68
mübadilə subyektiv proses kimi hər şəraitdə bərabər faydanın
əldə olunmasını təmin etmir. Çünki çox hallarda birisinin ziyan
görməsinə səbəb olur.
Ədalətli qiymətlə
- əlaqədar
ilkin kanonistlər göstərir-
dilər ki, əmtəəyə qiymətin qoyulması, onun istehsal prosesində
sərf olunan əməkdən və material məsrəflərindən asılı olaraq
müəyyən edilməlidir. Çünki belə şəraitdə ədalətli qiymət əmələ
gəlir. Lakin F.Akvinski məsrəf
prinsipi ilə müəyyən edilən
"ədalətli qiymət"i düzgün hesab etmirdi. Çünki hər bir satıcı öz
məhsulunu elə qiymətə satmağa cəhd göstərəcəkdir ki,
həmin
pulun miqdarı cəmiyyətdəki mövqeyinə ziyan toxundurmasın.
Pulla əlaqədar
olaraq ilkin
kanonistlər göstərirdilər ki,
bu insanların təbii kriteriyası bazarda mübadilə əməliyyat-
larının rahat və sürətli həyata keçirilməsi üçün mövcuddur.
Eyni zamanda bu monentlərin daxili qiymətindən irəli gəlir.
F.Akvinski
qeyd edirdi ki, pulun qiymətliliyi daxili bazarda
metalın çəkisindən asılı deyil, dövlətin müəyyən etdiyi səviyyə
ilə müəyyənləşdirilməlidir.
Ticarət mənfəəti
və
sələm faizi
haqqında ilkin kanonist-
lər
qeyd edirdilər ki, bu iri ticarət və borc əməliyyatlarından
əldə olunduğuna görə əsas məqsədə çevrilir, ona görə də allaha
xoş gəlməz hal kimi və günah əməl kimi nəzərdə tutulmalıdır.
Lakin Akvinski qeyd edirdi ki, tacirlərin və sələm verənlərin iri
həcmli gəlirlərini o vaxt qənaətbəxş hesab etmək olar ki, onlar
əmək sərf etmək yolu ilə, eləcə də nəqliyyat və digər xərclərlə
həm də müəyyən risklə əlaqədar olur. Belə fəaliyyət səxavətli
hesab olunmalıdır.
Dostları ilə paylaş: