Səh. 2-də Səh. 8-də Səh. 5-də Səh. 10-da İbrahimxəlil r e g I



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə4/6
tarix31.01.2017
ölçüsü2,62 Mb.
#7260
1   2   3   4   5   6

Haşiyə:  Mahal  müəllim  tələbə  ikən  ins-

titut  yoldaşları  ilə  birlikdə  1959-cu  ildə 

Qazaxıstanın  Kustanay  xam  torpaqların  be-

cərilməsində, yəni bir neçə ay taxıl yığımında 

da iştirak etmişdir. Onun vətənə ilk töhfəsi bu 

nəcib iş olmuşdur. 

Mahal Eminov iki ixtisasa yiyələndiyindən 

Azərbaycan  dili 

və  ədəbiyyatı 

fənlərini də tədris 

edir. Həmin dərs-

lərin  necə  canlı 

keçdiyinin  şahidi 

olmuşam.  Mahal 

müəllim  şeirə 

həssas  olduğu 

üçün o şeiri (yaxşı 

şeiri) əzbərləmək 

üçün  3-4  dəfə 

oxuyardı.  Ma-

hal  müəllim  S.Vurğunun  “Vaqif”  dramını 

tədris  edəndə  əsərdəki  bəzi  səhnələri  rol-

lar  üzrə  əzbərdən  deyirdi.  O  qədər  canlı 

söyləyirdi  ki,  şagirdlər  sanki  tamaşaya 

hansısa bir xalq artistinin ifasında baxırdılar. 

Tarix dərslərində o faktlara əsaslandığı kimi, 

ədəbiyyat  dərslərində  də  bədii  əsərlərin 

qiraətinə,  diksiya  və  intonasiyasına  xüsusi 

diqqət  yetirirdi.  Mahal  müəllim  o  vaxtlar 

axşam  məktəbində  işləməsinə  baxmayaraq 

gündüz  məktəbinin  VIII  sinif  şagirdlərinin 

iştirakı  ilə  M.F.Axundzadənin  “Hacı  Qara”, 

S.Vurğunun “Vaqif” dramını tamaşaya qoyub 

məktəbin  o  vaxtkı  darısqal  sinif  otaqlarında 

kənd camaatına və qonaqlara göstərirdilər. 

1981-ci ilin aprelindən Maarif nazirinin əmri 

ilə  Mahal  müəllim  ona  doğma  və  əziz  olan 

başqa bir kollektivə – I Kosalı orta ümumtəhsil 

məktəbinə direktor təyin olunur. Uzun illərin 

pedaqoji  təcrübəsinin  yüksək  nəticələri  öz 

bəhrəsini  artıq  verməyə  başlayır.  Məktəbin 

isitmə sistemi yüksək səviyyədə təmir olunur, 

məktəbin  dörd  tərəfi  səliqəli  şəkildə  hasara 

alınır,  məktəbin  həyətində  gözəl,  yaraşıqlı 

dekorativ  ağaclar  əkilir,  böyümüş  ağacların 

dibi  bellənib  əhənglə  ağardılır.  Məktəbin 

həyətində  geniş  və  yaraşıqlı  bir  idman 

meydançası salınır.  

Müxtəlif dərs illərində Marneuli RXMŞ-nin 

pedkabinetin işçilərinin iştirakı ilə məktəbdə 

geniş şəkildə pedaqoji şuranın iclasları keçril-

irdi.  Məktəbdə  qabaqcıl  təcrübəyə  və  yeni 

tətbiq  olunan  metodlar:  problemli  situasiya, 

“dərsi  dərsdə”  və  s.  kimi  düşündürücü  və 

yaradıcı metodların müzakirə olunub tətbiqinə 

geniş yer verildi. 

Həmin dövrdə demək olar ki, bütün fənnlər 

fənn  kabinetlərində  keçrilirdi.  Məktəbin 

zəngin  kimya  və  fizika  laboratoriyaları,  bi-

ologiya, xarici dil, riyaziyyat və s. kabinetləri 

var  idi.  Bütün  müəllimlər  çalışırdı  ki,  hər 

birinin  kabineti  o  birisinkindən  daha  zəngin 

və yaxşı tərtib olunsun. Müəllimlər arasında 

demək olar ki, yarış gedirdi. 

Məktəbin daxili tərtibatı da çox məzmunlu 

idi.  Məktəbdə  bir-birindən  yaraşıqlı  və  göz 

oxşayan  stendlər  var  idi:  “İkinci  dünya  mü-

haribəsi və əmək veteranları”, “Heç kəs unu-

dulmur,  heç  nə  yaddan  çıxmır”,  “Nəsillərin 

estafeti”,  “Məktəbimizin  məzunları”,  “Biz 

onlarla fəxr edirik” və s.

90-cı  illərin  əvvəllərində  məktəbdən 

uzaqlaşmış bəzi müəllimləri Mahal müəllim I 

və II Kosalı orta məktəbləri birləşib bir orta 

məktəb  olanda  onları  yenidən  məktəbə  cəlb 

etmş və onları məktəbin şərəfini uca tutmağa 

çağırmışdır.

Keçid  dövründə  məktəbin  maddi-texniki 

bazası  həddən  artıq  acınacaqlı  olduğu  bir 

vaxtda  Mahal  müəllimin  təşəbbüsü  ilə  kənd 

camaatı və bəzi qeyrətli, imkanlı el oğullarımız 

öz  köməkliklərini  məktəbə  etmişlər.  Hər  bir 

valideyn çalışırdı ki, məktəbin hər bir işində 

məktəb  müdiriyyətinə  kömək  göstərsin. 

Məktəbin  qızdırılması  üçün  yanacaq  yox 

idi,  lakin  qeyrətli  eloğlularımız  başda  Ma-

hal müəllim olmaqla Vəzir Əliyev, Bilal Ba-

bayev, Musa Musayev yaxınlıqdakı meşədən 

icazə ilə odun tədarük edib çətinliklə məktəbə 

gətirmişlər,  soyuqdan  məktəbdən  yayınma 

hallarının qarşısını almışlar. Mahal müəllimin 

verdiyi  tərbiyənin,  etibarın,  məsuliyyətin 

nəticələri keçmiş şagirdləri tərəfindən yüksək 

qiyməyləndirilirdi.  Mən  onların  adını  bir-bir 

çəkmək istəmirəm, ancaq elimiz onları yaxşı 

tanıyır. (Bu ayrıca mövzudur). Hətta onların 

bəziləri deyirdi: Mahal müəllim məktəb üçün 

nə lazım olsa bizə bildirin, biz çalışacağıq ki, 

Dünyanın hansı nöqtəsi olursa-olsun – Argen-

tina, Azərbaycan, Gürcüstan, yaxud Yeni Ze-

landiya – günün bir zəruri tələbatı var: insanın 

fiziki  və  psixoloji  sağlamlığına  məsuliyyətli 

münasibət!

Sağlam bədəni mehmanxanaya, xəstə bədəni 

xəstəxanaya  bənzədən  dahilərin  sözləri 

yerdəmi  qalar?  Müxtəsəri,  sağlamlığımızı 

qoruyan,  bizi  fiziki  əzablardan  xilas  edən 

həkimlərə  olan  minnətdarlıq  hissimiz,  təknə-

tabaq  təşəkkürlərimiz  dünya  durduqca  dura-

caq...


İndi  haqqında  sizə  söhbət  açmaq  istədiyim 

İslam həkimlə tanışlığımın qəribə bir tarixçəsi 

var: iş yerlərimiz yaxın olsa da elə bir mülay-

im münasibətimiz yox idi. Bir gün bizim təhsil 

və  mədəniyyət  şöbəsinin  rəhbəri  Mikayıl 

müəllimin  bir  nəfərlə  (həkim  olduğunu 

bilirdim)  ustad  Aşıq  Ələsgər  haqqında 

söykəli  söhbətinin  şahidi  oldum.  Yaxından 

tanımadığım  həkim  aşığın  “Yaşıldı,  yaşıl” 

qoşmasının yaranma mənbəyini özünəməxsus 

tərzdə izah edirdi; xatırladıram:

Qafil olma bu bazarın içində,

Aldatma özünü varın içində,

İbrahim dayanıb narın içində,

Güldür solu-sağı yaşıldı, yaşıl...

Hörmətli  Mikayıl  müəllim  indi  həmişə 

hörmətini  saxladığım  bu  həkimlə  məni 

qoşmanın  məhz  bu  yerində  tanış  eləmişdi. 

Sonralar  onun  haqqında  yazmaq  təkliflərimə 

aqillərə  xas  təvazökarlıqla:    –  Daha  vacib 

işləriniz  ola bilər,  – demişdi,  – gəlin sonra-

lara saxlayaq.

Və beləcə günlər, aylar ötdü...

...İbrahimov  İslam  Səfər  oğlu  Gorarxı  eli-

nin Alget kəndindəndir. 1978-ci ildə Bakıdakı 

dünyalarca  məşhur  N.  Nərimanov  adına 

Azərbaycan  Dövlət  Tibb  İnstitutunu  bitirib. 

Rustavi  şəhərindəki  həkimlik  fəaliyyəti 

də  daxil  olmaqla  müxtəlif  iş  yerləri  olub: 

hamısında da üz ağardıb, yaxşı hörmət, təmiz 

ad qazanıb. Amma bütün təltif-tərifnamələrin 

hamısını bir tərəfə qoyuram. Islam həkimin bir 

özəlliyindən-özünəməxsusluğundan  savayı:  o 

da bundan ibarətdir ki, şəxsən mən ömrümdə 

indiyədək  belə  saz-söz  vurğunu  olan,  bu 

səviyyədə xalq dastanları dəstəklisi olan özgə 

həkim görməmişəm. Təbii ki, hardasa yaxında, 

ya da uzaqda var, amma etiraf edirəm ki, mən 

ayrı cür şahidlik edə bilmərəm; çünki hələlik 

qədim-qayım  sözümüzün  vaqifanə  vurğunu 

olan “ikinci İslam həkim” rastıma çıxmayıb.

Islam həkim dəri həkimi-dermatoloqdur; yəni 

tibb elminin dəri xəstəliklərinin diaqnostikası, 

müalicə  və  profilaktikası  ilə  məşğul  olan 

sahəsindəndir.  Islam  həkimlə  söhbətimizdən 

əvvəl dəri xəstəlikləri ilə bağlı bunları bilirdim 

ki, dermatologiyanın şərəfli tarixi bir keçmişi 

olub. Çünki hələ bizim eradan əvvəl yaşayıb-

yaratmış həkimlər insan bədəninə heç də “bir 

ət yığını” kimi baxmayıblar.

Islam  həkimdən  aldığım  “dermatologiya 

dərsləri”  çox  ibrətamizdir:  dəri  həkiminin 

yanına  adi  bir  sızanaq,  bir  ziyil  üçün  gələn 

də  var.  Xroniki  dəri  xəstəlikləri  sayılan 

qaşınmalar,  göbələk  infeksiyası,  psoriaz,  Vi-

tiliqo  xəstəliyi  ilə  bağlı  müalicə  həsrətində 

olanlar  da.  Zöhrəvi  xəstəliklərə  gəlincə, 

Zöhrə  (Venera)  eşq  ilahəsinin  adı  olduğu 

üçün  bunu  da  sırğa  edib  “qulaqdan  asmaq” 

lazımdır ki, insan özünü təkcə soyuqdan, payız 

küləyindən, yelçəkər yerlərdən, müxtəlif virus-

lardan  gözləməməlidir;  həm  də  arada-sırada 

eşq ilahəsindən də çəkinməlidir: ona görə ki, 

zöhrəvi  (veneroloji)  xəstəliklərin  zəmanəmiz 

üçün  hazırda  ən  böyük  və  ən  təhlükəli 

problemlərdən  biri  olduğu  sağlam  düşüncə 

sahiblərinin  hamısına  gün  kimi  aydındır.  Bir 

sözlə,  immun  sisteminin  pozulmasını  Allah 

heç Mirzə Qotura da göstərməsin!

İslam  həkim  mənə  arada  bunu  da  xatırladır 

ki,  bizdə  Zöhrə  (Venera)  ulduzunun  bir  adı 

da  Karvanqırandır.  Heç  olmasa  bu  filhəqiqət 

fakt hətta qanmaza belə, çox məntiqli mətləbi 

ahəstəcə qandırmalı deyilmi?

Söhbətimiz Ümumdünya Səhiyyə Təşkilatının 

tövsiyə  etdiyi  sağlam  həyat  tərzinin  üstündə 

daha çox durduğundan İslam həkim məxsusi 

vurğulamağı  özünə  borc  bilir  ki,  sağlam 

həyat  tərzinə  müxtəlif  gigiyena  qaydalarına 

– şəxsi daraq, diş fırçası, dəsmal və sairədən 

tutmuş  –  əməl  etmək,  təbiət  qoynunda  həyat 

keçirmək,  kainatla  ahəngdar  əlaqədə  olmaq, 

idmanla  məşğul  olmaqla  bərabər,  həm  də 

saz-söz adamlarımızın, musiqi ustadlarımızın 

“nəbzini”  tutmağı  bacarmaq  da  lazımdır!  Bu 

yerdə  İslam  həkim  ədəbi  yaradıcılığına  və 

şəxsiyyətinə səmimiyyət və hörmətlə yanaşdığı 

Zəlimxan  Yaqubun  misralarını  söyləməkdən 

də özünü saxlaya bilmir:

Mən ürəyi ürək kimi saxlamadım,

Hey əritdim, hey çürütdüm, hey qanatdım,

Yağ içində böyrək kimi saxlamadım...

Və:


Gördü şeir yazıram

Ölüm məndən vaz keçdi...

İslam  həkim  –  arazbarı  təkrar  da  olsa  – 

tövsiyə  edir  ki,  hər  bir  insan  öz  bədənini 

sevsin;  dərisindən  tutmuş  ürəyinə,  böyrəyinə 

qədər! Çünki Allahın əmanəti olan bədənimizə 

xəyanətimiz  əslində  həm  də  məlum  vaqifanə 

əmanətə  xəyanət  deməkdir!  Burası  da  var 

ki,  dəri  təkcə  sabunla,  ətirlər  və  şampunlarla 

təmizlənmir! Burada bir səbr, sınaq, şükr tərəf 

də  var  ki,  ahəngdar  əlaqə  olaraq  onlara  da 

diqqət tələb olunur!

Tərifə  yaxın  da  olsa,  bunu  da  deməyə  borc-

luyam  ki,  İslam  həkimin  insanpərvərliyi  və 

halallığı  artıq  kiçik  həcmli  qəzet  məqaləsinin 

deyil, bəlkə daha çox – əlbəttə, qalın kitabdan 

dolayı – qalan kitab yazısının mövzusudur... 



P. S.

Mənim  indiyədək  Gorarxı  elinin  iki  nəfər 

həkiminin  ləyaqətli  ömür  yolunu  qələmə  al-

maq cəhdim olub: Ülkər həkimin və Əmiraslan 

həkimin. Bu dəfə “növbə” İslam həkimə gəldi. 

Doğrudur, ustadlar ustadnaməni üç deyiblər, 

amma hesab edirəm ki, bu qatarda, bu sırada 

digər şəfa-şəfqət verənlər də var. Təki sağlıq 

olsun!

Bunu da ürəkdolusu ümid edirəm ki, Gorarxı 

elinin qədirbilən gəncləri də elimizin-obamızın 

həkim kəhkəşanını öləziməyə qoymayacaqlar. 

Sağlamlığa görə məsuliyyət bir gün də onların 

üzərinə  düşəcək.  Əsas  budur  ki,  kimə  baxıb 

düzlənmək üçün ünvanımız var!..

Ibrahimxəlil

Maarif fədaisi və el ağsaqqalı

Mənəviyyat

№09 (184) 30.06.2015

9

Mənəviyyat

№09 (184) 30.06.2015

8

İslam  İsə  (İsəxan)  oğlu  Ərdənər  1921-ci 

ildə Türkiyənin Qars vilayətindəki Kümbətli 

(Ladıkars) köyündə yoxsul bir ailədə dünyaya 

göz açmışdır. Onun doğulduğu Kümbətli köyü 

Qars  şəhərinin  günbatan  səmtində,  ondan 

təxminən  bir-iki  kilometr  aralıda,  Ərzurum 

yolunun  sağ  tərəfində  19-cu  yüz  ilin  ikinci 

yarısında  Borçalıdan  köçən  qarapapaqların 

məskunlaşdığı  bir  kənddir.  İslamın  atası  İsə 

Seyid  oğlu  əslən  dağ  Borçalısının  Soyuqbu-

laq  (vaxtilə  onun  dədələri  aran  Borçalısının 

Dəmirçihasannı bölgəsindəki Kürüstü Keşəli 

kəndindən buraya gəlmişlər) kəndindəndir. 

Soyuqbulaq  kəndi  Sovet  Ermənistanının 

Kalinino  rayonuna  daxil  idi.  Bu  kənd  rayon 

mərkəzindən  15  kilometr  günbatan  tərəfdə 

Qaranlıq  dərənin  ağzı  səmtdə,  Oy  dərəsinin 

ayağında  bölgənin  qarapapaqlar  yaşayan 

sonuncu  yaşayış  məntəqəsi  idi.  Bura  ən 

yaxın  kənd  Başkeçidin  Yırğançay  kəndidir. 

Yırğançaydan baxanda bu ərazilərdə Borçalı 

Qarapapaqlarının vaxtilə yaşadığı bir bir çox 

dədə-baba kəndləri, o cümlədən, Soyuqbulaq, 

Cücəkənd ovuc içi kimi çox aydınca görünür. 

Bu  üç  türk  kəndi  yüzilliklərdir  ki,  sac  ayağı 

şəklində  bir-birindən  4-5  kilometr  aralıda 

bərqərar olmuşdur. 

Sadaladığımız  bu  kəndlər  son  dövrlərdə 

Ermənistan  sınırları  içərisində  qalmış  digər 

yüzlərlə  Qarapapaq  türklərinin  kəndləri 

kimi  1990-cı  illərdəki  son  məlum  olay-

lar  ilə  ilgili  olaraq  məcburi  şəkildə  öz  tarixi 

dədə-baba  yurdlarını  birdəfəlik  tərk  etmək 

məcburiyyətində qalmışlar. 

İslamın  anası  Laləzər  xanım  da  (İsənin  bi-

rinci arvadı Növhər xanım vəfat etdiyi üçün, 

o  Türkiyədə  yenidən  ailə  həyatı  qurmuşdur) 

Qarsın Dikmə köyündəki Borçalıdan köçmüş 

(19-cu yüz il Rusiya-Türkiyə savaşı ilə ilgili) 

qarapapaqlardandır. Dikmə köyü də Ərzurum 

yolunun sol tərəfində, Kümbətlidən təxminən 

2 kilometr gündoğar səmtdə yerləşir. 

Yuxarıda  da  anlatdığımız  kimi,  İsə  Se-

yid  oğlu  İslam  hələ  dünyaya  gəlməmişdən 

təxminən  bir-iki  il  öncə  Borçalıdan  sonuncu 

dəfə Qars tərəflərə qaçqın düşənlərdəndir. Onu 

da qeyd etmək istəyirik ki, bu son köç sovet 

hakimiyyəti  qurulan  zamanlara  düşdüyünə 

görə, sərhədi ancaq çox gizli şəkildə az sayda 

insan keçmişdir. 

İsənin də məqsədi bir çox digər həmyerliləri 

kimi, Türkiyəyə keçib özünə yurd-yuva quran-

dan  sonra  təzədən  geri  dönüb  bütün  ailəni 

aparmaq idi. Lakin həmin vaxtlar, qadağalar 

bərkiyir, ara kəsilir, bu toyda qalanları o üzə 

keçirmək  mümkün  olmur.  Elə  İsənin  faciəsi 

də  bir  çox  digər  həmyerliləri  kimi,  buradan 

başlayır:  atası  Seyid  kişi,  ilk  nikahdan  olan 

körpə  qızı  Anaxanım  və  digər  ailə  üzvləri 

ömürlük  bu  tərəfdə  -  Soyuqbulaq  kəndində 

qaldılar.  Sonralar  dədəsinin  himayəsində 

böyüyən Anaxanıma sənəd verilərkən məcburi 

şəkildə (əslində qorxudan) ata adı yerinə Se-

yid  qızı  yazdılar. Anaxanım  böyüyüb  həddi-

buluğa  çatanda  bu  sətirlərin  müəllifinin  də 

mənsub olduğu Keşəlidəki Qıllözdü nəslindən 

olan  çox  böyük  hörmət-izzət  sahibi  Omar 

Usub oğlu ilə ailə həyatı qurur.

Sadə və yoxsul bir kəndli ailəsində böyüyən 

İslam İsə oğlu çox gənc yaşlarından meylini 

bölgədə geniş yayılmış, qarapapaqların ən çox 

sevdiyi  bir  sənətə  -  aşıqlığa  salır.  Telli  saza 

vurğunluq  onu  heç  vəchlə  öz  məqsədindən 

başqa  səmtə  döndərə  bilmir.  Öz-özünə  qəti 

bir qərar verir: hökmən aşıq olacağam. Gecə-

gündüz  öz  üzərində  bərk  çalışır,  bu  sənətdə 

ətrafındakılardan  az-çox  nəyisə  öyrənə  bi-

lir.  Zaman  keçdikcə  gözəl  avazı,  möhkəm 

hafizəsi, saz çalmaq bacarığı yavaş-yavaş onu 

məqsədinə  doğru  yaxınlaşdırmağa  başlayır. 

Bir  də  gözünü  açanda  özünü  məclislərdə 

görür. Ancaq  yaxşı  bir  sənətkar  olmaq  üçün 

bunlar  kifayət  etmir,  o  mütləq  bir  ustad 

sığalından  keçməli  olduğunu  düşünür.  Elə 

elin  ağsaqqalları  da  ona  mütləq  yaxşı  bir 

ustada qulluq etməyi – çıraq olmağı məsləhət 

görürlər. 

İslamın təxminən 20 yaşı olanda o, özündəki 

aşıqlıq bacarığına tam güvəndiyi üçün ustada 

qulluq etmək məqsədilə bölgənin ünlü ozanı 

Aşıq  Qasımın  yanına  gedir.  Aşıq  Qasım 

adı-ünü  aləmə  səs  salmış  ozanlar  ozanı  aşıq 

Şenniyin oğlu idi. 

Böyük  ustadın  oğlu  gənc  İslamı  hörmətlə 

qarşılayır,  onu  çox  da  ağıra-yüngülə  salmır, 

çək-çevir  eləmir,  bir  neçə  hava  çaldırır,  bir 

neçə  mahnı 

oxudur.  Aşıq 

Qasımın  ona 

çıraq  olmasına 

razılıq  vermə-

si  İslamı  çox 

sevindirir. 

İslam  Aşıq 

Qasımın yanın-

da qaldığı gün-

lərdə  ustaddan 

çox şey öyrənir, 

sənətdəki  bir 

çox  sirlərə  yi-

yələnir. 

Günlər ötdükcə böyük sənətkarın ocağındakı 

çıraq  –  gənc  İslam  da  yavaş-yavaş  sənətdə 

yükünü götürməyə, kamilləşməyə başlayır. 

Vaxtı gələndə ustadı onu özü ilə bərabər bü-

tün  Qarapapaq  ellərini  kəndbəkənd  gəzdirir, 

ağır  məclislərə aparır.  Gənc  aşıq  da  ustadını 

utandırmır,  hər  yerdə  -  getdikləri  bütün  toy-

düyünlərdə onun üzünü ağ edir. 

Az  zaman  içərisində  aşıq  Qasımın  gənc 

çırağının ünü Qars, Ərdahan, Sarıqamış, İqdır, 

Çıldır və başqa bölgələrə yayılır. Nəhayət, za-

man  yetişir,  aşıq  İslam  özü  müstəqil  olaraq 

toy-düyünlər  aparmağa  başlayır.  O,  apardığı 

məclislərdə  nəinki,  saz  çalıb-oxuyur,  eləcə 

də  ustadlardan  eşitdiyi  dastanları  söyləyir, 

bədahətən şeirlər deməyə başlayır. 

Aşıq üslubunda yazdığı qoşmalardan başqa 

İslam Ərdənəri tanıtdıran, onu ən çox sevdirən 

yazdığı  təcnisləri  bölgədəki  Qarapapaqların  

dilində əzbər olur. 

Doğrudur,  aşıq  İslam  Ərdənər  çox  şeir 

yazmamışdır,  ancaq  qələmindən  çıxanların 

hamısı  dəyərli  şeir  nümunələr  kimi  hamı 

tərəfindən rəğbətlə qarşılanmışdır. 

Aşıq  İslam  Ərdənər  ustad  aşıq  zirvəsinə 

yüksəlmiş  bir  sənətkar  olmuşdur.  Onun 

yaradıcılığı  təkcə  aşıq  şeiri  üslubunda 

gözəl  əsərlər  yazmaq,  dastanlar  söyləmək 

olmamışdır. Onun özü ilə bağlı xeyli ibrətamiz 

hekayələr  bölgə  əhalisinin  dillərindən  heç 

vaxt düşmür. 

Böyük  sənətkar  özündən  sonra  da  keçmiş 

ustadları kimi, xeyli şagird yetişdirir. Sonra-

dan  onlar  da  ünlü  sənətkarlar  kimi  tanınmış 

aşıqlar olmuşlar. Belə ünlü sənətkarlardan biri 

Səbri Şimşəkoğlu olmuşdur. Ondan başqa aşıq 

Əmrah Nəroğlu, aşıq Ali Rza Ezgin, aşıq Bi-

lal, öz oğlu Musa Ərdənər və s. Aşıq İslamın 

sənət aləminə bəxş etdiyi böyük töhfələrdir. 

Aşıq  İslam  Borçalıdan  qayıtdıqdan  dörd 

il  sonra  1976-cı  ildə  İrana  səfər  etmişdir. 

O  Təbrizdə  25  gün  qalmış,  buradakı  ünlü 

aşıqlarla  görüşüb,  söhbətləşmişdir.  Güneyli 

Aşıq  Qəşəmlə  xeyli  deyişmələri  olmuşdur. 

Aşıq Hasan Kaffari və bir çox iranlı aşıqlarla 

görüşləri  və  tanışlığını  uzun  müddət 

xatırlamışdır. Amerika,  İngiltərə  və Almani-

yada Ərzurum Atatürk Universiteti ədəbiyyat 

fakültəsinə  gələn  araşdırmaçı  türkoloqlar 

tərəkəmə şivəsi ilə maraqlanarkən onlara an-

caq Aşıq İslam Ərdənəri məsləhət görmüşlər. 

Amerikalı  araşdırmaçı  Valker,  İngiltərəli 

C.S.Mendi və alman araşdırmaçısı Erhad iki 

gün boyunca Aşıq İslamla müsahibə aparmış, 

onu həm danışdıraraq, həm də saz çalıb oxu-

daraq, şeir söylədərək kasetlərə köçürmüşlər.  

Aşıq İslam Ərdənər 1995-ci ildə 74 yaşında 

dünyasını  dsəyişmişdir.  Onu  doğulduğu 

Kümbətli  (Ladıkars)  köyündə  dəfn  etmişlər. 

Məzar  daşının  üstündə  özünün  yazdığı 

“Dünyanın” şeirinin ilk və son bəndləri həkk 

olunmuşdur: 



Olmadıysa şahavətin, hörmətin,

Nəyə yarar sərvət, malı dünyanın. 

Bir gün bitər ömür denən müddətin,

Əzəldən belədi halı dünyanın. 

Nə nökər, nə ağa, nə bəy, nə paşa,

Kimsə yetirmədi ömrünü başa,

İslamın da adı yazılar daşa,

Bilinməz ərkanı, yolu dünyanın.        

M.Kamaloğlu   

Yeni nəşrlər

"Kaş ki sevəydin məni"

Bu  yaxınlarda  Rusiya  Federa-

siyasının  Çelyabinsk  şəhərindən 

xoş  xəbər  almışıq.  Həmyerlimiz, 

tanınmış şair Aslan Gorarxılının “Kaş 

ki sevəydin məni” adlı şeirlər kitabı 

Çelyabinsk şəhərindəki fərdi sahib-

kar “Petrov A.İ.” nəşriyyatında işıq 

üzü görüb. Rusiyanın Azərbaycanlı 

Gənclər  Təşkilatının  ("AMOR") 

sifarişi  ilə  nəşr  edilən  kitaba  şairin 

əsasən son illərdə yazdığı məhəbbət 

şeirləri  daxil  edilmişdir.  Kitabın 

sponsoru  həmyerlimiz,  Rusiyanın 

Samara  şəhərində  yaşayan  Ma-

hal  Rəsul  oğlu  Həsənov,  redaktoru 

Əliyar  Zeynalov,  ön  sözün  müəllifi 

“Regionpress”  qəzetinin  məsul  ka-

tibi İbrahimxəlildir. 

Ümid edirik ki, yazılarına qürbətin 

qübarı çökmüş istedadlı şair dostu-

muz Aslan Gorarxılının bu kitabı da 

poeziyasevərlər  tərəfindən  rəğbətlə 

qarşılanacaqdır.



“Qabal – bura Vətəndir”

İstedadlı  şair  Fərman  Qulamoğlu-

nun  “Qabal  –  bura  Vətəndir”  adlı 

kitabı  Tbilisinin  “Meridian”  nəşriy-

yatında nəfis şəkildə çapdan çıxmışdır. 

Kitabda  Qabal  bölgəsinin  (Qabal, 

Gəncəli,  Uzuntala,  Qaracalar)  elmi, 

ədəbi-bədii folkloru toplusunda tarixi 

önəmlərdən  bugünümüzədək  yaran-

an  şifahi  və  yazılı  xalq  ədəbiyyatı 

nümunələri  toplanıb.  Nərdə  klassik 

el  şairlərinin  yazıları  ilə  yanaşı, 

çağdaş  ədəbiyyatımızın  tanınmış 

nümayəndələrinin yaradıcılığı, həm-

çinin elmi, ədəbi-bədii folklor mate-

rialının toplusu öz əksini tapmışdır.

Kitabın oxucular tərəfindən maraqla 

qarşılanacağına inanırıq.



Qarslı Aşıq İslam Ərdənər 

məktəbə hər vəchlə köməklik edə bilərik.  

Mahal müəllimin belə xeyirxah işlərin təşəbbüskarı 

olduğu bir neçə işlər də var.

Mahal  müəllim  bu  gün  də  kəndin,  el-obanın  də-

yərli  ziyalısı,  hörmətli  ağsaqqalı,  etibarlı  eloğlusu 

və qədirbilən bir övladıdır. Kəndin bütün xeyirxah 

işlərində fəal iştirak edir. Kəndin infrastrukturunun 

müsbət  mənada  dəyişməsinə  həmişə  əlindən  gələn 

köməkliyi əsirgəmir. 



Haşiyə:  Mahal  müəllim  yeri  gələndə,  daha 

doğrusu  ömür  yoluna  nəzər  salanda  özünün  həm 

savadlı ali məktəb müəllimlərini, həm də elmin ibti-

daisini öyrədən orta məktəb müəllimlərinin də xoş 

xatirələrlə yada salır. 

Tanınmış  filosof  kimi  respublikada  böyük  nüfu-

za  malik  olan,  professor  Ələddin  Həkimov,  gözəl 

ədəbiyyatşünas,  ərəb-fars  dillərinin  gözəl  bilicisi, 

folklorşünas alim Ziya Borçalı, Azərbaycan dilinin 

tədqiqatçısı və gözəl metodisti Əziz Mursaqulovu tez-

tez xatırlayır və onların ruhlarına xoş sözlər söyləyir.  

Ali  məktəbi  bitirməsindən  yarım  əsrdən  artıq  vaxt 

keçməsinə baxmayaraq təmasda olduğu və ya dost-

luq etdiyi bəzi tələbə dostlarının nailiyyətlərinə və 

xoş  günlərinə  həmişə  sevinmişdir.  Uzun  müddət 

partiya  dövlət  və  ictimai  xadim,  tanınmış  jurna-

list  S.Süleymanov,  filologiya  elmləri  doktoru,  pro-

fessor  M.Çobanov,  şair-jurnalist  M.Coşqun,  şair 

Ə.Binnətoğlu, uzun müddət təsərrüfat müdiri işləmiş 

Vəkil müəllim və uzun müddət partiya işçisi olmuş 

N.Qurbanov və s. Mahal müəllimin əlli illik ömür-

gün  yoldaşı  Səyalı  Məmiş  qızı  da  uzun  müddət  I 

Kosalı  orta  məktəbində  kitabxanaçı  kimi  fəaliyyət 

göstərmişdir.  Təqaüdə  çıxdıqdan  sonra  şirin-şəkər 

nəvələrinin tərbiyəsi ilə məşğul olur. 

Mahal  müəllim  ailədə  üç  bacının  bir  qardaşı 

olmasına  baxmayaraq  ata  və  anasının  vəfatından 

sonra  iki  bacısına  da  ali  təhsil  almasına  yardımçı 

olmuşdur.  Bacısı  Eminova  Zinyət  Mustafa  qızı 

Tbilisi  Dövlət  Pedaqoji  İnstitutunu  bitirib  təqaüdə 

çıxana qədər Böyük Muğanlı orta məktəbində ibti-

dai sinif müəllimi işləyərək həyat yoldaşı ilə birlikdə 

dörd övlad böyüdüb ərsəyə çatdırmışdır. Kiçik bacısı 

Eminova Hava Mustafa qızı Bakı şəhərində N.Tusi 

adına  Pedaqoji  Universitetin  Azərbaycan  dili  və 

ədəbiyyatı fakültəsini bitirib uzun müddət I Kosalı 

orta  məktəbində  dil-ədəbiyyat  müəllimi  işləmişdir. 

Elin  xeyir-şər  işlərində  maddi  köməkliklərini 

əsirgəməyən övladları Elçin və Əhmədin balalarının 

tərbiyəsi ilə məşğul olan Hava müəllim həyat yoldaşı 

Sadıqov  Məhyəddinlə  birlikdə  indi  təqaüddədirlər. 

Maraqlıdır ki, Mahal müəllimin böyük bacısı Emi-

nova Hilal tam orta təhsil almasa da dörd övladına 

mərhum  həyat  yoldaşı  Mövlud  müəllimlə  birlikdə 

ali  təhsil  vermişdir.  Elə  layiqli  oğul-qız  böyütmüş 

bacıya əhsən! 

Mahal  müəllim  həyat  yoldaşı  ilə  birlikdə 

övladlarına müəkəmməl təhsil və nümunəvi tərbiyə 

vermişlər.  Dörd  övladından  üçü  ali  təhsil  almış, 

yalnız kiçik qızı Eminova Təranə Gəncə şəhərində 

kompyuter  texnikası  üzrə  ixtisasa  yiyələndikdən 

sonra  hal-hazırda  məktəbimizdə  texniki  işçi  kimi 

çalışır.  Oğlanları  Eminov  Mustafa  Bakı  şəhərində 

İqtisadiyyat  Universitetini,  Eminov  Rəşad  da  Ba-

kıda  Azərbaycan  Neft  Akademiyasını  bitirmişlər. 

Qızı  Eminova Arzu  Bakıda  N.Tusi  adına  Pedaqoji 

Universiteti bitirərək həyat yoldaşı istedadlı cərrah 

Rəfael  Eminovla  ali  təhsilli  üç  övlad  böyüdərək 

xoşbəxt həyat sürürlər. 

Sevindirici  haldır  ki,  Mahal  müəllimin  nəvələri 

Rusiyanın  Moskva  və  S.Peterburq  şəhərlərindəki 

məşhur universitetlərində təhsil alırlar. Onlardan biri-

nin uğurları daha qəlboxşayandır. Mustafanın kiçik 

qızı Eminova Turac keçən dərs ilində Moskvada orta 

məktəbi qızıl medalla bitirib M.V.Lomonosov adına 

Moskva  Dövlət  Universitetinin  Dövlət  İdarəçiliyi 

və  Qanun  fakültəsinə  daxil  olub,  hal-hazırda  əla 

qiymətlərlə  nümunəvi  tələbə  kimi  təhsilini  davam 

etdirir. 

Keçmiş  şagirdlərindən  Musa  Əliyev,  Qurban 

Sadıqov, Arifə  Hacırəhimova,  Əbülfət Abdullayev, 

Elçin  Əliyev,  Abdulla  Hüseynov,  Aygün  Eminova 

və s. bu gün ali təhsilli mütəxəssislər kimi keçmiş 

SSRİ-nin  müxtəlif  şəhər  və  rayonlarında  ləyaqətlə 

çalışır və kəndimizin adını ucaldırlar. 

Əməyi Maarif Nazirliyi, rayon rəhbərliyi, kollek-

tiv  tərəfindən  yüksək  qiymətləndirilən  Mahal 

müəllim  özünün  42  illik  məktəb  direktorluğu 

təcrübəsini və yüksək pedaqoji ustalığını bu gün də 

öz  həmkarlarından  əsirgəmir  və  həmişə  onlara  bir 

nümunədir. 

Bizə  yalnız  Mahal  müəllimə  uzun  ömür  və  can 

sağlığı  arzu  etmək  qalır.  Qoy  həmişə  o,  kollektiv 

üçün bir mayak olsun! Amin! 



Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin