qohumluğu  çatan  atası  Sadıq  bəy  oğlanlarını  hərbi 
məktəblərə  qoymuşdur.  Vəli  bəy  1909-cu  ildə  Tiflis  hərbi  gimnaziyasına  qəbul 
edilmiş və 1916-cı ilədək burada oxumuşdur. 
Vəli  bəy  1916-ci  ildən  Rusiyanın  Əlahiddə  Qafqaz  Korpusunun  süvari 
hissələrində xidmət etməyə başlamışdır. I Dünya müharibəsini Qafqaz Cəbhəsində 
qarşılayan gənc kornet cəbhəyə göndərilmiş və məşhur Brusilov hücumunda iştirak 
etmişdir. Bir müddət 1-ci Dağıstan süvari alayında xidmət etdikdən sonra Vəli bəy 
Artilleriya Zabit Məktəbinə göndərilir. Lakin bolşeviklərin Peterburqda çevrilişi və 
Rusiyanın  parçalanması  nəticəsində  onun  ordusu  iflic  vəziyyətinə  düşmüşdü. 
Bütün  Rusiya  ərazisində  bolşeviklər  tərəfindən  qurulmuş  postlarda  keçmiş  çar 
zabitlərini  axtarır,  onları  qətlə  yetirirdilər.  Min  bir  əziyyətlə  Vəli  bəy  1918-ci  ilin 
sentyabrında Azərbaycana gəlir. 
Azərbaycan  Xalq  Cümhuriyyətinin  yaradılmasını  sevinclə  qarşılayan 
Yadigarovlar nəslindən 8 nəfər zabit Milli Orduda xidmət etmişdir. Onlardan biri, 
Vəli bəyin böyük qardaşı Davud bəy Qarabağ və Zəngəzur döyüşlərində göstərdiyi 
igidliyə  görə  1919-cü  ildə  general-mayor  rütbəsinə  layiq  görülmüşdür. 
Azərbaycana  gələn  Vəli  bəy  dərhal  Milli  Ordunun  sıralarında  xidmət  etmək 

266 
 
arzusunu bildirmişdir. 3-cü Şəki süvari alayı təşkil ediləndə o bu alayda eskadron 
komandiri vəzifəsində çalışmağa başlamışdır. 
1920-ci  il  martın  22-də,  Novruz  bayramı  axşamı  Ermənistan  silahlı 
qüvvələri  və  qiyamçı  ermənilər  Şuşa,  Laçın,  Xankəndi,  Xocalı,  Əsgərana  hücum 
edirlər.  Başda  general-mayor  H.Səlimov  olmaqla  Qarabağ  Ərazi  Qoşunları 
təpədən-dırnağadək  silahlanmış  düşmənin  hücumunun  qarşısını  alır,  müdafiə 
döyüşlərində  ona  ağır  zərbələr  vurur.  Azərbaycan  hissələri  aprelin  3-də  əks-
hücuma  keçir.  12  günlük  ölüm-dirim  döyüşlərində  erməni  qüvvələri  darmadağın 
edilir.  Qarabağın  bütün  məntəqələri  üzərində  yenidən  üçrəngli  bayrağımız 
dalğalanır. Bu döyüşlərdə Vəli bəy Yadigarovun eskadronu xüsusilə fərqlənir. 3-cü 
Şəki  süvari  alayının  komandiri  polkovnik  Tonkiyev  martın  26-da  general-mayor 
Həbib  bəy  Səlimova  göndərdiyi  məktubda  yazırdı:  "Bu  gün  -  martın  26-da 
artilleriya  və  tüfəng  hazırlığından  sonra  Çaylı  və  Bürcü  kəndləri  tutulmuşdur. 
Ermənilər  Çaylıdan  qərbə  -  dağların  şərq  ətəklərinə  çəkilmişlər.  Ermənilərdən  bir 
neçə  döyüşçü  öldürülmüşdür.  Bizim  tərəfdən  isə  bir  neçə  partizan  yaralanmışdır. 
Düşmənin çoxsaylı süvari dəstəsini başılovlu qaçmağa məcbur etmiş 1-ci yüzlüyün 
korneti  Vəli  bəy  Yadigarovun  çevik  süvarilərinin  hücumunu  xüsusi  qeyd  etmək 
istəyirəm". 
1920-ci  ildə  Azərbaycan  Sovet  Rusiyası  qoşunları  tərəfindən  işğal  edilir. 
Azərbaycan  Milli  Ordusunun  zabitlərinin  aqibəti  müxtəlif  olur.  Kimisi 
Mehmandarov kimi, "Vətəndən ayrılmağa heç bir əsasım yoxdur" deyərək vətəndə 
qalmaq  qərarına  gəlir  və  repressiyaların  qurbanı  olur.  Kimisi  Türkiyə,  Fransa, 
Almaniyaya  və  başqa  ölkələrə  mühacirətə  gedir,  müxtəlif  peşə  sahibləri  olur.  Bir 
qisim  zabit  isə  onların  vətənlərinə  təcavüz  etmiş  bolşeviklərə  qarşı  üsyanlar 
vasitəsilə  mübarizə  aparmaq  qərarına  gəlir.  Belələri  sırasında  Vəli  bəy  Yadigarov 
da var idi. O, 1920-ci ilin yayında 3-cü Şəki süvari alayının döyüşçüləri ilə məşhur 
Qarabağ  üsyanında  iştirak  edir,  düşmənə  ağır  zərbələr  vurur.  Üsyan  yatırılandan 
sonra silahı yerə qoymayan Vəli bəy Gürcüstana keçir və bolşeviklərə qarşı gürcü 
ordusu sıralarında mübarizə aparmağa hazır olduğunu bildirir. Lakin Gürcüstanı da 
Azərbaycanın aqibəti gözləyirdi. 
Gürcüstan  işğal  ediləndən  sonra  Vəli  bəy  Türkiyəyə  keçir. 
Azərbaycanlılar burada dost və qardaş kimi qəbul edilir, onların bir çoxu Atatürkün 
ordusunda  azadlıq  yürüşündə  iştirak  edir.  Lakin  Türkiyənin  Rusiya  ilə  normal 
diplomatik  münasibətdə  olması  Vəli  bəyi  qane  etmirdi.  Bu  zaman  Sovet 
Rusiyasının qoşunları Polşaya hücum edir. "Polşa xalqlarına azadlıq" gətirəcəyini 
vəd  edən  sovetlər  əslində  ora  ölüm  və  fəlakət  gətirirdilər.  Vətəninin  işğal  altında 
olmasını,  sovetlərin  əlinə  keçmiş  qardaşlarının  repressiyalara  məruz  qalmasını 
bilən və qisas hissi ilə yaşayan Vəli bəy Polşaya keçmək qərarına gəlir. 

267 
 
Çox  böyük  çətinliklərlə  Rumıniyaya,  oradan  isə  Polşaya  keçən  Vəli  bəy 
burada  yaxşı  qarşılanmışdır.  Keçmiş  Rusiya  ordusunun  zabiti  Pilsudski  vaxtilə 
azərbaycanlılarla bir hissədə xidmət etmişdi və onlara xüsusi rəğbəti vardı. Sovet - 
Polşa müharibəsinin ilk günlərində 20-dən artıq azərbaycanlı zabit Polşa ordusuna 
qəbul edilir; Vəli bəy də o cümlədən. Özü də o, Polşa ordusunun süvari hissələrinə 
qəbul edilir. 
Vəli  bəyin  Polşa  ordusu  sıralarında  necə  xidmət  etməsi  barədə  6  iyul 
1990-cı  il  tarixli  "Jiçe  Varşavı"  qəzeti  yazırdı:  "Ötən  şənbə  Varşava 
qəbiristanlığında  Vəli  bəy  Yadigar  müsəlman-tatar  qaydası  ilə  dəfn  olunmuşdur. 
Dəfn  fəxri  qarovulun  müşayiəti  ilə  hərbçi  şöhrəti  qaydaları  ilə  keçirilmişdir. 
Mərhumu son mənzilə yaxın qohumları, dostları, keçmiş alaydaşları yola salmışlar. 
Yaylım  atəşi  açılmış,  orkestr  Şopenin  dəfn  marşını  çalmışdır.  Cənazə  üzərində 
müsəlman  ayinini  Varşava  və  Belostok  yeparxiyasının  imamı  Aleksandr  Əli 
Şaletski  icra  etmişdir.  Bəs  polkovnik  Yadigar  kimdir?  Müsəlmandır.  Azərbaycan 
knyazıdır... 
Bu  qərib  Polşa  ordusu  heyətində  vuruşmuş,  K.Somskovski  adına  7-ci 
Ulan  alayının  zabiti  olmuşdur.  O,  1920-ci  ildə  tabeliyində  olan  hissə  ilə  birlikdə 
Azərbaycanı tərk etmək məcburiyyətində qalmış, 1921-ci ilin mart ayında Polşada 
sığınacaq tapmış, müqavilə ilə polyak ordusu sıralarına daxil olmuşdur. Qrozdendə 
Süvari  Məktəbini  və  Varşava  Ali  Hərbi  Məktəbini  bitirdikdən  sonra  7-ci  süvari 
polkunun  komandir  müavini  təyin  edilmişdir.  Polyak  qızıyla  evlənmiş,  polyak 
dilini öyrənmişdir. Keçmiş alaydaşları onu son dərəcə yüksək mədəniyyətə, sağlam 
həyat  tərzinə  malik  insan,  həm  də  olduqca  tələbkar  zabit  kimi  xatırlayırlar.  Vəli 
bəy  Polşaya  hücum  etmiş  hitlerçi  qəsbkarlara  qarşı  1939-cu  il  sentyabrın  11-də 
təşkil  olunmuş  müdafiə  kampaniyasında  iştirak  etmiş,  Mazovetsk  süvari 
briqadasının  qərargah  rəisi  olmuşdur.  Polşanın  işğalından  sonra  Armiya 
Krayovanın  tərkibinə  daxil  olan  "Jelen"  polkunun  komandiri  kimi  Varşava 
üsyanında  (1944)  iştirak  etmişdir.  Müharibədən  sonra  Vəli  bəy  Yadigar 
Argentinaya  mühacirət  etmiş,  19  il  əvvəl  -  1971-ci  il  dekabrın  3-də  Buenos-
Ayresdə vəfat etmişdir. 
Öz  vəsiyyəti  ilə  Polşada  təkrar  dəfn  edilmişdir.  Dəfn  mərasimində 
mərhumun qızı - Züleyxa xanım Yadigar-Kalinoskaya da olmuşdur. O hal-hazırda 
milliyyətcə polyak olan əri ilə İspaniyada yaşayır". 
İkinci  vətəni  Polşa  uğrunda  mərdliklə  vuruşan  Vəli  bəy  1945-ci  ildə 
Polşaya  sovet  qoşunları  yeridiləndə  onlara  tabe  olmaq  istəməmiş,  istefa  ərizələri 
yazmış  və  1949-cu  ildə  istefaya  çıxaraq  Argentinaya  yollanmış,  burada  Polşa  və 
Qafqaz mühacirləri cəmiyyətlərinin fəal üzvü olmuşdur. 
Vəli  bəy  1933-cü  ildə  Varşavada  "Mustafa  Axmatoviç  adına  tatar-ulan 
alayının  hərbi  tarixi  oçerki"  adlı  kitab  yazmış  və  Polşa,  Krım,  Litva,  Rusiya 

268 
 
müsəlmanlarının Polşada  xidmətini əks etdirmişdir. Kitab 1990-cı ildə Varşavada 
təkrarən nəşr olunmuşdur. 
Zəngin  döyüş  bioqrafiyası  illərində  Vəli  bəy  Azərbaycanın  "İgid  nişanı" 
ordeni, Polşanın 4 ordeni ilə təltif edilmişdir. 
Vəli bəy Yadigarov 1971-ci ildə Buenos-Ayresdə vəfat etmiş, 1990-cı ildə 
məzarı Varşava mərkəzi qəbiristanlığına köçürülmüşdür. 

269 
 
1942-ci  ilin  sonu  –  1943-cü  ilin  əvvəllərində  II 
Dünya  müharibəsinin  gedişində  əsaslı  dönüş  baş  verdi. 
Stalinqrad 
ətrafında  gedən  döyüşlərdə  almanların 
feldmarşal  Paulyusun  başçılıq  etdiyi  330  minlik  hərbi 
qruplaşması  mühasirəyə  alınaraq  darmadağın  edildi.  Bu 
qələbənin  qazanılmasında  azərbaycanlı  sərkərdə  Həzi 
Aslanovun  müstəsna  xidməti  olmuşdur.  Müharibənin 
gedişində ən ağır  döyüşlərdən qaliv çıxmış Həzi  Aslanov 
iki  dəfə  Sovet  İttifaqı  Qəhrəmanı  adına  layiq    görülmüş, 
ona  general-mayor  rütbəsi  verilmişdir.  Moskvada  Zirehli 
Tank Qoşunları Akademiyasını bitirmiş Aslanov o dövrdə 
Sovet  Ordusunun  ən  görkəmli  tankçı  sərkərdələrindən 
sayılırdı.  Lakin  1945-ci  ilin  yanvarında  onun  müəmmalı 
ölümü  bu  görkəmli  şəxsiyyətin  həyat  və  fəaliyyətini 
yarımçıq qoydu. 
Azərbaycan  hərb  tarixinə  Həzi  Aslanov  cəsur 
döyüşçü,  görkəmli  sərkərdə,  iki  dəfə  Sovet  İttifaqı 
Qəhrəmanı  adına  layiq  görülmüş  ilk  və  yeganə 
azərbaycanlı,  tank  qoşunlarının  tətbiqinin  yeni  üsul  və 
metodlarını    yaratmış şəxs kimi daxil olmuşdur. 
 
Aslanov Həzi Əhəd oğlu 
      (1910-1945) 
Həzi  Aslanov  1910-cu  il 
yanvarın  2-də  Lənkəran 
şəhərində  anadan  olub. 
Uşaqlıqdan hərb sənətinə 
böyük  maraq  göstərən 
Həzi  1924-cü  ildə  Azərbaycan  komandirlər  məktəbinə  daxil  olur.  Təhsil  illərində 
bilik  və  bacarığı  ilə  seçilən  Həzi  kursda  birinci  imiş.  Nəzəri  və  praktik 
məşğələlərdə  daim  qabaqcıl  olan  Həzi  SSRİ-nin  Leninqrad  şəhərinə  göndərilir  və 
orada  təhsilini  davam  etdirir.  O  dövrkü  sovet  qoşunlarının  ən  müasir  tankları 
sayılan BT-5 və  BT-7, T-26 tanklarını  mükəmməl öyrənən Aslanov 1930-cu ildə 
təyinatını SSRİ-nin Qərb hərbi dairələrindən birinin tank hissələrinə alır. 
SSRİ-nin  Avropa  ilə  həmsərhəd  bölgələri  Qərb  hərbi  dairəsinə  daxil  idi. 
Bu  istiqamət  ən  təhlükəli  hesab  olunur,  burada  yerləşən  hərbi  hissələrə  ən  yaxşı 
zabitlər  göndərilirdi.  Aslanovun  komandirlik  etdiyi  hərbi  hissələr  daim  öz  döyüş 
hazırlığının səviyyəsi ilə seçilirdi. 
1941-ci  ildə  faşist  Almaniyasın  qoşunları  SSRİ-yə  hücum  edəndə  ilk 
zərbə  Qərb  hərbi  dairələrinə  vuruldu.  SSRİ-nin  siyasi  və  hərbi  rəhbərliyinin 
səhvləri  ucbatından  sovet  hərbi  hissələri  ağır  vəziyyətə  düşdü,  bir  çox  yerlərdə 
almanlar  tərəfindən  mühasirəyə  alındı.  Hərbi  aviasiya  və  tank  hissələri  sarıdan 
korluq çəkən sovet qoşunları ağır döyüşlərlə geri çəkilməli oldu. 
H.AsIanov  müharibənin  ilk  günlərindən  başlayaraq  döyüşlərdə  iştirak 
etmiş,  dəfələrlə  fərqlənmiş,  medallarla  təltif  edilmişdir.  1941-ci  ilin  yayında 

270 
 
müharibəni  kapitan  rütbəsində  qarşılayan  Aslanova  artıq  1941-ci  ilin  sonuna 
podpolkovnik  rütbəsi  verilmişdir.  Moskva  ətrafında  aparılan  döyüşlərdə  Aslanov 
ilk  ordeninə  layiq  görülmüşdür.  Belə  ki,  onun  komandanlıq  etdiyi  tank  taboru 
almanların  mühasirəsinə  düşmüş  iri  sovet  hərbi  birləşməsini  mühasirədən 
çıxarmışdır.  Mühasirəni  yararkən  Aslanovun  taboru  düşmənə  sarsıdıcı  zərbələr 
vurmuşdur.  O  həmçinin  artıq  partladılmaq  üçün  hazırlanmış  50  avtomaşın 
mə  və
 
sursatı  mühasirədən  çıxarmağa  nail  olmuşdur.  Bu  igidliyinə  görə  Həzi  Aslanov 
Qırmızı Ulduz ordeni ilə təltif edilmişdir. 
1942-ci  ilin  ağır  döyüşlərində  yüksək  hərbi  qabiliyyəti  ilə  fərqlənən 
Aslanov  55-ci  tank  alayının  komandiri  təyin  edilir  və  Rostov  və  Taqanroqda 
göstərdiyi  şücaətlərə  görə  yeni  orden  və  medallarla  təltif  olunur.  Aslanovun 
sərkərdəlik  məharətini  görən  ali  komandanlıq  onu  öz  hissəsi  ilə  müharibənin  ən 
ağır nöqtəsinə - Stalinqrad şəhərinə göndərir. Stalinqrad şəhəri alınardısa, almanlar 
Volqa  çayını  nəzarətdə  saxlar  və  SSRİ-nin  Asiya  hissəsinə  keçə  bilərdi.  Bu 
səbəbdən də Stalinqrad mühüm strateji əhəmiyyətə malik idi. Odur ki müharibənin 
ən ağır döyüşləri bu şəhərin  payına  düşür. 1942-ci  ilin payızında  burada  müdafiə 
olunan  sovet  hərbi  hissələri  noyabr  ayında  əks-hücuma  keçirlər.  Əks-hücum 
nəticəsində  başda  feldmarşal  Paulyus  olmaqla  düşmənin  30  minlik  qruplaşması 
mühasirəyə  alınır.  Onları  mühasirədən  çıxarmaq  üçün  Hitler  ora  feldmarşal 
Manşteynin  başçılığı  ilə  böyük  tank  qüvvələri  göndərir.  Bu  tank  qüvvələrinin 
qarşısında təkcə Aslanovun tank alayı dayanırdı. Əgər o geri çəkilsəydi, Paulyusun 
qoşunları  mühasirədən  çıxmaq  imkanı  qazanardılar.  Qüvvələr  nisbətinin  qeyri-
bərabər  olmasına  baxmayaraq,  Aslanov  döyüşü  qəbul  edir  və  sovet  qoşunlarının 
əsas  hissələri  köməyə  gələnədək  mövqelərindən  çəkilmir.  Bu  igidliyə  görə  o, 
SSRİ-nin  ən  ali  mükafatı  -  Sovet  İttifaqı  Qəhrəmanı  adına  layiq  görülür.  Onun 
alayı  "qvardiya  tank  alayı"  adlandırılaraq  sovet  qoşunlarının  say-seçmə  hissələri 
sıralarına daxil edilir. 
Stalinqrad  vuruşmasından  sonra  xeyli  irəliləyən  sovet  qoşunları  Kursk 
şəhəri yaxınlığında almanlar tərəfindən dayandırılır. 1943-cü ilin yayında bu dəfə 
Rusiyanın  bu  şəhəri  uğrunda  ağır  döyüşlər  başlanır.  Almanlar  təşəbbüsü  ələ 
keçirməyə,  sovet  qoşunları  isə  düşmən  müqavimətini  qırıb  irəliləməyə  çalışırlar. 
Ən dəhşətli toqquşma Kursk yaxınlığında  yerləşən Proxorovka kəndi yanında baş 
verir. Burada hər iki tərəfdən 1200 tank üz-üzə gəlir. Uzaq və yaxın məsafələrdən 
bir-birlərinə  atəş  açan  tankçılar  mərmiləri  qurtardıqda  tanklarını  düşmən  tankına 
çırpırmışlar. Kursk döyüşlərində Həzi sonralar "Aslanov fəndi" adını almış fəndini 
tətbiq  etməyə  başlayır.  Belə  ki,  o,  tankların  tamamilə  yeni  düzülüş  və  döyüş 
formasını  təklif  edir  və  bu  üsulun  tətbiqi  düşmən  üzərində  qələbə  qazandırır. 
İndiyənədək də hərbi məktəblər və akademiyalarda "Aslanov fəndi" adlanan həmin 
üsulu gələcək zabitlərə öyrədirlər. 

271 
 
Mahir  sərkərdəlik  qabiliyyətinə  görə  Aslanov  SSRİ-nin  paytaxtı  Moskva 
şəhərinə göndərilir və orada  Zirehli Tank Qoşunları Akademiyasını uğurla bitirir. 
Beləliklə,  artıq  polkonik  Aslanova  iri  tank  birləşmələrinə  komandanlıq  etmək 
hüququ verilir. 
1944-cü  il  döyüşlərində  polkovnik  Həzi  Aslanov  35-ci  qvardiya  tank 
briqadasının  komandiri  vəzifəsində  Belorusiya  şəhərlərini  işğalçılardan azad edir. 
O  döyüşlərdə  Həzinin  briqadası  düşmənə  sarsıdıcı  zərbələr  vurur,  böyük  sayda 
hərbi texnika və ləvazimat qənimət gotürür. Buna görə ona tank qoşunları qvardiya 
general-mayoru  rütbəsi  verilir.  Həm  sovet  sərkərdələri,  həm  də  almanlar  o  zaman 
onu "cinah zərbələrinin ustası" adlandırırmışlar. 
1944-cü  il  iyunun  23  -  30-da  məhz  Aslanovun  briqadası  ilk  olaraq 
Berezina çayını keçmiş və Pleşen şəhərini, eləcə də 508 digər yaşayış məntəqəsini 
düşməndən azad etmişdir. Bu döyüşlərdə fərqlənən Həzi Aslanov ikinci dəfə Sovet 
İttifaqı Qəhrəmanı adına təqdim olunmuş və sənədləri rəhbərliyə göndərilmişdir. 
Belorusiya  tam  azad  ediləndən  sonra  Aslanov  briqadası  ilə  Pribaltikaya 
göndərilir.  Onun  briqadası  İ.X.Baqramyanın  tabeliyinə  verilir.  Əslən 
Azərbaycandan olan, Şəmkirin Çardaqlı kəndində böyüyüb başa çatmış bu nankor 
erməni  generalı  azərbaycanlılara  həmişə  xor  baxmış,  bacarıqlı  azərbaycanlılara 
qısqanclıq və paxıllıqla  yanaşmışdır. Bu zaman döyüşlər Litva, Latviya, Estoniya 
ərazilərində gedirdi. Bu döyüşlərdə Aslanovun briqadası xüsusilə fərqlənmişdir. 
1945-ci  il  yanvarın  24-də  Mitava  (indiki  Yelqava)  şəhəri  yaxınlığında 
Həzi Aslanov ağır yaralı elan olunur: guya, onun yanında top mərmisi partlamışdır. 
Müharibə iştirakçıları bilirlər ki, insanın yanında top mərmisi partlayanda partlayış 
dalğası  və  yüzlərcə  qəlpə  onun  bədənini  tanınmaz  hala  salır.  Yaralanan  anda 
Aslanovun  əynində  olmuş  gödəkçə  Azərbaycan  Tarixi  Muzeyində  qorunur  və 
həmin  gödəkçənin  yalnız  ürək  nahiyəsində  cəmi  bir  dəlik  vardır.  Aslanovun 
müəmmalı şəkildə yaralanmasının səbəbləri indiyənədək araşdırılmayıb. 
Tibbi  sənədlərdən  aydın  olur  ki,  Aslanovun  yarası  ölümcül  deyilmiş  və 
ona  vaxtında  yardım  göstərilsəydi,  həyatını  xilas  etmək  olarmış.  Lakin  Aslanova 
adicə  sarğı  qoyulur,  cərrahi  əməliyyat  isə  qeyri-müəyyən,  daha  doğrusu,  gülünc 
səbəblərdən  ləngidilir.  Nəticədə  Həzi  Aslanov  qan  itkisindən  keçinir.  Həzi 
Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adının verilməsi haqqında təqdimat 
sənədləri isə naməlum səbəbdən itirilir. Yalnız 1991-ci ildə, ölümündən 46 il sonra 
xalqımızın igid oğluna ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verildi. 
Müharibə illərində general-mayor Həzi Aslanov Sovet İttifaqı Qəhrəmanı 
medalı,  Lenin  ordeni,  3  dəfə  Qırmızı  Bayraq,  2  dəfə  Suvorov  ordeni,  Aleksandr 
Nevski ordeni, 1-ci dərəcəli Vətən müharibəsi ordeni, 2 dəfə Qırmızı Ulduz ordeni, 
həmçinin müxtəlif medallarla təltif edilmişdir. 
Həzi Aslanov Bakıda, Şəhidlər xiyabanında dəfn edilib. 

272 
 
Azərbaycanın  görkəmli  sərkərdələri  arasında 
general  Tərlan  bəy  Əliyarbəyovun  adı  xüsusi  qeyd 
olunur. O, 64 illik ömür yolunda iki böyük müharibənin 
və  lokal  toqquşmaların  iştirakçısı  olub:  I  Dünya 
müharibəsində,  1918-  1920-ci  illərdə  Azərbaycan  Milli 
Ordusunda  və  Böyük  Vətən  müharibəsində  (1941  – 
1945)  vuruşub.  I  Dünya  müharibəsini  tabor  komandiri 
vəzifəsində  bitirən,  Milli  Orduda  alay  komandiri 
vəzifəsində  çalışan,  II  Dünya  müharibəsində  qələbəni 
diviziya  komandiri  və  korpus  komandirinin  müavini 
vəzifəsində  qarşılayan  Əliyarbəyov  respublikada  milli 
hərbi kadrların hazırlanmasında seçilirdi. 
Azərbaycan tarixinə Tərlan bəy Əliyarbəyov iki 
cahan  müharibəsində  iştirak  etmiş,  Azərbaycan  Milli 
Ordusunun  təşkilində  fəaliyyət  göstərmiş  görkəmli 
sərkərdə kimi daxil olmuşdur. 
 
Azərbaycanın  hərb  tarixinə  Həzi  Aslanov  cəsur  döyüşçü,  görkəmli 
sərkərdə,  iki  dəfə  Sovet  İttifaqı  Qəhrəmanı  adına  layiq  görülmüş  ilk  və  yeganə 
azərbaycanlı,  tank  qoşunlarının  tətbiqinin  yeni  üsul  və  metodlarını  yaratmış  şəxs 
kimi daxil olmuşdur. 
 
Tərlan bəy Əliyarbəyov 
         (1892-1956) 
Tərlan  bəy  Əliyarbəyov  1892-ci  il  noyabrın  28-də  Şamaxı  şəhərində 
zadəgan  ailəsində  anadan  olub.  1908-ci  ildə  Şamaxıdakı  altıillik  şəhər  məktəbini 
bitirmiş Tərlan bəy ordu sıralarına könüllü olaraq piyada kimi yollanmışdır. 
1911-ci ildə 3-cü Qafqaz piyada alayının əlaçı əsgəri olan T.Əliyarbəyovu 
Tiflisdəki Mixaylovsk hərbi piyada məktəbinə oxumağa göndərdilər. 4 illik təhsili 
zamanı  birincilər  sırasında  olan,  bütün  fənləri  müvəffəqiyyətlə  qavrayan  Tərlan 
bəy  hərbi  məktəbi  birinci  dərəcəli  diplomla  bitirdi.  O,  Qafqaz  hərbi  dairəsinin 
tərkibində  olan  205-ci  piyada  alayında  tağım  komandiri  vəzifəsində  xidmətə 
başladı. 1914-cü ildə 1 Dünya müharibəsi başlayanda Əliyarbəyovun xidmət etdiyi 
205-ci  alay  Qərb  cəbhəsinə  göndərilir.  Əzmkarlığı  yüksək  qiymətləndirilən  bölük 
komandiri Əliyarbəyova ştabs-kapitan rütbəsi verilir və o, piyada tabor komandiri 
kimi məsul vəzifəyə təyin edilir. Həmin döyüşlərin gedişində Tərlan bəy dəfələrlə 
orden və medallarla təltif edilmiş və üç dəfə yaralanmışdı. 
1916-cı  ilin  yayında  alayı  ilə  məşhur  Brusilov  həmləsində  iştirak  edən 
Əliyarbəyov  qızğın  döyüşlərdə  sinəsindən  ağır  yaralanır.  Həkimlər  onun  tam 
sağalacağına  əmin  deyildilər.  Bir  müddət  Brest  hərbi  hospitalında  müalicə 

273 
 
olunduqdan  sonra  onu  müalicəsini  davam  etdirmək  üçün  Bakıya  göndərirlər. 
Yarasının  ağırlığına,  müharibə  qanunları  ilə  yaşayan  Bakıda  lazımi  dava-
dərmanların  çətinliklə  tapılmasına  baxmayaraq  Əliyarbəyov  ayağa  qalxır  və 
yenidən hərbi xidmət barədə düşünməyə başlayır. 
Rusiya  imperiyasının  parçalandığı,  Azərbaycanın  müstəqillik  qazandığı 
bir vaxtda Əliyarbəyov bu hadisələrdən kənarda qala bilməzdi. O bilirdi ki, yenicə 
ordu  yaratmağa  başlayan  Azərbaycanda  milli  zabit  kadrlarına  böyük  ehtiyac  var. 
Elə buna görə də 1918-ci ilin avqustunda Tərlan bəy könüllü olaraq Milli Orduya 
gəlir  və  2-ci  piyada  alayının  komandir  köməkçisi  vəzifəsinə  təyin  edilir.  Onun 
alayı  ölkədə  sabitliyi  bərpa  etməklə,  döyüş  hazırlığını  artırmaqla  məşğul  olur. 
1919-cu  ilin  yayında  Rusiyanın  ağqvardiyaçı  generalı  A.Denikinin  ordusunun 
Azərbaycana  hücum  təhlükəsi  yarananda  2-ci  piyada  alayı  sərhədlərimizin 
mühafizəsini  gücləndirmək  üçün  Qusarda  yerləşdirilir.  T.Əliyarbəyov  tabeliyində 
olanları  qələbə  ruhunda  tərbiyə  edir.  Lakin  ölkənin  siyasi  və  hərbi  rəhbərliyinin 
gördüyü  tədbirlər  nəticəsində  Denikin  Azərbaycana  hücum  fikrindən  vaz  keçir. 
Xidmətlərinə  görə  Əliyarbəyova  rotmistr  rütbəsi  verilmiş  və  o,  Bakı  Hərbi 
İdarəsinin rəis müavini təyin edilmişdir. 
1920-ci ilin yazında Sovet Rusiyası qoşunları Azərbaycana daxil olanda o 
həmin vəzifədə idi. Sovetlər onu bir neçə ay  həbsdə saxlasalar da, heç bir ittiham 
irəli  sürə  bilməmiş  və  hərbi  kadrlara  olan  tələbatı  nəzərə  alaraq  yeni  yaradılan 
Azərbaycan  Qızıl  Ordusu  sıralarına  daxil  etmişlər.  Azərbaycan  hissələrini  daim 
yüksək  döyüş  hazırlığı  səviyyəsində  saxlamağa  müvəffəq  olan  Əliyarbəyov 
Moskvaya - M.V.Frunze adına Hərbi Akademiyada ali komanda heyəti kurslarına 
göndərilmişdir. 1927-ci ildə kursları bitirdikdən sonra o, Bakıya qayıtmış və mayor 
rütbəsində Azərbaycan dağatıcı diviziyasında xidmətini davam etdirmişdir. 
Azərbaycan  diviziyasının  komandiri  Cəmşid  xan  Naxçıvanski  və  hərbi 
komissar Hüseyn Rəhmanov ona verdikləri attestasiyada yazırdılar: "Ali komanda 
heyəti  kursunu  bitirən  Tərlan  bəy  Əliyarbəyov  biliyi  və  bacarığı  ilə  diviziyanın 
hərbi  məşq  və  manevrlərində  yüksək  komandirlik  məharəti  ilə  iştirak  edir". 
Pedaqoji  keyfiyyətləri  ilə  seçilən  Əliyarbəyova  Azərbaycan  Neft  İnstitutunda 
(indiki  Neft  Akademiyası)  tələbələri  hərbi  işə  hazırlamaq  tapşırılmış  və  o  bu  işi 
can-başla yerinə yetirmişdir. 
1937-ci  ilin  təlatümlü  hadisələri  başlayanda  Əliyarbəyovun  da  başının 
üstünü qara buludlar almış, o, vəzifədən-vəzifəyə köçürülmüşdür. Zadəgan ailəsinə 
mənsub olması ona "xalq düşməni" damğası vurmağa kifayət idi. Lakin Moskvaya 
-  M.V.Frunze  adına  Ali  Hərbi  Akademiyaya  göndərilməsi  onu  yerli  cəlladların 
əlindən xilas edir. 
1941-ci  ildə  Tərlan  bəy  akademiyanı  bitirəndə  artıq  Böyük  Vətən 
müharibəsi  başlamışdı.  Cəbhəyə  səfərbər  olunan  polkovnik  ilk  döyüşlərdəcə 

274 
 
fərqlənir. 1942-ci ildə Şimali Qafqazda yaranan ağır hərbi vəziyyəti nəzərə alaraq 
SSRİ rəhbərliyi azərbaycanlılardan ibarət milli diviziyaların sayını artırmışdı. Milli 
zabitlərə  olan  ehtiyacı  ödəmək  üçün  azərbaycanlı  zabitlər  bu  hissələrə  təyinat 
alırdılar.  T.Əliyarbəyov  416-cı  milli  Azərbaycan  atıcı  diviziyasının  komandir 
müavini,  üç  ay  sonra  isə  komandiri  təyin  edilir.  Məharətlə  idarə  olunan  diviziya 
1942-ci  ilin  noyabrında  ilk  hərbi  əməliyyatlara  başlayır  və  44-cü  ordunun 
tərkibində  az  bir  vaxtda  Şimali  Qafqazda  350  km-lik  döyüş  yolu  keçir,  onlarca 
şəhər və kəndi düşməndən azad edir. 
Daha  sonra  T.Əliyarbəyov  İrana  yeridilən  402-ci  milli  atıcı  diviziyaya 
komandir  təyin  edilir.  Diviziya  həm  də  cəbhələrdə  vuruşan  milli  Azərbaycan 
diviziyaları  üçün  zabit  və  əsgər  kadrlarını  hazırlayırdı.  Tərlan  bəyin  yetişdirdiyi 
milli  hərbi  kadrların  sorağı  bütün  cəbhələrdən  gəlirdi.  Onlar  öz  sərkərdəlik 
məharətlərinə görə ilk növbədə Tərlanbəyə təşəkkürlərini bildirirdilər. 
1944-cü  ildə  58-ci  korpusun  komandir  müavini  kimi  məsul  vəzifədə 
çalışan  Tərlan  bəy  Əliyarbəyova  general-mayor  rütbəsi  verilmişdir.  O  özünün 
komandirlik  bacarığını  bütün  vəzifələrində parlaq  şəkildə nümayiş  etdirib,  xidmət 
etdiyi  hərbi  hissələrdə  böyük  nüfuza  və  hörmətə  malik  olub.  Peşəkar  hərbçi,  igid 
general  Tərlan  bəy  Əliyarbəyov  hərb  işinin  yenilikləri  ilə  daim  maraqlanır,  yeni-
yeni hərbi fəndlər təklif edirdi. Onların bəziləri cəbhələrdə tətbiq olunurdu. 
Xidmət  illərində  Tərlan  bəy  dəfələrlə  təltif  edilmişdir.  Çar  Rusiyasının 
"Müqəddəs  Anna"  ordeninin  4-cü  və  "Müqəddəs  Stanislav"  ordeninin  3-cü 
dərəcələri,  Sovet  İttifaqının  Lenin  ordeni,  Qırmızı  Bayraq,  Qırmızı  Ulduz 
ordenləri və çoxlu medallar məşhur sərkərdənin sinəsini bəzəyirdi. 
Cəmi altmış dörd  il ömür sürmüş, I və II Dünya  müharibələrində iştirak 
etmiş,  Azərbaycan  Milli  Ordusunun  təşkilində  əməli  fəaliyyət  göstərmiş  general 
Tərlan  bəy  Əliyarbəyov  respublikada  tanınmış  şəxslərdən  olub.  Əsl  mənada  eli, 
obası  və  doğma  xalqı  üçün  əvəzsiz  xidmətlər  göstərən  general  Tərlan  bəy 
Əliyarbəyov müharibədən sonra da məsul vəzifələrdə çalışmış, öz biliyi, bacarığı 
və kristal təmizliyi ilə seçilmişdir. 
General-mayor  Tərlan  bəy  Əliyarbəyov  1956-cı  ildə  Bakıda  vəfat 
etmişdir. 
 
 

275 
 
Qəhrəman 
qadınlarımız 
da 
Azərbaycan 
tarixinin  bir  çox  şərəfli 
səhifələrini  yazmışlar.  Belə  qadınlardan  biri 
də  təyyarəçi  Züleyxa  Seyidməmmədova  idi. 
Şanlı  döyüş  yolu  keçmiş  bu  təyyarəçi  və 
paraşütçü  Şərq  qadını  haqqında  təsəvvürləri 
alt-üst 
etmiş, 
azərbaycanlı 
qadınların 
rəşadətini bir daha sübuta yetirmişdir. 
Azərbaycan tarixinə  
Züleyxa  Seyidməmmədova  vətənimizin  ilk 
təyyarəçi  və ilk paraşütçü qadınlarından biri, 
həmçinin  görkəmli  dövlət  və  ictimai  xadim 
kimi daxil olmuşdur.
 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin