ŞƏhla məHƏMMƏd qizi rzayeva leyla zakir qizi əLİyeva



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə172/253
tarix25.12.2023
ölçüsü2,8 Kb.
#194480
növüDərs
1   ...   168   169   170   171   172   173   174   175   ...   253
Rzayeva.-qtisadi-fikir-tarixi

M.Fridmen 
sonradan uzun illər (1946-1979-cu 
illərdə) həmin universitetdə iqtisadiyyat professoru vəzifəsində 
çalışmışdır. O, "İstehlakın analizi, pul dövriyyəsinin tarixi və 
monetar nəzəriyyənin işlənib hazırlanması, eləcə də siyasətin 
sabitləşməsi mürəkkəbliyinin nümayiş etdirilməsi sahəsində 
nailiyyətlərinə görə" iqtisadiyyat sahəsində Nobel mükafatı 
laureatı adı almışdır (1976). 


256 
Monetar ideyalar XX əsrdə Çikaqo Universitetində 
yaranmışdı. Lakin neoliberalizm hərəkatında Amerika mone-
tarizmi 50-ci illərin axırı 60-cı illərin əvvəllərində M.Fridme-
nın əsərlərinin ("Pulun miqdar nəzəriyyəsi haqqında təlim" -
1956) meydana gəlməsi ilə böyük əhəmiyyət kəsb etmişdir.
Monetarizm iqtisadi fikrin inkişafında keynsçiliyin əksi 
kimi meydana çıxmış və iqtisadi nəzəriyyədə öz yeni ideyaları 
ilə çıxış etmişdir. Belə ki, ötən əsrin 70–80-ci illərdə Qərb 
ölkələrində istehsalda baş verən durğunluq, inflyasiya və işsiz-
lik iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi haqqında 
Keyns nəzəriyyəsini zəiflətdi. İnflyasiya ilə işsizliyin eyni 
vaxtda fəaliyyət göstərməsi iqtisadiyyatda pul amilinə daha çox 
diqqət yetirməyi zəruri etdi. Buna görə də bu məktəbin nüma-
yəndələri pul kütləsi ilə istehsalın həcmi arasındakı əlaqəni 
izah etmək üçün pul–kredit siyasətini işləyib hazırlamışlar. 
Fridmen əmin idi ki, "İnflyasiya həmişə və hər yerdə monetar 
fenomen sayılır". Əgər dövriyyəyə əlavə pul buraxılışının artım 
tempi məhduddursa və onun səviyyəsi iqtisadiyyatda istehsalın 
artım tempinə uyğundursa, onda məhsulun qiymətinin artımı 
baş verəcək. 
İqtisadiyyatın idarə edilməsinə monetarist yanaşma 70-ci 
illərdə və 80-ci illərin əvvəllərində staqflyasiyanın aradan qal-
dırılması dövründə ABŞ-da, Böyük Britaniyada, AFR-də və 
başqa ölkələrdə, eləcə də 90-cı illərin əvvəllərində Rusiyada 
bazar iqtisadiyyatına keçid dövründə geniş istifadə edilmişdir. 
Monetar idarəetmə - iqtisadiyyatda işgüzar dövrlərə təsir 
etmək və inkişafın makroiqtisadi məqsədlərinə nail olunmasına 
köməklik məqsədilə makroiqtisadi səviyyədə pul-kredit siyasə-
tinin aparılması zamanı məcmu pul kütləsinin idarə edilməsidir. 
Monetar konsepsiyaya görə, müasir bazar münasibətləri 
siyasi azadlığı və iqtisadi səmərəliliyi təmin edən davamlı, özü-
özünü tənzimləyən sistemdir. Bu da vacibdir ki, iqtisadiyyatın 
inkişafına dövlətin müdaxilə etməsi arzuedilən və labüd mə-
sələdir, lakin bu müdaxilə bazar mexanizmlərinin keynsçi 


257 
metodlarla, məcmu tələbin tənzimlənməsi yolu ilə deyil, səmə-
rəli pul siyasətinin köməyi ilə bazarın rəqabət qüvvələrinin 
fəallaşması üçün şərait yaradılması yolu ilə həyata keçirilməli-
dir. Fridmen və onun davamçıları bazarın pul kütləsi ilə 
manipulyasiya edilməsinə reaksiyasını iki model - qısamüddətli 
və uzunmüddətli model şəklində nəzərdən keçirirlər. Qısamüd-
dətli planda pul kütləsinin artması faiz dərəcələrinin azalması-
na və tələbin genişlənməsinə, işsizliyin azaldılmasına gətirib 
çıxarır. İqtisadi fəallığın stimullaşdırılma tədbiri kimi monetar 
orqanlar tərəfindən pulun miqdarının artırılması monetar eks-
pansiya kimi çıxış edir. 
Lakin pul təklifinin artması uzun müddət ərzində dəfə-
lərlə təkrarlandıqda investisiya prosesi intensivləşir. Bu, isteh-
salın, satışın, gəlirlərin və pula tələbin həcminin artmasına sti-
mul yaradır, nəticədə faiz dərəcəsi artır. Bu siyasətin uzunmüd-
dətli effekti faiz normasının hərəkəti, pula tələbin və təklifin 
dəyişməsi arasında əlaqələrin pozulmasında təzahür edir.
Monetarizmə görə, pul bazarında uzunmüddətli tarazlıq 
yaranması üçün pul təklifinin uzunmüddətli artım sürəti ilə real 
məhsulun uzunmüddətli artım sürəti arasında əlaqəni müəyyən 
edən əsas qanuna riayət edilməlidir: m=y+i, burada m- pul 
təklifinin uzunmüddətli artım sürəti; y-real məhsulun uzun-
müddətli artım sürəti; i-gözlənilən inflyasiyanın sürətidir. 
Uzunmüddətli pul siyasətinin məqsədi inflyasiyanı sabitləşdir-
mək və onu tamamilə proqnozlaşdırıla bilən kəmiyyətə çevir-
məkdir. Monetarizm belə hesab edir ki, təsərrüfat konyuktu-
rasının qısamüddətli dəyişilməsinə deyil, uzunmüddətli meyil-
lərə oriyentasiya edilən bu cür iqtisadi siyasət iqtisadi artımın 
optimal sürətinin saxlanılmasına ən yaxşı şərait yaradır. 
Bu gün monetarizm iqtisadiyyatın inkişafının keynsçi 
konsepsiyasının tam antipodu deyil. Hazırda müəyyən mənada 
keynsçi-neoklassik sintez mövcuddur. Bu müstəqil nəzəri mo-
del özündə hər iki iqtisadi nəzəriyyənin elementlərini cəmləş-
dirir. 


258 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin