80
nəzəriyyəsinin əsasını qoydu ki, buna uyğun olaraq əmtəələrin
dəyəri onların istehsalına sərf olunan
ictimai zəruri əməklə
müəyyən olunur. Dəyərin vahid mənbəyi kimi cəmiyyətin iqti-
sadiyyatının fundamental əsasını-əməyi nəzərdən keçirərək,
klassik məktəb bu nəticəyə gəldi ki,
cəmiyyətin bütün siniflə-
rinin gəlirləri olan əməkhaqqı, mənfəət, renta, faiz və s. muzdlu
fəhlələrin sərf edilmiş əməyinin yalnız müxtəlif ifadələridir.
Bu məktəbin prinsipial nəticələri aşağıdakılardan ibarət-
dir: iqtisadiyyatın inkişafında rəqabəti zəruri etməsi;
iqtisa-
diyyatın həmişə müvazinətli olması; iqtisadiyyatın özünün qey-
ri-müvazinəti aradan qaldırması; iqtisadiyyatın inkişafını təmin
edən istehsal amillərindən tam istifadə olunması; ümumi və xa-
lis gəlir anlayışlarının elmi xarakteristikasının verilməsi; iqtisa-
diyyatın əməkhaqqı, qiymət, faiz dərəcəsi kimi iqtisadi alətlər-
dən istifadə etməklə özünü tənzimləməsi. Klassik məktəbə gö-
rə, əhalinin tam məşğulluğu təmin edilir. İqtisadiyyatı pul və
real sektora bölən klassik məktəbin nümayəndələri qeyd edirdi-
lər ki, bu sektorlar bir-birindən asılı deyil .
Bununla belə, klassik məktəb qeyri-ardıcıllıqla, ziddiy-
yətlərlə xarakterizə olunur. Kapitalizmin
daxili qanunauyğun-
luqlarına nüfuz etməklə yanaşı, o, bəzən iqtisadi hadisələrin xa-
rici görünüşünün təsvir edilməsi və iqtisadi hadisələrin təzahür
formalarının, xarici funksional asılılıqlarının öyrənilməsi ilə
məhdudlaşırdı.
Buna görə, klassik məktəb konsepsiyasının
xələfləri bir-biri ilə rəqabət aparan iqtisadi fikir cərəyanlarına
ayrılırlar: bir tərəfdən K.Marksın iqtisadi nəzəriyyəsi, digər
tərəfdən neoklassik məktəb.
C.M.Keynisin baxışlarına görə
klassik məktəb real iqti-
sadi prosesləri obyektiv əks etdirməyin ideal, mücərrəd mo-
delidir.
Klassik siyasi iqtisadının banisi
Dostları ilə paylaş: