Vaqif İsaqoğlu,
hərbi jurnalist
Əziz oxucu, burda şairin həyatı və yaradıcılığı
ilə bağlı yazdığım fikirlərimi yekunlaşdırıram.
Son olaraq onu demək istəyirəm ki, Paşamızın
həyat və yaradıcılığı bir-biri ilə tam üstə
düşdüyündən, mən onları bir-birindən ayır-
madım – bir-birinə sarmaşıqlı verdim. Of, nə
gözəl olardı bütün insanların sözü ilə əməli
beləcə, Nizamii Paşa şəxsiyyətində olduğu
kimi, üst-üstə düşəydi, canbir, dilbir olaydı!..
Azərbaycanlıların Mədəniyyət Mərkəzinin
kollektivi görkəmli şair Nizami Saraclını 65
illik yubileyi münasibətilə təbrik edir, ona
möhkəm cansağlığı, uzun ömür və yaradıclıq
uğurları arzulayır!
Nizami Paşa Saraclıya
Daha nələr yazım, Nizami Paşa?..
...padşahı pürxətər poşası yıxdı.
Nə desən varımdı: həsrət... həyəcan...
bircə ümidimin paşası yoxdu.
Eyy !.. indi qəhrəman olmağa nə var:
o vaxt bircə diri-duru gələydi!
Deyirdim xilaskar gözləyənlərtək:
oğuz bəylərinin biri gələydi!
Bu indi belədi – asan və ucuz:
əyri də Əyriqar yoluna çıxır.
Bir əmanətim var “ucqar” adında;
durub gəlininə, oğluna çıxır...
Beynəva dünyanı birdən düzəltmək
nədi ki qüdrətin qaib əlində?
Bir də Başkeçiddən Qaraçöpəcən
qalmasın heç nökər-naib əlində!..
Daha nələr yazım, Nizami Paşa?..
...qoşa qanada da qoşa ox olur.
And olsun qələmə, yazılanlara! –
paşa gələn təki poşa yox olur...
İbrahimxəlil
Dünyamızın dəli dərvişi, yaxud da
şair Nizami Paşa Saraclıya salam...
№09 (184) 30.06.2015
7
Mənəviyyat
№09 (184) 30.06.2015
6
Sizcə nədir məsafələr? Bizi bir-birimizdən
ayıran? Ya bizə birlikdə olduğumuz anların
dəyərini bildirməyə çalışan?
Nədir o? Bizim qatı düşmənimiz? Bəlkə,
əslində var olub, görmədiklərimizi bizə
göstərməyə çalışan dostumuz?
Məsafə hər şey, həm də heç nədir.
Məsafə dediyimiz bu məfhum ancaq cis-
miniz üçün keçərlidir, ruhunuz üçün deyil.
Önümüzdə çətinliklər, məsafələr durursa
əgər, öz arzularımızdan, hədəflərimizdən
əlimizi üzməyimiz iradəsizlikdən başqa
bir şey deyildir.
Hər gün nə qədər xəyallarımız olur
gerçəyə sığmaz, amma bir gün bir gerçək
olar xəyallara sığmaz.
Hədəfi dəqiq olmayan insanın hərəkətləri
sərxoş odunçunun ağacı yonmasına bən-
zəyir.
Qaraqan
Əgər məqsədiniz varsa, bunun üçün
içinizdə inam, əzm də olmalıdır. Çətin və
mümkünsüz kimi düşüncələrə qapılmayın,
iradəli olun.
Uzaq və imkansız görünən bir şey, bir
anda yaxın və mümkün ola bilər.
Tolstoy
Biz nə qədər inkar etsək də ətrafdakıların'ın
fikirləri, qınaqları bizim həyatımızda
rol oynayıb, bizi izləyir və şüurumuza
təsir edir, ya da etməyə çalışır. Bunun
nəticəsində kimisi öz planlarından daşınır,
kimisi də başladığı bir işi yarımçıq qoyur.
Bizim bədbəxtçiliyimiz, zəif nöqtələrimiz
də elə buradan başlayır.
Bu bizi yanlışlardan da qaytara bilər,
bizi qarşıda gözləyən, qazana biləcəyimiz
uğur və nailiyyətlərdən də məhrum edə
bilər. Özünüz olun, başqalarının hər ağız-
burun əymələrinə fikir verməyin. Biz
həyatda bəzən elə məqamlarla qarşılaşırıq
ki, bizə elə şans verilir ki, əgər ona tərəf
biraz addımlasaq həyatımız dəyişib,
hədəflərimizə daha yaxın ola bilərik,
amma bunun üçün də bəzi seçimlər edib,
addımlar atmalıyıq. Odur ki, biz iradəmizin
idarəsini öz əlimizə almağı bacarmalıyıq.
Bilirsiniz necədir, hərdən insan nail ola
biləcəyi şeyləri öz şüurunda heç cəhd
etmədən elə həkk edir ki, ''mən bunu ba-
cara bilmərəm'', ''mənlik deyil'', ''mən nə
edim-icazə vermirlər''
-Stop, Stop!!!
Sən bu vaxta qədər mümkünsüz gördüyün
çox şeyi bacara bilərsən. Sadəcə, bir az
cəsarət, bir az özünə inam və artıq sən
arzularına bir addım daha yaxınsan. Yetər
ki, istə, cəhd et, çalış.
Əsas odur ki, sizin həyatda arzunuz,
hədəfləriniz olmalıdır, bilməlisiniz bu
həyatda nəyə nail olmaq istəyirsiniz. Və
bunun üçün də var gücünüzlə, iradənizlə
çalışmalısınız.
Ümid edirəm ki, söhbətimiz sizdə müsbət
təəssürat yaradacaq və bu söhbətimiz
özünüzə inanmağınızın, cəhd etməyinizin,
çalışmağınızın nə dərəcədə vacib olduğunu
anladıb, sizə hər zaman uğur gətirəcəyini
xatırladar.
Sonda:
Cəsarət inamın yarısıdır. İnandığın amma
edə bilmədiyin bir şeyə cəsarət etsən, işin
yarısını həll etmiş olarsan.
Elcan Hacıyev
Marneulinin musiqi məktəbi 55 illik
yubileyini qeyd etdi
Marneuli Mədəniyyət Evində
musiqi məktəbinin 55 illik yubiley
gecəsi təşkil olundu.
Tədbir çərçivəsində musiqi mək-
təbinin pedaqoqları və şagirdləri
tamaşaçılar qarşısında insanların xa-
tirəsinə həkk olunmuş musiqi par-
çaları səsləndirdilər.
Yubiley gecəsində Marneuli bə-
lədiyyəsinin, icra hakimiyyətinin
rəhbər şəxsləri, elmi-mədəni təbəqə-
nin nümayəndələri və digər dəvət
olunmuş qonaqlar iiştirak etdilər.
Tədbirin sonunda musiqi məktəbinin
direktoru İrina xanım Samxaradze
qonaqlara dərin təşəkkürünü bildirdi,
tədbirdə çıxış edən hər kəsə gələcək işlərində uğurlar arzuladı
Musiqi məktəbinin yubiley gecəsi bəstəkar Qia Qançelinin “Səma rəngli dağlar yaxud
inanılmaz xəbər” kinofilmindən məşhur bəstəsi ilə sona çatdı.
Ən qədim Quran qaresinin səs yazısı tapılıb
Müqəddəs Qurani-Kərim qaresinin 130 il bundan əvvələ aid olan qədim səs yazısı tapılıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, müqəddəs Kəbədə ayələri oxuyan naməlum
qarenin səsi fonoqrafla 1885-ci ildə yazılıb.
Audioyazı həmin il Niderland hökumətinin təqaüdü ilə Məkkəyə gələn islamşünas Kristian
Snuk Qürxonya tərəfindən qeydə alınıb.
İslam dinini qəbul etməsi ehtimalı olunan şərqşünasın Əbdül Qaffar adı ilə də tanınması istisna
edilmir.
Beş ay müqəddəs şəhərdə qal-
dığı bildirilən alim burada bir sıra
çəkilişlər edib, müxtəlif audio-
yazıların qeydiyyatını aparıb.
Xatırladaq ki, 1877-ci il no-
yabrın 21-də Tomas Edison tərə-
findən yaradılmış ilk fonoqraf ci-
hazı səs yazısı aparatıdır. Aparat
səsi yazarkən fırlanan barabanın
üzərindəki silindrik formalı spiral
da açılır ki, bu da nəzərdə tutulan
səs yazılarını asanlıqla qeydiyyata
ala bilir.
Mövqe
Məhkumların hüquqları dövlət
səviyyəsində qorunur
Məhkum deyiləndə, hər kəs beynində bir obraz canlandırır. Qara nimdaş
paltarlı, üzü tüklü, qolu qandallı, hər şeydən məhrum olunmuş şəxs. Bir
sözlə, ona insan demək olmaz; amma burada yanılanlar var. Məhkumların
əksəriyyəti cəmiyyətdən müvəqqəti təcrid olunub. Onların bir qismi ilk
dəfə, bəlkə də təsadüfən cinayət törədib. Ümumiyyətlə, vətəndaşın müəyyən
müddətə azadlıqdan məhrum edilməsi, heç də onun cəmiyyətdən silinib
atılması demək deyil. Onların yenidən sağlam cəmiyyətə qayıtması üçün
müəyyən cəza müddəti təyin olunur və bu müddətdə çoxlarının ağlı başına
gəlir. Amma elə insanlar da var ki, ümumiyyətlə həyatını həbsxanasız
keçirə bilmir. Hətta qəsdən cinayət törədib, “içəri” girənlər də olur. Belə
insanlar tamamilə başqa kateqoriyaya aiddir, amma onlar da insandır.
Son vaxtlar məhkumların hüquqları ilə bağlı tez-tez müxtəlif fikirlər səslənir. Artıq cəmiyyətdə
məhkumların da bir insan olduğu dərk edilir və onların hüquqlarının qorunması ilə bağlı tədbirlər
görülür. Belə ki, bu yaxınlarda Gürcüstanın cəzaçəkmə müəssisələrində cəza çəkən etnik məhbuslara
Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Nazirliyinin təşkilatçılıgı ilə ana
dillərində nəşr olunan qəzetlərin veriləcəyi xəbərləri yayıldı. Bu təşəbbüs Gürcüstanın Cəzaçəkmə
və Probasiya Məsələləri üzrə Nazirliyi ilə razılaşdırılib. Belə ki, məhkumlara həftədə bir dəfə
Azərbaycandilli “Gürcüstan”, ”RegionPress” və erməni dilli “Vrastan” (“Gürcüstan”) qəzetləri
çatdırılır. Bundan başqa, Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Nazirliyinin et-
nik azlıqların məsələləri üzrə müşaviri Zaur Darğallının bildirdiyinə görə, bu addım həbsxanalarda
cəza çəkən məhkumların ölkədə baş verən hadisələr haqqında məlumatlanmaq məqsədi daşıyır.
Daha sonra o qeyd edir ki, həbsxanalarda məhkumların məşğulluğunu artırmaq və cəmiyyətə
inteqrasiyası üçün müxtəlif proqramlar hazırlanıb. Fikrimcə, bu çox böyük, təqdirəlayiq haldır və
alqışlanmalıdır. Ancaq mənim məhkumların hüquqları ilə bağlı başqa fikirlərim var. İndi belə bir
məsələ ortaya çıxır: görəsən məhkumları müvəqqəti evə buraxmaq olarmı? Məsələn, məhkumun
ailə üzvləri, qohumları rəhmətə gedərsə, o da müəyyən nəzarət altında yas mərasimində iştirak edə
bilər. O cümlədən, məhkumun yaxınlarının xeyir işində iştirak etməsi də mümkündür. Bundan
başqa, məhkumun ailə üzvlərindən biri xəstə olarsa, onu xəstəyə baş çəkmək üçün evə buraxmaq
olar. Amma bunu bütün məhkumlara şamil etmək mümkündürmü?. Nəzərə alaq ki, artıq Avropa
ölkələrində və digər demokratik dövlətlərdə belə qaydalar tətbiq olunur və məhkum hətta adi hal-
da da qısamüddətli məzuniyyətə buraxılır, amma müəyyən qaydalar əsasında. Yəni, məhkumun
törətdiyi cinayət, onun neçənci dəfə məhkum olunması, həbsdə olduğu müddətdə davranışı və
digər xüsusiyyətlər əsas amillər kimi nəzərə alınır.
Xarici, sivil, demokratik dövlətlərdə məhkumların məzuniyyətə buraxılması prosesi hələ bir neçə
il bundan əvvəl həyata keçirilir. Həmin dövlətlərdə də, məhkumların törətdiyi cinayətin ağırlığı və
digər əsas xüsusiyyətlər nəzərə alınır. Əminik ki, bu qayda gec-tez Gürcüstanda da tətbiq oluna-
caq. Çünki bu qaydanın tətbiq olunması, məhkumlara müsbət mənəvi-psixi təsir göstərər. Allah
qapılarını açsın!
ÇİNGİZ QASIMOV
“Şeyx Sənan” əsəri ilk dəfə
gürcü dilində səhnəyə qoyulacaq
Görkəmli dramaturq Hüseyn Cavidin “Şeyx
Sənan” əsəri ilk dəfə gürcü dilində səhnəyə
qoyulacaq.
Azərbaycan Dövlət Akademik Milli Dram
Teatrının (ADAMDT) mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki, ADAMDT və Gür-
cüstanın K.Marcanişvili adına Akademik Dram
Teatrının birgə layihəsi olan “Şeyx Sənan” faciəsi
hər iki teatrda Azərbaycan və gürcü dillərində
tamaşaya qoyulacaq. Əvvəlcə Bakıda, sonra isə
Tbilisidə nümayiş olunacaq tamaşanın birinci
hissəsi Azərbaycan dilində, ikinci hissəsi isə
gürcü dilində təqdim ediləcək.
“Şeyx Sənan” faciəsi gürcü dilinə tərcümə edilib və əsərin gürcü dilində olan nüsxəsi
Gürcüstandan Azərbaycana göndərilib.
Süleyman Dəmirəl vəfat etdi
Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl 91
yaşında dünyasını dəyişib.
İyunun 17-də, yerli vaxtla saat 02:05-də Türkiyənin
9-cu prezidenti Süleyman Dəmirəl müalicə aldığı An-
kara Güvən Xəstəxanasında dünyasını dəyişib.
Türkiyə mətbuatına istinadən verilən xəbərə görə, bu
barədə Xəstəxananın məlumatında bildirilir.
"Hörmətli 9-cu Cumhurbaşqanımız Süleyman Də-
mirəl, 2015-ci il, mayın 13-də ürək çatışmazlığı və
kəskin tənəffüs yolları infeksiyası ilə Xəstəxanamıza yerləşdirilib. Son günlər onun vəziyyəti
ağırlaşmış, iyunun 16-da tənəffüs və ürək funksiyalarının kəskin pozulması müşahidə
olunmuşdur. Bütün səylərimizə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Süleyman Dəmirələ Allahdan rəhmət, yaxınlarına və Türk Millətinə baş sağlığı diləyirik",
deyə açıqlamada bildirilir.
Allah rəhmət eləsin!
İradə və İnam
№09 (184) 30.06.2015
7
Mənəviyyat
№09 (184) 30.06.2015
6
Mədəniyyət
Tbilisidə azərbaycanlı
rəssamın sərgisi açılıb
İyunun 16-da Tbilisidəki Parlament Kitabxanasında Gürcüstan Mü-
səlmanları İdarəsinin (GMİ) və Azərbaycanlıların Mədəniyyət Mərkəzinin
(AMM) təşəbbüsü və təşkilatçılığı ilə hənyerlimiz rəssam Hacı Rizvan
İsmayılovun "Şərq müdriklərinin qonaqlığında" adlı rəsm əsərlərindən
ibarət sərgisinin açılışı olub.
Tədbirdə Gürcüstanın Barışıq və Və-
təndaş Bərabərliyi Məsələləri üzrə Döv-
lət naziri Paata Zakareişvili, Gürcüstanın
Dini Məsələlər üzrə Dövlət Agentliyi-
nin sədri Zaza Vaşakmadze, GMİ-nin
şeyxi Hacı Ramin İgidov, Gürcüstanın
Qaçqınlar və Məskunlaşma məsələləri
üzrə naziri Sozar Subari, Türkiyənin
Gürcüstandakı səfiri Ləvənd Gümrükçü,
AMM-in rəhbəri Fazil Həsənov, Fran-
sadan gələn rəssam Levan Moisaşvili
və başqaları çıxış edərək rəssamın əsər-
lərində İslam mədəniyyətinin saflığı,
möhtəşəmliyi və müasirliyinin, həqiqət
və irfan yolunun əks olunduğunu
bildiriblər.
Fransadan gələn rəssam Levan Moisaşvili çıxışında gənc rəssamın
əsərlərinin saflıqdan yarandığını bildirib: "Mən hər an ona dəstək olmağa
hazıram”, –
Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza
Vaşakmadze, həmçinin Türkiyənin Gürcüstandakı səfiri Ləvənd Gümrükçü
rəssamın bir neçə əsərini alacaqlarını bildiriblər.
Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət na-
ziri Paata Zakareişvili rəsm əsərlərini yüksək dəyərləndirib: "Bu əsərlər
yaddaqalan, sevindirici, həmçinin düşündürən əsərlərdir. Həmvətənimizin
sərgisindən qürur duyuruq. O, İslam mədəniyyətini təbliğ edir. İslam
mədəniyyəti böyük və müasirdir”.
Tədbirdə çıxış edən rəssam Hacı Rizvan İsmayılov iki gün bundan əvvəl
Tiflisdə baş verən təbii fəlakət zamanı həlak olan insanların ailələrinə və
yaxınlarına başsağlığı verib və tədbiri təşkil edənlərə minnətdarlığını ifadə
edib.
Qonaqlara Hacı Rizvan İsmayılovun bir neçə gün bundan əvvəl işıq üzü
görmüş rəsmə əsərlərindən ibarət kataloq hədiyyə olunub.
Qeyd edək ki, sərgidə rəssamın 73 rəsm əsəri nümayiş olunub. Sərgi iki
gün davam edib.
Tədbirdə diplomatik korpus nümayəndələri, ziyalılar, din xadimləri,
Tbilisi sakinləri və gənclər iştirak ediblər.
N.Məmmədzadə
Gürcüstanda APA əməkdaşının kitabının
təqdimatı keçirilib
Gürcüstanda APA-nın Gürcüstan bürosunun müxbiri Nizami Məmmədzadənin "Çələbilər" kitabının təqdimatı
keçirilib.
Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin və Azərbaycanlıların Mədəniy-
yət Mərkəzinin (AMM) təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbirdə zi-
yalılar, Rusiyadan, Bakıdan, Tbilisidən gələn qonaqlar, QHT təşkilatlarının
nümayəndələri, məktəb müəllimləri və jurnalistlər iştirak ediblər.
Tədbiri AMM-in "RegionPress__"Sarvan"_ürəkləri_fəth_edir'>RegionPress" qəzetinin redaktoru Binnət Əlioğlu aça-
raq "Çələbilər kitabının müəllifi, AYB-nin üzvü, şair-jurnalist Nizami Məm-
mədzadənin son illər nəşr olunan kitabları haqqında ətraflı məlumat verib. Sonra
kitabın redaktoru, professor, filologiya üzrə fəlsəfə doktoru Mahmud Hacıxəlilov,
AMM-in rəhbəri Fazil Həsənov, araşdırmaçı-jurnalist Mirzə Məmmədoğlu, yazıçı
Əli Abbas, ziyalılardan Mirağa Mustafazadə, Suddarxan Kazımov, şairlərdən
Güllü Tomarova, Qurban Əzizli, Rustavidə fəaliyyət göstərən "Salam" Mədəni
Xeyriyyə Mərkəzinin rəhbəri Maya Rəcəbova, "Borçalı" İctimai Birliyinin
Gürcüstan nümayəndəsi İsrafil Bayramov və başqaları çıxış edərək "Çələbilər"
kitabının Borçalı tarixinə həsr edildiyini və mövzunun müasir tələblərə cavab
verdiyini, vaxtında yazıldığını və daha çox araşdırmağa ehtiyac duyulduğunu
bildiriblər. Çıxışçılar Borçalıda qəbirüstü abidələrin məhv olmaması və tarixin
keçmiş səhifələrinə qayğı göstərilməsi, həmçinin tarixi mövzulara müraciət edib
tariximizi yaşatmaq və onu gələcək nəsillərə ötürməyin vacibliyini vurğulayıblar.
Kitabın redaktoru, professor, filologiya üzrə fəlsəfə doktoru Mahmud Hacıxəlilov bildirib: "Naməlum səbəblərdən
bir çox kəndlər xəritədən silinib. Xaccaoğlu, Çələbilər, Şamalı, Bəyazid kəndləri buna misaldır, lakin biz çox sevinirik
ki, bu kəndlərdən çıxan məşhur adamlar xəritədən silinən kənd adlarını hələ də yaşadırlar".
Tədqiqatçı-jurnalist Mirzə Məmmədoğlu müəllifin müraciət etdiyi mövzunun vacib olduğunu qeyd edib: "Tarix
faktı sevir. Tarixə yazıçı təxayyülü ilə yanaşmaq lazım deyil. Bu kitab faktlarla yazılan yaxşı başlanğıcdır" .
AMM-in rəhbəri Fazil Həsənov
müəllifin tarixi əhəmiyyətli bir
mövzuya toxunduğunu bildirib:
"Bu kitabda qaldırılan tarixi məsələ
gələcəkdə tarixçilərimizə mövzu ve-
rə bilər. Çələbilər kəndi İpək Yolunun
üstündə yerləşib. Min illər bundan
öncə Çindən və Şərq ölkələrindən
gəlib-gedən tacirlər öz mallarını
bu ərazidən keçiriblər. Məhz buna
görə də müəllif ərazidəki Damğaçı
düzünün adını kitabında çəkib
və burada gömrük məntəqəsinin
yerləşdiyini vurğulayıb".
Tədbirdə Rustavi şəhərindəki 18
nömrəli Azərbaycan orta məktəbinin
sagirdləri Anfisa Əliyeva, Aysel
Əhmədova, Süleymanova Güllü,
Məmmədova Zenfira müəllifin şeirlərini əzbər söyləyiblər. Təqdimat mərasimində aşıqlardan Aşıq Nargilə və Aşıq
Məsim şair-jurnalist Nizami Məmmədzadənin şeirlərini aşıq havaları üstündə oxuyublar.
Sonda müəllif tədbir iştirakçılarına təşəkkürünü bildirib və nəşr olunan "Çələbilər" kitabını oxuculara imzası ilə
hədiyyə edib.
RegionPress
"Sarvan" ürəkləri fəth edir
"Sarvan" folklor ansamblı Türkiyənin Dənizli şəhərində keçirilən
15-ci Belnəlxalq Rəqs Festivalına qatılaraq Gürcüstanı təmsil etdi.
Ansambıl festivalda gürcü və Azərbaycan xalq rəqsləri və mədəniyyət
nümunələri nümayiş etdirdi.
Dənizli şəhər Bələdiyyəsi tərəfindən təşkil olunan festivala 11
ölkədən 380-ə yaxın iştirakçı qatılımışdı - Türkiyə, Bosniya və Her-
soqovina, Moldova, Makedoniya, Gürcüstan, Kosta-Rika, Kosovo,
Meksika, Şimali Kipr Türk Respubllikası, Serbiya və digər ölkələr.
Ansamblın çıxışları böyük izdihamla qarşılanaraq izləyiciləri
heyrətə gətirib. Ansamblın bədii rəhbəri Cəmilə Məmmədovanın
sözlərinə görə, gürcü və azərbaycan xalq rəqsləri, aşıq mahnıları yer-
li əhali və xarici təmsilçilər tərəfindən müsbət qarşılanaraq böyük
maraq yaradıbdır.
7 gün davam edən festivalın qala gecəsində Gürcüstanı təmsil edən
"Sarvan" folklor ansamblına mükafatlar təqdim olunub.
Festivalın Qala gecəsində ölkələrdən seçilmis ən yaxşı ifaçılar sürpiz
olaraq Zeybək rəqsini ifa etdilər.Gürcüstanı isə Aygün Həsənova və
Orxan Məmmədov təmsil etdi.
RegionPress
Rəssamın albom-
kataloqu işıq üzü gördü
Tanınmış rəssam Rizvan İs-
mayılovun əsərlərinin sərgisi
ərəfəsində “Rəssam rənglərlə
şeir yazan bəstəkardır” ad-
lı albom-kataloqu Tbilisidə
nəşr edilmişdir. Marneulidəki
"Azərbaycanlıların Mədəniy-
yət Mərkəzinin kitabxana-
sı" seriyasından üç dildə –
Azərbaycan, gürcü və ingilis
dillərində buraxılmış bu maraq-
lı nəşrə rəssamın 100 ədəd rəsm
əsəri daxil edilmişdir.
Albomkataloq
müəllifin
“Yaradıcılıqda əsas hədəf-
lərim” adlı ön sözü ilə açılır.
Nəşrin redaktoru Binnət
Əlioğlu, tərtibatçı-dizayneri
Əkrəm Qəhrəmanovdur.
“RegionPress”
Sevəndə də sərhəd
gözləmək...
(sense)
Mənəviyyat
№09 (184) 30.06.2015
9
Mənəviyyat
№09 (184) 30.06.2015
8
Haqqında söhbət açmaq istədiyim şəxs artıq
55 ilə yaxın pedaqoji stajla elin-obanın dərin
hörmət və izzətini qazanmış, sadə və təvazökar
insan olan Mahal Mustafa oğlu Eminovdur.
Anadan sanki müəllimlik peşəsi üçün do-
ğulmuş Mahal müəllimin əmək kitabçasında
1961-ci ilin avqustun 20-dən I Kosalı yeddiil-
lik məktəbinə tarix müəllimi təyin olunması
əmri yazılıb və həmin əmrdən sonra yuxarı
vəzifələrə çəkilməsi düz xətt üzrə 2007-ci ilin
oktyabrınadək davam etmişdir.
1956-ci ildə A.S.Puşkin adına Tbilisi
Dövlət Pedaqoji İnstitutunun (o zamanlar
İ.Çavçavadze adına Pedaqoji Universitet belə
adlanırdı) tarix, Azərbaycan dili və ədəbiyyatı
şöbəsinə qəbul olunan Mahal Eminov yaxşı
və əla qiymətlərlə həmin şöbəni 1961-ci ildə
bitirib, o zamankı Marneuli RXMŞ-nin müdiri
Abbas Kərimovun əmri ilə I Kosalı yeddillik
məktəbinə tarix müəllimi təyin olunmuşdur.
Kollektivə tez uyğunlaşan Mahal müəllim
kəndin ilk ziyalılarından biri kimi, həmişə
işinə məsuliyyətlə yanaşmış və gənclik eh-
tirası ilə kəndin bütün mədəni quruculuq
işlərində fəal iştirak etmişdir. Mahal müəllim
o qədər həvəslə işləyirdi ki, sanki o nə vaxt-
sa rast gələcəyi və yaxud görüşüb söhbət
edəcəyi keçmiş qrup yoldaşlarına: filologi-
ya elmləri doktoru, professor, şair Əflatun
Saraclıya, filologiya elmləri namizədi, dosent
Akif Nuriyevə, Marneuli RXMŞ-nin müdiri
işləmiş Alı Rzayevə, Marneuli Rayon Partiya
Komitəsinin təlimatçısı Kamal Rüstəmova öz
gözəl və nəcib işlərindən söhbət açacaqdır.
Mahal müəllimlə mən artıq qırx ildən çoxdur
ki, eyni bir kollektivdə işləyirəm. Onun bütün
nailiyyətləri mənim gözümün qabağında
olmuşdur. Mən onunla məktəb həmkarlar
komitəsinin sədri və dərs hissə müdiri kimi
də çalışmışam. Onun əmək fəaliyyətini və
qazandığı nailiyyətləri nəzərdən keçirməyi
özümə borc bilirəm.
Mahal müəllim kəndimizdə vaxtı ilə
təhsildən yayınmış bəzi gənclərin siyahısını
müəyyənləşdirib 1965-1966-cı dərs ilində I
Kosalı kəndində axşam (növbəli) ümumtəhsil
məktəbi təşkil etdi. Maarif Nazirliyinin əmri
ilə bir neçə sinifdən ibarət olan həmin məktəb
tez bir zamanda respublikada ad-san qazandı.
Sevindirici haldır ki, həmin məktəbin
məzunları kəndimizin 70-80-ci illərdəki ali
təhsilli mütəxəssislərimizin 80-90 faizini
təşkil etmişdir.
Onların arasında müəllim, həkim, mühəndis,
iqtisadçı, aqronom və başqa ixtisas sahibləri
də vardır. Həmin məzunlardan elimizin fəxri,
tibb elmləri namizədi, cərrah Rəfael Eminov,
şair-publisist Firudin Vəliyev, keçmiş partiya
işçisi Dursun Hüseynov, vaxtilə təsərrüfat
rəhbərləri işləmiş Gülməmməd Sadiqov və
Xudahafiz Əliyev, sovxozumuzun baş aqrono-
mu işləmiş Mirzalı Hacımahmudov, Rusiyanın
Stavropol vilayətində böyük bir zavodda baş
mütəxəssis olmuş Məhəmməd Zamanov. Bu
siyahını daha da genişləndirə bilərik. Bax, bu
naliyyətlərin qazanılmasının başında I Kosalı
axşam (növbəli) məktəbinin direktoru Mahal
Eminov durmuşdur. Kollektivdə xeyli müəllim
çalışırdı. Sağlam və yaradıcı müəllim kollek-
tivinin nailiyyətləri nə Marneuli Maarif Şöbə
müdiri Yusif Heydərovun, nədə ki, Gürcüstan
Maarif Nazirliyinin Axşam və Qiyabi
məktəbləri idarəsinin rəisi Qucecianinin də
nəzərindən qaçmamışdır. Məktəb kollektivi-
nin əməyi yüksək qiymətləndirilmiş və Mahal
müəllim iki dəfə Gürcüstan müəllimlərinin ali
məclisinə-qurultaya nümayəndə seçilmişdir.
Əməyi bir neçə dəfə diplom və tərifnamələrlə
qiymətləndirilmişdir.
Mahal müəllimin bu nailiyyətlərini rayon
maarif şöbəsi yüksək qiymətləndirərək onun
vəzifəsini daha da yüksəltmişlər. Artıq 1977-ci
ildən Marneuli rayon maarif sistemində onun
rəhbərliyinin coğrafi dairəsi genişləndirilərək
11 kənddə yerləşən axşam və qiyabi təhsil
üzrə təlim məntəqələrinə müdir təyin etdilər.
Mahal müəllim öz müavini və metodisti
Hümbət Zamanov və Məmik İsgəndərovla
əl-ələ verərək nümunəvi işlər görüb, təlim-
tərbiyənin keyfiyyətini daha da yüksəltdilər.
Dostları ilə paylaş: |