Təkliflərin verilməsi üçün Dəvət (TVD)
Səhiyyə Sektorunda İslahatlar Layihəsi / Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
BİA Kredit No.: 4210-AZ
Şəki və Ağdaş rayonlarında 100-çarpayılıq xəstəxanalar üçün 2 (iki) təcili tibbi yardım maşınının satınalınması
TVD No: SSİL/ Şəki və Ağdaş rayonlarında 100-çarpayılıq xəstəxanalar üçün təcili tibbi yardım maşınları/G/NCB/8.22
1. Təkliflərin Verilməsinə dair bu Dəvətnamə 2006-cı il Noyabrın 30-da “Development Business” jurnalında dərc olunmuş Layihə üzrə Ümumi Satınalma Elanının davamı olaraq irəli sürülür.
2. Azərbaycan Respublikası, Səhiyyə Sektorunda İslahatlar Layihəsinin maliyyələşdirilməsi üçün Beynəlxalq İnkişaf Assosiasiyasından maliyyə vəsaiti almışdır və bu kreditin bir hissəsini SSİL/ Şəki və Ağdaş rayonlarında 100-çarpayılıq xəstəxanalar üçün təcili yardım maşınları/G/NCB/8.22 saylı TVD –dən irəli gələn müqavilə çərçivəsində ödənişlərə tətbiq edilməsi nəzərdə tutmuşdur.
Şəki və Ağdaş rayonlarında 100-çarpayılıq xəstəxanalar üçün 2 (iki) təcili tibbi yardım maşını
Səhiyyə Sektorunda İslahatlar Layihəsinin İcra Qrupu/Səhiyyə Nazirliyi Layihəni həyata keçirən qurum kimi fəaliyyət göstərir və indi Şəki və Ağdaş rayonlarındakı 100-çarpayılıq xəstəxana üçün təcili tibbi yardım maşınlarının təchizatı üzrə münasib olan Tender iştirakçılarını möhürlü təkliflər verməyə dəvət edir.
Tender, Dünya Bankının Təlimatında göstərilən Milli Rəqabətli Tender prosedurları əsasında həyata keçiriləcək: BİYB və BİA-nın kreditləri əsasında Satınalma, və Təlimatda qeyd olunduğu kimi Münasib ölkələrdən olan bütün iştirakçılara açıq elan olunur.
5. Maraqlanan münasib iştirakçılar Səhiyyə Sektorunda İslahatlar Layihəsinin İcra Qrupundan (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Səhiyyə Sektorunda İslahatlar Layihəsinin İcra Qrupu, LİQ direktoru, Rəşad Mafusov, e-mail: office@hsrp.az) əlavə məlumat əldə edə bilər və saat 10:00-dan 17:00-dək aşağıda verilmiş ünvanda Tender Sənədlərini nəzərdən keçirə bilər.
6. Tələb olunan keyfiyyətlərə daxildir:
İştirakçınin son beş il ərzində tibbi təyinatlı nəqliyyat vasitələri üzrə ən azından 2 müvəfəqiyyətlə başa çatdırılmış müqaviləsi olmalıdır.
İştirakçı tender açlışından öncə son 5 il müddətində tibbi təyinatlı nəqliyyat vasitələrinin istehsal və təchizatı işini davam etdirməlidir.
7. Tender sənədlərinin ingilis dilində tam paketi maraqlanan iştirakçı tərəfindən aşağıda qeyd olunan ünvana yazılı Müraciət təqdim etməklə və geri qaytarılmamaq şərti ilə 100 ABŞ dolları və ya 80 AZN məbləğində ödəniş etməklə satın alına bilər. Ödəniş üsulu bank hesabına köçürülmə olacaq. Bank rekvizitləri aşağıdakılardır:
Benefisiar (alan) bank
Bankın adı: Azərbaycan Beynəlxalq Bankı
Kodu: 805250
VÖEN: 9900001881
Müxbir hesab: AZ03NABZ01350100000000002944
S.W.I.F.T: İBAZAZ2X
Hesab nömrəsi: AZ98IBAZ38090019449330329120
Benefisiar
Adı: Səhiyyə Nazirliyi yanında Səhiyyə Sektorunda İslahatlar Layihəsi (Kredit N 4210 AZ)
VÖEN: 1400049171
Tender sənədləri elektron versiyada və ya kuryer vasitəsi ilə göndəriləcək. LİQ, sənədlərin gecikməsində, çatdırılmasında və ya alınmamasında cavabdeh olmayacaq,
8. Təkliflər 17 oktyabr 2013-cü il tarixində saat 14:45-dən öncə aşağıda göstərilmiş ünvana təqdim olunmalıdır. Elektron versiya qəbul edilməyəcək. Gecikmiş təkliflər rədd ediləcək. Təkliflər İştirakçının seçdiyi nümayəndənin iştirakı ilə 17 oktyabr 2013-cü il tarixində, yerli vaxtla saat 15:00-da açılacaq.
Bütün təkliflər 6,000 AZN (altı min Azərbaycan manatı) və ya sərbəst dövriyyədə olan valyuta ilə onun ekvivalenti məbləğində “Tender Zəmanəti” ilə müşayiət olunmalıdır.
9. Yuxarıda istinad olunan ünvan:
Azərbaycan Respublikası
Səhiyyə Sektorunda İslahatlar Layihəsinin İcra Qrupu
H. Zərdabi küçəsi 96, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, 6-cı mərtəbə
Şəhər: Bakı
Poçt indeksi: AZ1122
Ölkə: Azərbaycan
Telefon: +994 12 431 1968
Fax: +994 12 431 1937
Email: office@hsrp.az
Dostları ilə paylaş: |