SƏbuhi ƏHMƏdov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/34
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#15173
1   ...   23   24   25   26   27   28   29   30   ...   34

Züleyxa Seyidməmmədova 
       (1919-1999) 
Züleyxa  Həbib  qızı  Seyidməmmədova  1919-cu  ildə  Bakıda  anadan  olub. 
1934-cü  ildə  orta  məktəbi  bitirən  Z.Seyidməmmədova  M.Əzizbəyov  adına 
Azərbaycan  Sənaye  İnstitutuna  daxil  olub.  Ailəsi  onun  institutu  bitirib  Bakı 
zavodlarının  birində  mühəndis  kimi  çalışacağını  düşünürdü.  İnstitutda  oxuduğu 
dövrdə  Züleyxa  Azərbaycanın  ilk  tələbə  aeroklubuna  yazılır  və  təyyarələrdə 
uçmağı öyrənir. O dövrdə respublika rəhbərliyi aviasiyanın inkişafına böyük diqqət 
yetirir, yaxşı anlayırdı ki, bu gün aeroklubda vaxt keçirən tələbələr sabah hərbi və 
ya  mülki  aviasiya  sıralarına  daxil  ola  bilərlər.  Dərslərə  böyük  həvəslə  yanaşan 
Züleyxa  Seyidməmmədova  sonralar  Azərbaycanın  ilk  qadın  təyyarəçilərindən 
oldu. 
Təyyarəçiləri  havaya  buraxmazdan  əvvəl  onlar  paraşütlə  davranmağı 
öyrənirdilər.  Paraşütçülük  dərslərinə  böyük  diqqət  yetirən  Z.Seyidməmmədova 
idman  yarışlarında  da  iştirak  edirdi.  İnstitutun  son  kursunda  o  artıq  Bakı 
aeroklubunda  paraşütçü-təlimatçı  işləyirdi.  1935-ci  ildə  paraşütçü-təlimatçı  kimi 
Rusiyaya 
göndərilən  Z.Seyidməmmədova  Moskvada  paraşütçülərin  ilk 
ümumittifaq  toplantısında  iştirak  edib.  Şərq,  müsəlman  qadınının  cəsarətlə 
paraşütlə  tullanması  hamıda  heyrət  doğurur,  o  dövrün  mətbuatı  bu  faktları 
sensasiya  kimi  qiymətləndirirdi.  Sovet  dövlətinin  rəhbərləri  ilə  paraşütçülərin 
görüşündə İ.Stalin, S.Orconikidze, M.Kalinin və b. azərbaycanlı qadının cəsarətinə 
heyran qalmışdılar. O dövrdə Z.Seyidməmmədovanın fəaliyyəti sovet quruluşunun 
nailiyyəti kimi qeyd olunur, mətbuatda geniş şərh edilirdi. 

276 
 
1938-ci 
ildə 
institutu 
mühəndis-neftçi 
peşəsi 
üzrə 
bitirən 
Z.Seyidməmmədova  artıq  peşəkar  təyyarəçi  olmaq  qərarına  gəlir.  Sakit,  stabil 
həyatı,  o  dövr  üçün  prestijli  vəzifəni  qoyub  Moskvaya  yollanır  və  SSRİ  aviasiya 
kadrları hazırlayan ən mötəbər elm və təhsil ocağı olan N.E.Jukovski adına Hərbi 
Hava  Akademiyasının  şturman  fakültəsinə daxil  olur.  Müharibə başlayanda  Hərbi 
Hava  Akademiyasını  bitirən  Z.Seyidməmmədova  akademiyada  qalmaq  təklifini 
almış,  təklifi  qəbul  edərək  müəllim  kimi  çalışmışdır.  O,  Moskvanı  havadan 
qoruyan və əsasən akademiya işçilərindən və müdavimlərindən təşkil edilən qırıcı 
təyyarəçi  alayına  göndərildi,  qırıcı  eskadrilyasında  şturman  vəzifəsində  çalışmağa 
başladı. 
Müharibənin  ilk  dövründə  sovet  rəhbərliyinin  buraxdığı  səhvlər 
ucbatından  sovet  aviasiyası  böyük  itkilər  vermişdi.  Müharibənin  ilk  günü  1200 
təyyarə  məhv  edilmişdi  ki,  onların  da  böyük  əksəriyyətini  almanlar  elə 
aerodromlardaca  bombalamışdılar.  Təyyarəsiz  qalmış  pilotlar  piyada  hissələrin 
tərkibində döyüşlərdə iştirak edir, bir çoxu həlak olurdu, bu isə sovet aviasiyasına 
daha bir zərbə idi. 1941 -ci ilin payızında, cəbhələrdə ağır döyüşlər gedən dövrdə 
qadınlardan ibarət hərbi təyyarə hissələri yaratmaq ideyası yarandı. Mülki və hərbi 
aviasiyada  çoxlu  qadın  var  idi,  lakin  onlar  döyüşlərə  göndərilmirdilər.  Arxa 
cəbhədə yeni aviasiya məktəbləri və kursları açmaq, onların müdavimləri təyyarəçi 
kimi  hazırlıq  keçdikdən  sonra  qadın  aviasiya  hissələrini  geri  çağırmaq  olardı.  Bu 
ideya  qəbul  edildikdən  sonra  onun  həyata  keçirilməsi  istiqamətində  əməli  iş 
aparılmağa başlandı. 
Qadın təyyarəçilərin sayı 3 aviasiya alayını yaratmağa imkan verirdi. Qısa 
müddət  ərzində  qırıcı,  həmlə,  yüngül  bombardmançı  (gecə  bombardmançıları) 
alaylarını  yaratmaq  qərarı  qəbul  edildi.  İndiyədək  dünya  aviasiyası  tarixində 
qadınların  hərbi  aviasiyaya  qəbul  edilməsi  təsadüfi  hallarda  baş  vermişdi,  sırf 
qadınlardan  ibarət  aviasiya  hissələrinin  yaradılmasından  isə  söhbət  belə  gedə 
bilməzdi.  Tapşırığı  yerinə  yetirmək  ən  məşhur  sovet  təyyarəçilərindən  olan 
M.M.Raskovaya  tapşırıldı.  SSRİ-də  ilk  qadın-şturman,  ən  məşhur  rekord 
uçuşlarının  iştirakçısı,  Sovet  İttifaqı  Qəhrəmanı  M.Raskova  hərbi  aviasiyaya 
aidiyyəti  olan  qadınları  ətrafına  topladı  və  onların  köməyi  ilə  mülki  aviasiyada 
işləyən, həmçinin aeroklubları təzəcə bitirən qadın təyyarəçiləri Moskva ətrafında 
yerləşən  aerodromların  birində  toplamağa  başladı.  Ona  bu  işdə  bir  neçə  təcrübəli 
təyyarəçi qadın, o cümlədən Z.Seyidməmmədova kömək edirdi. 
Qırıcı  eskadrilyanın  şturmanı  Züleyxa  Seyidməmmədova  1941-ci  ilin 
oktyabrında  M.Raskovanın  sərəncamına  göndərildi.  Qadınlardan  ibarət  qırıcıların 
seçilib hazırlanmasına o cavabdeh idi. Artıq 1941-ci ilin noyabrında şərti adı "122-
ci aviasiya qrupu" olan hərbi hissə təşkil edildi. Onun tərkibinə 586-cı qırıcı alay, 

277 
 
587-ci bombardmançı alay, 588-ci gecə bombardmançı alayı daxil idi. 1942-ci ilin 
yazınadək alayların şəxsi heyəti gərgin məşqləri davam etdirdi. 
Z.Seyidmommədova  586-cı  qırıcı  alayın  şturmanı  oldu.  Alay  144-cü 
aviasiya  diviziyasının  tərkibində  döyüşlərə  atıldı.  Stalinqrad  uğrunda  gedən 
döyüşlər, 
Voronej, 
Kostroma 
üzərində 
gedən 
döyüşlərdə 
Züleyxa 
Seyidməmmədova  təkcə  alayın  şturmanı  kimi  deyil,  bilavasitə  təyyarəçi  kimi 
iştirak  edirdi.  Həmçinin  hər  döyüşdən  əvvəl  təyyarəçilərin  təlimatlandırılması, 
öyrədilməsi onun vəzifəsi idi. 1943-cü ilin  yayında o, Kursk  üzərində döyüşlərdə 
iştirak  etdi.  Bıırada  gedən  qızğın  hava  döyüşlərində  faşist  Ahnaniyasının  ən 
məşhur  aviasiya  hissələri  məhv  edildi.  Səma  döyüşlərində  çox  vaxt  radioefirdə 
"Sokol"  ("Şahin")  çağırışını  eşitmək  olardı.  Bu  Z.Seyidməmmədovanın  çağırış 
kodu idi. 
586-cı  qırıcı  alay  Volqadan  Vyanayadək  döyüş  yolu  keçdi,  4419  döyüş 
uçuşu  keçirdi,  125  döyüş  apardı,  38  alman  təyyarəsi  vurdu.  Şəxsən  500  döyüş 
üçuşu  keçirən  Z.Seyidməmmodova  bir  neçə  alman  təyyarəsini  vurmuşdu. 
Qələbədən  sonra  qadınlardan  ibarət  aviasiya  hissələri  ləğv  edildi.  Züleyxa 
Seyidməmmədova da 1945-ci ilin dekabrında kapitan rütbəsində istefaya çıxdı və 
Azərbaycana qayıtdı. 
1946-cı  ilin  əvvəlində  Z.Seyidməmmədova  Bakı  şəhər  Partiya 
Komitəsində  işə  qəbul  edildi.  Sonralar  o,  Azərbaycan  Kommunist  Partiyasının 
Mərkəzi İcraiyyə Komitəsi tərkibində müxtəlif məsul vəzifələrdə işləməyə başladı. 
Xarakterinə  xas  qətiyyət,  müharibə  illərində  qazandığı  insanları  səfərbər  etmək, 
təşkilatlandırmaq  qabiliyyəti  ona  çox  kömək  edirdi.  Ona  tapşırılan  bütün  işləri 
canla-başla yerinə yetirirdi. 
1952  -  1974-cü  illərdə  o,  Azərbaycan  SSR  sosial  təminat  naziri 
vəzifəsində  işləmişdir.  1970-ci  ildə  "Təyyarəçi  qadının  qeydləri"  kitabı  işıq  üzü 
görmüş  və  rəğbətlə  qarşılanmışdır.  O,  Lenin  ordeni,  iki  Qırmızı  Əmək  Bayrağı, 
"Şərəf nişanı" və başqa orden və medallarla təltif edilmişdir. 
Züleyxa Seyidməmmədova 1999-cu ildə vəfat etmişdir. 
 

278 
 
Əfsanəvi partizan Mehdi Hüseynzadənin 
adı  təkcə  Azərbaycanda  deyil,  bütün  SSRi-də 
tanınırdı.  Onun  təşkil  etdiyi  kəşfiyyat-təxribat 
qrupu  almanlara  gecə-gündüz  aman  vermir, 
onlara  ağır zərbələr vururdu. O  həlak olanda  heç 
kəs, 
hətta  almanlar  belə,  onun  ölümünə 
inanmamışdılar. 
Azərbaycan  tarixinə  Mehdi  Hüseynzadə  əfsanəvi 
partizan,  mahir  rəssam,  lirik  şeirlər  yazan  şair 
kimi daxil olmuşdur.
 
Mehdi Hüseynzadə 
   (1918-1944) 
Mehdi Hənifə oğlu Hüseynzadə 1918-ci ildə 
Bakı  şəhərində  doğulmuşdur.  Atası  Hənifə  Bakının 
köhnə  məhəllələrindən  birində  böyüyüb  boya-başa  çatmışdı.  O  uzun  illər  Bakı 
şəhəri  milisinin  cinayət-axtarış  idarəsində  işləmiş,  əməliyyatların  birində  quldur 
gülləsindən  həlak  olmuşdu.  Artıq  orta  məktəbdə  oxuduğu  dövrdə  Mehdinin 
rəssamlıq  qabiliyyəti  özünü  büruzə  vermiş  və  hamı  ona  mütləq  rəssam  olmağı 
məsləhət görmüşdür. 
Orta məktəbi bitirdikdən sonra Mehdi Hüseynzadə Azərbaycan rəssamlıq 
məktəbinə daxil olmuş və 1936-cı ildə oranı bitirmişdir. Lakin çılğın gənc həyatda 
öz  yolunu  axtarmaqda  davam  edirdi.  O  əvvəlcə  Bakıda  V.İ.Lenin  adına 
Azərbaycan  Dövlət  Pedaqoji  İnstitutuna  daxil  olmuşdur.  Bir  az  keçdikdən  sonra 
Leninqrada  (indiki  Sankt-Peterburqa)  yollanan  Mehdi  müvəffəqiyyətlə  Xarici 
Dillər  İnstitutuna  daxil  olmuş  və  burada  oxumuşdur.  II  Dünya  müharibəsi 
başlayanda o hələ təhsilini başa vurmamışdı. 
1941-ci  ildə  ordu  sıralarına  çağırılan  Mehdi  Hüseynzadə  ali  təhsilli 
olduğundan  ona  hərbi  məktəbə  daxil  olmaq  təklif  edilir.  O,  Tbilisi  piyada  hərbi 
məktəbinə daxil olur və qısamüddətli kursları bitirdikdən sonra leytenant rütbəsini 
alır. 
1942-ci  ilin  avqustunda  Mehdi  Hüseynzadə  Azərbaycanlılardan  ibarət 
223  -cü  milli  atıcı  diviziyaya  təyinat  alır.  Qeyd  etmək  lazımdır  ki,  müharibədən 
əvvəl  milli  diviziyalar  yaratmaq  ideyasına  mənfi  yanaşan  sovet  dövlətinin 
rəhbərliyi  müharibənin  ilk  dövründə  ağır  məğlubiyyətlər  şəraitində  milli 
diviziyaların yaradılmasına icazə vermişdi. Mehdi Hüseynzadə 223-cü diviziyanın 
1041-ci atıcı alayında tağım komandiri vəzifəsində döyüşə atılır. 

279 
 
1942-ci  ilin  son  aylarında  almanlar  Qafqaz  istiqamətində  yeni,  daha 
möhtəşəm  və  güclü  hücuma  başlayır.  Hərbi  aviasiya  və  tanklarda  üstün  olan 
almanlar  Bakıya  -  neft  mədənlərinə  doğru  irəliləyirdilər.  Onların  qarşısında  milli 
Azərbaycan  diviziyaları  dayanırdı.  Çox  vaxt  aviasiya  və  artilleriya  dəstəyi 
olmadan, tanklar sarıdan korluq çəkən, cüzi döyüş sursatı ehtiyatına malik olan bu 
diviziyalar  vətən  qarşısında  borcu  axıradək  yerinə  yetirirdilər.  Diviziyalarımız 
böyük  itkilər  verirdilər.  Onlarda  14-12  min  döyüşçü  əvəzinə,  150  -  200  döyüşçü 
qalmışdı. Belə diviziyalar geriyə - Azərbaycana qaytarılır, burada yeni döyüşçü və 
zabitlərlə  təmin  edilir  və  yenidən  döyüşə  göndərilirdilər.  Kerç  döyuşlərində  ağır 
itkilər  vermiş  77-ci  diviziya,  Feodosiya  desant  əməliyyatında  ağır  itkilər  vermiş 
396-cı diviziya, Mozdok döyüşlərində ağır itkilər vermiş 402-ci diviziya şan-şöhrət 
qazanmış və düşmənin Azərbaycana doğru hər addımını cəhənnəmə çevirmişdilər. 
Ön xətdə vuruşan Mehdi Hüseynzadə 1942-ci il dekabrın ortalarında evə - 
doğmalarına  göndərdiyi  məktubda  yazırdı:  "Mən  cəbhədən  yazıram.  Burada  ağır 
döyüşlər gedir. Faşistlərin dəhşətli cinayətlərinin sayı-hesabı yoxdur. Mən sizə söz 
verirəm ki, son damla qanımadək vuruşacaq, sizin adınızı batırmayacağam. Həlak 
olsam,  qəhrəman  kimi  həlak  olacağam.  Siz  hələ  mənim  barəmdə  eşidəcəksiniz. 
Hələlik,  sağ  olun".  Bu  onun  doğmalarına  göndərdiyi  son  məktubu  idi.  Bu  dövrdə 
sovet  hərbi  hissələri  əks-hücuma  keçmişdilər:  düşmənin  Stalinqrad  ətrafında 
cəmləşmiş  böyük  hərbi  qruplaşmasını  mühasirəyə  almağa  cəhd  edirdilər.  223-cü 
diviziyanın  1041-ci  alayı  Stalinqrad  yaxınlığında  yerləşən  Kalaç  şəhəri 
istiqamətində  irəliləyirdi.  Almanlar  ara-sıra  əks-həmlələr  təşkil  edir,  mühasirə 
halqasını  yarmağa  çalışırdılar.  Dekabrın  29-da  böyük  qüvvə  ilə  hücuma  atılan 
düşmən  leytenant  Mehdi  Hüseynzadənin  rəhbərlik  etdiyi  tağımın  mövqelərini 
hədəfə  almışdı.  Ağır  döyüşdən  sonra  tağım  məhv  edildi,  lakin  geri  çəkilmədi. 
Həmin  gün  Mehdi  Hüseynzadənin  adı  SSRİ  Müdafiə  Nazirliyinin  arxiv 
məlumatlarına  həlak  olanlar  sırasında  salındı.  Şahidlər  onun  səngəri  yanında  ağır 
mərminin partladığını görmüş və Mehdinin həlak olduğunu zənn etmişdilər. Hərbi 
hissə geriyə çəkildiyindən onu torpağın altından çıxarmağa imkan olmamışdı. 
Lakin  Mehdi  həmin  döyüşdə  sağ  qalmışdı.  Ağır  yaralanmış  sovet 
leytenantı  alman  əsgərləri  tərəfindən  səngərdən  çıxarılmış  və  əsir  düşərgəsinə 
göndərilmişdi. 
Məlumdur  ki,  müharibənin  ilk  dövründə  almanlar  minlərlə  əsirləri  ya 
güllələyir,  ya  da  konslagerlərə  göndərirdilər.  Lakin  SSRİ-nin  tərkibinə  daxil  olan 
respublikaların  Avropada  yaşayan  mühacir  liderləri  1941-ci  ilin  sonunda 
Almaniyanın  siyasi  rəhbərliyi  ilə  görüşmüş  və  sovetlərə  qarşı  vuruşmaq  əzmində 
olan  döyüşçüləri  milli  legionlara  yazıb  cəbhələrə  göndərməyi  təklif  etmişdilər. 
Belə  legionlardan  biri  də  Azərbaycan  legionu  idi.  Bu  legiona  daxil  olan  və 
Azərbaycanlılardan təşkil edilən hərbi hissələrin döyüşçüləri sovetlərdən bu və ya 

280 
 
digər  zülmlər  görmüş  və  həm  özlərinin,  həm  repressiya  olunmuş  doğmalarının, 
həm  də  vətənlərinin  qisasını  SSRİ-dən  almağa  çalışırdılar.  Lakin  legionun 
tərkibində  elələri  də  var  idi  ki,  onlar  konslagerdən  yaxa  qurtarıb,  partizanların 
yanına  qaçmaq  arzusu  ilə  faşistlərlə  əlaqə  yaradırdılar.  Hər  halda,  legionun 
yaradılması  minlərlə  azərbaycanlını  ölümdən  xilas  etmişdi.  Ukraynada  əsir 
düşərgəsində  saxlanılan  Mehdi  Hüseynzadə  Azərbaycan  legionu  tərkibinə 
yazılmışdı.  Hələ  müharibədən  əvvəl  alman  dilini  öyrənmiş  zabit  almanların  ona 
etibarından  istifadə  edərək  legionun  tərkibində  antifaşist  qrup  yaratmışdı.  Legion 
Polşada  təlimlər  keçdikdən  sonra  İtaliya  ilə  Yuqoslaviya  arasında  yerləşən  və  o 
dövrdə  İtaliyanın  ərazisi  sayılan  Triyest  şəhərinə  göndərilir.  Burada  Mehdi  və 
yoldaşları qaçmaq imkanı qazanırlar və yerli partizanlara qoşulurlar. 
1944-cü  ilin  əvvəlində  bir  neçə  sınaq  tapşırığını  yerinə  yetirən  Mehdi 
partizan briqadası tərkibində Azərbaycanlılardan  ibarət kəşfiyyat qrupu  yaradır və 
fəaliyyətə  başlayır.  O,  "Mixaylo"  adı  ilə  tanınırdı.  Hitlerçilərə  qarşı  mübarizədə 
cəsurluğu ilə şöhrət qazanan  Mixaylo inanılmaz qəhrəmanlıqlar göstərirdi.  Alman 
zabiti  paltarında  düşmənlər  arasında  sərbəst  hərəkət  edən  azərbaycanlı  partizan 
kəşfiyyat  məlumatları  toplayır,  təxribat  qrupunun  başında  qərargahları,  körpüləri, 
hərbi  eşelonları,  döyüş  sursatı  anbarlarını  minalayıb  partladırdı.  Onun  başçılıq 
etdiyi  qrup  İtaliyanın  Udine  şəhərindəki  həbsxanaya  hücum  etmiş  və  700  hərbi 
əsiri  azad  etmişdi.  Partizan  hissələri  Yuqoslaviya  Xalq  Ordusu  adı  altında 
birləşdiriləndə  Mehdi  Hüseynzadə  onun  tərkibində  31-ci  partizan  diviziyasının 
kəşfiyyatçı-təxribat  qrupunun  komandiri  təyin  edilmişdi.  Qrupun  tərkibinə 
azərbaycanlılar  Tağı  Əlizadə  ("İvan  Çyornıy"  təxəllüsü  ilə  tanınırdı),  Sadıq 
Nadirli, Cavad Həkimli, Mikayıl Qulubəyov, Fərrux Sultanov ("Fedya" təxəllüslü), 
Qədir İsgəndərov, Rza Orucov, Ənvər Məmmədov, Şamil Üryanov, Vəli Ləzgiyev, 
Qasım Əmrahov, gürcü David Tatuaşvili, rus Qriqori Dyaçenko, ukraynalı Viktor 
Ponomarenko, Jenya Zaporojets, italiyalı Mario daxil idilər. 
Mehdi  Hüseynzadənin  başçılıq  etdiyi  kəşfiyyatçı-təxribat  qrupunun 
fəaliyyəti  almanları  lərzəyə  salmış,  onun  rəhbərinin  adı  isə  dillər  əzbəri  olmuşdu. 
Mehdi  Hüseynzadə  və  onun  tabeliyində  olan  kiçik  qrupun  komandiri  Tağı 
Əlizadənin  ("İvan  Çyornıy")  başına  almanlar  böyük  mükafat  qoymuşdular.  Lakin 
cəsur  partizanlar  düşmənə  ağır  zərbələr  vururdular.  Qorisiya  şəhərinin  Rençe 
kəndində  pusquya  düşərək  son  damla  qanınadək  vuruşmuş  Tağı  Əlizadə  həlak 
olanda və onun meyidi almanların əlinə keçəndə Mehdi Hüseynzadə silahdaşları ilə 
birgə əməliyyat hazırlayıb meyidi ələ keçirir və torpağa tapşırır. 
1944-cü  il  noyabrın  16-da  o  dövrkü  Yuqoslaviyanın  tərkib  hissəsi  olan 
Sloveniyanın  Vitovle  kəndində  pusquya  düşən  Mehdi  Hüseynzadə  axıradək 
vuruşur,  son  gülləsi  ilə  özünü  vurur.  Heç  kəs,  hətta  almanlar  belə,  əfsanəvi 
partizanın  ölümünə  inanmır,  onu  Vitovle  kənd  qəbiristanlığında  dəfn  edir  və 

281 
 
Adil  İsgəndərovun  Azərbaycanın  teatr  sənətinin 
inkişafında böyük xidmətləri olmuşdur. Realizm, orijinal və 
təsirli  ifadə  vasitələri,  monumentallıq  onun  yaradıcılığının 
səciyyəvi  xüsusiyyətləri  idi.  Teatr  və  kinoda  maraqlı 
obrazlar  yaratmış,  Azərbaycan  rejissorluq  məktəbinin 
peşəkarlıq  səviyyəsinin  artması  üçün  xeyli  iş  görmüş, 
ədəbiyyatımızın  ən  dəyərli  nümunələrinə  səhnə  həyatı 
vermiş, sovet dövrü Azərbaycan teatr və kinosuna milli ruh 
gətirmiş  Adil  İsgəndərov  Azərbaycan  Dövlət  Dram 
Teatrının 
və 
“Azərbaycanfilm” 
kinostudiyasının 
formalaşmasında əhəmiyyətli rol oynamışdır. 
Azərbaycan tarixinə Adil İsgəndərov görkəmli teatr 
rejissoru, istedadlı teatr və kino aktyoru, bacarıqlı təşkilatçı 
və pedaqoq kimi daxil olmuşdur.
 
qarovul  qoyurlar.  Partizan  Şamil  Üryanovun  başçılıq  etdiyi  qrup  qarovulu  məhv 
edib  Mixaylonun  cəsədini  kənddən  çıxarır  və  noyabrın  19-da  Çepovani  kəndində 
torpağa tapşırır. 
Kəşfiyyat-təxribat  qrupu  isə  Ənvər  Məmmədovun  başçılığı  ilə  Sloveniya 
sovet qoşunları tərəfindən azad edilənədək fəaliyyət göstərir. Maraqlıdır ki, Vitovle 
və  Çepovani  kəndləri  Mehdi  Hüseynzadənin  doğma  diviziyası,  223-cü  milli 
Azərbaycan atıcı diviziyası tərəfindən azad edilmişdir. 
1957-ci  il  aprelin  11-də  Mehdi  Hüseynzadəyə  ölümündən  sonra  Sovet 
İttifaqı Qəhrəmanı adı verilmişdir. 
 
Adil İsgəndərov 
   (1910-1978) 
Adil Rza oğlu 
İsgəndərov  1910-cu  ildə  Gəncə  (o  dövrdə  Azərbaycan  Rusiyanın  tərkibində 
olduğundan  şəhər  Yelizavetpol  adlanırdı)  şəhərində  anadan  olmuşdur.  Orta  təhsil 
aldıqdan  sonra  o,  Bakıya  gəlmiş  və  1931-ci  ildə  burada  Teatr  Texnikumunu 
bitirmişdir. Lakin seçdiyi sənət yolunda irəliləmək üçün orta təhsilin az olduğunu 
hiss  edincə  o,  Moskvaya  yollanmışdır.  Adil  İsgəndərov  A.V.Lunaçarski  adına 
Moskva  Dövlət Teatr  Sənəti İnstitutuna  daxil olmuş  və 1936-cı ildə oranı rejissor 
diplomu  ilə  bitirmişdir.  Qeyd  etmək  lazımdır  ki,  Moskvada  təhsil  aldığı  illərdə  o, 
Moskva  Bədaye  Teatrında  və  Vaxtanqov  adına  teatrda  rejissorluq  təcrübəsi 
keçmişdir. 
1936-cı  ildə  Bakıya  qayıtdıqdan  sonra  Adil  İsgəndərov  M.Əzizbəyov 
adına  Azərbaycan  Dövlət  Dram  Teatrının  rejissoru  təyin  edilmişdir.  Gənc 
rejissorun  birdən-birə  belə  məsul  vəzifəyə  təyin  edilməsi  bir  sıra  səbəblərlə  izah 

282 
 
olunurdu. Belə ki, o zaman respublikada peşəkar rejissorlar az idi, üstəlik, onların 
bəziləri  təzə-təzə  genişlənən  repressiya  dalğasının  qurbanı  olmuşdular.  Ona  görə 
də digər sahələrdə olduğu  kimi, teatrda  da  məsul vəzifələrə gənclər təyin edilirdi. 
Artıq 1937-ci ildə A.İsgəndərov teatrın baş rejissoru və direktoru təyin olunmuşdu. 
Bəzi  sahələrdə  təcrübəsiz  şəxslərin  məsul  vəzifələrə  təyin  edilməsi  özünü 
doğrultmasa da, teatrda özünü doğrultdu. 
Adil  İsgəndərovun  ilk  rejissorluq  işi  A.Korneyçukun  pyesi  əsasında 
"Polad  qartal"  tamaşası  olmuşdur.  1936-cı  ildə  səhnələşdirilən  bu  tamaşa 
tənqidçilərin  müsbət  rəyini  qazanmışdır.  Onlar  gənc  rejissorun  istedadını  və 
novatorluğunu  xüsusi  qeyd  etmişlər.  1937-ci  ildə  A.İsgəndərov  M.İbrahimovun 
"Həyat"  pyesini  səhnəyə  qoymuşdur.  Bir  çox  istedadlı  aktyorların  repressiya 
qurbanı  olmasına,  onların  gənc  və  təcrübəsiz  aktyorlarla  əvəzlənməsinə 
baxmayaraq,  gənc  rejissor  uğurlu  aktyor  truppası  təşkil  edərək  gözəl  tamaşa 
hazırlamağa nail olmuşdur. 
1938-ci  il  rejissor  Adil  İsgəndərov  yaradıcılığının  bəlkə  də  ən  uğurlu  ili 
sayıla  bilər.  Həmin  il  o,  Səməd  Vurğunun  “Vaqif”  pyesini  səhnələşdirmişdir. 
Azərbaycan  milli  rejissorluq  sənətinin  ən  parlaq  nümunələrindən  biri  olan  bu 
tamaşanı 28 yaşlı bir gəncin səhnələşdirməsi sənət möcüzəsi kimi qəbul edilmişdir. 
Geniş  bədii  ümumiləşdirmələr,  tipik  xarakterlər  və  mizanlar,  xalq  dramına  xas 
əzəmətli  səhnələrlə  zəngin  olan  bu  tamaşa  indiyədək  əhəmiyyətini  itirməmişdir. 
Xalqımızın  on  sevimli  tamaşalarından  birinə  çevrilən  “Vaqif”  tamaşası  uzun  illər 
səhnədən  düşməmiş,  tamaşaçıların  zovqünü  oxşamışdır.  Belə  ki,  1977-ci  ildə 
tamaşa 1000-ci dəfə oynanılmışdır. 
“Vaqif”  tamaşasına  görə  Azərbaycan  SSR  əməkdar  incəsənət  xadimi 
(1938) fəxri adına layiq görülən Adil İsgəndərov yeni-yeni tamaşalar qoyur. 1939-
cu  ildə  o,  S.Vurğunun  "Xanlar",  1940-cı  ildə  görkəmli  Azərbaycan  dramaturqu 
Cəfər  Cabbarlının  "Aydın",  1941-ci  ildə  yenə  də  S.Vurğunun  "Fərhad  və  Şirin" 
pyesləri əsasında maraqlı tamaşalar hazırlayır. II Dünya müharibəsi illərində onun 
rəhbərlik  etdiyi  teatrın  aktyorları  ayrı-ayrı  təşviqat  qruplarının  tərkibində 
cəbhələrdə,  hospitallarda  tamaşalar  verir,  vətənpərvərlik  ruhunda  səhnələr 
oynayırdılar. Zabit və əsgərlərin döyüş ruhunun yüksəldilməsində, onlara qələbəyə 
inamın, düşmənə nifrətin aşılanmasında belə tamaşaların böyük rolu olmuşdur. 
1945-ci  ildə  müharibə  qurtardıqdan  dərhal  sonra  Adil  İsgəndərov  aktyor 
truppası təşkil edərək gərgin məşqlərə başlayır. Çox keçmir ki, teatrın səhnəsində 
yazıçı  M.S.Ordubadinin  "Dumanlı  Təbriz"  əsəri  çox  böyük  uğurla  oynanılır. 
Məlumdur ki, 1945-ci ildə Cənubi Azərbaycanda M.Pişəvərinin rəhbərliyi ilə milli 
oyanış  başlamış,  orada  bir  sıra  demokratik  islahatlar  keçirilmişdi.  Şimali 
Azərbaycandan  Təbrizə  yollanan  Azərbaycan  ziyalılarının  hərtərəfli  fəaliyyəti 
nəticəsində  şah  rejiminin  yürütdüyü  farslaşdırma  siyasətinin  qarşısı  alınmış,  milli 

283 
 
oyanış  prosesi  ictimai  həyatın  bütün  sahələrində  özünü  göstərmişdi.  Azərbaycan 
Dövlət Dram Teatrının Təbrizdə göstərdiyi tamaşalar da bu məqsədə xidmət edirdi. 
M.S.Ordubadinin  "Dumanlı  Təbriz"  əsərində  Cənubi  Azərbaycanda  cərəyan  edən 
inqilabi  proseslərdən  xəbər  verilirdi.  1947-ci  ildə  Adil  İsgəndərov  C.Cabbarlının 
“1905-ci  ildə”  və  Ə.Məmmədxanlının  "Şərqin  səhəri"  əsərlərini  tamaşaya  qoyur. 
Sovet  təbliğat  maşınının  tələb  etdiyi  inqilabi  mövzuda  hazırlanmalarına 
baxmayaraq,  tamaşalar  həm  də  azərbaycanlıların  mübarizliyini  nümayiş 
etdirirdilər. 1948-ci ildə A.İsgəndərov SSRİ Dövlət mükafatına layiq görülür. 
1949-cu ildə teatrın səhnəsində A.İsgəndərovun yeni rejissor işi göstərilir. 
Bu  dəfə  o,  dünya  klassikinə  müraciət  etmişdi  -  V.Şekspirin  "Otello"  əsərini 
səhnələşdirmişdi. 
Teatrın böyüməsi, inzibati işlərin çox vaxt aparması, üstəlik, Azərbaycan 
Dövlət  İncəsənət  İnstitutunda  dərs  deməsi  Adil  İsgəndərovun  rejissorluq 
fəaliyyətinə  təsirsiz  qalmır.  Belə  ki,  növbəti  tamaşasını  o  yalnız  1953-cü  ildə 
hazırlayır.  Bu,  türk  yazıçısı  Nazim  Hikmətin  "Türkiyədə"  əsəri  idi.  Həmin  ildə 
rejissor  M.Hüseynin  "Cavanşir",  bir  il  sonra  isə  C.Məcnunbəyovun  "İliç  buxtası" 
əsərini səhnələşdirir. Paralel olaraq A.İsgəndərov Azərbaycan Rus Dram Teatrı və 
Azərbaycan  Opera  və  Balet  Teatrında  da  əsərlər  tamaşaya  qoymuşdur.  1959-cu 
ildə Adil İsgəndərov SSRİ xalq artisti fəxri adına layiq görülmüşdür. 
Azərbaycan  teatr  sənətinin  inkişafında  böyük  xidmətləri  olan  Adil 
İsgəndərov 50-ci illərdə Azərbaycan kinolarında çəkilmək üçün dəvətlər alır. Onun 
yaradıcılığına  xas  olan  realizm,  orijinal  və  təsirli  ifadə  vasitələri,  monumentallıq 
bir  kino  aktyoru  kimi  də  ona  şöhrət  qazandırır.  O,  1958-ci  ildə  "Qara  daşlar"  və 
"Uzaq  sahillərdə",  1961-ci  ildə  "Məhəbbət  dastanı",  1963-cü  ildə  "Romeo 
qonşumdur"  və  "Mən  rəqs  edəcəyəm",  1966-cı  ildə "26  Bakı  komissarı", 1971-ci 
ildə "Axırıncı aşırım", 1976-cı ildə "Dərviş Parisi partladır", 1977-ci ildə "Arxadan 
vurulan zərbə" filmlərində yaddaqalan obrazlar yaratmışdır. Müxtəlif səpkili bədii 
filmlərdə  istər  mənfi,  istərsə  də  müsbət  obrazlar  yaradan  Adil  İsgəndərov 
kinoaktyor kimi Azərbaycan kinosu tarixində böyük iz qoymuşdur. 
1964-cü  ildə  A.İsgəndərov  özünü  kino  rejissoru  kimi  də  sınamışdır.  O, 
"Əhməd haradadır?" filminin quruluşçu rejissoru olmuşdur. 
Azərbaycan  teatr  sənətinin  problemlərinə  həsr  olunmuş  bir  sıra 
məqalələrin  müəllifi  olan  Adil  İsgəndərov  1956-cı  ildə  professor  adına  layiq 
görülmüşdür. 
1966-cı  ildə  Adil  İsgəndərov  C.Cabbarlı  adına  "Azərbaycanfilm" 
kinostudiyasının  direktoru  təyin  olunur.  Qeyd  etmək  lazımdır  ki,  həmin  vaxtdan 
etibarən  Azərbaycan  kinosunda  yeni  dövr  başlayır.  Belə  ki,  əvvəllər  Azərbaycan 
kinolarının əksəriyyətinin rejissorları və baş rolların ifaçıları ya Moskvadan, ya da 
SSRİ-nin digər respublikalarından dəvət edilirdi. A.İsgəndərov isə milli rejissor və 

284 
 
aktyor  kadrlarından  geniş  istifadə  etməyə  üstünlük  verir.  Bir  çox  istedadlı 
gənclərimizi  təcrübə  qazanmaq  üçün  Moskvaya  göndərir.  Onlar  Azərbaycana 
qayıtdıqdan sonra isə milli kinomuzun inkişafına xidmət edirlər. Təsadüfi deyil ki, 
məhz  Adil  İsgəndərovun  direktor  olduğu  dövrdə  (1966-1974)  "Azərbaycanfilm" 
kinostudiyasında  milli  ruha  və  müasir  kino  sənətinin  tələblərinə  cavab  verən 
filmlər çəkilmiş, yeni-yeni milli rejissor və aktyor kadrları yetişdirilmişdir. 
Belə    ki,      H.Seyidbəylinin      "Nəsimi",  T.Tağızadənin  "Yeddi  oğul 
istərəm" 
və 
"Dədə 
Qorqud", 
Ş.Mahmudbəyovun 
"Şərikli 
çörək", 
K.Rüstəmbəyovun  "Axırıncı  aşırım",  Ə.İbrahimovun  "Ulduzlar  sönmür"  kimi 
uğurlu  filmlərinin  yaranmasında  Adil  İsgəndərovun  bir  kinostudiya  direktoru  və 
bədii şuranın sədri kimi müəyyən xidmətləri olmuşdur. Onun təşkilatçılığı və milli 
yanğısı sayəsində kinostudiya yeni avadanlıqla təchiz edilmiş, bədii, sənədli, elmi-
kütləvi filmlər, televiziya və multiplikasiya filmləri, "Mozalan" kinojurnalı istehsal 
olunmağa  başlamışdır.  Azərbaycan  filmləri  dəfələrlə  ümumittifaq  və  beynəlxalq 
kinofestivallarda mükafatlar qazanmış, bir çox ölkələrdə müvəffəqiyyətlə nümayiş 
etdirilmişlər. 
Fəaliyyəti  illərində  Lenin  ordeni,  Qırmızı  Əmək  Bayrağı,  "Şərəf  nişanı" 
ordenləri,  həmçinin  medallarla  təltif  edilmiş  Adil  İsgəndərov  1978-ci  ildə  Bakıda 
vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur. 

285 
 
XX  əsrdə  kimya  elminin  inkişafında 
azərbaycanlı  alim  Yusif  Məmmədəliyevin 
müəyyən 
xidmətləri 
olmuşdur. 
O, 
yüksəkoktanlı 
aviasiya 
yanacağının 
istehsalının  yeni  üsullarını  tapmış,  ən  qalın 
zirehi  belə  əridən  kimyəvi  məhlul  hazırlamış, 
texnika  və  məişətdə  istifadə  olunan  plastik 
kütlənin  bəzi  növlərini  icad  etmiş,  Naftalan 
neftinin  müalicəvi  effektə  malik  olmasını 
sübut etmişdir. 
Yusif  Məmmədəliyev  adı  görkəmli  kimyaçı, 
müasir 
elm 
və 
təhsil 
sisteminin 
qurucularından  biri  kimi  Azərbaycan  tarixinə 
yazılmışdır.
 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin