43. Mənzum hekayət
Bağdadda çox zərif bir qoca vardı,
Qızını bir başmaq tikənə verdi.
Qızın dodağını o kobud, nadan;
Elə sordu ondan axdı qızıl qan
Səhəri atası bu halı görçək,
Damadın yanına yola düşdü tək.
Soruşdu: «Ay alçaq, bu necə dişdir?
Dodaq çeynəyirsən, bu necə işdir?»
Bunu zarafatla deməyirəm mən.
Şuxluğu ataraq ciddini al sən.
Təbə hakim olsa pis xislət, inan,
Ölüncə o şəxsin çıxmaz canından.
44. Hekayət
Bir fəqihin həddən artıq çirkin bir qızı vardı. Cehiz, var-dövlətə
baxmayaraq, qızını alan olmurdu.
Beyt
İpək də, xara da çirkin görünər,
Çirkin bir gəlinə örtülsə əgər.
Nəhayət, qızını bir kora vermək məcburiyyətində qaldı. Nağıl
110
edirlər ki, o zaman Sərəndibdən
71
bir həkim gəlmişdi, o qədər
məharətli idi ki, kor gözü də aça bilirdi. Bir gün adamlar alimdən
soruşdular:
–Nə üçün kürəkənini müalicə etdirmirsən?
Alim dedi:
–Qorxuram ki, gözü aç ılandan sonra q ız ım ı boşas ın!
Misra!
Çirkin arvadlara kor ər kərəkdir.
45. Hekayət
Bir padşah dərvişlərə alçaq nəzərlə bax ırd ı. Onlardan biri bunu
sezib dedi: – Ey şah, bu dünyada doğrudur, ordumuz yoxdur, bunda
səndən dalday ıq, lakin güzəran ım ız xoşdur. Öləndə bərabərik,
qiyamətdə isə səndən irəlidə olacay ıq.
Şer
Ölkə alan padişahlar qoysalar da q ız ıl tac.
Dərvişlər də çörək üçün duysalar da ehtiyac,
Hər ikisi ölən dəmdə olar bir cür natəvan.
Aparmazlar bir kəfəndən başqa bir şey dünyadan.
Can mülkündən bir gün köçmək laz ım gələrsə əgər
Gədal ıq çox sultanl ıqdan şərafətli körünər.
46. Hekayət
Dərvişliyin zahiri əlaməti köhnə paltar, q ısa saçd ır, lakin
haqiqətdə nəfsini öldürüb, qəlbini diri saxlamaqd ır.
Şer
Arif deyil qap ılarda dolaşan,
İddias ı rədd olduqda savaşan.
Arif odur, dağdan uçsa bir qaya,
O qayan ın qarş ıs ından qaçmaya.
111
Tərbiyət.
Dərvişliyin yolu zikr, şükür, ibadət, itaət, sədəqə, qənaət, tohid,
təvəkkül, hər çatinliyə qatlaşıb hər bəlayə dözməkdir. Bu sadalanan
sifətlər kimdə varsa, qəba geymiş olsa da əsl dərvişdir. Lakin, hərzə-
hərzə dan ışan, binəmaz, xeyrə-şərə yaramaz, əyyaş, səhərdən axşama
qədər şəhvət hay ına qalan, axşamdan səhərə qədər qəflət yuxusuna
dalan, qabağ ına gətiriləni yeyən, ağz ına gələni deyən, əba geymiş
olsa da, dərviş deyil, lotudur.
Batini təğvadan
72
boş olan yaz ıq.
Zahirdə geymisən riyadan paltar
Qap ından yeddi rəng pərdə, gəl, asma,
Sənin ki evində bircə həsir var.
73
47. Mənzum hekayət
Təzə gül gördüm mən, bir neçə dəstə,
Bağlan ıb ot ilə bir-biri üstə.
Dedim: «Vəcsiz otun nə nisbəti var,
Ki, tutsun gül ilə bir səfdə qərar?
Ot həmən ağlay ıb dedi: «Sus bir az,
Kəramət əhlinə bu söz yaraşmaz.
Yoxsa da ətirim, rəngim, camal ım.
Mənim də o bağda artm ış kəmal ım.
O bağ ın otuyam vəfal ı bəndə,
Onun sayəsində boy atd ım mən də.
Hünərli, hünərsiz olsam da, həmən
Allah ın lütfündən yaranm ışam mən.
Yoxsa da zat ımda bir qabiliyyət.
Qüdrətim çatm ırsa edim ibadət.
O özü tapacaq bu dərdə çarə,
Başqa yol qalmam ış hər etibarə
Qaydad ır böyüklər fərman verəndə
Əvvəl azad olar qocalm ış bəndə».
Dünyan ı düzən ey böyük yaradan,
Bu qoca bəndəni bağ ışla haman
112
Ey Sədi, raz ıl ıq Kəbəsinə gir,
Allah ın qap ıs ı sənin yerindir,
Yaz ıqd ır bu böyük qap ıdan qaçan.
O başqa bir qap ı tapmaz heç zaman.
48. Hekayət
Bir filosofdan soruşdular: «Səxavət yaxş ıd ır, yoxsa şücaət?»
Dedi:
– Səxavəti olan ın şücaətə nə ehtiyac ı?
Beyt
Bəhrami-gur məzar ında yaz ılm ışd ır aşikar,
Kəramətdə zorlu qoldan daha art ıq quvvət var.
Şer
Qalmad ı dünyada Hatəmi-Tai
74
Onu yaxş ıl ıqd ır daim yaşadan
Mal ından zəkat ver, çünki üzüm də
Artar, meynələri kəsdikcə bağban.
113
III FƏSİL
QƏNAƏTİN FƏZİLƏTİ HAQQINDA
1.
Hekayət
Hələb
75
şəhərinin bəzzazlar bazar ında Qərb ölkələrindən gəlmiş
bir dilənçiyə rast gəldim. O, xalqa müraçiətlə deyirdi:
–Ey
varl ılar, sizdə insaf, bizdə qənaət olsayd ı, dünyada dilənçilik
qalmazd ı.
Şer
Məni ey qənaət, dövlətli eylə,
Dünyan ın səndən xoş neməti yoxdur.
Loğman ın hikməti səbrilə oldu,
Kimdə səbr olmasa hikməti yoxdur.
2.
Hekayət
Misirdə iki şahzadə var idi. Biri elm oxuyur, digəri mal toplay ır-
d ı. Nəhayət, biri əsrinin alimi, o biri Misirin hakimi oldu. Bir gün
hakim qardaş alim qardaşa həqarətlə bax ıb dedi:
–Mən səltənət ald ım, sən isə yoxsulluqda qald ın.
Dedi:
–Mən öz taleyim üçün o böyük allaha daha çox şükür etmə–
liyəm, çünki peyğəmbərlər və alimlər miras ı, yəni elm mənə; Firo–un
və Haman
76
miras ı, yəni Misir hökmdarl ığ ı isə sənə çatm ışd ır.
Şer
Qar ınçayam, ayaq altda əzilləm,
Mən deyiləm nəştər vuran bir ar ı.
Bu nemətə neçə şükr etməyim ki,
Guçüm yoxdur inçidəm insanlar ı.
3.
Hekayət
114
Nağıl edirlər ki, bir dərviş ehtiyacın alovu içində yanır, cındır
paltarını yamayır, öz küskün könlünə təskinlik verib deyirdi:
Beyt
Biz razıyıq sadə paltar, su və quru çörəkdən,
Xoşdur çəkmək möhnət yükü xalq minnəti çəkməkdən.
Kimsə ona dedi:
–
Nə oturubsan, dur, filan adamın yanına get! O, çox səxavət,
kəramət sahibidir, dərvişlərə rəğbət bəsləyir. Hamı onu ürəkdən
sevir. Halından xəbərdar olsa, məmnuniyyətlə qarşılayıb, sənə
hörmət edər.
Dərviş dedi:
– Sus, başqalarına əl açmaqdansa, aclıq içində ölmək yaxşıdır!
Şer
Yamaq tikib bir guşədə səbr eyləmək yaxşıdır,
Nə, ki, gedib paltar üçün xanı tərif eləsən,
Doğurdan da bir cəhənnəəm işgəncəsi kimidir.
Öz qonşunun sayəsində sən cənnətə gedəsən
4. Hekayət
Əcəm hökmdarlarından biri Məhəmməd peyğəmbərin yanına
bilikli bir həkim göndərdi. Həkim bir neçə il Ərəbistan ölkələrində
qaldı, lakin bu müddəət ərzində heç kim ona müalicə üçün müraciət
etmədi. Nəhayət, o, Məhəmməd peyğəmbərin yanına gəlib
şikayətləndi:
–Məni sizin adamlarınızı müalicə etmək üçün buraya
göndəriblər. Ancaq bu müddət ərzində heç kim yanıma gəlməyibdir
ki, öhdmə düşən vəzifəni yerinə yetirəm.
Peyğəmbər dedi:
–Bu camaatın bir adəti var: acmamış yeməzlər, doymamış ye-
məkdən əl çəkərlər.
Həkim dedi:
115
–Demək onların sağlamlıqlarının səbəbi b imiş.
Sonra təzim edib yeri öpdü və getdi.
116
Şer
Ariflər o zaman başlar kəlamə,
Ya da əl uzadar o vaxt təamə,
Ki, söz soyləməsə törəsin ziyan,
Ya da ac qalarsa zəifləsin can.
Mütləq dediyində bir hikmət olar
Yeyib içdiyi də bir qüvvət olar.
5. Hekayət
Biri hey tövbə edər, sonra da həddən çox yeyərdi. Ax ırda bir şey
ona dedi: –Görünür çox yeməyə adət edibsən, nəfsin asıld ığ ı tövbə
bağ ı isə tükdən də nazikdir, sən ki, bu nəfsini belə bəsləyirsən, o, tük
nədir lap zənciri də q ırar.
Beyt
Birisi bəslərdi qurd balas ın ı,
Böyücək məhv etdi öz ağas ın ı.
6. Hekayət
Ərdəşir Babəkan
77
haqq ında nağ ıl edirlər ki, bir gün o, bir ərəbə
hakimindən soruşdu:
–Gündə nə qədər yemək laz ımd ır?
Dedi:
–Yüz dirəm ağ ırl ığ ıında.
Dedi:
–Bu qədərdən nə güc olar?
Dedi:
–Bunun gücü səni ayaq üstə saxlay ır. Ondan çox isə art ıq yük
olar!
Beyt
Yemək laz ım yaşamaqçün, deməkçün,
Səncə həyat laz ım ancaq yeməkçün?!
117
7. Hekayət
İki Xorasanl ı dərviş yol yoldaş ı olub səfərə ç ıxd ılar. Biri ar ıq idi,
iki gündən bir yeyərdi. Digəri kök idi, gündə üç dəfə nahar edərdi.
Təsadüfən bir şəhərə girəndə onlar ı casus güman edib tutdular və hər
ikisini zindana sald ılar. İki həftə sonra günahs ız olduqlar ı aşkar oldu.
Onlar ı azad etmək istərkən kögün öldüyünü, ar ığ ın isə salamat
qald ığ ın ı gördülər.
Camaat bu işə təəççübləndi. Orada bir alim var idi, dedi: –
Bunun əksi təəccüblü olard ı; çünki kök çox yeyən idi, acl ığa dözmə-
yib öldü, ar ıq az yeyən idi, acl ığa tab gətirib, xilas oldu.
Şer
Adam az yeməyə edərsə adət,
Çətinlik zaman ı tab edə bilər.
Qar ınpa firavan yaşayar, amma,
Darl ığa düşəndə ac ından ölər.
Beyt
Qar ın təndirini tez–tez qalayan,
Dərd çəkər q ıtl ığa düşdüyü zaman.
8.
Hekayət
Alimlərdən biri oğlunu çox yeməkdən çəkindirib dedi:
«Doyunca yemək adamı xəstələndirər!». Oğlu dedi:
–Ay ata, adam ı açl ıq öldürər! Məsəl var deyərlər: «Aç ından
ölməkdənsə, toxluqdan ölmək yaxş ıd ır»!
Atas ı dedi:
–
Oğul, hər şeyin dərəçəsi var, eşitməmisənmi demişlər: «Yeyin,
için amma həddini bilin!»
Beyt
O qədər çox yemə ağ ırl ıq etsin,
O qədər aç qalma, can əldən getsin,
118
Şer
Yemək verməlidir vücuda ləzzət,
Çox olsa, verəcək əzab, əziyyət
Gülşəkar ziyandır, çox yesən əgər.
Az yesən, küt çörək olar gülşəkər.
Beyt
Qarınpa olmaqdan əl çək kişisən,
İt də çox yeməklə düşər hörmətdən.
9.
Hekayət
Bir
xəstəyə dedilər: – Ürəyin nə istəyir? Dedi: – Ürəyim «heçnə»
istəyir.
Beyt
Bir mədə pozulub, ağrısa qarın,
Nə xeyri dünyada dövlətin, varın?
10.
Hekayət
Vasit
78
şəhərində yaşayan bir baqqalın sufilərdə bir, qədər pulu
vardı. O hər gün pulunu tələb edir, sufilərə ağzına gələni deyirdi.
Borclular isə onun təhqirli sözlərindən zara gəlir, lakin dözməkdən
savayı çarə tapmırdılar. Gördüm, onların arasında olan ağıllı bir
adam belə deyir:
–Baqqaldan
dirəm almaqdansa, nəfsini öldürüb ac qalmaq
yaxşıdır.
Şer
Dərbanların cəfasını çəkməkdənsə yəqin ki,
Ağaların ehsanını rədd eyləmək yaxşıdır.
Qəssabların pis üzünü görməkdənsə bir daha.
119
Ürəyində ət arzusu qalıb elmək yaxşıdır.
120
11. Hekayət
Tatar
79
müharibəsində bir iyid ağ ır yaralanm ışd ı. Biri ona dedi:
–Filan
tacirdə dərman var, istə, bəlkə verdi.
Deyirlər ki, o tacir xəsislik və pax ıll ıqda məşhur imiş.
Beyt
Süfrəsində çörək deyil, günəş olsayd ı əgər,
İş ıql ı gün görməz idi bu dünyada bir nəfər
İgid dedi.
–Dərman istəsəm, ya verəçək, ya verməyəcək; versə ya xeyir
edəcək, ya etməyəcək. Demək, elə bir tacirdən dərman istəməyin özü
mənim üçün zəhər içmək kimi bir şeydir.
Beyt
Minnətlə al ınsa alçaqdan təam,
Yeyib kökəlsə də alçalar adam.
Atalar
demişlər: «Ab ır ın ı al ıb, dirilik suyu versələr, ağ ıll ı adam
onu almaz, çünki zillətlə yaşamaqdansa, izzətlə ölmək yaxş ıd ır».
Beyt
Xoş sifətli bir adamdan alıb qanqal da yesən
Çox yaxş ıd ır bədsifətin verdiyi bal, şəkərdən.
12. Hekayət
Bir alimin yeyəni çox idi, gəliri az. Mənsəb sahiblərindən birinin
alimə hörməti var idi, məsələni ona açd ı. Mənsəb rahibi qaşqabağ ın ı
tökdü, alimin dilənməsi ona iyrənc göründü.
Şer
121
Sən bəxtindən şikayət edib küsgün sifətlə
Əziz dostun yan ına getmə, qəmlətmə onu.
Bir xahiş eyləyəndə gülər üzlü, şad görün,
Aç ıq al ın istəyər iş sahibi dostunu.
Nağ ıl edirlər ki, o, alimin vəzifəsini balaca art ırd ı, lakin ona olan
hörmətini xeyli azaltd ı. Bir az keçdikdən sonra alim özünə qarş ı
əvvəlki hörmətin olmad ığ ın ı hiss etdi və dedi:-- zəhirmar olsun o ye-
mək ki, rəzalətlə qazanacaqsan, qazan ocaqda qaynayacaq, sən isə
rüsvay olacaqsan!
Beyt
Alçalmaq yoluyla kim tapsa çörək,
Özünü alçaltm ış o adam demək.
Beyt
Çörəyim artd ıqça əksildim haman,
Yoxsulluq yaxş ıd ır sail olmaqdan.
13.
Hekayət
Bir
dərvişin bir şeyə art ıq dərəçədə ehtiyaç ı var idi. Biri ona
dedi:
–Filan adam çoxlu mal-dövlət sahibidir, əgər möhtac olduğunu
bilsə, mütləq sənə kömək edər.
Dərviş dedi:
–Ax ı, mən onunla tan ış deyiləm.
Dedi:
–Mən tan ış edərəm.
Dərvişin əlindən tutub haman adam ın evinə apard ı. Dərviş evə
daxil olduqda sallaqdodaq, qaraqabaq bir adam ın oturduğunu gördü,
dərhal dinməz-söyləməz geri döndü.
Bələdçi soruşdu:
–Sən nə etdin?
Dedi:
–Onun
xələtini sir–sifətinə bağ ışlad ım.
122
Şer
Dərdini deyəndə o şəxsə de ki,
Ən az ı xoş dillə dindirər səni
Nanəcib adamdan mətləb istəmə,
Ki, ac ı dililə rədd edər səni.
14.
Hekayət
Bir
il
İskəndəriyyədə
80
quraql ıq oldu. Yoxsullar ın taqəti əldən
getmiş, səbri tükənmiş, göylərin qap ıs ı yerin üzünə qapanm ış,
yerdəkilərin ah ı göyə dayanm ışd ı.
Şer
Dərd çəkir hər canl ı bal ıq, quş, ilan.
Y ırt ıç ı vəhşilər, qar ınca belə,
Bəs neçün cəmlənib dönmür insan ın
Ahlar ı buluda, göz yaş ı selə?!
Belə bir ildə rəzil bir adam var idi ki (dostlardan uzaq olsun),
onun pisliklərini təsvir etmək, xüsusi ilə böyüklər qarş ıs ında,
ədəbsizlik olar, lakin o haqda bir şey deməmək də ədalətsizlikdir,
bəziləri bunu yaz ıç ın ın acizliyi kimi qəbul edə bilər. Ona görə bir-iki
Beytlə kifayətlənmək istəyirəm, çünki, deyiblər: «azl ıq çoxluğa
dəlalət edir, bir ovuc – xarvar əlamətidir».
Şer
Bir tatar öldürsə bu müxənnəsi,
Tatardan al ınmaz bir də intiqam.
Bağdad görpüsünün neçə müddətdir,
Alt ından su keçir, üstündən adam.
Mərifətini bir balaca eşitdiyiniz bu adam ın haman q ıtl ıq ilində
bitməz-tükənməz sərvəti var idi, yoxsullara q ız ıl–gümüş paylay ır,
aç–yalavaclara süfrə aç ırd ı.
Dərvişlərin bəziləri acl ıqdan taqətdən düşmüş, canlar ından
123
bezmişdilər. Onun qap ıs ına getmək qərar ına gəldilər, məsləhət üçün
mənə müraciət etdilər.
İzzəti–nəfsim yol vermədi, onlar ın bu fikrinə raz ı olmad ım və
dedim:
Şer
Şir yeməz heç zaman it art ığ ın ı,
Ac ından ölsə də bir mağarada.
Biçarə, qarn ı ac yaşasan belə,
Alçağa əl açma, sak ın dünyada.
Hünərsiz bir adam Fridun olsa,
Rədd eylə, baxma heç dövlətə, ada
Naəhlin geydiyi o ipək paltar,
Salar divardak ı bəzəyi yada
15.
Hekayət
Hatəmi–Taidən soruşdular ki, dünyada özündən səxavətli bir
adam görüb, eşitmisənmi?
Dedi:
–
Bəli, bir gün q ırx dəvə qurban kəsib ərəb əmirləri ilə səhran ın
bir guşəsinə çəkilmişdim. Meşədən şələ bağlay ıb aparan bir odunçu
gördüm.
Dedim: – Nə üçün hatəmin qonaql ığ ına getmirsən, bu saat bütün
xalq onun süfrəsi baş ına toplanm ışd ır.
Dedi:
Kim öz əməyilə dolansa əlbət,
Hatəmi–Taidən götürməz minnət.
İnsafla demək laz ımd ır ki, mən onu özümdən daha səxavətli və
mərd gördüm
16. Hekayət
Musa
81
əle1hissəlam gördü ki, ç ıplaq bir dərviş utand ığ ından
124
özünü quma basd ır ıb.
Dərviş dedi: – Ya Musa, dua et, allah mənə var versin,
yoxsulluqdan çan ım boğaz ıma y ığ ıl ıb.
Musa dua edib getdi.
Bir
neçə gündən sonra münacatdan qay ıtd ıqda gördü ki, haman
dərviş zəncirlənmiş və baş ına çoxlu adam toplanm ışd ır. Dedi:
–Buna
nə olmuşdur?
Dedilər:
–Şərab içib, dava salm ışd ır, adam öldürmüşdür. Edam ın ı əmr
etmişlər.
Şer
Mümkündür bir aciz güclənib gedə,
Başqa acizləri q ıra, məhv edə.
Musa
əleyhissəlam Dünya yarad ıc ıs ın ın hikmətinə bir daha
afərin dedi, belə bir duaya cürət etdiyi üçün üzr istədi...
Şer
Bir namərdin artsa pulu, rütbəsi,
Laz ım gəlir ona sillə vurasan,
Bilmirsənmi o filosof nə dedi:
Qar ıncaya pər verməsin yaradan.
Beyt
Bir kəs ki, var–dövlət sənə verməyir
O sənin xeyrini səndən çox bilir.
Atas ın ın çoxlu bal ı vard ır, övlad ı isə q ızd ırmadan say ıqlay ır.
17. Hekayət
Bəsrədə
82
cəvahir satanlar içərisində bir dəvəçi ərəb ilə tan ış
oldum. O, nağ ıl edirdi ki, vaxtilə çöldə yolu azm ışd ım, yeməyə bir
125
şeyim olmad ığ ı üçün ölümü gözümün qabağ ına alm ışd ım. Bu anda
bir kisə mirvar ı tapd ım. Güman etdim qorğadır, elə sevindim ki, o
sevinc hələ indi də yad ımdan ç ıxmay ıbd ır, mirvari olduğunu bildikdə
isə elə gədərləndim ki, hələ indi də o ac ınacaql ı hal ım ı unuda
bilmirəm.
Şer
Susuz biyabanda, isti qumlarda,
Təşnəyə mirvari, inci nə gərək?
Ac ından y ıx ıl ıb qalanç ın nə fərq,
Qurşaqda dürr olsun ya quru təzək.
18.
Hekayət
Bir
ərəb susuz bir səhrada təşnəlikdən dad çəkərək deyirdi:
Şer
Nolard ı ölümdən qabaq birçə gün.
Çatayd ım arzuma mən də müxtəsər.
Bir çaya düşəydim suyu dizədək,
İçəydim tuluğum dolana qədər.
19.Hekayət
Bir
müsafir
Bəsit çölündə azm ış, azuqəsi də qurtarm ışd ı.
Qurşağ ındak ı bir neçə dirəmdən səvayi heç bir şeyi qalmam ışd ı. O nə
qədər gəzib, dolaşd ısa yolu tapa bilmədi və nəhayət açl ıq və
susuzluqdan həlak oldu. Bir neçə yoldan ötən onun baş ı üstə gəlib
gördülər ki, dirəmləri gözləri qarş ıs ına qoyub, torpaq üstə bu sözləri
yazm ışd ır:
Şer
Cibi saf q ız ılla dolu bir şəxsə,
Çörəksiz yaşamaq mümkünmü bir an?
Səhrada istidən yanan, bir kəsə
126
Bişmiş şəlğəm xoşdur bir cib q ız ıldan.
20.
Hekayət
Mən heç vaxt zamanan ın gedişindən nalə etməmiş və fələyin
gərdişindən şikayətlənməmişəm, yaln ız bir dəfədən başqa. Bir dəfə
ayaqyal ın qalm ışd ım, ayaqqab ı almağa isə imkan ım yox idi. Qan ı
qara halda Kufə məscidinə gəldim, ayaqs ız bir adam gördüm: Allaha
şükür edib ayaqqab ıs ızl ığa dözdüm.
127
Şer
Q ızard ılm ış cücələr tox adam ın gözünə,
Süfrə üstə qoyulmuş tərədən pis görünər.
Pulsuz və ac adama bişmiş şəlğəm özü də,
Q ızard ılm ış cücədən daha nəfis görünər.
Dostları ilə paylaş: |