314
Avaracanəvis.
V.F.Minorski bəzi mənbələr əsasında belə nəticəyə
gəlir ki, “avaraca” – kitab, yaxud sənəd idi.
Ona müvafiq olaraq, fərdi
qaydada vergi verənlərdən ödəmələr alınır və növbəti ödəmələr onlarda
elə qaydada yazılırdı ki, oraya əlavələr etmək mümkün olsun”
114
.
Avaracanəvis, mustoufi əl-məmalikin nəzarəti altında fəaliyyət göstərir
və maliyyə idarəsinə aid edilirdi. V.Minorskinin ehtimalına görə,
zabitanəvis
bir qayda olaraq, şah mülkiyyəti ilə (və bütün məmalik
vilayətlərindən gələn təsadüfi gəlirlərlə) iş görürdü. Halbuki, avaraca
kitablarına baxanlar dövlət torpaqlarından (məmalik) daxil olan pulları
qeydə alırdılar.
V.
Minorski “Təzkirət əl-mülük”ə
əsaslanaraq, avaracanəvisin
aşağıdakı vəzifələrini müəyyənləşdirir. Onların birinci vəzifəsi vergi
verənlərin adlarını kitabda qeyd etmək idi. İkincisi, onlar divan
qulluqçularından daxil olan sənədlərin üzərində müxtəlif qeydlər
edirdilər. Üçüncüsü, onlar tiyula, həme saleyə və s.
aid olan sənədləri
(pərvanəcat) qəbul edir və yola salırdılar. Dördüncüsü, vergi
toplanmasını idarə edən vilayət hakimiyyət orqanlarına göndərilən rəqəm
və sənədlərin qeydə alınması, yoxlanması da onların vəzifəsinə daxil idi
15
.
Bu vəzifənin əhəmiyyətini İskəndər bəy Münşinin mülahizələrindən
görmək olar. Onun
mülahizəsinə görə, “bəzən
116
istifanın (mustoufi əl-
məmalikin – O.Ə.) vəzifələri şah dəftərxanasının avaracanəvisləri
arasında bölüşdürülürdü və onlardan hər biri öz idarəsinin mustoufisi
olurdu”
117
.
Avaracanəvis vəzifəsini icra etmiş məmurlardan İskəndər bəy
Münşi bunların adlarını çəkir: Azərbaycanın və Şirvanın avaracanəvisi
olmuş Xacə Məhəmməd Əmin; İraqın avaracanəvisi Xacə Rəşid bəy
Şirazi; Xorasan və Kirman avaracanəvisi Ağa Əsəd; Farsın avaracanəvisi
Mir Nemətulla.
Dostları ilə paylaş: