159
Reyn" qəzetinin redaktoru olmuş və 1849-cu ildə bu qəzetin
bağlanmasına görə Almaniyanı tərk edərək, Londonda məskun-
laşmış və burada həyatının sonuna kimi yaşamışdır. F.Engels
silahlı üsyanda aktiv iştirak etdiyinə görə İsveçrədən Londona
gəlmiş və burada yenidən Marksla görüşmüşdür. Bu dövrdən
onların birgə fəaliyyətinin yeni dövrü başlamışdır.
1842-ci ildə F.Engels İngiltərədən Mançesterə gələrək
proletariatın nəzəriyyəsi ilə tanış olmuş və həmin dövrdən
İngiltərənin iqtisadi inkişafının və siyasi həyatının xarakte-
ristikasının kəskin tənqidini vermişdir (1839-1843). 1842-ci
ildə "Yeni Reyn" qəzetində Marks bir necə məqalə ilə çıxış
etmişdi ki, bu məqalələrdə ölkədə feodalizmin qalıqları və
siyasi həyat haqqında
fikirlər söyləmiş, hələ ki, proletariatın
mövqeyi haqqında çıxış etməmişdi. 1843-1844 -cü illərdə əha-
linin zəhmətkeş təbəqəsinin mənafeyinin kəskin müdafiəçisi
olmuş “Alman-Fransız” hərəkatının iki növünü: siyasi (burjua)
və radikal (proletar) inqilabı fərqləndirmişdir.
1844-cü ildə K.Marks iqtisadi-fəlsəfi əlyazmalarını
yazarkən Smitin və Rikardonun əsərləri ilə tanış olmuş, onların
baxışlarının tənqidi təhlilini vermişdir. “Fəlsəfə yoxsulluğu”
(1847) əsərində Marks yeni tarixi və iqtisadi görüşlərinin əsas
cəhətlərini dəqiqləşdirmiş, siyasi iqtisadın elmi metodolo-
giyasını əsaslandırmış, bu sahədə əsl inqilabi çevriliş etmişdir.
Bu kitab o dövrdə böyük təsirə malik olan Prudonun sosialist
ideyalarının tənqidi idi. O, burada əmtəə istehsalının
tarixi
xarakterini vermiş, siyasi iqtisadın bir-birindən fərqlənən isteh-
sal münasibətlərini öyrənməsini qeyd etmişdir. K. Marksa
görə iqtisadi kateqoriyaları heç kim yaratmır, iqtisadi kateqo-
riyalar ictimai istehsal münasibətlərinin nəzəri ifadəsidir, məh-
sulların mübadiləsi forması onların istehsal üsulundan asılıdır.
1848-ci ildə Marks və Engels birlikdə yenicə təsis olun-
muş Londonun kommunist ittifaqı üçün "Kommunist partiya-
sının manifesti"ni dərc etdirmişlər.
Bu Manifestdə inqilabi
ədəbiyyatın ən çox yadda qalan belə bir sətirləri vardır.
160
"... Qoy hakim siniflər Kommunist inqilabından lərzəyə
gəlsinlər. Proletariatın (fəhlələrin) öz zəncirlərindən başqa
itirməli bir şeyi yoxdur. Onlar bütün dünyanı qazanmalıdırlar.
Bütün ölkələrin proletarları birləşin !"
Bu əsər onların elmi nəzəriyyəsi ilə inqilabi praktik
fəaliyyətinin vəhdətidir. Burada kapitalizmdən əvvəlki istehsal
üsullarının sinfi quruluşu kapitalizmin inkişafı və onun
müxtəlif mərhələləri məhsuldar
qüvvələrlə istehsal münasi-
bətlərinin dialektik vəhdəti, onların arasındakı ziddiyyətlərin
nəticəsi kimi iqtisadi böhranların dövriliyi və dağıdıcı xarakteri
göstərilir.
Kapitalizmdə sənaye istehsalının inkişafı ilə proletariatın
sayının artması, iri müəssisələrdə cəmləşməsi, onun şüurunun
formalaşması və kapitalizmin məhvi
üçün maddi və inqilabi
şəraitin yetişməsi, burjuaziya üçün qəbirqazıyanın rolunu
oynaması məsələləri bu əsərdə öz əksini tapmışdır.
Kommunizmdə hər cür mülkiyyətin deyil, proletar inqila-
bından sonra burjua mülkiyyətinin ləğvi, yüksək, mütərəqqi
vergilər, kreditin, nəqliyyatın və torpaq mülkiyyətinin dövlətin
əlində
mərkəzləşməsi, dövlət mülkiyyətinin artması, əməyin
məcmusu kimi iqtisadi tədbirlərin həyata keçirilməsi qeyd
olunurdu. Burada eyni zamanda, utopik sosializmin dərin
xarakteristikası verilir, sosializm
cəmiyyətinin cizgiləri, siyasi
və inqilabi mübarizədə proletariatın rolunun nəzərə alınması,
kommunizm ideyası təbliğ edilirdi.
Dostları ilə paylaş: