ŞƏhla məHƏMMƏd qizi rzayeva leyla zakir qizi əLİyeva


C.M.Keyns səmərəli tələbi stimullaşdırmaq üçün nə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə171/253
tarix25.12.2023
ölçüsü2,8 Kb.
#194480
növüDərs
1   ...   167   168   169   170   171   172   173   174   ...   253
Rzayeva.-qtisadi-fikir-tarixi

115. C.M.Keyns səmərəli tələbi stimullaşdırmaq üçün nə 
təklif edirdi: 
A) Dövlət xərclərini artırmağı
B) Dövlət sifarişlərini artırmağı 
C) Kredit faizini azaltmağı
D) İnvestisiyanı artırmağı 
E)) Bunların hamısı doğrudur 
 
 
 
 


253 
MÖVZU 13. NEOLİBARALİZM.
MONETARİZM 
 
1. Neolibaralizmin əsas nəzəriyyələri 
2. Almaniyada neoliberalizm 
3. M.Fridmen monetar nəzəriyyənin banisi kimi 
 
Neoklassik yönümlü müasir iqtisadi nəzəriyyələrin bir 
istiqaməti də neoliberalizmdir. Neoliberalizmin mahiyyətindən 
danışarkən qeyd etmək lazımdır ki, XX əsrin 20–30-cu illə-
rində yaranmış neoliberalizm klassik liberalizmin və neoklassik 
məktəbin ideyalarını özündə birləşdirir. O həm də keynsçilik 
və marksizmlə eyni vaxta yaranmasına baxmayaraq bu nəzəriy-
yədən əsaslı dərəcədə fərqlənir. 
Belə ki, klassik liberalistlər iqtisadiyyatın bazar mexa-
nizmi vasitəsi ilə özü-özünün idarə olunmasını əsas götürmək-
lə dövlətin rolunu ancaq azad rəqabət üçün şəraitin yaranma-
sında görürdülər. Neoliberallar isə iqtisadiyyata dövlətin müda-
xiləsini daha da fəallaşmasını təklif edirdilər. Onlar həm də 
makroiqtisadi təhlili əsas götürürdülər. 
Neoliberalizm nəzəriyyəsi bir neçə istiqamətdə inkişaf et-
mişdir və müxtəlif məktəbləri özündə birləşdirir. Bunlardan 
Frayburq
(
V.Oyken, L.Erxard, V.Repke, A.Ryustov), 
London (F.Xayek, L.Mizes, L.Robbins
) və 
Çikaqo 
(M.Fridmen)
məktəblərini qeyd etmək olar. 
XX əsrin ikinci yarısında iqtisadi təfəkkürün əsas istiqa-
mətlərindən biri kimi neoliberalizm yeni tarixi məktəbin ideya-
ları, neoklassika və ənənəvi liberalizm ənənələri ideyalarının 
sintezi əsasında xalq təsərrüfatı haqqında təlim yaratmağa cəhd 
etmişdir. Metodoloji baxımdan neoliberalizm tarixi məktəbə 
(xüsusilə K.Büxerin və V.Zombartın əsərlərinə) daha yaxındır. 
İctimai inkişaf prosesinin tədrici təkamül kimi izah edilməsi bu 
gün üçün səciyyəvi əlamətdir. Neoliberalistlər marjinalizmə 
yalnız geniş yayılmış bir nəzəri üsul kimi baxır, lakin onu 


254 
tədqiqat üsulu kimi tətbiq etmirlər. Neoklassik artım və istehsal 
funksiyaları nəzəriyyəsinin müəllifləri kapitalist təkrar isteh-
salının kəmiyyət aspektlərini tədqiq etdiyi halda, neoliberallar 
keyfiyyət xarakterli, institusional problemlərə daha artıq diqqət 
yetirirdilər. Ənənəvi liberalizmlə neoliberalizmi yaxınlaşdıran - 
ilk növbədə, istehsal vasitələri üzərində xüsusi mülkiyyətin 
hərtərəfli möhkəmlənməsi və tətqiq edilməsi əsasında fərdi 
azadlıq ideyasıdır. Bununla bərabər, öz sələflərindən fərqli ola-
raq neoliberallar təsərrüfat həyatı proseslərini mikroiqtisadi 
mövqedən, müəssisələrin mülkiyyətçiləri olan ayrı-ayrı xüsusi 
sahibkarların mənafeləri baxımından deyil, makroiqtisadi möv-
qelərdən qiymətləndirirlər. Neoliberalizm nəzəriyyəsinin işlə-
nib hazırlanmasında alman iqtisadçıları, ilk növbədə, neoli-
beralizmin təməlini qoymuş və onun metodologiyasını yarat-
mış 
V.Oyken
"Siyasi iqtisadın əsasları" (1939), "Milli iqtisa-
diyyatın əsasları" (1947) böyük rol oynamışdır. 
V.Oyken müəyyən edir ki, xalq mədəni cəhətdən inkişaf 
etdikcə, daha çox qeyri-mərkəzləşdirilmiş (azad) iqtisadiyyatı 
seçir. V.Oyken və onun təmsil etdiyi neoliberalizmdə dövlətin 
rolu bazarı yaratmaqdan və sonra isə arbitor rolunu oyna-
maqdan ibarətdir. Dövlətin iqtisadiyyatda rolu hakimin futbol 
oyunundakı rolu kimi, yəni qaydalara nəzarət etmək kimi təsvir 
olunur. V.Oyken əsərlərini "İqtisadiyyatın qaydaları" adı ilə 
nəşr etdirmişdir.
Qərbi Almaniya neoliberalizm doktrinasında "Oyken 
məktəbi" "Ordo liberalizm" adlandırılırdı. "Ordo" illik jurnalı 
Neoliberalizmin nəzəri tribunası rolunu oynayırdı. 
Müasir liberalizmin banisi hesab olunan London məktə-
binin iqtisadçısı 
F.Xayek
("Monetar nəzəriyyə və ticarət 
dövriyyəsi" -1933, "Mənfəət, faiz və investisiya" -1939, "Qiy-
mət və istehsal" -1931) olmuşdur. O, Vyana Universitetini 
bitirdikdən sonra dünyanın məşhur tədris mərkəzləridə London 
İqtisad Məktəbində, Zaltsburq, Frayburq və Çikaqo universi-
tetlərində elmi tədqiqatlar aparmışdır. F.Xayek mikroiqtisadi 


255 
proseslərin təhlil olunmasını bütünlükdə iqtisadi inkişafın əsası 
hesab etmiş, iqtisadi tədqiqatlarda mikro və makro təhlili 
əlaqələndirmişdir. O, 30-cu illərdən başlayaraq sosializm əley-
hinə tədqiqatlarla məşğul olmuşdur. F.Xayekin "Köləliyə yol", 
"Fərdilik və iqtisadi qaydalar", "Azadlığın əsas qanunu" və di-
gər əsərlərində sosializmin elmi əsasları təhlil olunmuş və belə 
qənaətə gəlmişdir ki, sosializm bütün nöqteyi-nəzərlərdən çox 
böyük səhv olub. F.Xayek 1974-cü ildə Nobel mükafatı 
almışdır. 
İkinci Dünya müharibəsindən sonra AFR-də və bir sıra 
Qərb ölkələrində neoliberalizm ideyaları geniş yayılmışdır. 
Neoliberalizm keynsçiliklə eyni vaxtda yaranmışdır. Hər iki 
təlim kapitalizmin özü-özünü tənzimləməsi barədə ənənəvi tə-
səvvürləri dağıtmış 1929-1933-cü illər böhranına siyasi iqtisa-
dın münasibətini əks etdirirdi. Lakin Keyns kapitalizmin üzləş-
diyi bəlaları səmərəli tələbin xroniki çatışmamazlığı, dövlət iq-
tisadiyyata müdaxilə etmədikdə, bu qruluşun inkişaf üçün kifa-
yət qədər stimuldan məhrum olması ilə əlaqələndirdiyi halda, 
neoliberalizmin baniləri bütün bəlaların bilavasitə mənbəyini 
mükəmməl rəqabətin zəifləməsində və istehsalın bazar tən-
zimləyicilərinin təsirini pozan təsərrüfatın inhisarlaşdırılmasın-
da görürdülər. 
Bu iqtisadi nəzəriyyəyə görə, tədavüldə olan pul kütləsi 
bazar iqtisadiyyatının sabitləşdirilməsində və inkişafında həll-
edici rol oynayır. Monetarizmin banisi görkəmli alim, Çikaqo 
məktəbinin yaradıcısı, 1976-cı ildə emiqrant ailəsində olan, iq-
tisadi təhsilini aldığı təqaüdlə başa vuran (məşhur Çikaqo Uni-
versitetini) 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin