ŞƏhla məHƏMMƏd qizi rzayeva leyla zakir qizi əLİyeva



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə106/253
tarix25.12.2023
ölçüsü2,8 Kb.
#194480
növüDərs
1   ...   102   103   104   105   106   107   108   109   ...   253
Rzayeva.-qtisadi-fikir-tarixi

Fridrix Engels
isə 1820-ci ildə Reyn vilayətində fabri-
kant ailəsində anadan olmuşdur. O, 1838-ci ildə atasının təkidi 
ilə gimnaziyanı bitirməmiş kommersiya fəaliyyəti ilə məşğul 
olmuşdur. 1842-ci ildə Engels Kölndə K.Marksla tanış olmuş-
dur.
1843-cü ildə K. Marks "Yeni Reyn" qəzetinin bağlanma-
sına görə oranı tərk etmiş və Parisə gedərək "Alman – Fransız 
həftəliyi" jurnalın nəşrində iştirak etmişdir. Bu jurnalın 1844-
cü ildə çapdan çıxan nömrəsində onların məqalələri çap olun-
muşdu ki, bu da marksist inqilabi təliminin yaranmasında mü-
hüm rol oynamışdır. 1844-cü ildə F.Engels İngiltərədən Alma-
niyaya gedərkən yolda Parisə dönmüş və Marksla ikinci dəfə 
görüşmüşdü. 
Marksın inqilabi baxışlarının formalaşmasında Paris 
dövrünün xüsusi rolu olmuş və burada inqilabçı demokratdan – 
proletariatın ideoloquna çevrilmişdir. 1848-ci ildə Almaniyada 
inqilab baş vermiş və onlar Almaniyaya qayıdaraq inqilabi 
mübarizədə aktiv iştirak etmişlər. Marks 1848-ci ildə "Yeni 
16
Bax: Mark Blauq. Keynsə qədər 100 böyük iqtisadçı. Bakı, 2009, 
səh.179.


159 
Reyn" qəzetinin redaktoru olmuş və 1849-cu ildə bu qəzetin 
bağlanmasına görə Almaniyanı tərk edərək, Londonda məskun-
laşmış və burada həyatının sonuna kimi yaşamışdır. F.Engels 
silahlı üsyanda aktiv iştirak etdiyinə görə İsveçrədən Londona 
gəlmiş və burada yenidən Marksla görüşmüşdür. Bu dövrdən 
onların birgə fəaliyyətinin yeni dövrü başlamışdır. 
1842-ci ildə F.Engels İngiltərədən Mançesterə gələrək 
proletariatın nəzəriyyəsi ilə tanış olmuş və həmin dövrdən 
İngiltərənin iqtisadi inkişafının və siyasi həyatının xarakte-
ristikasının kəskin tənqidini vermişdir (1839-1843). 1842-ci 
ildə "Yeni Reyn" qəzetində Marks bir necə məqalə ilə çıxış 
etmişdi ki, bu məqalələrdə ölkədə feodalizmin qalıqları və 
siyasi həyat haqqında fikirlər söyləmiş, hələ ki, proletariatın 
mövqeyi haqqında çıxış etməmişdi. 1843-1844 -cü illərdə əha-
linin zəhmətkeş təbəqəsinin mənafeyinin kəskin müdafiəçisi 
olmuş “Alman-Fransız” hərəkatının iki növünü: siyasi (burjua) 
və radikal (proletar) inqilabı fərqləndirmişdir. 
1844-cü ildə K.Marks iqtisadi-fəlsəfi əlyazmalarını 
yazarkən Smitin və Rikardonun əsərləri ilə tanış olmuş, onların 
baxışlarının tənqidi təhlilini vermişdir. “Fəlsəfə yoxsulluğu” 
(1847) əsərində Marks yeni tarixi və iqtisadi görüşlərinin əsas 
cəhətlərini dəqiqləşdirmiş, siyasi iqtisadın elmi metodolo-
giyasını əsaslandırmış, bu sahədə əsl inqilabi çevriliş etmişdir.
Bu kitab o dövrdə böyük təsirə malik olan Prudonun sosialist 
ideyalarının tənqidi idi. O, burada əmtəə istehsalının tarixi 
xarakterini vermiş, siyasi iqtisadın bir-birindən fərqlənən isteh-
sal münasibətlərini öyrənməsini qeyd etmişdir. K. Marksa 
görə iqtisadi kateqoriyaları heç kim yaratmır, iqtisadi kateqo-
riyalar ictimai istehsal münasibətlərinin nəzəri ifadəsidir, məh-
sulların mübadiləsi forması onların istehsal üsulundan asılıdır.
1848-ci ildə Marks və Engels birlikdə yenicə təsis olun-
muş Londonun kommunist ittifaqı üçün "Kommunist partiya-
sının manifesti"ni dərc etdirmişlər. Bu Manifestdə inqilabi 
ədəbiyyatın ən çox yadda qalan belə bir sətirləri vardır. 


160 
"... Qoy hakim siniflər Kommunist inqilabından lərzəyə 
gəlsinlər. Proletariatın (fəhlələrin) öz zəncirlərindən başqa 
itirməli bir şeyi yoxdur. Onlar bütün dünyanı qazanmalıdırlar. 
Bütün ölkələrin proletarları birləşin !" 
Bu əsər onların elmi nəzəriyyəsi ilə inqilabi praktik 
fəaliyyətinin vəhdətidir. Burada kapitalizmdən əvvəlki istehsal 
üsullarının sinfi quruluşu kapitalizmin inkişafı və onun 
müxtəlif mərhələləri məhsuldar qüvvələrlə istehsal münasi-
bətlərinin dialektik vəhdəti, onların arasındakı ziddiyyətlərin 
nəticəsi kimi iqtisadi böhranların dövriliyi və dağıdıcı xarakteri 
göstərilir. 
Kapitalizmdə sənaye istehsalının inkişafı ilə proletariatın 
sayının artması, iri müəssisələrdə cəmləşməsi, onun şüurunun 
formalaşması və kapitalizmin məhvi üçün maddi və inqilabi 
şəraitin yetişməsi, burjuaziya üçün qəbirqazıyanın rolunu 
oynaması məsələləri bu əsərdə öz əksini tapmışdır.
Kommunizmdə hər cür mülkiyyətin deyil, proletar inqila-
bından sonra burjua mülkiyyətinin ləğvi, yüksək, mütərəqqi 
vergilər, kreditin, nəqliyyatın və torpaq mülkiyyətinin dövlətin 
əlində mərkəzləşməsi, dövlət mülkiyyətinin artması, əməyin 
məcmusu kimi iqtisadi tədbirlərin həyata keçirilməsi qeyd 
olunurdu. Burada eyni zamanda, utopik sosializmin dərin 
xarakteristikası verilir, sosializm cəmiyyətinin cizgiləri, siyasi 
və inqilabi mübarizədə proletariatın rolunun nəzərə alınması, 
kommunizm ideyası təbliğ edilirdi. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin