ŞƏhla məHƏMMƏd qizi rzayeva leyla zakir qizi əLİyeva


C.S.Millin beynəlxalq dəyər qanununa görə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə105/253
tarix25.12.2023
ölçüsü2,8 Kb.
#194480
növüDərs
1   ...   101   102   103   104   105   106   107   108   ...   253
Rzayeva.-qtisadi-fikir-tarixi

57. C.S.Millin beynəlxalq dəyər qanununa görə: 
A) Ölkələr daha az xərclərlə istehsal etdikləri əmtəələri ixrac 
edir 
B))Mübadilə qiyməti tələb və təklif qanununun elə bir səviyyə-
sinə görə müəyyənləşir ki, bu qiymətdə hər bir ölkənin ixracı 
onun idxalını ödəyir 


155 
C) Ölkələr arasında mənfəətli xarici ticarətin təmin edilməsi 
üçün ölkələrdə daxili istehsal dəyərləri bir-birindən fərqli 
olmalıdır 
D) Dünya bazarında əmtəə təklifi tələbin ardınca meydana gəlir 
E) Xarici ticarət əmək məhsuldarlığının inkişafını stimullaş-
dırır 
58. O.Keriyə görə: 
A)) Cəmiyyətdə həqiqi və əsl mənafelərin hamısının tam 
ahəngdarlığı mövcuddur 
B) Qiymətlə kəmiyyət arasında təcrübə ilə təsdiq edilən və nə-
zəri cəhətdən əsaslandırılması tələb olunmayan əks nisbət açıq 
görünür 
C) Müxtəlif əmtəələr üçün tələbin elastikliyi müxtəlifdir 
D) Tələb funksiyası mənfiyə meyillidir, belə ki, əmtəənin əlavə 
vahidinin alışından əldə olunan əlavə faydalılığın adətən aşağı 
düşdüyü kimi şərh edilir 
E) İqtisadi davranışın əsası insan tərəfindən nemətin psixoloji 
qiymətləndirilməsi və bu nemətlər arasında seçim etməkdir 
 
 
 
 


156 
MÖVZU 9. KARL MARKSIN İQTİSADİ TƏLİMİ 
 
1.
 
K.Marks marksizmin banisi kimi 
2. K.Marksın iqtisad elminin inkişafındakı xidmətləri 
3. K.Marksın qısa tərcümeyi-halı 
 
XX əsrin əksər illərində dünya əhalisinin üçdə biri 
Karl 
Marksı
tarixin ən böyük iqtisadçısı hesab etmişdir. İqtisadi 
təfəkkürün tanınmış tarixçisi olan Mark Blauq qeyd edirdi ki, 
Marksın böyük iqtisadçı olduğuna heç bir şübhə yoxdur. 
Blauqa görə, əgər biz hətta fundamental marksist sxemini və 
onun əsas nəticələrinin əksəriyyətini inkar etsək də, "Kapitalın 
üç cildi, xüsusilə də son iki cildində müasir iqtisadçıların öyrə-
nə biləcəkləri bir çox maraqlı misalların olduğunu qəbul et-
məliyik. Müəssisələrin böyüməsi, bu böyümənin nəticəsində 
mülkiyyətin idarəetmədən ayrılması, kapitalizm şəraitində fəh-
lələrin intizam metodu kimi istifadə olunan işsizlik, iqtisadi 
tsikllərin nəticəsində əmək haqqının dəyişməsinin mahiyyəti, 
iqtisadi tsiklin ayrılmaz dövrilik xassəsi olan, gəlir normasına 
texniki tərəqqinin təsiri və s. Deməli, Marksın oxunması hələ 
də faydalıdır. 
Y.Şumpeterin özünün "İqtisadi təhlilin tarixi" əsərində 
(1954) Marksın nəzəriyyəsini "Güclü analitik vasitə" kimi 
qiymətləndirməsi" və "İqtisadi prosesin təkamülünün labüd ol-
masını görmək... Marksın dahi iqtisadçı adlanmaq iddiasına 
haqqı olması" qənaətinə gəlir. Zaman keçsə də, onun "Kapital" 
əsəri həmişə aktuallığını saxlayacaqdır.
15
Marksizmin banisi, klassik iqtisadçı olan Karl Makrs 
fəlsəfəni və ictimai elmlərin son nailiyyətlərini mənimsəyərək 
bu elmlərə çox yeniliklər gətirməyə nail olmuş, burjua cəmiy-
yətinin mahiyyətini (kapital) aşkar etmiş, ona xas ziddiyyətləri 
açıb göstərmək imkanına malik olmuşdur. Bütün bunlar məh-
suldar qüvvələrinin hərəkətində, xüsusən elmlə istehsal vasitə-
15
Bax: Böyük İqtisadi Ensiklopediya. Bakı, 2012, səh. 483.


157 
lərinin münasibətində tarixi meyilləri proqnozlazdırmağa im-
kan vermişdir. Fəhlə sinfi ilə burjuaziya arasında münaqişələr 
həddinə çatan kəskin ziddiyyətləri müşahidə edən Marks bur-
jua cəmiyyətinin inqilabi dəyişikliklərlə inkişaf edəcəyini gö-
rürdü. Lakin bir sıra ölkələr inqilabi sarsıntılarsız, iqtisadiyyat-
da və siyasətdə təkamül xarakterli dəyişikliklər yolu ilə sosial-
iqtisadi tərəqqiyə nail ola bilmişlər. Bununla yanaşı marksizm 
ictimai inkişafın əsas xəttini göstərmişdir: XX əsrdə burjua cə-
miyyətinin sosiallaşmasından ibarət obyektiv zərurət bütün 
dünyanı əhatə edən bir meylə çevrilmişdir. 
Marksizm XIX əsrin 40-cı illərində yaranmışdı. Həmin 
dövrdə kapitalizmin iqtisadi və sosial ziddiyyətləri kəskin-
ləşmiş, fəhlə sinfinin mütəşəkkilliyi, kapitalizmə qarşı müba-
rizəsi artmışdı. Kapitalist iqtisadiyyatının inkişafında mühüm 
irəliləyişlər, sənaye çevrilişləri baş verirdi. Məhsuldar qüvvə-
lərin sürətli inkişafı manufakturadan maşınlı texnika tətbiqinə 
əsaslanan fabrik sisteminə keçidə imkan verdi. Sənaye 
çevrilişləri əvvəlcə İngiltərədə, sonralar Qərbi Avropanın digər 
ölkələrində baş verdikcə fəhlə sinfi müstəqil ictimai qüvvəyə 
çevrilirdi. 1831-ci ildə Fransada Lion toxucularının üsyanı, 40-
cı illərdə İngiltərədə çartizm hərəkatı, 1844-cü ildə Sileziya 
toxucularının üsyanı göstərdi ki, kapitalizmin feodalizm üzə-
rində mühüm üstünlüyünə baxmayaraq, proletariatla burjuaziya 
arasında mübarizə getdikcə kəskinləşirdi. Almaniyada bu dövr-
lərdə kapitalizmin inkişafı feodal münasibətlərinin mühüm 
dərəcədə saxlanılması ilə müşahidə olunurdu ki, burada burjua
demokratik inqilabı kifayət qədər inkişaf etmədiyinə görə 
proletariat başlıca hərəkətverici qüvvəyə çevrilmişdi. 40-cı 
illərdə sinfi mübarizənin kəskinliyi proletar inqilabını 
nəzəriyyəsinin bu ölkədə yaranmasına səbəb oldu.
Fəhlə sinfinin inqilabi çıxışlarında və marksizmin yaran-
masında əvvəlki ictimai fikrin alman klassik fəlsəfəsinin, 
ingilis klassik siyasi iqtisadının, fransız utopik sosialistlərinin 
mühüm əhəmiyyəti oldu. Marksizm özündən əvvəlki ictimai 


158 
fikrin xüsusilə, klassik siyasi iqtisadın iqtisadi təliminin qa-
baqcıl fikirlərini ümumiləşdirərək bütövlükdə (inqilabi təlim 
yaratmış) marksizmin üç tərkib hissəsi olan dialektik mate-
rialist fəlsəfə, elmi siyasi iqtisad və elmi sosializm haqqında 
inqilabi təlim yaratmışdır. 
Karl Marks Prussiyadakı Reynlend vilayətinin Trir şəhə-
rində (indiki Qərbi Almaniya), ictimai düşüncəyə görə xristian-
lığı qəbul edən yəhudi ailəsində anadan olmuşdur. O, Bonn, 
Berlin və Yenadakı universitetlərdə oxumuş, burada 23 yaşında 
fəlsəfə doktoru dərəcəsini almışdır.
16
Tələbəlik dövründə o, 
Hegelin konservativ nəzəriyyəsini kəskin ictimai tənqid silahı-
na çevirən gənc hegelçilərlə ünsiyyətdə olurdu. Gənc Marksın 
məqalələri tezliklə onu akademik karyeradan məhrum etmiş və 
o, jurnalistikaya üz tutmuşdur. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin