ŞƏhla məHƏMMƏd qizi rzayeva leyla zakir qizi əLİyeva


Azərbaycanın kapitalizm formasiyasına keçməməsi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə45/253
tarix25.12.2023
ölçüsü2,8 Kb.
#194480
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   253
Rzayeva.-qtisadi-fikir-tarixi

40. Azərbaycanın kapitalizm formasiyasına keçməməsi 
fikrinin qeyri-elmi olmasını tarixi faktlarla əsaslandıran 
alim: 
A) T.Vəliyev D) Z.Səmədzadə 
B) A.Bakıxanov E)) Ə.Sumbatzadə 
C) M.Axundov 


66 
MÖVZU 4. QƏRBİ AVROPADA İQTİSADİ 
TƏLİMLƏRİN MEYDANA GƏLMƏSİ. 
MERKANTİLİZM 
 
 
1. Qərbi Avropada iqtisadi təlimlərin meydana gəl-
məsi 
 
2. Merkantilizmin yaranması və mahiyyəti 
 
3. Merkantilizmin inkişafında iki mərhələ: monetar 
və "ticarət balansı" nəzəriyyəsi 
Foma Akvinski 
(1225 - 1274) orta əsr dövründə Qərbi 
Avropanın ən məşhur dini və elmi xadimlərindən biri idi. İtali-
yada rahiblik etmiş bu şəxs kilsənin qanunlarına əsaslanaraq 
yaşadığı dövrə uyğun sosial-iqtisadi münasibətlər haqqında 
yeni fikirlər irəli sürmüşdü. Onun fikirlərinin əksəriyyəti ilkin 
kanon məktəbinin banisi olan müqəddəs 
Avqustin Blajenin 
(353-430) ideyalarına əsaslanırdı. Bu ideyaların mahiyyətində 
oxşar cəhət kimi cəmiyyətin sosial-iqtisadi quruluşunun əsa-
sında dini-etik münasibətlərin durduğu qeyd olunurdu. Bu prin-
siplə cəmiyyətin təsərrüfat həyatında yüz illiklər boyu qayda-
lara əsaslanan "ədalətli qiymət" ideyası üstünlük təşkil edirdi. 
Ədalətli qiymət ideyasında mübadilənin ekvivalent və propor-
sional şəkildə aparılması tövsiyə edilirdi. F.Akvinski eyni 
zamanda dövrünün tələblərindan irəli gələn qeyri-bərabərlik-
lərin aradan qaldırılması üçün yeni qaydaların tətbiq olmasını 
göstərirdi. O, özünün "İlahiyyət məcmuəsi" əsərində sərvətin 
təbii və süni olmasını qeyd etmiş, təsərrüfatçılıq həyatının pul 
əldə edilməsi naminə aparılmasına mənfi münasibət bəsləmiş
pul, pul törədə bilməz fikrini əsas götürmüşdür. F.Akvinski 
"pul, pul törədə bilməz" fikrində Aristotellə razılaşmış, lakin 
Aristotelin fikrinə nisbətən irəli getmiş və pulun artmasını 
əmtəə-pul münasibətlərində görmüşdü. Gəlir əldə etmək na-
minə ticarət etməyi F.Akvinski, ümumiyyətlə abırsızlıq hesab 
edirdi. Lakin bununla yanaşı o göstərirdi ki, əgər ticarətdən 


67 
əldə olunan gəlir, ticarətçilərin yaşaması üçün yegənə mənbə-
dirsə, bu halda onu məqbul hesab etmək olar və ya əldə olunan 
pul halal məqsədlər üçün xərclənərsə (kasıblara yardım etmək, 
dini və digər ictimai işlərin görülməsinə yönəldilirsə) bu halda 
o, qənaətbəxş hesab edilə bilər. Ticarət gəlirinə tacir əgər malı 
təkrar satmazdan əvvəl yaxşılaşdırarsa, ona əmək haqqının 
verilməsi kimi baxılmalıdır. F.Akvinski faizə dair baxışlarında 
prinsipial mövqedə duraraq göstərirdi ki, istifadə üçün borc 
verilən puldan haqq almaq olmaz. Çünki pul mübadilə üçün 
yaradılmışdır. Lakin kreditor pulu borc verməklə, həmin pul-
dan istifadə etmə mənfəətindən özünü məhrum edir. Kreditor 
həmin pul vasitəsilə ev tikdirə, münbit torpaq sahəsi əldə edə 
bilərdi. Bundan başqa borc alan pulun qaytarılmasını ləngidər-
sə, borc verənə böyük ziyan dəyə bilər. Digər tərəfdən bu halda 
borc götürən əldə etdiyi gəlirdən kreditora müəyyən məbləğ 
verməlidir. Bu da müəyyən mənada faiz verməni əsaslandırır. 
F.Akvinskinin iqtisadi ideyalarında əmək bölgüsü, mübadilə, 
ədalətli qiymət, pul, ticarət mənfəəti və sələm faizi ilə bağlı iq-
tisadi fikirlər mövcud idi. Bu fikirlər ilkin kanonist fikirlərdən 
fərqlənirdi. Bu fərqləri aşağıdakı şəkildə qeyd etmək olar. 
İlkin kanonistlərə görə əməyin əqli və fiziki növləri 
bərabər səviyyəlidir. Ona görə də bu cəhətlər insanların cəmiy-
yətdə tutduqları mövqelərinə təsir etməlidir. Lakin Akvinski 
qeyd edirdi ki, insanların peşəsinə görə bölgüsü ilahi hökmdən 
doğur. 
Sərvət 
haqqında ilkin kanonistlər qeyd edirdilər ki, insan 
əməyi ilə qızıl və gümüş daxil olmaqla maddi nemətlər sərvət 
formasında yaradılır. Qızıl və gümüşün natural formada yığıl-
ması (yəni "süni sərvət") günah hesab olunur. Akvinski qeyd 
edirdi ki, qızıl və gümüş mülkiyyətin artırılan hissəsidir və 
sərvətin dəyişməz mənbəyidir. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin