SƏbuhi ƏHMƏdov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/34
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#15173
1   ...   21   22   23   24   25   26   27   28   ...   34

Şeyx Məhəmməd Xiyabani 
(1880-1920) 
Məhəmməd  Xiyabani  1880-ci  ildə  Cənubi  Azərbaycanın  mərkəzi  şəhəri 
Təbrizdə  anadan  olmuşdur.  Atası  Hacı  Əbdülhəmid  tacirliklə  məşğul  olduğundan 
şəhərdən-şəhərə  köçürdü.  Məhəmməd  ilk  təhsilini  Xamnə  şəhərində  məktəbdə 
almışdır. 
O  dövrdə  Şimali  Azərbaycan  Rusiya  imperiyasının,  Cənubi  Azərbaycan 
isə  İran  dövlətinin  tərkibində  olsa  da,  vətənimizin  hər  iki  hissəsi  arasında  sıx 
əlaqələr  mövcud  idi.  Cənubi  Azərbaycandan  gəlmiş  minlərlə  fəhlə  Bakının  neft 
mədənləri  və  zavodlarında  işləyir,  Şimali  Azərbaycandan  sənaye  malları,  Cənubi 
Azərbaycandan  isə  ərzaq  malları  gətirib-aparan  tacirlər  qızğın  ticari  fəaliyyət 
göstərirdilər.  Tacir  Hacı  Əbdülhəmid  Şimali  Azərbaycandan  keçərək  Rusiyanın 
Port-Petrovsk  (indiki  Mahaçqala)  şəhərinə  gəlmiş  və  burada  ticarət  məntəqəsi 
açmışdı.  Oğlu Məhəmməd atasına  bu işlərdə  kömək edirdi. O  hələ  yeni-yetməlik 
çağlarından  belə  nəticəyə  gəlmişdi  ki,  Rusiya  və  onun  tərkibində  olan  Şimali 
Azərbaycanda  çap  olunan  ədəbiyyatı  oxumaq  üçün  rus,  Avropada  çap  olunan 
ədəbiyyatı oxumaq üçünsə fransız dilini öyrənmək vacibdir. 
Təbrizə  qayıtdıqdan  sonra  Məhəmməd  mədrəsədə  ruhani  təhsili  almışdı. 
Bu  sahədə  fəaliyyətini  davam  etdirərək  o,  müctəhid  dərəcəsinə  çatmışdı.  Bununla 
bərabər,  Şeyx  Məhəmməd  rus  və  fransız  dillərini  də  öyrənmişdi.  Dərin  bilikləri 
sayəsində  Təbrizin  Talibiyyə  mədrəsəsinə  işə  qəbul  edilən  Şeyx  Məhəmməd 
burada  nücum  elmindən  (astronomiya)  dərs  deyir.  Vətəninin  ağrı-acılarına  şərik 

256 
 
olan  gənc  şah  rejiminin  özbaşınalıqlarına,  xarici  şirkətlərin  İranın  daxili  işlərinə 
qarışmasına, ölkənin səfalət içində olmasına qarşı çıxış edir. 
O  dövrdə  İranın  iqtisadi  və  mədəni  mərkəzlərindən  biri  olan  Təbriz 
ölkədəki  inqilabi  hərəkatlarda  da  mərkəz  rolunu  oynayırmış.  Təsadüfi  deyil  ki, 
1905 - 1911-ci illər İran inqilabının əsas hadisələri Cənubi Azərbaycanda cərəyan 
etmiş, Təbriz inqilabın mərkəzi olmuşdur. Şeyx Məhəmməd İran inqilabı dövründə 
siyasi  həyata  qədəm  qoymuş,  inqilabın  fəal  iştirakçılarından  olmuşdur.  1908  - 
1909-cu  illərdə  Təbrizdə  baş  verən  döyüşlərdə  o,  Səttarxanın  başçılığı  altında 
iştirak etmiş, Təbrizin Xiyaban məhəlləsinin müdafiəsini təşkil edib qalib gəldiyinə 
görə  Xiyabani  adını  qazanmışdır.  Xalq  arasında  böyük  nüfuza  malik  olan  Şeyx 
Məhəmməd  Xiyabani  1909-cu  ildə  Azərbaycan  milli  əncüməninin  (yerli 
özünüidarəetmə  orqanı)  üzvü  seçilmişdir.  Bu  sahədəki  fəaliyyət  onun  hörmətini 
artırmış  və  o,  2-ci  çağırış  İran  Məclisinə  deputat  seçilmişdir.  Bu  dövrdə  Şeyx 
Məhəmməd  demokratik  islahatlar  keçirilməsi  məqsədi  ilə  yaradılan  İran 
Demokratik  Firqəsinə  (İDF)  üzv  yazılmışdır.  Lakin  məlumdur  ki,  Rusiya  və 
İngiltərə dövlətlərindən kömək alan mürtəce şah rejimi ək-sinqilabi çevriliş etmiş, 
inqilabı silah gücünə boğmuşdur. Şeyx Məhəmməd Xiyabani Cənubi Azərbaycanı 
tərk etmək məcburiyyətində qalmışdır. 
1911-ci  ildə  mühacir  kimi  Rusiya  ərazisinə  keçən  Xiyabani  Bakı,  Port-
Petrovsk,  Tiflis  şəhərlərində  yaşamışdır.  Burada  o,  inqilabi  fikirlərin  necə 
yayılmasının,  gizli  siyasi  təşkilatların  fəaliyyət  göstərməsinin,  Azərbaycan 
ziyalıları arasında milli-azadlıq ideyalarının yaranmasının şahidi olmuşdur. 
1914-cü  ildə  Şeyx  Məhəmməd  Xiyabani  Təbrizə  qayıdaraq  ədəbi-fəlsəfi 
dərnək  yaratmışdır.  Əslində,  bu  dərnəyin  üzvləri  şah  rejiminə  qarşı  mübarizə 
yolları barəsində düşünür, gizli siyasi fəaliyyətlə məşğul olurdular. Tərəfdaşlarının 
sayını  artıran  Xiyabani  getdikcə  fəaliyyət  sahəsini  genişləndirir.  O,  İran 
Demokratik Firqəsinin Azərbaycan əyalət komitəsinin sədri seçilir. 
1917-ci  ildə  Rusiyada  fevral  inqilabının  baş  verməsi  və  çar 
hakimiyyətinin  devrilməsi  Şeyx  Məhəmməd  Xiyabani  tərəfindən  rəğbətlə 
qarşılanmış  və  alqışlanmışdır.  Onun  başçılıq  etdiyi  komitə  açıq  fəaliyyətə 
başlamışdır. İlk növbədə inqilabi ideyaların xalq arasında yayılmasına önəm verən 
Xiyabani  bu  sahədə  fəaliyyətini  genişləndirir.  1917-ci  il  aprelin  9-da  İran 
Demokratik  Firqəsinin  Azərbaycan  əyalət  komitəsinin  rəsmi  nəşr  orqanı  olan 
"Təcəddüd" ("Yeniləşmə") qəzeti çap olunmağa başlayır. Qəzetdə Xiyabaninin və 
komitənin  digər  üzvlərinin  məqalələri  çap  olunur,  şah  rejiminin  iç  üzü  açılır,  şah 
məmurlarının  xarici  şirkətlərlə  iyrənc  sövdələşmələri  pislənilir.  Lakin  komitənin 
fəaliyyəti çox vaxt İran Demokratik Firqəsinin Tehranda oturan liderləri tərəfindən 
məhdudlaşdırılırdı.  Cənubi  Azərbaycanda  baş  verən  hadisələrdən  bixəbər  olan, 
onlara gec reaksiya  verən  və  öz proqramlarında azərbaycanlıların  maraqları ilə az 

257 
 
hesablaşan  bu  liderlər,  Xiyabaninin  fikrincə,  komitənin  fəaliyyətinə  əngəl 
törədirdilər. 
Belə olduğu halda firqə üzvləri 1917-ci il avqustun 24-də İDF Azərbaycan 
əyalət komitəsinin geniş iclasında Azərbaycan Demokratik Firqəsi (ADF) müstəqil 
elan  edilir,  Xiyabani  partiyanın  mərkəzi  komitəsinin  sədri  seçilir.  ADF  Cənubi 
Azərbaycan  ərazisinə  yeridilmiş  Antanta  qüvvələrinə  qarşı  mübarizə  aparmaqla 
bərabər, onların milli ədavət siyasətinə qarşı da çıxış edirdi. Belə ki, avropalılardan 
kömək  alan  erməni  silahlı  dəstələri  aysorlarla  birləşərək  Cənubi  Azərbaycanın 
şimal-qərbində  Azərbaycan türk əhalisinə qarşı soyqırım siyasətini həyata  keçirir, 
kəndləri  yandırırdılar.  Xiyabaninin  təklifi  ilə  yaradılan  silahlı  dəstələr  dərhal 
Şərəfxan,  Səlmas,  Urmiya  istiqamətlərinə  yeridilir,  buradakı  quldur  dəstələrini 
dağıdır və bununla da qətl-qarətlərin qarşısı alınır. 
Bu dövrdə Xiyabani özünün 
sehdir 
siyasi-nft zəri platformasını açıqlayır. 
"Təcəddüd  məsləki"  adlandırdığı  bu  platforma  imperialist  ölkələrinin  İrandakı 
ağalığına,  şah  hakimiyyətinə,  feodal  geriliyinə,  sosial  ədalətsizliyə  qarşı 
yönəlmişdi.  Xiyabaninin  tələbi  əsl  xalq  hakimiyyət  sisteminin  təşkil  edilməsi  idi. 
1917  -  1920-ci  illərdə  öz  platformasını  dinc  yolla  həyata  keçirməyə  çalışan 
Xiyabani  bunun  mümkünsüzlüyünü  anlayır.  Şimali  Azərbaycanda  yaradılmış 
Azərbaycan  Xalq  Cümhuriyyətinin  başının  üstünü  almış  qara  buludların 
mövcudluğu göstərirdi ki, mürtəce qüvvələr öz məqsədlərinə nail olmaq üçün heç 
nə ilə hesablaşmırlar. Belə şəraitdə ADF silahlı üsyana hazırlaşmağa başlayır. 
Üsyana başçılıq etmək üçün ilk növbədə ictimai idarə heyəti təşkil olunur. 
1920-ci il aprelin 7-də Təbrizdə başlayan üsyan sürətlə bütün Cənubi Azərbaycana 
yayılır. Hər yerdə şah tərəfdaşları tutduqları vəzifələrdən qovulurlar. İctimai idarə 
heyəti faktik olaraq müvəqqəti hökumət kimi fəaliyyət göstərməyə başlayır. İyunun 
23-də  onun  əsasında  Milli  Hökumət  təşkil  edilir,  Xiyabani  Milli  Hökumətin  sədri 
seçilir.  Cənubi  Azərbaycan  "Azadistan",  yəni  Azadlıq  ölkəsi  adlanmağa  başlayır. 
Yeni  iş  yerlərinin  açılması,  pul  islahatının  keçirilməsi,  bank-maliyyə  sisteminin 
yaradılması,  bələdiyyə  seçkilərinin  keçirilməsi  istiqamətində  işlər  aparılır,  torpaq 
islahatı başlanır. Həmçinin səhiyyə, maarif və ədliyyə sahələrində tədbirlər həyata 
keçirilir. 
Milli-azadlıq  və  demokratik  hərəkat  İngiltərənin  İrandakı  rəsmi 
nümayəndələrini  və  İran  hökumətini  təşvişə  salmışdı.  Hərəkatın  getdikcə 
genişlənməsi,  Milli  Hökumətin  tədbirlərinin  xalq  arasında  rəğbətlə  qarşılanması 
onları  qorxudurdu.  Nəticədə  birgə  səylərlə  hərəkatı  silah  gücünə  boğmaq  qərara 
alınır. 
1920-ci il sentyabrın 12-də Cənubi Azərbaycana hücum başlanır. Azsaylı 
fədai  dəstələri  müqavimət  göstərsələr  də,  qüvvələr  nisbəti  qeyri-bərabər 

258 
 
Stalinin  fitvası  ilə  1937-ci  ildə  başlamış 
“böyük  terror”  deyilən  repressiyalar  dalğası  minlərlə 
Azərbaycan  ziyalısının  –  yazıçı,  alim,  dövlət  xadiminin 
həyatına  son  qoymuşdur.  Azərbaycanın  düşünən 
beyinlərini  məhv  etməklə  imperiya  xalqımızı  kölə 
vəziyyətinə  salmağı,  onun  bir  millət  kimi  varlığına  son 
qoymağı  planlaşdırırdı.  Təxmini  hesablamalar  göstərir 
ki,  XX  əsrin  30  –  40  –cı  illərində  40  mindən  artıq 
azərbaycanlı  repressiyaların  qurbanı  olmuşdur.  Bu 
qurbanlardan biri də Hüseyn Cavid (Rasizadə) idi. 
Hüseyn Cavidin adı Azərbaycan tarixinə böyük şair, 
dahi dramaturq və görkəmli maarif xadimi, 
Azərbaycanda ilk mənzum faciənin müəllifi kimi qızıl 
hərflərlə yazılmışdır.
 
olduğundan Təbriz şəhəri tutulur, axıra qədər müqavimət göstərən Xiyabani həlak 
olur. 
Şeyx  Məhəmməd  Xiyabaninin  başçılıq  etdiyi  hərəkat  məğlub  olsa  da, o, 
Azərbaycan xalqının imperialist  ağalığına, şahlıq rejiminə  qarşı,  milli istiqlaliyyət 
uğrunda  mübarizə  tarixində  mühüm  yer  tutur.  İran  ərazisində  yaşayan 
Azərbaycanlıların  milli  özünüdərk  prosesinin  inkişafında  Xiyabaninin  əvəzsiz 
xidmətləri olmuşdur. 
 
Hüseyn Cavid 
(1882-1941) 
 Hüseyn Abdulla oğlu Rasizadə 1882-ci ildə Naxçıvanda, tanınmış ruhani 
ailəsində anadan olub. İlk təhsilini Naxçıvanda mollaxanada alıb, 1895-ci ildə atası 
onu Məhəmmədtağı Sidqinin "Tərbiyyə" adlı məktəbinə qoyub. Burada təhsil yeni 
qaydalarla həyata keçirilirdi. İlk şeirlərini də təhsil dövründə o, "Gülçin" və "Salik" 
təxəllüsü  ilə  yazmışdır.  1898-ci  ildə  məktəbi  müvəffəqiyyətlə  bitirən  Hüseyn 
Rasizadə  Cənubi  Azərbaycana  getmiş,  Təbrizin  Talibiyyə  mədrəsəsində  təhsilini 
davam  etdirmişdir.  Özünü  dolandırmaq  və  təhsilini  davam  etdirməkçün  o  burada 
ticarətlə də məşğul olmuşdur. 1903-cü ildə mədrəsəni müvəffəqiyyətlə bitirərək o, 
ali  təhsil  almaq  məqsədi  ilə  İstanbula  getmişdir.  1909-cu  ildə  Hüseyn  İstanbul 
Universitetinin  ədəbiyyat  şöbəsini  bitirmişdir.  Təhsil  illərində  ərəb,  fars  və  türk 
dilləri" mükəmməl öyrənən Hüseyn Şərq və Qərb ədəbiyyatı ilə, həmçinin təsəvvüf 
fəlsəfəsi ilə yaxından tanış olmuşdur. 
Naxçıvana qayıtdıqdan sonra burada açdığı xüsusi məktəbdə dərs deməyə 
başlayan  Hüseyn  Rasizadə  çox  keçmir  ki,  Tiflisə  yollanır.  Tiflisdə  o,  Qafqaz 

259 
 
Müsəlmanları  Ruhani  İdarəsinin  məktəbində,  sonra  isə  Gəncədə  "Məktəbi-
ruhaniyyə"də müəllim işləyir. 
Bu dövrdə lirik-romantik şeirlərini Cavid təxəllüsü ilə  yazmağa başlayan 
Hüseyn  onları  "Şərqi-Rus",  "İrşad",  "Füyuzat",  "Həqiqət",  "Məktəb",  "İqbal", 
"Yeni  iqbal"  qəzet  və  jurnallarında  çap  etdirmişdir.  "Naxçıvanda  nələr  gördüm", 
"Naxçıvana  nə  lazım",  "Həbsi-hal",  "Nakamlıq"  məqalələrində  müəllif  dövrün 
problemlərini və xalqın ağır güzəranını qələmə almışdır. 
Hüseyn  Cavid  1913-cü  ildə  "Ana"  faciəsini  və  "Keçmiş  günlər"  şeirlər 
toplusunu  çap  etdirmişdir.  "Ana"  əsərində  sadə  insanlarda  olan  nəciblik,  sədaqət, 
mərdlikdən  danışılır.  Cavid  1912-ci  ildə  yazdığı  "Maral"  ("Zavallı  qadın") 
faciəsində şəxsiyyət və qadın azadlığı məsələsini qaldırır. "Öksüz Ənvər", "Çoban 
türküsü",  "Kiçik  sərsəri",  "Dün  və  bu  gün",  "Görmədim"  və  s.  şeirlərində  şair 
cəmiyyətdə  hökm  sürən  sosial  ədalətsizlik  və  bu  ədalətsizliyin  insanların  taleyinə 
təsirini  göstərmişdir.  "Məsud  və  Şəfiqə"  şerində  Bakı  neft  mədənlərində  çalışan 
fəhlələrin dözülməz vəziyyəti sahibkarların tüfeyli, firavan həyatı ilə qarşılaşdırılır. 
1912-ci  ildə  çap  edilən  "Sən  nəsin,  kisin  deyən  ariflərə"  poemasında  Cavid 
ədalətsizliyin  ləğv  edilmə  yollarını  araşdırmış,  işıqlı  cəmiyyətin  yaradılmasının 
mümkünlüyünü  vurğulamışdır.  I  Dünya  müharibəsi  ərəfəsində  və  gedişində 
yazdığı "Məzlumlar üçün", "Hərb ilahi qarşısında" şeirlərində işğalçı  müharibələr 
pislənilir, onlara nifrət bildirilirdi. 
Hüseyn Cavid təkcə şair yox, daha çox dramaturq kimi tanınmışdır. Onun 
fəlsəfi  və tarixi  faciələri, ailə-məişət dramları Azərbaycan dramaturgiyasında  yeni 
bir  mərhələ  yaratmışdır.  Onun  əsərləri  eyni  zamanda  Azərbaycan  teatrının 
inkişafına da böyük təsir göstərmişdir. Azərbaycan ədəbiyyatında ilk mənzum faciə 
olan "Şeyx Sənan" (1914)  əsərində  Cavid  mürtəce  din xadimlərinin insanları bir-
birindən ayırmaqçün uydurduqları çürük ehkamlara qarşı etiraz etmişdir. 
1915-ci ildən etibarən Hüseyn Cavid Bakıda yaşamış, "Şəfa" məktəbində 
müəllim  vəzifəsində  çalışmış,  "Açıq  söz"  qəzeti  ilə  əməkdaşlıq  etmişdir.  Dövrün 
siyasi  hadisələri  onun  əsərlərinə  və  dünyagörüşünə  təsir  göstərməyə  bilməzdi. 
1917-ci ildə yazdığı "Şeyda" dramında və 1918-ci ildə qələmə aldığı "Haqqını sən 
mübarizə  ilə  ala  bilərsən"  poemasında  Hüseyn  Cavid  ilk  dəfə  "Haqq  verilmir, 
alınır"  ideyasını  səsləndirmişdir.  O,  insanları  hüquqları  uğrunda  mübarizəyə 
səsləyir, istismarçılarla mübarizədə inqilabi yolun labüd olmasını bildirirdi. 
1918-ci  ildə  yazdığı  "İblis"  faciəsi  Hüseyn  Cavidin  yaradıcılığında 
mühüm  yer  tutur.  İblis  surətində  müəllif  dövrün  mürtəce  qüvvələrinin,  özünü 
düşünüb  xalqı  unudanların,  insanların  mənəviyyatını  tapdalayanların,  "iyirminci 
əsrin  mədəni  vəhşiləri”nin  obrazını  ümumiləşdirmişdir.  Bakıda  bolşevik-erməni 
qüvvələrinin  törətdikləri  cinayətlər  ədibə  böyük  təsir  göstərmiş,  bir  daha  sübut 

260 
 
etmişdir  ki,  firavan,  müstəqil  həyat  arzulayan  xalq  bunun  uğrunda  mübarizə 
aparmalıdır. 
Hüseyn  Cavid  1918-ci  ildə  Naxçıvana  qayıtmış,  "Rüşdiyyə"  məktəbində 
müəllim  işləmişdir.  Erməni  daşnakları  və  onların  havadarlarının  Naxçıvana  və 
Zəngəzura  olan  iddialarına  qarşı  mübarizə  aparan  Araz-Türk  Cümhuriyyətinin 
təşkilində Hüseyn Cavid yaxından iştirak etmişdir. 
1919-cu  ildə  Cavid  Bakıya  dönərək  Azərbaycan  Xalq  Cümhuriyyətinin 
maarif  və  təhsil  işlərində  fəal  iştirak  etmişdir.  Müəllim  işləməyində  davam  edən 
yazıçı  "Bakı  və  ətraf  rayonların  müəllimlər  ittifaqı"  idarə  heyətinin  üzvü 
seçilmişdir.  Həmin  ildə  o,  Azərbaycan  ədiblərinin  "Yaşıl  qələm"  birliyinə  daxil 
olmuşdur. 1919-cu ildə Hüseyn Cavid Abdulla Şaiqlə birlikdə "Ədəbiyyat dərsləri" 
adlı dərslik nəşr etdirmişdir. 
Azərbaycan  Xalq  Cümhuriyyəti  dövründə  onun  yaradıcılığı  məktəb 
proqramlarına  daxil  edilmişdir.  Belə  ki,  orta  məktəbdə  onun  "Qız  məktəbində", 
"Çiçək sevgisi", "İlk başar", "Öksüz Ənvər", "Kiçik sərsəri" əsərləri öyrənilirdi. 
1920-ci  ilədək  Cavid  mürtəce  qüvvələrlə  tərəqqi  tərəfdarları  arasında 
gedən  mübarizəni,  maarifpərvər,  təmizqəlbli  insanların  qələbəsini  əks  etdirən 
əsərlər  yazırdısa,  1920-ci  ilin  aprelində  Azərbaycanın  işğal  edilməsi  onun 
yaradıcılığında dönüş oldu. 1920 - 1930-cu illərdə o, Azərbaycanın və ümumilikdə 
türk  xalqlarının  qəhrəmanlıq  keçmişini  tərənnüm  edən  əsərlər  yaratmış,  onlar 
vasitəsilə  xalqı  mübarizəyə  səsləmişdir.  Belə  əsərlər  sırasında  "Azər"  dastanı, 
1922-ci  ildə  yazdığı  "Peyğəmbər",  1925-ci  ildə  bitirdiyi  "Topal  Teymur"  tarixi 
dramları  xüsusi  yer  tutur.  Cavid  bu  dövrdə  yazdığı  siyasi-lirik  və  lirik-epik 
şeirlərində  də  müstəmləkə  zülmünün  iyrənc  sifətini  açıq  şəkildə  göstərmişdir. 
Onun bu mövzuda yazdığı əsərlərdən "Nil yavrusu" xüsusi yer tutur. 1926-cı ildə 
Almaniyada müalicədə olmuşdur. 
Tarixi dramlar üzərində işini davam etdirən Cavidin 1933-cü ildə yazdığı 
"Səyavuş",  1935-ci  ildə  yazdığı  "Xəyyam"  dramları  tarixə,  tarixi  şəxsiyyətlərə 
baxışda  ciddi  dönüş  idi.  Bu  əsərlərdə  müəllif  istibdada  qarşı  üsyan  edən  kütləni, 
üsyan  başçılarını  və  azadfikirli  mütəfəkkirləri  qəhrəman  kimi  seçmişdir.  1936-cı 
ildə  Hüseyn  Cavid  yazdığı  "İblisin  intiqamı"  əsərində  faşizmin  baş  qaldırması 
əksini  tapmışdır.  O,  uzaqgörənliklə  faşizmin  bəşəriyyətə  gətirəcəyi  bəlalardan 
xəbər vermiş, insanları onun qarşısını almağa çağırmışdır. 
Hüseyn  Cavid  1930-cu  ildə  yazdığı  "Telli  saz"  dramı  və  "Kor  neyzən" 
poeması  ilə  Cənubi  Azərbaycanda  şah  rejiminin  yaratdığı  zülmü  təsvir  etmiş,  bu 
rejimə qarşı aparılan azadlıq mübarizəsindən söz açmışdır. 
1937-ci  ildə  repressiyalar  dalğası  başlayanda  Cavid  ilk  həbs  olunanlar 
sırasında  idi.  Onun  vətənpərvərlik  ideyaları,  türk  dünyasının  birləşməsi  və  bir 
zaman  şan-şöhrətini  özünə  qaytarmaq  çağırışları  qırmızı  imperiyanı  bərk  narahat 

261 
 
edirdi. Pantürkizm və panturanizmdə günahlandırılan Cavid guya xalqlar arasında 
nifaq  salmaq  kimi  absurd  ittihamları  qəbul  etmədi.  Ona  qarşı  Türkiyənin  xeyrinə 
casusluq  etmək  kimi  ittiham  irəli  sürüldü,  lakin  müstəntiqlər  bu  böhtanı 
təsdiqləyən sübut-dəlil tapa bilmədilər. Ən dözülməz  həbsxana rejimi belə Cavidi 
sındıra  bilmədi  və  o,  cəsarətlə  ona  qarşı  sürülən  ittihamları  rədd  etdi.  Məhkəmə 
Hüseyn  Cavidə  8  il  cəza  müddəti  kəsdi  və  o,  1938-ci  ildə  Maqadana  göndərildi. 
1940-cı ildə İrkutska köçürüldü. 
Ağır  işgəncələrə,  sərt  və  amansız  həbsxana  həyatına  dözməyən  Hüseyn 
Cavid  1941-ci  il  dekabrın  5-də  Rusiyanın  İrkutsk  vilayətinin  Tayşet  rayonu 
Şevçenko kəndində vəfat etdi. 

262 
 
Azərbaycan  sovet  poeziyasının  yaradıcılarından 
sayılan  Mikayıl  Müşfiq  XX  əsrin  20  –  30-cu  illərində  ən 
şöhrətli,  ən  çox  sevilən  və  oxunan  çairlərdən  biri  olmuşdur. 
Qısa,  lakin  mənalı  ömür  yaşamış  Müşfiq  10  şeir  kitabı  çap 
etdirə  bilmişdir.  30-cu  illərin  amansız  repressiya  maşını 
Azərbaycanın intellektual potensialına böyük zərbə vurmuşdur. 
Repressiyalar  nəticəsində  Azərbaycan  xalqı  özünün  yüksək 
intellektual  səviyyəli,  milli  ruhlu  iki  nəslinin  ən  görkəmli 
nümayəndələrini  itirmişdir.  “Xalqa  xəyanət”,  “əksinqilabi 
fəaliyyət”,  “müsavatçılarla  əlaqə”,  “xarici  dövlətlərə  casusluq” 
damğaları  ilə  minlərlə  Azərbaycan  ziyalısı  məhv  edilmişdir. 
Hüseyn  Cavid,  Əli  Nəzmi,  Əhməd  Cavad,  Tağı  Şahbazi, 
Salman  Mümtaz,  Ülvi  Rəcəb  və  daha  neçə-neçə  sənət  və  elm 
adamının  məhv  edilməsi  Azərbaycan  xalqının  inkişafına  ağır 
zərbə  vurmuşdur.  Həmin  repressiyanın  qurbanlarından  biri  də 
Mikayıl Müşfiq olmuşdur. 
Azərbaycan tarixinə Mikayıl Müşfiq görkəmli şair, epik 
lövhələr, lirik ricətlər ustası kimi daxil olmuşdur.
 
1956-cı  ildə  Cavidin  saxta  ittihamlarla  həbs  edildiyi  sübuta  yetirildi  və 
ona  bəraət  verildi.  Cavidin  100  illik  yubileyi  ərəfəsində  cənazəsi  Azərbaycan 
xalqının böyük oğlu Heydər Əliyevin təşəbbüsü ilə İrkutsk vilayətindən Naxçıvana 
gətirildi,  buradakı  ev-muzeyinin  yaxınlığında  dəfn  edildi.  1996-cı  ildə  böyük 
sənətkarın qəbri üzərində möhtəşəm məqbərə ucaldıldı. 
 
Mikayıl Müşfiq 
   (1908-1939) 
Mikayıl Müşfiq (Mikayıl İsmayılzadə) 1908-ci ildə Xızı kəndində anadan 
olmuşdur.  Atası  Ə.İsmayılzadə  hörmətli  müəllim  və  istedadlı  şair  imiş.  Yetim 
qalan  Müşfiq  yaxın  qohumlarının  himayəsində  böyümüşdür.  Təhsilini  rus-
azərbaycan məktəbində almış Müşfiq humanitar elmlərə böyük maraq göstərməklə 
bərabər, rus dilini də mükəmməl öyrənmişdir. 
1920  -  1927-ci  illərdə  Müşfiq  Bakı  darül-müəllimində,  12  nömrəli 
ikidərəcəli  məktəbdə  oxumuşdur.  Bu  məktəblər  müəllim  peşəsinə  yiyələnməyə 
imkan  verirdilər.  Savadsızlığın  ləğvinə  böyük  diqqət  yetirən  sovet  hakimiyyət 
orqanları yeni təhsil ocaqlarının açılmasına hər cür şərait yaradırdılar. Məktəblərin 
proqramı  sovet  hakimiyyətinə  sadiq  şəxsiyyətlər  yetişdirmək  istiqamətində 
qurulmuşdu. 
Mikayıl Müşfiq  V.İ.Lenin adına  Azərbaycan Dövlət Pedaqoji İnstitutuna 
daxil  olur.  1931-ci  ildə  institutun  dil  və  ədəbiyyat  şöbəsini  bitirərək  Bakı 
məktəblərində müəllimlik etməyə başlayır. 

263 
 
M.Müşfiq  ilk  şeirlərini  20-ci  illərin  ortalarından  çap  etdirməyə 
başlamışdır.  Tənqidçilər  gənc  şairin  böyük  istedadını  qeyd  etməklə  yanaşı, 
şeirlərində lirikanın üstün olduğunu ona irad tuturdular. Şairə məsləhət görürdülər 
ki,  o,  Azərbaycanda  sovet  hakimiyyətinin  qurulmasını  daha  qabarıq  göstərməyə 
çalışsın. Onun işıq üzü görmüş ilk şeir toplusu Azərbaycanda sovet hakimiyyətinin 
qurulmasına  həsr  olunmuş  "Bir  gün"  kitabı  olur.  Kitab  o  dövrün  ictimai  mühiti 
tərəfindən mühüm hadisə kimi qarşılanır. Tənqidçilər qeyd edirdilər ki, müasirlik, 
xəlqilik, humanizm Müşfiq poeziyasının canında və qanındadır. 
Məhəbbət  lirikası  Müşfiqin  poeziyasında  mühüm  yer  tuturdu.  Onun 
"Sənin  gözlərin",  "Ulduzlar",  "Şirin  qız",  "Yenə  o  bağ  olaydı",  "Ürək",  "Maral", 
"Sənin  gülüşlərin",  "Nə  deməkdir?"  kimi  şeirləri  dillər  əzbəri  idi.  Yaradıcılığına 
xas  coşqun  hiss,  həyəcan,  gələcək  arzusu  ilə  qanadlanan  xəyal  onun  şeirlərinə 
romantik  bir  vüsət  verirdi.  1930-cu  ildə  işıq  üzü  görmüş  "Küləklər"  kitabı 
Azərbaycan  poeziyasına  bənzərsiz  bir  lirik  şairin  gəldiyini  göstərirdi.  Lakin 
respublikanın  rəhbərliyi  inqilab,  xalqlar  dostluğu,  qadın  azadlığının  tərənnümü, 
beynəlxalq imperializmin ifşası və s. problemlərə həsr olunmuş şeirlər tələb edirdi. 
1932-ci  ildə  Mikayıl  Müşfiq  Azərbaycan  xalqının  ağır  keçmişindən  və 
yeni  həyat  quruculuğundan  bəhs  edən  "Buruqlar  arasında",  1933-cü  ildə  "Əfşan", 
"Çoban", "Dağlar faciəsi", 1935-ci ildə "Səhər", "Sındırılan saz" və s. poemalarını 
yazır. Tələb olunan mövzulara həsr olunmalarına baxmayaraq, bu poemalarda epik 
vüsətlə yanaşı, lirika da qüvvətli idi. 1932-ci ildə işıq üzü görmüş "Günün səsləri" 
şeirlər  kitabında  toplanmış  şeirlərin  də  əsas  "qüsuru"  kimi  lirikanın  mövzunu 
üstələməsi  göstərilirdi.  1934-cü  ildə  Müşfiqin  "Şeirlər"  kitabı  çap  olunur.  O  bu 
kitabda özünü bir daha epik lövhələr, lirik ricətlər ustası kimi göstərmişdi. 
Müşfiq poeziyası orijinal sənətkarlıq xüsusiyyətləri ilə fərqlənir və diqqəti 
cəlb edir. Yüksək emosionallıq, qeyri-adi ahəngdarlıq və yığcamlıq Müşfiq şerinin 
əsas  bədii  keyfiyyətləridir.  Lakin  bu  lirika,  ümumiyyətlə,  şairin  bütün  istedadı 
sovetlərə  işləməli,  sovetlərin  ideologiyasını  dəstəkləməli  idi.  Hər  halda,  o  dövrdə 
respublikanı  idarə  edən  şəxslər  belə  düşünürdülər.  Ancaq  şair  onların  istədikləri 
kimi  ola  bilmirdi.  O,  dövrlə  ayaqlaşmağa,  hisslərini  gizlətməyə,  tələb  olunan 
istiqamətdə  şeirlər  yazmağa  çalışırdı.  1936-cı  ildə  hətta  hind  xalqının  milli 
istiqlaliyyət  uğrunda  mübarizəsinə  həsr  olunmuş  "Azadlıq  dastanı"  poemasını 
yazır.  Poemada  ingilis  imperialistlərinin  ifşa  olunması  rəhbərlik  tərəfindən  yaxşı 
qarşılanır,  lakin  poemadakı  bəzi  ifadələr  şairin  bolşevik  imperializminə  işarə 
etməsini  göstərmişdir.  Bu  isə  artıq  həyəcan  siqnalı  kimi  qəbul  edilmiş,  Müşfiqin 
adı "qara siyahı”lara salınmışdı. 
M.Müşfiq  uşaqlar  üçün  "Pambıq",  "Bir  may",  "Pioner",  "Məktəbli 
şərqisi",  "Zəhra  üçün".  "Pioner  sarayı"  kimi  şeirlər  yazmışdır.  Uşaqlar  üçün 
nəzərdə  tutduğu  "Qaya",  "Vuruşmalar"  poemaları,  "Şəngül,  Şüngül,  Məngül", 

264 
 
"Kəndli  və  ilan"  mənzum  nağılları  da  xalq  arasında  ona  böyük  populyarlıq 
qazandırmışdır.  Müşfiqin  əsərləri  SSRİ  xalqları  dillərinə  tərcümə  olunmuşdur. 
Müşfiq  şifahi  xalq  ədəbiyyatına  da,  klassik  ədəbiyyata  da  yaxşı  bələd  olmuş, 
ənənələri davam və inkişaf etdirmişdir. Onun Firdovsi, Ömər Xəyyam, A.S.Puşkin,  
M.Y.Lermontov, T.Q.Şevçenko və S.Y.Marşakdan gözəl bədii tərcümələri var. 
1937-ci  ildə  Mikayıl  Müşfiq  11-ci  kitabını  -  "Çağlayan"ı  çapa  hazırlayır. 
Lakin  bu  zaman  respublikada  artıq  repressiya  küləkləri  tüğyan  edirdi.  "Mədəni 
inqilab",  "Din  əleyhinə  mübarizə",  "Rədd  olsun  tar!",  "Rədd  olsun  kamança!" 
şüarları  altında  keçirilən  kampaniyalarda  milli-mənəvi  dəyərlərə  hücumlar  təşkil 
edilir, xalqın mənliyinə böyük zərbə vurulurdu. Əlifbanın dəfələrlə dəyişdirilməsi, 
məktəblərdə  ruslaşdırma  siyasətinin  aparılması  son  nəticədə  Azərbaycan  xalqının 
özünəməxsus  cəhətlərini  məhv  edib,  onun  "sovet  xalqı"  anlayışı  ilə  bildirilən 
mücərrəd kütlənin tərkib hissəsinə çevrilməsi məqsədini güdürdü. 
Kommunist partiyasının diktaturasına qarşı mübarizə aparanlar, sovetlərin 
siyasətini tənqid edənlər repressiyalar burulğanında məhv edilirdi. Özünü dünyada 
ən  azad  dövlət,  ən  humanist  cəmiyyət  kimi  təbliğ  edən  bir  ölkədə  hər  an  insan 
haqları və azadlıqları pozulur, ölkənin "doğma" vətəndaşları ilə qeyri-insani rəftar 
edilirdi. Kütləvi repressiyalar açıq-fikirli, istedadlı, qabaqcıl ziyalılara, təcrübəli və 
qabiliyyətli  dövlət  və  hərbi  xadimlərə  qarşı  yönəlmişdi.  Bir  çox  hallarda  sadə 
insanlar  da  repressiyaların  qurbanları  olurdular.  Azərbaycan  SSR-in  hüquq-
mühafizə orqanlarına rəhbərlik edən Qriqoryan, Markaryan, Sumbatov-Topuridze, 
Malyan  və  başqaları  on  minlərlə  Azərbaycanlını  məhv  etmiş  və  ya  sürgünə 
göndərmişdilər.  Repressiyalar  nəticəsində  Azərbaycan  xalqı  özünün  yüksək 
intellektual  səviyyəli,  milli  ruhlu  iki  nəslinin  ən  görkəmli  nümayəndələrini 
itirmişdir. "Xalqa xəyanət", "əksinqilabi fəaliyyət", "müsavatçılarla əlaqə", "xarici 
dövlətlərə  casusluq"  damğaları  ilə  minlərlə  Azərbaycan  ziyalısı  məhv  edilmişdir. 
H.Cavid,  Ə.Nəzmi,  Ə.Cavad,  T.Şahbazi,  S.Mümtaz,  Ü.Rəcəb  və  daha  neçə-neçə 
sənət  və  elm  adamının  məhv  edilməsi  Azərbaycan  xalqının  inkişafına  ağır  zərbə 
vurmuşdur. 
Cəfəng,  uydurma  bəhanələrlə  həbs  edilənlər  arasında  Mikayıl  Müşfiq  də 
olmuşdur.  Şairə  olmazın  işgəncələr  verilmiş,  qondarma  ittihamlar  irəli  sürülmüş, 
nəhayət,  ölüm  cəzası  kəsilmişdir.  1939-cu  il  martın  12-də  bu  dəhşətli  hökm  icra 
edilmişdir:  XX  əsrin  on  görkəmli  Azərbaycan  şairlərindən  Mikayıl  Müşfiq 
güllələnmişdir. 

265 
 
Olduqca zəngin hərbi bioqrafiyası olan Vəli 
bəy  Yadigarov  az  tanınmış  sərkərdələrimizdəndir.  I 
Dünya müharibəsində iştirak etmiş, Azərbaycan Milli 
Ordusu  sıralarında  Qarabağ  uğrunda  vuruşmuş, 
sovetlərə  qarşı  üsyanlarda  fərqlənmiş  Vəli  bəy 
mühacirətə  gedərək  Polşa  ordusu  sıralarında  onun 
azadlığı və müstəqilliyi uğrunda vuruşmuşdur. 1920 – 
1921 –ci illərdə sovetlərə qarşı, 1941 – 945-ci illərdə 
faşistlərə  qarşı  igidliklə  döyüşmüş  həmyerlimiz 
sovetlər Polşanı işğal edəndə Argentinaya mühacirətə 
getmiş,  orada  vəfat  etmişdir.  Polşa  hökümətinin 
göstərişi ilə xüsusi hava reysində cənazəsi Varşavaya 
gətirilmiş və orada təntənəli şəkildə dəfn olunmuşdur. 
Görkəmli  sərkərdə,  azadlıq  uğrunda  son  nəfəsinədək 
mübarizə  aparan  insan,  Azərbaycanı  Avropada 
tanıdan  həmyerlimiz  Vəli  bəy  Yadigarovun  adı 
Azərbaycan tarixinə yazılmışdır.
 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin