* * *
Yettinin tapşırığını yerinə yetirmək üçün ata Tarix İnstitutuna müraciət etməli oldu. Bakıya gedib-gəlmək isə çox vaxt aparacaqdı. Ona görə ata şəhərə qayıdıb oradan da Bakı ilə telefon əlaqəsi saxlamaq qərarına gəldi. Nəzərə aldı ki, Tərxanı kənddə qoyub getsə, yenə Yetti ilə bağlı əngəllər törəyəcək. Ona görə də ən yaxşısı budur ki, onu da özü ilə şəhərə aparsın. Ertəsi gün səhər ata Tərxanı da götürüb, avtobusla şəhərə gəldi. Yolda Tərxana elə gəlirdi ki, şəhər onun üçün daqrıxdırıcı olacaq. Çünki, Qorxmaz, Temi, Coşqun, Yetti... hamısı kənddə qaldı! Ata isə öz işində idi. Hələ avtobusda Tərxana dedi:
-
Evə çatan kimi bir az istirahət edib, gedərik Elmi mərkəzə. Orada özümüzə tərəfdaşlar axtararıq və çalışarıq ki, ufologiya ilə məşgul olacaq bir qrup yaradaq. Yetti ilə bağlı hadisələri onlarla birgə müzakirə edərik.
Tərxan “ufologiya”, “qrup” sözlərinin mahiyyətini başa düşməsə də atanın planları ilə razılaşmaqdan başqa çarəsi yox idi. Onlar evdə bir az istirahət etdikdən sonra Elmi mərkəzə gəldilər. Ata oradan Bakıya, Tarix İnstitutunun professoru Məhəmmədəli Hüseynova zəng edib, ondan xahiş etdi ki, Honduras bölgəsində gedən arxeoloji tədqiqatlar haqqındakı məlumatlara baxsınlar. Görsenlər orada büllurdan düzəldilmiş adam başı modeli haqqında bir məlumat varmı?! Məhəmmədəli müəllim söz verdi ki, nə mümkünsə edəcək.
Sonra ata Elmi mərkəzdə əməkdaşların iştirakı ilə ufologiya haqqında kiçik müzakirə keçirtmək istəyini mərkəzin direktoruna bildirdi və xahiş etdi ki, Tərxan da həmin müzakirədə iştirak etsin. Mərkəzin direktoru müzakirənin keçirilməsinə və orada Tərxanın da iştirakına etiraz etmədi. Ata mövzunun adını elmi katibə təqdim edəndə o soruşdu:
-
Yığıncağı nə məqsədlə keçirəcəyik?
-
Ufologiya ilə məşğul olan kiçik bir qrup yaratmaq fikrimiz var, - deyə ata cavab verdi.
-
Ufologiya ilə?!
-
Bəli.
-
Ufologiya hara, biz hara?!
-
Onu yığıncaqda müzakirə edərik! – deyə ata sözünü qətiləşdirdi. Katib durub direktorun yanına getdi.
Ertəsi gün ata işə gedəndə gördü ki, lavhədə “Ufologiyanın digər elm sahələri ilə əlaqəsi” mövzusunda yığıncaq keçiriləcəyi barədə elan vurulub.
Yığıncaq adı seminar vaxtına, yəni həftənin ikinci günü səhər saat 10:00-a təyin olunmuşdu . Ata evə qayıdıb, Tərxana sabah keçiriləcək yığıncaqda iştirak edəcəyini dedikdə, Tərxan özünü itirən kimi oldu və ondan soruşdu:
-
Ata, mən o yığıncaqda nə edəcəyəm?
-
Heç nə. Oturub qulaq asacaqsan!
-
Elə olar! – deyə Tərxan razılığını başı ilə təsdiq etdi.
Səhərisi gün tezdən onlar Elmi Mərkəzə gəldilər. Hamı ilə görüşdükdən sonra Tərxan və ata akt zalında ikinci sırada əyləşdilər.
Qabaqda üstünə yaşıl mahud salınmış iri masanın arxasında üzü zala oturmuş və iclasa sədrlik edən mərkəzin direktoru önündəki qovluğu açıb, oradan bir vərəq kağız götürdü. Sonra həmin vərəqdən oxuyaraq gündəlikdə duran məsələni yığıncaq iştirakçılarına elan etdi:
-
“Mistika və elmin sintezi”. Məruzəçi....
O atanın adını çəkdi. Tərxan həyəcanlanmışdı və çevrilib atanın üzünə baxdı. Gördü yox, heç atanın vecinə də deyil, bir az sakitləşdi və zala göz gəzdirməyə başladı. Sədrin arxasında divara iri, qəşəng bir yazı taxtası vurulmuşdu. Taxta göy plastık çərçivə ilə haşiyələnmişdir. Stolun yanında üstünə Azərbaycanın gerbi həkk olunmuş xitabət kürsüsü qoymuşdular. Yazı taxtasının bir tərəfindən də az ekran asmışdılar. Bütün bunların hamısını Tərxan məktəbdə görmüşdü, lakin ayrı-ayrı siniflərdə. Burada isə elə bil hamısı bir yerə toplanıb qəribə gözoxşarlıq yaratmışdır...
Sədr seminarın katibini çağırdı. Əlində kağız qovluğu olan bir qız keçib yan təırəfdə qoyulmuş balaca masanın arxasında oturdu. Tərxan ona o qədər də əhəmiyyət vermədi. Amma katibin baxışlarının ani olaraq ona çevrildiyini hiss edəndə,istər-istəməz onun da masasının üzərində olan kağız qovluğuna, qələmdanına nəzər yetirdi. Bir də eşitdi ki, sədr ona “Gülnar” deyə müraciət edir.
Ata yerindən qalxıb çıxış etməyə gedəndə Tərxan da nəzərlərini zaldan çəkib ataya baxdı. Ata əlindəki kağızları kürsünün üstünə qoydu və sakitcə çıxış etməyə başladı:
- Nadir və müəmmalı təzahürləri oyrənən elm adamları həmişə çətinliklərlə qarşılaşıb. Belə ki, onlar müşahidə etdikləri hadisələr haqqında öz fikirlərini söylədikdə belə tənqid hədəfinə çevrilmişlər. Cordano Brunonu nə üçün yandırdılar? Yəqin ki, “materializm” və “rasionalizmə” görə yox! Çünki rasionalist Aristoteldən fərqli olaraq o demişdi ki, bizim dünyamız kimi dünyalar çoxdur. Elə o vaxtlardan təbiət və kosmosdan təcrid edilmiş, özündən başqa heç nəyi görməyən insana aydın olmağa başladı ki, o hər şey deyil, yalnız nəyinsə hissəsidir...
Sədr məruzəçinin sözünü kəsərək:
- Üzr istəyirəm. Zəhmət olmasa Aristotel və Cordano Bruno haqqında yığıncaq iştirakçılarına bir arayış verin. Burada alimlərdən başqa laborantlar, texniki işçilər və sənin oğlun da oturub! – dedi. Tərxana müraciətlə:
- Mənimlə razısan? – dedi.
Tərxan heç özü də bilmədən başı ilə “hə” işarəsi verdi.
Ata sözünə davam etdi:
-
Qədim zamanlarda Günəşin, Ayın və planetlərin necə hərəkət etməsi barədə müxtəlif fikirlər mövcud olub. Pifaqorçular hesab edirdilər ki, Günəş, Ay və planetlər çevrə boyunca hərəkət edir. Bizim eramızdan əvvəl 406-355-ci illərdə yaşamış Yevdoks isə göy cismlərinin mərkəzi Yerdə yerləşən konsentrik sferik səth üzrə hərəkət etdiklərini əsas götürürdü. Ondan bir əsr sonra 384-322-ci illərdə yaşamış, görkəmli qədim yunan filosofu Aristotel Yevdoksun deyilən konsentrik sfera ideyasını qəbul etmiş və onu təkmilləşdirmişdir. Belə ki, Aristotelin sistemində Yer kürə formasında olub kainatın mərkəzinə bərkidilmişdir. Bütün göy cismlərinin yerdəyişməsini izah etmək üçün Aristotelə 55 mütəhərrik sferik səth-episikl lazım gəlirdi.
-
O zaman necə bilərdilər ki, Yer kürə formasındadır? –deyə sədr sual verdi.
-
Aristotel təbiət hadisələrini çox bacarıqla izləyibmiş. O tutulmalar zamanı Ay üzərində Yerin kölgəsinin əyriliyi ilə sübut edib ki, Yer kürə şəklindədir. Aristotel o fikri gəmilərin üfügdə gözdən itməsi hadisəsi ilə də təsdiq edirdi, - deyə ata cavab verdi və davam etdi. – İndi Cordano Buruno haqqında müəyyən məlumat vermək üçün deyək ki, b.e.ə. V əsrdə yaşamış pifaqorçu filolay deyərmiş ki, Yer sutkada bir dəfə öz atəş oxu ətarfında dövr edir. B.e.ə. 390-310-cu illərdə yaşamış Heraklit Merkuri və Veneranın Günəş ətrafında, Günəşin özünün isə Yerin ətrafında fırlandığını söyləyərək Aristotelin göy mexanikasına əks çıxdığı üçün tamamilə inkar edildi. Bizim eranın 100-165-ci illərində yaşamış Ptolomey kainatın bütün cismlərinin düşmək istədiyi mərkəzdə Yerin yerləşdiyi fikrini söyləyir. Bu fikri onunla izah edirdi ki, əgər belə olmasaydı, bütün cismlərdən ağır olan Yer özü öz üzərində olan bütün cismlərdən qabaq həmin mərkəzə düşərdi.
Aristotelin fiziki prinsipi və Ptolomeyin geosentrik sistemi ərəb və Orta Asiya alimləri tərəfindən təkmilləşdirilərək İspaniya vasitəsi ilə orta əsr Avropasına keçirildi. Əsrlər boyu, elə həmişə alimlər çalışırdılar ki, Ptolomeyin mürəkkəb və iri riyazi əməliyyat tələb edən sistemindən yaxa qurtarsınlar. 1320-1382-ci illərdə yaşamış görkəmli fransız filosofu Nikolay Oreziski belə bir fikir irəli sermüşdü ki, “bu boyda ulduz sferasını Yerin başına dolandırmaqdansa, Yerin özününü fırlanmasını qəbul etmək işimizi çox yüngülləşdirərdi”. Onun fikrini 1401-1464-cü illərdə yaşamış alman kardinalı və filosofu Nikolay Kuzanski daha da təkmilləşdirib söylədi ki, Yer həqiqətən öz oxu ətrafında fırlanır. Kainat sonsuzdur və müəyyən edilmiş tərpənməz bir mərkəzə malik deyil.
Ptolomeyin sistemi və Aristotelin müxanikasına əsas zərbəni Polşanın Torun şəhərində anadan olmuş və 1473-1543-cü illərdə yaşamış Nikolay Kopernik vurdu. O göstərirdi ki, göy cismlərinin hərəkətini Yerin iki növ hərəkətilə daha yaşxı izah etmək olar: birincisi, Yer öz oxu ətrafında “sutkalıq”, ikincisi Yer və başqa planetlər Günəşin ətrafında “illik” hərəkət edir. Heliosentrik sistemin sxemini də Kopernik yaratdı. Onun sistemində dünyanın mərkəzində Günəş dururdu, planetlər isə belə düzülmüşdü: Merkuri, Venera, Yer (Ayla), Mars, Yupiter, Saturn və sonra hərkət etməyən ulduzlar sferası.
Kopernikin ideyası İngiltərədə 1545-1595-ci illərdə yaşamış Tomas Diqqsin şəxsində özünə etibarlı tərəfdaş tapdı və Diqqs 1576-cı ildə Kopernikin əsərlərini ingilis dilinə tərcümə etdi. 1583-cü ildə İngiltərəyə gəlmiş dominikan monarxı Cordano Bruno orada Kopernikin əsərləri ilə tanış olub, onun nəzəriyyəsini qızğın müdafiə etdi və təbliğ etməyə başladı. Brunonun bu işi kilsə tərəfindən “kilsəyə yeretik münasibət” kimi qəbul edildi. Yeresə görə 1600-cü ildə kilsənin fitfası ilə Cordano Bruno tonqalda yandırıldı və Kopernikin 70 il əvvəl çap olunmuş kitabları da qadağan edildi.
Sonra ata sədrə müraciətlə:
-
İcazənizlə, əgər kifayətdirsə, öz mövzumuza qayıdaq?! – dedi.
Sədr iştirakçılara:
Zaldan:
-
Yoxdur, yoxdur,- səsləri eşidildi.
Sədr ataya:
-
Buyurun! – dedi.
-
Məlumdir ki, “Yer planetindən kənarda –kosmosun başqa məkanlarında şüurlu məxluqlar yaşamırmı?” - sualının ortaya çıxması təsadüfü deyil. Kosmopaleokontakt adlanan nəzəriyyə var ki, bu nəzəriyyənin müəllifləri insan cəmiyyətinin mədəni və bioloji inkişafına yerdən kənar sivilin təsiri olduğunu təkid edirlər və onlar deyirlər ki, bizim Günəş sistemində, ya da ki, kosmosun harasındasa biz insanlardan başqa şüurlu varlıqlar yaşayır və yaşayırlar. Onlar yüksək inkişaf səviyyəsinə malik cəmiyyət qurublar və Yerə şəxsən gəlir və ya bura tədqiqat zondları göndərirlər.
Ata dayanıb, nəfəsini dərdi və zala göz gəzdirərək sözünə davam etdi:
-
XX əsrin ikinci yarısında əsas elmi problemlərdən biri Yer planetindən kəınarda həyatın, xüsusilə də yüksək intellektə malik həyatın olub-olmaması məsələsidir.
Nəzərinizə çatdırım ki, bu məsələni həll etmək üçün müxtəlif ixtisaslı mütəxəssislər çalışır və xeyli miqdarda vəsait xərclənir. İşin gedişatı göstərdi ki, belə tədqiqat sahəsində təkbaşına çalışaraq bir nəticə əldə etmək çox çətindir. Ona görə hər bir müəssisə başqaları ilə əlaqə yaratmalı, bu işi başa çatdırmaq üçün birgə çalışmalıdırlar. Biz də mərkəzin rəhbərliyi ilə məsləhətləşib, ufologiya ilə məşğul olacaq kiçik bir qrup yaratmaq üçün bugünkü yığıncağı çağırmaq qərarına gəldik. Cospar, Ozma kimi kosmosu tədqiq edən nəhəng komitələr olmasaq da, biz özümüz ətrafımızda baş verən və yerdənkənar sivil ilə bağlı məlumatları toplayaraq, araşdırmaq üçün daha imkanlı mərkəzlərə göndərə bilərik. Bununla da böyük işə kiçik bir köməyimiz dəyər. Ona görə sizin fikrinizi bilmək istəyirik və yerdənkənar sivil haqqında olan məlumatlarla maraqlanan əməkdaşları bizim qrupumuza çağırırıq,- deyə ata əlindəki vərəqi kürsünün üstünə qoydu və sədrə müraciətlə: - Mən sözümü qurtardım! – dedi.
Sədr yığıncaq iştirakçılarına müraciət etdi:
-
Kimin sualı var?
-
İcazənizlə! – deyə Tərxanın oturduğu sıranın arxasındakı sıradan bir nəfər kişi ayağa qalxdı və ataya müraciətlə:
-
Siz başlamaq istədiyiniz işin ağırlığını bilirsinizmi? Bilirsinizmi ki, bu gün yerdən kənarda həyatın olmasını təsdiq edən nəinki bir fakt, heç kiçicik bir işarə belə yoxdur. Bir halda ki, nə edəcəyimizi bilmiriksə, bu işə baş qoşub, vaxt itirməyimizə dəyərmi? Lap tutaq ki, hamımız yığılıb, bir nəzəri konsepsiya irəli sürdük. Əgər onu təsdiq etmək üçün gözə görünən, əllə toxunulması mümükün olan bir fakt yoxdursa, irəli sürdüyümüz konsepsiya yox, rus demişkən, cpekulyasiya olacaq...
-
İzzət müəllim! – deyə sədr danışan kişiyə müraciət etdi. – Biz elə bildik ki, sual verəcəksiniz. Çıxış etmək istəyirsinizsə ona da vaxt olacaq, - dedi və sonra elmi katibə müraciətlə:
-
Şükür müəllim, sualınız var? – dedi.
Elmi katib ayağa qalxdı və o da ataya müraciətlə:
-
Mən bilmək istəyirəm ki, ufologiya elminin cəmiyyətimiz üçün nə xeyri var?
-
Sizin sualınıza belə cavab verim ki, əgər insan bilsə ki, bütün kainatda ondan başqa heç bir şüurlu varlıq yaşamır, onda insan ruhdan düşəcək. Öz-özündən soruşacaq ki, qalınlığı Yer planeti radiusunun 0,3 faizini, həcmi isə Yerin ümumi həcminin 0,9 faizini təşkil edən biosferdə təbiəti belə rəngarəng görməyi bacaran, özünü yer planetinin sahibi hesab edən və çox-çox nəhəng kosmosda özünə qardaş axataran insan nəyə lazımmış?! İkinci tərəfdən, əgər biz bilsək ki, kainatda yeganə sivilik, onda insanın həyatını qiymətləndirmək lazım gələcək. Hələ biz özümüz-özümüzün qiymətini bilmirik. Əgər bilsəydik, biz bir-birimizi və təbiəti istismar edib, ekologiyanı korlayaraq sonumuzu yaxınlaşdırmazdıq, - deyə ata cavab verdi.
-
Daha kimin sualı var? – deyə sədr yenə oturanlara müraciət etdi. Heç kimin dinmədiyini görüb, İzzət müəllimə - Buyurun! – dedi.
İzzət müəllim oturduğu yerdən ayağa qalxdı və sözə başladı:
-
Bu gün haqqında danışdığımız problemlə məşğul olan görkəmli alimlər, o cümlədən ABŞ-da bu məsələni tədqiq etmək üçün təşkil edilmiş komissiyanın rəhbəri, məşhur fizik E.U.Kondon apardıqları tədqiqat işlərini yekinlaşdıraraq belə bir nəticəyə gəlib ki, UNO adlanan hadisə təbiət hadisəsidir. UNO-ların mövcud olması faktdır, amma bu hələ yerdənkənar sivilin olmasını təsdiq etmir. UNO ilə yerdənkənar sivilin əlaqələndirilməsi şahidlərin fantaziyasının nəticəsidir. Mən özüm astronomiya ilə məşğul olan böyük elm ordusunun kiçik döyüşçüsü kimi astronomların UNO haqqında olan fikrini sizə çatdıracağam. Bu fikir belədir ki, kosmosdan gələn qonaqların Yerə təşrif buyurması hadisəsi tamamilə mümükün olmayan bir işdir. Ən yaxın ulduzdan belə bizi ayıran nəhəng məsafə ulduzlararası səyahət üçün böyük enerji ehtiyatı götürülməsini tələb edərdi. İkinci tərəfdən, Yerə uçan kiosmik gəminin sərf etdiyi zamanın əhəmiyyət kəsb etməsi üçün gəmi işıq sürətinə yaxın sürətlə hərəkət etməlidir. Belə bir sürət götürə bilən qurğunun iş prinsipi hələ məlum deyil. Hesablanıb ki, kimyəvi yanacağa malik olan mühərrikin ən böyük sürəti işıq sürətinin beş mində birinə yaxınlaşa bilər.
-
Cavab üçün deyim ki, metallarda elektrik cərəyanını daşıyan hissəciyin elektron olduğunu bilirik və onu da bilirik ki, naqildə cərəyan işıq sürəti ilə yayılır. Əgər cərəyanı daşıyan elektronlardırda, biz fikirləşəcəyik ki, deməli onlar da mütal daxilində işıq sürəti ilə hərəkət edir. Hesablama göstərir ki, sahə intensivliyi hər sm-ə 1 volt olanda metaldakı elektronların istiqamətlənmiş hərəkət sürəti 0,1 m/s olur. Bütün bunları deməkdə məqsədim odur ki, biz işıq sürətinə yaxın sürət ala bilmirik deyə, işıq sürətinə yaxın sürətlərlə hərəkət edən UNO-larla yerdənkənar sivilin Yerə gəlib-gedə bilməsinin mümkünsüzlüyü qərarımız – metal daxilində elektronun istiqamətlənmə sürətini təyin etdikdən sonra belə bir qərara gəlməyimizlə eyni deyilmi ki, elektrik cərəyanı naqildə işıq sürəti ilə yayıla bilməz?! Əslində isə cərəyan metal daxilində işıq sürəti ilə yayılır və onu elektronlar “daşıyır”. Necə daşıdığını da bilirik!... Bununla demək isəyirəm ki, bizim müasir texnikamızla “kosmik nəqliyyat” yarada bilmiriksə, onu yaradıb Yerə gəlib-gedənlər varsa, onları niyə inkar etməliyik? İkinci tərəfdən gəlib-getməyin də cürbəcür üsulları ola bilər. İcazə versəniz öz fikrimi deyərdim ki, bizim yaşadığımız, görüb-eşitdiyimiz, duyduğumuz, fikirləşdiyimiz, oxuyub-öyrəndiyimiz bu üç ölçülü fəza və bir də yalnız bir istiqamətdə gedən zaman ilə ölçülən aləmimizdən başqa digər aləmlərin də ola bilməsi bir çox alimlərin diqqətini cəlb edir. Deyilənlərə görə başqa ölçülü aləmlər problemi ilə akademik Saxarov da məşğul olurdu. Nəzəriyyəçi fiziklər müəyyənləşdirmişlər ki, müəyyən zaman və məkan ilə bağlı aləmin birindən o birinə özünəməxsus keçidlər – “tunel effekti” ola bilər. Bu o deməkdir ki, hansısa xüsusi şəraitdə bir aləmdən o birinə keçmək mümkündür...
-
Bütün bu dediklərinin bir dəlili, sübutu var? – deyə atanın nəfəsini dərmək üçün dayandığı qısa müddətdən istifadə edən sədr sual verdi.
-
Birbaşa olmasa da, faktlardan irəli gələn məntiqi sübutlar göstəmək olar.
-
Məsələn...
-
Belə faktlar çoxdur. Maraqlısı budur ki, xüsusi şəraitdə bir paralel denyadan o birinə keçid ayrı-ayrı zamanları birləşdirir. Onu da əlavə edim ki, alimlər belə təzahürlərin yarana biləcəyi şəraitini də hesablamışlar...
-
Siz faktlardan danışın! – deyə sədr cavabla razılaşmadığını bildirdi.
-
Belə bir faktı söyləyim. Aleksandr Qorbovski yazıb ki, 1753-cü ilin may ayının 3-də sarayın həyətində Alberto Qordoni adlı bir sənətkar camaatın gözü qarşısında yoxa çıxıb. Həyət qrafın olub və nökərlərə bütün həyəti qazdırıb. Lakin Albertonu tapa bilməyiblər. 22 ildən sonra Alberto Qordoni həmin o yoxa çıxdığı yerdən peyda olub! Emalatxanasının sökülüb, dağıdıllmış görəndə usta çox təəccüblənib və başa düşməyib ki, camaat nə üçün onu tanımır? Sən demə, Alberto heç dəyişməyibmiş, yoxa çıxdığı gün necə var idisə, eləcə də qalıbmış. Ona görə Albertonu tanımayıblar...
-
Bu hadisə cəfəngiyyata oxşamırmı? Bəs o Qordoni söyləmədi ki, 22 il harada olub? – deyə sədr ata tərəfə baxıb, başı ilə razılaşmadığını bildirdi.
-
Əvvəlcə Alberto heç yerə getmədiyini israr edib. Lakin sonradan xatırlayıb ki, hansısa tuneldə idi. Ora ağ və bulanıq işıqla işıqlandırılmışdı və anlaşılmaz qurğular, şüşə gözlü məxluqlarla dolu idi. Məxluqlardan biri Albertoya anladıb ki, o zaman və məkan “çatına” düşüb və onu geri qaytarmaq çətin məsələdir.
-
Zənnimcə, XVIII əsrin ortalarında zaman və məkan “çatından” danışan bir adam mütləq “dəli” adlandırılırdı, - deyə sədr başını yellədi.
-
Doğrudan da onu ruhi xəstəxanaya qoyublar!
-
Bəs ondan soruşmadılar ki, necə qayıdıb?
-
Alberto deyib ki, sonradan nə baş verdiyini tamam unudub. Müəyyən müayinədən sonra həkimlər ona inanıb və Albertonu hadisə yerinə gətiriblər. Alberto hadisənin necə baş verdiyini göstərmək üçün addım atır və ... buraya yığılmış camaatın gözünün qabağında yenə də yoxa çıxır. Bu dəfə həmişəlik.
-
Bütün bunlar ədəbi təxəyyülün məhsuludur. Sizin danışdıqlarınızda fakta oxşayan yalnız tarixlərin dəqiq verilməsidir.
-
Onda icazə verin yazılan yox, danışılan bir əhvalatı nəql edim. Yazıçı Stanislav Romanovski danışıb ki, Perm vilayətinin şimalında yerləşən ucqar kəndin birində, kişilər Kama çayının üstündə yerləşən qəbristanlıqdan o yana getmirlər və başqalarına da məsləhət görmürlər. Bu yeri qısaca olaraq “mrit” adlandırırlar. Bir dəfə Romanovski oraya tək gedərkən görür ki, yox yerdən üçatlı minik arabası göründü. Sonradan çən və duman içindən bir qayıq da çıxır, içində də qızla oğlan oturubmuş. Əyinlərində qədim rus şimalında geyilən paltar var imiş. Çox keçməmiş qayıq da yox olur. Bu hadisədən sonra yazıçı qorxusundan bir də o yerə getmədi.
-
Bu isə daha çox şayiəyə oxşayır! – deyə sədr bu dəfə ata ilə razılaşmadı.
-
Bermud üçbucağı, Florida ştatlarında təyyarələrin eniş zamanı qəflətən yoxa çıxması necə?! On dəqiqədən sonra təyyarə yenə də göründü. Sərnişinlər heç nəyi başa düşmədilər, lakin saatlarının əqrəbləri on dəqiqə geri qaldı!...
-
Bu fakt haradasa rəsmi qaydada qeydə alınıb?
-
Onu bilmirəm!
-
Bu faktlar da inandırıcı deyil. Çünki 1945-ci ildə beş Amerika hərbi təyyarəsinin izsiz-tozsuz itməsini Bermud üçbucağı ilə əlaqələndirdilər. Amma bu günlərdə Bi-Bi-Si-nin əməkdaşı Tom Karven xəbər verdi ki, Bermud üçbucağı haqqında ən böyük əfsanəyə səbəb olmuş beş- 19-cu reyslə uçan hərbi təyyarənin Florida sahillərində qalıqları tapılıb. Sən demə təyyarələrin yanacaqları qurtarıb, sahilə çata bilməyiblər və suya düşüblər. Hal-hazırda da bir-birindən 100 m məsafədə suyun altındadırlar.
-
Siz onu da əlavə edərdiniz ki, bu tapıntı yalnız izsiz-tozsuz itmiş beş təyyarənin taleyinin müəmmalığını ortadan qaldırdı. Lakin hələ Bermud üçbucağı haqqında qəti söz deməyə kifayət qədər əsas vermədi... – deyə ata yenə öz sözünü doğrultmaq istədi.
-
Davam edin! – deyə sədr daha heç nə deməyib, əlindəki qələmlə qarşısına qoyduğu vərəqin üstünə nə isə yazdı.
Zalda oturanlardan hamısı diqqətlə mübahisəyə qulaq asır və heç kim də müdaxilə etmirdi.
Ata zala müraciətlə:
-
Siz orta əsrlərdə yaşamış və bir neçə min il sonranı təsvir etmiş, bu gün heyrətamiz dəqiqliklə gerçəkləşən söyləmələr yazmış, böyük fransız münəccimi və həkim Mişel Nostradamusun sirrini necə izah edə bilərsiniz?! – dedi və kiçik bir pauzadan sonra davam etdi: -O əvvəlcədən Rusiyada I Pyotrun zühurunu, I Pavelin qətlə yetirilməsini, Leninin Oktyabr çevrilişini və hətta totalitar hakimiyyətin nə qədər sürəcəyini, Birləşmiş Ştatların meydana çıxmasını, I Karlın edamını və Napoleonun səhnəyə çıxacağını söyləyib. Ümumiyyətlə, müəyyən edilib ki, Nostradamus təkcə gələcəklə bağlı olmamış, həm də gələcəkdə olmuşdur.
-
Siz yenə də dediyinizin üstündə durursunuz! Görəsən bu inam sizdə hardandır? – deyə sədr öz təəccübünü bildirdi.
Tərxan istədi ki, söhbətə qarışsın, lakin ata şəhadət barmağını dodağına yaxınlaşdırmaqla onu “sus” işarəsi verdi.
Sədr davam etdi:
-
Kim sizə belə bir hüquq verib ki, fərziyyə, bəlkə də əfsanə şəklində eşitdiyiniz məlumatlarla bizi də inandırmağa çalışırsınız?
Ata yenə nəyəsə nail olmağa çalışırmış kimi təkidlə davam etdi:
-
Mən sizə belə bir faktı da söyləyim ki, XVII əsrdə Parisdə yaşamış şair və alim Sirano de Berjerak “Günəşə səyahət” adlı kitabında o vaxtkı müasirləri üçün qeyri-adi olan termodinamikanın əsas prinsiplərini yazmışdır. Belə bir elmi əsəri yazmaq üçün sonralar meydana gəlmiş elmi nəticələr vacib idi. Sirano de Berjerak bu nəticələr ilə harada tanış olmuşdu? İkincisi, əgər mənim danışdıqların fərziyyə və nağıldırsa, o vaxtlar isti və soyuğun təsiri nəticəsində işığı doğuran və xarici enerji mənbəyi tələb etməyən “Əbədi İşıq Çırağı” necə işləyib?
Yerdən kimsə:
-
Elə çıraq olub?
-
Bəli, olub! Sirano de Berjerakın da üzvü olduğu gizli cəmiyyətin əfsanəvi banisi Xristian Rozenkreyserin qəbrinin üstü açılanda görüblər ki, orada yanacaq məsrəfi və xarici enerji mənbəyi tələb etməyən əbədi işıq çırağı yanır.
Kimsə:
Ata davam etdi:
-
Burada siz deyən qədər də qəribəlik yox idi. Bu sayaq çıraqların sirri təkcə onlara - Rozenkreyser və Sirano de Berjeraka yox, qədim Misir kahinlərinə də əyan olub ki, bu biliklərin mənbəyinin yerdənkənar sivil olmasına heç bir şübhəniz olmasın! Müasir alimlərdən A.Petuxovun fikrincə Siranoya yerdənkənar sivilin informasiya mənbəyi kimi də baxmaq olar. Sirano yerdənkənar varlıqlarla əlaqəyə giribmiş və bu barədə o özü məlumat veribmiş ki, Pozenkreyserlər məxfi bilikləri və texniki sirləri Yer adamlarına nisbətən daha məlumatlı olan başqa planet adamları ilə əlaqə nəticəsində əxz edirlər. Sirano təkidlə iddia edirdi ki, uzaq aləmlərin məxluqları bütün bəşər tarixi boyunca Yerə gəlib-getmişlər...
-
Dayan, dayan! – deyə sədr yenə atanın sözünü kəsdi. – Bizi çaşdırma! Əvvəl dedin ki, Sirano de Berjerak gələcəyə gedib öz bildiklərini oradan gətirib. İndi deyirsən ki, Sirano de Berjerak yerdənkənar sivilin informasiya mənbəyidir. Bunu necə başa düşək?
Ata:
-
Cavab üçün deyim ki, biz paralel dünyaların olduğunu qəbul edirik. Bu dünyalar – yalnız vaxt kvantları ilə bir-birini qabaqlayan sonsuz sayda Yer aləmləridir. Bir aləmdə baş verən hər hansı hadisə o birilərində də təkrar olunur. Yerdənkənar sivil məkan və zaman çəpərini adlamadan, “tunel effekti” ilə, bu aləmlərdən birindən o birinə keçmək üçün xüsusi şərait yaradır və nəticədə Sirano de Berjerak kimi adamlara bir paralel dünyadan o birinə keçmək və oranı “görüb”, informasiya ilə geri qayıtmaq imkanını verir.
Sədr əyləşənlərə müraciətlə:
-
Kimin bu məsələ barəsində sualı var? Kim çıxış etmək istəyir?
-
Mən çıxış etmək istəyirəm! – deyə İzzət müəllim ayağa qalxdı.
Sədr katibə müraciətlə:
-
Qeydləri aparırsanmı? – dedi.
Katib:
-
Bəli, - deyə cavab verdi.
Sədr İzzət müəllimə müraciətlə:
-
Buyurun! – dedi.
-
Mən sizə Pekinin qərbində yerləşən mağaralarda tədqiqat aparan fransız arxeoloqu, doktor Vilyam Luarın tapıntısı barəsində danışmaq istəyirəm. O, Parisdə keçirdiyi mətbuat konfransında bildirmişdir ki, mağaraların birində manuskriptlər tapmışdır. Bu manuskriptlərin iki minə yaxın yaşı var və onlarda xeyli maraqlı məlumatlar verilib. Arxeoloqun dediyinə görə o manuskriptlərdən 2099-cu ilədək baş verəcək hadisələr barəsində qabaqcadan məlumatlar söylənilir, - deyə İzzət müəllim iştirakçılara nəzər yetirdi və əlavə etdi: - İstəsəniz o “proqnozları” sizin üçün oxuyum?
Sədr:
-
Buyurun!- dedi.
-
İzzət müəllim cibindən göy üzlüklü dəftərçə çıxardı və sakitcə vərəqlədi. Axtardığı səhifəni tapıb, eynəyini düzəltdi və oxumağa başladı:
-
Professor Luarın dediyinə görə manuskriptlərdə şifrələnmiş şəkildə İsa peyğəmbərin taleyindən və Amerika qitəsinin kəşf olunmasından, dünya müharibələrindən və Sovet İttifaqının dağılmasından, 1986-ci ildə ABŞ-da kosmik qəzadan və QİÇS-in zühurundan söhbət açılır. Orada yazılmış digər uzaqgörmələr arasında professor Luar aşağıdakıları xüsusilə qeyd etmişdir: 2000-ci ildə Yaponiya fövqəl millitarist dövlətə çevriləcəkdir; 2004-cü ildə dəniz və okeanlarda bütün həyat formaları müəmmalı tərzdə yoxa çıxacaqdır; 2005-ci ildə nəhəng Sunamilərin nəticəsində Florida yarımadası məhv olacaqdır; 2022-ci ildə tükənməz, ucuz və təmiz enerji mənbəyi kəşf ediləcəkdir; 2007-ci ildə kosmosda peyklərin yaydığı xüsusi substansiyaların köməyi ilə ozon dəliklərinin bərpasının üsul və vasitəsi kəşf ediləcəkdir; 2059-cu ildə mədəni və məsuliyyətli yeni adamlar sinfi meydana çıxacaqdır. Onlar planetdə hakimiyyəti öz əllərinə alacaqlar.
-
Bütün bunlara inanmaq olar. Daha dəqiq desək, qeyd olunan hadisələrin manuskriptlərdə yazılmasına inanmaq olar. Çünki onlardan bəziləri artıq həyata keçmişdir və digərlərinin də həyata keçməsinə inanmamaqdan ötrü səbəb yoxdur, - deyə ata İzzət müəllimə minnətdarlığını bildirdi.
-
Sizin fikrinizi təsdiq etmək üçün deyim ki, - deyə İzzət müəllim davam etdi, - əlyazmalarda 48 qabaqcadan söylənilmiş fikir vardır. Onların 20-si artıq tarixin sərvəti olmuşdur.
-
O əlyazmaların müəllifi və yaşı barədə məlumat verə bilərsinizmi? – deyə sədr İzzət müəllim müraciət etdi.
-
Çin manuskriptlərinin təhlili sübut edir ki, onlar ən azı iki min il əvvəl yazılmışdır, lakin müəllifi məlum deyil, - deyə İzzət müəllim cavab verdi.
Sədr çevrilib yığıncağın katibinə:
-
Gülnar! Bunları qeyd edib, çatdıra bilirsənmi?
-
Bəli!
-
Deyilənlərin elmi əsasları olmasa da, adamda gələcəyə ümid yaradan yaxşı fikirlər var. Məni çox maraqlandıran o axırıncı tarixdir. O necə idi?
Gülnar qeydləri oxudu:
-
“2059-cu ildə mədəni və məsuliyyətli yeni adamlar sinfi meydana çıxacaqdır. Onlar planetdə hakimiyyəti öz əllərinə alacaqlar”.
Sədr:
-
Eşitmişik ki, belə sənəd fəlsəfi və ya dini fikirləri özündə əks etdirməlidir. Bəs burada belə şeylərə rast gəlinməmişdir? – deyə İzzət müəllimə baxdı.
İzzət müəllim çiyinlərini çəkdi: “yəni bilmirəm”. Sonra sədrin işarəsi ilə öz yerində əyləşdi.
Sədr Çin manuskriptləri haqqındakı söhbəti belə yekinlaşdırdı:
-
Ola bilsin ki, manuskriptin şifrəsi düzgün açılmayıb. Mənə orası aydın olmur ki, qədim çinlilər “Sovet İttifaqı” söz birləşməsini haradan bilərdilər?! Burada ziddiyyətli fikirlər olsa da məruzəçinin dediklərini təsdiqləmək üçün arqument kimi qəbul etmək olar.
Sonra sədr məruzəçiyə müraciətlə:
-
Buyurun! Davam edin! – dedi.
Ata qovluğun iiçindən bir qəzet səhifəsini götürüb oxumağa başladı. – “Bu fövqəladə hadisə 1978-ci ilin noyabr gecələrinin birində Almaniyada, Trir şəhərində xidmət edən bir amerikalı əsgər ailəsinin başına gəlmişdir. Həmin axşam Kris Ouens bu şəhərin kənarında yaşayan dostuna baş çəkmək qərarına gəlir. O altı aylıq hamilə olan arvadı Pamelanı və ilki 20 aylıq Braynı da özü ilə götürmüşdü. Onun dostu da evli idi. Axşamlarını xoş keçirən Ouenslər ailəsi düz saat 22:00-da ev sahibləri ilə sağollaşıb yola düşdülər. Sükan arxasında Pamela əyləşmişdi. Kris böyürdə oturub bərk yatmış balaca oğlunu qucağında tutmuşdu. Qəflətən, hər ikisi, özü də eyni vaxta, heyrətdən qışqırdılar, onları şüşə arxasında heç nəyi görməyə imkan verməyən gur işıq bürüdü. Pamela kəskin şəkildə əyləci basdı. Yuxarıdan düşən işıq şırnağının mənbəyini müəyyənləşdirmək çətin idi. Bir qədər sonra işıq axını bir az azaldı və bu vaxt Kris və Pamela başları üstündə, havada yavaş-yavaş fırlanan və fosforlanmış kimi işıldayan nəhəng bir cisİm gördülər. Qeyri-dəqiq cizgiləri onu böyük iri buluda bənzədirdi və mərkəzi sanki qığılcım topası formasında olan bir kütləydi. Ondan yayılan ağımsov işıq şüası səma rənginə çalan mavi rəngə çevrilirdi. “Tez burdan gedək!” deyə özünü itirmiş Pamela qışqırdı və mühərriki işə salıb maşını böyük sürətlə yerindən tərpətdi. Tezliklə evlərinə çatdılar. Lakin orada onları yeni sürpriz gözləyirdi –zaldakı divar saatı 00:10-u göstərirdi. Kris qolundakı saata baxdı və gözlərinə inanmadı, o da eyni vaxtı göstərirdi! Bu Ouenslərdə bərk çaşqınlıq doğurdu. Onların yaxşı yadındaydı ki, dostlarının yanından axşam saat düz 10 tamamda çıxmışdılar. Yol adətən, haradasa, yarım saat vaxt aparırdı. Onların məcburi dayanması bir neçə dəqiqədən çox çəkməmişdi. Bundan sonra isə yola, maksimum 20 dəqiqə vaxt sərf etməklə, çox böyük sürətlə gəlmişdilər. Kris və Pamela düşündülər ki, görəsən onlar yola çıxmaq vaxtında səhvə yol verməmişlər ki? Dostlarına zəng vurdular. Onlar da Ouenslərin “axşam saat 10-da getdiyini və indi saat 00:15 olduğunu təsdiq etdilər...” Bəs onda Kris və Pamela bu saat yarım vaxtı harada “itirmişdilər?”...
Yığıncaq iştirakçıları arasında pıçıltı düşdü. Sədr karandaşla mikrofonu döyəclədi və məruzəçiyə müraciətlə:
-
Biz eşitmişdik ki, Yerdə adamlar belə vəziyyətə düşəndə onların saatları geri qalır. Görəsən bu dəfə kişinin qol saatı nəyə görə yaddan çıxıb? – deyə sədr cavab üçün ataya tərəf baxdı.
-
Zəkəriyyə müəllim! Mən bu suala cavab verə bilmərəm. Yəni Krisin qolundakı saatın vaxtı adi qaydada ölçməsinə imkan verilməsinə inanmag olmur. Amma həmin məqalədə məni maraqlandıran bir məsələ var ki, o da Yerdə adamların gələcəkdə istifadə olunmaları üçün hazırlanmasıdır. Elə bilin ki, kəşfiyyat idarəsi gələcəkdə cəsusluq etmək üçün özünə agent hazırlayır! İcazə verin məqalənin bəzi yerlərini oxuyum.
-
Buyurun, hamısını oxuyun! – deyə sədr şəhadət barmağı ilə atanın əlindəki qəzet səhifəsini göstərdi.
Ata davam etdi:
-
Vaxt ötdükcə onların həyəcanı daha da güclənirdi. Arvadının halı Krisi çox narahat edirdi. O, az və pis yatır, daim yerindən sıçrayır, yuxuda nədənsə şikayətlənirdi, iştahadan da kəsilmişdi. Ouenslər qərara aldılar ki, Pamela ABŞ-a yola düşsün. O, bu qəribə gecədən təqribən iki ay sonra Almaniyanı tərk etdi. Vətənində bu qadın qohum və dostlarının tövsiyyəsi ilə UNO ilə bağlı təzahürləri öyrənən təşkilata müraciət etmək qərarına gəldi və orada ailə sirrinə riayət edilməsi şərti ilə hər şeyi açıb danışdı. Onu müalicə edən həkimin nəzarəti altında həmin müəmmalı noyabr gecəsində baş vermiş hadisənin gedişini bərpa etməyə imkan verən ber neçə reqressiv hipnoz seansından keçdikdən sonra Pamela Ouens xatırladı ki:
-
İşıqsaçan kütlə onların maşınının üstünə enəndə biz heç bir təkan hiss etmədik. Maşını şössenin kənarına sürüb dayandırdım. Sonra mən və qucağında Braynı tutmuş Kris maşından düşdük və dayanıb gözlədik. Əgər həmin məqamda kimsə bizdən nə gözlədiyimizi soruşsaydı, buna heç bir cavab verə bilməzdik. Çünki bir şey bilirdik: biz burada olmalıyıq! İzahedilməz səbəbdən biz qorxu hissi keçirmirdik. Aydın idi ki, hansısa bəlli olmayan qüvvə büzim hərəkətimizi proqramlaşdırırdı. Bu vaxt Kris ətrafdakılara tam etinasız idi və elə bil başı təkcə qucağında saxladığı Brayna qarışmışdı. Bir qədər keçdikdən sonra o, körpə də qucağında, sanki ona yol verirmiş kimi məndən aralanmışdı. Amma onun hara getdiyini mən yadıma sala bilmirəm...
Bu yerdə Pamelanın yaddaşında boşluq yaranırdı. Hətta hipnoz altında belə Pamela zəif sarımtıl işığa qərq olmuş kiçik bir otağa necə düşdüyünü deyə bilməmişdi. Bir yadında qalan o idi ki, tezliklə iki çox hündürboylu humanoid otağa girdi. Onların iri başlarının tüksüz, qırışlarla örtülü dərisi vardı. Gözləri iri və dərində yerləşmişdi. Deyəsən, əyinlərində də paltarları yox idi. Hər halda Pamela bu barədə heç nə deyə bilmirdi. Bir də o yadında qalmışdı ki, onların əllərində adam barmaqlarından uzun olan dörd barmaqları da vardı. Bu “adamlardan” biri dodaqlarını tərpətmədən yumşaq səslə Pamelaya demişdi ki, həyəcanlanmasın. Ona heç nə etməyəcəklər. Sonra onun qarnını yoxlamağa başladılar, sanki bətndəki uşağın ölçülərini və duruşunu müəyyənləşdirmək istəyirdilər. Humanoidlərin birinin əlindəki 8-10 sm-lik iynəni görəndə Pamelanı dəhşət bürümüşdü. Pamela deyidri ki, iynəni tez onun qarnına yeritdilər. Pamela ümidsizlik içində qışqırdı... Bu yerdə yenə də onun yaddaşı pozulur.
Tezliklə Pamela dünyaya Keli adlı qız gətirdi. Uşağın çəkisi normal idi və doğuş qeyri-adi şəkildə asan keçmişdi. Bir müddət Ouenslər uşağa görə narahatlıq hissi keçirdilər. Lakin axırda belə bir fikirlə razılaşdılar ki, “uçan boşqaba” ananın “səfərinin” Kelinin həyatına təsiri olub-olmamasını gələcək göstərəcəkdir.
Ata dayandı və zala baxdı. Məqalənin oxunub qurtarmasına baxmayaraq bir müddət zalda tam sakitlik hökm sürdü. Nəhayət, kimsə yerindən soruşdu:
-
Görəsən indi onlar haradadırlar və necədirlər?
Ata:
-
Bu sualla mən yox, onu yazan alman qəzetinin redaksiyasına müraciət etmək lazımdır! – dedi.
Katib sədrdən icazə alıb, ataya müraciət etdi ki, qeydiyyatı tamamlamaq üçün məqaləni müvəqqəti ona versinlər.
Sədr:
Ata da qəzet səhifəsini katibin stolunun üstünə qoydu və gəlib Tərxanın yanında oturdu.
Sədr yığıncağı belə yekunlaşdırdı:
-
Hörmətli əməkdaşlar! Bu günkü qeyri-adi və maraqlı yığıncağımızı belə bir nəticə ilə yekunlaşdıraq ki, şüurlu kosmos sakinlərinin mövcud olub-olmamasını ya təsdiq, ya da ki, inkar etmək olmaz. Çünki təsdiq və ya inkar qərarını qəbul etmək üçün əlimizdə heç bir obyektiv fakt yoxdur. Ona görə kosmopaleokontakt nəzəriyyəsinin analizini davam etdirməyə lüzum var və o səbəbdən də bizim mərkəzdə ufologiya ilə məşğul olan kiçik bir qrupun yaradılması məqsədəuyğundur. Mən təklif edirəm ki, bu gündən biz də mərkəzimizdə ufologiya ilə məşğul olan kiçik bir qrup yaradaq. Bu qrupun üzvlərindən xahiş edək ki, respublikamızın və eləcə də dünyanın ufoloqları ilə əlaqə saxlasınlar. Vaxtaşırı belə yığıncaqlar təşkil edək, fikir mübadiləsi keçirək və təəssüratlarımızı bölüşdürək.
Sonra sədr atadan xahiş etdi ki, qrupa daxil olmaq istəyən əməkdaşlarla fərdi söhbət etsin və iki gün müddətində onların tamç siyahısını elmi katibə təqdim etsin.
Ata:
-
Baş üstə” – dedi və əlavə etdi, - UON-larla maraqlanmaq məsələsini Tərxan ortaya atıb. Ona görə də yığıncaqdan xahiş edirəm ki, Tərxanı da həmin qrupa daxil etsinlər.
Sədr diqqətlə Tərxanın üzünə baxdı və ataya:
-
Başa düşmədim!- -dedi.
-
Hörmətli sədr Tərxanda bu sahə üçün xüsusi bir istedad var. O bizə müəyyən işlərdə kömək edəcək, - deyə ata əlini Tərxanın çiyninə qoydu.
-
Noolar?! Mən razıyam! – deyə iclasa sədrlik edən, Elmi mərkəzin direktoru Zəkəriyyə müəllim ayağa qalxdı və yığıncaq iştirakçıları ilə sağollaşıb getdi.
Tərxan hiss etdi ki, əməkdaşların çoxu ona şübhə ilə baxırlar. Öz-özünə fikirləşdi:
-
Görəsən, Yetti bunlara nə deyərdi?
Yenə Yettinin sakit və inamlı səsini eşitdi:
-
Hər şey qaydasındadır. Mən hamısını görürəm!Sən heç narahat olma!...
Tərxan yavaşcadan:
-
Yetti!... – dedi və durub atanın əlindən tutdu.
Onlar zaldan çıxıb həyətə düşdülər.
Yığıncaqdan sonra hər kəs öz işinin dalınca getdi. Ata da Tərxanla laboratoriyaya düşdülər. İzzət müəllim Tərxana laboratoriyadakı cihazları göstərir, onların iş prinsipi haqda danışırdı. Arabir də Tərxan sual verir və bu suallarla İzzət müəllimi demək olar ki, heyrətləndirirdi. Əslində sualı Tərxan yox, Yetti verirdi. İzzət müəllimin isə bundan xəbəti yox idi.
Bu minvalla onlar laboratoriyanın bütün otaqlarını gəzdilər və axırda İzzət müəllim ataya məsləhət gördü ki, Tərxan yorulduğu üçün evə aparmaq lazımdır. Ata onunla razılaşıb Elmi mərkəzdən çıxdılar və evə yollandılar.
Yolda ata Tərxana dedi:
-
Bakıdan zəng vurmuşdular. Dedilər ki, Məmmədəli müəllim ilə danışım. Deyəsən o nəsə bir şey tapıb!
-
Kəllə modeli barəsində?
-
Bəli.
-
Ata! Bu lap yaxşı oldu. Yetti də məmnundur. Xahiş edir ki, evdən paralel telefonla danışaq və mən də sizin danışığınıza qulaq asım.
-
Nolar?! Lap yaxşı! Bu gün evdən Bakıya – Tarix İnstitutuna zəng edərik.
Onlar evə çatan kimi ata telefonla 07-yə zəng vurub Bakı ilə danışmaq üçün sifariş verdi. Heç 15 dəqiqə keçməmiş Bakı ilə əlaqə yarandı və professor Məmmədəli Hüseynov bildirdi ki, 1927-ci ilin aprelində F.A.Mitçell-Haçesin rəhbərliyi altında keçmiş Britaniya Hondurasının qədim Maya şəhərində arxeoloji qazıntı apararkən onun qızı Mitçell-Hedçes-Enn bir uçmuş tikinti altından cilalanmış kvarsdan hazırlanmış kəllə sümüyünün modelini tapıb. Birinci tapıntı zamanı kəllənin modelinin alt çənəsi yox idi. lakin üç aydan sonra model tapıldığı yerdən 7-8 m aralıda alt çənəni də tapıblar. 1964-cü ildə Enn həmin tapıntını tədqiq etdirmək üçün sənətşünas F.Dorlonda verib. Dorland deyib ki, kəllə modeli 152, 4x203, 2-152,4 mm ölçüsündədir və 5,13 kq kütləyə malikdir. Bu model bir tam kristal kütlədən hazırlanıb və onun üzərində bir dənə də olsa metal alətin izi yoxdur. Səthin pardaxlanması elə ustalıqla həyata keçirilib ki, belə bir üsul bizim sivilə məlum deyil. Çünki belə işi yerinə yetirmək üçün ən qabiliyyətli pardaqçıya 300 ildən çox vaxt lazım gələrdi. Dorland müəyyən edib ki, kəllə modelinin boyun hissəsində prizma və kanallar sistemi var. Əgər bu modelin altına işıq mənbəyi qoyulsa, həmin sistem vasitəsilə modelin göz çuxurları işıqlanar. Morfoloji tədqiqat məlum edib ki, kəllə modeli qadın başını əks etdirir. Kəllə modelində açılmış nazik kanallardan keçirilmiş sapla alt çənəni hərəkət etdirmək olur.
Tədqiqatları davam etdirmək üçün Dorland modeli kvars işi ilə məşğul olan “Hület-Pakkard” firmasının ekspertlərinə verdi. Onların da rəyi belə oldu ki, “Kəllə” modeli bir parça buluddan hazırlanıb. Həmin parçanın özü 3-4 monokristaldan ibarət olub, material Moos şkalasına görə 7 bala uyğun möhkəmliyə malikdir və bu xassəsinə görə o, almaz, korund və topazdan sonra dördüncü yerdə durur. Yəni ki, modelin materialını almazdan başqa alətlə kəsmək mümkün deyil. Belə möhkəmliyə malik olan maddə, bir neçə monokristaldan ibarət olduğuna görə həcm daxili gərginlik yaranmalı idi ki, kəskinin bir balaca toxunması ilə kəllə modelinin hazırlanacağı kütlə xırda tikələrə parçalansın. Firmanın verdiyi rəydən belə çıxır ki, o model büllur parçasından hazırlanarkən elə bil ona kəski toxundurulmayıb. Ən nəhayət, “Hület Pakkard” firması açıqlayıb ki, “gərək belə bir möcüzə heç olmayaydı. Görəsən necə olub ki, kristall və onun oxları haqqında heç bir təsəvvürü olmayan qədim insan bu modeli hazırlayan zaman büllur kütləsi onun əlində parçalanmayıb?!” Daha maraqlıslı da odur ki, Mitçell-Hedçes özü bu işi qədim atlantlara aid edir. Kosmik paleokontakr tərəfdarları isə güman edirlər ki, bunu başra planetdən gələnlər düzəldib.
Ata Məmmədəli müəllimdən soruşdu:
-
Sizin fikrinizcə, görəsən, nə üçün kosmosdan gələnlər belə bir iş üçün o qədər vaxt sərf edib? Məmmədəli müəllim:
-
Bilmirəm, - dedi və əlavə etdi. – Həmin modelin oxşarları da var. 1889-cu ildə Meksikadan tapılmış belə bir əşya indi Britaniya muzeyində saxlanılır. Amma o model, bizim haqqında söhbət etdiyimizə ölçücə yaxın olsa da rəngi tutqundur. Hissələrdən təşkil olunub və alt çənəsi tərpənmir. Başqa bir kobud “surət” də Parisdə “İnsan” muzeyində saxlanılır. Amma məlumdur ki, Parisdəki model yeraltı qaranlığın və ölümün sahibi hesab edilən Atstek allahının surətidir. Ümumiyyətlə, XV-XVI əsrlərdə İtaliya və Cənubi Amerika qitəsində heç bir optik effekt verməyən büllur modellər çox yayılmışdır. Lakin bunların heç biri Hondurasda tapılmış model qədər sirli və cazibədar deyil.
Ata belə bir məlumatın verilməsini təşkil etdiyinə görə Məmmədəli müəllimə öz səmimi minnətdarlığını bildirdi.
Tərxan da mətbəxtdəki paralel telefonla danışığa qulaq asmışdı və Yetti Tərxan vasitəsi ilə məlumatı eşitmişdi. Daha əlavə işə ehtiyac qalmadı. Yetti xahiş etdi ki, elə bu axşam binadan kənar bir yerdə görüşsünlər. Bu görüşün belə tələsik istənilməsini Yetti onunla əsaslandırdı ki, artıq Tərxanın yay tətili sona yaxınlaşır və onun özünün də vaxtı azalıb. Çox çalışdıqlarına baxmayaraq, hələ görülməmiş bir neçə iş qalıb.
Ata Tərxanla məsləhətləşdi ki, Yetti ilə həyətdəki bağçada görüşsünlər. Axşam yeməyindən sonra onlar həyətə düşdülər və gətirdikləri döşəkçələri oturacaqların üstünə salıb, üzbəüz əyləşdilər.
-
Tərxan! Dostuna de buyursun! – deyə ata Tərxanın çiyninə toxundu.
-
Ata, Yetti bizi gözləyir. Deyir elə bu axşam mənimlə gəzintiyə çıxmaq istəyir.
-
Ondan öyrən görüm, gəzintiyə necə çıxacaqsınız?
-
Ata, Yetti deyir ki, gəzintimizin mən ancaq yuxuda görəcəyəm!
-
Yuxuda?!
-
Bəli.
-
Bəs mən necə iştirak edəcəyəm?
-
Yetti söz verir ki, mən gördüklərimin hamısını yadımda saxlayıb sənə danışacağam. Deyir mənim normal yaşamağım üçün müəyyən işlər gördükdən sonra çıxıb gedəcəklər və o bir daha məni narahat etməyəcək.
-
Onlar necə işlərdir elə?! – deyə ata öz nigarançılığını bildirdi.
-
Deyir, birincisi odur ki, sənə lazım olan məlumatları verdikdən sonra onunla bağlı olan bütün hadisələri mənim yaddaşımdan silinəcək. İkincisi, mənə başqa yoldaşlarımdan fərqləndirəcək heç bir üstünlük vəd etmir. Onların mərkəzlərinin rəyinə görə belə bir iş olsa, mən həyatda normal adam olmaram.
-
Allah eləməsin!
-
Hə... Bir də deyir, normal insan üçün lazım olan zehni qabiliyyətim var və həyatda öz xöşbəxtliyimi özüm qura biləcəyəm.
-
Yaxşı!... Mən nə deyirdim?... Yaxşı, məsləhət onun özünündür!
-
Ata, Yetti deyir ki, məsləhət onun özünün deyil, Mərkəzindir!
Ata yenə nigarançılıqla:
-
Bəlkə Mərkəz ona əmr etdi ki, mənim də yaddaşımı silsinlər! Onda necə olacaq?
-
....
Tərxanın cavab vermədiyin görən ata əlavə etdi:
-
Yaxşı... Amma, hər halda, Yetti onunla olan görüşlərimiz barədə müəyyən bir məlumat yazmaq imkanımızı əlimizdən almayacağına əminəm!
-
Ata, Yetti deyir biz o barədə danışmışıq və razılığa gəlmişik. İstəsən məlumatın məzmununu dəqiqləşdirə bilərik.
-
Yəqin ki, yazacağımız məlumatlar Yerdə insanın təşəkkül tapması haqqında olacaq. Əgər bütün bunları bir yerdə çap elətdirə bilsək ki, adamlar oxuya bilsinlər, gür nə qiyamət qopacaq?!
-
Yerdə belə məlumatlar çox çap olunur. Heç bir çətinlik də olmur, - deyə Tərxan Yettinin fikrini ataya çatdırdı.
-
Hər halda müəyyən bir tərəddüdə zəmin yaranacaq... Düzünü desəm, mən ehtiyat edirəm ki, bu görüşlərimiz barəsində kimə danışsaq və hara yazsaq, heç kim qəbul etməyəcək. Hələ qorx ki, bizə güləcəklər. Ona görə ...
Ata fikrini yarımçıq qoyub susdu.
-
Ata! Yetti soruşur ki, niyə susdun?
-
Yettidən soruş görüm görüşlərimiz haqda susmaq ən yaxşısı deyilmi?
-
Ata! Yetti deyir ki, siz təkcə bacarıqsızlığınızdan yox, öz təkəbbürünüz ucbatından susursunuz. İstəyirsiniz sizə söz gəlməsin. Siz Qobi səhrasında, üçüncü dövrün qumlağında çəkmə izi tapanda da susdunuz. Krımdan tapdığınız milyon il bundan əvvəl güllə ilə öldürülmüş kərgədanın kəllə sümüyünü görəndə də, Saxarada skafandrda olan kosmonavtın paleolik əksini tapanda da susmusunuz! İndi də susursunuz...
-
Biz susmamışıq. Sözümüzü demişik!
-
Amma həmişə də nəyə görəsə, öz sözünüzün üstündə dura bilməmisiniz. Kiminizə din, kiminizə də dövlət mənafeyi imkan verməyib. Əgər nəzərə alsanız ki, bizi də yaratmış olan kainatın sahibi elə sizin də yaradanınız, himayəçinizdir və həm bizə, həm də sizə imkan berib ki, yaradıcılıq ilə məşğul ola, onda siz həqiqəti söyləməkdən çəkinməzdiniz...
-
Yetti! Yerdə cürətli insanlar çoxdur. Onlar öz fikirlərini heç nədən çəkinməyərək söyləməyi baçarıblar. Mən həmişə Əkbər Tursunovun kosmologiya haqqındakı təqdirəlaiq fikirləri ilə maraqlanmışam.Çalışmışam ki, öz ətrafımdakıları da bildiklərim ilə tanış edim.
-
Ata! Yetti xahiş edir ki, əgər qəlbinə dəyən bir söz deyibsə, onu bağışlayasan. O sənin kosmologiya haqqında müəyyən təsəvvürlərə malik olmağına şübhə etmir.Lakin istəyir ki, insanlar dünyanı dərk etmək üçün düzgün istiqamət götürsünlər. İnsanlar bilsinlər ki, onlar dünyaya qarşı nəzərə alınmayacaq balaca bir varlıq deyil, onunla qohumdur və onun kiçik bir surətidir. Qoy İnsan görsün ki, dünya onun məişətinə uyğun qurulub. Kainatın qorxunc dərəcədə böyüklüyü və heyranedici harmoniyası insana xətər yetirmir!
Ata razılıqla başını yellədi və dedi:
-
Bizin elmi biliklərimizin indiki səviyyəsi imkan verir ki, Yer biosferinin mənbəyinin kosmosun olması haqqında məsələ qaldıraq. Əgər səsimizi eşidən olsa, onda Yerdə həyatın yaranması vacibliyinin nəticəsindənmi və ya kosmik təsadüf üzündənmi meydana gəlməsi barədəki köhnə mübahisələrə yeni təkan veriləcək. Elə deyilmi?
-
Burada kosmik təsadüf yox, kosmik vacibiyyətdən danışmaq lazımdır!- deyə Tərxan Yettinin fikrini ataya çatdırdı. Ata yenə razılıqla başını tərpətdi.
Tərxan:
-
Ata, mənimdə Yettiyə bir sualım var,- dedi.
-
Sualın cavabını onun özündən istə! Amma sual və cavabı səslə təkrar et ki, məndə eşidim! – deyə ata fikirləşdi ki, görəsən Tərxan nə sual verəcək?
-
Yaxşı, Yetti! Siz adam inşa edəndə onu bədəncə bütün canlılardan böyük və qüvvətli düzəldəydiniz ki, insan heç nədən qorxmayaydı, - dedi və özü davam etdi: - İnsan heç nədən qorxmur. Onun ağlı hər cür fiziki, kimyəvi, bioloji və s. təsir qüvvəsindən güclüdür. İkinci tərəfdən də insan inşa edilərkən allometrik pirinsip gözlənilib. Yəni insanın çənəsi ilə onun ölçüləri, çeviklik və baçarığı ilə mütənasibliyi gözlənilib. Beləcə də hər bir canlının ölçüsünə onun çəkisinə uyğun qurulub. Hər bir quru və su heyvanının iriliyinin həddi var. Elə sizin Yer elminə də məlumdur ki, quruda fildən, suda balinadan böyük canlı yaşaya bilməz. Çünki canlının çəki artımı onun xətti ölçüləri, yəni uzunluq, hündürlük və gövdəsinin diametri artımının kubu, sümüyünün diametri isə kvadratı ilə mütənasib olmalıdır.
-
Tərxan! Onu mən də eşitmişəm. Hələ Qaliley müəyyən etmişdir ki, əzələnin gücü onun en kəsiyinin sahəsi ilə mütənasib olur. Yəni bədən ölçülərinin artması kütlənin artmasına nisbətən daha zəif gedir, - deyə ata Tərxanın dediklərini təsdiq etdi.
Tərxan diqqətlə ataya qulaq asırdı. Deyəsən o heç nə başa düşməmişdi.
Ata dediklərini bir də təkrar etdi:
-
Demək istəyirəm ki, bədəni bir balaca böyütmək üçün gərək kütləni filan qədər artırasan. Bu isə onu göstərir ki, bütün canlılar hansısa müəyyən bir ölçü daxilində mövcud ola bilər.
-
Ata, Yetti Qaliley haqqında verdiyi məlumat üçün sənə təşəkkür edir. Deyir ki, mən öyünürəm ki, bizim inşa etdiyimiz adamlar çox ağıllı çıxıblar. O, Qalileylə və müasir insanların bilgisayar maşınlar düzəldə bilməsi ilə fəxr edir...
Tərxan bir az susdu və davam etdi.
-
Yetti deyir ki, insanın bədən quruluşu və onun bacarığı haqda digər məlumatlarınız varsa, onları da söyləyin.
-
Nə mənada? – deyə ata sualı dəqiqləşdirmək istədi.
-
Yəni, Qalileydən başqa digər alimlər də bu işlə məşğul olublarmı? Olublarsa, onların hansı nəticələri sənə məlumdur?
-
Mən bilən Qaliliey bədənin malik ola biləcəyi güc haqqında qanunauyğunluq kəşf edib. Helmhols canlının uçması, qaçması və üzməsi üçün sərf edəcəyi gücü, Rubner bədənin səth sahəsi qaydasını, Bordi müxtəlif bədən aktivliyi ilə güc arasındakı münasibəti, Nyuton, Fürye və Klayber bədənin soyuma və istilik vermə qanunlarını və yenə onlar Mayerin rəhbərliyi altında bədən enerjisinin saxlanması qanununu müəyyən ediblər.
-
Ata, Yetti təşəkkürünü bildirir və məsləhət görür ki, durub qalxaq evə və istirahət edək.
-
Yaxşı. .. Gedək, yataq!
Tərxan şeyləri yığışdırdı. Ata da bağın qapısını bağlayıb onun arxasınca evə getdi.
* * *
Ata divanda oturub, gündüz aldığı qəzetlərə baxırdı. Tərxanın da başı TV-də kinoya qarışmışdı. Ata Tərxanı çağırıb dedi:
-
Tərxan! Bir bax, burada nə yazıblar?!
-
Nə yazıblar?
-
Məhəmməd Sidqi adlı bir əfqan riyaziyyatçısının fitri qabiliyyətini YUNESKO dünya sivilinin misilsiz sərvəti elan edib. Yazılıb ki, bu 33 yaşlı riyaziyyatçı alim riyaziyyata aid 400 elmi suala bilgisayar maşınından 6 dəqiqə 17 saniyə tez cavab veribmiş...
Ata gördü ki, Tərxan ona “qulaq assa da” heç nə başa düşmür. Ona görə yenə sakitcə qəzet oxumağını davam etdirdi. Tərxan durub atanın yanına gəlib, dedi:
-
Ata Yetti xahiş edir ki....
-
O çıxıb getməyib?!
-
Yox! O, həmişə bizim yanımızdadır!
-
Nədən bilirsən?
-
Özü deyir!
-
Mənim indi sənə danışdığım alim haqda ona da danışım?
-
Ata, Yetti maraqlanır ki, görəsən nəyə görə həmin məqalədən mənə demək istədiyin fikri sona yetirməyim?
-
Hə... Mən demək istəyirəm ki, Məhəmməd Sidqinin hesablamaları Yettinin dedikləri ilə uzlaşır.
-
O nə deyir ki?
-
O deyir ki, İncilin və Quranın haqq olduğunu mən riyazi hesablamalar əsasında isbat etmişəm. Hər iki kitabda çoxlu real faktlar var. Allahın axırıncı elçisi Məhəmməd Peyğəmbər, ondan əvvəlki elçisi isə İsa Peyğəmbər olub. Bəşər övladı Adəmdən başlayır. Amma insanın ruhu kosmosdan gəlib. Adəm kosmik eksperimentin məhsuludur. Dördüncü elçi - göylərdir, orada zaman dəyişmir, o maddi deyil. Göyün 7 qatı var, yeddinci qat əbədiyyətdir.
-
Ata! Yetti məlumat üçün təşəıkkür edir və bildirir ki, burada təəccüblü heç nə yoxdur. İnsan övladının malik olduğu imkanlar içərisində Məhəmməd Sidqinin söylədiyi fikirlərin hamısının mürəkkəb riyazi hesablaşmalarla əsaslandırılması adi bir şeydir.
-
O öləcəyi günü də hesablamışdır!
-
Ata, Yetti deyir ki, öz bədəninin həyatdan ayrıldığı zamanın insan tərəfindən hesablanması çox çətin riyazi məsələdir. Çətinlik ondadın ki, belə məsələnin həll edilməsi üçün qidalanma faktorunun, ətraf mühit amilinin, təsadüflər ehtimalını, bədənin sağlamlıq dərəcəsini və s. nəzərə almaq lazım gəlir. Ona görə də insan anadan olacağı günü bilmədiyi kimi öləcəyi günü də bilmir. – Tərxan bir anlığa susdu və sözünə davam etdi.
-
Bir də, Yetti deyir ki, daha gecdir. Mənə istirahət lazım olduğunu nəzərə al!
-
Kim nəzərə alsın?
-
Sənə deyir də... Deyim ki, guya mən yorulmuşam. Amma mən yorulub eləməmişəm!
-
Yaxşı... Dur yataq! Yetti düz deyir.
Tərxan könülsüz- könülsüz ayağa qalxdı və yataq otağına keçdi.
Bir müddət keçmişdi ki, Tərxan yuxudan ayıldı. Başını qaldırıb atasının çarpayısına baxdı. Deyəsən ata yuxlamışdı.
Tərxan Yettinin sakit və işgüzar səsini eşitdi.
-
Gedirikmi?
-
Hara? – deyə Tərxan balıncdan başını qaldırıb ətrafa baxdı. Yetti onun çarpayısının yanında durmuşdu.
-
Yetti biz hara gedəcəyik?
-
Unutmusan? Biz “Aşırıişıq” – sizin fransız professor Reji Duteyin “Taxion” adlandırdığı dünyaya gedəcəyik.
-
Yetti! Ora haradır?
-
Biz gedək! Oranın hara olduğunu özün görəcəksən.
-
Yetti! Bizim ora getməyimiz vacibdirmi? Gəlsənə heç yerə getməyək!
-
Yox.... Tərxan! Bizim ora getməyimiz vacibdir. Bu proqram üzrə işdir. Sənin ora getməyin mənim getməyimdir. Yəqin sən mənə kömək etməyə çalışacaqsan. Möhkəm ol, Tərxan!
Tərxan könülsüz çevrilib ataya baxdı. Ata şirin yuxuda idi. Sonra Yettidən soruşdu:
-
Biz nə vaxt gedəcəyik?
-
Sən hazırsan?
-
Bəli!
-
Elə indi. Sən sakitcə uzan! Hesab et ki, yuxlamısan! Sən hadisələrin hamısını yuxuda görürsən!
Tərxan sakitcə başını balınca qoydu və üzünü Yettidən o biri tərəfə çevirdi.
O hiss etdi ki, öz-özündən ayrılır, iki nəfər olur və onlardan biri, bu hadisəni görən, yavaş-yavaş yuxarı – otağın tavanına doğru qalxır. Sonra yuxarıda olan öz oxu ətrafında fırlanmağa başlayır və görür ki, aşağıdakı öz çarpayısında sakit vəziyyətdə uzanıb. İstəyir ki, aşağıdakı əlini, ya da ayağını tərpətsin, başını çevirsin, mümkün olmur, bədəni ona reaksiya vermir. Ağlına nə gəlisrə, istəyir ki, aşağıya öz bədəninə qayıtsın. Ona da nail ola bilmir. İstər-istəməz həyəcanlanmağa başlayır.
Bu zaman:
-
Sənə nə olub? Niyə belə narahatsan?- deyə Yetti onu dindirdi.
-
Yetti, mənə nə olub? – deyə Tərxan əks-sədalı səsləYettiyə müraciət edir.
-
Sənə heç nə olmayıb! Özünü möhkəm tut! Hər iş öz qaydasında gedir. İndi biz yola düşəcəyik!
-
Tərxan Yettini görmürdü. Onun fırlanma sürəti getdikcə artır, qulaqlarında yumşaq, fit səsinə oxşar, lakin yüksək intensivlikli səslər eşidilirdi. Otaq yavaş-yavaş qaranlıqlaşırdı. Tərxan gördü ki, onun gözü qabağında otağın divarları qara- boz buluda çevrilir və nəhayət otaq yox olur, ətraf qatı qaranlığa bürünür və külək səsinə oxşar uğultulu səslər eşidilir. Tərxan gördü ki, onu əhatə edən qaranlıq fırlanan boruya bənzər tunelə çevrilir və tunelin o biri başında zəif işıq görünməyə başlayır. Tərxan özündən asılı olmayaraq o işığa doğru hərəkət etməyə başladı. Tunelin o biri başına yaxınlaşdıqca işıq artır, daha güclü, daha parlaq olurdu. Tunelin çıxacağında işıq Tərxanın gözünü qamaşdırdı, onu özünə tərəf çəkməyə başladı. Bu qeyri-adi cazibə getdikcə artırdı. Sonra isə Tərxanı xüsusi ləzzəti olan bir rahatlıq qarşıladı. Onu pambığa oxşar ilıq işıq oreolu əhatə etdi. Tərxana elə gəldi ki, o kainatın nə qədər nəhəng ölçüyə malik olduğunu hiss edir və özü də bu ənginliyin bir hissəsidir. Fırlanma sürəti isə elə hey artırdı...
Tərxan rahatlıq və yüngüllüyə o qədər aludə olmuşdur ki, demək olar Yettini tamam unutmuşdu. Axır ki, Yetti özü “onun da Tərxanla bir yerdə olmasını” bildirdi. Bu hadisə belə oldu: rəngarəng cizgi filmlərinə oxşar mənzərələr onu daha uzaqlara uçmağa sövq edirdi. Nəhayət ki, Yettinin yumşaq səsini eşitdi:
-
Tərxan, biz iş dalınca getməliyik!
-
İndi hardayıq?
-
Biz elə məkandayıq ki, burada zamanın Yerdəki kimi bir istiqamətlə gedişi yoxdur. Zamanın hansı istiqamətdə getməsinin tənzimlənməsi bizim imkanımızdadır.
-
Necə yəni?
-
Onu özün biləcəksən!
-
Yaxşı!... – deyə Tərxan razılaşdı. – İndi Yerə enməliyik?
-
Tərxan, burada zamanın təsiri olmayan bir məkanda “enmək və ya qalxmaq” şərti istiqamətlərdir. Onları sənə izah etmək çətin olacaq. Yaxşı olar ki, Yan Kurenin “Heç kəs həmişəlik ölmür” kitabını oxuyasan.
-
Yetti, sən elə kitabların olmasını hardan bilirdən?
-
Bizdən başqa tədqiqatçılar da var! Onlar da məlumatları mərkəzə verir. Biz isə onları mərkəzdəki bankdan hazır şəkildə alırıq, - deyə Yetti cavab verdi və Tərxana uzaqdakı yaşıl bir bölgəni göstərib, - o yaşıl planeti görürsənmi? Ora Yerdir, - dedi.
Tərxan soruşdu:
-
Yetti deyirlər ki, kainat qaranlıqdır. Bəs biz niyə hər yeri aydın görürük?
-
Kainatın onlara qaranlıq, bizə isə işıqlı olması səbəbini sən başa düşməzsən.
-
Niyə?
-
Ona görə ki, sən hələ insan beyninin necə işlədiyini bilmirsən! Biz “Yaşıl planet”in səthinə yaxınlaşdıq. Biz Perunun üstündən uçuruq.
-
Tərxan həmin anları belə təsvir edir: çox qəribə bir mənzərə gördüm. Ətrafda hal-hazırkı həyat öz axarı ilə davam edir, amma məd öz-özüm ətrafında fırlanma sürətini artırmaqla elə bil hadisələri geriyə qaytara bilirdim. Biz bir az da aşağı endik. Yetti bildirdi ki, bura Naska səhrasıdır. Mən həmin səhrada torpaq üzərində çəkilmiş nəhəng insan, vəhşi heyvan, quş, balıq şəkillərini görüb heyrətə gəlmişdim. Yetti bildirdi ki, bu şəkilli sahə Kordilyerin ətəyindən 10 km qərbə və 50 km şimaldan cənuba doğru uzanır.
Biz lap aşağı endik. Mən artıq öz oxum ətrafında fırlanma tezliyini dəyişə bilərdim. Yetti də mənimlə sinxron hərəkət edirdi. Amma o öz oxu ətrafında yox, mənim ətrafımda fırlanırdı. Belə olmasa mən onu həmişə sağ tərəfimdə görməzdim. Ağ işıq sol tərəfimdən düşürdü. Mən fırlanırdım və bu hərəkətimi elə işıq gələn səmtə görə müəyyən edirdim. Başqa bir maraqlı cəhət də o idi ki, fırlanmağıma baxmayaraq həmişə aşağını – Yerin səthini görürdüm.
Yetti məni maraqlı bir hadisə ilə tanış etdi. Peru alimləri bu nəhəng şəkillərin nə üçün çəkilməsi barəsində mübahisə aparırdılar. Biz onların yanında olmağımıza baxmayaraq heç biri bizə əhəmiyyət vermirdi. Mən əmin oldum ki, atanın Yettini görmədiyi kimi onlar da bizi görmür və səsimizi eşitmirdilər. Onların Kabrera adlı bir alimi deyidri ki, bi şəkilləri qədim zamanlarda orada yaşamış neandertallar çəkib. Belə ki, onlar (yəni neandertallar) kələzləri əhliləşdirib minib uçurlarmış. Bu zolaq, yəni Naska onların aerodromları imiş...
Yetti mənə izah edirdi ki, biz Sakit okeanın Peru sahillərində, İki şəhərindəyik. O məni buraya ona görə gətiribmiş ki, mənə əyani olaraq özlərinin 200 min il bundan əvvəlki iş yerləri ilə tanış etsin. O mənə dedi:
-
Fikir ver! Buradakı irili-xırdalı minlərlə daş abidələr, bizim o vaxt yetişdirdiyimiz insanların əl işləridir. Onlar bizimlə açıq kontaktda olmuşlar və bizim üçün tədqiqat obyekti idilər.
-
Siz onları necə tədqiq edirsiniz?
-
Yetişdirdiyimiz şüurlu məxluqların nəyə qadir olduğu bizi çox maraqlandırırdı. O vaxt biz görkəmli həkimlər və müəllimlər hazırlamışdıq. Onların fəaliyyətindən cuşa gələn ilk daşyonan usta rəssamlar daşlar üzərində tam səhnələri əks etdirirdilər.
-
Bəs şəkil çəkmək üçün bu boyda daşlar nəyə lazım idi?
-
Onlar ümumi bədən quruluşuna görə indiki adamlara oxşasalar da bəzi əzalar müxtəlif ölçülərdə idi. Onların beyin qutusu daha böyük, qolları çox güclü, əlləri isə iri idi.
Tərxan:
-
Bəs, bayaq biz gördüyümüz o kişi kim idi?
-
Biz sizin yer təqvimi ilə 1974-75-ci illərə enmişdik. Gördüyün həmin o kişi Perunun tibb elmləri doktoru Havero Kabrero Darkeadır. O, on beş mindən çox daş üzərində işlənmiş əl işlərini toplayıb. İndi onların yaradıcıları haqqında fərziyyələr söyləyir. Kabrero 200 min Yer ili bundan əvvəl Naskada yüksək səviyyəli intellektual inkişafa malik olan insanların yaşadığını söyləyir. Amma onların necə meydana gəlmələri və hara yox olmaları barədə heç nə deyə bilmir.
-
Onlar hara yox olublar ki?
-
Onlar yox olmazdılar! Lakin həmin insanlar inşa olunarkən bizim mütəxəssislər bəzi detalları nəzərə almamışdılar. Bizim “inşaatçılar” bu məxluqları elə beyin və əl qabiliyəti ilə silahlandırdılar ki, onlar son nəticədə özləri-özlərini məhv etdilər.
-
Yetti! O necə oldu?
-
İndi sizin Yer planetində elm və texnikanın inkişafı Yer sivilinin sonunu yaxınlaşdırmırmı?
-
Mən onu bilmirəm!
-
Biz çox çalışdıq ki, səhv etməyək, yenə xeyri olmadı. Sonrakı söhbətimizin birində yadıma sal, o haqda sənə danışaram. Belə vəziyyətdə səni çox saxlamaq olmaz. Ona görə biradakı işlərimizi tez yekunlaşdırmalıyıq. İndi biz Kabreranın dediyi Pasxi adasına gedəcəyik.
-
Orada nə var?
-
Özün görəcəksən. Vaxtilə biz Pasxi adasında öz biorobotlarımızı yerləşdirmişik. Müəyyən tapşırıqlar da vermişdik ki, başları qarışsın və başqa yerlərə gedib, insanları narahat etməsinlər.
-
Yetti biz o biorobotların yaşadığı zamana uça bilərikmi?
-
Bilərik. Amma sənin səhhətinə pis təsir edər. Səni nə maraqlandırırsa onu de!
-
Mənə nə olar ki?
-
Sənə heç nə olmaz! Biz çox keçmişə getsək, gedib-qayıtma vaxtımız o qədər çox olar ki, sən bir də yuxudan ayılanda görərsən ki, indi tanıdığın adamlardan heç kəs qalmayıb. Neçə-neçə nəsl dəyişib...
Yettinin də dediyini başa düşmədim və elə dediyimi dedim:
-
Mən o adamları görmək istəyirəm!
-
Gedək Kabreranın muzeyinə!
-
Orada nə var ki?
-
Çox şey! Özün görərsən!
Biz Yetti ilə onun “muzey” adlandırdığı çölə gəldik. Yetti mənə bir daşı göstərib dedi ki, o şəklə baxım. Daşın üzərində bir dinozavr şəkli cızılmış və üstündə də uşaqlara oxşar şəkillər var idi. Şəkildəki uşaqların hamısı ayaq üstə idilər. Əyinlərində bircə gödək şalvara oxşar örtük çəkilmişdi. Deyəsən yanlarında it şəkli var idi. Yetti mənə dedi ki, bunu sizim alimlər dinozavr yox, brontozavr adlandırırlar. Daşın üstündə isə it şəkli yoxdur. Başqa bir daşın üzərində başı ilə bədəni təqribən eyni ölçüdə olan atlı döyüşçü təsvir olunmuşdur. Bir başqasında qadına oxşar bir məxluq filin üstünə əks etdirilmiş və onun da əlində nizə kimi iti uclu alət çəkilmişdir.
Yetti mənə o vaxtkı adamların çəkdikləri xəritəni də göstərdi. Dedi ki, Kabrera həmin xəritədə Mu-Lemuri və Atlantidanın ölduğu ərazinin də qeyd edildiyini israr edir. Mən soruşdum:
-
Mu-Lemuri və Atlantida haradır?
Yetti cavab verdi:
-
Böyüyəndə bilərsən!
-
Yetti! Sən onların danışıqlarını necə başa düşürsən?
-
Sənin “eşitməyin” kifayətdir.
-
Yetti! Onlar bizi eşitmirlər. Bəs biz onları necə eşidirik?
-
Biz onların səs danışığını yox, beyinlərində gedən biocərəyanların yaratdığı elektromaqnit və qravitasiya dalğalarını tuturuq. Alınmış informasiya bizim Yerdəki mərkəzə göndərilir, orada araşdırılaraq sənin evdə yatmış beyninə verilir. Sən də bunları yuxu kimi görürsən.
-
İndi mən yuxudayam?
-
Bəli.
Yetti mənim ona inandığımı görüb elə bil “ürəkləndi” və dedi:
-
Beyindən ala bildiyimiz qravitasiya dalğası rentgen və qamma şüalanma dalğaları ilə eyni tezlikdə olur. Rentgen və ya qamma şüalarının nə olduğunu bilirsən?
Mən:
Yetti mənə daha bir neçə şəkilli daş göstərdi. Bu şəkillərin birində adam sol əlində ürək, sağ əlində isə lansetə oxşar bıçaq tutmuşdu. Aşağıda da səbət kimi qabın içərisində başqa iti uclu kəsici alətlər göstərilmişdi.
Şəkillərin birində də yerə uzanmış bir qadının ağzından zond salmışdılar. “Xəstənin” yanında ağzı tənziflə bağlı həkim və onun yanında da əlində cərrahiyyə alətləri olan qabı tutmuş köməkçi dayanmışdı.
Mən o biri şəkillərə də baxmaq istəyirdim. Yetti dedi ki, burada 15 mindən çox şəkilli daş var. Hamısına bir-bir baxıb çatdıra bilmərik. Onlardan birini, bayaq Yetti “xəritə” adlandırdığı şəkli yenə Yettiyə göstərərək xahiş etdim ki, İkidən tapılmış bu daşın üzərində nə təsvir olunduğunu mənə izah eləsin.
Yetti dedi:
-
Perulu Kabrera həmin daşı dünyanın ən qədim xəritəsi adlandırır və deyir ki, orada Mu-Lemuri və Atlantida adlanan və artıq okean sularında yuyulub, yox olmuş qitələrin yerləri göstərilib.
Mən soruşdum:
-
O qitələr nə vaxt yox olub?
-
Onların sonuncu qalıqları, sizin tarixlə, sizin eradan əvvəl 15-ci minillikdə, yəni Yerdə siz insanların inşa olunmasından təxminən 25 min il sonra...
Bundan sonra Yetti mənə o kontinentlər barəsində qəribə məlumatlar danışdı. Dedi ki, onlarda olan məlumata görə “Atlantida adası” haqqında fikri bizim eradan əvvəl IV əsrdə yaşamış (427-347) Platon ortaya atıb. Əfsanəvi Mu və ya Lemuri adlanan qitənin olması barədə 1929-cu ildə ilk dəfə elmi məlumatı ingilis Ceyms Çerçvard verib.
-
Yetti, sən ona “əfsanəvi qitə” dedin. Elə bir qitə olub, ya yox?
-
Olub.
-
Bəs Mu nə vaxt yoxa çıxıb?
-
O da çox-çox qədim dövrlərdə...
-
O qitələrdən heç əsər- əlamət qalmayıb?
-
Qalıb. Mu tədricən suya qərq olub. Orada yaşayan canlıların bir çoxu, o cümlədən adamlar da başqa quru sahələrə köçüblər.
-
Yetti! Bəs bizim adamlar o hadisələr haqqında bir şey bilirlər?
-
Onu məndən soruşma!
-
Bəs kimdən soruşum?
-
Böyüyəndə oxuyarsan! Alimləriniz o qədər bir-birinə zidd fikirlər yürütdülər ki... Biri deyir bu daşın üzərində olan xəritənin 100 milyon yaşı var. O biri də daş üzərində çəkilmiş brotonzavrı keçmiş naskalıların nəqliyyat vasitələri hesab edir. Bəziləri də belə buyurur ki, Argentina, Braziliya, Kolumbiya və s. ərazidə 190-70 milyon il bundan əvvəl bronotozavrlara oxşar heyvanlar yaşayıb. Ona görə də şəkillər o dövrə aiddir.
-
Bəs o daşın üstündəki şəkil nədir?
-
Tərxan, indi sən öz çarpayının başına bir dinozavr şəkli yapışdırsan və həmin çarpayı başı şəkillə birlikdı 100 min ildən sonra tapılsa, bu o deməkdirmi ki, indi Yerdə dinozavr yaşayır?! Bu şəkillər tədris vasitələri kimi çəkilib. Çoxu da uşaqlar tərəfindən yerinə yetirilmiş “ev tapşırıqlarıdır”!
-
Yetti! Bəlkə bu şəkilləri 50 və ya 100 il bundan qabaq çəkiblər? İndi bəzi millətlər öz tarixlərini “qədimləşdirmək” üçün yalandan belə etmirlərmi?
-
Mən sənin inamsızlığını göstərən sualına cavab olaraq bildirirəm ki, indi sizin əlinizdə daş üzərinə zərif şəkillər yonmaq üçün işə yarayan ən incə cihaz bor maşınıdır ki, onunla belə düz xətlər çəkmək olmaz. İnanmırsansa böyüyəndə özün bura – İkiyə gələrsən. Şəkilli daşların mikrofotosunu çəkərsən, sonra da trasoloji ekspertiza edib, yoxlayırsan! Onda biləcəksən ki, bu günə qədər Yerdə elə bir imkan olmayıb.
Mən Yetti ilə razılaşdım.
-
Yetti, indi hara gedəcəyik?
-
Bizim inşa eyidiyimiz biorobotların əl izləri Pasxi adasında da var. İstəyirəm ora gedək.
-
Yetti! Pasxidəki əl izləri nədən ibarətdir?
-
Onlar daş nəhənglər, yəni daşdan düzəldilmiş iri adam heykəlləridir.
-
Yetti, sən dedin ki, Atlantidanı Platon kəşf edib...
-
Yox.. Mən dedim ki, Platon Atlantıdanın tarixi haqqında iki əsər yazıb: “Timey” və “Kritiy”. Platon öz yazdığının bir neçə yerindən qeyd edib ki, Atlantida haqqında məlumatı öz babası Kritiydən alıb. Kritiy də öz növbəsində, bu məlumatı sizin eraya qədərki 640-559-cu illərdə yaşamış, “müdriklər-müdriki” Solondan alıb. Solon Misirə səyahət edərkən, Saisdə yerli kahinlərlə görüşmüş və kahinlər ona nəql ediblərmiş ki, doqquz min il əvvəl Atlantida çarları Misir və Afinaya qarşı müharibələr aparıblarmış.
-
Hə... Bəs deyə bilərsənmi indi Atlantida haradadır? – deyə mən Yettidən Atlantida haqqında daha ətraflı məlumat almaq istəyirdim.
-
Atlantik okeanın dibində. Suya qərq olub.
-
Niyə?
-
Güclü zəlzələlər nəticəsində hissə-hissə dənizin dibinə çöküb.
-
Görəsən oradan da adamlar çıxıb, başqa quru sahillərə keçə biliblər?
-
Əfsus ki, yox! Mu yavaş-yavaş çöküb. Altında olan qaz yastığı deşilib. Sakinlər, istər insan olsun, istərsə də heyvanlar, hamısı başqa qitələrə qaçıblar. Atlantidanın sonuncu adası isə dəhşətli bir gün və bir fəlakətli gecədə bütün varidatı ilə birlikdə, gedib dənizin dibinə.
-
İndi yəqin ki, dənizin dibində Atlantidanın xarabalıqları durur...
-
Təkcə xarabalıqları yox, həm də o döyüşkən xalqın mədəniyyət inciləri, qızıl, gümüş, almaz xəzinələri okeanın dibində yatır.
-
Yetti, sən o yeri tanıyırsan?
-
Atlantida bir yer deyil. O böyük bir ada olub. Sərhədləri indiki Atlantik okeanın dibində olan Atlantik sıra dağlarının şərqindən və Azor dağlarının isə cənubundan başlayır. Atlantida çökəndən sonra isti Halfstrium suları Şimal Buzlu okeanına keçə bildi və Yerin şimal yarımkürəsinın buzlaşmasının qarşısı alındı.
-
Bunu nədən bilirlər ki, şimal yarımkürəsi buzlaşırmış?!
-
Cənub yarımkürəsinin müasir buzlaşması və şimal yarımkürəsində buzlaşmanın dayanması bu hadisəyə əsaslı sübutdur.
-
Mən heç nə başa düşmədim!
-
Sən bunları böyüyəndə öyrənəcəksən! İndi biz Pasxi adasına – nəhəng heykəllərə baxmağa gedirik.
Biz dənizin üzərindən uçaraq dağlıq bir adaya endik. Oranın havası çox nəmli idi. Ən çox da ot və kollar gözə dəyirdi. Yetti dedi:
-
Pasxi (Rapanui) Çili dövlətinin ərazisinə daxil olub, Sakit okeanın şərq hissəsində vulkan püskürməsindən əmələ gəlmiş adadır. Bu adanın sakinləri polineziyalılar olub.
O adanı mənə göstərməyə başladı. Adada hər biri 15-20 tonluq iri daş heykəllər var idi.
-
Burada altı yüzə qədər belə nəhəng heykəllər var. Vaxtilə onların çoxu xüsusi platformalarda – axu üzərində durardı. Lakin sonralar insanlar bu heykəlləri kürsülərindən düşürdüblər...
-
Yetti, sən bunları mənə neyə göstərirsən?
-
Bu heykəllərin emalatxanadan daşınmasına dair çox mübahisələr var. Biz istəyirik ki, sən insanlara bu nəhəng heykəlləri emalatxanadan 10-15 km məsafədə olan adanın müxtəlif yerinə daşımaq üçün, kənarları qum kisələrindən ibarət məhlil hövuzlarından istifadə olunduğunu söyləyəsən. Heykəllər hazırlanarkən çıxan qum və toz su ilə qarışdıraraq məhlul hazırlanıb və həmin məhlul hovuzdan-hovuza daşınıb. Gördüyün bu nəhəng heykəllər məhlul doldurulmuş hovuzlarda demək olar “ özləri yeriyiblər” – yəni üzüblər. Məhlul hovuzlarında heykəlləri üzüaşağı, üfüqi vəziyyətdə aparmaq daha əlverişli idi. Ona görə yarı yolda qalmış heykəllərin hamısı üzüaşağı düşüb...
-
Yetti, bir belə iri daş heykəllər nəyə gərəkmiş?
-
Hə... Sən böyük bir sirli məsələnin açılmasını istəyirsən! Onda qulaq as! İnsan inşa edilən ilk dövrlər idi. Onların təfəkkürü aşağı səviyyədə olsa da artıq insan idilər. İlk insanları Yer şəraitinə uyğunlaşdırmaq üçün onlara qulluq etmək zəruriyyəti ortaya çıxmışdı. Çünki, əvvəllər insan inşa ediləndən sonra özbaşına buraxılmış və sonralar “məhsul” korlanmışdı. Bu da “inşaatçıları” insanlara köməkçilər yaratmağa vadar etdi. “Köməkçi insanlar” bu daş heykəllər kimi bir-birinə oxşayır və müxtəlif ölçüdə idilər. İndiyədək sizlərin bilmədiyiniz və bacarmadığınız çox şeyləri onlar bilir və bacarırdılar. İnsan inşaatçıları üçün mexaniki alətlər və qurğular qurub-yaradırdılar. Ən əsası da o idi ki, onlar ölməz idilər və ən pisi də o oldu ki, getdikcə lovğalaşdılar. Həddlərini aşdılar və iş o yerə gəlib çatırdı ki, özlərini insan inşa edən gəlmələrə tay bilirdilər.Onlara, hələ yetişməkdə olan insan ilə əlaqəyə girmək qadağan olunmuşdu. Lakin bu qadağa tez-tez pozulmağa başladı. Onlar insanların yaşadığı bölgələrə təcavüz edir, qadın və qızları oxurlayıb yaşadıqları mağaralarda gizlədir, gənc kişi və uşaqların yeyilməsi kimi cinayət əməlləri törədirdilər. İnsan “inşaatçılarının” belə təcavüzkar köməkçiləri haqqında sizin yaddaşlarınızda əfsanə və nağıllar kimi qalanlar sübut edir ki, həmin sözə baxmayan, lovqa köməkçilərdən sizin də xəbəriniz var. Sizlərdən bəziləriniz onları divlər, bəziləriniz isə atlantlar adlandırmışsınız.
-
Yetti! İnşaatçılar divləri elə hazırlayardılar ki, onlar belə pis işləri görməyəydilər.
-
Köməkçilər də Yerdə yaşayan canlıların üzərində qurulmuşdu. Əslində div və ya atlantlar öz məcralarına – heyvan təfəkkürünə qayıdırdılar. Onlar bir-birləri ilə çəkişir, ən pis iş olaraq, insanlarla ünsiyyətə girməmək qadağasını pozurdular. Ona görə insan inşaatçıları onların özlərinə güc və dalğa maşınları qurdurub yeraltı ambarlar tikdirdilər və ən təcavüzkarlarının fəaliyyətini dayandırıb, Yer qabığının altına, özlərinin düzəltdikləri mağara-ambarlara yığdılar. Nisbətən mötədillərini – yəni ipə-sapa yatanlarını Pasxi adasına toplayıb ehtiyat saxladılar. Onlara tapşırıq verildi ki, hər kəs özü üçün bir daş surət, - yəni belə bir heykəl düzəltsin. İş qurtaran kimi onların başqa yerə köçürülməsinə icazə veriləcək. Əslində bu iş ehtiyat saxlanan atlantları məşğul etmək üçün verilən, baş qarışdırıcı tapşırıq idi. Onlar bu işlə sizin bu yaxın tarixlərədək məşğul olmuşlar. Lakin yenə dinc dayanmamış, qayıqlar düzəldərək, qitələrə getmək fikrinə düşmüşlər. Ona görə də ölməzlikləri üstlərindən götürülmüş və onlar bir-birlərinin fəaliyyətini dayandıraraq aşağıya – mağara anbarlara daşımışlar.
-
Yetti, biz insanlara da ölməzlik vermək olmaz?
-
Xeyr.
-
Niyə?
-
Ona görə ki, sizin yaşadığınız zaman və məkan daxilində belə bir imkan yoxdur. Bir də ki, axı, ölməzlik olsa, insan həyatının mənası da olmazdı. İnsanlar da daş, qaya kimi sakit yatar və yaşamazdılar.
-
Bəs necə olur ki, divlər ölməz olurlar?
-
Onlar insan deyildilər, sizin dilinizlə desək, “robotlar” olmuşlar.
-
Dediniz ki, “onların ölümsüzlüyü üstlərindən götürüldü”. O necə olur?
-
Çox sadə. Onlara bildirildi ki, “divin canı şüşədədir”, yəni hansı proqram ilə qarşısındakını fəaliyyətindən dayandıra bilər. Bundan sonra özləri xüsusi qurğu hazırlayıb, bir-birlərini “yuxlatdılar” və yatmışları aşağıdakı mağaraya daşıdılar.
-
Onu necə başa düşək?!
-
İnsan xəncər, tüfənk, bomba ya da ki, kimyəvi maddə hazırlayıb bir-birini məhv etmirmi?! Bu zaman insanın biri bilir ki, o birinin qanını tamamilə axıtmaqla və ya beynini fəaliyyətdən dayandırmaqla, yaxud oksigenlə qidalanmasının qarşısını almaqla öldürmək olur. Bu məqsədlə də bu işə xidmət edən qurğu, - yəni silah hazırlayırlar.
-
Yetti, bir sualım da var!
-
Buyur.
-
Bəs öz heykəlini hazırlamış div sonra nə işlə məşğul olub?
-
Onlar üçün sənin – mənim olmayıb. Hər robot üçün bir moai- yəni heykəl qurulmalı idi. Ona görə hamı işləyirdi.
-
Bəs nə yeyirdilər?
-
Onlar üçün adada təminat var idi. Onlar da canlılar kimi fotosintez prosesinin məhsulları ilə qidalanırdılar.
-
Onlar da xəstələnirdilər?
-
Bəli xəstələnirdilər və mağaralarda düzəltdikləri müalicəxanalarda bir- birini təmir edir, yəni müalicə olunurdular. Onlar yalnız beyin qutusundan başqa bədənlərinin bütün hissələrini dəyişə bilirdilər. Sən fikir verirsənmi ki, hər bir moaninin başına papaq kimi daş qoyulub.O daş insan inşaatçıları tərəfindən hər bir robot üçün hazırlanmış beyin qutusunun modelləridir.Beyin qutusu atlantların işini idarə edir və həm də onların bədənlərini istidən, yağış və küləkdən qoruyurdu.
-
Bəs o insan inşaatçıları öz məhsulları üçün – yəni insanlar üçün bir yazı – məktub qoymayıblar?
-
Elə insanın özü yazıdır!
-
Elə yox e... məktub kimi...
-
Onlar heç vaxt insanlara öz kördükləri iş haqqında məlumat verməyin zərurətini hiss etməyiblər. Burada yalnız robotların bəzi qeydləri var ki, onlar taxta patçalarının üstünə yazıblar. Hələ ki, insan o yazıları oxuya bilməyib. Amma sənin sualını tamamilə cavabsız qoya bilmirəm... Mən sənə deyim ki, yerdənkənar sivil həmişə insana məktub yazır. Bəzi mətləbləri ona çatdırmaq istəyir. Amma çox vaxt insan onu başa düşə bilmir.
-
Yetti, yerdənkənar sivil o məktubları necə yazır?
-
Misal üçün taxıl sahələrinə, qumun, qarın üstünə müəyyən sxemlər çəkməklə yazırlar.
-
Hə?!
-
Başa düşmədin?
-
Düzü yox.
-
İndi o yazılardan bir neçəsini sənə göstərməyə bizin vaxtımız çatar.
-
Yetti, bir məni başa sal görüm, mən o yazıları haradan görəcəyəm?
-
İndi biz Böyük Britaniya adalarına səyahətə çıxacağıq. Sən özün həmin yazıları görəcəksən.
-
Bizdən başqa o yazıları görən yoxdur?
-
Əlbəttə, var. Hər yay Yer mətbuatında, ən çoxu da ingilis dilində olan qəzet və jurnallarınızda taxıl zəmilərində sünbüllərin yatması ilə müəmmalı dairələrin əmələ gəlməsi barəsində məlumatlar çıxır. Həmişə də jurnalistlər alimləri təqsirləndirirlər ki, onlar zəmilərdə əmələ gələn fiqurların kim, nə və necə yaratdığı sualına cavab tapa bilmirlər. Sən o istiqamətdə axtarış etsən, yerdənkənar sivilin necə “məktub yazmasını” biləcəksən. İndi yola düşürük.
Biz bir- birimizin ətrafında fırlana – fırlana Yerdən aralanmağa başladıq.
* * *
Tərxan yuxudan oyananda uşaqların səs-küyü həyəti başına götürmüşdü. Mətbəxtdən atanın səsi gəlirdi. O, kiminləsə telefonla danışırdı. Deyəsən Tərxanın gecəki yuxusundan, daha doğrusu, səyahətindən xəbəri yox idi. Tərxan gecə gördüklərini atasına necə danışmaq haqqında fikirləşməyə başladı. Hər şey xırda detallarına kimi onun yadındaydi və Tərxan onları ataya danışmaq üçün planlaşdırdı. Axır ki, ata yataq otağına girib:
-
Oyanmısan? – deyə ona yaxınlaşdı və əlavə etdi, - dur, çörəyimizi yeyək!
Tərxan çarpayıdan düşdü və əl-üzünü yumağa getdi. Yuyunanda yadına düşdü ki, ata ondan yatağını yığışdırmağı tələb etmədi. Öz-özünə dedi ki, yəqin gecəki səfərdən onun da xəbəri var. Üzünü silə-silə atanın yanına gəldi və soruşdu:
-
Ata, sənin bu gecəki işlərdən xəbərin oldu?
-
Yox. Nə olub ki?
-
Çox şey! Mən Yetti ilə səyahətə getmişdim.
-
Yox əşşi!...
-
Hə!...
-
Niyə mənə demədiniz?
-
Yetti dedi ki, səninlə razılaşıb. Mən hər şeyi dəqiq yadımda saxlayıram. Yetti mənə tapşırıb ki, nə görmüşəmsə sənə danışım.
-
Yaxşı! Gedək çay-çörəyimizi yeyək, sonra danışarsan.
Tərxan elə yeməyə oturandan söhbətə də başladı:
-
Ata, bu gecə Yetti mənə elə əcaib şeylər göstərib ki!
-
Nə göstərib?
-
İtbaşlı adamların şəklini...
-
Harada?
-
Kabreronun muzeyində.
-
Ora haradır? Yaxşı, çörəyini ye, sonra danışarsan.
Onlar səhər yeməyindən sonra divanda əyləşdilər və Tərxan gecə gördüklərini bir-bir ataya danışmağa başladı. Ata ona diqqətlə qulaq asdı və axırda soruşdu:
-
Yetti öz işlərini qurtardı, ya yox?!
-
Özünün dediyinə görə, başa çatdırıb.
-
Bizimlə salamatlaşmayacaq?
-
O bizimlə salamatlaşır və yaxın vaxtlarda çıxıb gedəcəklər.
-
Gedəcəklər deyəndə, yəni onlar çoxdurlar?
-
Ata! Ötən dəfə demədi ki, onlar qrupla gəlirlər?!
-
Hə. Demişdi!
-
Ata, o səninlə, daha doğrusu, bizimlə son dəfə bu gün görüşəcək. İstəyirsən lap elə indi başlayaq!
-
Olar.
-
Ata! Yetti buradadır. Salamlaşır.
-
Salam. Buyursun!
-
Ata! O cavab verməyə hazırdır.
-
Yetti, sən öz işini gördün, indi çıxıb gedirsən. Amma bizi bir çox məsələlərdə nigaran qoyursan... Sənə kömək lazım olanda biz əlimizdən gələni elədik. Bəs sən bizi nigarançılıqdan qurtarmaq istəmirsən?
-
Ata, Yetti soruşur ki, siz nə istəyirsiniz?
-
Birincisi, Tərxana göstərdiyin mənzərə, hadisə və sübutlar üçün təşəkkürümüzü bildiririk. Mən başa düşürəm ki, gecə, çox qısa bir müddətdə Tərxana bu qədər informasiya vermək və indi tam ardıcıllığı ilə onları mənə çatdırmaq bizim dostumuz Yettinin fəaliyyətidir..
-
Ata, Yetti səmimiyyətin üçün minnətdarlığını bildirir.
-
Hə.. Deyirəm Yetti məni başa salsın görüm, o “itbaşlı adam” məsələsi nə olan şeydir? Biz “Min bir gecə” nağıllarındakı Sindibadın gördükləri itbaş adamlardanmı danışırıq?
-
Ata, Yetti deyir ki, insanların nağıl yaddaşlarında qalan varlıq, əşya və hadisələr onların əcdadlarının gördüklərinə əsaslanır. Siz ona “itbaş” deyirsiniz. Amma o varlığın özünü görsəydiniz, bəlkə də “şirbaş” deyərdiniz. Onlar da bizim mühəndislərin konstruksiyası olub. Vaxtilə müxtəlif növ əməliyyatları həyata keçirmək üçün müxtəlif konstruksiyalı köməkçilər lazım idi. Onlar hazırlandı, istifadə edildi, lazım olmayanda və görülən işlərə mane olmağa başlayanda isə məhv edildilər...
-
Tamamilə? – deyə ata Tərxanın üzünə baxdı.
-
Yetti deyir yox. İzləri qalıb. Sözsüz ki, bizim yeraltı anbarlarımızda olanların da nümunələri var və biz bu haqda danışmışıq. Hal-hazırda onlara bənzən qalıqlar – təcrübə tör-töküntüləri – Yerdə yaşamaqdadır və siz onları tanıyırsınız.
-
Tanıyırıq? – deyə ata yenə təəccüblə Tərxanın üzünə baxdı. – Kimdir onlar?!
-
Siz Uliss Aldrovandinin 1642-ci ildə çap etdirdiyi “Təbii tarix” kitabına baxın! Siz Devid Ettenboronun “Oğlan bürcünün cığırı ilə” kitabına baxın! – deyə Tərxan Yettinin cavabını ataya çatdırdı. – Sizin eranın XVI-XVII əsrlərində yaşamış təbiətşünas yazıçıların əsərlərində müxtəlif əcaibliyə malik varlıqların təsvirlərinə rast gələcəksiniz. Onlar şir bədənli, əqrəb quyruqlu və adam başlı varlıqlardır. Onlar hidralar və təkayaqlılardır. Ən çox rast gələcəyiniz kinotsefallar – yəni itbaş adamlar olacaq. Kinotsefallar – yəni qalın yunlu, düz yeriyən, iri əl və ayaqlı, quyruqsuz və ümumiyyətlə, insan bədəni mütənasibliyinə malik it sifətli, ağzı köpək dişləri ilə dolu varlıqlardır. Bizim mərkəzdə olan məlumatlara görə, sizin yazıçı-səyyahınız
Dostları ilə paylaş: |