56
yetirməyə məcbur oldu”
77.
İsmayılın hərəkatı, Ağqoyunlu dövləti ərazisində xalqın
narazılığının artmasından və hakim təbəqə daxilindəki nifaqın
kəskinləşməsindən doğmuş tam dağılma dövründə başlanmışdı. Bu
hərəkat əvvəlki çıxışlardan daha geniş ictimai zəminə malik olması ilə
səciyyələnirdi. Bu hərəkatda qızılbaş tayfalarından başqa, yerli (oturaq)
feodallar, tacirlər də fəal iştirak edirdilər. Hərəkatın xalq – kəndlilər və
sıravi köçərilər tərəfindən dəstəklənməsi
onun müvəffəqiyyətini təmin
edən həlledici amil oldu. Sonuncular öz ümidlərini şiəlik hərəkatları ilə
bağlamağa adət etmişdilər. Hekayə üslubunda olan mənbələr qızılbaş
hərəkatının ideologiyası, yəni onun iştirakçılarının ictimai və siyasi məramı
haqqında mühakimə yürütməyə imkan vermir. Bu cəhətdən Şah İsmayıl
Xətayinin öz divanı (şeirlər külliyatı) böyük əhəmiyyət kəsb edir.
V.F.Minorski yazırdı: “Yalnız “Divan”, ilk Səfəvilərin sirli bidətinə açar ola
bilər. Bu dinamik, zahirən mistik və dini ideyalar
bilavasitə fəaliyyətdə
asanlıqla öz ifadəsini tapır. Onlar hərəkatın zərbə qüvvəsini təşkil edən
həmin ünsürlərin siyasi xəttini təmsil edirlər”
78
. Xətayinin “Divan”ında öz
əksini tapmış qızılbaş nəzəriyyəsinə görə, Xəlifə Əli imamdır və kim bunu
qəbul etmirsə, o kafirdir. Məhəmməd peyğəmbərdirsə, Əli “Allah
həqiqətinin təzahürüdür” (“məzhər-i həqq”dir). İsmayıl özünün Əli və
Fatimədən başlanan “mənşəyi” ilə fəxr edir. O, Əlidə ilahi mahiyyətin başqa
şəklə düşdüyünə inanır. Əvvəlcə o (İsmayıl), Əli ilə bir olmuş, indi isə
yenidən zühur etmişdir. Peyğəmbərin və imamın
keyfiyyətləri onun
simasında təcəssüm etmişdir. İnsan Allahın təcəssümü ola bilər. İsmayıl –
insan qiyafəsində olan Allahdır (adam donuna girmiş xuda). O, bu dünyaya
“Allahın nuru” (nuri xuda), “peyğəmbərlərin möhürü” (ənbiya xətmi),
“kamil rəhbər” (mürşid- kamil),”aparıcı imam” (imam-rahnema), mütləq
həqiqət - Allah (həqq-i mütləq) kimi gəlmişdir. O, ğzünün “qazi”, “sufi”,
“əxi” adlandırdığı tərəfdarlarından təkidlə pərəstiş, təzim, kor –
koranə itaət
(səcdə,socud) tələb edirdi.
Əlinin və onun nəslindən olanların ilahiləşdirilməsi, Allahın
əlamətlərinin insanda görünməsi, Allahın dönə-dönə təcəssüm etdirilməsi
57
ifrat şiə tiriqətləri üçün xasdir.
Onlar istər sünnilərdə, istərsə də mötədil
şiələrdə islama bidət və yad sayılır
80
. V.A.Qordlevski “əhl-i həqq” (“həqiqət
əhli”) təriqətinin təlimini nəzərdən keçirərkən belə bir maraqlı nəticəyə gəlir
ki, “mücərrəd fəlsəfi ideyakar yalnız xalq içərisində Əlinin ilahiləşdirilməsi
formasında öz ifadəsini tapa bilər”
81
Məlum olduğu kimi, XX əsrə qədər
Kiçik Asiyada ifrat şiə “Əli ilahi” (“Əlini ilahiləşdirənlər”), yaxud “əhl-i
həqq” (“həqiqət əhli”) təriqətinin tərəfdarlarını qızılbaşlar adlandırırdılar.
Deyilənlərdən aydın olur ki, qızılbaş hərəkatının yuxarı təbəqələrinin
şiəliyi ifrat şiələrin (xalq kütlələri ideoloqlarının) güclü təsirinə məruz
qalmışdı. Bu, sadə xalqın hərəkatda fəal iştirakının gösrəricisidir. Qızılbaşlar
Şah İsmayılı çox sevir və onu ilahiləşdirirdilər. Venetsiya səyyahlarının
təsdiq
etdiyi kimi o, xalq içərisində də böyük şöhrət qazanmışdı
82
. Şah
İsmayıla xilaskar, imam Mehdi kimi baxırdılar
83
.
V.Qordlevski bununla əlaqədar olaraq yazmışdı: “...XVI əsrdə xalq
təfəkkürü yenə də coşqun gərginlik içərisində çırpınırdı. Şiə ideyaları
yenidən ortaya çıxmışdı: xalq, həsr\ətində olduğu xilaskar – Mehdi, yaxud
imam intizarı ilə yaşayırdı. Kiçik Asiyada güclü təşviqat aparılırdı. Dərviş
dəstələri ölkəni gəzib – dolaşır, əhalini həyəcana salır və aldadırdılar”
84
.
Səfəvi şeyxlərinin uğurla istifadə etdikləri, Azərbaycanda əlverişli zəmin
tapan dini yüksəliş türkdilli tayfalarla məskunlaşmış Kiçik Asiyanın Şərq
hissəsini də bürüdü.
Osmanlı feodallarının qəsdləırindən öz istiqlaliyyətini qorumaq və
dövlət yaratmaq üçün bu tayfaların bir hissəsi hərbi – siyasi ittifaqlarda
birləşməyə başladı. N.D.Mikluxo – Maklay yazır: ”Sonralar qızılbaşlar
adlanmış bu tayfalar öz dilinə və mənşəyinə görə XV əsrdə ardıcıl
surətdə
Azərbaycanın və İranın böyük hissəsinin sahibi olmuş, qaraqoyunlu və
Ağqoyunlu dövlətlərini yaratmış Azərbaycan tayfaları ilə qohum idilər”
85
.
Dostları ilə paylaş: