SəFƏVİLƏr döVLƏTİ


I Sultan Süleymanın Azərbaycana ikinci yürüşü



Yüklə 2,18 Mb.
Pdf görüntüsü
səhifə26/96
tarix07.01.2024
ölçüsü2,18 Mb.
#211790
1   ...   22   23   24   25   26   27   28   29   ...   96
Oqtay Əfəndiyev - Səfəvilər dövləti

I Sultan Süleymanın Azərbaycana ikinci yürüşü
Hicri 941 (1534-1535)-ci ilin qışını Bağdadda keçirən Sultan
Süleyman 1535-ci il yazın əvvəlində Təbrizə hərəkət etdi. Bundan
əvvəl şah, sakinləri Təbrizdən köçürmüş, şəhəri boşaltmışdı. Həmin


83
ərazidə yaşayan tayfalar İraqa və Farsa köçürülmüşdü. Suvarma
kanalları və kəhrizlər torpaqqla doldurulmuşdu. Taxıl (qəllat) və
əkinlər (məzruat) yandırılmış, yerdə qalan nə varsa, mal-qaraya
yedizdirilmişdi. Bu tədbirləri gördükdən sonra şah Sultaniyyəyə
çəkildi. Onun arxasınca türk qoşunları Təbrizə daxil oldu. Şah
sultan və İbrahim paşa ilə sülh danışıqlarına başlamq üçün iki dəfə
öz səfirlərini onların yanına göndərdi, lakin rədd cavabı aldı. Şah
qoşunları Sultaniyyədən Dərəcəzinə gedən yolda əkinləri
yandırdılar. Türk ordusu Sultaniyyə ərazisinə çatanda aclıq və baş
verən taun xəstəliyi sultanın canlı qüvvəsinə böyük tələfat verdi.
Burada (Dərəcəzində) qızılbaşların irəlidə olan hissələri (çərxçiyan)
Əmir Sultan Rumlu və Çıraq Sultan Ustaclının başçılığı ilə
rumluların qoşunları ilə toqqudular. Osmanlılar qızılbaşlara hücum
etdilər, lakin məğlub oldular. Ağır vəziyyətə düşən türk qoşunları
geri çəkilməyə başladılar.
Bəhram Mirzə bir dəstə əmirlə-Məntəşə Sultan, Əmir Sultan,
Şahqulu xəlifə möhrdar, Məhəmməd Əmin bəy Süfrəçi ilə birlikdə
İbrahim paşanı təqib etmək üçün göndərildi.Halbuki, şah özü Van
qalasına yola düşmüşdü. Qalada mühasirəyə düşmüş osmanlılara
yardım göstərmək üçün sultan Diyarbəkir hakimi Məhəmməd
paşanı və Üləmanı 2 min nəfərlik yeniçəri və 10 minlik süvari ilə
ora göndərdi. Onlar Vostan yaxınlığında türkman tayfasından olan
şah qorçiləri ilə qarşılaşdılar. Xain Üləmanın yaxınlıqda olması
xəbərini alan şah 2 min nəfərlə onun üzərinə yeridi.
Üləmanın dəfələrlə xəbərdarlıq etməsinə baxmayarq,
Məhəmməd paşa özünün sayca üstünlüyünə arxalanıb yenişəriləri
ön sırada yerləşdirərək qızılbaşlarla döyüşə girməyi qərara aldı.
Lakin Şiraz hakimi Qazi xan Zülqədər türkman və zülqədər
tayfalarından olan qorçılər dəstəsi ilə düşmənə hücum etdi. Həsən
bəy Rumlunun sözləri ilə desək, “bir anda dörd yüzə qədər türk
qızılbaşlar tərəfindən öldürüldü və onların başları şah atının
ayaqları altına atıldı”. Sultanın bir neçə əyanı əsir alındı.


84
Qızılbaşlar düşməni Bidlisədək təqib etdilər. Onlar böyük qənimət
ələ keçirdilər. Bəhram Mirzə əmirlərlə Ərcişə yola düşdü. Oranın
müdafiəçiləri qızılbaşları qalanın qarşısında qarşıladılar.
Qızılbaşların hücumuna davam gətirməyən türklər qalaya çəkilib
sultandan kömək göndərməsini xahiş etdilər. Xondkar buraya Sinan
paşa başda olmaqla qoşun göndərdi. Lakin Budaq xan Qacarın
dəstəsi onları qarşılayarq darmadağın etdi. Sinan paşa və başqa
Osmanlı sərkərdələri ilə birlikdə yüzlərlə türk məhv edildi. Onların
başları Van yaxınlığında olan şaha çatdırıldı. Sinan paşanın həlak
olmasından xəbər tutan Sultan Süleyman öz ordusunun seçmə
hissələrini İbrahim paşanın başçılığı altına keçirdi və Ərcişdə
mühasirədə qalanlara köməyə göndərdi. Lakin qızılbaşlar İbrahim
paşanın göndərdiyi dəstəni də darmadağın etdilər. Bundan sonra
İbrahim paşa qalanın sakinlərini də özü ilə götürərək oranı tərk etdi.
Beləliklə, Van və Ərciş əraziləri şahın əlinə keçdi
44
.

Yüklə 2,18 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin