Haşiyə: Mahal müəllim tələbə ikən ins-
titut yoldaşları ilə birlikdə 1959-cu ildə
Qazaxıstanın Kustanay xam torpaqların be-
cərilməsində, yəni bir neçə ay taxıl yığımında
da iştirak etmişdir. Onun vətənə ilk töhfəsi bu
nəcib iş olmuşdur.
Mahal Eminov iki ixtisasa yiyələndiyindən
Azərbaycan dili
və ədəbiyyatı
fənlərini də tədris
edir. Həmin dərs-
lərin necə canlı
keçdiyinin şahidi
olmuşam. Mahal
müəllim şeirə
həssas olduğu
üçün o şeiri (yaxşı
şeiri) əzbərləmək
üçün 3-4 dəfə
oxuyardı. Ma-
hal müəllim S.Vurğunun “Vaqif” dramını
tədris edəndə əsərdəki bəzi səhnələri rol-
lar üzrə əzbərdən deyirdi. O qədər canlı
söyləyirdi ki, şagirdlər sanki tamaşaya
hansısa bir xalq artistinin ifasında baxırdılar.
Tarix dərslərində o faktlara əsaslandığı kimi,
ədəbiyyat dərslərində də bədii əsərlərin
qiraətinə, diksiya və intonasiyasına xüsusi
diqqət yetirirdi. Mahal müəllim o vaxtlar
axşam məktəbində işləməsinə baxmayaraq
gündüz məktəbinin VIII sinif şagirdlərinin
iştirakı ilə M.F.Axundzadənin “Hacı Qara”,
S.Vurğunun “Vaqif” dramını tamaşaya qoyub
məktəbin o vaxtkı darısqal sinif otaqlarında
kənd camaatına və qonaqlara göstərirdilər.
1981-ci ilin aprelindən Maarif nazirinin əmri
ilə Mahal müəllim ona doğma və əziz olan
başqa bir kollektivə – I Kosalı orta ümumtəhsil
məktəbinə direktor təyin olunur. Uzun illərin
pedaqoji təcrübəsinin yüksək nəticələri öz
bəhrəsini artıq verməyə başlayır. Məktəbin
isitmə sistemi yüksək səviyyədə təmir olunur,
məktəbin dörd tərəfi səliqəli şəkildə hasara
alınır, məktəbin həyətində gözəl, yaraşıqlı
dekorativ ağaclar əkilir, böyümüş ağacların
dibi bellənib əhənglə ağardılır. Məktəbin
həyətində geniş və yaraşıqlı bir idman
meydançası salınır.
Müxtəlif dərs illərində Marneuli RXMŞ-nin
pedkabinetin işçilərinin iştirakı ilə məktəbdə
geniş şəkildə pedaqoji şuranın iclasları keçril-
irdi. Məktəbdə qabaqcıl təcrübəyə və yeni
tətbiq olunan metodlar: problemli situasiya,
“dərsi dərsdə” və s. kimi düşündürücü və
yaradıcı metodların müzakirə olunub tətbiqinə
geniş yer verildi.
Həmin dövrdə demək olar ki, bütün fənnlər
fənn kabinetlərində keçrilirdi. Məktəbin
zəngin kimya və fizika laboratoriyaları, bi-
ologiya, xarici dil, riyaziyyat və s. kabinetləri
var idi. Bütün müəllimlər çalışırdı ki, hər
birinin kabineti o birisinkindən daha zəngin
və yaxşı tərtib olunsun. Müəllimlər arasında
demək olar ki, yarış gedirdi.
Məktəbin daxili tərtibatı da çox məzmunlu
idi. Məktəbdə bir-birindən yaraşıqlı və göz
oxşayan stendlər var idi: “İkinci dünya mü-
haribəsi və əmək veteranları”, “Heç kəs unu-
dulmur, heç nə yaddan çıxmır”, “Nəsillərin
estafeti”, “Məktəbimizin məzunları”, “Biz
onlarla fəxr edirik” və s.
90-cı illərin əvvəllərində məktəbdən
uzaqlaşmış bəzi müəllimləri Mahal müəllim I
və II Kosalı orta məktəbləri birləşib bir orta
məktəb olanda onları yenidən məktəbə cəlb
etmş və onları məktəbin şərəfini uca tutmağa
çağırmışdır.
Keçid dövründə məktəbin maddi-texniki
bazası həddən artıq acınacaqlı olduğu bir
vaxtda Mahal müəllimin təşəbbüsü ilə kənd
camaatı və bəzi qeyrətli, imkanlı el oğullarımız
öz köməkliklərini məktəbə etmişlər. Hər bir
valideyn çalışırdı ki, məktəbin hər bir işində
məktəb müdiriyyətinə kömək göstərsin.
Məktəbin qızdırılması üçün yanacaq yox
idi, lakin qeyrətli eloğlularımız başda Ma-
hal müəllim olmaqla Vəzir Əliyev, Bilal Ba-
bayev, Musa Musayev yaxınlıqdakı meşədən
icazə ilə odun tədarük edib çətinliklə məktəbə
gətirmişlər, soyuqdan məktəbdən yayınma
hallarının qarşısını almışlar. Mahal müəllimin
verdiyi tərbiyənin, etibarın, məsuliyyətin
nəticələri keçmiş şagirdləri tərəfindən yüksək
qiyməyləndirilirdi. Mən onların adını bir-bir
çəkmək istəmirəm, ancaq elimiz onları yaxşı
tanıyır. (Bu ayrıca mövzudur). Hətta onların
bəziləri deyirdi: Mahal müəllim məktəb üçün
nə lazım olsa bizə bildirin, biz çalışacağıq ki,
Dünyanın hansı nöqtəsi olursa-olsun – Argen-
tina, Azərbaycan, Gürcüstan, yaxud Yeni Ze-
landiya – günün bir zəruri tələbatı var: insanın
fiziki və psixoloji sağlamlığına məsuliyyətli
münasibət!
Sağlam bədəni mehmanxanaya, xəstə bədəni
xəstəxanaya bənzədən dahilərin sözləri
yerdəmi qalar? Müxtəsəri, sağlamlığımızı
qoruyan, bizi fiziki əzablardan xilas edən
həkimlərə olan minnətdarlıq hissimiz, təknə-
tabaq təşəkkürlərimiz dünya durduqca dura-
caq...
İndi haqqında sizə söhbət açmaq istədiyim
İslam həkimlə tanışlığımın qəribə bir tarixçəsi
var: iş yerlərimiz yaxın olsa da elə bir mülay-
im münasibətimiz yox idi. Bir gün bizim təhsil
və mədəniyyət şöbəsinin rəhbəri Mikayıl
müəllimin bir nəfərlə (həkim olduğunu
bilirdim) ustad Aşıq Ələsgər haqqında
söykəli söhbətinin şahidi oldum. Yaxından
tanımadığım həkim aşığın “Yaşıldı, yaşıl”
qoşmasının yaranma mənbəyini özünəməxsus
tərzdə izah edirdi; xatırladıram:
Qafil olma bu bazarın içində,
Aldatma özünü varın içində,
İbrahim dayanıb narın içində,
Güldür solu-sağı yaşıldı, yaşıl...
Hörmətli Mikayıl müəllim indi həmişə
hörmətini saxladığım bu həkimlə məni
qoşmanın məhz bu yerində tanış eləmişdi.
Sonralar onun haqqında yazmaq təkliflərimə
aqillərə xas təvazökarlıqla: – Daha vacib
işləriniz ola bilər, – demişdi, – gəlin sonra-
lara saxlayaq.
Və beləcə günlər, aylar ötdü...
...İbrahimov İslam Səfər oğlu Gorarxı eli-
nin Alget kəndindəndir. 1978-ci ildə Bakıdakı
dünyalarca məşhur N. Nərimanov adına
Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib.
Rustavi şəhərindəki həkimlik fəaliyyəti
də daxil olmaqla müxtəlif iş yerləri olub:
hamısında da üz ağardıb, yaxşı hörmət, təmiz
ad qazanıb. Amma bütün təltif-tərifnamələrin
hamısını bir tərəfə qoyuram. Islam həkimin bir
özəlliyindən-özünəməxsusluğundan savayı: o
da bundan ibarətdir ki, şəxsən mən ömrümdə
indiyədək belə saz-söz vurğunu olan, bu
səviyyədə xalq dastanları dəstəklisi olan özgə
həkim görməmişəm. Təbii ki, hardasa yaxında,
ya da uzaqda var, amma etiraf edirəm ki, mən
ayrı cür şahidlik edə bilmərəm; çünki hələlik
qədim-qayım sözümüzün vaqifanə vurğunu
olan “ikinci İslam həkim” rastıma çıxmayıb.
Islam həkim dəri həkimi-dermatoloqdur; yəni
tibb elminin dəri xəstəliklərinin diaqnostikası,
müalicə və profilaktikası ilə məşğul olan
sahəsindəndir. Islam həkimlə söhbətimizdən
əvvəl dəri xəstəlikləri ilə bağlı bunları bilirdim
ki, dermatologiyanın şərəfli tarixi bir keçmişi
olub. Çünki hələ bizim eradan əvvəl yaşayıb-
yaratmış həkimlər insan bədəninə heç də “bir
ət yığını” kimi baxmayıblar.
Islam həkimdən aldığım “dermatologiya
dərsləri” çox ibrətamizdir: dəri həkiminin
yanına adi bir sızanaq, bir ziyil üçün gələn
də var. Xroniki dəri xəstəlikləri sayılan
qaşınmalar, göbələk infeksiyası, psoriaz, Vi-
tiliqo xəstəliyi ilə bağlı müalicə həsrətində
olanlar da. Zöhrəvi xəstəliklərə gəlincə,
Zöhrə (Venera) eşq ilahəsinin adı olduğu
üçün bunu da sırğa edib “qulaqdan asmaq”
lazımdır ki, insan özünü təkcə soyuqdan, payız
küləyindən, yelçəkər yerlərdən, müxtəlif virus-
lardan gözləməməlidir; həm də arada-sırada
eşq ilahəsindən də çəkinməlidir: ona görə ki,
zöhrəvi (veneroloji) xəstəliklərin zəmanəmiz
üçün hazırda ən böyük və ən təhlükəli
problemlərdən biri olduğu sağlam düşüncə
sahiblərinin hamısına gün kimi aydındır. Bir
sözlə, immun sisteminin pozulmasını Allah
heç Mirzə Qotura da göstərməsin!
İslam həkim mənə arada bunu da xatırladır
ki, bizdə Zöhrə (Venera) ulduzunun bir adı
da Karvanqırandır. Heç olmasa bu filhəqiqət
fakt hətta qanmaza belə, çox məntiqli mətləbi
ahəstəcə qandırmalı deyilmi?
Söhbətimiz Ümumdünya Səhiyyə Təşkilatının
tövsiyə etdiyi sağlam həyat tərzinin üstündə
daha çox durduğundan İslam həkim məxsusi
vurğulamağı özünə borc bilir ki, sağlam
həyat tərzinə müxtəlif gigiyena qaydalarına
– şəxsi daraq, diş fırçası, dəsmal və sairədən
tutmuş – əməl etmək, təbiət qoynunda həyat
keçirmək, kainatla ahəngdar əlaqədə olmaq,
idmanla məşğul olmaqla bərabər, həm də
saz-söz adamlarımızın, musiqi ustadlarımızın
“nəbzini” tutmağı bacarmaq da lazımdır! Bu
yerdə İslam həkim ədəbi yaradıcılığına və
şəxsiyyətinə səmimiyyət və hörmətlə yanaşdığı
Zəlimxan Yaqubun misralarını söyləməkdən
də özünü saxlaya bilmir:
Mən ürəyi ürək kimi saxlamadım,
Hey əritdim, hey çürütdüm, hey qanatdım,
Yağ içində böyrək kimi saxlamadım...
Və:
Gördü şeir yazıram
Ölüm məndən vaz keçdi...
İslam həkim – arazbarı təkrar da olsa –
tövsiyə edir ki, hər bir insan öz bədənini
sevsin; dərisindən tutmuş ürəyinə, böyrəyinə
qədər! Çünki Allahın əmanəti olan bədənimizə
xəyanətimiz əslində həm də məlum vaqifanə
əmanətə xəyanət deməkdir! Burası da var
ki, dəri təkcə sabunla, ətirlər və şampunlarla
təmizlənmir! Burada bir səbr, sınaq, şükr tərəf
də var ki, ahəngdar əlaqə olaraq onlara da
diqqət tələb olunur!
Tərifə yaxın da olsa, bunu da deməyə borc-
luyam ki, İslam həkimin insanpərvərliyi və
halallığı artıq kiçik həcmli qəzet məqaləsinin
deyil, bəlkə daha çox – əlbəttə, qalın kitabdan
dolayı – qalan kitab yazısının mövzusudur...
P. S.
Mənim indiyədək Gorarxı elinin iki nəfər
həkiminin ləyaqətli ömür yolunu qələmə al-
maq cəhdim olub: Ülkər həkimin və Əmiraslan
həkimin. Bu dəfə “növbə” İslam həkimə gəldi.
Doğrudur, ustadlar ustadnaməni üç deyiblər,
amma hesab edirəm ki, bu qatarda, bu sırada
digər şəfa-şəfqət verənlər də var. Təki sağlıq
olsun!
Bunu da ürəkdolusu ümid edirəm ki, Gorarxı
elinin qədirbilən gəncləri də elimizin-obamızın
həkim kəhkəşanını öləziməyə qoymayacaqlar.
Sağlamlığa görə məsuliyyət bir gün də onların
üzərinə düşəcək. Əsas budur ki, kimə baxıb
düzlənmək üçün ünvanımız var!..
Ibrahimxəlil
Maarif fədaisi və el ağsaqqalı
Mənəviyyat
№09 (184) 30.06.2015
9
Mənəviyyat
№09 (184) 30.06.2015
8
İslam İsə (İsəxan) oğlu Ərdənər 1921-ci
ildə Türkiyənin Qars vilayətindəki Kümbətli
(Ladıkars) köyündə yoxsul bir ailədə dünyaya
göz açmışdır. Onun doğulduğu Kümbətli köyü
Qars şəhərinin günbatan səmtində, ondan
təxminən bir-iki kilometr aralıda, Ərzurum
yolunun sağ tərəfində 19-cu yüz ilin ikinci
yarısında Borçalıdan köçən qarapapaqların
məskunlaşdığı bir kənddir. İslamın atası İsə
Seyid oğlu əslən dağ Borçalısının Soyuqbu-
laq (vaxtilə onun dədələri aran Borçalısının
Dəmirçihasannı bölgəsindəki Kürüstü Keşəli
kəndindən buraya gəlmişlər) kəndindəndir.
Soyuqbulaq kəndi Sovet Ermənistanının
Kalinino rayonuna daxil idi. Bu kənd rayon
mərkəzindən 15 kilometr günbatan tərəfdə
Qaranlıq dərənin ağzı səmtdə, Oy dərəsinin
ayağında bölgənin qarapapaqlar yaşayan
sonuncu yaşayış məntəqəsi idi. Bura ən
yaxın kənd Başkeçidin Yırğançay kəndidir.
Yırğançaydan baxanda bu ərazilərdə Borçalı
Qarapapaqlarının vaxtilə yaşadığı bir bir çox
dədə-baba kəndləri, o cümlədən, Soyuqbulaq,
Cücəkənd ovuc içi kimi çox aydınca görünür.
Bu üç türk kəndi yüzilliklərdir ki, sac ayağı
şəklində bir-birindən 4-5 kilometr aralıda
bərqərar olmuşdur.
Sadaladığımız bu kəndlər son dövrlərdə
Ermənistan sınırları içərisində qalmış digər
yüzlərlə Qarapapaq türklərinin kəndləri
kimi 1990-cı illərdəki son məlum olay-
lar ilə ilgili olaraq məcburi şəkildə öz tarixi
dədə-baba yurdlarını birdəfəlik tərk etmək
məcburiyyətində qalmışlar.
İslamın anası Laləzər xanım da (İsənin bi-
rinci arvadı Növhər xanım vəfat etdiyi üçün,
o Türkiyədə yenidən ailə həyatı qurmuşdur)
Qarsın Dikmə köyündəki Borçalıdan köçmüş
(19-cu yüz il Rusiya-Türkiyə savaşı ilə ilgili)
qarapapaqlardandır. Dikmə köyü də Ərzurum
yolunun sol tərəfində, Kümbətlidən təxminən
2 kilometr gündoğar səmtdə yerləşir.
Yuxarıda da anlatdığımız kimi, İsə Se-
yid oğlu İslam hələ dünyaya gəlməmişdən
təxminən bir-iki il öncə Borçalıdan sonuncu
dəfə Qars tərəflərə qaçqın düşənlərdəndir. Onu
da qeyd etmək istəyirik ki, bu son köç sovet
hakimiyyəti qurulan zamanlara düşdüyünə
görə, sərhədi ancaq çox gizli şəkildə az sayda
insan keçmişdir.
İsənin də məqsədi bir çox digər həmyerliləri
kimi, Türkiyəyə keçib özünə yurd-yuva quran-
dan sonra təzədən geri dönüb bütün ailəni
aparmaq idi. Lakin həmin vaxtlar, qadağalar
bərkiyir, ara kəsilir, bu toyda qalanları o üzə
keçirmək mümkün olmur. Elə İsənin faciəsi
də bir çox digər həmyerliləri kimi, buradan
başlayır: atası Seyid kişi, ilk nikahdan olan
körpə qızı Anaxanım və digər ailə üzvləri
ömürlük bu tərəfdə - Soyuqbulaq kəndində
qaldılar. Sonralar dədəsinin himayəsində
böyüyən Anaxanıma sənəd verilərkən məcburi
şəkildə (əslində qorxudan) ata adı yerinə Se-
yid qızı yazdılar. Anaxanım böyüyüb həddi-
buluğa çatanda bu sətirlərin müəllifinin də
mənsub olduğu Keşəlidəki Qıllözdü nəslindən
olan çox böyük hörmət-izzət sahibi Omar
Usub oğlu ilə ailə həyatı qurur.
Sadə və yoxsul bir kəndli ailəsində böyüyən
İslam İsə oğlu çox gənc yaşlarından meylini
bölgədə geniş yayılmış, qarapapaqların ən çox
sevdiyi bir sənətə - aşıqlığa salır. Telli saza
vurğunluq onu heç vəchlə öz məqsədindən
başqa səmtə döndərə bilmir. Öz-özünə qəti
bir qərar verir: hökmən aşıq olacağam. Gecə-
gündüz öz üzərində bərk çalışır, bu sənətdə
ətrafındakılardan az-çox nəyisə öyrənə bi-
lir. Zaman keçdikcə gözəl avazı, möhkəm
hafizəsi, saz çalmaq bacarığı yavaş-yavaş onu
məqsədinə doğru yaxınlaşdırmağa başlayır.
Bir də gözünü açanda özünü məclislərdə
görür. Ancaq yaxşı bir sənətkar olmaq üçün
bunlar kifayət etmir, o mütləq bir ustad
sığalından keçməli olduğunu düşünür. Elə
elin ağsaqqalları da ona mütləq yaxşı bir
ustada qulluq etməyi – çıraq olmağı məsləhət
görürlər.
İslamın təxminən 20 yaşı olanda o, özündəki
aşıqlıq bacarığına tam güvəndiyi üçün ustada
qulluq etmək məqsədilə bölgənin ünlü ozanı
Aşıq Qasımın yanına gedir. Aşıq Qasım
adı-ünü aləmə səs salmış ozanlar ozanı aşıq
Şenniyin oğlu idi.
Böyük ustadın oğlu gənc İslamı hörmətlə
qarşılayır, onu çox da ağıra-yüngülə salmır,
çək-çevir eləmir, bir neçə hava çaldırır, bir
neçə mahnı
oxudur. Aşıq
Qasımın ona
çıraq olmasına
razılıq vermə-
si İslamı çox
sevindirir.
İslam Aşıq
Qasımın yanın-
da qaldığı gün-
lərdə ustaddan
çox şey öyrənir,
sənətdəki bir
çox sirlərə yi-
yələnir.
Günlər ötdükcə böyük sənətkarın ocağındakı
çıraq – gənc İslam da yavaş-yavaş sənətdə
yükünü götürməyə, kamilləşməyə başlayır.
Vaxtı gələndə ustadı onu özü ilə bərabər bü-
tün Qarapapaq ellərini kəndbəkənd gəzdirir,
ağır məclislərə aparır. Gənc aşıq da ustadını
utandırmır, hər yerdə - getdikləri bütün toy-
düyünlərdə onun üzünü ağ edir.
Az zaman içərisində aşıq Qasımın gənc
çırağının ünü Qars, Ərdahan, Sarıqamış, İqdır,
Çıldır və başqa bölgələrə yayılır. Nəhayət, za-
man yetişir, aşıq İslam özü müstəqil olaraq
toy-düyünlər aparmağa başlayır. O, apardığı
məclislərdə nəinki, saz çalıb-oxuyur, eləcə
də ustadlardan eşitdiyi dastanları söyləyir,
bədahətən şeirlər deməyə başlayır.
Aşıq üslubunda yazdığı qoşmalardan başqa
İslam Ərdənəri tanıtdıran, onu ən çox sevdirən
yazdığı təcnisləri bölgədəki Qarapapaqların
dilində əzbər olur.
Doğrudur, aşıq İslam Ərdənər çox şeir
yazmamışdır, ancaq qələmindən çıxanların
hamısı dəyərli şeir nümunələr kimi hamı
tərəfindən rəğbətlə qarşılanmışdır.
Aşıq İslam Ərdənər ustad aşıq zirvəsinə
yüksəlmiş bir sənətkar olmuşdur. Onun
yaradıcılığı təkcə aşıq şeiri üslubunda
gözəl əsərlər yazmaq, dastanlar söyləmək
olmamışdır. Onun özü ilə bağlı xeyli ibrətamiz
hekayələr bölgə əhalisinin dillərindən heç
vaxt düşmür.
Böyük sənətkar özündən sonra da keçmiş
ustadları kimi, xeyli şagird yetişdirir. Sonra-
dan onlar da ünlü sənətkarlar kimi tanınmış
aşıqlar olmuşlar. Belə ünlü sənətkarlardan biri
Səbri Şimşəkoğlu olmuşdur. Ondan başqa aşıq
Əmrah Nəroğlu, aşıq Ali Rza Ezgin, aşıq Bi-
lal, öz oğlu Musa Ərdənər və s. Aşıq İslamın
sənət aləminə bəxş etdiyi böyük töhfələrdir.
Aşıq İslam Borçalıdan qayıtdıqdan dörd
il sonra 1976-cı ildə İrana səfər etmişdir.
O Təbrizdə 25 gün qalmış, buradakı ünlü
aşıqlarla görüşüb, söhbətləşmişdir. Güneyli
Aşıq Qəşəmlə xeyli deyişmələri olmuşdur.
Aşıq Hasan Kaffari və bir çox iranlı aşıqlarla
görüşləri və tanışlığını uzun müddət
xatırlamışdır. Amerika, İngiltərə və Almani-
yada Ərzurum Atatürk Universiteti ədəbiyyat
fakültəsinə gələn araşdırmaçı türkoloqlar
tərəkəmə şivəsi ilə maraqlanarkən onlara an-
caq Aşıq İslam Ərdənəri məsləhət görmüşlər.
Amerikalı araşdırmaçı Valker, İngiltərəli
C.S.Mendi və alman araşdırmaçısı Erhad iki
gün boyunca Aşıq İslamla müsahibə aparmış,
onu həm danışdıraraq, həm də saz çalıb oxu-
daraq, şeir söylədərək kasetlərə köçürmüşlər.
Aşıq İslam Ərdənər 1995-ci ildə 74 yaşında
dünyasını dsəyişmişdir. Onu doğulduğu
Kümbətli (Ladıkars) köyündə dəfn etmişlər.
Məzar daşının üstündə özünün yazdığı
“Dünyanın” şeirinin ilk və son bəndləri həkk
olunmuşdur:
Olmadıysa şahavətin, hörmətin,
Nəyə yarar sərvət, malı dünyanın.
Bir gün bitər ömür denən müddətin,
Əzəldən belədi halı dünyanın.
Nə nökər, nə ağa, nə bəy, nə paşa,
Kimsə yetirmədi ömrünü başa,
İslamın da adı yazılar daşa,
Bilinməz ərkanı, yolu dünyanın.
M.Kamaloğlu
Yeni nəşrlər
"Kaş ki sevəydin məni"
Bu yaxınlarda Rusiya Federa-
siyasının Çelyabinsk şəhərindən
xoş xəbər almışıq. Həmyerlimiz,
tanınmış şair Aslan Gorarxılının “Kaş
ki sevəydin məni” adlı şeirlər kitabı
Çelyabinsk şəhərindəki fərdi sahib-
kar “Petrov A.İ.” nəşriyyatında işıq
üzü görüb. Rusiyanın Azərbaycanlı
Gənclər Təşkilatının ("AMOR")
sifarişi ilə nəşr edilən kitaba şairin
əsasən son illərdə yazdığı məhəbbət
şeirləri daxil edilmişdir. Kitabın
sponsoru həmyerlimiz, Rusiyanın
Samara şəhərində yaşayan Ma-
hal Rəsul oğlu Həsənov, redaktoru
Əliyar Zeynalov, ön sözün müəllifi
“Regionpress” qəzetinin məsul ka-
tibi İbrahimxəlildir.
Ümid edirik ki, yazılarına qürbətin
qübarı çökmüş istedadlı şair dostu-
muz Aslan Gorarxılının bu kitabı da
poeziyasevərlər tərəfindən rəğbətlə
qarşılanacaqdır.
“Qabal – bura Vətəndir”
İstedadlı şair Fərman Qulamoğlu-
nun “Qabal – bura Vətəndir” adlı
kitabı Tbilisinin “Meridian” nəşriy-
yatında nəfis şəkildə çapdan çıxmışdır.
Kitabda Qabal bölgəsinin (Qabal,
Gəncəli, Uzuntala, Qaracalar) elmi,
ədəbi-bədii folkloru toplusunda tarixi
önəmlərdən bugünümüzədək yaran-
an şifahi və yazılı xalq ədəbiyyatı
nümunələri toplanıb. Nərdə klassik
el şairlərinin yazıları ilə yanaşı,
çağdaş ədəbiyyatımızın tanınmış
nümayəndələrinin yaradıcılığı, həm-
çinin elmi, ədəbi-bədii folklor mate-
rialının toplusu öz əksini tapmışdır.
Kitabın oxucular tərəfindən maraqla
qarşılanacağına inanırıq.
Qarslı Aşıq İslam Ərdənər
məktəbə hər vəchlə köməklik edə bilərik.
Mahal müəllimin belə xeyirxah işlərin təşəbbüskarı
olduğu bir neçə işlər də var.
Mahal müəllim bu gün də kəndin, el-obanın də-
yərli ziyalısı, hörmətli ağsaqqalı, etibarlı eloğlusu
və qədirbilən bir övladıdır. Kəndin bütün xeyirxah
işlərində fəal iştirak edir. Kəndin infrastrukturunun
müsbət mənada dəyişməsinə həmişə əlindən gələn
köməkliyi əsirgəmir.
Haşiyə: Mahal müəllim yeri gələndə, daha
doğrusu ömür yoluna nəzər salanda özünün həm
savadlı ali məktəb müəllimlərini, həm də elmin ibti-
daisini öyrədən orta məktəb müəllimlərinin də xoş
xatirələrlə yada salır.
Tanınmış filosof kimi respublikada böyük nüfu-
za malik olan, professor Ələddin Həkimov, gözəl
ədəbiyyatşünas, ərəb-fars dillərinin gözəl bilicisi,
folklorşünas alim Ziya Borçalı, Azərbaycan dilinin
tədqiqatçısı və gözəl metodisti Əziz Mursaqulovu tez-
tez xatırlayır və onların ruhlarına xoş sözlər söyləyir.
Ali məktəbi bitirməsindən yarım əsrdən artıq vaxt
keçməsinə baxmayaraq təmasda olduğu və ya dost-
luq etdiyi bəzi tələbə dostlarının nailiyyətlərinə və
xoş günlərinə həmişə sevinmişdir. Uzun müddət
partiya dövlət və ictimai xadim, tanınmış jurna-
list S.Süleymanov, filologiya elmləri doktoru, pro-
fessor M.Çobanov, şair-jurnalist M.Coşqun, şair
Ə.Binnətoğlu, uzun müddət təsərrüfat müdiri işləmiş
Vəkil müəllim və uzun müddət partiya işçisi olmuş
N.Qurbanov və s. Mahal müəllimin əlli illik ömür-
gün yoldaşı Səyalı Məmiş qızı da uzun müddət I
Kosalı orta məktəbində kitabxanaçı kimi fəaliyyət
göstərmişdir. Təqaüdə çıxdıqdan sonra şirin-şəkər
nəvələrinin tərbiyəsi ilə məşğul olur.
Mahal müəllim ailədə üç bacının bir qardaşı
olmasına baxmayaraq ata və anasının vəfatından
sonra iki bacısına da ali təhsil almasına yardımçı
olmuşdur. Bacısı Eminova Zinyət Mustafa qızı
Tbilisi Dövlət Pedaqoji İnstitutunu bitirib təqaüdə
çıxana qədər Böyük Muğanlı orta məktəbində ibti-
dai sinif müəllimi işləyərək həyat yoldaşı ilə birlikdə
dörd övlad böyüdüb ərsəyə çatdırmışdır. Kiçik bacısı
Eminova Hava Mustafa qızı Bakı şəhərində N.Tusi
adına Pedaqoji Universitetin Azərbaycan dili və
ədəbiyyatı fakültəsini bitirib uzun müddət I Kosalı
orta məktəbində dil-ədəbiyyat müəllimi işləmişdir.
Elin xeyir-şər işlərində maddi köməkliklərini
əsirgəməyən övladları Elçin və Əhmədin balalarının
tərbiyəsi ilə məşğul olan Hava müəllim həyat yoldaşı
Sadıqov Məhyəddinlə birlikdə indi təqaüddədirlər.
Maraqlıdır ki, Mahal müəllimin böyük bacısı Emi-
nova Hilal tam orta təhsil almasa da dörd övladına
mərhum həyat yoldaşı Mövlud müəllimlə birlikdə
ali təhsil vermişdir. Elə layiqli oğul-qız böyütmüş
bacıya əhsən!
Mahal müəllim həyat yoldaşı ilə birlikdə
övladlarına müəkəmməl təhsil və nümunəvi tərbiyə
vermişlər. Dörd övladından üçü ali təhsil almış,
yalnız kiçik qızı Eminova Təranə Gəncə şəhərində
kompyuter texnikası üzrə ixtisasa yiyələndikdən
sonra hal-hazırda məktəbimizdə texniki işçi kimi
çalışır. Oğlanları Eminov Mustafa Bakı şəhərində
İqtisadiyyat Universitetini, Eminov Rəşad da Ba-
kıda Azərbaycan Neft Akademiyasını bitirmişlər.
Qızı Eminova Arzu Bakıda N.Tusi adına Pedaqoji
Universiteti bitirərək həyat yoldaşı istedadlı cərrah
Rəfael Eminovla ali təhsilli üç övlad böyüdərək
xoşbəxt həyat sürürlər.
Sevindirici haldır ki, Mahal müəllimin nəvələri
Rusiyanın Moskva və S.Peterburq şəhərlərindəki
məşhur universitetlərində təhsil alırlar. Onlardan biri-
nin uğurları daha qəlboxşayandır. Mustafanın kiçik
qızı Eminova Turac keçən dərs ilində Moskvada orta
məktəbi qızıl medalla bitirib M.V.Lomonosov adına
Moskva Dövlət Universitetinin Dövlət İdarəçiliyi
və Qanun fakültəsinə daxil olub, hal-hazırda əla
qiymətlərlə nümunəvi tələbə kimi təhsilini davam
etdirir.
Keçmiş şagirdlərindən Musa Əliyev, Qurban
Sadıqov, Arifə Hacırəhimova, Əbülfət Abdullayev,
Elçin Əliyev, Abdulla Hüseynov, Aygün Eminova
və s. bu gün ali təhsilli mütəxəssislər kimi keçmiş
SSRİ-nin müxtəlif şəhər və rayonlarında ləyaqətlə
çalışır və kəndimizin adını ucaldırlar.
Əməyi Maarif Nazirliyi, rayon rəhbərliyi, kollek-
tiv tərəfindən yüksək qiymətləndirilən Mahal
müəllim özünün 42 illik məktəb direktorluğu
təcrübəsini və yüksək pedaqoji ustalığını bu gün də
öz həmkarlarından əsirgəmir və həmişə onlara bir
nümunədir.
Bizə yalnız Mahal müəllimə uzun ömür və can
sağlığı arzu etmək qalır. Qoy həmişə o, kollektiv
üçün bir mayak olsun! Amin!
Dostları ilə paylaş: |