II MÖVZU:
ŞƏXSİYYƏTİN PSİXOLOJİ XARAKTERİSTİKASI
( 2 saat )
PLAN:
1.Şəxsiyyət anlayışı.Şəxsiyyətin xarakterik cəhətləri.
2.Mənlik şüuru və onun xüsusiyyətləri.
3.Əxlaqi şüur və onun xüsusiyyətləri.
Ə D Ə B İ Y Y A T
1.Bayramov Ə.C.,Əlizadə Ə.Ə.Psixologiya,Bakı 2002.
2.Bayramov Ə.C.Etnik psixologiya məsələləri.Bakı,1996.
3.Bayramov Ə.C Şəxsiyyətin təşəkkülünün aktual psixoloji
problemləri.Bakı,2003.
4.ŞəfiyevaE.İ.Həmzəyev M.Ə.Psixofiziologiya.Bakı,1998.
İnsanı orqanizm, fərd və şexsiyyət kimi xarakterizə etmək olar. Bu anlayışlar bir-birilə qarşılıqlı əlaqedə olsa da onlardan hər birinin özünə-
məxsus mənası vardır.Orqanizm anlayışı bioloji elmlərin, şəxsiyyət anlayışı isə sosial elmlərin mövzu dairəsinə daxildir.
Orqanizm geniş anlayışdır. Hər bir canlı varlıq — bitki də, heyvan da, insan da orqanizmdir. Psixologiya insanı orqanizm kimi deyil, f ə r d və ş ə x s i y y ə t kimi öyrənir.
İnsan, bir tərəfdən, bioloji , digər tərəfdən, sosial varlıqdır. Bioloji varlıq kimi psixoloji xüsusiyyətləri fərd ifadəsində, sosial varlıq kimi isə
Şəxsiyyət ifadəsində əks olunur. İnsanın həyat fəaliyyətində bu iki cəhət bir-birilə elə uyğunlaşır ki, çox vaxt nəinki onları aydın şəkildə fərqləndirmir, hətta buna əhəmiyyət verilmir. Lakin insanın fərd və şəxsiyyət kimi xarakteristikaları vəhdət təşkil etsə də, onlan eyniələşdimıək olmaz. Təsadüf nəticəsində heyvanlar arasına düşmüş və onlann içərisində böyümüş uşaqlar bu fikrə misal ola bilər.Elmə təxminən 50-yə qədər belə hadisə məlumdur. Müxtəlif heyvanlar - meymun, çanavar, ceyran, ayı ve s. içərisində böyümüş belə uşaqların ancaq bir neçəsi, xüsusilə 1920-ci ildə Hindistanda canavar yuvasından tapılmış, qızlar psixoloqlar tərəfındən nisbətən ətraflı öyrənilmişdir.
Bu uşaqları şəxsiyyət adlandırmaq olarmı? Əgər olmazsa, bunu nə ilə əsaslandırmaq mümkündür? Bu suallara cavab vermək üçün fərd və şəxsiyyət anlayışları ilə tanış olaq.
Uşağı fərd kimi səciyyələndirərkən, ilk növbədə, onun insan növünə aid olduğunu qeyd edirik. Bunu başa düşmək üçün yalnız onu göstərmək kifayətdir ki, insan balası heyvanlar içərisinə düşdükdə belə, heyvan balasına çevrilmir, insan olaraq qalır. Haqqında danışılan qızları canavar balaları ilə müqayisə etsək, bu cəhəti aydın görə bilərik:onların bədənləri, beyinləri, əlləri və s.-nin quruluşu nəinki canavarın, hətta meymunun bədəni, beyni və ya əllərinin quruluşundan keskin şəkildə fərqlənir.
Fərd anlayışı digər bir cəhətdən də maraqlıdır: eyni növlü bitki və heyvanlar bir-birindən müəyyən xüsusiyyətlərə görə fərqlənsələr də, onların arasında oxşarlıq daha çoxdur. İnsanlar isə belə deyildir: psixoloji cəhətdən onlar bir-birlərinə oxşamırlar. Biz insanı fərd kimi xarakterizə edərkən məhz bu cəhətləri diqqətə çatdırırıq.
Özünəməxsus psixoloji xüsusiyyətləri olan, heç kəsə bənzəməyən təbii varlıq FƏRD adlanır. Bu baxımdan hər bir adam – hətta həm yeni doğulmuş uşaq, həm də hər hansı bir yaşlı adam fərddir. Eyni sözləri biz yuxarıda haqqında danışdığımız qızlar barədə də deyə bilərik. Belə bir cəhətə diqqət yetirək: insan fərd kimi doğulur, cəmiyyətdə müəyyən sosial keyfiyyətlər qazanır və şəxsiyyəte çevrilir.
Dostları ilə paylaş: |