Yusif Şükürlü



Yüklə 1,13 Mb.
səhifə1/7
tarix29.03.2017
ölçüsü1,13 Mb.
#12846
  1   2   3   4   5   6   7

YETTİ

Yusif Şükürlü

Yay tətilində - kəndə gələnin ikinci axşamı, Tərxan, nənənin etirazlarına baxmayaraq, yatağını eyvanda açdırdı. Təkidini onunla izah etdi ki, sərin və aydın kənd gecəsində ulduzlara tamaşa etmək istəyir.

- Onda həyətdəki işıqları söndürməyin! – deyə nənə tapşırıq verdi. Sonra Tərxana müraciətlə: - Qorxub eləməzsən ki?- dedi.

- Nədən qorxacağam?!

- Heç nədən qorxmaz!-deyə baba sözə qarışdı. – Gecə qapılarımızın hamısı açıq olur. Həyətdəki işıqları da söndürməyəcəyəm! Yoxsa ləngiyib gec qayıdan arılar səhərə qədər özlərini lampalara vurub məhv edəcəklər.

- Baba ! Mənə işıq lazım deyil! Ətraf qaranlıq olanda səma daha aydın görünür, - deyə Tərxan babanı da arxayın etdi.

Doğrudan da ətraf qaranlıq olduğundan səma dumduru görünürdü və elə bul ulduzlar da yerə yaxınlaşmışdı. Tərxan gördü ki, bir ulduz uçub “Böyük Təpə” dağının arxasında gözdən itdi. Bir azdan ikinci ulduz da uçdu. Tərxan səbirsizliklə üçüncü ulduzun uçmasını gözləməyə başladı...

Deyəsən yuxulamışdı. Ayıldı. Gördü ki, ulduzlar əvvəlki yerlərini dəyişiblər. Hava əməlli-başlı sərinləşib və həyətdən könül oxşayan qızılgül ətri gəlir. Tərxan müəyyənləşdirdi ki, bu ətir eyvanın altındakı gül kollarındadır və o balınca dirsəklənib başını məhəccərə söykədi ki, aşağıdakı gül kollarına baxsın. Orada heç nə görə bilmədi. Çünki qaranlıq olduğundan ləçəklərlə yarpaqlar bir-birindən seçilmirdi. Tərxana elə gəldi ki, kolların arxasında adam boyu hündürlüyündə bir qaraltı dayanıb. Əvvəlcə əhəmiyyət vermədi. Sonra qaraltı olan yerə ikinci dəfə nəzər salanda gördü ki, qaraltı tərpənir, daha doğrusu, eyvana yaxınlaşır...

Tərxan daha diqqətlə baxmağa başladı. Deyəsən həqiqətən qaraltı eyvana yaxınlaşırdı! Tərxan gözlərini bir neçə dəfə yumub açdı və daha diqqətlə baxdı. Eyvana lap yaxınlaşan qaraltı adam kölgəsinə oxşayırdı. Oğlan öz-özünə dedi:

- Yəqin gözümə göyünür! Adam bir şeyə diqqətlə və çox baxanda belə olur...

O, başını yorğanın altına soxdu və nəfəsini içinə çəkib bir qədər dayandı. Sonra başını çıxarıb qaraltı olan səmtə baxdı. Lakin məhəccərin arxası qaranlıq idi və nəinki, qaraltı, heç həyət görünmədi!...

Birdən!...Dəhşət onu dondurdu! “Anaaa...” demək istədi. Boğuldu, səsi çıxmadı. Özünü geriyə - divar tərəfə atdı və yorğanı sinəsinə çəkib, qarşıya – məhəccərə baxdı. Məhəccərə ilişmiş işıldayan barmaqlar arxasından ağ-yaşıl işıqla əhatə olunmuş qorxunc sifət gözlərini ona zilləmişdi.

Tərxan bir əli ilə üzünü örtdü. Az qalırdı ki, yerindən çıxmaq istəyən ürəyinin səsi qulaqlarını batırsın. Qışqırmaq istədi. Bacarmadı. Amma ona elə gəldi ki, qışqıra bilər. İstədi yoxlasın görək, danışa bilir, ya yox? Yavaşcadan:

- Qorxuram!- dedi.

Əllərin ikisi də məhəccərdən aralandı və elə bil Tərxana “yox-yox”, “qorxma!” dedi və qorxunc “baş” məhəccərdən geriyə çəkildi. Tərxana elə gəldi ki, “Onun” ayağının altında qızılgülün kolları qalıb şaqqıltı ilə qırıldı. Hələ deyəsən həyətdəki alma ağacının budağına da ilişdi. Budaq dartıldı və qayıtdı, üstündəki bir neçə alma da tappıltı ilə düşdü.

Bir qədər bu vəziyyətdə qalandan sonra “Görəsən Müller hardadır? Niyə hürmür?” – deyə fikirləşən Tərxan sürünə-sürünə məhəccərə yaxınlaşdı və oradan:

-Müller!- deyə iti çağırdı.

İt yatdığı yerdən qalxıb eyvanın altına gəldi. Tərxan onu qısqırtdı. İt hürə-hürə bayaqkı varlığın getdiyi tərəfə cumdu, tez də səsini kəsdi.

Daha çöldə yatmaq olmazdı! Tərxan qorxa-qorxa qalxıb evə- Arzu bibisinin yanına getdi. Onun böyrünə qısıldı və gözlərini yumub yuxlamağa çalışdı. Deyəsən çöldə ona soyuq olmuşdu. Canı isinən kimi yuxaya getdi.

Səhər onu yuxudan nənəsinin səsi ayıltdı; yemək üçün çağırırdı. Başını qaldırıb gördü ki, otaqda özündən başqa heç kim yoxdur. Bibisi çoxdan durub getmişdi. Axşam gördükləri yadına düşdü. Fikirləşdi ki, yəqin “Qar adam” gəlib, onunla zarafat edibmiş. Hardasa oxumuşdu ki, “Qar adama” it hürmür...

Yenidən nənənin səsi eşidildi:

- Tərxan! Ay tənbəl! Gün-gönorta olub! Bu vaxtacan bir tikə çörək yeməyən uşaqdan da adam olar?! Ay bala! Düş gəl də!...

Tərxan durub köynəyini, idman formasından olan şalvarını əyninə keçirib eyvana çıxdı. Arzu bibi onun eyvandakı yatağını yığışdırmışdı. Məhəccərə yaxınlaşıb “Qar adam”ının durduğu yerə baxdı. Beton səkinin yanında bir gül kolu tapdanıb əzilmişdi. Yer quru olduğundan heç bir iz zad yox idi. Sonra alma ağacına tərəf baxdı. Doğrudan da kiçik bir budaq sınmış, yerə bir –neçə alma düşmüşdü. Həyətdə ayrı elə bir dəyişiklik yox idi.

Dəmir stolun üstündə samovar qaynayır, çay dəmlənmişdi. Həyətdə təkcə nənə görünürdü. Deyəsən nəsə bişirirdi.

O pillələrlə aşağı- kiçik eyvana , oradan da yenə pillələr ilə beton səkiyə düşdü. Sütundakı mıxdan asılmış dəsmalı götürüb “Arx başına” yuyunmağa getdi.

Qayıdıb həyətdəki dəmir masanın arxasında əyləşdi və ətrafa göz gəzdirdi ki, bəlkə bir iz görünə. Amma heç nə hiss olunmurdu. Heç bilmədi nənəsi nə vaxt gəlib ona çay süzmüşdü. Onun səsinə ayılan kimi oldu:

- Sənə nə olub, a bala? Niyə belə fikirlisən? Rəngin –başın da xoşuma gəlmir! Sənə dedim ki, soyuq suda az çim. Qızdırman var? Yəqin boğazın ağrıyır! Tez ol! Çayını iç, çörəyini ye! İndi İsrafil gələndə boğazına baxar.

Tərxan udqundu ki, görsün, doğrudan da boğazı ağrıyır, ya yox? Gördü ki, ağrımır. Stəkanı qabağına çəkdi, nənəsinin düzəltdiyi yağ yaxmasını əlinə götürdü. Gördü nənəsi onun üzünə baxır. Çörəyini ağzına təpib tez-tez çeynəməyə başladı. Nənə deyinə-deyinə:

- Qarğa didməyə əti yoxdur! Yeməyə də tənbəllik edir! Bilmirəm bu necə uşaqdır?...-dedi və öz işinin dalınca getdi.

O gün günortaya az qalmış Təmraz və Qorxmaz gəldilər. Həyətdə futbol oyunu uşaqların başınaı elə qarışdırmışdı ki, günorta çörəyini yeməyə getməyi belə ununtmuşdular. Oyun o vaxt dayandı ki, top yumalanıb arı pətəyinin altına düşdü. Uduzduğu üçün “əvəz çıxmağa” can atan Qorxmaz əyilib topu götürmək istəyəndə, pətəyin arı işləyən pəncərəsinə qoyulmuş ölçü ağacına toxundu. Arılar hirsləndilər və Qorxmazın çılpaq, tərləmiş bədəninə daraşdılar. O, topu kənara atıb aşağı qapıya tərəf götürüldü. Uşaqlar da qorxub hərəsi bir tərəfə qaçdılar. Qorxmaz orada “Ana!Ana!” deyə qışqırırdı. Səkinin altında yatmış Müller də çıxıb Qorxmazın dalınca qaçdı və deyəsən məsələnin cəngəlli olduğunu bilib, yerinə qayıtdı.

Tərxan da bərk qorxmuşdu. Təmraz isə gülürdü. Səs-küyə baba da bağçadan gəldi. Uşaqların arı pətəklərinə toxunmaları onu hirsləndirmişdi:

- Tərxan, sən gələndə bu uşaqlar məni lap çox incidirlər! Ay bala! Arıxana sizə futbol oynayan yerdir? Bu istidə, odda sizə nə olub ki, özünüzü belə öldürürsünüz? Bir sakitləşin görək başimıza nə gəlir?!- Sonra soruşdu: - Bəs nənən hardadır?

- Alt evdə. Bizi də çağırıb ki, çay içək,- deyə Tərxan cavab verdi.

- Mən gedim görüm Qorxmaza arılar neylədi?- deyə Təmraz küçəyə yollandı.

- Qorxmaza arılar neyləyib ki,..-deyə babası Tərxanın üzünə baxdı.

-Əşi... Heç nə! Bir balaca sancıb.

- Sancmağın da balacası böyüyü olurmu?

-...

- Di yaxşı, sən də tərpən evə!-deyə baba onun qolundan tutub evə gətirdi.



Onlar ikimərtəbəli evin birinci mərtəbəsi, axşam Tərxanın yatdığı eyvanın altı, qışda isti, yayda isə sərin olan və ona görə də evdəki bütün başqa otaqlardan çox işlənən “Alt evə” girəndə gördülər ki, çaylar masanın üstündə çoxdan soyuyub. Nənə də çarpayıda uzanıb. Tərxan fikirləşdi ki, necə olub, Qorxmazın o cür qışqırmağına nənə oyanmayıb?! Nənə onların gəldiyini duyub, oyandı və qalxıb oturdu, Sonra Tərxana və babasına baxıb soruşdu:

- Qorxmaz niyə elə qışqırırdı? Bala sakit oynaya bilmirsiniz?!

Heç bir cavab olmadı. Nənə qalxıb çölə çıxdı və əlüz yuyanda üzünü yudu.Dəsmalı götürüb evə qayıtdı və əl-üzünü silə-silə deyinməyə başladı:

-Bir bax! çağırmışam ha!.. çayları soyudublar.gün günortadan əyilib, hələ bir loxma çörək yeməyiblər! Yox! Mən bu uşağa baxa bilmərəm! Bu elə yeməyə də tənbəldi!..

Nə isə, çaylar təzələndi. Xörəyi qızdırıb gətirdilər. Nahar edildikdən sonra nənə Tərxana tapşırdı ki, çıxıb üst evdə bir az yatsın. Baba:


  • Mən bağda işləyəcəyəm. İstəyirsə, Tərxan da mənimlə getsin. Orada mənə kömək edər. – Dedi və razılıq üçün nənənin üzünə baxdı.

Nənə başı ilə “yox” işarəsi verib dedi:

- Onsuz da futbol oynayıb, yorulub. Yaxşısı budur apar, fındıq bağında ona yörtməş sal, yatıb istirahət etsin.

Yörtməşdə yatıb yellənmək Tərxanın çox xoşuna gəlirdi. Tez durub kəndir, şal, balınc və nənənin kələğayısını götürüb fındıqlığa getdi. Yörtməş qurmaq üçün iki əlverişli fındıq topası tapdı və yerdən bir metr hündürlükdə, aralarındakı məsafə 30-40 sm olan iki paralel ip çəkdi. Şalın ortası aşağıya sallanmaq şərti ilə iki tərəfini çöldən içəriyə doğru iplərin üstündən aşırıb, ayaq və baş tərəfdən 50 sm uzunluqda çubuğu yörtməşin içərisindən iplərin arasına keçirtdi. Belə “möhkəmləndirmədən” sonra balıncı baş tərəfə qoyub, çıxıb yatdı. Üstünə də kələğayı saldı ki, milçək dəyməsin. Əvvəlcədən ipin artıq qalmış ucunu kənar budağa dolayıb, yörtməşin baş tərəfinə keçirmişdi. Onu tutub, özünü yelləndirməyə başladı.

Yörtməşdə özünü bir qədər yelləndikdən sonra Tərxanın yadına gecəki hadisə düşdü. Onu fikirləşə-fikirləşə gözlərini yumdu. Nə vaxtsa kələğayıdan çöldəki-ipi dartan əlini milçək dişlədi. O, əlindəki ipi buraxıb, bu əlini kələğayının altına çəkdi. Amma yörtməş elə əvvəlki qaydada, sakit-sakit yellənirdi. Tərxan fikirləşdi ki, yəqin baba gəlib və elə bilir ki, mən yuxulamışam. Ona görə sakitcə yörtməşi yelləyir...

Nə qədər keçdiyini bilmir, bir də ayılanda gördü ki, yörtməş yellənir. Başını qaldırdı və çevrilib yan tərəfə baxdı. Gördü ki, dəriyə bürünmüş bir adam dayanıb, yörtməşi yelləyir! Tərxan:

- Babaaa!...-deyə var-gücü ilə qışqırdı və aşıb, yörtməşdən yerə düşdü. Başına və əl-ayağına dolaşmış kələğayının altından gördü ki, onun yanında dayanıb, yörtməşi yelləyən varlıq qobuya tərəf qaçır. Tərxanın ürəyinə damdı ki, bu elə dünən gecə gələndir. Qorxudan uşağın ürəyi elə döyünürdü ki, onun səsindən başqa səs eşitmirdi...

Bir qədər belə vəziyyətdə qalandan sonra o özünə gəldi və bərkdən ağlamağa başladı. Onun səsinə özünü yetirən baba:


  • Nooldu? Nooldu?- dedi və Tərxanı qaldırıb qucağına götürdü.

  • Heç nə...Qorxdum!...

  • Nədən?

  • Ondan!- deyə Tərxan barmağı ilə qobunu göstərdi.

  • O nədir axı?!

  • O də...Tüklü adam!- deyə Tərxan udquna-udquna cavab verdi.

  • Yuxuda görmüsən?

- Yox Yatmamışdım... Onu elə dünən gecə də görmüşdüm. Həyətə gəlmişdi... Gördü ki, mən qorxuram, qayıdıb getdi. İndiki kimi...

- Ağlına gələni danışma! Mən də elə bildim, Allah eləməmiş, ilan-zad çaldımı?! Bu qorxu mənə bəsdir!- deyə üstünə atdı və onu qucağından yerə düşürdüb, qolundan tutdu. - Gəl gedək evə! Qorxaq oğlu qorxaq!...Bunun rənginə-başına bax!

Onlar həyətə qayıtdılar. Təndirxanada xəmir yoğuran nənə Tərxanı görən kimi dedi:


  • Tərxan, otur bir stəkan çay iç, sonra təndirə çırpı doğrayasan!

Tərxanın əvəzinə baba cavab verdi.

- Onunla işin yoxdur! Çırpını mən özüm doğrayaram. Bayaq yuxu görüb, qorxub. Yörtməşdən də yıxılıb. Ağ ürəyin biri imiş!

- Nədən qorxub? Nə gördün a bala?! Rəngin-başın niyə qaçıb?

Yenə baba nəvəsinin əvəzinə:

-Deyir tüklü adam görüb, -dedi.

- Nəə?..Necə adam?...

- Deyir tüklü adam onun yörtməşini tərpədirmiş. Nənə babaya baxıb, başını buladı:

- Yəqin qoz ağacının havası ona düşməyib. Di yaxşı... İndi xəmiri qurtarıram. Özüm ona çay verəcəyəm. Nənəsinə danışar görüm nə görüb axı?!

Nənə Xəmiri yığdı, üstünü dəsmalla örtdü və qabaqdan arxaya doğru qatlanıb nəfəsinə keçirilmiş tumanının ucunu açdı. Təndirxanadakı əl-üz yuyandan əllərini yuyub, dəsmala silə-silə Tərxandan soruşdu:


  • Bala! O nə təhər tüklü adam idi ki, sən ondan qorxdun?

- Mən bilmirəm o adam idi, ya yox... Amma mənim üzümə elə baxırdı ki, elə bil heç nə olmayıb!

- Nə olmuşdu ki?

- Əslində heç nə. Mən ona kələğayının altından baxırdım...

_ Hə... Yəqin qonşu uşaqlardan biridir! Sən kələğayının altından onu tüklü adama oxşatmısan. Elə deyilmi? – deyə nənə sorğu-sualı davam etdirirdi.

Baba çayını içib, evin dalına-çırpı doğramağa getdi. Oradan dəhrə səsi gəlməyə başladı. Tərxan fikirləşdi ki, çırpını doğramaq ona qismət olmadı. Nənənin məsləhət və suallarına başı ilə cavab verə-verə çayını püfləyib içdi və durub babanın yanına qaçdı.

* * *

İki gün beləcə keçdi. Tərxan gördüklərinin yuxu olduğuna inanmış və artıq yadından da çıxarmışdı. Gecələr babası ilə yatır, tək də heç yerə çıxmırdı. Amma iki günün başında qəribə bir hadisə oldu. Coşqun, Zəka və Tərxan “Dağ dibi” adlanan yerə armud yeməyə gütmişdilər. Ağacın dibini axtardılar, bir-iki yetişmiş armud tapa bildilər. Ağac çox hündür və çıxılması mümkün deyildi. Həm də Sövdagül arvad uşaqları armud dibində görsəydi, şivən qoparacaqdı. Uşaqlar ehtiyatla ağaca bir-iki daş atıb, əliboş qayıtdılar evə. Nahardan sonra Tərxan üst evdə yatmışdı. Ayılıb gördü ki, yatdığı pəncərənin qabağında bir neçə dənə təzə dərilmiş və yetişmiş armud qoyulub. Birini götürüb yeyə-yeyə bayıra çıxdı. Orta səkidə Arzu ilə rastlaşdı. Arzu soruşdu:


  • Armudu kim verib?

  • Özüm almışam.

  • Haradan?

  • Oradan!- deyə Tərxan əli ilə üst evi göstərdi.

- Ədə! Heç adam da armud gətirib, gizlədər?! Adını da oğlan qoymusan!...Gətirdiyin armudları da gizlədibsən ki, özün yeyəsən?! Ayıb olsun!

- Əşi, dayan görüm! Kim gizlədib? Mən armud-zad gətirməmişəm. Yəqin baba qoyub. Yuxudan oyanıb gördüm pəncərənin qabağında həmin armudlar var. Birini götürdüm, qalanı oradadır!

- Ağlına gələni danışma! Səhər yerləri mən özüm yığışdırmışam. Pəncərələrin qabağını da silmişəm. Heç nə yox idi. Atam da səhərdən şəhərə gedib. Ya ciyim qoyub, ya da sən!

- Yəqin, nənə qoyub!

Arzu da evə girdi, o da əlində armudla çıxdı və hər ikisi həyətə düşdülər.

O gün axşam hamı qırmızı səkidə süfrə başına yığışmışdı. Necə oldusa, Arzu anasından soruşdu:

- Ciyi, armudları sənə kim vermişdi?

- Hansı armuddur o?

- Sən Tərxana verən armud!

- Mən Tərxana armud –zad verməmişəm!

- Kiri ağız!... Necə verməmisən ki, birini də mən yemişəm!

- Ay bala! Mən armud-zad görməmişəm!

Arzu durub üst evə çıxdı və əlində armud, özünəməxsus rişxəndlə gülə-gülə çəkiyə düşdü.

- Ciyi, vallah pəncərənin qabağına düzülmüşdü. Özü də Avzərgilin bal armudundandır. Tərxan da deyir ki, “mən gətirməmişəm!”

Tərxan babanın üzünə baxdı və dedi:

- Baba, sən qoymusan?

- Nə fərqi var? Kim qoyur, qoysun- armud olsun...-deyə baba güldü və armudlardan birini götürüb bıçaqla qabığını soymağa başladı.

- İt tutsun, dovşan olsun!-deyə Arzu yekunlaşdırdı.

- Ciyimin, dədəmin və mənim xəbərim yoxsa, onda armudları üst evə,- Tərxanın pəncərəsinin qabağına kim qoyar? Tərxan özü!

- Xeyr! Mənim xəbərim yoxdur!- deyə Tərxan etiraz etdi. Sonra söhbət dəyişdi və armud məsələsi yaddan çıxdı. Havanın nə vaxt qaraldığını Tərxan heç hiss etməmişdi. Bir də gördü ki, işıldaquşlar uçur. Elə bil onlar bir-biri ilə Morz əlifbası dililə danışırdılar. Tərxan babadan soruşdu.

- Baba! Niyə cücülər elə işıq saçırlar?

- Onları Allah elə yaradıb!

- Baba! Allah odu da yaradıbsa, niyə od adamın əlini yandırır, bu işıldaquşlar isə yox?

- Çünki od oddur, sillovuş isə sillovuşdur! Ona görə!

- Gərək atamdan soruşam, yəqin o bilər!

- Hə də!- deyə istehza ilə gülümsədi. –Oğul atasını igid bilər!

- Baba! Atam da həmişə səni igid bilirdi?

Bu cür sualı gözləməyən baba nəvəsinin üzünə baxıb dedi:

- Ə!...Dədən sənin kimi qorxaq olmayıb! Sillovuşdan-zaddan qorxmazdı! Sən bir balaca tək qalan kimi gözünə min cür “şey” görünür.

- Baba, sən heç nədən qorxmursan?

- Nədən qorxacağam ki?!

- Məsələn, nənəmdən!

Süfrə başında oturanların hamısı gülüşdü. Bu arada yoldan maşın səsi gəldi. Maşının işıqları darvazaya dirəndi və söndü.

- Buyur! Atan gəldi!- deyə baba darvazanı göstərdi.- Dur get, darvazanı aç!

-Mən gedirəm! - deyə nənə ayağa qalxdı və pilləkənin dibindən ayaqqabılarını tapıb geydi. Sonra həyətə - darvazaya tərəf, getdi. Tərxan da ayağa durdu və pilləkənin başından darvazaya baxdı. Deyəsən, doğrudan da gələn atasıgil idi! Zərintac ilə nənə nə barədəsə, yüksəkdən danışırdılar.

Tərxan istədi ki, özünü “soyuqqanlı” göstərsin, həyətə düşməsin. Lakin dözə bilmədi və ayağına rezin qaloşları keçirib gələnlərin qabağına yüyürdü.



  • Ey, Zərintac! Bilirsən, mən nə görmüşəm?!

  • Salam! Qaqaş, mən xoş gəlmişəm!

  • Hə?! Xoş gəlmisən!

  • Çox sağ ol!

- Ana, ay ana!- deyə Tərxan Zərintac və nənənin yanından ötüb darvazaya tərəf qaçdı. Həyət qapısında “Müller” onu qabaqlayıb, bərəni ondan tez keçdi.

* * *


Ata-anasını görəndən sonra Tərxanın kefi lap kökəlmişdi. Gördüklərini təkrar-təkrar onlara danışırdı.

- Hamısını yuxuda görüb! – deyə baba gülürdü.

Ata isə ona maraqla qulaq asır, arada da başı ilə babanın sözlərini təsdiq edirdi.

- Görün kim gəlib? – deyə Zərintac bas səslə gül kollarının arxasından çıxdı. Onun üzü və əlləri fosforlanmış kimi işıldayırdı.

- Mən Tərxan görən əcinəyəm! Uuu!...

- Dayan, dayan! Hə! Üzünə işıldaquş sürtmüsən? - deyə Tərxan, nə isə kəşf edirmiş kimi, diqqətlə Zərintacın üzünə baxdı. – Nə pis qoxuyursan!.. – deyə burnunu tutdu

- Zərintac! Üzünə yara düşər! Neyləmisən, a bala?!- deyə nənə etiraz etdi. – Get, tez üzünü yu!

Zərintac:

- Arzu bibi qrimləyib! - dedi.

Tərxan əlüzyuyanı göstərdi və dedi:

-Eşitmədin nənə nə dedi?! Get əl-üzünü yu! Baskervillərin itinə oxşayırsan!

Zərintac üzünü yumağa getdi. Tərxan atasından soruşdu:



  • Ata, görəsən niyə işıldaquş işıq verir?

  • İşıqdaquşdur, ona görə!-deyə baba atanın əvəzinə cavab verdi.

Tərxan razılaşmadı:

  • Hə, ata?

  • Amerika alimi Ceyms Loyd haqqında bir şey eşitmisən?

  • Yox!

- Hə...Həmin Loyd müşahidə edib ki, bir çox həşaratlar və balıqlar lütsiferin adlı maddə ifraz edən vəzilərə malikdirlər. Həmin o lütsiferin havadan və ya sudan ayrılan oksigen ilə birləşib, işıqlanma əmələ gətirir. Lütsiferas adlı bir başqa katalizator maddəsi də var ki, o da başqa bir vəzi tərəfindən - gah vurulur, gah da dayandırılır. Bu isə “yanıb-sönmə” hadisəsini yaradır.

Baba yumruğunu sinəsinə vurub bərkdən əsnədi və dedi:

- Allahın sirləri xariclərə daha tez bəyan olur!... Amma sizlərin alimliyiniz də, mənim arıçılığım kimi elə bir təhərdir e!...

- Ata! Bizi qınama! İndiki şəraitdə elm ələbaxandır. İki hektar torpağı əkib, məhsulunu bir hektarın adına yazan kolxoz-sovxoz rəhbərləri, öz hay-küyləri ilə elmi bərbad vəziyyəti qoyublar. Kələkbazlar meydan sulayır, alimlər qalıb kölgədə! Aldıqları məvacibə ailələrini dolandıra bilməyən alimi olan ölkənin taleyi necə olacaq, hələ bilinmir, - deyə, ata babaya - “alimlərin təqsirsizliyini” - sübut etməyə çalışdı.

Baba:

- Yox, yoox! - dedi. - Belə mühakiməyə mən razı deyiləm! Siz işləyin, kəşf edin, Nobel mükafatı alın, görək o, boşboğaz kolxoz sədrləri, raykomlar sizə nə eliyə bilərlər?!



Ata:

- Əgər elədirsə, onda icazə ver mən də bir suala cavab istəyim! - Niyə qışda arılar pətəkdən çıxmır?

- Soyuq olur.

- Doğrudur. Tutaq ki, yer qarla örtülür, yaxşı da gün çıxıb. Pətəklər isinib, arılar da uçuşur. Bir az keçməmiş günəşin qabağını bulud kəsir, soyuq başlayır. Onda nə olacaq?

- Arıların çöldə olanı töküləcək qarın üstünə, qırılacaq!

- Deməli, hərəkətdən qalacaq, qıc olacaq və donub qırılacaqlar! Bax, elmin də ətrafında elə şərait yaranıb... Bu sahədə çox böyük ögylik-doğmalıq, regionçuluq münasibətləri hökm sürür. Onlara, bizim məşğul olacağımız, elə elm lazımdır ki, bu elmin köməyi ilə regionumuz daha sürətlə soyulub, Şimala göndərilsin... Kimdir bizim dərdimizə qalan?.. Onlara neft, pambıq lazımdır, elm yox!.. Bir də ki, onlara yaxşı geoloqlar lazımdır ki, regionlarda gözdən yayınan heç bir yeraltı sərvət qalmasın... Hələ, xalqı manqurtlaşdıran təbliğat maşınını demirəm! Onlara belə şeylər lazımdır, ata!

- Allah köməyiniz olsun, a bala! “Hər soyuq qışın bir isti yayı var”, deyib dədələr!

- Amma vaxt gözləmir! Belə getsə, it də gedəcək, ip də.

- Elədir! - deyə baba razılaşdı və əlavə etdi. - Müdriklərin sözüdür ki, insan dünyaya təkcə bir kərə gəlir, payına düşən ömrünü taleyin çərçivəsində sürür, əbədiyyətə qovuşur. Çılpaq gəlir, çılpaq da gedir. Yaltaqlıq, qorxaqlıq, ikiüzlülük, şəxsi mənafeyin, nəfsin qulu olmaq, manqurtluq, öz millətinə inamsızlıq, pul və vəzifəpərəstlik kimi yaramaz adətlər xalqı faciələrə gətirib çıxarır. Amma eybi yoxdur, siz öz işinizdə olun! Haqq öz yerini tapacaq!...

Tərxan üçün maraqsız olan söhbətlər onu yormuşdu. O, əsnəyir və dirsəklənməyə yer axtarırdı.

- Nənə, ay nənə! Mənim yerimi salın, - deyə nənəsinə söykəndi. Nənə onu durğuzub, üst evə çıxartdı. Ata ilə babanın mübahisəsi isə hələ davam edirdi.

Səhər Tərxanın anası çay-çörək hazırlayıb Tərxanı səslədi. Tərxan oyanıb gördü ki, yenə özündən başqa heç kəs qalmayıb, hamı durub gedib. Tənbəl-tənbəl yerindən qalxıb geyindi və həyətə düşdü:

- Atam hanı?

- Bilmirəm. Deyəsən Coşqungilə gedib, - deyə ana cavab verdi və əlavə etdi. – Di gəl, sən də çay-çörəyini ye, sonra onların yanına gedərsən!

- Ana, əvvəl onların yanına gedim, sonra gəlib çörəyimi yeyərəm!

- Hələ bir əl-üzünü yu, çörəyini ye! Sonra....

Tərxan yuyunmağa getdi. Elə süfrə başına qayıtmışdı ki, Coşğun qaça-qaça gəlib Tərxana dedi:

- Tut çırpırıq. Gəlin şal tutmağa kömək edin.

Tərxan da yeməkdən sonra atasının yayına yollandı. Günəş xeyli qalxmışdı. Yol uzunu Tərxan fikirləşirdi ki, yəqin o tüklü adamı yuxuda görüb. Belə çıxır ki, adam yatmamış da yuxu görə bilərmiş. Ən pisi o olur ki, gördüklərini danışanda adama gülürlər. Ən yaxşısı da odur ki, bir də belə şeylər görsə, heç kimə danışmasın!....

Beləcə fikirləşə-fikirləşə Tərxan yuxarı bağa keçdi. Qara şabalıda çatmamış yadına düşdü ki, bəs soruşmadı görək, tutu harada çırpırlar?

Əzgilin yanında tut ağacı vardı, yollandı ora. Orada heç kim yox idi. Yerdən bir-iki yetişmiş tut tapıb yedi. Fikirləşdi ki, gedib anasını və nənəsini də çağırsın ki, gəlsinlər bu tutu da onlar silkələsinlər. Belə fikirlər ilə zoğal ağacından bir göy zoğal qoparıb ağzına qoydu. Dişlərininin dibi və dili keyidi. Ağzındakını tüpürüb, tut ağacının altından bir tut da tapıb yedi. Fikirləşdi ki, gedib bir gilaslara da baxsın görək yetişib, ya yox? Əzgilin dibindən keçib gedərkən birdən dayandı və bir an vəziyyətdə qaldı. Sonra qayıdıb iri fındıq budaqlarının altı ilə Qara şabalıda doğru götürüldü. Orada da dayanmayıb üzü aşağı həyətə doğru qaçdı.

Baba arıxanada idi. Tərxanı tənginəfəs görüb həyəcanla soruşdu.



  • Ə, nə var, nolub?!

  • Heç nə.

Baba onun üzünə baxdı. Heç nə olmadığına əmin olduqdan sonra Tərxana dedi:

  • Mənə bir az əski gətir.

  • Tərxan nənədən əski alıb babanın yanına gəldi və dedi:

  • Baba, sənə bir söz desəm, heç kimə deməzsən?

  • Yox nə olub ki?

  • Baba! Yenə o şeyi gördüm e!...

  • Nəyi?

  • O tüklü adamı də...

  • Necə gördün?

  • Tutun yanından baxdım ki,qobunun belindəki əyri şabalıd ağacının gövdəsinin üstündə oturub.onu görən kimi, əli ilə mənə salam verirmiş kimi işarə edirdi. Sonra mən qaçıb gəldim! Amma baba, söz vermisən, heç kimə demə ha!

  • Əşi qorxma! Heç kimə demərəm! Dayan, bu yuvanın üstünü örtüm, mənimlə gedib, ora baxarıq!

Baba tez tələsik arı yuvasının üstünü əski və qapaq ilə örtüb, tüstü maşınının içini arxa boşaltdı və üzünü yudu. Sonra yuxarı evdən tüfəngi və patrondaşı götürüb çıxdı.

  • Gəl gedək! Görək nə görmüsüən?!

  • Baba sən onu atacaqsan?

  • Gözünə qan da salacağam!

  • onda mən də getmirəm!

  • Niyə ki?...

  • O mənə nə pislik elədi ki, sən onu atırsan? Həmdə adam atmısan deyə səni tutarlar!

  • Orada adam zad nə gəzir? Elə-belə... sənə göstərmək istəyirəm ki, orada heç nə yoxdur!

  • Onda bəs bu tüfəng nəyə lazımdır?

Baba bir az duruxdu, sonra dedi:

  • Yəqin kötüyün üstündəki porsuq olub, onu atacağıq.

  • Porsuq deyil axı!

  • Sən nə bilirsən,porsuq necə olur?

  • Hər gün televizorda göstərirlər. Uzun burun, yanında ağ zolaqlar, qulaqsız, qısa ayaq, arxası da süpürgəyə oxşar...

  • Hə. bala doğrudur! İndinin uşaqlarını aldatmaq olmaz! Amma mən bir şeyi başa düşə bilmirəm ki, bu tüklü adam qorxusu sənin başına haradan gəlib? Bu nə oyundur ki, elə gələn gündən sən bizi də nigaran qoymusan?!

Tərxan çiyinlərini çəkdi.

Baba yenə deyinməyə davam etdi:



  • Ağıllı-başlı uşaqsan! Amma digəl ki, elə söhbətlər edirsən ki mən də qorxuram!...

  • Baba, sən də tüklü adamdan qorxursan?

Yox, sənin başına bir iş gəlməyindən qorxuram. Bağçaya keçən kimi nə isə görürsən, nədənsə qorxursan. Bu olmadı ki!

- Baba, bu dəfə az qorxdum. Bəlkə də heç qorxmadım. Gəldim ki, sənə deyim...

Bu vaxt ata və Coşğun əllərində bir sini tutla həyətə girdilər.

- Tərxan, niyə gəlmədin?-deyə Coşğun metal torun o biri tərəfindən Tərxanı səslədi. Baba nə isə demək istəyirdi ki, Tərxan:

- Baba, axı sən söz vermişdin ki, heç kimə deməyəcəyəm!

- Yaxşı!


- Bu nə top-tüfəngdir?! Hara belə?- deyə ata babanın əlindəki tüfəngə işarə etdi.

- Bir xoruz atmaq istəyirik!- deyə baba Tərxana göz vurdu.

- Biz özümüz tutarıq!- deyə Coşğun Tərxana müraciətlə:

- Hansını tutacağıq?- dedi.

- Bilmirəm.

- Nənə, ay nənə!- deyə Coşğun hansı xoruzun tutulacağını bilmək üçün nənəsinin dalınca getdi.

Baba belindən patrondaşı açdı və tüfəngin lüləsini yuxarı qaldırıb içindən patronları çıxardı. Sonra onu şaqqıltı ilə örtüb evə girdi. Ata Tərxana dedi ki, gəlib tut yesin.

- Mən bağda yemişəm.

- Ağaca çıxmışdın?

- Yox, dibindən yığmışam. Düz on dənə tut yemişəm!- deyə Tərxan lovğalandı.

- On tutdan nəolar? Tutu doyunca yeyərlər!- deyə ata cavab verdi.

Bütün ailə dəmir masanın ətrafına yığışdı. Hamı sinidən tut seçib yeməyə başladı. Tərxan da tut yeyə-yeyə bayaq gördüyünü gözlərinin önünə gətirdi və öz-özündən soruşdu ki, ağacın kötüyü üstündə dirsəklənib oturan, bir əli ilə “salam” verən, yarpaqların arasından süzülüb düşən günəş şüaları altında qızılı rəngə çalan o tüklü varlıq nəydi görəsən?

Tərxanın fikirli olması, tut yeyərkən tənbəlliyi babanın gözündən qaçmadı. Hərə öz otağına çəkiləndən sonra baba Tərxana dedi:

- Dur, gedək yuxarıları gəzək! Görək sən kimlə görüşmüsən?

Baba qabaqda, nəvə onun arxasında bağa yollandılar. Fındıqlıqdan keçib, Tərxanın nişan verdiyi şabalıd ağacının yanına gəldilər. Baba diqqətlə “hadisə yerini” gözdən keçirdi. Qırılmış pöhrələrin, təzə sınmış quru budaqların və əzilmiş, lakin hələ tamamilə qalxa bilməmiş otların “müşahidəsi” babanı əmin etdi ki, “burada kim isə olub”.

-Tərxan! O adam ağacın kötüyü üstə necə oturmuşdu? Mən oturum, sən bax!

- Baba! Bax, o belə oturmuşdu,-deyə Tərxan yerdə yarı uzanmış vəziyyətdə oturdu və babaya izah etdi ki, o adam bir ayağını dizdən büküb, kötüyün üstünə qoymuş, o biri ayağını isə yerə sallamışdı. Sağ qoluna dirsəklənib oturmuşdu.

Baba məsləhət gördü ki, Tərxan gedib əvvəl dayandığı yerdən baxsın, özü isə deyilən qaydada ağacın üstündə oturdu. Tərxan əzgilin yanına qayıtdı və oradan gördü ki, baba doğrudan da tüklü adamın oturduğu kimi oturmuşdu. Amma fərq onda idi ki, baba ona nisbətən çox kiçik görünür, həm də ayağı ilə yerin arasında daha çox məsafə qalırdı.



  • Hə, nə oldu?- deyə baba səsləndi.

  • O çox böyük idi!

  • Böyük idi!... Yəni nə boyda?

  • Ayağı yerə dəyirdi!

  • Sənin ağlın qaçıb! O uzunluqda ayaq olar?

  • Nə bilim!...

- Bilmirsən, bəs niyə elə cəfəngiyyat danışıb məni çaşdırırsan?... Gözünə elə görünür. Yəqin Hasanın uşaqlarıdır, tut yeməyə, ya da gilasa gəliblər. Sən də görüb qorxmusan.

- Bəs niyə mənə əl edirdi?

- Səncə nə etməliydi? Qışqırıb səni qorxutmalıydı?... Yaxşı, daha bəsdir! Hava istiləşir, gedək çayımızı içək!

- Baba! Bir az gilas yığaq...

- Olmaz. Tut yemisən. İkisini qarışdırsan mədən ağrıyar. Axşam tərəfi nərdivan qoyaram, çıxıb özün yeyərsən. Hələ istəsən Zərintacada yığarsan.

- Yaxşı! – deyə Tərxan razılaşdı və babanın əlindən tutub evə qayıtdı.


Nahardan sonra Tərxan uşaqlarla çimməyə getdi. Uşaqlar suyun qabağını daş və yaşıl budaqlarla bəndələyib göl düzəltmişdilər. Göl kifayət qədər dərin idi və uşaqlar bəndin üstündən suya baş vurur, bir sahildən o birinə üzürdülər. Çoxusu da suyun sərinliyindən göm-göy göyərmiş halda günün qızdırdığı qumun və ya daşın üstünə uzanaraq qızınırdılar.

Tərxan da soyuqdan qulaqlarının dibi göynəyənə qədər çimib yoruldu və kənara çəkilib geyinməyə başladı. Coşğun da göldən çıxıb titrəyə-titrəyə onun yaına gəldi və dedi:

- Deyirdin bu çayda balıq olmaz. Gedək sənə göstərim!

- Yaxşı, - deyə Tərxan razılaşdı və geyinməyə davam etdi.

- Onda maykanı geymə! Bizə lazım olacaq.

- Bəs çılpaq gedək?

- Mənim köynəyimi geyərsən.

- Sənə soyuq olmayacaq?

- Heç nə olmaz! Bədənimizin suyu quruyandan sonra isti olacaq.

- Mən də sizinlə gedirəm!- deyə Qorxmaz da geyinməyə başladı.

Onlar çay yuxarı-qobunun dibinə getdilər. Yoldan uzaq bir yerdə, kolların altında suyun gölləndiyi balıq olacağına güman edilən sahildə dayandılar. Coşğun məsləhət gördü ki, suyun qabağıı daşla hörüb, bir mayka yerləşəcək yer saxlasınlar. Amma iş nisbətən sakit görülməli idi ki, balıqlar hürkməinlər. Elə də etdilər. Onların qurduğu bu kiçik gölməçənin çimdikləri göldən fərqi onda idi ki, ortada bir daş yox idi və su oradan novdan axan kimi axırdı.

Coşğun maykanın aşağısını düyünləyib torba şəklinə saldı və çiyin bağlarından yapışıb həmin o açıq yerə tutdu. Torba dolub tuluq kimi şişdi və su üstdən aşıb axmağa başladı.

Coşğun:

- Di tez ol! Çubuqda kolların dibini tərpət!- deyə Tərxana işarə etdi. Qorxmaza da tapşırdı ki, suyun içinə girib üst tərəfdə dayansın və balıqların yuxarı üzmələrinə imkan verməsin.



Tərxan əvvəlcədən hazırlanmış uzun çubuqda kolların altındakı gölməçənin dibini qurdalamağa başladı. Birdən gördü ki, qara xırda oxlara oxşayan balıqlar çıxıb, çayın axarı ilə Coşğunun tələ düzəltdiyi tərəfə üzdülər. O hələ Coşğunu xəbərdar etməyə macal tapmamış, Coşğun su ilə dolu maykanı yuxarı qaldırıb kənara çəkildi. Su maykanın içərisindən süzülüb yarıya çatanda məlum oldu ki, artıq bir balıq tutulub.

Bu “ov” Tərxana lap ləzzət vermişdi. Onlar çayın bir neçə yerində belə bənd qurub, gün batanadək əlləşdilər və on bir balıq tutdular. Tutulmuş balıqlar çox da iri deyildi və bellərində də qırmızı xalları var idi. Coşğun dedi ki, bu balıqlar qızıl balıqlardır.

Axşam üstü uşaqlar ayaqqabı və şalvarları islanmış, ac və yorğun halda evə qayıtdılar. Tərxan elə bilirdi ki, balıqları görən kimi ona “sağ ol” deyəcəklər. Amma elə olmadı. Hələ küçə qapısından girəndə nənə və ana – hərəsi bir tərəfdən düşdülər onun üstünə ki, “haradasan?”, “kim sənu bu kökə qoyub?” və nə bilim nə?....

Tərxan öz payına düşən dörd balığı cibindən çıxarıb taxçanın üstünə qoyub dedi:



  • Balıq tutmağa getmişdik.

- Bu balığı yemək olmaz! Nahaq onun üçün bu qədər əziyyət çəkmisən!- deyə nənə qəti etiraz etdi,-get paltarını dəyiş! Axşam soyuğudur...

Zəhmətinin belə qiymətləndirilmədiyindən pərt olan Tərxan evə girdi və paltarını dəyişdirdi. Sonra yavan çörək götürüb yeməyə başladı. Ona elə gəldi ki, bura gələndən bəri belə dadlı çörək yeməyib.

Nənə xörəyi qızdırıb gətirincəyə qədər Tərxan yavan çörəklə qarnını qoydurmuşdu. Amma cücə qızartmasını görən kimi sakitcə yeməyə girişdi.

Bir azdan baba və ata da gəlib çıxdılar. Tərxan fərəhlə babaya balıq ovladıqlarından danışdı:

- Baba, qızıl balıq tutmuşuq! Üstündə də qırmızı-qırmızı xalları var. On bir dənə tutmuşuq. Üçü Qorxmazın oldu, dördü mənim, dördü də Coşğunun.

- Sonra neylədiniz?

- Gətirdik evə! Nənəm deyir, yeməyin, ölərsiniz! Mən də qoydum çölə, odur e...taxçanın üstündə.

- Gətir baxım!

Tərxan sevincək həyətə qaçdı və balıqları gətirib babaya göstərdi.

- Bu ki, fareldir! Dünyada bundan dadlı balıq yoxdur! Biz bu saat onları kabab edərik!

- Necə edək, baba?

- İndi görərsən!

Baba-nəvə təndirxanaya, ocaq başına getdilər. Təqribən yarım saat sonra evə qayıtdılar. Fındıq çubuğundan düzəldilmiş şişin üstündə dörd dənə qovrulmuş tikə var idi.


  • Bəs, qalanı hanı? – deyə Zərintac soruşdu.

- Olanı elə budur! Başını və içaltını çıxarıb, ocaq başına qoymuşuq. Kəllə-paça bişirib yeyərsən!- deyə Tərxan Zərintaca çölü göstərdi.

- Yaxşı şey olsa, elə özün yeyərsən!- deyə Zərintac çiynini çəkdi.- Hələ yalvar ki, sənin tutduğun balıqdan mən yeyim!

- Baba tikələri nimçəyə qoyub nazik-nazik doğradı və hərəyə bir tikə payladı.

Balıq doğrudan da çox dadlı idi. Təkcə nənə balıq yemədi və hamıya tapşırdı ki, əllərini sabunla yumamış çay stəıkanlarına toxunmasınlar. Tərxan hələ indi başa düşdü ki, niyə nənənin balıqdan zəhləsi gedirmiş?! Ata da məsləhət gördü ki, əlinizdən balıq iyi gəlməsin deyə ocağa kağız qırıntısı atıb, onun alovunda əllərinizi övkələyin.

Beləliklə bu günkü hadisə Tərxana əməlli-başlı “balıqçı” eləmişdi. O, yatağında da sabahkı balıq ovunu necə təşkil edəcəyini fikirləşirdi. Ata da söz vermişdi ki, ona tilov düzəldəcək. Amma qarmağın haradan tapılacağını bilmirdilər... Bu fikirlərlə nə vaxt yuxuya getdiyini heç özü də bilmədi.
Səhərisi gün heç də Tərxanın gözlədiyi kimi olmadı.Oyanan kimi çay tərəfdən gələn gurultunu eşitdi. Qalxıb pəncərəyə yaxınlaşdı və aşağıya- çaya baxdı. Birinci gördüyü o oldu ki, hava yağışlı idi və çaydan da sel gedirdi. Pəncərədən yalnız çayın o biri sahili görünürdü ki, orada da camaat dayanıb, selə tamaşa edirdilər. Nənə ona sel haqqında çox danışmışdı. Lakin Tərxan belə gurultulu sel görməmişdi, bu birinci və çox maraqlı hadisə idi. O, tez paltarını geyinib həyətə düşdü. Kiçik darvazadan çıxıb, heyva ağacının altına qaçdı. Babagilin qonşuları da buraya toplaşıb selə tamaşa edirdilər. Elə bil hamı tilsimlənmişdi və heç kəs onun gəldiyini hiss eləmədi. Tərxan adamların içərisindən babanı axtardı. O, yox idi. Atası və bir neçə nəfər başqa kişilər isə lap selə yaxın yerdə dayanmışdılar.Elə gurultu var idi ki, heç agız deyəni qulaq eşitmirdi. Qara, lilli suyun içərisində iri daşlar yuvarlanır,su dalgaları daşlara dəyib çiliklənir, havaya buxar qalxırdı. Quru, yaş ağac kötükləri, yaşıl kollar burulğan yerlərdə fırlanır, sonra yenə axına düşüb, çıxıb gedirdi.
Tərxan istədi ki, atasıgilin yanına getsin, Arzu bibi onu görüb dalınca gəldi və qolundan tutub bərkdən dedi:

- Bu nədir? Niyə pencəksiz- papaqsız gəlmisən? Görmürsən yağış yağır? Gəl gedək əyninə paltar gey!

- Atamın yanına gedirəm!- deyə Tərxan mızıldandı.

- Ə, nə deyirsən? Eşitmirəm!...

- Mənə soyuq olmur!- deyə Tərxan bərkdən cavab verdi.

- Ədə! Gəl görüm bu yana!- deyə Arzu bibi onu çəkə-çəkə evə apardı.

Tərxan evə girəndə gördü ki, nənə və baba oturub çay içirlər. Salamlaşandan sonra baba gülə-gülə Tərxana:

- Tərxan, sənin gördüyün bu tüklü adam selə düşüb, axıb getdi, - dedi.

Tərxan bilmədi bu xəbərdən sevinsin, yoxsa.... Yoxsa nə?! Heç özü də bilmədi ki, nəyə görə o, “tüklü adama” belə hayıfı və yazığı gələcək? Babaya bu barədə heç nə demədən, sakitcə oturub çörəyini yedi. Selə baxmağa getmək istədiyini bildirdi və durub çətir götürdü. Arzu bibi onu tək buraxmadı və o da çətir götürüb, Tərxanla yuxarı bağa – qobunun belinə getdilər.

Tərxan selin coşub-daşmasına tamaşa edir, daşların və lilin belə qaynadığını, guruldadığını ömründə birinci dəfə gördüyündənmi, ya da bayaq eşitdiyi xəbərdənmi çox məyus olmuşdu və sel dalğaları arasında “tüklü adam”ı axtarırdı. Onun nə cür suya düşdüyünü və necə “çabalaya-çabalaya boğulub öldüyünü” təsəvvür edir, bu xəbərdən babanın belə sevinməsinin səbəbini başa düşmürdü.

Arzu elə hey seli göstərib nə isə danışır, amma Tərxan heç nə eşitmirdi. Əslində onun nə eşitməyə marağı vardı, nə də selin səsi buna imkan verirdi.

Fındıq bağının altı ilə yuxarı getmək, çaya zoğalın dibindən baxmaq istədi. Bir halda ki, buralarda “qorxulu” bir şey qalmamışdı, yəni o “tüklü adam” axmışdı, - daha harada desən gəzmək olardı. “Qorxulu” deyəndə ki, Tərxan tüklü adamdan yox, onun görünə biləcəyindən qorxurdu. İndi isə “onu” sel aparıb! Daha rahatca zoğalın dibindən , hələ lap yuxarı şabalıdların dibindən də çaya baxmaq olardı! Zoğalın dibindən çay yaxşı görünmədi. Qobuda bitən ağacların budaq və yarpaqları buna mane olurdu. Tərxan Arzunun yanına qayıtdı.

Arzu bibi:

- Daha bəsdir! Mənə soyuq olur. Gedək evə!- dedi.

Həyətə gələndə Arzu bibi arx başındakı novçadan su ilə dolu vedrəni də götürdü. O, qabaqda gedirdi. Birdən Tərxanı heyrət götürdü! Vedrədəki dupduru suyun içində balıqlar üzürdü!


  • Arzu bibi! Balıq!

Tərxan heç özü də bilmədən elə qışqırdı ki, Arzu ayağının altında ilan görübmüş kimi vedrəni buraxıb geri atıldı. Vedrə dağıldı və içindəki balıqlar yaş otların üstünə düşüb çapalamağa başladılar. Arzi onları görüb:

- Ana!!! – deyə qışqırdı və yerə oturdu. Sonra üzünü arxada dayanan Tərxana doğru çevirib, iməkləyə-iməkləyə ona tərəf gəldi və bir də qışqırdı:

- Ana!...

Tərxan da heç nə başa düşməyib, elə bil Arzu bibinin bu hərəkətlərindən hürkdü və o da:

- Baba!- deyə qışqırdı.

Onların səsinə nənə və baba ayaqyalın, başıaçıq Tərxangilin yanına qaçdılar.

- Nə oldu?! Nə var?!- deyə nənə əllərini arxadan yerə söykəyib yarı oturmuş, yarı uzanmış vəziyyətdə, rəngi ağappaq olmuş Arzu bibinin üstünə cumdu və onu qucaqladı.

Çaşdığından yerdə, böyrü üstə düşmüş vedrə də babanın ayağına ilişdi. O istədi ki, vedrəni kənara atsın, mümkün olmadı. Qulp ayağını keçmişdi. Baba daha heç nəyə fikir verməyib, ayağında vedrə Arzu bibinin yanına gəldi. Vəziyyət elə dəyişdi ki, Tərxanı gülmək tutdu. Heç kim ona fikir vermirdi.

Axır ki, Arzu özünə gəlib, vedrə dağılan yeri göstərdi. Nənə baxıb dedi:


  • Ağız , yoxsa ilbizlərdən qorxmusan?!

Bu “ilbiz” sözü Tərxanı elə bil yuxudan ayıltdı. Yaxınlaşıb diqqətlə baxıb dedi ki, bunlar ilbiz deyil! Balıqlardır!

Baba da başı ilə təsdiq etdi ki, doğrudan da balıqdır və ayağını qaldırıb vedrəni ayağından çıxartdı. Tərxan otların arasından balıqları vedrəyə yığmağa başladı. Nənə də Arzu bibini ayağa qaldırıb:



  • Bu yiyəsi ölmüşlər, bura hardan düşüb? – dedi.

  • Vedrədən!- deyə Tərxan cavab verdi.

- Əşi nə vedrə?! Heç beş dəqiqə yox idi ki, bu vedrəni novçanın qabağına qoymuşdum!- deyə nənə Tərxana etiraz etdi.

- Nənə! Balıqlar vedrənin içində idi! Arzu bibi su dolu vedrəni götürdü ki, evə gətirsin. Mən də gördüm vedrənin işində balıqlar var. Arzu bibiyə də dedim ki, vedrədə balıq var. O da vedrəni yerə atıb qışqırdı... Qorxdu...

Baba əlini əlinə vurub bərkdən güldü və dedi:


  • Balıqlar arx ilə gəlib vedrəyə tökülüb!

- Hə də! Yəqin Şeyxlərin uşaqlar dünən çaydan tutduqları balıqdır! Su gətirib!-deyə nənə də babanın fikrini təsdiqlədi.

Ancaq onlara qəribə gələn başqa bir səbəb də o oldu ki, demək olar, iyirmiyə yaxın balıq elə tək vedrənin içinə tökülmüşdü. Babanın və Tərxanın arxı yuxarı-aşağı nə qədər diqqətlə axtarmasına baxmayaraq bir dənə də olsun əlavə balıq tapılmadı.

Tərxan babadan soruşdu:

- Bəs niyə arxın başqa yerlərində balıq yoxdur?

Baba cavab xətrinə bildirdi:

- Balıqlar topa üzürlər və elə ona görə də hamısı gəlib vedrəyə dolub!

- Vedrə olmasa necə?

- Necə olacaq? Üzüb gedəcəkdilər aşağı məhəlləyə!

- Baba! Yaxşı olub ki, nənə bu vedrəni novçaya qoyub! Gör nə qədər balıq tutmuşuq!

Deyəsən baba fikrinin doğru olduğuna özü inanmışdı və Tərxana dedi:

- İrilərini seç, bişirək! Xırdalarını təknəyə tök, sularını da ver, saxla! Sabah çay durulanda buraxarıq suya! Yəqin ki, bu seldən sonra çayda heç bir dənə də sağlam balıq qalmayıb!

Babanın fikri Tərxanın xoşuna gəldi. Tez qaçıb hələ də çapalayan balıqların üstünə novçadan su aldı. Əvvəl-əvvəl hamısı qıc olmuş kimi hərəkət etmədilər, sonra isə “ayıldılar”.

Tərxan da təndirxanadan alüminium tiyanı gətirib qoydu arx başına, balıqları da ora tökdü və tiyanı su ilə doldurdu. Balıqlar tiyanda əməlli-başlı üzürdülər.

Bu işi, haradasa bir saat çəkdi. Tərxan yağışda tamamilə islandı. İstədi ki, balıqları sayıb sonra getsin, mümkün olmadı. Balıqlar üzüb qarışdılar bir-birinə. Sonra fikrindən əl çəkib evə qayıtdı.

Günortaya yaxın hava açıldı. Günün şüaları yağışdan sonra daha təravətli, daha parlaq görünürdü. Tərxan fikirləşdi ki, yəqin yağışda günəş də yuyunur. Çünki başqa günlərdə günəş şüaları yarpaqları belə parıldatmır.

Həyətdə quşlar, arılar bir-birinə qarışmışdı. Üstlərinə düşən günəş şüaları elə bil balıqları da sevindirmişdi. Onlar daha cəld hərəkət edir və tez-tez tiyandakı suyun üzünə qalxır, sanki günəşli havadan udmaq üçün ağızlarını açırdılar.

Tərxan onları nənənin ət kötüyündə çapalaq ilə dolma üçün döydüyü ət ilə yemlədi. Yem veriləndən sonra balıqlar daha da fəal olmuşdular. Tərxan fikirləşdi ki, bu balıqları çaya buraxmasın, elə özü qulluq eləsin. Sonra aparıb şəhərdə akvariuma buraxar. Amma ata və ana ilə məsləhətləşmək lazım idi. Ata da ki, elə səhər çıxıb getmişdi, hələ gəlib çıxmamışdı!

Arzu həyətdəki dəmir stolun arxasında oturmuşdu və Təırxanın dalınca deyinirdi:

- Elə bil heç ömründə balıq-zad görməyib! Elə qışqırdı ki, bağrım yarıldı. Görməmişin biri! İndi atan gələndə sənin şuluqluğunun haqqını verdirəcəyəm. Dəngəsərin biri!... Bir də görürsən ki, gecələr nə bilim... tüklü adamdır, nədir, onu görür!

- Arzu bibi! Balığı birinci mən gördüm. O ki, yalan deyildi? Mən nə biləydim ki, sən belə qorxaqsan!

- Ə, qorxaq özünsən! Həyətdən çıxan kimi gözünə min bir əcinnə görünür. Ağlına gələni deyib məni də çaşdırırsan! Atana deyəcəyəm ki, gedəndə səni şəhərə aparsınlar! Bir az da buralarda qalsan, mən dəli dərdinə düşəcəyəm!

- Mən heç yerə getməyəcəyəm!

- Özbaşına deyilsən ki, niyə başqa uşaqlar sənin kimi eləmir?

- Mən neynirəm ki?

- Daha nə edəcəksən?! Tüklü adam görürsən, -bu bir, yörtməşdən yıxılırsan ki, məni kimsə tərpədirdi,-bu iki, Hasanın uşağını tüklü adama oxşadırsan,-bu da üç. Daha nə bilim, nə, nə?!

- Daha sənə heç nə deməyəcəyəm!

Elə bu vaxt Qorxmaz və Təmraz gəldilər. Onları görən kimi Tərxan sevincək tiyanı göstərib:

- Bir baxın, nə qədər balığım var?!- dedi.

Onlar yaxınlaşıb baxdılar və mat qaldılar ki, bu qədər balığı kim tutub?


  • Bunlar arx ilə üzüb gəliblər,- deyə Tərxan novçanı göstərdi.

  • Bəs, siz necə tutdunuz?-deyə Qorxmaz təəccüblə soruşdu.

- Biz tutmamışıq. Nənə suyun qabağına vedrə qoyub, özləri gəlib tökülüblər!-deyə Tərxan inadla cavab veridi. Uşaqlar inanmadılar.

- Bəs, bu su sizin məhəlləyə kimi, gör neçə yerə ayrılır. Hərəsinə bir bu qədər balıq getsə, çayda balıq qalmazdı ki? Sonra da, axı bu arxın suyunun çay ilə heç bir əlaqəsi yoxdur?- deyə Qorxmaz etiraz etdi.

- Bəs necə olar?-deyə Təmraz Qorxmazın üzünə baxdı.

- Yəqin kim isə gətirib, vedrəyə töküb!

- Əşi yox!-deyə Tərxan razılaşmadı. Atam səhər çıxandır, hələ evə gəlməyib. Dünən balıqdan gələndən sonra İsrafil dayı da Coşğuna tapşırıb ki, bir də balığa getməyək!..

Mübahisə uzanır və uşaqlar tiyanın kənarında əyləşib balıqlara tamaşa edirdilər. Qorxmaz dedi:



  • Gəlin, çaya gedib, odun yığaq!

  • Oradan sel gedir. Nənəm getməyə qoymur.

- Əşi, sel daha azalıb. Bu çayın seli bir-iki saatlıq olur. Dağlardan gələn sudur. Hamısı süzülüb qurtardı, vəssalam!-deyə Qorxmaz təcrübəli adam kimi heç bir təhlükənin olmadığını bildirdi.

Elə bu vaxt Sevda bibi də gəldi və metal torun o üzündən:



  • Ora niyə yığışmısınız?- deyə maraqla tiyana baxdı.

- Sevda xala, gör Tərxan nə qədər balıq tutub?-deyə Təmraz istədi ki, tutub balığın birini göstərsin. Əlini tiyandakı suya soxub şappıldatdı və su dalğalanıb, tiyanın kənarından aşdı. Su ilə qarışıq bir neçə balıq da tiyandan kənara atıldı. Uşaqların hərəsi bir tərəfdən sürüşkən balıqları qamarlayıb göy ot qarışıq tiyana tökdülər.

- Tərxan, gəlsənə, bu balıqları indi kabab edək! Sonra yenə tutarıq,-deyə Təmraz təsdiq üçün Sevda bibinin üzünə baxdı.

- Axı, bunları çaya buraxacağıq!

- O, niyə?-Qorxmaz soruşdu.

- Sel balıqların hamısını aparıb. Qoy çayda bu balıqlar törəyib artsınlar!

- Ədə, ağlın olsun! Hazır, tutulmuş balığı hara atırsan?! Bu çayda min illərdir, belə sellər axır. Yenə orada balıq olur. Sel bu balıqları apara bilmir.

- Aparacağam şəhərə, akvariuma.

- Tərxan, bu qədər balığa necə baxmaq olar? Sizin eviniz üçüncü mərtəbədə, həyətinizdə də ki, hovuz yox. Yaxşısı budur bişirin, yeyin!- deyə Sevda bibi də balıqların çaya buraxılmasının tərəfdarı olmadı.

- Yaxşı, qoyun siz deyən olsun!- deyə Tərxan ayağa qalxdı və Sevda bibiyə müraciətlə,-biz gedək odun gətirək, sən də balıqları təmizlə!- dedi.

Uşaqlar aşağı darvazadan çıxıb, çaya düşdülər. Çayın yatağı tamamilə dəyişilmiş, tanınmaz olmuşdu. Bütün daşlar tərtəmiz idi. Su daha səhərki kimi qara yox, sapsarı rəngə çalırdı. Heç bir daş və ya ağac axmırdı. Amma çayda su çox idi. Uşaqlar yeni qalaqlanmış daş və çınqıl tirələrin arası ilə odun yığmağa başladılar. Aşağı söyüdün dibinə çatanda orada bir ucu suda olan uzun bir ağac gördülər. Uşaqlar ağacın üstündəki daşları təmizlədilər. Sonra ağacı tərpətmişdilər ki, odunun bir başı suya doğru sürüşdü və suya düşən kimi sürətlə çay aşağı çevrildi, bu biri başı ilə Tərxanı vurub çaya saldı. Qorxmaz və Təmraz qışqırışdılar və bircə onu gördülər ki, Tərxanı su çevirib burulğana saldı, oradan da çıxarıb kolların arasında gözdən itirdi.

Çayın o biri sahili Hasanın bağçasının sərhəddi, bu biri sahili isə qobu və kolluq olduğundan Qorxmaz və Təmraz çay boyunca aşağı qaçmağa yer tapmadılar.

Qorxmaz ağlaya-ağlaya Təmraza dedi:

- Sən qaç, babagilə de! Mən də Bayramın yerindən keçib aşağıya baxım! De ki, Tərxan axdı!

Uşaqların hərəsi bir tərəfə cumdu.


Odunun Tərxanı vurub saldığı andan soyuq su onun əl-ayağını keylətdi. Qışqırmaq istədi, boğazına su doldu. Burulğan onu fırlatdıqda Tərxana elə gəldi ki, fırlanan o özü yox, Qorxmazgildir və suya cumanda ağız və burnuna su dolur, onu boğurdu. Əl-qol ataraq, sudan çıxmaq istədi, başı və qolu daşa çaxıldı. Tərxan hiss etdi ki, boğulur və heç nə edə bilmir! Bir-iki dəfə də çalışdı ki, boğulur və heç nə edə bilmir! Bir-iki dəfə çalışdı ki, sahilə çıxsın. Amma sahil sıldırım olduğundan yapışmağa və ya çıxmağa bir yer olmadı. Suya düşdüyü yerdən yüz-yüz əlli metrə qədər axmışdı. Hələ özünü itirməmiş, suyun içində demək olardı ki, axın aşağı yıxıla-dura qaçırdı. Naxır yığılan yerdə, qabaqdakı dərin burulğan onu suyun dibinə saldı, Tərxan özünü itirdi. Su onu istədiyi kimi aşağı, yuxarı çevirir, ağzına, burnuna, qulaq və gözlərinə dolurdu. Birdən hiss etdi ki, güclü bir əl onun keyimiş çiynindən tutub yuxarı çəkdi. Tərxan aşağıda kükrəyən çayı və kolları gördü. Sonra həmin əl onun çıplaq ayağından tutub yuxarı qaldırdı və silkələdi. Mədəsinə və ciyərlərinə dolmuş bulanıq su öyümək və öskürməklə aşağı axırdı. Burnuna dolmuş su başının qabaq tərəfini bərk ağrıdırdı ki, ora da dolmuş su axandan sonra Tərxan bir az yüngülləşdi.

Bütün bunlar haradasa bir dəqiqə keçdi. Həmin əl onu söyüdün dibindəki quru yerə qoydu. Tərxan çevrilib yuxarı baxdı. Gecə həyətdə, sonra yörtməşin yanında və axırda kötüyün üstündə gördüyü varlıq-“Qar adam” idi! “O” idi. “Qar adam” əli ilə “qorxma” işarəsi verdi və çevrilib qobudan çaya düşdü. Tərxan qalxmaq istədi. Ürəyi bulandı, öyüdü, başı hərləndi və gözü qaraldı. Söyüdün gövdəsinə söykəndi. Başı ağrıyırdı, bütün bədəni soyuqdan əsir və su dolmuş qulaqları uguldayırdı. Elə bil çayın səsi dərin quyunun dibindən gəlirdi. Bütün bunlar bir yana, islanmış paltarı onun bədəninə yapışır və soyuq iliyinə işləyir, çənəsinin əsməsini dayandıra bilmirdi. Günəş qarşıdakı hündür qobunun arxasında olduğu üçün bu yerə kölgə düşürdü. Tərxan dirsəklənib böyrü üstə çevrildi və yavaş-yavaş köynəyinin düyməsini açmağa çalışdı. Əlləri tutmurdu, hələ üstəlik parça islandığı üçün düyməni ilgədən çıxarmaq olmurdu. Paltarın suyu süzülüb Tərxanın uzandığı yeri islatmışdı. O, sağ əli ilə daşları və kolları yavaş-yavaş kənara atır, quru yerə sürünmək istəyirdi. Ona da nail oldu. Yarı uzanmış vəziyyətdə əvvəlcə ayağının birini, sonra o birini qaldırıb baxdı. Ayaqqabıları bir yana, heç corabları da yox idi. Baldırı ağrısa da ayaq barmaqları işləyirdi. Bu qayda ilə Tərxan bütün bədənini yoxladı. Heç bir sınığı və ya çıxığı yox idi. Çünki bir dəfə velosipeddən yıxılanda atası ona dedi ki, barmaqlarını tərpədə bilirsənsə deməli sınıq və ya çıxığın yoxdur! Bircə sol dirsəyi göyərmiş və deyəsən şişirdi. Beş-on dəqiqədən sonra Tərxanın çənəsinin əsməsi dayandı. Dikəlib oturdu. Sonra söyüdün gövdəsindən tutub, yavaş-yavaş ayağa qalxdı. Onda gördü ki, bir dəstə adam qarşıdakı qobunun üstündə aşağıya- çaya baxa-baxa qaçır. Tərxan:

- Ana!- deyə qışqırdı.

Hamı dayandı. Ona tərəf baxdılar və elə oradaca baba qobunun kənarındakı yemişan ağacının budağından yapışıb, aşağıya- çayın o biri sahilinə düşdü. Nənə, ana, ata, bibi-hamı bir-birinə dəyə-dəyə qobunun yuxarı və aşağı tərəfinə qaçışırdılar. Tərxana hamıdan tez baba çatdı. Onun rəngi ağappaq ağarıb, dili söz tutmurdu:

- Tər....Tər....Tərxan! Qorxdun?.. – deyə-deyə ona yaxınlaşdı və onu qucağına götürdü. Söyüdün dibindəki cığır ilə yola çıxdı.

Yolun aşağı və yuxarı tərəflərindən adamlar gəlib onlara çatdılar. Nənənin balağı suya batmış, ayaqlarına yapışmışdı. Atasının bütün paltarları su idi. Hirsindənmi, yoxsa qorxudanmı onun da üzünün dərisi səyriyirdi. Tərxan babanın qulağına pıçıldadı:

- Atamdan qorxuram!

- Ə! Sənə demişən ki, mən olan yerdə heç kimdən qorxma!

Tərxan bir az sakitləşdi. Hamı soruşdu ki, “Necə çıxdın?”, “Kim çıxartdı?”, “Çaya necə düşdün?” və s. Tərxan isə qollarını babaın boynuna keçirtmiş halda onun qucağına qısılmışdı və heç kimə cavab vermirdi.

Aşağı fındıqlıq yolundan evə çatınca bütün ətraf evlərdə yaşayan qonum-qonşular hamısı yığılmışdı və sevincdən üzləri gülürdü. Elə bil Tərxan Həccdən Gəlmişdi. Bircə ata Tərxandan heç nə soruşmur, onun əzilmiş yerlərini əli ilə yoxlayır və nənənin hazırladığı duzlu xəmiri tənzifin üstünə yaxıb, əzilib şişmin dirsəyini sarıyırdı. Ana başını çalma ilə bərk sarımışdı, deyəsən başı ağrıyırdı. Nənəsinin tapşırığı ilə Bacıxanım bibi Tərxana yumurta bişirirdi, ümumiyyətlə, hələ axşam Tərxan özü malları naxırdan evə gətirirdi. Bugünkü baş qarışıqlığı camışın qabağına getməyi yaddan çıxarıb. Yəqin camış da bu qarışıqlıqdan istifadə edib özünü qonşuların bağçasına vurub!

- Baba, camış gəlib?!

- Heç baxmamışam,-deyə baba cavab verdi və Arzu bibiyə dedi:

- Get gör camış hara getdi?!

Arzu bibinin getməyi ilə qayıtmağı bir oldu.

- Ata!- dedi.- Camış gəlib. Özü də fıs-fıs fısıldayır! Elə bil kimsə qovub gətirib.

- Yəqin Qorxmazgil qovublar ki, camış yana getməsin. Biliblər ki, Tərxanın başı qarışıqdır!- deyə baba əlini Tərxanın çiyninə toxundurdu.

- Qorxmazgili mal damına salıb, qapısını bağlamışam!- deyə Yaşxanım bibi söhbətə qarışdı. Demişəm, əgər Tərxanın başına bir iş gəlsə, gəlib ikinizi də kəsəcəyəm!

- Onların nə təqsiri var?- deyə Tərxan etiraz etdi.

- Məni çaya odun vurub saldı!

- Bəs, səni çaya kim apardı? – deyə Arzu bibi söhbətə qarışdı.

- Heç kim, özüm getdim! Onsuz da onlar özləri gedib, odun gətirəcəkdilər,-deyə Tərxan cavab verdi.

- Yaxşı, Qorxmaz və ya Təmraz deyilsə, bəs camışı kim gətirib?- deyə Sevda bibi söhbəti dəyişmək istədi.

- Yetti!- deyə Tərxan özü də bilmədən qışqırıb, oturduğu yerdən ayağa qalxdı və hamının sakitcə onun üzünə baxdığını görüb yenidən oturdu.

BabaTərxandan soruşdu:



  • Nə yetdi?

  • Yetti də! Yetti! Atam bilir!....

Hamı çevrilib atanın üzünə baxdı.

  • Ata, məni sudan Yetti çıxardı!

- Yetti kimdir? Bu kənddə elə adam yoxdu. Sizinlə gəlib?- deyə baba cavab üçün atanın üzünə baxdığını görüb yenidən oturdu.

Baba Tərxandan soruşdu:



  • Nə yetdi?

  • Yetti də? Yetti! Atam bilir!...

Hamı çevrilib atanın üzünə baxdı.

  • Ata, məni sudan Yetti çıxardı!

- Yetti kimdir? Bu kənddə elə adam yoxdu. Sizinlə gəlib?-deyə baba cavab üçün atanın üzünə baxdı.

Ata bilmədi nə desin. Tərxanın bu axırıncı ifadəsi onu da elə bil yuxudan ayıltdı. Təcili nə isə demək lazım idi. Çünki Tərxan axmış, möhkəm çaxılmış, ağlına gələni danışa bilərdi! Əlavə söz-söhbət olmasın deyə, ata özünü sakit göstərməyə çalışdı və babaya cavab verdi:

- Bəli, bizimlə gəlib.

Sonra babaya işarə ilə bildirdi ki, “Tərxan nə danışdığını bilmir”. Baba onunla razılaşdı və dedi:

- Tərxan! Dur biz üst evə çıxaq! Çayımızı ora gətirərlər. Sən qayğanaq yeyərsən, mən də çay içərəm.

Baba qabaqda, Tərxan onun ardınca ikinci mərtəbəyə çıxdılar.

Ara sakitləşəndən sonra ana qəti tələb qoydu ki, Tərxanı da götürüb şəhərə qayıtsınlar. Ata da onun tələbi ilə razılaşdı. Onlar qərara aldılar ki, sabah gündüz yığışıb, birisi gün səhər avtobusla yola düşsünlər.

- Xahiş edirəm sabah fikrini dəyişmə!-deyə ana sabah mütləq şəhərə qayıtmaq tələbini təkrar-təkrar təkid edirdi.

Axırda ata dözə bilməyib dedi:


  • Sən əminsənmi ki, şəhərdə belə hadisələr baş verməyəcək?

  • Əlbəttə, baş verməyəcək! Orada çimməyə çay yox, çıxmağa ağac...

  • Bəs Tərxanın dediyi o “Yetti” necə o da Tərxandan əl çəkəcək?

  • Yetti kimdir?-deyə ana təşvişlə atanın üzünə baxdı.

- Bayaq Tərxan elə bir söz dedi, sən isə onu qulaqardına vurdun! O nə demək istəyirdi?

  • ...

Atanın cavab verə bilmədiyini görən ana daha da qızışırdı:

  • Sən onu danışmağa qoymadın! O dedi ki, onu sudan yetdi çıxarıb...

  • Yetdi yox, Yetti!

  • Hə, lap elə olsun! Axı o kimdir?

- Heç mən özüm də bilmirəm! Deyirəm bəlkə Tərxanı qara basır- deyə ata ananı sakitləşdirməyə çalışdı. Lakin ana elə dediyini deyirdi:

- Axı o sənə Yetti sözünü elə dedi ki, elə bil onu hər ikiniz tanıyırsınız!...

- Biz Yetti haqqında “Gənc texniklər” jurnalında oxumuşuq. “Qar adam” mövzusu ilə məşğul olan bir amerikalı bioloq yazmışdı ki, “Yetti”nin ayağı 400-lik şaxtada donmuş torpağa 2,5 sm batmışdı...

- Yəni iz salmışdı? – deyə ana atanın sözünü kəsdi.

- Bəli. Amerikada “Qar adam” adlanan naməlum varlığa “Yetti” deyirlər. Həmin o bioloq hesablamışdı ki, belə ayaq izlərinin sahibi olan qar adam – Yetti, ən azı bir ton kütləyə malik olmalıdır...

- Belə bir şey olub ki?- deyə ana inamsız-inamsız, bir az da qorxmuş səslə ataya müraciət etdi.

- Biz jurnalda yazılanı oxumuşuq!

- Hə!...-deyə ana nəsə tapılmış kimi sağ əlinin şəhadət barmağını dodağına yaxınlaşdırdı. Bir dəfə o mənə dedi ki, yuxuda “Qar adam” görüb. Soruşdu ki, “Qar adam” haqqında mənim də məlumatın varmı?...

- Sən nə dedin?

- Dedim ki, qar adamı heç kim görməyib. Deyirlər qarlı dağlarda olur... Arabir də bərkdən qışqırır...

- Onun qışqırmağını sən hardan bilirsən?

- Yadındadırsa, bir Dağıstan yazıçısının “Qar adam” povestini oxumuşuq e... Şurum-burum kəndinin dəlləyinin başına gələnlərdən danışırdı. Yəqin elə o oxuduqlarımızdır ki, Tərxanın yuxusuna girir. Ya da ki, onu qara basır...

- Tərxanı qara basır? Yox! Mən də əvvəl belə fikirləşirdim. Amma onun başına gələn hadisələr sübut edir ki, Yetti məsələsi təkcə qarabasma deyil.

- Bəs nədir?

- Bilmirəm...Baş verən hadisələr və Tərxanın dedikləri sübut edir ki, Yetti var. Yaxşı, o varsa niyə məhz elə Tərxanın yaxasından yapışıb? Buralarda Tərxandan başqa uşaq yoxdur?

- Hə də!...-deyə ana atanın dediklərini həm sözlə, həm də başının hərəkəti ilə təsdiq edirdi.

- Mən hələ eşitməmişəm ki, burada Tərxandan başqa bir kimsə belə bir varlığın olduğu halda bir söz desin....

- Sən “varlıq” dedikdə nəyi nəzərdə tutmuşdun?

- O tüklü adamı...-deyə ata əlini dodaqlarına yaxınlaşdırdı.

Elə bil söhbətlərini kimdənsə gizlətmək istyirdi və davam etdi,-amma rəhmətlik Şükür baba danışırdı ki, ovdan qayıdanda yolun kənarında çılpaq və tüklü adam dayandığını görübmüş. Kişi tüfəngi çiynindən aşırmaq istəyəndə o deyib ki, “yolunla düz keç!”. Deyilənlərə görə həmin söhbətdən sonra Şükür kişi onunla bir neçə dəfə rastlaşıb, amma heç bir xətər görməyib. Maraqlı burası olub ki, o kişidən başqa heç kim belə varlığı görməyibmiş. Babamın “tüklü adam” haqqındakı məlumatlarından sonra gecələr kənd camaatı yola-rizə çıxmağa belə qorxurlarmış. Amma daha sonralar bu hadisə başqa səmtə yozulub- guya ki, Şükür kişi cavan bir qızı sevirmiş və bu hadisəni ona görə uydurubmuş ki, qorxusundan heç kim gecələr yola çıxmasın və özü rahatca adaxlıbazlığa gedə bilsin. Bu məsələnin nə dərəcədə doğru olduğunu deyə bilmərəm. Bir onu bilirəm ki, Tərxanın başına gələnlərlə bu hadisələr arasında əlaqənin olub-olmadığını yoxlamaq lazımdır....

- Bu gün az qalmışdı evimiz yıxıla!-deyə ana başladı atanı danlamağa.- Elə bil uşağın başına hava gəlib. Ağlına gələni danışır. Sən də başlamısan ki, “əlaqə” axtaracaqsan. Gəl, sabah qayıdıb gedək şəhərə.

- Səncə, biz şəhərə qayıtsaq Tərxanın ağlı yerinə gələcək? Mənə elə gəlir ki, yox! Tərxanın burada gözünə görünənlər şəhərdə də özünü göstərəcək!

- Həkimə aparaq! Qoy yoxlasınlar! Bəlkə əsəbləri xarab olub.

- Əslində onun yox, mənim əsəblərim xarab olur!- deyə ata qalxdı və belini düzəldərək, daha gecdir,-dedi,- gedək yataq! Yoxsa biz də Yetti ilə görüşməli olarıq!

- Sənin əsəblərin niyə xarab olur?- deyə ana səsinin tonunu qaldırdı.

- Ona görə ki, səhərki balıq məsələsi, Tərxanın sudan çıxıb söyüdün dibinə gələ bilməsi, ondan qabaqkı hadisələri heç nə ilə izah edə bilmirəm. Tərxanın sudan çıxdığı yer, ən azı, bir metr hündürlüyündə qobudur. Hələ oradakı şəlalə-burulğanı demirəm! Vallah, təmiz başımı itirirəm!

- Yaxşı, yaxşı! Məni də qorxutma! Allah adama kömək edəndə, lap yeddi arşın quyunun dibindən çıxar!

- Doğrudur! Amma o yeddi arşın quyunun dibindən çıxmaq üçün Allahın göndərdiyi Yettinin bizə yox, yalnız Tərxana görünməsi müammalıdır!

- Deyəsən sən yavaş-yavaş Tərxanın sayıqlamalarına inanırsan!

- Məni bu inama hadisələr sövq edir!

- Onda mən daha burada heç qala bilmərəm! Səhər tezdən yığışıb gedirik!

- Qulaq as! Sən anlamırsan ki, Tərxanı qoruyan bir varlıq mövcuddur? O varlıq ki, bu uşağın hər bir kiçik arzusunu yerinə yetirir!

- Aman Allah! Sən nələr danışırsan?!

- Bəli, bu şübhələr məni rahat qoymur.

- Deyəcəksən ki, camışları da o Yetim gətirmişdi?!

- Yetim yox e! Yetti!

- Yaxşı, Yetti olsun! Sən demişkən, elə gərək Tərxana rast gələydi?!

- Düzü bilmirəm, bu hadisəni nə ilə izah etmək olar?

Spiritualizimləmi, yoxsa ufologiyaylamı?! Vallah, adam çaşıb qalır!

- Onlar nə olan şeylərdir?

- Spiritualizm müxtəlif zahiri üsullar tətbiq etməklə ölülərin ruhları ilə və ümumiyyətlə, ruhlarla əlaqə yaratmağın mümkün olması haqda mistikadır.

- Deyirsən ki, Yetti ölü ruhudur?

- Yox. Mən deyirəm bəlkə o üsuldan istifadə edib Tərxanın gözünə görünənlərin nə olduğunu izah edə bilərik.

- Mən izah-zad bilmirəm! Sabah çıxıb gedək bu qəbristanlıqdan! Qoy o ruhlar da rahat olsun, biz də!

- Qulaq as! Vaxt var idi ki, bütün Avropanı spiritualizmə qapılma bürümüşdü. Orada ruhlar ilə dialoqa girib spiritualizm sensları göstərilmiş ki, heç kəsin toxunmadığı halda əşyalar hərəkətə gəlir, müşahidəçiləri heyrətə gətirirmiş!

- Bəlkə onlar camaatı qorxutmaq üçün yalandan düzəldilmiş səhnələr idi?

- Onu da deyə bilmərəm! Elə səhnələri təşkil edən adamlar, yəni mediumlar, axirət dünyası ilə əlaqəyə girərək elə şeylərdən xəbər verirlərmiş ki, bunlar heç onların özlərinə də məlum deyilmiş.

- Belə çıxır ki, Yetti ruhdur, Tərxan da medium!... Yox əşi! Daha bəsdir, gedək! Qalanlarını da sabah fikirləşərsən! Yoxsa elə şeylər danışacaqsan ki, gecə yuxumuzu da qarışdıracağıq!

- Mediumların seansları qarabasma da ola bilər. Ola bilər ki, onlar hipnoz vasitəsilə adamları yuxuladır, sonra isə belə qeyri-adi seanslar təşkil edə bilərlərmiş- deyə ata yenə öz fikrini izah etməyə çalışırdı.

-Bu başqa məsələ. Hipnoz olar. Amma Tərxanı kim hipnoz edir ki, onu qara basır?

- Elə şeylər var ki, onları heç nə ilə izah etmək olmur. Məs: O vaxtkı armud məsələsini, Tərxanın on-on beş balıq tutmasını, çayda o qədər axandan sonra sudan çıxmağını heç nə ilə izah edə bilmirəm.

- Yenə sən bayaq dediyini deyirsən, gah deyirsən Yetti ruhdur, hag da deyirsən ki, mediumdur. Yaxşı, gərək ki, ruh armud yığa və ya balıq tuta bilməyə! Çünki o maddi deyil.

- Sən lap filosoflar kimi danışdın! Bəs maddi deyillərsə, mediumların göstərdiyi seanslar nə idi?

- Demədin ki, hipnozdur?!

- Hə , doğrudan e!.... Yaxşı, gedək! Yəqin indi Yetti bizə qulaq asır!

Ana yan-yörəsinə döyükərək:

- Vallah qorxuram!-dedi.

- Əgər doğrudan da ruhdan qorxursansa, qədim üsullardan istifadə elə, üstündə iti bir şey- sancaq və ya iynə gəzdir. Bu işdə sənə yanan şam, yəni işıq, köhnə ovsunlar da kömək edər.

- Sən əməlli-başlı mövhumatçısanmış!

- Daha gecdir, “mövhumatçı” yatmaq istəyir!- deyə ata evə tərəf yollandı.

Amma yaddan çıxardılarmı, yoxsa qəsdənmi, həyətin işıqlarını söndürmədilər.

* * *


O axşam Tərxan babası ilə yatdı. Evin işığı söndürüləndən sonra baba nəvəsinə cavanlıqda başına gələn məcaralar, ən çoxu da ova gedərkən göstərdiyi “qoçaqlıqlardan” danışdı. Tərxan heç özü də bilmədən onun üçün nağıl kimi gələn ov hadisələrin təəssüratları içində şirin yuxuya getdi. Səhər duranda gördü ki, dəmir stolun ətrafında ata, İslam əmi və Yaşar dayı oturub çay içirlər. Qayıdıb paltarlarını geydi və üzünü yumaq üçün həyətə düşdü. İslam əmi Tərxanı görən kimi bərkdən dedi:

- Salam, ə!.... Çempion! Eşitdim dünən çayda əməlli-başlı üzmüsən! Sənin dədən də elə üzgüçü idi! Gəl, gör sənə nə danışacağam?!

Tərxan əl-üz yuyanda yuyunub onların yanına gəldi. Yaşar dayı özü Tərxana çay süzüb, nəlbəkisinə bal qoydu.


  • İslam əmi, nə danışacaqdın?

- Hə!...biz sənin kimi şəhər məktəbində oxumamışıq. Dördüncü sinfi bu kəndə oxuyandan sonra düz yeddi il 5 km o yanda olan kəndə orta məktəbə getmişik. O qədər qara, yağışa, küləyə, selə düşmümük ki, e...nə qədər! Sənin atan bizim dəstəmizin ən kiçiyi idi. Bir yaz başı Quru çaya çoxlu su gəlirdi. Su da bizim tərəfdən- Kəməndin yanından gedirdi. Hamımız sözü bir yerə qoyduq ki, çayın üstündən atılıb keçək. Sıra ilə gəldik və bir-bir o biri sahilə tullandıq. Dədən də axırda gəlirdi. Biz ona fikir verməyib, dağ tərəfə qaçırdıq. Bir də gördük ki, dədən çayın üstündən, tullandığımız yerdən on-on beş metr aşağıda sudan çıxır. Uşaqlar ona baxıb gülüşürlər. Amma mən pərt oldum ki, birdən o özü sudan çıxa bilməsəydi, axıb gedəcəkdi və bizim də xəbərimiz olmayacaqdı...

- Tərxanın atası əməlli-başlı qoçaq olub ki!- deyə Yaşar dayı Tərxana göz vurdu. – Tullanıb düz çayın ortasına düşürmüş!

Hamı gülüşdü. Biz azdan İsrafil dayı da gəldi. Çatan kimi Tərxandan soruşdu:


  • Tərxan ağrıyan yerin yoxdur ki?

  • Yox. Bir az qolum, bir də əllə toxunanda başımın yanı ağrıyır.

  • Sən o burulğandan yuxarıda sudan çıxdın, yoxsa aşağıda?

İslam əmi sözə qarışdı.

- Əşi uşaq nə bilsin, sən hansı burulğanı deyirsən? Çay aşağı o qədər burulğan var ki....

- Sən onun çıxdığı yeri görmüsən?- deyə İsrafil dayı əli ilə aşağını göstərdi. - Mən hələ bizim çayda o boyda şəlalə görməmişəm. Sel qobulayıb, böyük bir burulğan yaradıb ki, mən düşsəm çıxa bilmərəm!

- Sənə baxma, Tərxan üçün elə qobular heç nədir! Görmürsən nə qoçaq oğlandır? - deyə İslam əmi əli ilə Tərxanın kürəyini döyəclədi. Sonra əlavə etdi:-Halal olsun ki, özünü itirməyib. Allah eləməmiş, bir balaca qorxub eləsəydi, çıxa bilməzdi!

- Mən özüm çıxmadım. Çıxartdılar.

- Səni kim çıxartdı?-deyə İslam əmi heyrətlə Tərxanın üzünə baxdı.

- Yetti!

- Yetti kimdir?

Tərxan nə isə demək istəyirdi ki, atası başı ilə “yox” işarəsi verdi.

İslam əmi təkid etdi:



  • Tərxan! Səninləyəm! Yetti kimdir?

Tərxan bilmədi nə desin. Atasının üzünə baxdı. Ata Yaşar dayıya nə isə deyirdi. Amma, deyəsən fikri Tərxanda idi. Onun cavab verməkdə çətinlik çəkdiyini hiss etmişdi:

  • Tərxanı su özü sahilə atıb,-deyə ata Tərxanın əvəzinə cavab verdi.

İstafil dayı razılaşmadı:

  • Tərxan çıxan yerdə sahil yoxdu. Qobudur.

- Ona görə deyirəm də...Tərxan qoçaq oğlandır!-deyə İslam əmi yenə Tərxanı təriflədi.

Tərxan cavab verməkdən azad olduğunu hiss edib xeyli yüngülləşdi və İslam əmidən soruşdu:



  • Zaurgil haradadırlar?

- Səhər tezdən qoyunları otarmağa aparıblar. Bir azdan gələcəklər. Gəl gedək bizə! Səninlə bir partiya şahmat oynayacağam. Kim uduzsa, gərək bir də oturub mənimlə şahmat oymanasın!

- İslam əmi! Bu başdan kimin uduzacağını hardan bildiniz?...

- Uduzan bir “ondan” alacaq!-deyə Yaşar dayı əlini qədəh tuturmuş kimi göstərdi.

Tərxan:


- Mənim pulum yoxdur!-dedi.

İslam əmi qəhqəhə ilə gülüb, əlini Tərxanın çiyninə qoydu və:

- Ədə! Sən bu başdan uduzacağını boynuna almısan! Ziyanı yoxdur. Sən uduzsan, atana aldırarıq. Çolpanı da Yaşar gətirər,-dedi.

- Yaxşı, çolpa Yaşardan, “O” da məndən, bəs...-Ata sözünü qurtarmamış İslam əmi dedi:

- Ə kişi! Onunla iş bitmir. Meşədi İbad demişkən: “Bu işin bir anbar toy xərci var”. Bəlkə mən uduzacağam!

Yaşar dayı əlavə etdi:

- Yaxşı, mən də sənnən bir tas nərd ataram. Uduzsam, çolpa iki olacaq, udsam...

- Çolpa da məndən?! Belə çıxır ki, sizə bir qonaqlıq verim.

- Bəli,-deyə Yaşar dayı İslam əminin dediklərini təsdiqlədi.

İslam əmi:

- Yaxşı, sizi iki saatdan sonra gözləyəcəyəm,-dedi və durub İsrafil dayı ilə getdilər.

Yaşar dayı:

- Mən də gedib uşaqlara deyim ki, çolpaları İslam müəllimgilə göndərsinlər,-dedi və qalxıb getmək istəyəndə Tərxan:

- Yaşar dayı!-dedi. –Hələ uduzmamısan axı!

- Fikir yoxdur. Udarıq, bir çolpa da ona kəsdirərik. Hələ axşama çox var!-dedi və Yaşar dayı da getdi.

Tərxan hiss eləmişdi ki, atanın nə nigarançılığı isə var. O, çox yorğun və fikirli göründü.

- Ata, sənə nə olub?- deyə yerini dəyişib ata ilə üz-üzə oturdu.

- Mənə heç nə olmayıb, Tərxan! Sən başdan başla, Yetti haqqında nə bilirsənsə, nə gürmüsənsə, hamısını mənə danış!

- Yaxşı. Bəs niyə İslam əmiyə heç nə deməyə razı olmadın?

- Ona görə ki, əlavə şübhə yaranmasın. Onlar elə bilirlər, sənin başına hava gəlib.

- Hava gəlmək nə olan şeydi?

- Yəni, Allah eləməmiş, dəli olmusan...

Tərxan atanın üzünə baxdı və İslam əminin ona olan münasibətində elə bir dəyişiklik olmadığını yadına saldı. İstədi etiraz etsin, başını qaldıranda gözü o biri həyətə kötüyün üstündə oturmuş Yettiyə sataşdı.

- Ata! Ata!-deyə Tərxan pıçıltı ilə danışmağa başladı. Mən bu dəqiqə Yettini görürəm. O biri həyətdə kötüyün üstündə oturub.

- Sakit ol! Mən çevrilmirəm. Əgər sən onu doğrudan da görürsənsə, əlini qaldır salamlaş!

Tərxan elə də etdi. Əslində qorxmaq onun heç ağlına da gəlmirdi.



  • Ata eşitdin?

  • Nəyi?

  • O dedi ki, onu başa düşdüyü üçün, sənə minnətdarlıq edir.

  • Sən onu necə eşitdin?

  • Mənə elə gəldi ki, lap qulağımın dibində pıçıldadı.

  • Yaxşı. Ondan soruş ki, kimdir və haradan gəlib.

- O deyir bu süallara cavab vermək üçün müəyyən izahat işi aparmaq lazımdır.

  • Maraqlıdır....

  • Soruşur ki, maraqlı olan nədir?

  • O maraqlıdır ki, deyəsən Yettinin varlığı realdır!

- Minnətdarlığını bildirir. Ona Yetti adı qoymağımız xoşuna gəlib. Amma o bizim təsəvvür etdiyimiz “Yetti” deyil. Xarici görkəmcə ona oxşayır.

- O səninlə hansı dildə danışır?

- Ünsiyyət dilində...

- O nə dildir elə?

-.....

- Sən ondan soruş görüm, mən çevrilib ona baxdığım məsləhətdirmi?



- Deyir baxa bilərsən, amma , sən onu görə bilməyəcəksən.

- Maraqlıdır!

- Soruşur ki, nə maraqlıdır?

- Sən onu görə bilirsən, mən isə yox. Niyə?

- Deyir onu görmək üçün insan gözünə əlavə cihazlar lazımdır.

- Bəs, sən niyə görürsən?

-Deyir mənim görmə sistemim əvvəldən təkmilləşib.

-Sən necə görürsən ki?

- .....

- Səndən soruşuram?!



- Mən adi qaydada görürəm. Amma, Yetti mənim necə görməyim haqda heç nə demir.

- Sən bir də ondan soruş ki, mən çevrilib ona baxım, ya yox?

- Deyir çevrilə bilər. Amma heç nə görmədiyi üçün təəccüblənməsin.

Ata çevrilib iki həyəti ayıran metal torun arasından o biri həyətə baxdı. Doğrudan da kötüyün üstündə heç nə yox idi.

Üzünü çevirib Tərxana baxdı və soruşdi:


  • Tərxan, sən doğrudan orada bir şey görürsən?

- Görürəm, ata! Yettini görürəm. O deyir ki, sənin bu axırıncı şübhən onu məyus edir. Xahiş edir əvvəlki inamında və soyuqqanlığında qalasan. Seans vaxtı bitir və bizimlə salamatlaşır. Ata, o yox olur! Tamamilə yox oldu!

- Tərxan bizim bu söhbətimiz barədə heç kimə bir kəlmə də demə! Anana da de ki, daha yaxşısan. Qabaqkı hadisələri yuxuda görürdün və s.

- Deyirsən, yalan danışım?

- Burada söhbət yalan və ya doğru danışmaqdan getmir. Sənə xüsusi bir sirri saxlamaq həvalə olunub. Sən isə aləmə car çəkirsən. Axırda da adını qoyurlar ki, gicləşmisən.

- Yaxşı, ata! Mən də səni başa düşdüm.

Ata gülərək:



  • Deyəsən sən mənimlə də kodla danışırsan.

- Ata doğrudan da bu necə olur? Mən görürəm ki, Yetti sakit oturub. Heç tükü də tərpənmir. Amma mənimlə danışır.

  • Sən onun səsini kimin səsinə oxşadırsan?

  • Özümün. Elə bil özüm-özümlə danışıram.

- Fikir vermə, işində ol! Elə bil heç onu görməmisən! Mən də sənin yaşında olanda belə şeylər görmüşəm. Hamısı keçib gedir. Çox aludə olma! Fikir vermə, soruşsa cavab ver! Ən əsası odur ki, ondan heç nə tələb etmə! Heş nə istəmə! Bu səni əlavə çətinliklərə salar. düzdür, axırıncı halda o sənə kömək edəcək. Amma ətrafdakılar bunu başa düşməzlər və səni “axmaq” adlandırarlar.

  • Mən ondan nə istəyə bilərəm?

- Hər halda o sənin üçün “Ələddinin sehirli çırağı” nağılındakı cin deyil. Amma bizim Yer məxluqu da deyil. Sən ağıllı hərəkət etməlisən. Onlar bizimlə əlaqə yaratmaq üçün səni seçiblər. Ona ya sən, ya mən, ya da ki, heç kim heç nə edə bilməz. Çünki ona olan müqavimət bizim üçün əlavə çətinlik gətirəcək. O istəyəcək ki, bu müqaviməti aradan götürsün. Bu isə sənə və bizə baha başa gələ bilər. Sənin ağıllı hərəkətin imkan verəcək ki, onlar lazım olan informasiyanı alandan sonra çıxıb getsinlər. Səni də, bizi də rahat buraxsınlar. Sən həmişə mənimlə məsləhətləş! Heç kimə heç nə demə!

- Ata, sənə bunları kim öyrədib, babam?

Deyəsən bayaq ata Tərxanı sakitləşdirmək üçün “Sənin yaşında olanda mənim də başıma belə işlər gəlib” deyə yalan danışaraq, Tərxanı sakitləşdirmək istəməsi öz nəticəsini vermişdi. Bu inamı daha da möhkəmlətmək üçün:


  • Babam rəhmətlik!-deyə ikinci dəfə yalan danışdı.

  • Bəs niyə mənim babamın bu işlərdən xəbəri yoxdur?

- Ona görə ki, mən əvvəlcə atamla yox, babamla məsləhətləşirdim. Necə ki, indi sən mənimlə məsləhətləşirsən....

Ata hələ sözünü qurtarmamışdı ki, kiçik darvazadan baba, nənə, ana və Zərintac həyətə girdilər. Nənə önlüyünün ətəyinə nə isə yığmışdı. Babanın əlində dəhrə vardı, ana və Zərintac qara parçadan tikilmiş zənbilin hərəsi bir tərəfindən tutub gətirirdilər.

- Zərintac, onlar nədir?- deyə Tərxan durub onların qabağına qaçdı. Baba cibindən yetişmiş yay armudu çıxarıb Tərxana verdi. Tərxan əlini nənəsinin önlüyünün ətəyinə soxdu və oradan da bir ovuc gavalı çıxardı. Sonra çömbəlib zənbili eşələməyə başladı.

Ana:


- Axtarma! Orada heç nə yoxdur! Göy lobya və bir-iki baş kələmdir,-dedi və zənbili götürüb təndirxanaya apardı.

- Pomidor da yıqmısınız?-deyə Tərxan ananın dalınca təndirxanaya getdi.

- Bəli.

- Mənə də ver!



Baba Tərxanı yayına çağırıb təzə dərilmiş pomidor verdi. Sonra:

- Ə! Hamı sənin dünənki qoçaqlığından danışır,- deyə onun başını sığalladı.

- Suya yıxılmağındanmı?

- Yoox! Sudan çıxmağından!

Zərintac Tərxana müraciətlə:


  • Baba deyir axşam avtobus ilə şəhərə qayıdacağıq, -dedi.

- Avtobusla niyə? Bəlkə Elbrus bu gün gəldi. Onunla gedərsiz,-deyə nənə sözə qarışdı.

Tərxan hiss etdi ki, onların şəhərə qayıtmaları artıq həll olunub. Daha heç nə demədən əlindəki pomidoru yeyə-yeyə qonşu həyətə yollandı.



  • Hara gedirsən? – deyə Zəırintac onun dalınca getdi.

- Coşqungilə.

- İtləri açıq olar ha!-deyə nənə xəbərdarlıq etdi.

- Nənə! Mən də gedirəm.

- Ay qız, sən hara gedirsən, bu dəqiqə gəlmədin? Otur bir stəkan çay iç, bir tikə çörək ye, sonra hara istəsən gedərsən.

Tərxan da dayandı və çevrilib atasının üzünə baxıb soruşdu:


  • Ata, mən gedim?

  • Dayan, bir yerdə gedək!-deyə ata ayağa durdu.

- Sən hara gedirsən?- deyə ana da sözə qarışdı.-Yığışlanaq, səhər çıxıb gedəcəyik!

Ata heç bir cavab vermədi. Onu beş-on dəqiqə bundan əvvəl baş vermiş hadisə, yəni Yettinin Tərxanla danışığa girməsi, verilən suallara səssiz, hiss etmə ilə, Tərxanın başa düşdüyü dildə cavab verməsi tamamilə öz təsirinə salmışdı. Elə bil ki, yuxu görürdü. Daha maraqlısı da o idi ki, Yetti ilə danışıb dialoqa girmək Tərxanın heç vecinə də deyildi. Bütün bunları qoyub heç yerə getmək olmazdı və ata baba ilə əməlli-başlı məsləhətləşmək qərarına gəldi. Ona görə babaya dedi:



  • Ata, gedək aynabəndə. Səninlə çox vacib söhbətim var.

  • Ata, mən də gəlim?-deyə Tərxan qayıdıb onlara yaxınlaşdı.

- Özün bil! Amma nənənə kömək eləsən pis olmaz,-deyə ata Tərxanın söhbətdə iştirak etməsini istəmədiyini bildirdi.

- Ata, bəs biz Coşqungilə getmirik?

- Gedərik. Tələsmə!-deyə ata əl üstü cavab verdi.

Aynabənddə atanın babadan birinci xahişi o oldu ki, onların bu tezliklə yığışıb şəhərə qayıtmalarına razılıq verməsin. Baba heç nə başa düşməyib dedi:

- Sənə nə oldu ki, belə fikrini dəyişdin? Onsuz da Tərxan getmək istəmir. Amma, mən də çox narahat oluram. Düzü onunla burada tək qalmağını da məsləhət bilmirəm. Gözünə yüz cür şey görünür. Görmədin?... Dünən az qalmışdı başımıza müsibət aça. Yox, ay bala, çıxın, gedin!

- Ata! Sən bizi zorla qovmayacaqsan ha?! Mən bir məsələni aydınlaşdır-maq istəyirəm. Ona da bir-iki gün vaxt lazımdır. Bu məsələ o qədər vacib, o qədər maraqlıdır ki, sən ona heç vaxt inanmazsan!

- O nə məsələdir elə?

- Bilirsən, ata, mənə elə gəlir ki, Tərxanın dediklərində müəyyən həqiqətlər də var. Onun gözünə görünən varlıq doğrudan da bu həndəvərdə gəzişir. Yadındadırsa, rəhmətlik babam da belə şeyləri danışardı. O deyirdi ki, həmin varlıq onunla danışığa girmək istəyib. O da aləmə yayıb deyə, daha çəkilib gedib.

- Deyəsən, sənin də başına hava gəlir!

- Yox ata. Özün fikirləş! Armud, sonra balıq, dünən Tərxanın suda boğulmaqdan xilas edilməsi... Bu gün də Tərxan onunla əməlli-başlı dialoqa girdi və o varlıq mənimlə də danışırdı.

- Hə, vəssalam! Bunun da ağlı azışıb! Adını da alim qoyub! Ədə, sən belə danışanda, Tərxan hələ yaxşıdır! Mən də deyirəm o uşaq niyə belə sarsaqlayır?! Sən demə onun başına ilan-qurbağanı sən doldurursanmış. Ədə! Ağlını başına topla! Uşağını da götür, bir həftəliyə də olsa, uzaqlaş buradan! Qoyun, bir nəfəs alaq! Allah eləməsin, bir hadisə-zad olar! Sonra ha ki, başına-dizinə döy!...

- Yaxşı, onda iki gündən sonra gedərik. Sənə ona görə deyirəm ki, səndən qeyri heç kim bizi ləngidə bilməyəcək. Anasıgil yığışıblar...

- Qoy Zərintac qalsın!

- Məsələ Zərintacın qalmasında deyil, Tərxanın qalmasındadır!

- Ədə, gəl daşı ətəyindən tök! O nə olan şeydir ki, onu Tərxan görür, biz görmürük?! Niyə bu əlli-altmış ildə mən onu görməmişəm? Elə iki gündəcə atalı-oğullu siz görürsünüz!....

- Ata, elə ona görə iki gün vaxt istəyirəm ki, aydınlaşdıraq...

- Nəyi?

- Onu ki, niyə o varlığı biz görmürük,-Tərxan görür? O nə istəyir? Bura niyə gəlib? Şəhərə getsək, oraya da gələ bilərmi? Və sair.



- Yaxşı, iki gün də dayanın! Amma, Tərxandan özün muğayat ol! Allahdan kömək!...

- Amma, ata, bizim danışığımız öz aramızda qalsın!

- Arxayın ol! Sənin danışdığın cəfəngiyyata heç kim inanmaz! Mənə danışmısan, başqasına demə! Xalq deyər ki, alimin başına hava gəlib.

Söhbətin bu vaxtında Zərintac çay gətirdi.

- Baba!-dedi,-nənəm deyir arılara baxsın görək, bizim üçün, aparmağa bir az bal götürə bilərmi?

- Nənənə de, hələ heç yerə getmirsiniz!

Zərintac təəccüblə atasının üzünə baxdı. Ata:

-Hə də! Baba deyir getmirik, deməli getmirik!

Zərintac əlindəki çay stəkanı və nəlbəkiləri olan nimçəni stolun üstünə qoyub, həyətə- nənənin yanına qaçdı:

- Nənə xəbərin var?- dedi. –Baba deyir daha şəhərə getmirsiniz. Hələ bir həftə də burada oturun!

- Bala, daha özünüz bilərsiniz! Mən çıxıb gedəcəyəm şəhərə- Nazlının yanına. Hazır anan da buradadır. Bişirin, yeyin, oturun!... İnəyi də Arzu sağar...

- Nənə, axı ana da getmək istəyir...

- Nə bilim?! Yəqin baban nə isə fikirləşib. Sən çayniki götür, mən də samavarı, gedək görək fikirlərini niyə dəyişiblər?!

Nənə və Zərintac da aynabəndə getdilər.


* * *

İslam əmigilin həyətini səs-küy başına götürmüşdü. İri, qollu-budaqlı, üstü göy meyvəli alma ağacının altına qoyulmuş stolun ətrafına toplanmış böyük-kiçiyin hamısı, yenicə gəlib bura çıxmış Elbrus əmi ilə İslam əminin şahmat oyununa tamaşa edirdilər. İslam əminin xüsusi oyun üsulu və atmacaları Tərxana ləzzət verirdi. Bir də görürdün ki, İslam əmi ətrafdakılara işarə edib, fiquru ya “oğurlayır”, ya da yerini dəyişirdi. Bunu hiss edən kimi Elbrus əmi özündən çıxır, taxtanı qaldırıb fiqurları dağıtmaq istəyir, Yaşar dayı onun qolundan tutub, mane olurdu.

İslam əminin yarızarafat-yarıciddi, lakin kifayət qədər güclü gedişləri ilə Tərxanın başı elə qarışmışdı ki, elə bil bu kənddə onunla maraqlanan “Yetti”nin olması onun vecinə deyildi. Bu günkü hadisədən- yəni Yetti ilə görüşdən sonra atanı isə fikir götürmüşdü ki, görəsən Tərxanın müdaxiləsi olmadan Yetti ilə danışığa girmək olarmı? Onu (yəni Yettini) maraqlandıran nə varsa onları bilmək, ondan elmə hələ məlum olmayan vacib şeylər öyrənmək necə? Bəlkə onun varlığını prioritet xatirinə gizli saxlamaq lazım gələcək. Və yaxud da Yettinin doğrudan da bir varlıq olduğunu sübut etmək lazım gəlsə buna necə hazırlıq görmək gərəkdir? və sair.

Atanı, bu fikirlərdən Tərxanın özünün ğəlməyi ayırdı:



  • Ata, yatmışdın?

  • Yox.

  • Bəs oyuna baxmağa gəlmirsən?

  • Düzü, həvəsim yoxdur.

  • İslam əmi uduzdu.

  • Elbrus əmiyə? Bəs sən oynamadın?

  • Hələ ki, yox.... Ata, istəyirsən dur gedək bağa, bəlkə Yettini də gürdük.

  • -Yetti nəyinə gərəkdir?

  • Heç. Maraq xatirinə. Elə-belə....

- Necə yəni “maraq xatirinə”?! Bu boyda maraq olar?! Mən də elə bilirdim ki, Yetti səninlə maraqlanır. Sən demə sən ondan ötrü daha çox darıxırsan!

- Yox, ata! Mən bilirəm ki, onunla yenidən görüşmək üçün şəhərə qayıtmadıq. Əslində mən ondan qorxuram. O mənə pislik eləməyib. Mənə elə gəlir ki, o da başqa adamlarla maraqlanır. Elə olmasa, bu gün bizimlə söhbətə girişməzdi.

- Tərxan, sən onun nə vaxt gəldiyini gördün?

- Bəli.


- Mən orada heç nə görmədim!

- Ata, axı siz bir-birinizlə söhbət də elədiniz!

- Sənin vasitən ilə?!

- Doğrudan e!... Niyə elə sənin özünlə danışmır?

- Elə maraqlısı da odur ki, niyə o mənim gözümə görünmür və onun səsini mən eşitmirəm, sən eşidirsən?!

- Ata, gedək onun özündən soruşaq?

- Hara gedək?

- Bağa!


-Nə bilirsən ki, o bizi bağda gözləyir?

-Mən nə vaxt bağa getsəm və onu görmək istəsəm, görürəm!

-Bəlkə bunlar hamısı sənin gözünə görünür?

- Ata, sən özün onunla söhbət etdin ki!

-Elədir. Amma mənə elə gəlir ki, onunla elə-belə “görüşə” getmək o qədər də əhəmiyyətli deyil. Gəl oturaq bir əməlli-başlı danışaq, planlaşdıraq!...

- Nəyi planlaşdırmalıyıq?

- Misal üçün, nə soruşasıyıq, onu. Soruşaq ki, onunla olan söhbəti maqnitafona yazmaq istəsək, icazə verərmi? Niyə, təkcə sənə görünür? Niyə sən onu eşidirsən, biz yox?

- Ata, indi getmiriksə, onda düşək şahmat oynayaq?!

- Deyəsən, sənin şahmat oynamağa marağın var.

- Maraq deyəndə ki, istəyirəm səninlə oynayam.

- Niyə əmilərinlə oynamırsan ki?

- Onlarla oynamışam. İkisinə də uduzmuşam.

- İstəyirsən, heyfini məndən çıxasan?

- Yox e!...

- Yaxşı, gedək!

Tərxanla ata həyətə düşdülər. İslam əmigil artıq oyunu qurtarmışdılar. Yaşar nə isə danışır, hamı gülməkdən uğunub gedirdi.



  • Ayə , nə olub? Bir deyin biz də gülək!-deyə ata oturacağa əyləşdi.

- Əşi, heç nə,-deyə Yaşar dayı söhbətə başladı,- Qurbanəli oğlu Qüdrət gəlibmiş bizim xalaoğlu Mustafa müəllimgilə. Sən demə Mustafanın yoldaşı da təzə doğum evindən gəlibmiş. Yataqda olub. Qüdrəti görəndə Qəşəm istəyir yataqdan qalxsın, Qüdrət deyir:

- Bacı! Lazım deyil, durma! Əziyyət çəkmə! Başıma gəlib. Bilirəm sən nə çəkirsən?!- deyə Yaşar dayı sözünü qurtaran kimi yenə hamı qəh-qəhə çəkib gülməyə başladı.

- Nə olsun ki, “Başıma gəlib” deyəndə? – deyə ata heç gülümsəmədən Yaşar dayının üzünə baxdı.

- Biz onun özünün başına gəldiyini nəzərdə tutub gülürük, - deyə Yaşar dayı cavab verdi.

Yenidən hamı gülüşdü, beləliklə söhbət qızışdı və qaş qaralanadək davam etdi. Məclis dağılışanda Elbrus əmi ataya dedi:


  • Mən kimgiyə gedirəm. Sən də gedəcəksən?

  • Yox. Tərxanla bir az işimiz var.

  • Sabah gedəsisinizsə, şeylərinizi yığışdırmağa kömək edərəm.

  • Biz hələ gedəsi olmadıq.

  • Onda, lap yaxşı! Hələlik.

Ata və Tərxan çəpərdən düzəldilmiş bərəni aşaraq, bağa keçdilər. Gün batmışdı, amma hələ hava işıqlı idi. Bəlkə də bu yerlərdə “Günün batması” anlayışı o qədər də yerində deyil. Çünki, axşam üstü günəş “Böyük təpə” deyilən dağın arxasına keçir və kəndə dağın kölgəsi düşür. Günün bu vaxtı hava nəzərə çarpacaq dərəcədə sərinləşir. Nənənin sözüylə “axşam soyuğu düşür”.

Ata arxın kənarındakı şabalıd ağacının əyri kötüyü üstündə oturdu və artıq qaranlıqlaşan fındıq bağına tərəf baxıb:



  • Bəs sənin dostun hanı?-dedi.

Tərxan ora-bura döyüküb, çiyinlərini çəkdi:

  • Bilmirəm, - dedi.

- Tərxan, bu gün onu bir dəfə görmüşük. Yəqin ki, kifayətdir. Gedək görək nənən nə bişirib?!

- Nə bişirəcək? Təzə kartof çıxarıb gətirmişdilər. Yəqin ki, kartof qızartması olacaq, ya da göy lobya....

- Ya da göy lobya çağırtması,-deyə ata Tərxanın sözünü tamamladı.

- Ata, sən bilirsən çığırtma nədir?

- Suda bişirilmiş göy lobya suyunu çəkəndən sonra, ona duz və yağ əlavə edirlər. Üstünə də yumurta sındırırlar. Olur “çığırtma lobya”

- Ata, mən də acmışam. Gedək lobya çığırtması yeməyə!

- Bəlkə, heç lobya bişirməyiblər. Sonra umsuq olarsan.

- Ata, biz burada gündə çığırtma yeyirik. Nənə bizə çığırtmalı aş da bişirmişdi. Üstəlik dedi ki, yazda çığırtmalı aş da bişirmişdi. Üstəlik dedi ki, yazda gəlib quzuqarnı yığarsınız, sizə quzuqarnı çığırtması da bişirəcəyəm.

- Sən əməlli-başlı çığırtma bilicisisən ki!

- Mən yox, nənəm!

Ata qalxıb qabağa düşdü və Tərxan da onun ardınca evə yollandılar.

* * *


O axşam ata və Tərxan eyvanda yer saldırıb bir yerdə yatdılar. Ata qəsdən həyətdəki işıqları söndürmüş və Yettini gözləyirdi. Gücə quşları, cücülərin səsi bir-birinə qarışıb adama nağıllar aləmini xatırladırdı. Ata bunlara elə diqqətlə qulaq asırdı ki, elə bil onları yadında saxlamaq istəyirdi. Tərxan atasına qısılıb yuxuya getmişdi. Bir qədər keçdikdən sonra ata da yuxuya getdi.

Gecənin bir vaxtı Tərxan atanı dümsükləyib oyatdı və dedi:

- Yetti gəlib. Bizimlə danışmaq istəyir.

Elə bil atanın canına üşütmə gəldi. Gözlənilməz çağırış onu qorxutmuşdu. Amma Tərxanın bir də sakit-sakit:



  • Ata, o səni gözləyir!-deməsi atanı sakitləşdirdi.

  • O hardadır?

- Odur, qırmızı səkidə pilləkənin üstündə oturub. Ata, ata! O deyir ki, biz onu gözləyirik deyə gəlib. İndi heç bir danışıq etməyi planlaşdırmayıb. Sabah bizi görüşməyə dəvət edir.

- Bu qaranlıqda sən onu necə görürsən?

- O elə işıqda göründüyü kimidir. Mən onu aydın görürəm. Ata, o salamatlaşır. Düşüb gedir....

Doğrudan da, pilləkənlərin cırıltısı, ayaq səsləri, həyət qapısının açılıb-bağlanması səsi atanın Yetti adlandırdıqları varlığın olduğuna şübhələrini tamamilə dağıtdı. Ata həyəcanından kifayət qədər qalın yorğanın altında üşüdü. Öz-özünə fikirləşdi ki, Tərxanın onu “güclü” hesab etməsinə baxmayaraq, o Tərxandan da qorxaq imiş.

Bir azdan Tərxanın saxit mışıltısı eşidildi. Uşaq artıq yuxulamışdı. Atanın isə həyəcandan ürəyi hələ də döyünürdü. Qəribə bir hal keçirirdi. Bilmirdi sevinsin, yoxsa qorxsun?! Gündüz Yettidən soruşmaq üçün hazırladıqları sualların heç birini yadına sala bilmirdi. “Bu nə qorxaqlıqdır, məndə?!-deyə düşündü. – Allah mənə belə bir imkan verib ki, insanlıq üçün, bəşəriyyət üçün kiçik də olsa bəzi məlumatları alım. Mənim isə buna cəsarətim çatmır. Heç Tərxanca da hünərim çatmır! - Yox, əslində elə Tərxan üçün qorxuram. Nə işdirsə, bu varlıq mənim gözümə görünmür, mənimlə danışmır. Ünsiyyət Tərxanla mümkün olur. Deməli, Tərxanda da bir qeyri-adilik var....Nə isə...Yuxulamaq, yuxulamaq, yuxulamaq lazımdır!

* * *


Ata demək olar ki, dan yeri sökülməyə başlayanda yuxuya gedə bildi. Səhər gec ayıldı və həyətə düşəndə gördü ki, Zərintacla Tərxan arx başında nəyisə təmizləyirlər. Baba da təndirxananın içində təzəcə soyulmuş qoyun dərisini duzlayır. Ata babanın yanına gəldi və salamlaşıb soruşdu.

- Bu nədir, ay ata? Səhərin gözü açılmamış qoyun soyulub, dərisi də duzlanır!..

- Hə. Tezdən kəsdim. Bayram kişidən almışam. Bir illik toğludur. Deyirəm siz burada olmuşkən kəsim ki, bir də şəhərə pay aparmayım. Elə burada da kabablayın getsin. Tərxangil də içalatı təmizləyirlər.

- Anamgil haradadır?

- Onlar səhərdən getdilər aşağı bağa.

- İndi səhər deyil?

- Nə səhər, a bala? Səhər beş saat bundan əvvəl olub. İndi gönortadır.

- Elbrusgil durublar?

- O, tezdən durub getdi. Dedi ki, şəhərdə vacib işim var. Uşaqlar hələ də yatır. Ziyafət də Sərdarı götürüb apardı. Kəsib ət paylarını da verdim. Dedim, aparın özünüz şəhərdə bişirin. Onların həyət evləri var. Orda da kabab bişirə bilərlər.

- Ata, elə bil kababdan başqa xörək yoxdur !

- Bala kabab xörək deyil!

- Bəs nədir?

- Kabab, kababdır! İnanmırsan, Tərxandan soruş! Səhər duran kimi ürək-ciyərdən düz bir şiş yedi. Maşallah, kababla arası kökdür.

- Bilirəm, kababla kimin arası olmur? Bizdə çətindir. Yaşayış binasında kabab bişirmək yaramır. Birinin imkanı var, birinin yox. Uşaqdır, nə bilir? Burnuna qonşudan iy dəydi, deyir- bilmirəm, mənə də ver!

- Di gəl, cavab ver, görüm, necə verirsən?!- deyə baba Tərxanın kabab tamarzısı olmasına haqq qazandırdı və başını qaldırıb,- sənin o ət kombinatındakı laboratoruyanı səhmana salmaq işin necə oldu?- dedi.

- Düzəltdim. Hələ orada işə də düzəlmişəm. İstəyirəm ki, elmi işimin bir hissəsini də o laboratoriyada davam etdirəm.

- Elmi mərkəzdən çıxmırsan? Nə görmüsən bu elmdə? Ona ki, bir quruş qiymət verən yoxdur.

- Mənim işim Akademiya ilə bağlıdır. Mən oranı necə buraxa bilərəm. Bir də ki, ət kombinatı mənim yerim deyil. Orada işləyə bilmərəm!

- Niyə?

- Ona görə ki, orada işləmək üçün gərək ya veterinar olasan, ya da qəssab. Mən də ki, bu işlərin heç birini bacarmıram.



Baba bişmiş kabab tikələrini şişdən çəkib nimçənin içinə tökdü və ataya:

  • Gəl bir kəmərin altını bərkit, - dedi

Tərxan da gəldi və atasının qulağına pıçıltı ilə dedi:

  • Ata, unutmusan?

Ata ucadan soruşdu:

  • Nəyi?

  • Bizim görüşümüz var idi!

  • O nə görüşdür elə?!- deyə baba Tərxana baxdı.

  • Onu atadan soruş! – deyə Tərxan atasının nə deyəcəyini gözlədi.

  • Təbiət ilə görüşəcəyik, ata! Tərxanla gedəcəyik yuxarı bağa.

- Daha elə niyə? Yaxşı olar, elə gəzə-gəzə Quşoğlunun axısına gedəydiniz. Həm sizə gəzmək olardı, həm də görərdiniz nə xəbər var?! Ora mal-qara girməyib ki?

Baba özünün gözətçisi olduğu Akademiyanın yasaqlığı olan meşə-bağa getməyi məsləhət bildi. Həm də tapşırdı ki, ehtiyatlı olsunlar. İlan-çayan olar.

- Ata, baba deyən kimi edək! Orada çoxlu meşə çiyələyi var....

- Yaxşı! Ora gedərik!- deyə ata stolun arxasından ayağa qalxdı.


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin