Ədəbiyyat
№09 (184) 30.06.2015
11
Müsahibə
№09 (184) 30.06.2015
10
“Aydın Yol” qəzetinin suallarını Azərbaycan
Mətbuat Şurasının sədri Əflatun Amaşov
cavablandırır
- Əflatun müəllim, Moskva Dövlət Univer-
sitetinin jurnalistika fakültəsini bitirmişiniz.
İllərdir ki, Mətbuat Şurasına rəhbərlik
edirsiniz. Ədəbiyyatla da yaxından ma-
raqlanırsınız, kitab təqdimatlarında iş-
tirak edirsiniz. Tanıyanlar deyir, yaxşı
mütaliəniz var. Amma mən istərdim
söhbətimizə jurnalistikanın, ədəbiyyatın da,
elə ümumilikdə götürdükdə insanın da əsas
ifadə vasitəsi olan sözdən, onun daşıdığı in-
formasiyadan başlayaq...
- Söz əvvəl yaranıb, yoxsa məna? Bu, tarixi
mübahisədir. Yəqin, bəşəriyyət durduqca bu
sual ətrafında mübahisələr davam edəcək
və elə bizim ətraf aləmlə bağlı tam biliyimiz
də heç vaxt kifayət qədər kamil olmayacaq.
Dünyanın necə yaranması ilə bağlı müxtəlif
nəzəriyyələr var. Sirli olduğu üçün də həyat bu
qədər maraqlıdır. Biz bilmirik ki, bəşəriyyətin
sonu nə zaman gələcək. Amma bu maraqlı
məqamdır ki, dünya genişdir, böyükdür. Həyat
mürəkkəbdir, ədəbiyyat da bu mürəkkəbliyin
inikasıdır. Təsəvvür edin, alimlər hesablayıblar
ki, bu gün qəzetlərin bir səhifəsindəki in-
formasiya yükü XVII əsrdə insanın ömrü
boyu yiyələndiyi biliyə bərabərdir. Bu gün
bədii söz– kitab elektron vasitələrlə insanlara
çatdırılır. Yəqin ki, bu proses uzun müddət
davam edəcək və o, yeni-yeni formalarda
oxucularının görüşünə gələcək. Bunlar tex-
niki məsələlərdir. Amma söz qalır. Hisslər
– nifrət, sevgi, paxıllıq ilk insan yaranan-
dan mövcuddur. Bu gün o hissləri insanlara
çatdıran vasitələr dəyişib. Məsələn, biz televi-
zora baxırıq, mobil telefondan istifadə edirik,
əvvəllər bunlar yox idi. Adi müqayisə aparaq.
İndi Londona altı saata uçuruq, yüz il bundan
əvvəl bir necə aya, bəlkə, daha cox müddətə
ora çata bilərdik. Hədəf eynidir, amma vasitələr
dəyişib. Ədəbiyyatda da belədir. İstər-istəməz
onun həyatla ayaqlaşmalı olmasına adamın
təəssüflənməyi gəlir. Məsələn, Dostoyevski-
nin, Tolstoyun əsərlərinin qısa məzmununu
bugünkü oxucuya çatdırmaq üçün bütün
detalları, ayrı-ayrı səhnələri atmaq lazım gəlir.
Hər halda, bu, insanlarda bədii ədəbiyyata
həvəsi öldürür, amma mən elə bir dövrün,
nəslin nümayəndəsiyəm ki, mənim vaxtımda
kitab əlçatmaz olub, sevilib, daha yüksək
dəyərləndirilirib. Düşünürəm ki, bizim nəsil bu
gün tutduğu mövqeyə məhz oxuduğu kitabların
sayəsində gəlib çıxıb.
- Elektron və səsli kitablara münasibətiniz
necədir?
- Səsli kitabları elə də xoşlamıram. Elek-
tron variantda kitabları daha çox səfərlər
zamanı oxuyuram. Daha çox belə deməm
mümkünsə ənənəvi kitabları sevirəm. Qox-
usu, qalın kitablarda vərəqlərin çətin açılması
məni cəlb edir. Bəzən işdə çox yorulanda Sa-
birin “Hophopnamə”sini də açıb, hansısa şeiri
ucadan oxuyuram.
Ümumiyyətlə, məncə, kitab təkcə göz
yaddaşına hopmur. Əgər orada təsvir olu-
nan hisslər sənin içinə keçirsə, onları
özününküləşdirə bilirsənsə, deməli, o əsər
uğurludur. Adətən bu, şeirdə olur. Əvvəlcə
sözlər göz yaddaşına, sonra düşüncəyə keçir.
Orada təsvir olunanlar nə vaxtsa həyatında baş
veribsə, bunu xatırlayırsan, yox, olmayıbsa,
onu təsəvvüründə yaşayırsan. Yəni həmin
şeirin qəbul olunmasında əksər duyğu üzvləri
iştirak edir. Əli Kərimin şeirində belə bir bənd
var:
Nə xoşbəxt imişəm bir zaman, Allah,
Xəbərim olmayıb bu səadətdən.
Nə xoşbəxt imişəm, nə xoşbəxt, xoşbəxt!
Bu gün mən eşitdim dünən həsrətdən.
İlk baxışdan, şeir sözlərin yanaşı düzümüdür.
Amma onları yanaşı necə düzürsən? Sözlər
necə obrazlaşır? Şeir insanın içindən gəlməlidir,
insanın hissləriylə bağlı olmalidir. Misala
qayıdaq. Xoşbəxtlik duyğusu insan özünü dərk
edəndən olur. Yəni hər kəs hansısa məqamda
özünü xoşbəxt sayır. Əslində, xoşbəxtlik hissi,
bəlkə də, çox kiçik, cüzi məsələlərlə bağlıdır.
Nəyinsə qiymətini onu itirəndən sonra bilirsən.
Şairin bu şeirdə ustalığı ondan ibarətdir ki, o,
həsrəti "dindirir", həsrət ona bir zamanlar nə
qədər xoşbəxt olduğunu anladır.
Ümumiyyətlə, şeiri çox sevirəm. Xüsusən
Ramiz Rövşəni, Sabir Rüstəmxanlını, Vaqif
Cəbrayılzadəni, Zakir Fəxrini ləzzətlə oxu-
yuram. Gənclərin də yaradıcılığını izləyirəm.
Seymur Baycanın, Qan Turalının kitablarını
oxumuşam. Qismətin yazılarını da, şeirlərini
də bəyənirəm. Şəhriyar del Geraninin şeirlər
kitabı çox xoşuma gəldi. Onun
“Sən axı bilmirsən
Hardan biləsən
İt kimi darıxmaq nə təhər olur”
misraları yaddaşımda ilişib qalıb... Məncə,
maraqlı tapıntıdır. Burada darıxmaq ifadəsinin
fəlsəfi calarlari poetik dilə təsvir təsvir olu-
nur...
Bizim nasirlərdən Kamal Abdullanı çox
qiymətləndirirəm. Mənim sevdiyim yazıçılar
var. Hesab edirəm ki, hər bir insan bədii
ədəbiyyatı mütaliə etməlidir. Yalnız texniki
fənlərlə məşğul olan, bədii ədəbiyyat oxuma-
yan adam bir qədər quru görünə bilər. Məsələn,
hamımız bilirik ki, iki üstəgəl iki dörd edir.
Amma ikinin üstə iki gəlib beş almaq üçün
ədəbiyyatı bilmək lazımdır. Bu yaxınlarda
Marsel Prustun "Svana doğru" əsərini təkrarən
oxudum. Günorta idi, kitabı əlimə aldım ki,
vərəqləyəm, bir də baxdım ki, artıq hava
qaralıb.
- Dünya ədəbiyyatını daha çox hansı dildə
oxuyursunuz?
- Rus dilində oxuyuram. Ədəbiyyat sevgisi
yaxşı müəllimlərin, yazıçıların, mühitin sa-
yəsində yaranır. Yazıçı olmasan da, özünü
ədəbi mühitin içərisində hiss edirsən. Bizim
dövrümüz elə idi ki, istər-istəməz cəmiyyətdə
fikirlər bədii formada ifadə olunurdu. Senzura
vardı. Gertsenin bir sözü var, senzura nə qədər
güclü olursa, həmin dövrdə bir o qədər güclü
ədəbiyyat yaranır. Hazırda bizim cəmiyyət
kitab oxumur. Burası da var ki, həmişə yeni
nəsil özündən əvvəlkini bəyənmir. Üç yüz il
əvvəl Abbas Tufarqanlı da bu barədə yazıb:
Ay ağalar, bir zamana gəlibdir,
Ala qarğa şux tərlanı bəyənməz.
Oğullar atanı, qızlar ananı,
Gəlinlər də qaynananı bəyənməz.
Zaman dəyişir və yeni nəsil onunla daha
asan ayaqlaşır. Məsələn, bu gün baxırsan ki,
5-6 yaşlı uşaq mobil telefonun proqramına
asanlıqla daxil olub istədiyi oyunu seçir. Bəlkə
də, yaşlı adam bunu edə bilməz. Zamanla yeni
texnologiyalar yaranır. Elm bəşərin inkişafında
daha əhəmiyyətli yer tutmağa başlayır. Vaxtilə
ərazisi böyük, əhalisi çox olan ölkələr zəngin
hesab olunurdu. Sonra iqtisadiyyatı və or-
dusu güclü olan ölkələr varlı dövlətlər hesab
olunmağa başladı. İndi isə o ölkə güclü ölkə
sayılır ki, onun zəngin informasiya resursları
olsun. Məsələn, ABŞ dünyanı informasiya
siyasəti ilə idarə edir. Bu yaxınlarda təhsilin
cəmiyyətin inkişafında rolu ilə bağlı əsər
oxudum. Orada deyilirdi ki, əgər üç nəslin
arasında əlaqələr kəsilirsə, onların bərpası
üçün yüz il vaxt tələb olunur. Təsəvvür edin ki,
sovet dönəmi bitdi, 80-ci illərin sonunda böyük
bir mərhələ başa çatdı, mitinqlər başladı. O
mitinqlərdə bütün yaş təbəqələrindən olan in-
sanlar, o cümlədən tələbə və şagirdlər iştirak
edirdi. Sonra əhalinin yerdəyişməsi oldu,
bəzi müəllimlər Azərbaycanı tərk etdilər.
Bütün bunlar cəmiyyətə təsirini göstərdi.
Həmin vaxt təhsildə müəyən boşluq yarandı.
Dərslər yaxşı keçilmədi. Orta və ali məktəbi
bitirənlər, evlənmə yaşı çatanlar evləndilər və
övlad dünyaya gətirdilər. Aydın məsələdir, biri
var təhsilli insan övlad yetişdirsin, bir də var
təhsil səviyyəsi aşağı olan insan övlad böyüt-
sün. Həmin boşluğun fəsadlarını yaşadıq.
Müəyyən mənada nəsillər arasında əlaqə də
kəsildi. İndi biz bu əlaqələri bərpa etməliyik.
Etiraf etməliyik ki, sovet hakimiyyətinin güc-
lü təhsil sistemi vardı. Bu gün də ölkənin ic-
timai-siyasi həyatında məhz sovet dövründə
təhsil alan insanlar mühüm rol oynayırlar, əsas
yük onların çiyinlərindədir. Belə bir məqamda
təhsilin xüsusi rolu var. Təhsili olmayan, elmə
barmaqarası baxan xalqın gələcəyi yoxdur. O,
mütləq böyük xalqların içərisində əzilməlidir.
Bu gün dünyada birmənalı qaydada elmin
dili ingilis dilidir. Dünyada çap olunan elmi
ədəbiyyatın əksəriyyəti ingilis dilindədir.
Konfranslar,simpoziumlar bu dildə aparılır. Biz
inkişaf etmək istəyiriksə - özümüzə məxsus
xüsusiyyətləri saxlamaq şərtilə - xarici dilləri,
o cümlədən, ingilis dilini mənimsəməliyik.
Bunun üçün də kifayət qədər resurslarımız
var. Azərbaycan Prezidentinin sərəncamı
ilə minlərlə tələbə Avropanın, Amerikanın,
Asiyanın yüksək reytinqli universitetlərində
təhsil almağa göndərilib. Onlardan xeyli hissəsi
vətənə dönür. Bu istiqamətdə dövlət tərəfindən
vacib addımlar atılmaqdadır. Hesab edirəm ki,
yaradılan səmərəli imkanlardan istifadə etmək
hamımızın borcudur.
- Tezliklə Azərbaycanda I Avropa Oyunları
keçiriləcək. Bu oyunların Azərbaycan
cəmiyyətinin həyatındakı rolu barədə nə
düşünürsünüz?
- Azərbaycanda keçiriləcək I Avropa
Oyunları ilə bağlı ciddi müzakirələr gedir və
bu istiqamətdə fikirlərimi mən də müxtəlif
yerlərdə, o cümlədən KİV-də bildirmişəm.
Hətta yazı da yazmışdım. Bir məsələni qeyd
edim: bu oyunların keçirilməsi ilə bağlı qərar
verilənədək Azərbaycana bu qədər böyük
etimadın göstəriləcəyi çox adamın ağlından da
keçməzdi. Elə oyunların Bakıda keçiriləcəyi
qətiləşəndən sonra da çoxları təəccübləndilər
ki, necə olur, ilk Avropa oyunları İtaliyada,
Fransadan, İngiltərədə deyil, bizim ölkədə
baş tutur. Bu, Azərbaycana göstərilən böyük
etimadın göstəricisidir. Amma təbiidir ki,
mövcud istiqamətdə məsələlər reallaşmağa
başlayanda müəyyən problemlər üzə çıxdı.
Bilirsiniz ki, belə tədbirlərə hazırlıq üçün
normalda 5-7 yeddi il vaxt ayırılır. Azərbaycan
iki ildən də az müddətdə bu işi gördü.
Avropa Oyunlarının Azərbaycan üçün daxili
ictimai-sosial tərəfləri var. Amma biz daha çox
məsələnin siyasi tərəfləri üzərində dayanırıq.
Ölkəmiz üçün belə ciddi məqamda xarici
qüvvələr bizə qarşı hücuma keçirlər. Çox cid-
di problemlərimiz var. Onlardan ən mühümü
torpaqlarımızın iyirmi faizinin işğal altında
qalmasıdır. Bir milyondan çox qaçqınımız. var.
Dünyanın əksər ölkələri də belə düşünürlər
ki, əgər I Avropa Oyunları uğurla keçirilərsə,
Azərbaycan xalqının qonşularla dostcasına
yaşamaq qabiliyyəti, tolerantlığı dünyaya bir
daha bəyan olunacaq və bu, həmin problemlərin
həlinə müsbət təsir göstərəcək. Belə bir
məqamda, əlbəttə, mötəbər idman hadisəsinə
qara yaxmaq, həmin ərəfədə müəyyən prob-
lemləri qabartmaq cəhdləri ölkəmizi gücdən
salmaq niyyətindən irəli gəlir. Hesab edirəm
ki, belə məsuliyyətli vaxtda üzərimizə düşən
missiyanı layiqincə yerinə yetirməliyik.
- Maraqlıdır, özünüz necə, bu oyunlarda
iştirak edəcəksinizmi?
- Əlbəttə, idman meydançalarından oyunları
seyr edəcəm. Ümumən, indiki şəraitdə Azər-
baycanda idmana marağı olmayan insanın
mövcudluğunu təsəvvürümə gətirə bilmirəm.
Bizim nəsil daha çox futbola üstünlük verirdi.
Hətta demək olar, futbolla yaşayırdıq. Dünya
çempionatına qalan günləri sayırdıq. Bu gün də
mən futbol və şahmat çempionatlarını izləyirəm.
Tələbəlikdə özüm də futbol oynamışam. Mosk-
vada tələbələr arasında Azərbaycan yığmasında
oynamışam və bir müddət də sərbəst güləşlə
məşğul olmuşam.
- Yeri gəlmişkən, Sizi tez-tez premyeral-
arda – tamaşalarda film təqdimatlarında
görmək olur. Dəvət edirlər, yoxsa özünüz
gedirsiniz?
- Moskvada təhsil alanda dostlarımla bü-
tün premyeralarda iştirak edir, bütün yeni
filmlərə baxırdıq. Biz beynəlmiləl yataqxa-
nada qalırdıq. Bu da yeni filmlərdən daha tez
xəbər tutmağımıza kömək edirdi. Açığı, o za-
man düşünürdüm ki, yeni tamaşa varsa, onun
premyerasında iştirak etmədən tam yaşamaq
mümkün deyil. Əlbəttə, Bakıya gələndən sonra
- 80-90-cı illərdə bu vərdiş bir qədər korşaldı.
Bizdə premyeralar da Moskvadakı qədər çox
deyildi.
- Bəlkə də, Mətbuat Şurasının rəhbərinə
belə bir sual ünvanlanmaq bir qədər qeyri-
peşəkarcasına görünəcək. Amma yenə də
bilmək istərdim, gündə orta hesabla neçə
qəzet və saytizləyirsiniz?
- Kompüterim və telefonum daim açıq
olur. Azərbaycanda, demək olar ki, gündəlik
qırxadək qəzet çıxır. İşə gələn kimi o qəzetlər
stolumun üstündə olur. Amma hətta onları
vərəqləməmişdən əvvəl də bilirəm ki, orada
təxminən hansı yazılar var. Çünki gün ərzində,
hətta gecə yatmazdan əvvəl də həmin qəzetlərin
saytlarına nəzər salıram, xəbər portallarını
mütəmadi izləyirəm, sosial şəbəkələrə ba-
xıram.
Artıq mətbuatda mizan-tərəzi dəyişir. Yer-
dəyişmə müşahidə olunur - klassik jurnalistika
artıq yerini onlayn jurnalistkaya verir. Bütün
dünyada belədir. Əvvəlcə sosial şəbəkələrdə
qaldırılan problem gündəmə çevrilir, bir
müddət sonra, hətta bəzən elə həmin axşam
aparıcı KİV-in əsas xəbərlərinə çevrilir.
Bir müddət əvvəl “KİV” deyəndə qəzetləri
nəzərdə tuturdular, XX əsrin 20-ci illərində ra-
dio yarandı və dedilər ki, qəzetlər gündəmdən
çıxacaq, belə olmadı. 50-ci illərdə televizi-
ya meydana çıxdı, onda yenə söylədilər ki,
qəzetlərin sonu çatıb, amma bu da olmadı, bu
gün də internet jurnalistikası yaranıb. Amma
o da klassik jurnalistika ilə nə qədər mübarizə
aparsa da, onu sıradan çıxara, əhəmiyyətini
azalda bilmir. Çünki onların missiyaları
fərqlidir. Məsələn, klassik jurnalistika -
televiziyalar, qəzetlər, radio və agentliklər
müvafiq qanunvericilik çərçivəsində fəaliyyət
göstərir, amma onlayn jurnalistika dünyanın
heç bir yerində çərçivələrə sığmır. Yalnız
ümumi prinsiplər gözlənilir - terrorizmin, nar-
kotiklərin, zorakılığın, insan alveri və porno-
qrafik materialların təbliği yolverilməzdir.
Bundan kənarda internet jurnalistikası və sosial
şəbəkələr tam azaddır. Onlar da bundan istifadə
edərək, klassik jurnalistikaya bəzən çox böyük
zərbələr vurur. Bu gün demək olar ki, ictimai
fikir əsasən onlayn jurnalistikada formalaşır,
sonra klassik jurnalistikaya keçir. Mövcud
durumda bərabər mübarizə şansları əldə
etmək üçün qəzetlər də öz xəbər portallarını
və ya elektron versiyalarını yaratdılar. Amma
müşahidələr onu da göstərir ki, tədricən
ənənəvi jurnalistika öz yerini onlayn jurnalis-
tikaya verəcək. Proseslər ona gedir.
- Sosial şəbəkələrdən istifadə nə qədər
vaxtınızı alır?
- İmkan olduqca baxıram. Məni orada gündəm
daha çox maraqlandırır.
Söhbətləşdi: Rəbiqə
Akademiyanın alimi:
“Nəsimi haqqında iddialar yanlışdır”
“Nəsiminin Azərbaycanda anadan olmadığını əvvəllər də deyiblər. Müəyyən müddət
Azərbaycandan kənarda yaşayan bir alimimiz deyirdi ki, o, İraqda kiçik bir qəsəbədə anadan
olub”.
Bunu Modern.az saytına açıqlamasında AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşı,
filologiya elmləri doktoru Sənan İbrahimov deyib. Azərbaycanın orta əsr hürufi şairi Nəsiminin
yad ölkədə doğulduğu haqda iddialarla razılaşmayan alim onun doğum yerinin başqa ərazi yox,
məhz Şamaxı olduğunu göstərir:
“Hətta belə də deyirdilər ki, guya “Nəsimi” onun
təxəllüsü yox, doğulduğu yerin adı ilə bağlıdır. Amma
biz bununla qəti razılaşmırıq. Bu sahənin alimlərinin
Nəsimşünaslıqla bağlı araşdırmaları çoxdur. Elə təkcə
Şamaxıdakı “Şah Xəndan” qəbiristanlığını göstərmək
kifayətdir. Şah Xəndan Nəsiminin böyük qardaşı olub.
Ona Şamaxıda Jəmu-Dəmun deyirdilər. O da şeir
yazıb, amma az yaşayıb. Əgər bu gün Şah Xəndan
qəbiristanlığı Şamaxıdadırsa, Nəsimini də ordan say-
maq olar. Hələ bu faktlardan yalnız biridir”.
Elmin NURİ
Əflatun Amaşov: "Xoşbəxtlik, bəlkə də, çox kiçik məsələlərlə bağlıdır"
Ədəbiyyat
№09 (184) 30.06.2015
11
Müsahibə
№09 (184) 30.06.2015
10
Xoşbəxtəm mən
Bu necə gülüşdü, necə baxışdı,
Gözlər səni gördü, ürək alışdı.
Sənin gözəlliyin mənə tanışdı,
Səni sevdiyimçün çox xoşbəxtəm mən.
Gözəllik, həm ağıl, ismət səndədi,
Böyüyə, kiçiyə hörmət səndədi,
Bəxtimə yazılan qismət səndədi,
Səni sevdiyimçün çox xoşbəxtəm mən.
Görüb qınamasın insanlar məni,
Ürək alovlanır görəndə səni,
Mənim həyatımsan, qəlbimin təni,
Səni sevdiyimçün çox xoşbəxtəm mən.
Görüb gözlərini olmuşam vurğun,
Qəlbimin sahibi ey yar, sən oldun.
Gör səni nə qədər çox sevir Eltun,
Səni sevdiyimçün çox xoşbəxtəm mən.
Eltun Mehdioğlu
Yaralıyam
Son məktubam, açma məni,
Xəlbir edib saçma məni,
Belə qoyub qaçma məni,
Bilmirsənmi yaralıyam?
Bənövşətək boyun buran,
Qəlbi qırıq yolda duran,
Hey başıma sığal vuran,
Bilmirsənmi yaralıyam?
Cavan ölüb bələyənim,
Başıma daş ələyənim,
Mənim üçün mələyənim,
Bilmirsənmi yaralıyam?
Görmür gözüm, bəzənmərəm,
Addım atıb gəzəmmərəm,
Halım yoxdu əzəmmərəm,
Bilmirsənmi yaralıyam?
Dostum olub ələ baxan,
Çörək verib başa qaxan,
Ələrimə kələb toxan,
Bilmirsənmi yaralıyam?
Sürünmüşəm kölgə kimi,
Düşmən alan bölgə kimi,
Xalqı köçən ölkə kimi,
Bilmirsənmi yaralıyam?
Mənə qardaş deyən həbib,
Dərdə dərman gəzən təbib,
Soruşma ki, nədir Rəbib,
Bilmirsənmi yaralıyam?
Füzuli qəzəlinə təxmis
(beşləmə)
Müttəsil kimdi məni bu eşqə təhrik edənim?
Gül kimi təşnədəyəm qovrulacaqdır çəmənim,
Qeydimi çəkənim yox, gen gəzir dərdi bilənim,
“Pənbeyi-daği-cünun içrə nihandır bədənim,
Diri olduqca libasım budur, ölsəm – kəfənim.”
Taledən cəfa enir, eşqimə olmuram nail,
Eşq odu yandıracaq keçsə də illərlə fəsil,
Ürəyim hökm eyləyir: canı qoru, sevgini sil.
“Canı canan diləmiş, verməmək olmaz, ey dil!
Nə niza eyləyəlim, ol nə sənindir, nə mənim.”
Eşqin zirvəsindəyəm, enəmmirəm fövqündən,
Cəfası nə güclüdür, çıxammıram sövqündən,
Vəslin aludəsiyəm, doyammıram zövqündən,
“Daş dələr ahım oxu, şəhdi-ləbin şövqindən,
Nola zənbur evinə bənzəsə beytülhəzənim.”
Eşqin öz hökmünü gör, cövrü böyük qüdrətdir,
Eşqsiz insan olanın ömrü-günü zillətdir.
Eşqin bol möhnəti də aşiqlərə nemətdir,
“Tövqi-zənciri-cünun daireyi-dövlətdir,
Nə rəva kim, məni ondan çıxara zəfi-tənim.”
Məhəbbət dəryasıdı çıxmağa yoxdur hünərim,
Mənə bir təbib deyin, təşrih edə dərdi-sərim,
Ciyərin qanı kimi sel tək axır qanlı tərim:
“Eşq sərgəştəsiyəm, şeyli-sirişk içrə yerim,
Bir hübabəm ki, həvadan doludur pirəhənim.”
Ləblərin bal kimidi, əsil dildarım sənsən,
Eşqimə meylin olub, eşqi nurlu bir şəmsən,
Gülşəndə rayihəli, yaz ətirli bir gülsən,
“Bülbüli-qəmzədəyəm, bağü-baharım sənsən,
Dəhənü qəddü rüxün, qönçəvü sərvü səmənim.”
Gülməmməd, gül fəslidi yaz, reyhandı azarın,
Aləmə eşqin böyük, şirin gəlsin baharın,
Eşq ilə biz də sevək təkrarını tacidarın:
“Edəmən tərk Füzuli, səri-kuyin yarın,
Vətənimdir, vətənimdir, vətənimdir, vətənim!..”
On bir ay sultanı
gəlib Ramazan
Ruzumuz süfrədə, həm bucaqdadır,
On bir ay sultanı gəlib Ramazan.
Qəlbimiz niyyətli, əllər haqdadır,
Bizdən çevrilməsin nəzərin, rizan,
On bir ay sultanı gəlib Ramazan.
Sayəndə paklaşıb biz olmuşuq pak,
Çatırıq niyyətə mömin insantək,
İlahi, dünyanı əminliyə çək,
Sənsən hər bir işi yaxşıya düzən,
On bir ay sultanı gəlib Ramazan.
Ramazan ayıdır, şad olsun aləm,
Qalmasın dünyada nə kədər, nə qəm,
Tanrının eşqilə sevinəm, güləm,
Qoy olsun Ramazan dillərdə gəzən,
On bir ay sultanı gəlib Ramazan.
Zalım ürəklərə məhəbbət ensin,
İlıq nəfəsinlə qəlbim isinsin,
Danışmayan dillər danışıb dinsin,
Söyləsin haqları qoy doğru, düzən,
On bir ay sultanı gəlib Ramazan.
Təmənna edirik Allahımızdan,
Nəzər et, rəhm qıl, keç günahımızdan,
Bir əsər qalmasın dərd-ahımızdan,
Səbr elə, naşükür olma, ey insan,
On bir ay sultanı gəlib Ramazan.
Müqəddəs gecədir Qədir gecəsi,
Tanrıya tez çatar bəndənin səsi,
Saf olsun bu qoy saf düşüncəsi,
Duru düşüncə ilə yaşayar cahan,
On bir ay sultanı gəlib Ramazan.
Yayın bəd əməldən, pisliyi unut,
Tanrıya yaxın ol, hər vaxt oruc tut,
Əl aç Yaradana, itirmə ümid,
Niyyətə yetişmək olacaq asan,
On bir ay sultanı gəlib Ramazan.
Qədir gecəsində enibdir Quran,
Ramazan ayını biz edək bayram,
Səcdə qıl, dua et, Əzizli Qurban,
Səcdənlə Tanrıdan mərhəmət qazan,
On bir ay sultanı gəlib Ramazan.
Dostları ilə paylaş: