Daşınmaz əmlakın vahid dövlət kadastrına Azərbaycan Respublikasının ərazisinin kadastr bölgüsi haqqında aşağıdakı məlumatlar daxil edilir:
kadastr bölgü vahidinin nömrəsi;
kadastr bölgü vahidinin adı;
kadastr bölgü vahidinin sərhədlərinin yerləşməsinin təsviri;
kadastr bölgü vahidinin sərhədlərinin yerləşməsinin razılaşdırılması və təsdiqi haqqında mövcud olan normativ -hüquqi aktların göstəriciləri.
VІ. Digər dövlət kadastrlarında (reyestrlərində) saxlanılan məlumatlar:
dövlət torpaq kadastrında, dövlət meşə kadastrında, faydalı qazıntı yataqlarının və təzahürlərinin yerləşdiyi sahələrin dövlət kadastrında, eləcə də digər sahəvi kadastrlarda saxlanılan məlumatlar.
VІІ. Daşınmaz əmlak obyektlərinə dair kadastr işlərinin aparılmasının geodezik əsasları haqqında daşınmaz əmlakın vahid dövlət kadastrına aşağıdakı məlumatlar daxil edilir:
geodeziya dayaq nöqtələrinin, koordinat sistemi göstərilməklə koordinatlar kataloqu;
geodeziya dayaq nöqtələrinin tipləri (növləri);
geodeziya dayaq nöqtələrinin yerləşməsinin təsviri.
VІІІ. Daşınmaz əmlak obyektlərinə dair kadastr işlərinin aparılmasının kartoqrafik əsasları haqqında daşınmaz əmlakın vahid dövlət kadastrına aşağıdakı məlumatlar daxil edilir:
müvafiq kartoqrafik kadastr əsasının hazırlanma tarixi;
müvafiq kartoqrafik kadastr əsasının hazırlanmasının təşkili barədə məlumat;
müvafiq kartoqrafik kadastr əsasının miqyası;
müvafiq kartoqrafik kadastr əsasının koordinat sistemi.
Dostları ilə paylaş: |