ŞƏhla məHƏMMƏd qizi rzayeva leyla zakir qizi əLİyeva



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə55/253
tarix25.12.2023
ölçüsü2,8 Kb.
#194480
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   253
Rzayeva.-qtisadi-fikir-tarixi

Uilyam Petti
olmuşdu. 
Petti merkatilistlərdən fərqli olaraq, sərvətin mənbəyini təda-
vüldə deyil, istehsalda görürdü. Pettini əmək-dəyər nəzəriy-
yəsinin yaradıcısı hesab etmək olar. O, əmtəənin, torpağın qiy-


81 
mətinin, əməkhaqqı və rentanı əmək-dəyər nəzəriyyəsi əsa-
sında aydınlaşdırmışdır. U.Petti izafi dəyərin yaranma mən-
bəyini izah etməyə çalışaraq, ümumi izafi dəyər kimi rentanı 
göstərirdi. Rentanın növləri kimi torpaq rentası, pul rentası 
(borc faizi), differensial rentanı fərqləndirirdi. O hesab edirdi 
ki, əməkhaqqının yüksəldilməsi kapitalistin xeyrinə deyil və 
əməkhaqqı fəhlənin minimum yaşayışını təmin etməlidir. O 
burjuaziya cəmiyyətini təbii və əbədi hesab edirdi. A.Smit və 
D.Rikardo əsərlərində onun baxışlarından istifadə etmişlər. 
U.Pettinin əsərləri içərisində 1662-ci ildə nəşr olunmuş 
"Vergilər və rüsumlar haqqında traktat" kitabı xüsusi qeyd 
olunur. Sonrakı illərdə alimin "Siyasi hesab" (1676), "Müd-
riklərə söz" (1664), "İrlandiyanın siyasi anatomiyası" (1672), 
"Pulların müxtəlifliyi" (1682) kitabları nəşr olunmuşdur. Onun 
iqtisad elminə daha böyük töhfəsi isə milli sərvətin və ver-
giqoyma üçün lazımı bazanın müəyyən edilməsi yolu ilə milli 
gəlirlərin qiymətləndirilməsinə xidmət edən "Siyasi hesab" adlı 
əsəridir. Məhz bu əsərə görə onu statistikanın banisi adlan-
dırırlar. Pettinin əsərləri ilə müqayisədə onun şəxsi həyatı daha 
maraqlı idi. O, 1623-cü ildə kasıb bir dərzinin ailəsində anadan 
olmuşdur. Yerli məktəbdə o, yunan və latın dillərini öyrənmiş-
dir. 14 yaşında ikən açıq dənizə gəmi şagirdi kimi yollanan 
gənc Normandiyanın sahillərində endirildi və burada o, ayağını 
sındırdı. Orada Petti Kanedə kollecə daxil oldu. Həkimlik ixti-
sasına yiyələnmək üçün Hollandiyaya, daha sonra Parisə yol-
landı. O, Parisdə qalarkən anatomiya sahəsində məşhur filosof 
Tomas Qobsla tanış oldu. 
1647-ci ildə Petti İngiltərəyə dönərək Oksford Universi-
tetinə daxil olur. Az bir vaxtda tibb elimləri doktoru elmi dərə-
cəsini alaraq, London tibb kollecinə işə qəbul olunur, bundan
sonra Breysnous kollecinin vitse-rektoru və anatomiya elminin 
professoru olur. Kralla parlament arasında vətəndaş müharibə-
sinin qızğın anında, 1651-ci ildə Petti Kromvelin ingilis ordu-
sunda baş həkim vəzifəsində xidmət etmək məqsədilə İngiltərə-


82 
dən İrlandiyaya köçür. İrlandiyaya gəlişindən iki il sonra 
Kromvelin ordusunda əsgərlərin yerləşdirilməsi məqsədilə 
irlandiyalı üsyançıların müsadirə edilmiş sərvətlərinin hesaba 
alınması kimi çətin tapşırığı uğurla yerinə yetirdiyinə görə 
mükafatlandırılaraq ona müxtəlif torpaqların əldə edilməsinə 
imkan verən imtiyazlar verilir, bu yolla onun əhəmiyyətli dərə-
cədə sərvətə malik olmasının əsası qoyulur. 
U.Petti 1659-cu ildə İngiltərəyə qayıdaraq Kral cəmiy-
yətinin yaradıcılarından hesab edilən parlamentin üzvü və II 
Karlın məsləhətçisi seçilir. Kral ona 1661-ci ildə alicənab rüt-
bəsi təqdim edir. Daha sonra o, kitablar yazmağa başlayır və 
bir sıra kəşflər edir. 
U.Petti, II Yakob taxtdan getməsindən bir il sonra 1687-ci 
ildə vəfat etmişdir. 
Fransada klassik burjua siyasi-iqtisadının yaradıcısı 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin