Şəhərsalma kadastrı-4-5-6-7-8-9-10 4-cu movzu Şəhər ərаzisi


-cu movzu Torpaq haqqında bütün kadastr məlumatları sənədlərlə tərtib olunur



Yüklə 57,74 Kb.
səhifə22/28
tarix29.12.2021
ölçüsü57,74 Kb.
#48922
1   ...   18   19   20   21   22   23   24   25   ...   28
Şəhərsalma kadastrı-mühazirə-4-5-6-7-8-9-10

9-cu movzu

Torpaq haqqında bütün kadastr məlumatları sənədlərlə tərtib olunur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 7 iyun 1999-cu il tarixli 94 №-li qərarına əsasən «Dövlət torpaq kadastrı» sənədlərinin aparılmasını üç yerə - əsas, köməkçi və törəmə sənədlərə bölmək olar və onların aparılması Azərbaycan dilində həyata keçirilir:

  • Əsas sənədlərə torpaqların vahid dövlət reyestri, kadastr işləri və növbətçi kadastr xəritələri (planları) daxildir;

  • Köməkçi sənədlərə sənədlərin qeydiyyat kitabı, verilən, ötürülən məlumatların qeydiyyat kitabı və sərhəd şəbəkəsinin istinad məntəqələrinin koordinatlarının kataloqu daxildir;

  • Törəmə sənədlərə ümumi Azərbaycan Respublikası və Azərbaycan Respublikası subyektlərinin, yaranmış bələdiyyələrin mülkiyyətində olan torpaqların siyahısı, onların vəziyyəti və torpaq resurslarından istifadə olunma haqqında məlumatlar, statistik hesabatlar, analitik təsəvvürlər, törəmə kadastr xəritələri (planları), digər məlumat və analitik tipli sənədlər daxildir.

Dövlət torpaq kadastrının aparılması qaydaları və sənədlərin
saxlanılması Azərbaycan Respublikasının «Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında»kı qanunu ilə tənzimlənir.

Məlumatlar açıq, davamlı (ardıcıl), müqayisəli və digər məlumatlarla bir araya sığan vahid mexanizm kimi olmalıdır:



  • Torpaq sahələri;

  • Ərazi zonaları;

  • Yerli idarəetmənin həyata keçirdiyi ərazi sərhədləri və
    torpaqları;

  • Azərbaycan Respublikası subyektlərinin sərhədləri və torpaqları;

  • Azərbaycan Respublikası sərhədləri və torpaqları.

Vahid dövlət torpaq reyestri torpaq sahələrinin dövlət kadastr qeydiyyatına alınması və dövlət kadastr işinin aparılması kimi sənədlərdən ibarətdir. Onun tərkibi mövcud torpaq sahələri və onların mövcudluğuna xitam verilməsi haqqındakı məlumatlardan ibarətdir.

Vahid dövlət torpaq reyestrinin tərkibi torpaq sahələri haqqında aşağıdakı əsas məlumatlardan ibarətdir:

• Kadastr nömrəsi;


  • Yerləşmə yeri (ünvanı);

  • Sahəsi;

  • Torpaq sahələrindən istifadəyə icazə verilməsi və torpağın

kateqoriyası;

  • Torpaq sahələrinin sərhədlərinin və onun hər bir hissəsinin təsviri;

  • Qəbul olunmuş qayda ilə qeydiyyata alınan məhdudiyyətlər və hüquqlar;

  • İqtisadi xüsusiyyətlər, o cümlədən torpağa görə haqların verilmə ölçüləri;

  • Keyfiyyət xüsusiyyətləri, o cümlədən ayrı-ayrı torpaq kateqoriyaları üçün torpağın münbitlik dərəcəsi vəziyyətinin göstəriciləri;

  • Torpaq sahələri ilə sıx bağlı olan daşınmaz əmlak obyektlərinin mövcudluğu.

Vahid dövlət torpaq reyestrində dövlət kadastr qeydiyyatına alınan bir obyekt kimi torpaq sahələrinin yaranma anı (qeydiyyata götürülməsi) və ya onların mövcudluğuna xitam verilmə anı uyğun sərhədlərilə, uyğun yazılarla qeyd olunarsa, bu zaman həmin sahələrin mövcudluğu və ya əksinə onun mövcudluğuna xitam verilməsi baş verir. І. Daşınmaz əmlakın vahid dövlət kadastrı daşınmaz əmlakın unikal xüsusiyyətləri haqqında aşağıdakı məlumatlar daxil edilir:

 daşınmaz əmlakın növü (torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri (sututarlar) və torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz (hədsiz) zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, tikintisi başa çatdırılmamış tikililər, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr);

 kadastr nömrəsi və onun daşınmaz əmlaka verilmə tarixi;

 əgər daşınmaz əmlak torpaq sahəsidirsə onun coğrafi yerləşməsinin təsviri;

 torpaq sahəsi üzərində yerləşən daşınmaz əmlak tikintisi başa çatdırılmamış tikililərdirsə, onun yerləşməsinin təsviri;

 yerləşdiyi yer və ünvanı (qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ünvan verildikdə);

 binanın ayrıca tərkib hissəsi olan yaşayış və qeyri-yaşayış sahələri istisna olmaqla, sərhəddinin döngə nöqtələrinin koordinatları;

daşınmaz əmlakın kəmiyyət və keyfiyyət göstəriciləri:



  1. Torpaq sahəsinə münasibətdə – torpağın kateqoriyası, sahəsi, təyinatı (istifadə növü), həmin torpaq sahəsi üzərində yerləşən daşınmaz əmlak obyektləri haqqında məlumatlar;

  2. Binaya münasibətdə – binanın təyinatı (qeyri-yaşayış binası, çoxmənzilli yaşayış binası, fərdi yaşayış və ya bağ evi, qarışıq təyinatlı), mərtəbələrinin sayı və binanın ümumi sahəsi, tikildiyi il, binada sahələrin, otaqların yerləşməsi (mərtəbə planı), çöl divarların və mərtəbələrarası örtüklərin materialı;

  3. Qurğuya münasibətdə – qurğunun növü və təyinatı, tikildiyi tarix və köhnəlməsi;

  4. Binanın tərkib hissəsi olan ayrıca yaşayış və ya qeyri – yaşayış sahəsinə münasibətdə – binada yerləşdiyi yer və sahəsi, otaqlarının sayı və otaqlar arasında arakəsmələrin (divarların) materialı;

  5. Tikintisi başa çatmamış obyektlərə münasibətdə – obyektin növü və təyinatı, tikintisinə və ya quraşdırılmasına icazə verildiyi tarix;

  6. Mürəkkəb əmlaka (əmlak kompleksinə) və müəssisələrə münasibətdə – əmlakın növü və təyinatı, fəaliyyət istiqamətləri, habelə onun ibarət olduğu daşınmaz əmlak obyektlərinə münasibətdə bu maddənin yuxarıda qeyd olunan bəndlərində nəzərdə tutulan göstəricilər (xüsusiyyətlər).

ІІ. Daşınmaz əmlakın vahid dövlət kadastrına daşınmaz əmlak obyektləri barəsində aşağıdakı köməkçi məlumatlar da daxil edilə bilər:

 əvvəl verilmiş dövlət uçot nömrəsi, o cümlədən kadastr, inventar nömrəsi, şərti nömrə və həmin nömrəni verən orqanın adı və onun verilmə tarixi;

 kadastr uçotu obyektinin digər kadastr uçotu obyektinə bölünməsi, payın naturada ayrılması və ya barəsində qanunvericiliyə uyğun olaraq digər əməliyyatlar (bundan sonra - kadastr uçotu obyektinin yenidən yaradılması, təşkili) nəticəsində yarandıqda digər (əvvəlki) kadastr uçotu obyektinin kadastr nömrəsi;

- daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin kadastr nömrəsi (binalar, qurğular, sahələr, mürəkkəb əmlak, tikintisi başa çatmamış obyektlər olduqda);

 torpaq sahəsinin hüdudlarında yerləşən binalar, qurğular, mürəkkəb əmlak, fərdi yaşayış və bağ evləri, tikintisi başa çatmamış obyektlərin kadastr nömrəsi (daşınmaz əmlak obyekti torpaq sahəsi olduqda);

 hüdudlarında yaşayış otağı yerləşən mənzilin kadastr nömrəsi (daşınmaz əmlak obyekti yaşayış otağı olduqda);

 kadastr uçotu obyekti olan daşınmaz əmlak obyekti üzərində əşya hüquqları və bu hüquqların sahibləri barədə daşınmaz əmlakın dövlət reyestrinə daxil edilmiş həcmdə məlumat;

 daşınmaz əmlak obyekti üzərində əşya hüquqlarının məhdudlaşdırılması (yüklülüyü) və xeyrinə belə məhdudlaşdırma (yüklülük) müəyyən edilən şəxslər barədə daşınmaz əmlakın dövlət reyestrinə daxil edilmiş həcmdə məlumat;

 daşınmaz əmlak obyektinin əşya hüquqlarının məhdudlaşdırılması (yüklülüyü) şamil edilən hissəsi barədə məlumat (belə məhdudlaşdırma (yüklülük) daşınmaz əmlak obyektinə bütövlükdə şamil edilmədikdə);

 daşınmaz əmlak obyektinin kadastr qiyməti haqqında məlumat, o cümlədən bu qiymətin müəyyənləşdirilməsi nəticələrinin təsdiqi tarixi;

 torpaq sahəsinin hüdudlarında yerləşən su obyektləri (sututarlar), meşələr və daşınmaz əmlak hesab olunan çoxillik əkmələr haqqında məlumat (kadastr uçotu obyekti torpaq sahəsi olduqda);

 kadastr uçotu obyektinə münasibətdə kadastr işlərini yerinə yetirən kadastr mühəndisi haqqında məlumatlar;

 daşınmaz əmlak obyektinin istismara verildiyi və (və ya) onun tikintisinin başa çatdığı il (kadastr uçotu obyekti bina, qurğu və ya kommunikasiya olduqda);

 daşınmaz əmlak obyektinin məhv olması haqqında məlumat (kadastr uçotu obyekti məhv olduqda);

 daşınmaz əmlak obyektlərinin, habelə kadastr bölgüsü vahidlərinin sərhədləri müəyyən edilərkən açıq vahid dövlət koordinatlar sistemindən istifadə edilir.

ІІІ. Daşınmaz əmlakın vahid dövlət kadastrına Azərbaycan Respublikasının dövlət sərhədləri haqqında aşağıdakı məlumatlar daxil edilir:

 Azərbaycan Respublikasının dövlət sərhədlərinin təsviri;

 Azərbaycan Respublikasının Konustitutsiyasına uyğun olaraq, Azərbaycan Respublikasının dövlət sərhədlərinin müəyyənləşdirilməsinə, eləcə də onda dəyişikliklərin aparılmasına səbəb olmuş referendum aktı;

 Azərbaycan Respublikasının dövlət sərhədlərinin delimitatsiyası və demarkasiyası işlərinin Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada təsdiq edilmiş son göstəriciləri.

ІV. Daşınmaz əmlakın vahid dövlət kadastrına Azərbaycan Respublikasının inzibati ərazisi bölgüsünün sərhədləri haqqında aşağıdakı məlumatlar daxil edilir:

 Azərbaycan Respublikasının inzibati ərazisi bölgüsü subyektlərinin sərhədlərinin yerləşməsinin təsviri;

 Azərbaycan Respublikasının inzibati ərazisi bölgüsi subyektlərinin sərhədlərinin razılaşdırılması və təsdiqi haqqında mövcud olan normativ-hüquqi aktların göstəriciləri;

 inzibati ərazi dairələrinin sərhədlərinin yerləşməsinin təsviri;

 inzibati ərazi dairələrinin sərhədlərinin yerləşməsinin razılaşdırılması və təsdiqi haqqında mövcud olan normativ – hüquqi aktların göstəriciləri;

 yerli özünü idarəetmə orqanlarının (bələdiyyələrin) sərhədlərinin yerləşməsinin təsviri;

 yerli özünü idarəetmə orqanlarının (bələdiyyələrin) sərhədlərinin yerləşməsinin razılaşdırılması və təsdiqi haqqında mövcud olan normativ hüquqi – hüquqi aktların göstəriciləri;

 yaşayış məntəqələrinin sərhədlərinin yerləşməsinin təsviri;

 yaşayış məntəqələrinin sərhədlərinin yerləşməsinin razılaşdırılması və təsdiqi haqqında mövcud olan normativ – hüquqi aktların göstəriciləri.

V. Daşınmaz əmlakın vahid dövlət kadastrına Azərbaycan Respublikasının ərazisinin kadastr bölgüsi haqqında aşağıdakı məlumatlar daxil edilir:

 kadastr bölgü vahidinin nömrəsi;

 kadastr bölgü vahidinin adı;

 kadastr bölgü vahidinin sərhədlərinin yerləşməsinin təsviri;

kadastr bölgü vahidinin sərhədlərinin yerləşməsinin razılaşdırılması və təsdiqi haqqında mövcud olan normativ -hüquqi aktların göstəriciləri.

VІ. Digər dövlət kadastrlarında (reyestrlərində) saxlanılan məlumatlar:

 dövlət torpaq kadastrında, dövlət meşə kadastrında, faydalı qazıntı yataqlarının və təzahürlərinin yerləşdiyi sahələrin dövlət kadastrında, eləcə də digər sahəvi kadastrlarda saxlanılan məlumatlar.

VІІ. Daşınmaz əmlak obyektlərinə dair kadastr işlərinin aparılmasının geodezik əsasları haqqında daşınmaz əmlakın vahid dövlət kadastrına aşağıdakı məlumatlar daxil edilir:

 geodeziya dayaq nöqtələrinin, koordinat sistemi göstərilməklə koordinatlar kataloqu;

 geodeziya dayaq nöqtələrinin tipləri (növləri);

 geodeziya dayaq nöqtələrinin yerləşməsinin təsviri.

VІІІ. Daşınmaz əmlak obyektlərinə dair kadastr işlərinin aparılmasının kartoqrafik əsasları haqqında daşınmaz əmlakın vahid dövlət kadastrına aşağıdakı məlumatlar daxil edilir:

 müvafiq kartoqrafik kadastr əsasının hazırlanma tarixi;

 müvafiq kartoqrafik kadastr əsasının hazırlanmasının təşkili barədə məlumat;

 müvafiq kartoqrafik kadastr əsasının miqyası;

 müvafiq kartoqrafik kadastr əsasının koordinat sistemi.




Yüklə 57,74 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin