ŞƏhla məHƏMMƏd qizi rzayeva leyla zakir qizi əLİyeva



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə107/253
tarix25.12.2023
ölçüsü2,8 Kb.
#194480
növüDərs
1   ...   103   104   105   106   107   108   109   110   ...   253
Rzayeva.-qtisadi-fikir-tarixi

XIX əsrin 40-cı illərində Marks və Engelsin əsərlərində 
siyasi iqtisad məsələləri: 
F.Engels 
"
Siyasi iqtisadın tənqidinə dair qeydlər

əsə-
rində proletariatın mövqeyindən çıxış edərək kapitalist istehsal 
münasibətlərini - istehsal qüvvələri üzərində xüsusi mülkiyyəti 
kapitalist rəqabətini pisləmiş, kortəbii bazar münasibətlərinin 
dağıdıcı anarxiyalı xarakterini göstərmişdir. O, qeyd edirdi ki, 
rəqabət sahibkarları inhisara doğru aparır, kapitalist cəmiy-
yətində ticarət mühüm rola malikdir, tələb və təklifin təsiri 


161 
altında bazar qiymətlərinin tərəddüd etməsi dəyər qanununun 
pozulmasına gətirib çıxarır. 
İzafi dəyər nəzəriyyəsinin tənqidinin əsası: 
Əgər Marks əlyazmalarında Rikardonun əmtəə-dəyər 
nəzəriyyəsinin mühüm əhəmiyyətini görmürdüsə, bu kitabda 
onu qəbul edərək dəyər nəzəriyyəsinin bir çox tərəflərində 
Rikardo ilə həmrəy olurdu. O, şeylərin dəyərini ictimai zəruri 
əmək məsrəfləri ilə müəyyən edirdi (fərdi əməklə deyil). 
Marks izafi dəyər nəzəriyyəsinin bir sıra ilkin təhlilini 
verir, Rikardo kimi o da fəhlənin iş qüvvəsini deyil, əməyinin 
kapitalistə satdığını iddia edirdi. Əməkhaqqına dəyərin çev-
rilmiş forması kimi deyil, əməyin qiyməti kimi baxırdı. Əmək-
haqqının miqdarını Rikardo kimi minimum yaşayış vasitə-
lərində görür, əməyə kapitalist istehsalının spesifik mərhələ-
sində əmtəə kimi baxırdı. 
O da Rikardo kimi mütləq və diferensial rentanı görmür-
dü. Ancaq Rikardonun renta nəzəriyyəsinin əksinə olaraq məh-
suldarlığın azaldılması qanununun əksinə çıxmış torpaqların 
milliləşdirilməsini mütərəqqi tədbir kimi qiymətləndirmişdi.
Marks "Fəlsəfə yoxsulluğu" əsərində F.Engelsin qeydlə-
rində göstərdiyi inhisar və rəqabət haqqında fikirlərini inkişaf 
etdirmiş, ziddiyyətli xarakterini göstərmiş, bunların bir-birini 
doğurduğunu, şərtləndirdiyini qeyd etmişdir. 
"Muzdlu əmək və kapital" (1849 ) əsərində əsas diqqət 
əməkhaqqının və kapitalın mahiyyəti, kapital yığımının fəhlə 
sinfinə təsiri, əmtəənin qiymətini müəyyən edən amillər, dəyər 
qanununun mexanizminin açılması verilmişdir. 
Marks fəhlənin kapitalistə öz əməyini satır fikrini, o vaxt 
əməklə iş qüvvəsi arasındakı fərqi görməmiş, daha sonra isə 
əməyin satılması əvəzində iş qüvvəsinin satılması anlayışından 
istifadə etmişdir. Əməkhaqqı fəhlələrin istehsal etdiyi əmtəə-
lərdən payı deyildir. Fəhlələrin həyat fəaliyyəti əmtəə istehsalı 
prosesi başlamamışdan qabaq kapitalistə satılır. Fəhlə əmtəə 
istehsalı prosesində özünün yaşaması xərclərindən çox dəyər 


162 
yaradır. Əməkhaqqının miqdarı dəyərdən, tələb və təklifdən 
asılıdır. Rəqabət şəraitində bazar qiymətlərinin yaranması, 
əmək məsrəflərini (əmtəə dəyərinin miqdarını müəyyən edən) 
istehsal xərcləri adlanır. İş qüvvəsinin istehsal xərclərini fəhlə-
nin və onun ailəsinin yaşaması kimi göstərir, əməkhaqqı 
minimum yaşayış vasitələrilə müəyyən edilirdi. 
Kapitala şeylər kimi baxan nəzəriyyənin əksinə olaraq
Marks göstərir ki, yığılmış əmək müəyyən şəraitdə kapitala 
çevrilir. Kapital burjua cəmiyyətinə xas olan istehsal münasibə-
tidir. Kapital muzdlu əməyi-muzdlu əmək isə kapitalı tələb 
edir. 
"Siyasi iqtisadın tənqidi", 1857-1858-ci illərdə - qeydlər, 
əlyazmalar - "Kapital"ın I cildinin əsas problemlərini əhatə 
edir.
Burada izafi dəyərin nəzəri problemləri, onun mahiyyəti, 
izafi dəyərin norma və kütləsi, kapitalın sabit və dəyişən 
kapitala bölünməsi, kapitalın üzvi quruluşu, kapitalın inkişafı-
nın iqtisadi və sosial ziddiyyətləri öz əksini tapır. Bu əsər nəşr 
olunmaq üçün nəzərdə tutulmamışdı, bəzi mürəkkəb məsələləri
aydınlaşdırmaq məqsədi güdürdü. 
1857-1858-ci illərdə Karl Marks "Siyasi iqtisadın tən-
qidinə dair" "Kapital"a hazırlıq qeydlərindən istifadə edərək 
nəşr olunmaq üçün iqtisadi əsərlər yazmaq qərarına gəlir. 
Burada istehsal münasibətlərinin məhsuldar qüvvələrin 
səviyyəsi ilə müəyyən olunması, onların arasındakı ziddiy-
yətlərin, vəhdətliliyin, zəruriliyinin ilk dəfə dəqiq xarakteristi-
kasını verir. İqtisadi bazis, üstqurum, ictimai-iqtisadi formasiya 
anlayışlarını izah edir. 
I fəsildə - “Əmtəə” - əmək dəyər nəzəriyyəsinin izahı, 
klassik siyasi iqtisadının müsbət və mənfi cəhətləri, mübadilə 
dəyəri ilə istehlak dəyəri arasındakı ziddiyyət Smit və Rikardo-
nun əksinə olaraq əməyin ikili xarakteri məsələləri izah olunur. 
II fəsildə pul, tədavül, pul tədavülünə pozitiv yanaşma və 
pul haqqında müxtəlif nəzəriyyələrin tənqidi "Kapital"a 


163 
nisbətən daha geniş öyrənilir. Pulun meydana gəlməsi və funk-
siyaları araşdırılır. 
İctimai istehsalın ayrı-ayrı momentlərini izah edərək 
göstərir ki, başlıca yeri bölgü deyil, istehsal tutur. Siyasi 
iqtisadın elmi abstraksiyasının, abstrakdan konkretə, tarixi və 
məntiqi metodlarının şərhini verir.1861-ci ildə "Kapitala ikinci 
hazırlıq", 1864-1865-ci illərdə üçüncü hazırlıq gedir.
"Kapital"ın I cildi 1867-ci ildə çapdan çıxır və kapitalist 
iqtisadiyyatının hərtərəfli təhlili verilir – 7 bölmə 25 fəsildən 
ibarətdir. Öz məzmununa görə I fəsil "Siyasi iqtisadın tənqi-
dinə dair" əsərinin davamıdır. Burada dəyər və mübadilə 
dəyərinin, daha dəqiq dəyər formasının təhlili verilir, pulun 
meydana gəlməsi, əmtəə fetişizmi izah olunur. 
II bölmə "Pulun kapitala çevrilməsi"nə – iş qüvvəsinin is-
tismarına, izafi dəyərin mahiyyətinə, iş qüvvəsinin əmtəə olma-
sına, iş qüvvəsinin xüsusiyyətlərinə həsr olunur. 
Sonrakı üç bölmədə izafi dəyər istehsalı təhlil edilir: sa-
bit və dəyişən kapitalın, izafi dəyərin artmasının iki üsulunun 
şərhi verilir.
II bölmədə əməkhaqqının mahiyyəti, onun formaları, 
əməkhaqqına dəyərin və iş qüvvəsinin qiymətinin çevrilmiş 
formaları kimi baxılır. 
Daha sonra kapitalist yığımı prosesinin dəqiq təhlilini və 
onun fəhlə sinfinə təsirini aydınlaşdırmışdır. Axırıncı bölmə 
“Muzdlu əmək və kapital” əsəri ilə bağlıdır. Burada izafi dəyə-
rin kapitala çevrilməsi, kapital yığımının həcmi və ona təsir 
göstərən amillər, nisbi əhali artıqlığının əsas səbəbləri, kapita-
lın üzvi quruluşu, kapital yığımının ümumi qanunu şərh olunur.
Beləliklə, I cildin əsas diqqət mərkəzində-izafi dəyər 
nəzəriyyəsinin şərhi durur. 
"Kapital"ın II cildində kapitalın tədavülü prosesi izah 
olunur. Tədavül prosesini tədqiq edərkən ona istehsalla vəh-
dətdə baxılır. Üç bölmədən ibarətdir. I bölmədə kapitalın 
metamorfozları və onun dövranı, II bölmədə kapitalın döv-


164 
riyyəsi, III bölmədə ictimai kapitalın təkrar istehsalı tədqiq 
olunur. I və II bölmələrdə kapitalın dövranı və dövriyyəsi, 
kapitalın dövranının üç mərhələsi, kapitalın əsas və dövriyyə 
kapitalı, iş vaxtı məsələləri izah olunur. III bölmədə A.Smitin, 
fiziokratların təkrar istehsala aid fikirlərini inkişaf etdirərək, 
F.Kenenin iqtisadi cədvəlində tənqidi cəhətləri ümumiləş-
dirərək sadə və geniş təkrar istehsal, ictimai istehsalın reallaş-
masının zəruri şərtləri və s. məsələlər öz əksini tapır. 
"Kapital"ın III cildində kapitalist istehsal prosesi bütöv-
lükdə tədqiq olunmuş və yeddi bölmədən ibarətdir. İzafi dəyə-
rin mənfəətə, mənfəətin orta mənfəətə və dəyərin istehsal qiy-
mətinə çevrilməsi tədqiq olunmuşdur. Orta mənfəət və istehsal 
qiyməti haqqında təlimdə qeyd olunur ki, dəyərin istehsal qiy-
mətinə çevrilməsi dəyər qanunun prinsiplərinin pozulması 
deyil, onun təzahürünün mürəkkəb formasıdır. 
IV bölmədə ticarət kapitalının və ticarət mənfəətinin 
geniş təhlili verilmişdir.
V bölmədə borc kapitalı və borc faizi izah olunmuş, tor-
paq rentası Rikardodan fərqli olaraq diferensial renta, mütləq 
rentanın əmələ gəlməsi məsələsi təhlil edilmişdir. 
K.Marks "Kapital"da kapitalist iqtisadiyyatının çox çalar-
lığını, kapitalların rəqabəti, kredit, səhm kapitalı, torpaq mül-
kiyyəti, muzdlu əmək, dövlət, xarici ticarət, dünya bazarı və s. 
kimi məsələlərdən kənarlaşdırmışdır. 
"Kapital"ın IV cildi "İzafi dəyər" nəzəriyyələrinə həsr 
olunmuşdur. I hissədə Stüartın, Smitin və Rikardonun iqtisadi 
görüşlərinin tənqidi verilmişdir. Burada məhsuldar və qeyri-
məhsuldar əmək, iqtisadi böhranların mahiyyəti, təkrar istehsal, 
orta mənfəət və istehsal qiyməti, bazar dəyəri, diferensial və 
mütləq renta haqqında fikirləri verilmişdir.
F.Engelsin "Anti-Dürinq" əsəri burjua ideoloqu Dürinqin 
nəzəriyyələrinin tənqidinə həsr olunmuşdur. Giriş və üç 
fəsildən-fəlsəfə, siyasi iqtisad və sosiologiyadan ibarətdir. 
Girişdə özündən əvvəlki fikrin nümayəndələrinin Marksın iki 


165 
kəşfinin təhlili verilmişdir. I bölmədə - dialektik materializm 
və onun ictimai inkişafa tətbiqi-tarixi materializm, II bölmədə 
siyasi iqtisadın predmeti və metodu – iqtisadi qanunların 
xarakteri şərh edilmiş, siyasi iqtisadın geniş və dar mənada 
tərifi verilmişdir. III bölmədə sosializm istehsalının ictmai xa-
rakteri, mənimsəmənin xüsusi forması, proletariatla burjua 
arasında ziddiyyətlilik, kapitalist istehsalının tsiklik xarakteri, 
inhisarların yaranması, rəqabətin inhisara çevrilməsi və s. 
məsələlərin izahı verilmişdir. 
K.Marksın başlıca kəşfləri: formasiyaların bir-birini əvəz 
etməsinə əsaslanan ictimai-iqtisadi formasiya təliminin yaran-
ması, kapitalizmin inkişaf qanunlarının-ziddiyyətlərinin açıl-
ması, təkrar istehsal və iqtisadi böhran haqqında nəzəriyyənin 
işlənib hazırlanması, istehsal, qiymət, əməyin ikili xarakteri, 
əmtəənin ziddiyyətləri, izafi dəyər haqqında təlimin yaranması, 
dəyərin inkişaf formalarının təhlili, mütləq rentanın mahiy-
yətinin açılması olmuşdur.
Cəmiyyətin tam halda öyrənilməsinə yanaşma Marksa 
inkişaf qanunlarını açmağa; ictimai nəzəriyyə qarşısında duran
bir sıra problemləri qaldırmağa və tədqiq etməyə; (o cümlədən
əməyin özgəninkiləşdirilməsi), əmtəə fetişizmi, ideal ilə 
maddinin nisbəti, şəxsiyyətin formalaşması və inkişafı, sub-
yektin tarixi və iqtisadi baxımdan spesifikasını (azadlıq, dövlət 
problemi) və s. aşkar etməyə imkan vermişdir. Marksın iqtisadi 
nəzəriyyəyə töhfəsi xüsusi ilə diqqətəlayiqdir. İlk dəfə olaraq 
K.Marks tərəfindən məhsuldar qüvvələrin səviyyəsindən asılı 
olan istehsal münasibətləri elm kimi iqtisadi nəzəriyyənin, 
siyasi iqtisadın predmeti kimi izah olunmuşdur. Marks ma-
terializmin "şüuru varlıq müəyyən edir" prinsipindən çıxış edə-
rək vurğulayırdı ki, tarixin hərəkətinin əsası istehsalın sosialist 
formasıdır və bu hərəkətin spesifikası ictimai istehsal münasi-
bətləri ilə şərtlənir. Odur ki, Marks dəyərin sosial istehsal 
forması kimi tədqiq edilməsinə, onun əmək xarakterinə böyük 


166 
əhəmiyyət verirdi. İzafi dəyər nəzəriyyəsi isə kapitalizm 
dövründə istehsal münasibətlərinin xarakterini ən uyğun şəkil-
də əks etdirən bir təlimdir. Bu qanunun kəşfində onun əmək-
dəyər nəzəriyyəsi, əməyin ikili xarakteri haqqında təlimi 
müstəsna əhəmiyyət kəsb etmişdir. Marksizm, sadəcə olaraq, 
ictimai inkişafın meyillərini tədqiq etməklə kifayətlənməmiş, 
həm də inqilabi praktikaya doğru istiqamətlənmişdir.

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin