Seçilmiş əsərləri



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə3/33
tarix31.01.2017
ölçüsü2,34 Mb.
#7080
1   2   3   4   5   6   7   8   9   ...   33

 

 
36
HÖVSAN SOĞANI
 
 
(Absurd)
 
 
 
 
     
Zaman – 1990-cı il, avqust ayı, 38 dərəcə isti. 
Məkan – «Bakı-Buzovna» elektrik qatarı. 
 
 
 
 

 
37
 Qatar fit verərək sürətlə gedir. 
 
A r v a d (ürəkdən gülür). Onda... (Gülür.) Onda... Ay səni!.. (Gülür.) Onda mən ölmüşdüm? 
K i ş i (gülə-gülə). Bilmirəm... Deyəsən, yox... Ya ölmüşdün?.. Yadıma gəlmir... Hə... Dedi ki... 
Dedi ki... (Gülməkdən az qala qəşş etsin.) 
A r v a d (uğunub gedir). Yəni... Yəni lap elə dedi? (Gülməkdən az qalır nəfəsi qaralsın.) Vay!.. 
Gör nə deyib e!.. 
K i ş i (uğunur). Hə!.. Hə!.. 
A r v a d (gülməkdən nəfəsi tıncıxa-tıncıxa). Bir az da özündən toqquşdurursan yəqin!.. 
K i ş i. Yox, vallah!.. 
A r v a d. Yoxsa ki, tanımıram səni!.. Köhnə xasiyyətindi. Bəzəyirsən... 
K i ş i. Vallah, yox! 
A r v a d. Çox elə Allaha inanansan!.. (Gülə-gülə.) O elə deyəndə Muxtar da ordaydı? 
U z a q d a n  g ə l ə n  s ə s. Babam 1914-cü ildə Kislovodska istirahətə getmişdi. Bir gün orda 
yadına Hövsan soğanı düşmüşdü. Nökərini göndərmişdi ki, gedib Bakıdan ona bir kisə Hövsan 
soğanı gətirsin. Nökər də gedib Hövsan soğanını gətirmişdi... 
K i ş i. Hansı Muxtar? 
A r v a d. Necə yəni hansı Muxtar? Xalan oğlu də!..  
K i ş i. A-a-a!.. Dayan görüm... Muxtar... Hə, ordaydı. 
A r v a d (gülür). Indi yadına salır o da o sözləri? 
K i ş i. Kim? Muxtar? 
A r v a d. Hə də. 
K i ş i. Əşşi, Allah bilir iyirmi ildi, neçə ildi ölüb gedib Muxtar... 
A r v a d. A-a-a... 
B i r i n c i  s ə r n i ş i n (qatarın pəncərəsindən eşiyə baxır). Buna bax e!.. Başıva dönüm 
sənin, belə  də zibillik olar?! Buna bax e, hər tərəf zibil içindədi!.. Buralar gül-çiçəyindi e, gül-
çiçəyin! Bax, e!.. Bax e, bir!.. 
I k i n c i  s ə r n i ş i n. Baxmıram! 
Ü ç ü n c ü  s ə r n i ş i n. Ay Allah, qurban olum sənə!.. Ilin, ayın bu vaxtında xiyarın kilosu altı 
manata! Altı manat e!.. Köhnə pulla altmış manat! Yüz iyirmini böl altıya... Iki, o da sıfır. Iyirmi! 
Mənim bir aylıq maaşım iyirmi kilo xiyar eləyir. 
  
Qatar fit verir. 
 
B i r i n c i  s ə r n i ş i n. Ona bax e!.. Mazut! Taxta! Kağız! Bax e bir, bax!.. Bax!.. 
I k i n c i  s ə r n i ş i n. Baxmıram! 
Ü ç ü n c ü  s ə r n i ş i n. Həzrət Abbasa and olsun, pamidorun kilosu beş manata! Yemişin 
kilosu dörd manata! Kartof iki manat!.. 
B i r i n c i  s ə r n i ş i n. It ölüsü! Siçovul ölüsü! Qarpız qabığı!.. 
N a d e j d a  K r u p s k a y a. Mən Iliçi sevirdim!.. 
  
Pauza. 
 
A r v a d (gülə-gülə). Səkinəyə danış e, bunu. Səkinəyə! Onun azarı var belə söhbətlərə... 
K i ş i. Səkinə hansıdı? 
A r v a d. A-a-a!.. Sənə nə olub belə? Səkinə də! Bacın! 
K i ş i. Əşşi, Səkinə nə vaxtdı gedib... 
A r v a d. Səkinə? Hara gedib? 

 
38
K i ş i. Haqq dünyasına. Ömrünü bağışlayıb gedib... Qəbrinin yanında... Onun qəbriydi? Hə, də, 
Səiknənin qəbriydi... Qəbrinin yanında bir nar ağacı əkmişdim, o da quruyub... 
A r v a d. Niyə? 
K i ş i. Nə bilim?.. Böyüdü... Yaxşı bir ağac oldu... Elə gül açırdı ki!.. Bir dəfə o qədər nar 
gətirmişdi ki!.. Xırda-xırda, qıpqırmızı... Yaman xəzri  əsdi, hamısını tökdü dibinə... Elə bil 
qıpqırmızı qan ağlamışdı, dibi qıpqırmızı idi... Yaxşı ağac olmuşdu... 
A r v a d. Bəs noldu? 
K i ş i. Vaxt olmadı də... Vaxtında suvarmadıq... Üç-dörd il bundan qabaq getmişdim, gördüm 
quruyub... 
A r v a d. Mənim də qəbrimin yanında bir söyüd əkmişdin... 
K i ş i. Səninkindəydi?  
A r v a d. Hə. Amma özün əkməmişdin, tapşırmışdın, əkmişdilər. 
K i ş i. Hə, yadıma gəlir. O da əntiqə böyümüşdü!.. 
A r v a d. O noldu? 
K i ş i. Vallah, heç bilirəm ki?.. Gərək bir imkan tapım gedim baş çəkim... 
B i r i n c i  s ə r n i ş i n. Ona bax e, velosiped tullayıblar! Köhnə vedrə! Qır tiyanı! Vanna! 
Bax, e!.. 
I k i n c i  s ə r n i ş i n. Baxmıram! 
Ü ç ü n c ü  s ə r n i ş i n. Gilasın kilosu səkkiz manata! Səkkiz, e! Köhnə pulla səksən manat! 
Vay sənin... 
B i r i n c i  s ə r n i ş i n. Vay!.. Vay!.. Vay!.. O qarğa ölüsünə bax e!.. 
I k i n c i  s ə r n i ş i n. Baxmıram. 
A n a s t a s  M i k o y a n. Bakıda mənim adıma ayaqqabı fabriki var! 
 
Qatar fit verir. 
 
K i ş i. Dişlərim yadımdan çıxıb evdə qalıb... Gecə elə necə stəkanın içində suya qoyub 
yatmışam, elə də qalıb... 
N a d e j d a  K r u p s k a y a. Mən Iliçi sevirdim!.. 
A r v a d. Səhər duranda çörək yeməmisən? 
K i ş i. Səhər? Heç yadımdadı ki?.. Səhər duranda gördüm başım ağrıyır. 
U z a q d a n  g ə l ə n  s ə s. Babam nökəri göndərəndən sonra, dözməmişdi, ürəyi o qədər 
Hövsan soğanı istəmişdi ki, nökərin qayıtmağını gözləməmişdi, özü Bakıya getmişdi. Hövsan 
soğanını yeyib təzədən Kislovodska qayıtmışdı. 
A r v a d. Dərman ataydın də. 
K i ş i. Deyəsən atdım. 
A r v a d (gülür). Sən elə əvvəldən canının qədrini bilənsən!.. Nə atdın? 
K i ş i. Nə bilim? Bir-iki dərman keçdi əlimə, heç baxmadım, uddum, getdi... 
N i k i t a  X r u ş ş o v (pıçıltı ilə). S-s-s... (Daha da yavaşdan.) Stalin... (Hiss olunur ki, çox 
ehtiyat edir.) Stalin... Stalin türk şpiyonu idi... 
A r v a d. Ələkbərin qızını verdilər. 
K i ş i. Bizim Ələkbərin? 
A r v a d. Hə. 
K i ş i. Əh!.. Ələkbərin qızının indi, bax, bu boyda nəvəsi var!.. 
A r v a d Məktəbə gedir? 
K i ş i. Heç xəbərim yoxdu... 
A r v a d (yenə gülür). Onda o elə deyəndə... Onda sən Jdanov rayonunda işləyirdin də? 
K i ş i. Müharibə qurtarandan sonraydı də, Irandan qayıtmışdım... Bilmirəm, Jdanovdaydım, ya 
gəlmişdim Bakıya, Kirov rayonuna? Yadıma gəlmir... Amma Irandan qayıtmışdım... 

 
39
A n a s t a s  M i k o y a n. Yaşasın xalqımızın sevimlisi, dostumuz və qardaşımız Nikolay 
Ivanoviç Yejov! Ura, yoldaşlar! 
 
Gurultulu alqışlar. Qatar fit verir. 
 
A r v a d (gülə-gülə). O sözləri Səftərə demisən? 
K i ş i. Səftər ölüb. 
A r v a d. Fərmana? 
K i ş i. Ölüb. 
A r v a d (elə hey gülür). Əminəyə? 
K i ş i. Əşşi, o lap çoxdan ölüb!.. 
A r v a d. Əsədullaya? 
K i ş i. Əsədulla? O kimdi elə? 
M i x a i l  Q o r b a ç o v. Biz düz yoldayıq, yoldaşlar! 
M i x a i l  K a l i n i n. Əyani təbliğatı gücləndirmək lazımdır! 
B ə l ə d ç i (dodaqaltı oxuya-oxuya). 
 
 Küçələrə su səpmişəm... 
 Yar gələndə toz olmasın... 
 
Biletinizi göstərin! Tovarişi! Biletı! 
B i r i n c i  s ə r n i ş i n. O-o-o!.. Lifçik!.. Ona bax e!.. Pakrişka!.. Köhnə çaynik!.. Qarşok!.. Al 
bileti. Vay səni! Köhnə divan!.. Bax e!.. 
I k i n c i  s ə r n i ş i n. Baxmıram. Al bileti. 
Ü ç ü n c ü  s ə r n i ş i n. Bude mənimki, al. Gecə yatım, səhər durmayım, əyər yalan deyirəm, 
həmişə gedib Təzə bazardan toyuq pətənəsinin kilosunu bir manata alırdım! Bu günün işığına kor 
baxım ki, kilosunu yetmiş qəpiyə də almışam! Indi kilosu on dörd manatadı!.. Böl on dördə, neçə 
eləyir? Hə, neçə eləyir? Səkkiz kilo! Mən bir aylıq maaşıma səkkiz kilo pətənə ala bilərəm, 
vəssalam! Day su içməyə də pulum qalmaz!.. 
K i ş i. Mənimki besplatnıdı. 
B ə l ə d ç i. Göstər. 
K i ş i. Al. 
B ə l ə d ç i. Bu nədi, a kişi? Bu, lotereyadı! 
K i ş i. Al. 
B ə l ə d ç i (dodaqaltı oxuya-oxuya). 
 
Küçələrə su səpmişəm... 
Küçələrə su səpmişəm... 
Yar gələndə toz olmasın... 
Yar gələndə toz olmasın... 
 
U z a q d a n  g ə l ə n  s ə s. Nökər gəlmişdi Kislovodska, görmüşdü ki, babam dözməyib, özü 
gedib Bakıya. Nökər Hövsan soğanını da götürüb təzədən qayıtmışdı Bakıya. 
A r v a d. Əsədulla də!.. Sənin dostun yoxuydu, palkovnik!.. 
K i ş i. Yadıma gəlmir... Kərimi deyirsən? 
A r v a d. Kərim yox e, Əsədulla!.. Əsədulla!.. 

 
40
K i ş i. Yadıma gəlmir... Amma Kərim ölüb... Fəti də ölüb... Ibrahim də ölüb... Fatma da... Sona 
da... O biri Ibrahim varıydı e, axsaq, o da ölüb... Dilşad ölüb... Əhməd ölüb... O biri Əhməd də 
ölüb... Soltan da... Fərid də... Fəridin oğlu da... Fazil də ölüb... Canım sənə desin, Fətulla da... 
Yadıva gəlir? Bığı sallanırdı həmişə... Yox, bığı sallanan, Fətulla deyildi, şey idi, Məlik! Məlik də 
ölüb... Bizim o ispalkom varıydı e, müharibə vaxtı  mənə  həmişə tütün gətirirdi, Ismayılov, o da 
ölüb...  Ələsgər də... Brejnev də öldü... Xruşşov da... Andropov da... Kosıgin də... O birisinin adı 
nəyidi?.. Şey.. Bu saat deyəcəyəm!.. Şey... Pelşe!.. Pelşe də ölüb... 
 
Qatar fit verir. 
 
N a d e j d a  K r u p s k a y a. Mən Iliçi sevirdim!.. 
A r v a d. Meynə yaxşı gətirmişdi bu il? 
K i ş i. Hansı meynə? 
A r v a d. Qapının ağzındakı də... 
K i ş i. O çoxdan quruyub gedib... 
B i r i n c i  s ə r n i ş i n. Vay!.. Vay!.. Vay!.. Alə, nəcisə bax e!.. 
I k i n c i  s ə r n i ş i n. Baxmıram. 
Ü ç ü n c ü  s ə r n i ş i n. Bütün qarpızlar zəhərlidi! Yalan deyirəm, bax, bu elektriçkanın 
altında qalım! Qabaq xəstəyə qarpız verirdilər ki, yeyib sağalsın. Indi bütün qarpızların hamısı 
zəhərlidi! Yalandan televizorda deyirlər ki, bütün qarpızları yoxlayırlar, qorxmayın, yeyin! 
Yalançının atasına lənət! Ay yoxladılar a!.. Qurana and olsun, Ətağanın cəddi qənim olsun mənə, 
əyər yalan deyirəm, yeyirsən, öldürür səni! Özü də neçəyə? Kilosu iki manat əlli qəpik!.. 
B i r i n c i  s ə r n i ş i n. O-o-o!.. Eşşək ölüsü! 
I k i n c i  s ə r n i ş i n. Baxmıram. 
A n d r e y  V ı ş i n s k i. Yaşasın Azərbaycan Kommunist bolşeviklər Partiyası!  
  
Gurultulu alqışlar. 
  
 Yaşasın şanlı Bakı proletariatı! 
 
Gurultulu alqışlar. 
 
 Onlar xoşbəxt həyat sürürlər, yoldaşlar! 
 Gurultulu alqışlar. 
 
K i ş i. Lotereyanı qaytardı mənə? 
A r v a d. Bilmirəm... 
K i ş i. Indicə lotereyaydı də, ona verdiyim, hə? 
A r v a d. Mən hardan bilim? Sən bilərsən... Sənin bilmədiyin şey var? 
K i ş i. Yoxsa ki, sən avamsan?! (Gülür.) 
A r v a d (gülür).  Əlbəttə... Avam olmasaydım, başımı tovlayıb gedib Ələşrəfin qızıyla 
eşqibazlıq eləməzdin ki! 
K i ş i. Pa!.. Nə yaxşı yadıma saldın onu! Deyirəm axı, nə vaxtdı ki, nəyi istəyirəm yadıma 
salam!.. Əntiqə komsomolçuydu! 
A r v a d. Ələşrəf? 
K i ş i. Yox, əşşi!.. O xalq düşməniydi!.. Qızı deyirəm.  Əla komsomolçuydu! Bədəni də 
ağappaq, özü də top kimi bərk... 
A r v a d. Adı Firuzəydi, Hüsniyəydi, nəydisə, belə bir şeydi... 
K i ş i. Hə, nəysə, eləydi... Əlaydı!.. 

 
41
A r v a d (gülür). Ay səni!.. Yaman şeysən! Yadına salıb indi sümüklərini qızdırırsan... 
K i ş i (gülür). Hə. 
U z a q d a n  g ə l ə n  s ə s. Nökər gəlib Bakıda görmüşdü ki, babam qayıdıb Kislovodska. 
Təzədən Hövsan soğanıyla dolu həmin kisəni belinə şəlləyib yola düşmüşdü Kislovodska. 
B ə l ə d ç i (dodaqaltı oxuya-oxuya). 
 
Küçələrə su səpmişəm... 
 
Ancaq mənim fikrimcə iyirmi səkkizinci qurultay əldə-qayırma bir şeydi. Ona tarixi qurultay 
demək olmaz! 
 
Yar gələndə toz olmasın... 
 
Heç cürə tarixi qurultay demək olmaz! 
B i r i n c i  s ə r n i ş i n. Yumurta qabığı!.. Vay, özü də gör nə  qədər!.. Pomidor yeşiyi!.. 
Köhnə ayaqqabı!.. Bir-iki-üç-dörd-beş-altı-yeddi... Gör nə qədər!.. Bax e!.. 
I k i n c i  s ə r n i ş i n. Baxmıram. 
B i r i n c i  s ə r n i ş i n. Vay!.. Vay!.. Vay!.. Andropovun şəkli!.. SSRI-nin bayrağı!.. Suslov!.. 
Pay atonnan!.. Alə, gör nə qədər Brejnev var e!.. Alə, bir bax e!.. 
I k i n c i  s ə r n i ş i n. Baxmıram! 
Ü ç ü n c ü  s ə r n i ş i n. Anamın qəbri haqqı, yediyim çörək mənə haram olsun, əyər yalan 
deyirəm, çiyələk də hamısı zəhərdi! Indi uşağa çiyələk verirsən, yeyib ölür! 
N a d e j d a  K r u p s k a y a. Mən Iliçi sevirdim!.. 
Ü ç ü n c ü  s ə r n i ş i n. Ət talonnan!.. Yağ talonnan!.. Qurbağa talonnan!.. 
N a d e j d a  K r u p s k a y a. Mən Iliçi sevirdim!.. 
A r v a d (gülür). Onda bəs sənə elə deyəndə, sən nə dedin? 
K i ş i. Mən? Bəs bayaq demədim sənə? 
A r v a d. Yox... 
K i ş i (uğunub gedir). Dedim ki... Dedim ki... 
 
Qatar fit verir. 
 
U z a q d a n  g ə l ə n  s ə s. Kislovodskda yağışlar başlamışdı. Babam darıxmışdı. Tapşırmışdı, 
pal-paltarını yığışdırmışdılar, çamadanlarını qablamışdılar, qayıdıb çıxıb getmişdi Bakıda evlərinə.  
A r v a d (gülə-gülə). Əntiqə demisən e!.. 
K i ş i (uğuna-uğuna). Hə!.. 
A r v a d. Əlisəttara da bir dəfə bir şillə vurdun e?! 
K i ş i. Əlisəttar? 
A r v a d. Onda sənin mavinin idi... 
K i ş i. Hə-hə!.. Mən ona şillə vurdum? 
A r v a d. Bəs kim? 
K i ş i. Deyəsən, axı, o mənə şillə vurdu? 
A r v a d. Bilmirəm... 
B i r i n c i  s ə r n i ş i n. Alə, bax e!.. Vay!.. Vay!.. Vay!.. Cin!.. Şeytan!.. Qülyabanı!.. 
I k i n c i  s ə r n i ş i n. Baxmıram. 
B i r i n c i  s ə r n i ş i n. Div!.. Ifritə!.. 
I k i n c i  s ə r n i ş i n. Baxmıram! 
Ü ç ü n c ü  s ə r n i ş i n. Əldə də yağın kilosu on beş manatadı!.. Yalan deyirəm, bax, bu 
elektriçka üstümdən keçsin!.. 

 
42
B ə l ə d ç i. Az qalıb a, az qalıb Buzovnaya!  
 
Yar gələndə toz olmasın... 
 
U z a q d a n  g ə l ə n  s ə s (tələsik). Nökər gəlmişdi Kislovodska, görmüşdü ki, babam köçüb 
gedib Bakıya. O bir kisə Hövsan soğanı ki varıydı, onu götürüb təzədən dönmüşdü geri. 
K i ş i (tələsik). Qaytardı mənim lotereyamı? 
A r v a d. Bilmirəm. 
K i ş i. Qoy bir baxım... 
U z a q d a n  g ə l ə n  s ə s (tələsik). Nökər Bakıda baxıb görmüşdü ki, həmin bir kisə Hövsan 
soğanı xarab olub!.. Çürüyüb!.. 
N a d e j d a  K r u p s k a y a. Mən Iliçi sevirdim!.. 
Ü ç ü n c ü  s ə r n i ş i n (tələsik). Çolpanın biri bazarda iki manataydı! Ikisini üç manata da 
almışam! Əlinin qılıncı belimi vursun, yalan deyirəmsə! Indi biri iyirmi manatadı! Köhnə pulla iki 
yüz manata! Altı, o da sıfır. Mən maaşıma altı dənə çolpa ala bilərəm! Vəssalam! Day gərək çörək 
də yeməyim, su da içməyim! 
B i r i n c i  s ə r n i ş i n (qışqıra-qışqıra). Alə, mən burda qaldım ki!.. Mən qaldım bu zibilliyin 
içində ki!.. Mənə bax! Getmə!.. 
I k i n c i  s ə r n i ş i n. Baxmıram. 
U z a q d a n  g ə l ə n  s ə s (tələsik). Babam tüpürüb nökərin sifətinə. Deyib, maymaq oğlu, 
maymaq! 
K i ş i (həyəcanla). Hanı bəs? Hanı lotereyam? 
B i r i n c i  s ə r n i ş i n (qışqıra-qışqıra). Getmə!.. Getmə!.. Mənə bax!.. 
I k i n c i  s ə r n i ş i n. Baxmıram! 
M i x a i l Q o r b a ç o v (tələsik). Biz düz yoldayıq, yoldaşlar! 
K a r l  M a r k s (tələsik). Bütün ölkələrin proletarları, birləşin! 
B ə l ə d ç i (dodaqaltı tələsik oxuya-oxuya). 
 
Küçələrə su səpmişəm... 
Küçələrə su səpmişəm... 
Yar gələndə toz olmasın... 
Yar gələndə toz olmasın... 
  
Qatar fit verə-verə gedir.  
 
Avqust 1990,  
Zuğulba. 
 
 
 
 
 

 
43
XÜSUSI  SIFARIŞ  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Zaman – 1990 və 2005-ci illərin avqust ayı. 
Məkan– Bakı şəhəri. 
 
 
 
 
 

 
44
Otaq bomboşdur. 
 
Birinci kişi  (qapını açıb, otağa girir). Olar? Heç kim yoxdu ki... Pəh! Pəh! Pəh! Bu nə 
qiyamətdi! Bu nə aləmdi, a kişi?! (Əlində portfel, otağın ortasında dayanıb heyran-heyran hər tərəfi 
nəzərdən keçirir.) Elə bil, qızıldan düzəldiblər buranın divarlarını!.. Mən hələ ömrümdə belə  şey 
görməmişəm!.. Istəyəndə düzəldirlər də!..  Əcəb Qonaq Evidi!.. Mən axmaq da, həmişə Bakıya 
gələndə gedib səfeh mehmanxanalara düşürəm... Sağ olsun o süpürgəçi qarı! Yaşasın! Yaxşı 
göndərdi məni bura! Pulu da elə mehmanxana kimidi də, amma gör nə aləmdi!.. Maşallah!.. 
Televizora bax e!.. (Gəlib az qala divar boyu böyük ekranın qabağında dayanır.)  Gör nə  qədər 
düyməsi var!.. Yaponların işidi bu!.. Bəs qonşum hanı? Aşağıda dedilər axı, bir adam da var burda... 
(Qulaq asır.) Vannadadı deyəsən... (Yenə ətrafa nəzər salır.) Vay səni!.. Vallah, mən doğrudan belə 
şey görməmişəm! Elə bil, otaq deyil, təyyarəçinin kabinəsidi! Bunlar nədi belə? (Yaxınlaşıb diqqətlə 
divardakı cürbəcür düymələrə, işarələrə baxır.) Gör də!.. Səhərdən axşamacan hambal kimi işlə ki
işləyirəm, ona görə  də dünyadan xəbərim yoxdu!.. Gör Bakıda necə Qonaq Evi var!.. Mən elə 
bilirdim Qonaq Evində  təkcə sekanın işçiləri qalır... Vallah, deyəsən, doğrudan-doğruya 
demokratiya başlayır... Mən hara, belə Qonaq Evi hara? Özü də ki, ucuz!.. Bu nədi belə? Mizdi? 
Yəqin mizdi də...  (Portfelini qaldırıb mizin üstünə qoyur.) Eh!.. Ömür keçir gedir, amma bir gün 
görmədik bu dünyada... Əşşi, mənimki heç... Təki bunların canı sağ olsun!.. Təki bunlar xoşbəxt 
olsun!.. Mənim payıma düşən bu dünyada, bunların payına düşməsin!..  (Portfelindən iki fotoşəkil 
çıxarır.) Bu Gülüş!.. Bu da Könül!.. Deyir ki, (yamsılayır) – «Papa, şəklimizi götürmüsən özünlə?» 
– Əlbəttə, götürmüşəm! Beş gün qalacam burda, bəs sizin, heç olmasa, şəklinizi görməyim? Ürəyim 
partlar ki!.. Əşşi,  şeytanın biridi! Guya, bilmir bunları? Elə bildiyi üçün naz eləyir də, mamaşka, 
nazlanır. Gülüş  də eləcə!.. Nə isə, xoşbəxt olsunlar! (Fotoşəkilləri mizin üstünə qoyur. Sonra 
portfelindən kağız bağlama çıxarır və açır.)  Bu çörək, bu pamidor, bu yumurta, bu da pendir... 
Vəssalam də!.. Sənə day nə lazımdı, ay zalım? (Yenə otağı nəzərdən keçirir.) Düzdü, belə qiyamət 
yerdə bir yüz qram da vurmaq olardı ceyran südündən, amma eybi yox... Qalsın gələn dəfəyə. Gələn 
dəfə də gəlib bura düşəcəyəm. Gülüş deyir ki, (yamsılayır) – «Papa, neynirsən bunları götürürsən 
özünlə, Bakıda yoxdu bəyəm?» – Var, niyə yoxdu?.. Uşaq nə bilir ki, Bakıda girirsən restorana, bir 
tikə çörək yeyirsən, on beş manat! Bufet də onun tayı! Uşaqdılar da, day demirlər ki, papa gəlib 
burda hər dəfə yeyəndə on beş manat versə, onda bəs siz nə yeyəcəksiz? 
 
Ikinci kişi yan tərəfdəki qapıdan içəri girir və əlindəki ağ qubkayabənzər bir şeyi üzünə, başına toxundura-
toxundura otaqdakı Birinci kişini görür və gizlədə bilmədiyi bir təəccüb, hətta, heyrətlə ona baxır. 
 
Birinci kişi. Salam. 
Ikinci kişi. Nə? 
Birinci kişi. Deyirəm, salam! 
Ikinci kişi. Hə? Hə... Salam... 
Birinci kişi (öz-özünə). Bu necə adamdı belə?.. (Bərkdən) Qonşu olacağıq sizinlə... (Get-gedə 
artan bir heyrətlə Birinci kişinin qəribə geyiminə, qəribə sifətinə baxır.) 
Ikinci kişi (heyrətlə). Bu nədi belə? Doğruçu saçınızdı?!. 
Birinci kişi (pərt). Doğruçu olmayanda, parik qoyacağam? 
Ikinci kişi (eyni heyrətlə). Ba-a-a!.. Özü də ağappaq!.. 
Birinci kişi  (acıqla).  Sizin isə başınızda ömründə elə bil ki, heç tük olmayıb!  (Birdən-birə 
dediklərindən peşman olub, yumşalır.) Bağışlayın, siz Allah... 
Ikinci kişi. Niyə? Nə olub ki, üzr istəyirsiz? 
Birinci kişi. Ağzımdan qaçdı... Sizi təhqir etdim də... 
 
Pauza. 
 

 
45
Ikinci kişi (təəccüblə). Nə vaxt? 
Birinci kişi. A kişi, necə  nə vaxt? Qəribəsiz e, siz... Indicə üzünüzə vurmadım ki, başınız... 
(Ardını demir.) 
Ikinci kişi. Başıma nə olub ki? (Əlini başına sürtür.) Tərtəmizdi. 
Birinci kişi. Mən də onu deyirəm ki... Adamın eybini üzünə vurmazlar ki... Bağışlayın... 
Ikinci kişi. Nə olub axı? Hamının başı necə, mənimki də elə! 
Birinci kişi  (öz-özünə).  Vallah, bu, birtəhər adamdı... Danışığı da birtəhərdi...  (Bərkdən) 
Deyirsiz indi hamının başı belədi? 
Ikinci kişi. Əlbəttə... 
Birinci kişi. Allah!.. 
Ikinci kişi (diqqətlə mizin üstünə baxır). Bəs o nədi elə? 
Birinci kişi. Nə? Bu? 
Ikinci kişi. Hə. 
Birinci kişi. Çörəkdi də... 
Ikinci kişi. Çörək? Siz muzeydə işləyirsiz? 
Birinci kişi. Muzeydə niyə işləyirəm? 
Ikinci kişi. Bəs bu çörəyi neynirsiz? 
 
Pauza. 
 
Birinci kişi. Necə neynirsiz, ay əziz dostum? Yeyirəm də... (Çörəkdən bir tikə qoparıb ağzına 
qoyur və iştaha ilə yeyir.)  
Ikinci kişi (mat qalıb). Doğrudan yeyir e... Vay!... Birinci dəfədi belə adam görürəm... (Birinci 
kişini ayaqqabılarından ağ saçlarınacan diqqətlə nəzərdən keçirir.) Bu necə geyimdi? Bunun özü 
də, elə bil, muzeydən gəlib... Hardan gəlmisiz siz? 
Birinci kişi (get-gedə artan bir nigarançılıqla). Mən? 
Ikinci kişi. Qəribədi... Özünü də, elə bil, hardasa görmüşəm... Qəribədi... 
Birinci kişi. Nədi qəribə? Mən neynirəm ki, belə heyrət basıb sizi? 
Ikinci kişi. Daha bundan artıq neyləyəcəksiz? Əl vurmaq olar? 
Birinci kişi. Nəyə? 
Ikinci kişi. O çörək dediyinizə... 
Birinci kişi (sidq-ürəkdən). Pajalısta!.. Amma... Vallah, mən sizi başa düşə bilmirəm... Çörəkdi 
də... Görməmisiz?  
Ikinci kişi. Indi kim çörək yeyir? Iki həb tronsmorkormobonit atırsan, qurtardı də... Qəribədi!.. 
(Əlini ehtiyatla çörəyə vurur.) Yumşaqdı... Çox qəribədi... Mən sizi harda görmüşəm? Yadıma sala 
bilmirəm... Harda? Axı, harda? Yox... Formorqobon lazımdı... 
Birinci kişi (ehtiyatla). O nədi elə? 
Ikinci kişi. Çox qəribədi... Bu adam elementar şeyləri bilmir... Formorqobon yaddaşı oyadır 
də... Düzdü, yaxşısı budu ki, onu işlətməyəsən. Xoşum gəlmir ondan, səksəndirir adamı, bir az 
narahat edir, ancaq neyləyəsən, lazım gəlir...  (Gülümsəyir, sonra otağın bir küncündə üzü gümüş 
kimi parıldayan çantasını götürüb içindən qayçıya bənzər bir alət çıxarır və gözlərini yumub o 
alətin hər iki ucunu gicgahlarına toxundurur. Həyəcanla)  Aha! Deyirəm də!.. Mən sizin şəklinizi 
görmüşəm! Bax e!.. Qəribədi... Bu saat! Hər  şeyi başa düşdüm! Deyirəm axı... Bu saat!.. Qoy 
əvvəlcə monfenalesə baxaq!.. (Aləti çantaya qoyur və oradan kiçik dəmir qutuya bənzər bir şey 
çıxarır.) Bu saat!  
Birinci kişi (aşkar bir şübhəylə). Bəs, o nədi elə? 

 
46
Ikinci kişi. Monfenalesdi... (Gülür.)  Necə başa salım sizi? Mənim bütün fikirlərim, həyatım, 
yaddaşım, nəyim varsa, kim mənə  nə deyibsə, indiyəcən nə görmüşəmsə, hamısı burda 
proqramlaşıb. Hamısı salınıb bura. Dayanın, bu saat. (Divardakı ekrana yaxınlaşır.) Monfenales yeri 
hardadı bunun? Aha, bude, burda. Bu saat. (Həmin kiçik dəmir qutunu ekranın altında xüsusi yerə 
salır, düymələrdən birini basır. Ekranda əvvəlcə cürbəcür sxemlər, sonra şəkillər bir-birini əvəz 
edir və birdən dayanır: Birinci kişinin  şəkli.)  Bude!.. Gördüz... Mən dedim ki, sizi hardasa 
görmüşəm!..  
Birinci kişi (heyrətlə ekranda öz şəklinə baxa-baxa). Amma mən sizi heç harda görməmişəm... 
Ikinci kişi  (gülür).  Əlbəttə! Siz məni necə görə bilərdiz? Sizin bu şəkliniz mənə, Allah bilir, 
kimdən qalıb... Siz xüsusi sifarişlə gəlmisiz... Ancaq qəribədi... Mən sizi sifariş etməmişəm... Düzü, 
heç ağlıma da gəlməzdi ki, sizi sifariş edim... Ömrümdə sizin barənizdə fikirləşməmişəm... Əvvəlcə 
ona görə heç nə başa düşmürdüm... 
Birinci kişi (əsəbi). Mən isə yenə bir şey başa düşmürəm! 
Ikinci kişi. Aydın məsələdir! Çünki siz bura xüsusi sifarişlə gəlmisiz. 
Birinci kişi. Necə  yəni xüsusi sifarişlə bura gəlmişəm? Mənə heç bir sifariş-zad gəlməyib!.. 
Mən sifarişə-zada baxan adam da deyiləm!.. Bildiz?! Mən Bakıya ezamiyyətə gəlmişəm! 
Ikinci kişi (gülür.) Sizə elə gəlir... 
Birinci kişi. Nə? 
Ikinci kişi. Indi neçənci ildi? 
Birinci kişi. Özünüz bilmirsiz? (Öz-özünə, hiddətlə)  Vallah, mən bilsəydim ki, bu Qonaq 
Evində buna rast gələcəyəm, gözləyib elə o köhnə mehmanxanada yer alıb qalardım!.. Beş nəfərlə 
bir otaqda olardım, ayaqyolusu da dəhlizdə ümumi olardı, amma başım dinc qalardı!.. 
Ikinci kişi (gülür). Bir halda ki, gəlib çıxmısız bura, onda xahiş edirəm sualıma cavab verəsiz: 
indi neçənci ildi? 
Birinci kişi. Ələ salmısan məni?  
Ikinci kişi. Yox. Sualıma cavab verin. Onda hər şey sizə aydın olacaq. Indi neçənci ildi? 
Birinci kişi (hirsindən qışqıra-qışqıra). Min doqquz yüz doxsanıncı ilin on altı avqustu! 
Ikinci kişi (şövqlə). Gördüz ki?! 
Birinci kişi. Nəyi gördüm? 
Ikinci kişi. Təkcə avqustun on altısını düz deyirsiz... 
Birinci kişi. Nə? 
Ikinci kişi. Bax, siz elə bilirsiz ki, min doqquz yüz doxsanıncı ilin avqustudu. Ancaq əslində 
indi (sözləri bir-bir xüsusi tələffüz edə-edə) iki min doxsanıncı il avqust ayının on altısıdır. 
Birinci kişi. Bu nə danışır,  ə? Bu nə zibildi mən düşmüşəm? Yox!.. Burdan çıxıb getmək 
lazımdı. Başlarına dəysin belə Qonaq Evi! Mənə deyən lazımdı ki, sənin Qonaq Evində nə işin var
ay axmaq? Sekanın katibi-zadısan? 
Ikinci kişi. Qulaq asın. Indi, doğrudan da, sizdən yüz il sonralardır. Indi 2090-cı ildir! 
Birinci kişi. Allah!.. Məni qara basır, ya dəli olmuşam? Bəlkə siz dəlisiz? 
Ikinci kişi. Indi nə zamandı ki, mən dəli olum? (Gülür.)  On doqquzuncu, ya iyirminci əsrdi? 
Indi adamlar elə proqramlaşdırılır ki, dəli yoxdu. (Səbrlə başa salmağa çalışır.) Kimin ki, genlərin 
quruluşuna görə anormallıq ehtimalı var, o yarana bilməz. Yəni dünyaya gələ bilməz. Heç bir 
laboratoriya buna imkan verməz ki, mayalanma baş tutsun. 
 
Pauza. 
 
Birinci kişi. Bilirsiz nə var? (Portfelini götürür.) Mən sizin bu cəfəngiyatlarınıza qulaq asmaq 
istəmirəm. Xudahafiz! 

 
47
Ikinci kişi. Bir dəqiqə dayanın. Indi təzə şirkətlər yaranıb. Bəzən çox yaşlı adamlar, o adamlar 
ki, hələ qohumlarını, valideynlərini yadlarında saxlayıblar, ölüb getmiş babalarını, nənələrini o 
şirkətlərə xüsusi sifariş verirlər. Orda kompyüterlər həmin adam haqqında bütün məlumatları 
toplayır: görkəmi necəydi, hansı rəngi xoşlayırdı, kimləri tanıyırdı, xasiyyəti necə idi və sairə. Sonra 
da kompyüterlər o adamın surətini yaradır və sifarişçi ilə görüşdürür. Başa düşdüz? Ancaq məsələ 
burasındadı ki, mən sizi sifariş etməmişəm... Heç ağlıma da gəlməzdi... Mənim nəyimə lazımsız ki, 
o qədər pul verib, sizi xüsusi sifariş edim? 
Birinci kişi (əvvəlcə mizin üstündəki çörəyi-pendiri də büküb götürmək istəyir, sonra fikrindən 
daşınıb əlini yelləyir və otaqdan çıxmaq istəyir). Xudahafiz! 
Ikinci kişi Inanmırsız, hə? (Ora-bura baxır ki, nə sübut gətirsin.) Bax, mənim başımı görürsüz? 
Birinci kişi (acıqla). Olmaz o başdan! 
Ikinci kişi. Hə! Indi laboratoriyalarda uşaqlar yaranan kimi, başları tüksüzləşdirilir. Çünki saç, 
tük insana əlavə qayğıdı. 
Birinci kişi. Indi hamının başı sizinki kimidi? 
Ikinci kişi. Əlbəttə! 
Birinci kişi. Arvadların da başı? 
Ikinci kişi. Bəs necə! 
Birinci kişi (səbrsiz). Bilirsən nə var, xala oğlu? Səninki səndə, mənimki də məndə! Xudahafiz! 
Ikinci kişi. Bu saat. (Ekranın altındakı düymələrdən birini basır. Ekranda cürbəcür rəmzlər, 
fiqurlar, yazılar bir-birini əvəz edir. Diqqətlə ekrana baxa-baxa) Sizin qızınızın adı Gülüş idi. 
Birinci kişi (qapını açıb otaqdan çıxmaq istərkən ayaq saxlayır və tələsik). Bəli! Gülüş mənim 
qızımdır! 
Ikinci kişi. Görürsüz ki?! Mənim nənəm həmin o Gülüşün qızıdı. 
Birinci kişi. Nə? 
Ikinci kişi. Deməli, mən o Gülüşün... Sizin qızınız oldu də, elə deyilmi? Bax, mən o Gülüşün 
nəvəsinin oğluyam, yəni necə deyirlər buna? Nəticəsiyəm... 
Birinci kişi (əsəbi bir rişxəndlə). Mən də sənin ulu baban, hə? 
Ikinci kişi  (sakit).  Əlbəttə!.. Belə  çıxır də...  (Ekranın altındakı düymələrdən birini basmaq 
istəyir.)  Qoyun, bu saat baxım, deyim sizə ki, nə vaxt ölmüsüz?.. Nə oldu onun adı? Hə, Gülüş. 
Deyim ki, Gülüş nə vaxt ölüb... 
Birinci kişi (tələsik və gərgin). Yox!.. Lazım deyil!.. Onda... Onda bəs Könül hanı? 
Ikinci kişi. Hansı Könül? 
Birinci kişi. Necə yəni hansı Könül? Gülüşü tanıyırsan, Könülü yox? Gülüşün bacısı də! Sənin 
nənənin xalası...  (Sarsılmış)  Allah!.. Mən, deyəsən, doğrudan da, dəli oluram!.. Necə  yəni bunun 
nənəsinin xalası?.. 
Ikinci kişi. Yox, siz dəli olmamısız... Sizə belə gəlir... 
 
Pauza. 
 
Necə oldu onun adı? 
Birinci kişi. Kimin? 
Ikinci kişi. Onun də... O bacının... 
Birinci kişi. Könülü deyirsən? 
Ikinci kişi (başını tərpədir). Mən elə adam eşitməmişəm. Yox, eşitməmişəm... 
Birinci kişi. Bəs, deyirsən Gülüşün nəticəsisən? Sən necə Gülüşün nəticəsisən ki, Könüldən 
xəbərin yoxdu? 
Ikinci kişi. Axı, mənim nəyimə lazımdı ki, nənəmin mən nə bilim, kiminin kimi kimdi?.. 
(Gülür.) Qəribə psixologiyadı... 
Birinci kişi. Onda... Onda... Mon...Mon... 

 
48
Ikinci kişi. Monfenales? 
Birinci kişi. Hə, orda bax. 
Ikinci kişi  (ekranın altındakı düymələrdən birini basır və ekranda görünən  şəkillər yenə  də 
sürətlə bir-birini əvəz edir). Yox!.. Yoxdu... 
Birinci kişi  (bərkdən öz-özü ilə danışır).  Allah, bu nə  əhvalatdı belə  mənim qabağıma 
çıxartmısan? Nə demək istəyirsən bununla? Mənə  nəyi sübut eləmək istəyirsən, ay Allah?! Niyə 
məni seçmisən? Bu nə imtahandı? Bu nə oyundu belə açırsan mənim başıma? 
Ikinci kişi.  Əslinə baxsaz, mən də  təəccüb edirəm... Siz, deməli, mənim babamsız... Daha 
doğrusu, nənəmin babasısız... Axı, mən sizi sifariş verməmişəm... 
Birinci kişi. Yenə başladı sifariş... Siz nə danışırsız, hə? Səhər evdən çıxıb avtobusa minib 
gəlmişəm Bakıya. Mehmanxanada növbə idi, süpürgəçi qarı məni bura göndərdi ki, Qonaq Evində 
boş yer var... Səhər evdən çıxanda Gülüş də, Könül də dalımca su atıb! 
Ikinci kişi. Sizə elə  gəlir də! Məsələ  də bundadı!.. Bu barədə o şirkətlərin işinə söz yoxdu! 
Kompyüterlər sizin kodlarınızı dəqiq yığıb! Siz elə proqramlaşdırılmısız ki, hər şey təbii olsun, təbii 
görünsün.  (Əli ilə mizin üstündəki çörəyi-filanı göstərir.)  Bax, onları da kompyüterlər düzəldib. 
Çörəyi görürsüz, o cür təzədi.  Əslində isə, o, çörək deyil, imitasiyadı. Gördüz, əvvəlcə  mən də 
təəccüb elədim... Sonra başa düşdüm. 
Birinci kişi (dəhşətlə). Günün günortaçağı bu nə bəladı gəlib mənim başıma? Bu nə işdi belə, ay 
Allah?! Adam az qalır inansın bütün bu cəfəngiyata! Vicvicə düşür adamın ürəyinə... Qorxur adam... 
Ikinci kişi. Qorxmayın! Dedim axı, sizə elə  gəlir! Bütün bunlar sizin üçün... necə deyim?.. 
Sizinçün yalançı hisslərdir. Sizə elə  gəlir ki, qorxursuz, nigarançılıq keçirirsiz, hiddətlənirsiz... 
Əslində bunlar həqiqət deyil. 
 
Pauza. 
 
Onun adı hər dəfə yadımdan çıxır. 
Birinci kişi. O kimdi? 
Ikinci kişi. Demədiz ki, mənim nənəmin nənəsinin... Nənəsinin... Necə oldu? (Sözləri aramla 
tələffüz edə-edə) Deməli, mənim nənəmin anasının bacısı, hə? 
Birinci kişi (hiddətli bir əlacsızlıqla). Könülü deyir e, yenə!.. 
Ikinci kişi. Hə, Könül! Bəlkə, onun adamları sifariş edib sizi? Ola bilsin... Kompyüterlərdə yenə 
virus epidemiyası başlayıb... Virus da elə  şeydi ki, kompyüterə düşdü, belə  səhvlər olur. Hə, 
şübhəsiz belədi! Sizin xüsusi sifarişiniz səhv düşüb. Kompyüterlər nəslinizi hesablayanda gəlib 
mənim üstümə çıxıblar, sizi xüsusi sifarişçinizlə yox, səhvən mənimlə görüşdürüblər! (Gülür.) Eybi 
yox, özləri başa düşəcəklər. Sizin proqramda dəyişiklik eləyib xüsusi sifarişçinizlə görüşdürəcəklər. 
Darıxmayın. Sizə elə gəlir ki, həqiqi adamsız. Mən dedim də!.. Siz elə bilirsiz ki, sizsiz!.. Adınız 
nədi sizin? 
Birinci kişi (tamam bədbin). Mənim adımı da bilmir!.. Gülüşün... a. Gülüşün uşaqları mənim 
adımı da bilmir!.. 
Ikinci kişi. Hardan bilim? Ancaq şəkliniz varsa, yəni adınız da var. Bu saat baxım, deyim. 
(Ekranın altındakı düymələrdən birini basmaq istəyir.) 
Birinci kişi (tələsik). Yox, lazım deyil! (Əsəbi) Istəmirəm mənim adımı deyəsiniz! Istəmirəm! 
Ikinci kişi. Əsəbiləşməyin. (Gülümsəyir.) Hamısı keçib gedəcək... 
Birinci kişi. Bura bax... Lənət şeytana!.. Nənən... Nənən durur sənin? 
Ikinci kişi. Hə. 
Birinci kişi. Neçə yaşı var? 
Ikinci kişi. Allah bilir... Onun yaşını soruşmaq olar? Ayda bir dəfə plastik əməliyyata gedir... 
90-na yaxın olar... Bəlkə də, keçib... 

 
49
Birinci kişi. Doxsan? Mənim nəvəmin doxsan yaşı var? Onda onunla görüşmək lazımdı... O 
bilər... O bilər ki, Könül nə oldu, necə oldu?.. (Kövrəlir.)  Gülüşün uşaqlarının Könüldən xəbəri 
yoxdu?.. Axı, onlar bir-birini nə qədər istəyirlər!.. Istəyirdilər... Səhərdən-axşamacan bir yerdədilər! 
Doğmadılar! Bir ananın qarnından çıxıblar! Bəs necə olur bu? Kimə lazımdı belə dünya? Əgər 
bütün bu oyun həqiqətdirsə, bunun dedikləri doğrudursa, yaşayışın nə  mənası var? Özümüz öz 
başımızı aldadırıq, heç xəbərimiz də yoxdu? Bunun dedikləri doğrudursa, mən nə üçün yaşamışam? 
Ikinci kişi. Bəs sizin ulu babanız nə üçün yaşayıb? Sizin xəbəriniz var ulu babanızın başqa 
nəslindən? Siz də hansısa iki qardaşın, iki bacının törəməsisiz də... 
Birinci kişi. Mən qohumlarımı tanıyıram! Əlimdən gələni də həmişə eləmişəm onlarçun! 
Ikinci kişi. Yüz ilin, iki yüz ilin müqabilində sizin tanıdıqlarınız bir heçdi! Mən hələ min illəri 
demirəm!.. Tragediya eləmək lazım deyil. Bax, siz həmişə özünüzü beləcə aldatmısız! Özünüz 
özünüzü yalançı tragediyalara məruz qoymusuz! Heç nədən faciə düzəltmisiz! Özünüz özünüzü 
fəlakətə salmısız! Insan gərək özü üçün yaşasın! – siz bunu başa düşməmisiz. Başa düşmədiyinizə 
görə  də, bunu eqoizm adlandırmısız... Siz balalarınız üçün yaşamısız, çünki primitiviydiz, çünki 
əslində insan ilə heyvanın fərqi yox idi!.. Instinktlə yaşayırdız, boğazınızdan kəsib uşaqlarınıza 
yedizdirirdiz. Öz həyatınız isə heç olurdu! Ömür insana bir dəfə verilir – bunu başa düşürdüz. Ancaq 
orasını başa düşmürdüz ki, o ömür insanın özü üçün verilir, başqası üçün yox! Gecə-gündüz 
işləyirdiz, ideologiyanız da deyirdi ki, gələcək üçün işləmək lazımdı. Gələcək isə gəlib çıxmırdı! Siz 
özünüz də ideologiyanıza nifrət edirdiz, o gələcəyin gəlib çıxmadığından  şikayət edirdiz, ancaq 
əslində özünüz də elə həmin prinsiplə yaşayırdız. Deyirdiz ki, biz heç, uşaqlarımız xoşbəxt olsun! 
Çalışaq, özümüzü öldürək, uşaqlarımızı böyüdək! Başa düşmürdüz, dərk eləmirdiz ki, uşaqlarınızın 
gələcək o mücərrəd xoşbəxtliyindən sizə nə? Özünüzü qurban eləyirdiz uşaqların yolunda, sonra da 
ölüb çıxıb gedirdiz... 
Birinci kişi. Bəs indi uşaq böyütmürlər? 
Ikinci kişi. Bizim nəsil siz deyən mənada sonuncu nəsildi. Biz sonuncu nəsilik ki, anamızı, 
nənəmizi tanıyırıq... Axırıncı  nəsilik ki, primitiv doğulmuşuq, yəni siz deyən kimi, anamızın 
qarnından çıxmışıq... Indi uşaqları laboratoriyalar istehsal edir. Həm demoqrafik tənzim var, həm də 
ki, a-zad-lıq! Ata-ana məfhumu qurtarıb daha, insan azad olub! Kompyüterlər donorları seçir, 
genləri yoxlayır, hesablamalar aparır, mayalanma üçün ən yaxşı proqnozlu toxumlar ayırır. Uşaqlar 
ümumi maliyyə fondlarının hesabına böyüyürlər. Sağlam, xoşbəxt insanlar olurlar. Hərə öz 
sahəsində işləyir və özü üçün işləyir, başa düşdüz? Insan öz xoşbəxtliyi üçün, öz firavanlığı üçün 
çalışır. Indi övlad nigarançılığı, ata-ana nigarançılığı yoxdu. Insan, nəhayət ki, dünyanı dərk edib! 
 
Pauza.  
 
Birinci kişi. Bütün dünya belədi? 
Ikinci kişi. Əlbəttə. 
Birinci kişi. Indi ana yoxdu dünyada? 
Ikinci kişi. Yox. (Gülümsəyir.)  Nəsli mühafizə etmək problemi həll olunub. Kompyüterlərin 
seçib çağırış göndərdiyi donorlər təbiət qarşısındakı borclarını yerinə yetirirlər. Ancaq nəsli 
mühafizə etmək, qorumaq instinktləri daha yoxdu. Çünki o instinktlər  əslində insanın öz şəxsi 
xoşbəxtliyinin, qayğısızlığının düşməni idi. Siz isə bunu başa düşmürdüz... Indi ana haqqında şerlər 
də yoxdu... Bütün o primitiv hisslərin hamısı sizin zəmanədə qaldı... 
 
Pauza.  
 
Birinci kişi (fikirli). Indi ata da yoxdu? 
Ikinci kişi. Yox. 
Birinci kişi. Qardaş? 

 
50
Ikinci kişi. Yox. 
Birinci kişi. Bacı? 
Ikinci kişi. Yox. 
Birinci kişi (qışqırır). Dəhşətdi!.. Dəhşətdi!.. 
Ikinci kişi. Sakit olun... 
Birinci kişi (daha artıq bir çılğınlıqla). Kaş bütün bunlar hamısı yalan olaydı! Əlbəttə, yalandı! 
Yalandı bütün bunlar! Oyundu! 
Ikinci kişi. Qulaq asın! (Yenə gülümsəyib başını bulayır.) Siz primitiv təfəkkür sahibisiz, ona 
görə də reaksiyanız belə mənfidi. Frinztasmansyon! Bilirsiz bu nə deməkdi? 
Birinci kişi. Heç bilmək də istəmirəm! 
Ikinci kişi. Yox, bir halda ki, görüşmüşük, gərək hər  şeyi biləsiz. Frinztasmansyon, yəni 
primitiv təfəkkür və  əxlaq uydurması. Yəni insanı qayğılar içində  məhv edən  şüurlu, yaxud da 
şüursuz «özünüqurban» kompleksi, bildiz? Necə başa salım sizi?.. «Eybi yox, mənə nə olur-olsun, 
təki uşaqlarımçun yaxşı olsun, təki anam sağalsın, təki atamın başına bir iş  gəlməsin!» – bax, 
primitiv təfəkkür və əxlaq uydurması budur. Insanın özünün özünü aldatması! Anan xərçəng olurdu, 
sən onun dərdini çəkirdin, oğlun qəzaya düşüb ölürdü, sən dəli olurdun, qızın, atan, qardaşın... 
Nəticədə  də özün heç nə görmürdün, yaşamırdın!.. Primitiv təfəkkür bütün bunları  qəbul edirdi. 
Hətta tələb edirdi. Primitiv əxlaq bütün bu doğmaların  əsiri olurdu. Insanın primitiv təbiəti bütün 
bunlara dözürdü. Öz şəxsi xoşbəxtliyinin hesabına, bahasına dözürdü. Başa düşə bilirsiz məni? 
Təbiət, onsuz da, qəddardır. Təbiət insanın düşmənidir, çünki ölüm var. Düzdü, insan təbiətin 
qanunlarıyla yaranıb, ancaq indi insanın da heyvandan fərqi ondadır ki, həmin qanunları doğmaya 
çevirmir. Sizin vaxtınızda ideyalar doğmaya çevrilirdi, çünki özünüz təbiətin doğmasının əsiri idiz. 
Siz başa düşmürdüz ki, təbiətin bu qədər qəddarlığı müqabilində insan ancaq öz şəxsi 
xoşbəxtliyinin, azadlığının qayğısını  çəkməlidi! Bu qayğı azdı  bəyəm?  (Gülümsəyir.)  Elə bu 
qayğının özü kifayətdi... 
Birinci kişi (elə bil, öz-özüylə danışır). Bəs millət? Bəs məslək? 
Ikinci kişi  (daha bərkdən gülümsəyərək başını bulayır).  Görürsüz? Siz öz stereotipinizdən 
ayrıla bilmirsiz... Kompyüterlərə söz yoxdu!.. Görün sizin primitiv hissiyyatınızı  nə  qədər dəqiq 
hesablayıb quraşdırıb!.. Düzdü, məni kimləsə qarışdırıb, sizi bura göndərib, ancaq əslinə baxsaz, 
mən  şikayət-zad eləməyəcəyəm... Doğrusunu deyim sizə ki, mənimçün də maraqlıdı bu görüş! 
Qulaq açın: iyirminci əsrin lap sonları, bizim əsrin  əvvəllərindən başlayıb insan primitiv 
komplekslərindən yavaş-yavaş aralandı, azad oldu. Frinztasmansyon indi daha tarixin bir səhifəsinə 
çevrilib... Tarixin özü də indi heç kimə lazım deyil. Indi tarix ölü elmdi, necə ki, latın dili ölü dildi. 
Düzdü, bəzi eqzotik muzeylər var, ancaq onlar da əslində tarix yox, əyləncəli kompyüter oyunlarıdı. 
Tarix insana xoşbəxtlik gətirmir, onun qayğılarını artırır. Əğər bir şey ki, sənə maddi heç nə vermir, 
cismani bir həzz gətirmir, o sənin nəyinə gərəkdi? 
Birinci kişi (əvvəlki kimi, elə bil, öz-özü ilə danışır). Bəs, vətən? 
Ikinci kişi  (gülür).  Vətən indi bütün yer kürəsidi! Sizin vaxtınızda insan vətən uğrunda 
müharibə edirdi, ona görə ki, əslində  vətənindən xəbərsiz idi. Sövq-təbii vətənini axtarırdı, ancaq 
tapa bilmirdi. Vətən əslində mücərrəd bir anlayış idi, insan isə bunu başa düşə bilmirdi, çünki adi bir 
həqiqətdən xəbərsizdi: vətən mücərrəd bir anlayış yox, konkret olaraq onun, yəni insanın özüdür. 
Insan vətən uğrunda vuruşurdu, çünki vətənin, yəni özünün sahibi deyildi. Siz bunu başa düşə 
bilməzsiz!.. 
Birinci kişi (qışqırır). Mən bunu heç başa düşmək də istəmirəm! Yox! Yox!.. 
Ikinci kişi. Sakit olun! 
Birinci kişi. Sakit olmuram! Mən istəyirəm sənin nənənlə görüşüm! Istəyirəm onunla danışım! 
O bilir!.. Yəqin bilir ki, Könül necə oldu?.. Gülüş necə oldu? O məni tanıyır! O bilir ki, mən 
Könülü, Gülüşü necə böyütmüşəm! O hər şeyi bilir! O sənin tayın deyil! Məni nənənlə görüşdür! 
Əğər bütün bu dediklərin doğrudursa, cəfəngiyat deyilsə, görüşdür məni nənənlə! 

 
51
Ikinci kişi. Necə görüşdürüm axı? Burda deyil. 
Birinci kişi. Bəs hardadı? 
Ikinci kişi. Keçən ay təzədən ərə getdi, uçdular Marsa. Gəzməyə getdilər. 
 
Pauza. 
 
Birinci kişi (öz-özünə). Heç nə yoxdu... Uşaq... Ana... Ata... Vətən... 
Ikinci kişi (gülümsəyir). Əlbəttə!.. 
Birinci kişi. Bəs... Bəs, Allah?! (Qışqırır.) Allah?! 
Ikinci kişi. Nə Allah? 
 
Birinci kişi bayaqdan yerə qoyduğu portfeli götürüb otaqdan qaçmaq istəyir. 
 
Ikinci kişi. Dayanın! Həyəcanlanmayın! Qorxmayın! Inanın mənə! Siz həqiqi adam deyilsiz, 
ancaq obrazsız! Bir azdan daha siz olmayacaqsız! 
Birinci kişi  (qapının ağzında bir anlıq ayaq saxlayır).  Bəlkə bir azdan sən olmayacaqsan? 
Bəlkə proqramlaşdırılan mən yox, sənsən? Bəlkə  mən səni xüsusi sifariş vermişəm, amma heç 
özümün xəbərim yoxdu? Hə? Ola bilər. 
 
Avqust 1990. 
Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin