57. C.S.Millin beynəlxalq dəyər qanununa görə:
A) Ölkələr daha az xərclərlə istehsal etdikləri əmtəələri ixrac
edir
B))Mübadilə qiyməti tələb və təklif qanununun elə bir səviyyə-
sinə görə müəyyənləşir ki, bu qiymətdə hər bir ölkənin ixracı
onun idxalını ödəyir
155
C) Ölkələr arasında mənfəətli xarici ticarətin təmin edilməsi
üçün ölkələrdə daxili istehsal dəyərləri bir-birindən fərqli
olmalıdır
D) Dünya bazarında əmtəə təklifi tələbin ardınca meydana gəlir
E) Xarici ticarət əmək məhsuldarlığının inkişafını stimullaş-
dırır
58. O.Keriyə görə:
A)) Cəmiyyətdə həqiqi və əsl mənafelərin hamısının tam
ahəngdarlığı mövcuddur
B) Qiymətlə kəmiyyət arasında təcrübə ilə təsdiq edilən və nə-
zəri cəhətdən əsaslandırılması tələb olunmayan əks nisbət açıq
görünür
C) Müxtəlif əmtəələr üçün tələbin elastikliyi müxtəlifdir
D) Tələb funksiyası mənfiyə meyillidir, belə ki, əmtəənin əlavə
vahidinin alışından əldə olunan əlavə faydalılığın adətən aşağı
düşdüyü kimi şərh edilir
E) İqtisadi davranışın əsası insan tərəfindən nemətin psixoloji
qiymətləndirilməsi və bu nemətlər arasında seçim etməkdir
156
MÖVZU 9. KARL MARKSIN İQTİSADİ TƏLİMİ
1.
K.Marks marksizmin banisi kimi
2. K.Marksın iqtisad elminin inkişafındakı xidmətləri
3. K.Marksın qısa tərcümeyi-halı
XX əsrin əksər illərində dünya əhalisinin üçdə biri
Karl
Marksı
tarixin ən böyük iqtisadçısı hesab etmişdir. İqtisadi
təfəkkürün tanınmış tarixçisi olan Mark Blauq qeyd edirdi ki,
Marksın böyük iqtisadçı olduğuna heç bir şübhə yoxdur.
Blauqa görə, əgər biz hətta fundamental marksist sxemini və
onun əsas nəticələrinin əksəriyyətini inkar etsək də, "Kapitalın
üç cildi, xüsusilə də son iki cildində müasir iqtisadçıların öyrə-
nə biləcəkləri bir çox maraqlı misalların olduğunu qəbul et-
məliyik. Müəssisələrin böyüməsi, bu böyümənin nəticəsində
mülkiyyətin idarəetmədən ayrılması, kapitalizm şəraitində fəh-
lələrin intizam metodu kimi istifadə olunan işsizlik, iqtisadi
tsikllərin nəticəsində əmək haqqının dəyişməsinin mahiyyəti,
iqtisadi tsiklin ayrılmaz dövrilik xassəsi olan, gəlir normasına
texniki tərəqqinin təsiri və s. Deməli, Marksın oxunması hələ
də faydalıdır.
Y.Şumpeterin özünün "İqtisadi təhlilin tarixi" əsərində
(1954) Marksın nəzəriyyəsini "Güclü analitik vasitə" kimi
qiymətləndirməsi" və "İqtisadi prosesin təkamülünün labüd ol-
masını görmək... Marksın dahi iqtisadçı adlanmaq iddiasına
haqqı olması" qənaətinə gəlir. Zaman keçsə də, onun "Kapital"
əsəri həmişə aktuallığını saxlayacaqdır.
15
Marksizmin banisi, klassik iqtisadçı olan Karl Makrs
fəlsəfəni və ictimai elmlərin son nailiyyətlərini mənimsəyərək
bu elmlərə çox yeniliklər gətirməyə nail olmuş, burjua cəmiy-
yətinin mahiyyətini (kapital) aşkar etmiş, ona xas ziddiyyətləri
açıb göstərmək imkanına malik olmuşdur. Bütün bunlar məh-
suldar qüvvələrinin hərəkətində, xüsusən elmlə istehsal vasitə-
15
Bax: Böyük İqtisadi Ensiklopediya. Bakı, 2012, səh. 483.
157
lərinin münasibətində tarixi meyilləri proqnozlazdırmağa im-
kan vermişdir. Fəhlə sinfi ilə burjuaziya arasında münaqişələr
həddinə çatan kəskin ziddiyyətləri müşahidə edən Marks bur-
jua cəmiyyətinin inqilabi dəyişikliklərlə inkişaf edəcəyini gö-
rürdü. Lakin bir sıra ölkələr inqilabi sarsıntılarsız, iqtisadiyyat-
da və siyasətdə təkamül xarakterli dəyişikliklər yolu ilə sosial-
iqtisadi tərəqqiyə nail ola bilmişlər. Bununla yanaşı marksizm
ictimai inkişafın əsas xəttini göstərmişdir: XX əsrdə burjua cə-
miyyətinin sosiallaşmasından ibarət obyektiv zərurət bütün
dünyanı əhatə edən bir meylə çevrilmişdir.
Marksizm XIX əsrin 40-cı illərində yaranmışdı. Həmin
dövrdə kapitalizmin iqtisadi və sosial ziddiyyətləri kəskin-
ləşmiş, fəhlə sinfinin mütəşəkkilliyi, kapitalizmə qarşı müba-
rizəsi artmışdı. Kapitalist iqtisadiyyatının inkişafında mühüm
irəliləyişlər, sənaye çevrilişləri baş verirdi. Məhsuldar qüvvə-
lərin sürətli inkişafı manufakturadan maşınlı texnika tətbiqinə
əsaslanan fabrik sisteminə keçidə imkan verdi. Sənaye
çevrilişləri əvvəlcə İngiltərədə, sonralar Qərbi Avropanın digər
ölkələrində baş verdikcə fəhlə sinfi müstəqil ictimai qüvvəyə
çevrilirdi. 1831-ci ildə Fransada Lion toxucularının üsyanı, 40-
cı illərdə İngiltərədə çartizm hərəkatı, 1844-cü ildə Sileziya
toxucularının üsyanı göstərdi ki, kapitalizmin feodalizm üzə-
rində mühüm üstünlüyünə baxmayaraq, proletariatla burjuaziya
arasında mübarizə getdikcə kəskinləşirdi. Almaniyada bu dövr-
lərdə kapitalizmin inkişafı feodal münasibətlərinin mühüm
dərəcədə saxlanılması ilə müşahidə olunurdu ki, burada burjua
demokratik inqilabı kifayət qədər inkişaf etmədiyinə görə
proletariat başlıca hərəkətverici qüvvəyə çevrilmişdi. 40-cı
illərdə sinfi mübarizənin kəskinliyi proletar inqilabını
nəzəriyyəsinin bu ölkədə yaranmasına səbəb oldu.
Fəhlə sinfinin inqilabi çıxışlarında və marksizmin yaran-
masında əvvəlki ictimai fikrin alman klassik fəlsəfəsinin,
ingilis klassik siyasi iqtisadının, fransız utopik sosialistlərinin
mühüm əhəmiyyəti oldu. Marksizm özündən əvvəlki ictimai
158
fikrin xüsusilə, klassik siyasi iqtisadın iqtisadi təliminin qa-
baqcıl fikirlərini ümumiləşdirərək bütövlükdə (inqilabi təlim
yaratmış) marksizmin üç tərkib hissəsi olan dialektik mate-
rialist fəlsəfə, elmi siyasi iqtisad və elmi sosializm haqqında
inqilabi təlim yaratmışdır.
Karl Marks Prussiyadakı Reynlend vilayətinin Trir şəhə-
rində (indiki Qərbi Almaniya), ictimai düşüncəyə görə xristian-
lığı qəbul edən yəhudi ailəsində anadan olmuşdur. O, Bonn,
Berlin və Yenadakı universitetlərdə oxumuş, burada 23 yaşında
fəlsəfə doktoru dərəcəsini almışdır.
16
Tələbəlik dövründə o,
Hegelin konservativ nəzəriyyəsini kəskin ictimai tənqid silahı-
na çevirən gənc hegelçilərlə ünsiyyətdə olurdu. Gənc Marksın
məqalələri tezliklə onu akademik karyeradan məhrum etmiş və
o, jurnalistikaya üz tutmuşdur.
Dostları ilə paylaş: |