SəFƏVİLƏr döVLƏTİ


I Sultan Süleymanın Azərbaycana üçüncü yürüşü



Yüklə 2,18 Mb.
Pdf görüntüsü
səhifə29/96
tarix07.01.2024
ölçüsü2,18 Mb.
#211790
1   ...   25   26   27   28   29   30   31   32   ...   96
Oqtay Əfəndiyev - Səfəvilər dövləti

I Sultan Süleymanın Azərbaycana üçüncü yürüşü
Həsən bəy Rumlunun xəbər verdiyi kimi, hicri 955 (1548)-ci
ildə Sultan Süleyman, Osmanlı imperiyasının tabeliyində olan
bütün ölkələrdən- Macarıstan, Əflak (valaxiya), Bosniya, Serbiya,
Moreya, Moldaviya, Anadolu, Məntəşə eli, qaraman, Mərəş, Hələb,
Suriya, Misir, Hicaz, Yəmən, Diyarbəkir, Ərəb İraqı və Kəfədən
toplanmış böyük ordu ilə Azərbaycana soxuldu.
Şərəf xanın verdiyi məlumata görə, Sultanı Səfəvilər
üzərinə yürüş etmək üçün dilə tutmuş Əlqas Mirzə ona demişdi ki,
Sultan İraqa daxil olan kimi qızılbaşlar şahdan üz döndərəcəklər.
Lakin tarixçinin göstərdiyi kimi, qızılbaşlardan heç biri Sultanın ən
yaxın silahdaşlarını qarşılamadı. Əksinə, Əlqasla birlikdə İstanbula
gəlmiş mülazimlər onu tərk edərək şahın yanına qayıtmağa
başladılar
69
. Böyük türk ordusuna qarşı çıxmaq üçün kifayət qədər
qoşunu olmayan I Şah Təhmasi Təbrizi tərk etdi və Şəmbi Qazana
çəkilərəkorada üç ay müddətində qoşun topladı. Burada Şirvan


93
bəylərbəyi İsmayıl Mirzə və digər hakimlər öz qoşunları ilə onunla
birləşdilər.
Qızılbaşlar türk ordusnun hərəkətini çətinləşdirmək üçün
Osmanlı sərhədindən Təbrizin özünə qədər olan ərazini xüsusi
olaraq viran qoydular. Burada düşmənə “bir toxumcuq, ot saplağı”
belə saxlanılmadı, daşınmaz əmlaka isə od vuruldu. Özlərinin
fədakarlığı ilə tanınan Təbriz sakinləri su mənbələrini, suvarma
kanallarını (qənov və kəhrizləri) elə bağladılar ki, “hətta özlərinin
içməsi üçün belə lazım olan qədər su qalmasın”
70
.
Xainlər- Üləma bəy və Əlqas Mirzə Sultan ordusunu
müşayiət edirdilər. Həsən bəy Rumlunun yazdığına görə, Süleyman
Azərbaycana Ərzurum-Xoy-Təbriz yolu ilə gəlmişdi
71
. Üləma
türklərin dəstəsi ilə Van qalasını tutmaq üçün göndərildi. Sultan
Mərənddə qızılbaşlara hücum etmək üçün 40 minlik qoşunla
Xoydan hərəkət edəcək bir sıra paşaları ( ocümlədən Əlqas
Mirzəni) ayırdı. Osmanlı qoşunları Abdulla xan Ustaclının,
Şahverdi Sultan Ziyad oğlunun və Əli Sultan Təkəlinin başçılığı ilə
irəlidə olan qızılbaş hissələri ilə toqquşdular. Şahverdi Sultan
döyüşdə böyük igidlik göstərdi. Qızılbaşlar Osmanlıların üstün
qüvvələrinin təzyiqi altında şahın Eşkəmbərdə yerləşən qərargahına
geri çəkilməyə məcbur oldular. Şah Eşkəmbər çayının sahillərini
tərk etdi, onunla Xuzistan, Fars, Kirman və İraq əmirlərinin
birləşəcəyi yerə-Əhər çayına tərəf geri çəkildi.
Bu zaman Sultan Süleyman əsas qüvvələri ilə Təbrizə daxil
olaraq orada cəmisi 4 gün qala bildi. Həmin günlər Osmanlı ordusu
üçün çox kədərli keçdi. Həsən bəy Rumlu xəbər verir ki, yem
olmadığına görə türklərin 5 min atı, dəvəsi və qatırı tələf oldu.
Şəhərdə ərzaq olmadığına görə türk döyüşçüləri şəhərlilərin şəxsi
əmlakını qarət etməyə başladılar. Həsən bəy Rumlu yazır: “Xalq
nalə və fəryad səsini göylərə ucaltdı”. Hicri 955-ci il rəbi əs-saninin
24-ü (1548-ci ili iyunun 2-də) Sultan Təbrizi tərk etməyə məcbur
oldu. Sakinlər işğalçılara qarşı üsyan qaldırdılar. Salnaməçi


94
söyləyir: “Təbrizin qara camaatı və pozğun ünsürləri (yəni əhalisi -
O.Ə.) özlərinin qisasını atlardan və sultanın yaxın adamlarından
alaraq onları öldürdülər”
72
.
Qızılbaş qoşunları da düşmənə aman vermirdilər. Onlar
gündüz və gecə düşmənin ətrafında dövrə vurur və ayrı-ayrı
dəstələri əsir alırdılar. İsgəndər bəy Münşi qeyd edir ki, qızılbaşlar
qəfil hücumları ilə türkləri elə qorxutmuşdular ki, “onlar özlərinə
yemək əldə etmək üçün dayandıqları yerdən kənara bir addım da
ata bilmirdilər”
73
.
Azərbaycan əhalisinin getdikcə artan müqaviməti, ərzaq
çatışmazlığından yaranan ağır vəziyyət və şah qoşunlarının
hücumları Osmanlı qoşunlarının Təbrixdə qalmasını qeyri-mümkün
etmişdi. Sultan Kürdüstandan keçərək Vana çəkildi, Van qalasını
ələ keçirdi və onu İsgəndər paşaya verdi. Özü isə Diyarbəkirə
döndü. İbrahim xan və Məhəmməd bəy Türkman sultanın geri
çəkilən ordusunun arxasınca hərəkət etdilər. Şəbüstər yaxınlığında
Suriya və Diyarbəkir paşası, Mərəş paşası ilə baş vermiş şiddətli
vuruşmada onlar böyük tələfat verildi
74
.
Osmanlı ordusu geri çəkildikdən sonra şah Xoya daxil oldu.
Burada İbrahim xan və başqa əmirlər öz qoşun dəstələri ilə ona
qoşuldular. Çaldıranda Kirman hakimi Şahqulu Sultan və Mahmud
xan Əfşar da şahın qoşunları ilə birləşdilər.
Bu zaman Şah Təhmasib məlumat aldı ki, sultan qullar ağası
Osman Çələbini dörd minlik qoşunla Qars qalasını bərpa etmək
üçün göndərmişdir. Təhmasibin böyük oğlu İsmayıl Mirzə Göyçə
Sultan Qacarla birlikdə ona qarşı göndərildi. Şahzadə qəfil hücumla
2 min nəfərədək döyüşçünü, həmçinin bərpa işləri aparmaq üçün
Amasiya, Tokat, Sivas, Akşehir, Ərzincan, Bayburt, Kəmax,
Tərcan, Ərzurum və başqa yerlərfən qovulub bura gətirilmiş 5 min
kəndli və sənətkarı məhv etdi
75
. Onların bir hissəsi qalada
gizlənərək canlarını xilas etdilər, lakin üç gündən sonra qızılbaşlara
təslim oldular. Osman Çələbi özü ilə 600 nəfər götürərək


95
şahzadənin qərargahına gəldi və qəflətən qılıncını sıyıraraq ona
hücum etdi. Osmanın adamları da onun kimi hərəkət edərək
qızılbaşlara hücum etdilər. Lakin İsmayıl Mirzə soyuqqanlılıq
göstərdi, özünü itirmədi. Türklərdən bir nəfər də salamat qalmadı.
Qars qalası qızılbaşlar tərəfindən dağıdıldı.
Yenə həmin ildə Şahqulu Sultan böyük qoşunla Osmanlıların
sərhəd rayonlarını viran etmək üçün göndərildi. Onalr Əxlat
ərazisində tayfaları soyub taladılar və təqribən 5 minədək at, 100
min qoyun və 50 min qaramal sürüb apardılar
76
. Şah Xınıs
bölgəsini viran edib yandırdı və Pasinə yola düşdü. Burada şahzadə
İsmayıl və Bəhram Mirzə şaha qoşuldular.
İsgəndər bəy Münşi göstərir ki, qızılbaşların əsas qüvvələrini
məqsəddən yayındırmaq və özünün başlıca qüvvələrini itkisiz çəkib
aparmaq üçün Sultan Süleyman Əlqası və Üləmanı qoşunlarla
müxtəlif istiqamətlərə yolladı. Əlqas Mirzə beş min nəfərlik
qoşunla Şəhrizurdan İraq tərəfə, Üləma isə Ərzurum və Sivas
paşaları ilə otuz minlik qoşunla sultanın əmrinə əsasə,Ərzurumu
müdafiə etmək üçün göndərildi. Süleyman özü isə Bilisi sürətlə
keçdi və Diyarbəkirə çatdı.
Şah Əli Sultan Tatı oğlunu on min nəfərlik dəstə ilə Əxlat,
Gözəl Dərə, Adilcəvaz və Muş ərazilərini viran qoymaq üçün
göndərdi. Üləmanın Tərcanda olması xəbərini alan şah, Sufiyandan
keçib onun arxasınca hərəkət etdi. Lakin Üləma tələsik qaçdı. Onda
şah Tərcandan Ərzincan istiqamətinə irəlilədi. Şahzadə İsmayılın
irəlidə gedən hissələri Bayburt yaxınlığında Məhəmməd Paşa Tək
oğlunun dəstələri ilə toqquşdu. Türklər darmadağın edildilər və
qaçdılar. Ərzincan tutuldu və talan edildi. Noyabrın əvvəlində şah
İrəvana yollandı və Üçkilsədə düşərgə saldı.
Şah Ərzincanda olarkən Əlqas Mirzə beş min nəfərlik dəstə
ilə Kürdüstandan Həmədana, sonra isə Qum üzərinə yeridi. Bunun
ardınca o, Kaşana daxil oldu. Əlqas Mirzə şahın yaxınlaşması
xəbərini alan kimi tələsik cənuba, İsfahana hərəkət etdi. Şəhər


96
əhalisi müdafiəyə hazırlaşdı. Bəhram Mirzənin və İbrahim xanın
dəstələri Kaşana çatdılar. Əlqas təqibçilərdən yaxa qurtarmaq üçün
Fars tərəfə döndü, Yezdxas (Şiraz-İsfahan yolunda) qalasını aldı və
müdafiəçiləri qılıncdan keçirdi. Sonra o, Şirazı keçib Bəhbəhana,
Dizfula daxil oldu. Oradan isə Bayat qalasından çıxıb Bağdadın
hüdudlarına çıxdı
77
.

Yüklə 2,18 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin