SƏbuhi ƏHMƏdov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/34
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#15173
1   ...   26   27   28   29   30   31   32   33   34

Mirəsədulla  Mirqasımov 
              (1883-1958) 
 Mirəsədulla  Mirələsgər  oğlu  Mirqasımov 
1883-cü  ildə  Bakıda  anadan  olmuşdur.  Orta  təhsil 
aldıqdan  sonra  o,  təhsilini  davam  etdirmək  üçün  Rusiyanın  ali  məktəblərindən 
birinə  qəbul  olunmaq  qərarına  gəlir.  M.Mirqasımov  Odessa  şəhərinə  gələrək 
burada Novorossiya Universitetinin tibb fakültəsinə daxil olur. Həmin fakültədə bir 
çox Azərbaycan həkimləri, o cümlədən Nəriman Nərimanov təhsil almışdır. Təhsil 
illərində tibbin cərrahiyyə sahəsinə maraq göstərən Mirəsədulla Mirqasımov 1913-
cü ildə universiteti uğurla bitirmişdir. 
Təyinatını  Odessa  şəhərinə  alan  gənc  cərrah  1913  -  1916-cı  illərdə 
Odessada  həkim  işləmişdir.  Artıq  I  Dünya  müharibəsinin  getdiyi  bir  dövrdə 
Odessa  hospitallarında  çoxlu  sayda  yaralılar  və  xəstələr  var  idi  və  tibb  işçiləri 
gecə-gündüz  işləyirdilər.  Burada  Mirqasımov  hərbi  cərrahiyyə  sahəsində  zəngin 
təcrübə toplamışdır. 
1916-cı  ildə  Bakıya  gələn  həkim  burada  hərbi  lazaretdə  fəaliyyətə 
başlayır.  Qafqaz  cəbhəsindən  gətirilən  minlərlə  yaralı  Bakı  hospitalları  və 
lazaretlərində  yerləşdirilir,  tibb  işçilərinin  çatışmazlığı  şəraitində  onlara  lazım 
olan köməklik göstərilirdi. 1917-ci ilin sonlarında Bakıda bolşevik və daşnakların 
sovet hakimiyyəti qurulanda M.Mirqasımov hərbi lazaretdən çıxır və indiki  №-li 
doğum  evində  cərrah  vəzifəsində  çalışmağa  başlayır.  Bu,  ziyalı  insanın  sovet 
hakimiyyətinin  törətdiyi  cinayətlərə  qarşı  etiraz  addımı  idi.  1918-ci  ildə 
Azərbaycanda müstəqil dövlətin yaradılmasını alqışlayan Mirqasımov cərrah kimi 
fəaliyyətini davam etdirirdi. 
Sovet  hakimiyyəti  illərində  cərrah  işləyən  Mirəsədulla  Mirqasımovun 
əsas  diqqəti,  elmi  fəaliyyəti  sidikdaşı  xəstəliyinin  etiologiya,  klinika  və 
müalicəsinin  öyrənilməsinə,  irinli  peritonitlərə,  urologiya  və  cərrahlığın  digər 
aktual  məsələlərinə  həsr  olunmuşdur.  Azərbaycan  Dövlət  Universitetinin  tibb 
fakültəsi nəzdində əvvəlcə namizədlik, 1927-ci ildə isə doktorluq dissertasiyasını 

306 
 
müdafiə  etmiş  M.Mirqasımov  tibb  elmləri  doktoru  adına  layiq  görülmüşdür.  O, 
Azərbaycanda doktorluq dissertasiyasını müdafiə etmiş ilk alim-cərrahdır. 
Tibb  fakültəsində  dosent  kimi  çalışan  alimin  1928-ci  ildə  işıq  üzü  görən 
fundamental  elmi  əsəri  "Azərbaycanda  sidikdaşı  xəstəliyinin  öyrənilməsinə  dair 
materiallar"  adlanırdı.  Əsərdə  alim  tərəfindən  toplanmış  faktlar  təhlil  edilir, 
xəstəliyin yaranma səbəbləri, xüsusiyyətləri, fəsadları, müalicə yolları araşdırılırdı. 
1929-cu ildə M.Mirqasımov universitetin tibb fakültəsinin professoru seçilmişdir. 
1930-cu  ildə  universitetin  tibb  fakültəsi  bazasında  Azərbaycan  Tibb 
İnstitutu  açıldı.  Mirəsədulla  Mirqasımov  burada  hospital  cərrahiyyə  kafedrasının 
professoru  və  müdiri  seçilmiş,  uzun  illər  bu  vəzifədə  çalışmışdır.  1933-cü  ildə 
alimin  "Qısaca  ümumi  cərrahiyyə  kursu"  monoqrafiyası  işıq  üzü  gördü.  Əsər 
cərrahlıq sahəsində Azərbaycan dilində yazılmış ilk dərslik kimi qəbul edilmişdir. 
Onun  müəllifi  Azərbaycanda  müasir  tibb  elminin  əsasını  qoyanlardan  biri  kimi 
respublika  rəhbərliyinin  diqqətini  cəlb  etmişdir.  Üç  il  ərzində  Azərbaycan  SSR 
Mərkəzi  İcraiyyə  Komitəsinin  üzvü  kimi  çalışan  M.Mirqasımov  bu  mərkəzi  icra 
hakimiyyəti  orqanının  işini  milli  ruhda  qurmağa  çalışırdı.  O  dövrdə  mövcud  olan 
şərait buna imkan vermədi və alim yenidən tibbə qayıtdı. 
1934-cü  ildə  Azərbaycan  SSR  əməkdar  elm  xadimi  fəxri  adına  layiq 
görülmüş  Mirəsədulla  Mirqasımov  Azərbaycanda  milli  tibb  kadrlarının 
hazırlanmasında  böyük  rol  oynamışdır.  Onun  köməkliyi  ilə  minlərlə  azərbaycanlı 
gənc  tibb  fakültələrinə  qəbul  edilir,  həkim  kimi  fəaliyyət  göstərir,  on  istedadlıları 
isə tibb elmi ilə məşğul olurdular. 
1941-ci ildə faşist Almaniyası Sovet İttifaqına hücum edəndə alimin artıq 
58  yaşı  var  idi.  Yaşını  və  tutduğu  vəzifələri,  topladığı  təcrübəsini  nəzərə  alaraq 
Bakı hospitallarından birində cərrah kimi fəaliyyətinə imkan yaradılır. 1941-ci ildə 
o, "Ölkənin müdafiəsində cərrahiyyənin rolu" adlı kitab çap etdirir. Burada müəllif 
ilkin tibbi yardımın yaralının həyatının xilas edilməsində böyük rolunu qeyd edirdi. 
Müharibənin  qalibiyyətlə  qurtaracağını  və  Azərbaycan  elminin  inkişaf 
səviyyəsini  nəzərə  alan  SSRİ  rəhbərliyi  respublikada  Elmlər  Akademiyası 
yaratmağa  icazə  verir.  1945-ci  ildə  Mirəsədulla  Mirqasımov  Azərbaycan  Elmlər 
Akademiyasının  akademiki  və  Azərbaycan  SSR  Elmlər  Akademiyasının  ilk 
prezidenti seçilir. 
Azərbaycanda  elmi  təfəkkürün  mərkəzi  olan  Elmlər  Akademiyasının 
yaradılması böyük hadisə idi. Yaradılanda onun tərkibində 4 şöbə var idi: neft və 
geokimya elmləri, neft və fizika-texniki elmlər, bioloji və kənd təsərrüfatı elmləri, 
ictimai  elmlər.  Onların  tabeliyində  16  institut,  2  bölmə,  2  muzey,  mərkəzi 
akademik kitabxana və s. qurumlar fəaliyyət göstərirdi. Elmlər Akademiyasının ilk 
ümumi  yığıncağı  1945-ci  il  martın  31-də  keçirildi  və  həmin  gün  Azərbaycan 
Elmlər  Akademiyasının  yaranma  tarixi  hesab  edilir.  Azərbaycanda  milli  Elmlər 

307 
 
Azərbaycan vokal sənətinin inkişafında Bülbülün yaradıcılığı mühüm 
rol  oynamışdır.  Geniş  səs  imkanlarına  malik  olan  Bülbülün 
ifaçılığında  milli  vokal  üslubu  ilə  italyan  vokal  məktəbi  ənənələri 
üzvi  şəkildə  birləşmişdir.  Azərbaycan,  Qərbi  Avropa  və  rus  
bəstəkarlarının opera tamaşalarında  bülbül əsas partiyaları ifa  etmiş, 
Azərbaycan  opera  sənətinin  inkişafına  yeni  təkan  vermişdir. 
Azərbaycan 
bəstəkarlarının 
kamera-vokal 
əsərlərinin 
populyarlaşmasında Bülbülün xüsusi rolu var. Bülbülün təşəbbüsü və 
rəhbərliyi  ilə  Azərbaycan  Dövlət    Konservatoriyası  nəzdində  xalq  
musiqisini öyrənən elmi-tədqiqat  kabineti yaradılmışdır.  
Bülbülün  Azərbaycan  opera  müğənnisi,  lirik-dramatik 
tenor,  xanəndə,  musiqi  folkloru  tədqiqatçısı,  Azərbaycan  peşəkar  
vokal  məktəbinin  banisi  kimi  Azərbaycan  tarixində  özünəməxsus 
yeri var.  
Akademiyasının  yaradılması  elmi  tədqiqatların  inkişafı  və  dərinləşdirilməsi  üçün 
yeni-yeni imkanlar açır, elmin nailiyyətlərini respublikanın inkişafında daha geniş 
tətbiq etməyə imkan verirdi. Fəaliyyətə başlayanda akademiyanın 15 həqiqi üzvü, 
1975-ci  ildə  isə  49  həqiqi  üzvü  və  41  müxbir  üzvü  var  idi.  Azərbaycan  alimləri 
həm sovet, həm də ümumbəşəri elmin inkişafına layiqli töhfələr vermişlər. 
Tibbi  araşdırmalara  bilavasitə  rəhbərlik  edən  M.Mirqasımov  insan  və 
heyvan  fiziologiyası,  bioloji  vacib  olan  birləşmələrin  strukturu,  fiziki  quruluşu  və 
kimyəvi tərkibi istiqamətində alimlər yetişdirirdi. 
1955-ci  ildən  Beynəlxalq  Cərrahlar  Assosiasiyasının  həqiqi  üzvü  seçilən 
Mirəsədulla  Mirqasımov  qarın  yatalağı  xəstəliyi  sahəsində  tədqiqatlar  aparırdı. 
1957-1959-cu  iIlərdə  onun  "Qarın  yatalağının  cərrahiyyəsi"  adlı  kitabının  1-ci  və 
2-ci cildləri nəşr edildi. Tibb elmində böyük rezonans doğurmuş əsər bu təhlükəli 
xəstəliyin  cərrahi  yolla  müalicəsindən  başqa,  ümumilikdə  aradan  qaldırılması 
istiqamətində kompleks tədbirləri də işıqlandırırdı. 
Akademik Mirəsədulla Mirqasımovun geniş və çoxcəhətli fəaliyyəti Lenin 
ordeni,  2  Qırmızı  Əmək  Bayrağı  ordeni,  Qırmızı  Ulduz  ordeni  və  medalla 
qiymətləndirilib. 
Mirəsədulla  Mirqasımov  1958-ci  ildə  Bakıda  vəfat  edib  və  Fəxri 
xiyabanda dəfn olunub. 
 
     Bülbül  
(1897-1961) 
Bülbül  (Murtuza  Məşədi  Rza  oğlu  Məmmədov) 
1897-ci  ildə  Şuşada  anadan  olub.  Azərbaycan  musiqisinin  on  görkəmli 
nümayəndələrini  yetirmiş  Şuşada  böyüyüb  boya-başa  çatmış  Murtuza  artıq  kiçik 
yaşlarından "Bülbül" deyə çağırılırdı; xalq ona bu adı məharətli zəngulələrinə görə 

308 
 
vermişdi.  Gənc  Bülbül  də  operada  öz  qüvvəsini  sınamaq  qərarına  gəlir.  O  bir 
müddət  həvəskar  teatr  tamaşalarında  iştirak  edəndən  sonra  peşəkar  səhnəyə  ayaq 
basır. 
Bülbülün  peşəkar  teatr  səhnəsində  ilk  çıxışı  M.Əmirovun  1916-cı  ildə 
Gəncədə  tamaşaya  qoyulmuş  "Seyfəlmülk"  operası  ilə  bağlıdır.  Böyük  uğur 
qazanmış  tamaşa  hamını  gənc  xanəndə  barədə  danışmağa  vadar  edir.  Üzeyir  bəy 
Hacıbəyli ilə tanışlıq isə Bülbülün müğənni həyatında dönüş yaradır. 1920-ci ildə 
Azərbaycan  Opera  və  Balet  Teatrının  solisti  Bülbül  Ü.Hacıbəylinin  "Leyli  və 
Məcnun", "Əsli və Kərəm", Z.Hacıbəyovun "Aşıq Qərib" operalarında İbn Salam, 
Kərəm, Qərib rollarını oynayır. 
Ü.Hacıbəylinin  məsləhəti  ilə  Bakı  konservatoriyasına  (sonralar  - 
Azərbaycan  Dövlət  Konservatoriyası)  daxil  olan  Bülbül  məşhur  musiqişünaslar 
A.Drozdo-Polyayev  və  N.Speranskinin  sinfində  təhsil  almış,  1927-ci  ildə 
konservatoriyanı  müvəffəqiyyətlə  bitirmişdir.  Vokal  texnikasını  daha  da 
təkmilləşdirmək  üçün  Bülbül  dövlət  tərəfindən  Milana,  məşhur  La-Skala  teatr  və 
musiqi  məktəbinə  göndərilmişdir.  1931-ci  ilədək  o  burada  Delliponti  və 
P.Qranidən  dərs  almışdır.  Azərbaycana  qayıtdıqdan  sonra  Bülbül  Azərbaycan 
Opera  və  Balet  Teatrında  opera  tamaşalarında  oynamaqla  bərabər,  Azərbaycan 
Dövlət Konservatoriyasında dərs demişdir. 
Bülbülün yaradıcılığı Azərbaycan vokal sənətinin inkişafında nıühüm rol 
oynamışdır.  Geniş  səs  imkanlarına  malik  olan  Bülbülün  ifaçılığında  milli  vokal 
üslubu ilə italyan vokal məktəbi ənənələri üzvi şəkildə birləşmişdi. 
Azərbaycan  operasında  lirik-dramatik  terror kimi tanınan  Bülbülün  geniş 
diapazonlu,  gözəl,  məlahətli,  axıcı  səsi,  həmçinin  ifaçı-aktyor  istedadı 
Azərbaycanın  sərhədlərindən kənarda  belə yüksək qiymətləndirilirdi.  O, SSRİ-nin 
bir  çox  bölgələrində  qastrollarda  olmuş,  Moskva  və  Leninqradın  ən  məşhur 
səhnələrində tamaşalar vermişdir. Mütəxəssislər qeyd edirdilər ki, müğənni həm də 
böyük aktyorluq istedadına malikdir. 
Ü.Hacıbəylinin  "Koroğlu"  operasında  Bülbülün  yaratdığı  Koroğlu  obrazı 
Bülbülün opera yaradıcılığının zirvəsi sayılır. O, romantik ruhlu xalq qəhrəmanının 
daxili  aləmini  hərtərəfli  aça  bilmişdir.  Bülbülün  ifasında  Koroğlu  partiyası 
Azərbaycan  musiqili  teatrı  tarixində  mühüm  bir  mərhələdir.  Opera  Azərbaycanın 
hüdudlarından  kənarda  da  böyük  rəğbətlə  qarşılanmışdır.  Bülbül  bir  çox  digər 
operalarda  da  əsas  partiyaları  ifa  etmişdir.  Belə  ki,  o,  Ü.Hacıbəylinin  "Arşın  mal 
alan" 
operasında 
Əsgər, 
R.Qliyerin 
"Şahsənəm" 
operasında 
Qərib, 
M.Maqomayevin 
"Nərgiz" 
operasında 
Əlyar,  Ə.Bədəlbəylinin  "Nizami" 
operasında Nizami,  Niyazinin "Xosrov və Şirin" operasında Fərhad, Q.Qarayevin 
və  C.Hacıyevin  "Vətən"  operasında  Aslan  obrazlarını  məharətlə  yaratmış,  onların 

309 
 
partiyalarını böyük ustalıqla ifa etmişdir. 1938-ci ildə SSRİ xalq artisti adına layiq 
görülən Bülbülə 1940-cı ildə professor adı verilir. 
II Dünya müharibəsi sona çatandan sonra Bülbül bir çox xarici ölkələrdə 
qastrollarda  olmuş,  Azərbaycan  musiqisinin  nailiyyətlərini  təbliğ  etmişdir. 
Bülbülün  repertuarında  Qərbi  Avropa  və  rus  klassiklərinin  əsərləri  də  var  idi.  O, 
J.Bizenin  "Karmen",  C.Verdinin  "Riqoletto",  J.Masnenin  "Verner",  C.Puççininin 
"Toska",  N.A.Rimski-Korsakovun  "May  gecəsi",  S.V.Raxmaninovun  "Aleko" 
operalarında əsas partiyaları ifa etmişdir. 
Bülbül  Azərbaycan  xalq  mahnılarının,  təsniflərin  əvəzsiz  ifaçısı 
olmuşdur. Onun ifa etdiyi "Süsən sünbül", "Yaxan düymələ", "Qara gözlər", "Çal-
oyna",  "Segah"  və  s.  təsnifləri  xalq  tərəfındən  hər  zaman  sevilmiş,  rəğbətlə 
qarşılanmışdır. 
Azərbaycan  bəstəkarlarının  kamera-vokal  əsərlərinin  populyarlaşmasında 
Bülbülün  xüsusi  rolu  var.  O,  A.Zeynallının  "Ölkəm",  Ü.Hacıbəylinin  "Sənsiz", 
"Sevgili canan" romanslannın ilk ifaçısı olmuş  və zəngin boyalarla təkrarolunmaz 
musiqi  obrazları  yaratmışdır.  İndiyədək  həmin  romanslardan  söz  düşəndə  həmişə 
onların ilk ifaçısı yada düşür. 
1950-ci ildə Bülbül SSRİ Dövlət mükafatına layiq görülmüşdür. 
Bununla  belə,  Bülbül  yalnız  xanəndə  və  opera  müğənnisi  olmamışdır. 
Musiqi  sahəsində  dərin  elmi  biliklərə  malik  olan  Bülbül  Azərbaycan  milli  vokal 
məktəbi  ənənələrinin  tədqiqi,  rus  və  Avropa  opera  mədəniyyəti  ilə  bu  ənənələrin 
sintezi və s. vacib musiqişünaslıq məsələlərinə aid bir çox əsərin müəllifidir. 
Vətənpərvərliyi  ilə  seçilən  Bülbül  hələ  1932-ci  ildə  Azərbaycan  xalq 
musiqisini öyrənməyi və təbliğ etməyi təklif etmişdir. Xatırlamaq  yerinə düşər ki, 
o  dövrdə  Azərbaycanda  qurulmuş  mürtəce  rejim  milli  ənənələrin,  milli 
xüsusiyyətlərin qabardılmasına qarşı çıxır, bu istiqamətdə iş görənləri isə "millətçi" 
damğası  ilə  təqib  edir  və  repressiyalara  məruz  qoyurdu.  Azərbaycanın  xalq 
musiqisinin  az  qala  qadağan  edildiyi  bir  dövrdə,  saz,  tar,  kamança  kimi  musiqi 
alətlərinin  ləğv  edilməsi  kampaniyasının  aparıldığı  bir  şəraitdə  xalq  musiqisini 
öyrənməyi  təklif  etmək  insandan  böyük  cəsarət  tələb  edirdi.  Vətən  eşqi,  öz 
xalqının  adət-ənənələrinə,  zəngin  mədəni  irsinə  olan  dərin  hörməti  Bülbülə  bu 
cəsarəti  vermişdir.  Çox  çək-çevirdən  sonra  onun  təşəbbüsü,  nəhayət  ki,  qəbul 
edilmişdir. 
Azərbaycan  ziyalılarının  dəstəyinə  arxalanan  Bülbülün  rəhbərliyi  ilə 
Azərbaycan  Dövlət  Konservatoriyası  nəzdində  xalq  musiqisini  öyrənən  elmi-
tədqiqat  kabineti  yaradılmışdır.  1945-ci  ildə  kabinet  Azərbaycan  SSR  Elmlər 
Akademiyası  İncəsənət  İnstitutuna  verilmiş,  onun  nəzdində  fəaliyyəti  davam 
etdirilmişdir.  Kabinet  1938-ci  ildə  Bülbülün  redaktəsi  ilə  "50  Azərbaycan  el 

310 
 
XX əsr Azərbaycan  ədəbiyyatı tarixində çətin elə bir  
şair    tapılar    ki,  vətənpərvərlik,  beynəlmiləlçilik, 
humanizm, yüksək xəlqilik və şeriyyət, həyat həqiqəti 
və  romantik  arzuları  Səməd  Vurğun  səviyyəsində 
birləşdirməyə nail olsun. 
Azərbacan  tarixində  Səməd  Vurğun  (Səməd  Yusif  
oğlu  Vəkilov)  görkəmli  şair,  alim  və  ictimai  xadim 
kimi daxil olub.  
mahnısı"  və  1956,  1958-cı  illərdə  "Azərbaycan  xalq  mahnıları"  adlı  topluları  çap 
etdirilmişdir. 
Dövlət  tərəfindən  2  dəfə  Lenin  ordeni,  2  Qırmızı  Əmək  Bayrağı  ordeni, 
"Şərəf  nişanı"  ordeni,  İtaliyanın  Qaribaldi  ordeni  və  medallarla  təltif  edilən 
Bülbülün  on  böyük  qazancı  xalqın  ona  və  onun  sənətinə  olan  sevgisi,  bütün 
dünyada musiqişünasların, opera xadimlərinin böyük hörməti olmuşdur. 
Bülbül  1961-ci  ildə  Bakıda  vəfat  etmiş  və  Fəxri  xiyabanda  dəfn 
olunmuşdur.  Onun  vətəni,  Azərbaycanın  musiqi  beşiyi  Şuşa  şəhəri  hal-hazırda 
erməni işğalçılarının əlindədir. 
 
Səməd Vurğun  
     (1906-1956) 
Səməd  Yusif  oğlu  Vəkilov  1906-cı  ildə  Qazax 
rayonunun  Yuxarı  Salahlı  kəndində  anadan  olub.  İlk 
təhsilini  kənddə  aldıqdan  sonra  1918-ci  ildə  Qazax 
müəllimlər seminariyasına daxil olmuşdur. 1924-cü ildə 
seminariyanı  bitirən  Səməd  əvvəlcə  Qazax,  sonra  Quba,  daha  sonra  isə  Gəncədə 
müəllimlik etmişdir. Elə bu dövrdə o, ilk şeirlərini yazmağa başlamışdır. "Vurğun" 
təxəllüsü  ilə  yazdığı  ilk  şeirlərində  küskünlüklə  yanaşı,  təbiətə  hədsiz  aludəçilik, 
vurğunluq  vardı.  Məhəbbət  lirikası  S.Vurğun  yaradıcılığının  bu  dövrü  üçün  daha 
xarakterik  idi.  O,  1924-cü  ildən  etibarən  ilk  şeirlərini  dərc  etdirməyə  başlayır. 
Səməd Vurğunun ilk şeirləri xalq tərəfindən rəğbətlə qarşılansa da, onun bu şeirləri 
yalnız 1957-ci ildə toplanaraq ayrıca kitab şəklində dərc olunmuşdur. Həmin kitab 
"Çiçək" adlanır. 
Çox  keçmir  ki,  Səməd  Vurğun  yaradıcılığında  ictimai,  siyasi  mövzulara 
da yer ayırır. Səməd Vurğun artıq 1927-ci ildə "Hazır olunuz" və "Oktyabr", 1928-
ci  ildə  "Andım",  "İrəli",  "İngilis",  1929-cu  ildə  "Uzaqlara  doğru",  1930-cu  ildə 
"Raport",  1931-ci  ildə  "Ölən  şeirlərim"  kimi  ictimaiyyətin  diqqətini  cəlb  edən 
şeirlər yazmışdır. Bu dövrdə təhsilini davam etdirən şair 1929 - 1931-ci illərdə II 

311 
 
Moskva  Dövlət  Universitetində,  sonra  isə  1931  -  1933-cü  illərdə  V.İ.Lenin  adına 
Azərbaycan Pedaqoji İnstitutunun aspiranturasında oxumuşdur. 
1930 - 1934-cü illərdə çap olunmuş "Şairin andı" (1930), "Fənər" (1932), 
"Könül  dəftəri"  (1934)  kitablarında  toplanmış  şeirlər  şairin  yeni  həyat 
quruculuğuna səmimi-qəlbdən inanmasını, onun bədii təfəkkürünün ictimai-siyasi 
hadisələrə kökləndiyini göstərir. 
1934-cü ildə Səməd Vurğun Azərbaycan Sovet Yazıçılar İttifaqının məsul 
katibi  vəzifəsinə  seçilir  və  bu  vəzifədə  1937-ci  ilədək  fəaliyyət  göstərir.  Şairin 
həyatında  bu  illər  ən  ağır  dövrlərdən  biri  idi.  Siyasi  rəhbərlik  ədəbiyyat  işçilərinə 
təzyiq  göstərməyi,  "partiya  və  hökumətə"  lazım  olan  əsərlər  yazmağı  tələb  edir, 
incəqəlbli  şair  isə  insanları  sındırmağı  bacarmır  və  istəmirdi.  Stalinin  repressiya 
maşını işə düşdükcə şarin gözləri önündə neçə-neçə şair və yazıçı dostu həbs edilir 
və  birdəfəlik  yoxa  çıxırdı.  Daxili  iztirablar  keçirən  şair  üzdə  bunu  göstərmir, 
əvvəlki  kimi  ictimai-siyasi  şeirlər  yazırdı.  Onun  1934-cü  ildə  yazdığı  "Ölüm 
kürsüsü"  adlı  poeması  bolqar  kommunisti  G.Dimitrov  üzərində  Almaniyada 
keçirilmiş  məhkəməyə  və  onun  şərlənməsinə  həsr  olunsa  da,  əslində  Səməd 
Vurğunun  gözləri  önündə  baş  verən  hadisələri  əks  etdirirdi.  Faşizmin 
məğlubiyyətinə  inamını  bildirən  şair  sanki  bütün  repressiv  quruluşların,  o 
cümlədən  də  sovet  quruluşunun  məhvə  məhkum  olduğunu  qabaqcadan  xəbər 
verirdi. 
Şairin  1935-ci  ildə  çap  edilən  "Azərbaycan"  şeri,  "26-lar"  və  "Talıstan" 
poemaları,  1937-ci  ildə  işıq  üzü  görən  "On  iki  dekabr"  şeri  və  "Bəsti"  poeması, 
1938-ci  ildə  ictimaiyyətə  təqdim  olunan  "Mavzoley"  şeri  sosialist  quruculuğunun 
lirik-romantik tərənnümü kimi qəbul edilirdi. 
Eyni  zamanda,  Səməd  Vurğun  romantik  qəhrəmanlıq  dramı  janrına  üz 
tutur.  Bu  janr  tarixi  xalq  qəhrəmanlarını  vəsf  etməklə  yanaşı,  xalqın  qəhrəmanlıq 
keçmişindən  söz  açmağa  imkan  yaradırdı.  Milli  xüsusiyyətlərin  qabardılması  ilə 
bağlı hər bir şeyin təqib olunduğu bir dövrdə tarixi qəhrəmanlar barəsində yazmaq 
hünər və ustalıq tələb edirdi. Öz əsərləri ilə xalqın qürur hissini oyatmağa çalışan 
şair  həm  də  elə  yazmalı  idi  ki,  onu  pantürkizm  və  digər  "cinayətlərdə" 
günahlandırmasınlar.  Belə  şəraitdə  Səməd  Vurğun  1937-ci  ildə  “Vaqif”,  1939-cu 
ildə  "Xanlar",  1941-ci  ildə  "Fərhad  və  Şirin"  poemalarını  yazır.  Bu  əsərlərdə  o, 
qəhrəmanları vəsf etməklə bərabər, xalqın həyatını təsvir edir, onun  mübarizəsini, 
mənəvi qüdrətini göstərirdi. Mənzum faciə səpkisində yazılmış bu tarixi dramlarda 
mütərəqqi şəxslərin azadlıq və istiqlaliyyət, insan səadəti uğrunda mübarizəsi geniş 
bədii-fəlsəfi  ümumiləşdirmələrlə  təsvir  olunmuşdur.  Xalq  və  qəhrəmanların 
vəhdətdə  təsviri  -  Səməd  Vurğunun  tarixi  qəhrəmanlıq  dramlarının  mühüm 
cəhətlərindəndir. Poemalarına görə şair 1941-ci ildə SSRİ Dövlət mükafatına layiq 
görülür. 

312 
 
1941-ci  ildə  faşist  Almaniyası  SSRİ-yə  hücum  edəndə  SSRİ-nin 
tərkibində  olan  Azərbaycanın  minlərlə  oğul  və  qızları  faşizmlə  mübarizəyə 
yollanır. Azərbaycanlılar həm arxa, həm də ön cəbhədə hünər göstərirdilər. Onlara 
mənəvi  dəstək  olmaq  üçün  Azərbaycan  mədəniyyət  xadimləri  əllərindən  gələni 
əsirgəmirdilər.  Onların  səylərini  birləşdirmək  və  istiqamətləndirmək  Azərbaycan 
Sovet Yazıçılar İttifaqına həvalə olunmuşdu. Bu qurumun üzərinə düşən vəzifələri 
böyük  məsuliyyətlə olduqca işgüzar və vətənpərvər sənətkar yerinə  yetirə bilərdi. 
Odur ki, Səməd Vurğun ittifaqa sədr təyin olunur. Faktik olaraq müharibə illərində 
bütün  Azərbaycan  mədəniyyətinin  inkişaf  istiqamətlərinin  müəyyən  edilməsi  və 
onların  həyata  keçirilməsi  ilk  növbədə  görkəmli  şairimizin  adı  ilə  bağlıdır. 
Yüzlərcə konsert briqadaları təşkil edilərək cəbhələrə göndərilirdi. Onlar ön xətdə 
dayanan  hissələrdə,  hospitallarda,  cəbhə  üçün  işləyən  müəssisələrdə  mədəni 
tədbirlərlə çıxış edirdilər. 
Səməd  Vurğun  sovet  qoşunlarının  İrana  yeridilməsindən  istifadə  edərək 
Azərbaycanın  o  dövrkü  rəhbəri  Mir  Cəfər  Bağırovun  tapşırığı  ilə  Cənubi 
Azərbaycanda təbliğat işlərini təşkil edir, milli oyanışa, milli tarix və mədəniyyətə 
qayıdışa can atırdı. Parçalanmış Azərbaycanın birləşməsini ürəkdən arzulayan şair 
Cənubi  Azərbaycanda  milli  dildə  məktəb  və  qəzetlərin  açılmasında,  Təbriz 
Universitetinin  yaradılmasında,  milli  ədəbiyyat  və  incəsənətin  formalaşmasında 
Arazdan cənubda yaşayan azərbaycanlılara əlindən gələn köməkliyi göstərmişdir. 
Təşkilati işlərlə bərabər, şair yaradıcılığını da davam etdirir. Onun "Vətən 
keşiyində",  "Ananın  öyüdü",  "Moskva",  "Şəfqət  bacısı",  "Qəhrəmanın  hünəri", 
"Qızxanımın  hünəri",  "Səadət  uğrunda",  "Ukrayna  partizanlarına",  "Mənə  belə 
söyləyirlər" kimi şeirləri qələbəyə inam ruhu ilə aşılanmışdı. 1944-cü ildə yazdığı 
"Bakının dastanı" poeması xalqımızın arxa cəbhədəki fədakar əməyinin qələbənin 
qazanılmasındakı rolundan söz açırdı. 
Bu  dövrdə  şair  müharibəyə  nifrət  bildirən  fəlsəfi  səpkili  şeirlər  də 
yazmışdır.  Onların  arasında  "Bütün  xalqlar,  qəbilələr  od  içindən  çıxacaqdır", 
"Həyat fəlsəfəsi", "Yanğın,  ürək, gələcəyin toy  bayramı", "Göyərçin", "Dörd  söz" 
kimi  şeirlər  həyatın ölüm  üzərində, xeyirin  şər üzərində, həqiqətin  yalan  üzərində 
qələbəsinə  həsr  edilmişdir.  Keçmişə  qürurla  yanaşaraq  gələcəyə  ümidlə  baxmağı 
tövsiyə  edən  şair  ümumbəşəri  kateqoriyaların  hər  bir  xalqa  şamil  edilməsinin 
vacibliyini bildirir, hər bir xalqın öz müqəddəratını müəyyən etmək hüququnu təbii 
sayırdı.  1945-ci  ildə  yazdığı  "İnsan"  mənzum  romantik-fəlsəfi  dramı  bəşəriyyətə 
müharibələrin necə böyük ziyan vurduğunu göstərirdi. 
Fədakar  əməyinə  görə  1942-ci  ildə  dövlət  mükafatına,  1943-cü  ildə 
"Azərbaycan  SSR  əməkdar  incəsənət  xadimi"  fəxri  adına  layiq  görülən  şair 
A.S.Puşkinin "Yevgeni Onegin", Ş.Rustavelinin "Pələng dərisi geymiş pəhləvan", 
Nizami  Gəncəvinin  "Leyli  və  Məcnun"  poemalarını,  həmçinin  M.Qorki, 

313 
 
T.Şevçenko,  Xaqani,  Cambul  kimi  klassiklərin  əsərlərini  Azərbaycan  dilinə 
çevirmişdir. 
Səməd  Vurğun  Azərbaycan,  rus,  SSRİ  xalqları  və  dünya  ədəbiyyatı 
klassikləri  haqqında,  bədii  yaradıcılıq,  ictimai-siyasi  və  mədəniyyət  məsələlərinə 
həsr olunmuş elmi, ədəbi-tənqidi və publisistik məqalələr yazmağa başlayır. Onun 
1954-cü ildə sovet yazıçılarının II qurultayında  etdiyi "Sovet  poeziyası haqqında" 
məruzəsi  böyük  maraqla  qarşılanır.  Elmi  fəaliyyətinə  görə  fəxri  elmlər  doktoru 
adına  layiq  görülən  şairə  1945-ci  ildə  Azərbaycan  SSR  Elmlər  Akademiyasının 
akademiki adı verilir. 
Müharibədən  sonra  şairin  yazdığı  "Zəncinin  arzuları"  (1948),  "Muğan", 
"Köhnə  dostlar"  (1949),  "Leninin  kitabı"  (1950),  "Aygün"  (1951),  "Zamanın 
bayraqdarı"  (1952  -  1953)  poemaları,  "Avropa  xatirələri"  (1950)  şeirlər  silsiləsi, 
"Şair,  nə  tez qocaldın  sən!"  (1953), "Mən  tələsmirəm"  (1954), "Gödəkçə"  (1955) 
şeirlərində  sülh,  milli-azadlıq,  demokratiya  uğrunda  mübarizə,  gələcəyə  nikbin 
baxış,  insanın  zəka  və  kamalının  qələbəsinə  dərin  inam  səslənir.  Onun  son  əsəri 
hələ 1931-ci ildə qələmə aldığı "Komsomol poeması" (1931 - 1956) olur. 
1954-cü  ildə  Azərbaycan  SSR  Elmlər  Akademiyasının  vitse-prezidenti 
seçilən şair bir çox ictimai təşkilatların üzvü idi. 
Səməd  Vurğun  1956-cı  ildə  Bakıda  vəfat  etmiş  və  Fəxri  xiyabanda  dəfn 
olunmuşdur. 

314 
 
II  Dünya    müharibəsində  sonra    Azərbaycan 
rəssamlığında  bütün  janrlar-  tematik  şəkil,  portret, 
mənzərə  və  s.  nərəzərçarpacaq    dərəcədə  inkişaf  
etmişdir.  Bir  sıra    rəssamlar    öz  yaradcılıq 
axtarışlarını  məhdudlaşdırmadan uğurla  çalşmışlar. 
Belə  rəssamlardan    biri  də  Səttar  Bəhlulzadə 
olmuşdur.  Səttar  Bəhlulzadə  təəssərüfat  rəsamı 
hesab  olunur.  O,  təbiətin  əzngin  boyalarından, 
günün  müxtəlif  çağlarından,  ilin  fəsillərində  aldığı 
təəssərüfatı 
məharətlə 
verə 
bilərik. 
Onun 
mənzərlərində 
poetik 
əhaval-ruhiyyə 
və 
kompozisiya  quruluşu,  işlətdiyi  boyalarda  isə 
kolorit  çox  güclüdür.  
Azərbaycan  tarixinə  Səttar  Bəhlulzadə  qeyri-adi 
istedad    sahibi,  dahi  bir  rəssam  kimi  daxil 
olmuşdur.   
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin